Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1006/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1, “gununsesi.org” və “gunusesi.az” internet informasiya ehtiyatlarının təsisçisi və baş redaktoru İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “internet informasiya ehtiyatlarına ölkə ərazisində müraciətin məhdudlaşdırılmasının qanunsuz hesab edilməsi, internet informasiya ehtiyatlarına qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, gələcəkdə məhkəmə qərarı olmadan müvafiq internet informasiya ehtiyatlarına məhdudiyyətin qoyulmasının cavabdehə qadağan edilməsi və dəymiş zərərin ödənilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N ETDİ: İddiaçı1, “gununsesi.org” və “gunusesi.az” internet informasiya ehtiyatlarının təsisçisi və baş redaktoru İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “internet informasiya ehtiyatlarına ölkə ərazisində müraciətin məhdudlaşdırılmasının və müraciətlərinin cavablandırılmamasının qanunsuz hesab edilməsi, müraciətlərinin cavablandırılaraq internet informasiya ehtiyatlarına qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. 05 noyabr 2020-ci il tarixdə iddiaçının nümayəndəsi Z.Sadıqova iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən İddiaçı1, “gununsesi.az” və “gununsesi.org” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin məhdudlaşdırılmasının qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən qanunsuz olaraq İddiaçı1, “gununsesi.az” və “gununsesi.org” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin məhdudlaşdırılması nəticəsində iddiaçıların “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6, 8, 10, 13 və 18-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının pozuntusunun tanınması, cavabdehə İddiaçı1, “gununsesi.az” və “gununsesi.org” internet informasiya saytına qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin həvalə olunması, İddiaçı1, “gununsesi.az” və “gununsesi.org” internet informasiya saytına girişin gələcəkdə məhkəmə qərarı olmadan məhdudiyyət qoyulmasının qadağan edən vəzifənin qoyulması və İddiaçı1, “gununsesi.az” və “gununsesi.org” internet informasiya ehtiyatına girişin ölkə ərazisində qanunsuz məhdudlaşdırılması nəticəsində iddiaçılara dəyən 20000 (iyirmi min) manat maddi zərərin iddiaçılara ödənilməsini xahiş etmiş, ərizə xx.xx.2020-ci il tarixli iclas protokoluna əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2020-ci il tarixli, 1-3-17/6735-20 saylı məktubunu məhkəməyə təqdim etdi və bildirdi ki, Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş məktuba uyğun olaraq nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı1 internet informasiya ehtiyatına həmin informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3-cü və 13-3.3-cü maddələrinin tələblərinin kobud şəkildə pozularaq məqalələr dərc edildiyi bildirilmiş və müvafiq qaydada xəbərdarlıq edilmişdir. Edilmiş xəbərdarlığa baxmayaraq, məqalələr internet informasiya ehtiyatından çıxarılmamışdır. Qeyd olunanları nəzərə alaraq, qanunvericiliyin tələblərindən irəli gələrək Azərbaycan Respublikası Baş prokurorluğunun müraciəti əsasında İddiaçı1 internet informasiya ehtiyatına müraciət məhdudlaşdırılmışdır. Hazırda isə İddiaçı1, “gununsesi.org” və “gunusesi.az” internet informasiya ehtiyatlarına müraciətlə bağlı heç bir məhdudiyyət yoxdur. İddia ərizəsində qeyd olunan “gununsesi.org” və “gunusesi.az” internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması və iddianın dəyişdirilməsi ərizəsində qeyd olunan dəymiş zərərin ödənilməsi ilə bağlı isə bildirilir ki, adıçəkilən internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması və dəymiş zərərin ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət daxil olmamış və heç bir tədbir görülməmişdir. Nümayəndə göstərilən səbəblərdən iş üzrə icraata iddianın İddiaçı1 internet informasiya ehtiyatına qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində xitam verilməsini, qalan hissələrdə isə iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iş üzrə icraata İddiaçı1 internet informasiya ehtiyatına qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində xitam verilməlidir. Belə ki, 28 avqust 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 67.2-ci maddəsinə əsasən İddiaçı1 internet informasiya ehtiyatına qoyulmuş məhdudiyyətin götürülməsi ilə əlaqədar iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2020-ci il tarixli, 1-3-17/6735-20 saylı məktubundan müəyyən edilir ki, İddiaçı1 internet informasiya ehtiyatına qoyulmuş məhdudiyyət cavabdeh tərəfindən götürülmüşdür. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında işin yuxarıda şərh edilmiş hissəsinə dair artıq mübahisə mövcud olmadığı üçün hazırkı vəziyyətdə işin icraatına İddiaçı1 internet informasiya ehtiyatına qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İş üzrə icraata İddiaçı1 internet informasiya ehtiyatına qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1006/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1006/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver