Məhkəmə qərarları › İş №2-1(112)-1030/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1030/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1030/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinin 24.04.2020-ci il tarixli, **********199202 nömrəli qərarının ləğv edilməsi, həmin qərarla İddiaçı MMC-yə əsassız hesablanmış 202.970,51 manat vergi borcunun və 102.645,27 manat maliyyə sanksiyasının silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 16.03.2020-ci il tarixli, **********189839 nömrəli akta əsasən 24.04.2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199202 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən yoxlama dövrünə mənfəət vergisinə, ƏDV və hesabatların təqdim edilməməsinə görə cəmiyyətə ümumilikdə 303656,98 manat hesablama verilmiş və ödənilməsi tələb edilmişdir. Lakin, aşağıdakı əsaslara görə qeyd olunan qərarı əsassız və qanunsuz hesab edirlər. Müəyyən olunduğu kimi, Azərbaycan Respubikası Vergilər Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən 01.07.2017-ci il tarixdən, 30.06.2019-ci il tarixədək dövrü əhatə edən "xxxx" MMC-də səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticələrinin əsasını müəssisədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndələri tərəfindən götürülmüş “qara mühasibatlıq” sənədləri təşkil etməsi məlum aktda vurğulanır. Yoxlama orqanı məhz həmin sənədlərə əsaslanaraq Cəmiyyətin 01.10.2017-ci il tarixdən artıq ƏDV məqsədləri üçün qeydiyyata alınması zərurətinin yarandığı bildirilmişdir. Belə ki, onların hesablamasına görə Cəmiyyətin 2016-cı ilin oktyabr - 2017-ci ilin sentyabr dövrdə vergi tutulan əməliyyatlarının həcmi 200000 manatı keçməsi baş tutmuşdur. Əsas kimi, yenə də, “qara mühasibatlıq” adlandırdıqları sənədlər olmuşdur. Yoxlayıcı həmin sənədləri rəhbər tutaraq, guya yoxlama dövrünü əhatə edən ümumi gəlirin həcmini müəyyən etmiş və şərti rentabellik səviyyəsi 20% götürülərək, mənfəət vergisi hesablamışdır. Bu zaman müəssisə tərəfindən xərc sənədləri təqdim edilmədiyindən mənfəət vergisi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 67-ci maddəsinə əsasən hesablanmışdır. Hesablama Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı, 01.03.2011-ci il tarixli qərarı əsasında həyata keçirilmişdir. Burada vergi orqanı iki üsuldan birini, qeyd olunan qərarın 6.1.1-ci bəndində nəzərdə tutulan üsulu seçmişdir. Həmin bənddə təklif edilən qayda da vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir əsas kimi götürülür. Lakin, vergi orqanı müəssisədən götürdüyü şəxsi hesabat dəftərində qeyd edilən rəqəmləri rəhbər tutmuş və həmin rəqəmləri birmənalı olaraq gəlir kimi qəbul etmişdir. Hesab edirlər ki, bu tam əsassız bir mövqedir. Belə ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlirə malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir aid edilir. Malların təqdim edilməsinə gəldikdə isə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.10-cu maddəsinə müraciət etmək kifayət edər ki, yoxlayıcının tutduğu mövqenin əsaslı olmaması təsdiq edilsin. Həmin maddəyə əsasən malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri- yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Odur ki, yoxlayıcının götürdüyü guya “qara mühasibatlığı” əks etdirən dəftərdə qeyd olunan rəqəmləri gəlir kimi təqdim etməsinin heç bir hüquqi əsası yoxdur. Bəlli olduğu kimi, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən basga) arasındakı fərg mənfəətdir. Göründüyü kimi, yoxlayıcı aşkar etdiyi rəqəmləri artıq təqdim edilmiş malın dəyəri kimi götürmüşdür. Halbuki, burada fərdi məlumatlar əks olunmuş və qeyd edildiyi kimi heç bir təqdim edilmədən belə söhbət getmir. Ən azından, əgər vergi orqanı həmin rəqəmləri təqdim etmə kimi qəbul edirsə, nə üçün aktda qarşılıqlı əlaqələrin yoxlanılması zərurətinin yaranmadığını vurğulayır (Bax: Aktın 2.4 bəndi). Yəni, yoxlayıcı heç olmasa bir alıcının onların faktlarının təsdiq etdiyini belə qarşıya qoymur. Bunlar hamısı yoxlayıcının hesablamalarının mücərrəd olduğuna dəlalət edir. Eyni qaydada yoxlayıcı yoxlama dövrünü əhatə edən ƏDV hesablamışdır. Yenə də, mənfəət vergisi üçün müəyyənləşdirilmiş boş rəqəmlər əsas kimi götürülmüşdür. Digər tərəfdən yoxlayıcı tərəfindən götürülmüş dəftərin cəmiyyətə aid edilməsini və qarşıya qoyduğu rəqəmlərin həqiqəti əks etdirdiyini təsdiq edən heç bir dəlil sübuta yetirilmir. Vergi yoxlaması dövründə, İddiaçı MMC ilə qarşılıqlı ticarət əməliyyatlarının həqiqətən olub-olmamasını, bu əməliyatların məbləği və həcmi barədə obyektiv məlumatları təsdiq edən mötəbər mühasibatlıq sənədləri əldə edilməmişdir. Beləliklə də, vergi müfəttişi tərəfindən vergilər Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə zidd olaraq hesablanmışdır. Vergi yoxlaması zamanı bu nüanslara diqqət yetirilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, İlk öncə bildirirlər ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin “qara mühasibatlığı” əks etdirən dəftərdə qeyd olunan rəqəmləri gəlir kimi qəbul etməsinin heç bir hüquqi əsası yoxdur. Bununla əlaqədar bildirirlər ki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. İddiaçının özü də, iddia ərizəsində Vergi Məcəlləsinin və digər normativ hüquqi aktların bir sıra müddəalarına istinad etsə də, yoxlama ilə və iddiaçıdan götürülmüş “qara mühasibatlıq” sənədləri ilə müəyyən edilmişdir ki, o, öz gəlirlərinin və xərclərinin uçotunu məqsədli şəkildə həmin normaların tələblərinə uyğun aparmamışdır. Buna baxmayaraq, iddiaçı öz iddia ərizəsində vergilərin yalnız göstərilən normaların tələbləri əsasında rəsmiləşdirilən sənədlər əsasında hesablanmalı olmasını bildirərək, bu normaların tələblərinə riayət edilmədən gizlədilmiş əməliyyatlara dair vergilərin hesablanmasını əsassız hesab etmişdir. İddiaçının ikili mühasibatlıq aparması bir daha onu sübut edir ki, iddiaçının məqsədi vergidən yayınmaq olmuş, ona görə də, yoxlama zamanı müəyyən edilmiş əməliyyatları qara mühasibatlıqda əks etdirərək uçotdan yayındırmış və həmin əməliyyatları bəyan etməməklə xeyli miqdarda vergiləri ödəməkdən yayınmışdır. Aparılmış səyyar vergi yoxlamasının mahiyyəti üzrə bildirirlər ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 12.09.2019-cu il tarixli **********189806 nömrəli qərarına əsasən 01.07.2017-ci ildən 01.07.2019-cu ilədək olan dövr üzrə İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanlarının va onların vəzifəli şəxslərinin düzgün qərar qabul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 23.1.3-cu maddəsi ilə vergi ödəyicilərinin gəlir götürmək uçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qararı əsasında baxış keçirmək hüququ vardır. Məcəllənin qeyd olunan maddələrinə əsasən yoxlama zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdərəsinin 13.09.2019-cu il tarixli, **********189837 nömrəli “Səyyar vergi yoxlamasının Keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin va əşyaların baxışının keçirilməsi haqqında" Qararı ilə vergi ödəyicisinin fəaliyyət göstərdiyi Abşeron rayonu, Hökməli ŞTQ, Hökməli dairəsi, karton fabrikinin yaxınlığında yerləşən, vergi orqanında “Popkorn sexi” kimi qeydiyyata alınmış istehsal obyektində baxış keçirilmişdir. Baxış 30.09.2019-cu il tarixdə keçirilmiş, baxış keçirilən zaman istehsal obyektinin daş hasarına alınmış ərazidən, ərazidə müəssisənin ofisindən, istehsal və hazır məhsulların qablaşdırma sexindən, hazır məhsulların anbarından ibarət olduğu müşahidə edilmişdir. Baxış zamanı istehsal avadanlığı işlək vəziyyətdə olmuş, müxtəlif məhsulların, o cümlədən, “Topsun” adlı kökəsinin, “Patron” adlı məktəbli kökəsinin, qarğıdalıdan hazırlanmış popkorn və müxtəlif növ peçenyaların istehsalı və qablaşdırılması prosesi gedirdi. Baxış keçirilən ərazidə digər fəaliyyətin həyata keçirilməsi aşkar edilməmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisənin Abşeron rayonu, Hökməli ŞTQ, Hökməli dairəsi, karton fabrikinin yaxınlığında yerləşən istehsal obyektində olan əsas vəsaitlər müəssisə tərəfindən uçota alınmamışdır. Həmin əsas vəsaitlərlərin alınması ilə bağlı yoxlamaya heç bir alış sənədi təqdim edilməmişdir. Yoxlama zamanı müəssisənin 2017-ci və 2018-ci illər üzrə əmlak vergisinin ödəyicisi olduğu müəyyən edildiyindən, həmin verginin hesablanması məqsədi ilə əsas vəsaitlərinin qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə,vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 23.1.14cü maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada ekspertləri cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən sayyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr uzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Göstərilənləri, eyni zamanda Vergi Məcəlləsinin 44-cü maddəsinə əsaslanaraq müəssisənin əsas vəsaitlərinin (paketləyici qurğu, qarğıdalı partladan qurğu və s.) qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.12.2019-cu il tarixli, **********195041 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılmışdır. Azərbaycan Respublikası Ticarət və Sənayə Palatasının “Azərekspertiza” Birliyinin eksperti tərəfindən verilmiş 25.12.2019-cu il tarixli ekspert rəyinə əsasən müəssisənin əsas vəsaitlərinin bazar qiyməti 51050,0 manat dəyərində müəyyənləşdirilmişdir. Yoxlama zamanı həmin rəydən əmlak vergisinin hesablanması üçün istifadə edilmişdir. ƏDV üzrə: Yoxlanılan dövrdə müəssisə ƏDV məqsədləri üçün qeydiyyatdan keçməmişdir. Müəssisə 01.07.2017-01.01.2019-cu il dövr üzrə sadələşdirilmiş verginin ödəyicisi kimi bəyannamələri təqdim etmiş, 31.03.2019-cu il tarixdə vergi orqanına müraciət edərək, 01.01.2019-cu il tarixdən “mənfəət vergisi” mükəlfiyyətini aktivləşdirilməsini xahiş etmişdir. Yoxlama zamanı vergi ödəyicisinin 01.10.2017-ci il tarixindən etibarən əlavə dəyər vergisinin ödəyicisi olduğu və həmin tarixə ƏDV qeydiyyatına alınmalı olduğu müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 155.1 -ci maddəsinə əsasən “Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200000,0 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 157.3.1-ci maddəsinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000,0 manatdan artıq olduqda ƏDV məqsədləri üçün qeydiyyat növbəti ayın birinci qünündən qüvvəyə minir. Yoxlamada vergilərin hesablanması üçün istifadə olunmuş və bütün yoxlanılan dövr üzrə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədlərində müəssisənin yoxlanılan dövrdə real istehsal və satış həcminin vergi müəssisəsi tərəfindən təqdim edilmiş vergi bəyannamələrində əks etdirilmiş vergiyə cəlb edilən dövriyyələrdən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. Yoxlama zamanı toplanmış materiallara, o cümlədən “müəssisədən götürülmüş “qara mühasibatlıq” sənədlərinə əsasən vergi ödəyicisinin hazırki yoxlama ilə əhatə edilən 2017-ci ilin iyul-sentyabr ayları üzrə vergi tutulan əməliyyatların həcminin 160308,4 manat, hazırki yoxlama ilə əhatə edilən dövrdən əvvəlki 9 ayında, yəni oktyabr/2016-iyun/2017-ci il dövrdə vergi tutulan əməliyyatların həcminin 57130,0 manat, yəni ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatlarının həcmi 217438.4 manat təşkil etdiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1 -ci və 157.3.1-ci maddələrinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyatı 01.10.2017-ci il il tarixdən qüvvəyə minməli olduğu müəyyən edilmişdir. Yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən və əlavə dəyər vergisi üzrə müqayisəli cədvəlindən göründüyü kimi, oktyabr/2017iyun/2019-cu il dövr üzrə (yəni, ƏDV-nin ödəyicisi olduğu, lakin bu məqsədlər üçün qeydiyyatdan keçməmiş dövr üzrə) ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 982501,61 olduğu müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğdən 18% dərəcə ilə 176850,29 manat ƏDV hesablanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq yoxlama ilə müəssisənin oktyabr/2017-iyun/2019-cu il dövr üzrə bəyannamə təqdim etməməklə 176850,29 manat ƏDV-nin yayındırılması müəyyən edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Müəssisə bütün yoxlanılan dövr üzrə icarəyə görə fiziki şəxslərə ödənilən gəlirlər üzrə (aylıq icarə haqqının məbləği 150,0 manat təşkil etmişdir) ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Lakin yoxlanılan dövdə müəssisə yalnız 2017-ci ilin İİİ, İV, 2019-cu ilin İ və İİ rübləri üzrə ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilmiş və ümumilikdə 168,0 manat vergi hesablanmışdır. Həmin bəyannamələrin kameral vergi yoxlaması zamanı əlavə olaraq 84,0 manat məbləğində əlavə vergi hesablanmış və buna səbəb kimi, hesabatlarda əks etdirilən göstəricilərin bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun omadığı göstərilmişdir. Yoxlama ilə kameral hesablamaların düzgünlüyü öz təsdiqini tapmışdır. Lakin, yoxlama ilə müəssisənin 2018-ci ilin l-İV rübləri üzrə bu vergi növü üzrə öhdəliyin yaranmasına baxmayaraq, müəssisə tərəfindən həmin hesabat dövrləri üzrə bəyannamələrinin təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə ümumilikdə, ÖMV üzrə 252,0 manat (150+12) * 14%) əlavə vergi hesablanmışdır. Mənfəət vergisi üzrə: Yoxlanılan dövrdə müəssisə ƏDV məqsədləri üçün qeydiyyatdan keçməmişdir. Müəssisə 01.07.2017-01.01.2019-cu il dövr üzrə sadələşdirilmiş verginin ödəyicisi kimi bəyannamələri təqdim etmiş, 31.03.2019-cu il tarixdə vergi orqanına müraciət edərək 01.01.2019-cu il tarixdən “mənfəət vergisi” mükəlfiyyətini aktivləşdirilməsini xahiş etmişdir. Yoxlama ilə müəssisənin yoxlanan dövrdə 01.07.2017-ci il tarixdən 01.10.2017-ci il tarixədək sadələşdirilmiş verginin ödəyicisinin olduğu, 01.10.2017-ci il tarixdən Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun itirildiyi müəyyən edildiyindən mənfəət vergisinin ödəyicisi olduğu müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 218.1.1 -ci maddəsinə əsasən, Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200000,0 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Lakin, yoxlama zamanı toplanmış materiallara, o cümlədən müəssisədən götürülmüş “qara mühasibatlıq" sənədlərinə əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisinin oktyabr/2016sentyabr/2017-ci il dövrdə, yəni ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatlarının həcmi 217438,4 manat təşkil etmiş (cədvəl yoxlama aktına əlavə edilir) və bu səbəbdən müəssisənin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun 01.10.2017-ci il tarixdən itirildiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq müəssisənin yoxlanılan dövrdə 2017-ci il (ilin oktyabr-dekabr ayları) və 2018-ci il üzrə mənfəət vergisinin ödəyicisi olduğu müəyyən edilmişdir. Yoxlama ilə mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır. 2017-ci il üzrə: Yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi, 2017-ci ilin oktyabr-dekabr aylarında müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəliri 148013,99 manat təşkil etmişdir. Lakin, müəssisə tərəfindən yoxlamaya xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə 2017-ci il üzrə mənfəətinin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən “Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır”. Göstərilənləri nəzərə alaraq müəssisənin 2016-cı il üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: M1= 148013,99×20/100 +20 = 24669,0. Göründüyü kimi, yoxlama ilə müəssisənin 2017-cı il üzrə vergiyə cəlb edilən mənfəəti 24669,0 manat məbləğində müəyyən edilmiş və ondan Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20% dərəcə ilə 4933,8 manat mənfəət vergisi hesablanmışdır. 2018-ci il üzrə: Yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi, 2018-ci il üzrə müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəliri 516217,37 manat təşkil etmişdir. Lakin, müəssisə tərəfindən yoxlamaya xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə 2018-ci il üzrə mənfəətinin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən “Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır”. Göstərilənləri nəzərə alaraq, müəssisənin 2016-cı il üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: M1=516217,37×20/100+20= 86036,23. Göründüyü kimi, yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 36036,23 manat məbləğində müəyyən edilmiş və ondan Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20% dərəcə ilə 17207,25 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq yoxlama ilə müəssisənin 2017-2018-ci illər üzrə bəyannamə təqdim etməməklə 22141,05 manat məbləğində mənfəət vergisindən yayındırılması müəyyən edilmişdir. Əmlak vergisi üzrə: 01.01.2017-ci il tarixinə qədər qüvvədə olmuş Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. 16 dekabr 2016-cı il tarixli 454-QD nömrəli Qanunla Vergi Məcəlləsinə edilmiş düzəlişə əsasən həmin maddədən “əmlak vergisi” sözləri çıxarılmışdır. Göründüyü kimi, 01.01.2017ci ildən etibarən sadələşdirilmiş vergi ödəyiciləri də, artıq əmlak vergisinin ödəyiciləri hesab edilirlər. Yuxarıda qeyd edilənlərə əsasən, müəssisənin 2017-ci il tarixindən etibarən əmlak vergisinin ödəyicisi olduğu müəyyən edilmişdir. Müəssisənin Abşeron rayonu, Hökməli ŞTQ, Hökməli dairəsi, karton fabrikinin yaxınlığında yerləşən istehsal obyektində olan əsas vəsaitlər müəssisə tərəfindən uçota alınmamışdır. Həmin əsas vəsaitlərlərin alınması ilə bağlı yoxlamaya heç bir alış sənədi təqdim edilməmişdir. Bu səbəbdən, 2017-ci və 2018-ci illər üzrə əmlak vergisinin hesablanması üçün müəssisənin əsas vəsaitlərinin qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 20.12.2019-cu il tarixli **********195041 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılmışdır. Azərbaycan Respublikası Ticarət və Sənayə Palatasının “Azərekspertiza” Birliyinin eksperti tərəfindən verilmiş 25.12.2019-cu il tarixli ekspert rəyinə əsasən müəssisənin əsas vəsaitlərinin bazar qiyməti 51050,0 manat dəyərində müəyyənləşdirilmişdir. Yoxlama zamanı həmin rəydən əmlak vergisinin hesablanması üçün istifadə edilmişdir. Yoxlama ilə müəssisənin 2017-ci il üzrə əmlak vergisi Vergi Məcəlləsinin 202.0.1-ci maddəsinə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 01.01.2017-ci il tarixə vergiyə cəlb edilən əsas vəsaitlərinin qalıq dəyəri 51050,0 manat məbləğində, 01.01.2018-ci il tarixə 51050,0 manat məbləğində, orta illik qalıq dəyəri 51050,0 manat ((51050,0 manat + 51050,0 manat) : 2) müəyyən edilərək 510,5 manat məbləğində əmlak vergisi hesablanmışdır (51050,0 manat x 1%). Yoxlama ilə müəssisənin 2018-ci il üzrə əmlak vergisi Vergi Məcəlləsinin 202.0.1-ci maddəsinə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 01.01.2018-ci il tarixə vergiyə cəlb edilən əsas vəsaitlərinin qalıq dəyəri 51050,0 manat məbləğində, 01.01.2019-ci il tarixə 51050,0 manat məbləğində, orta illik qalıq dəyəri 51050,0 manat ((51050,0 manat + 51050,0 manat) : 2) müəyyən edilərək 510,5 manat məbləğində əmlak vergisi hesablanmışdır (51050,0 manat x 1%). Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq yoxlama ilə müəssisənin 2017-2018-ci illər üzrə bəyannamə təqdim etməməklə 1021.0 manat məbləğində əmlak vergisindən yayındırılması müəyyən edilmişdir. Sadələşdirilmiş vergi üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən 2017-ci ilin lll-İV rübləri və 2018-ci ilin l-İV rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində vergiyə cəlb edilən ümumi hasilat 122940,0 manat məbləğində göstərilmiş və həmin hasilatdan Vergi Məcəlləsinin 220.1 -ci maddəsi ilə nəzərdə tutulmuş 2% dərəcə ilə 2458,0 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Yoxlama ilə yoxlanılan dövrdə müəssisənin yalnız 2017-ci ilin İİİ rübü üzrə sadələşdirilmiş verginin ödəyicisinin olması, bu vergi növü məqsədləri üçün ümumi hasilatın 160308,4 manat olduğu müəyyən edilmiş və ondan Vergi Məcəlləsinin 220.1 -ci maddəsinə əsasən 2% dərəcə ilə 3206.17 manat məbləğində vergi hesablanmışdır. Aktdan və əlavə olunmuş cədvəllərdən göründüyü kimi, yoxlama nəticəsində müəssisə tərəfindən 2017-ci ilin İİİ rübü üzrə təqdim edilmiş bəyannamədə sadələşdirilmiş verginin 2706,17 manat azaldılması müəyyən edilmişdir. Həmçinin, yoxlama ilə müəssisənin Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun 01.10.2017-ci il tarixdən itirildiyi müəyyən edildiyindən, müəssisə tərəfindən 2017-ci ilin İV rübü və 2018-ci ilin l-İV rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən hesablanmış 1958,8 manat vergi məbləği hazırki yoxlama ilə azaldılmış və müəssisə tərəfindən bu vergi növü üzrə 1958,8 manat artıq hesablanması müəyyən edilmişdir. Qeyd olunanlar əsasında növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi 16.03.2020-ci tarixli **********189839 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Beləliklə, yoxlama ilə 22141,05 manat mənfəət vergisinin, 1021,0 manat əmlak vergisinin, 2706.17 manat sadələşdirilmiş verginin, 252.0 manat ödəmə mənbəyində tutulan verginin və 176850,29 manat ƏDV-nin (cəmi 202970,51 manat) azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 101485.25 manat, həmçinin, vergi hesabatının verilməməsinə görə 1160 manat olmaqla, cəmi 102645,27 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin qanuni təmsilçisi X6 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki: - Azərbaycan Respubikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən 13.12.2011-ci il tarixli Çıxarışa əsasən İddiaçı MMC 13.12.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmış, ********** dövlət qeydiyyat nömrəsi verilmiş, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyəti, maliyyə ili 1 yanvar – 31 dekabr, təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı X6 – 100%, qanuni təmsilçi X5r. - 16.03.2020-ci il tarixli, **********189839 nömrəli “Səyyar Vergi yoxlaması” Aktı-na əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 12.09.2019-cu il tarixli, **********189806 saylı qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İstehsal sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vergi xidməti müşaviri X9, Vergilər Nazirlyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin İstehsal sahələri üzrə şöbəsinin dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X7 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə sadələşdirilmiş vergi 3-cü rüb 2017 - 2-ci rüb 2019, ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2017- 2-ci rüb 2019, əmlak vergisi 2017-ci il – 2018-ci il, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2017-ci il – 2018-ci il, torpaq vergisi 2017-ci il – 2018-ci il, mədən vergisi oktyabr 2017- iyun 2019, əlavə dəyər vergisi oktyabr 2017 – iyun 2019, aksiz vergisi oktyabr 2017 – iyun 2019, mənfəət vergisi 2017-ci il Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 13.09.2019-cu il tarixdə başlanılmış və 12.03.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama aşağıdakı qərarlar (lar)a əsasən müvəqqəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: müvəqqəti dayandırma – 15.10.2019-cu il tarixli, **********191545 nömrəli qərarla 31 gün müddətinə, müvəqqəti dayandırma – 14.11.2019-cu il tarixli, **********193240 nömrəli qərarla 30 gün müddətinə, müvəqqəti dayandırma - 13.12.2019-cu il tarixli, **********194729 nömərli qərarla 32 gün müddətinə, müvəqqəti dayandırma - 24.12.2019-cu il tarixli, **********195180 nömrəli qərarla 31 gün müddətinə, müvəqqəti dayandırma – 23.01.2020-ci il tarixli, **********196496 nömrəli qərarla 33 gün müddətinə, müvəqqəti dayandırma – 24.02.2020-ci il tarixli, **********197570 nömrəli qərarla – 25 gün müddətinə. Yoxlamanın nəticəsinə əsasən 2017-ci il üzrə azaldılmış mənfəət vergisi 4933.80 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 2466.90 manat, 2018-ci il üzrə mənfəət vergisi 17207.25 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 8603.63 manat, 2017-ci il üzrə əmlak vergisi 51.50 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 255.25 manat, 2018-ci il üzrə əmlak vergisi 510.50 manat, həmin məbləğ tətbiq edilmiş maliyyə sanksiyası 255.25 manat, 2017-ci il üzrə sadələşdirilmiş vergi məbləği 2706.17 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 1353.089 manat, 2018-ci il üzrə sadələşdirilmiş vergi məbləği 0.00 manat, tətbiq edilmiş maliyyə sankiyası 0.00 manat, 2018-ci il üzrə ödəmə mənbəyindən tutulan vergi 252.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 126.00 manat, 2017-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsi 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 200.00 manat, 2018-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsi 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 72.00 manat, 2019-cu il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsi 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 240.00 manat, cəmi azaldılmış məbləğ 26120.22 manat, maliyyə sanksiyası 14220.12 manat; 2017-ci il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 26642.51 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 13321.26 manat, 2018-ci il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 92919.14 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 46459.57 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 57288.64 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 28644.32 manat, 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) (qeydiyyatsız) 0.00 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, 2018-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) (qeydiyyatsız) 0.00 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, 2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) (qeydiyyatsız) 0.00 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, cəmi azaldılmış 176850,29 manat, tətbiq edilmiş maliyyə sanksiyasının məbləği isə 88425.15 manat müəyyən edilmişdir. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********19202 nömrəli, 24.04.2020-ci il tarixli qərarına əsasən, iddiaçıya 2017-ci il üzrə azaldılmış mənfəət vergisi 4933.80 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 2466.90 manat, 2018-ci il üzrə mənfəət vergisi 17207.25 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 8603.63 manat, 2017-ci il üzrə əmlak vergisi 51.50 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 255.25 manat, 2018-ci il üzrə əmlak vergisi 510.50 manat, həmin məbləğ tətbiq edilmiş maliyyə sanksiyası 255.25 manat, 2017-ci il üzrə sadələşdirilmiş vergi məbləği 2706.17 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 1353.089 manat, 2018-ci il üzrə sadələşdirilmiş vergi məbləği 0.00 manat, tətbiq edilmiş maliyyə sankiyası 0.00 manat, 2018-ci il üzrə ödəmə mənbəyindən tutulan vergi 252.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 126.00 manat, 2017-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsi 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 200.00 manat, 2018-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsi 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 72.00 manat, 2019-cu il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsi 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 240.00 manat, cəmi azaldılmış məbləğ 26120.22 manat, maliyyə sanksiyası 14220.12 manat; 2017-ci il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 26642.51 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 13321.26 manat, 2018-ci il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 92919.14 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 46459.57 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 57288.64 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 28644.32 manat, 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) (qeydiyyatsız) 0.00 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, 2018-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) (qeydiyyatsız) 0.00 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, 2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) (qeydiyyatsız) 0.00 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, cəmi azaldılmış 176850,29 manat, tətbiq edilmiş maliyyə sanksiyasının məbləği isə 88425.15 manat hesablanmışdır. Məhkəmənin 2-1(112)-1030/2021 saylı, 17.03.2021-ci il tarixli qərardadı ilə mübahisəli qərar ilə vergi məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı məzmunda suallar qoyulmuşdur: 1. İddiaçı MMC-də 01.07.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək olan dövr üzrə aparılmış növbədən kənar səyyar vergi yoxlamasının nəticəsində tərtib edilmiş 16.03.2020-ci iltarixli, **********189839 nömrəli səyyar vergi yoxlaması aktı ilə vergi ödəyicisinə əlavə vergilərin hesablanamsı vergi qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilmişdirmi? 2. Əgər İddiaçı MMC-yə 16.03.2020-ci il tarixli, **********189839 nömrəli səyyar vergi yoxlaması aktı ilə əlavə vergilərin hesablaması düzgün aparılmamışdırsa 01.07.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək olan dövr üzrə vergi ödəyicisinin büdcəyə vergilər üzrə borcu nə qədər təşkil edir? 3. “Qara mühasibatlıq” sənədlərinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən qərar ilə hesablanmış hər bir vergi tədiyyəsi üzrə vergi məbləği düzgün hesablanmışdırmı? 4. “Qara mühasibatlıq” sənədlərinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən qərar ilə hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmazsa, vergi ödəyicisinin vergi öhdəliyi və yayındırılmış vergi məbləği nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq 9/2414 nömrəli, 11 avqust 2021-ci il tarixli ekspert rəyi təqdim edilərək, rəyin nəticə hissəsində göstərilmişdir ki, birinci, ikinci, üçüncü və dördüncü suallar üzrə: rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hazırki tədqiqatla 16 mart 2020-ci il tarixli, **********189839 nömrəli Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə İddiaçı MMC-nin vergi orqanına təqdim etdiyi hesabatlarda əksini tapmış dövriyyədən artıq dövriyyə müəyyən olunmadığından müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablamış ƏDV, mənfəət və sadələşdirilmmiş vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur. Hazırki ekspertiza zamanı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1021.0 manat məbləğində əmlak vergisinin və 252.0 manat məbləğində ÖVM-nin az hesablanması müəyyən olunur. Eyni zamanda qeyd edilmişdir ki, **********189839 nömrəli Səyyar vergi yoxlaması Aktında 16.03.2020-ci il tarixinə (yəni yoxlama aktının tərtib olunma tarixinə) müəssisənin büdcəyə 2026.45 manat məbləğində artıq ödənişi olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən ekspert rəyinə 01.11.2021-ci il tarixli, **********105200 nömrəli məktubla mülahizə təqdim edilərək bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1030/2021 nömrəli, 17.03.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 11.08.2021ci il tarixli, 9/2414 saylı ekspert rəyi tərtib edilmişdir. Hesab edirlər ki, 11.08.2021-ci il tarixli, 9/2414 saylı ekspert rəyi ədv, mənfəət vergisi və sadələşdirilmiş vergiyə münasibətdə mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, rəydən də, göründüyü kimi, ekspert qarşısında həm də, məhkəmə tərəfindən, həm də, cavabdeh tərəfindən təqdim edilmiş vəsatətlə bir neçə sual qoyulmuşdur. Cavabdeh tərəfindən təqdim edilən 18.03.22021-ci il tarixli, **********052100 saylı vəsatətlə aşağıdakı suallar qoyulmuşdur: 1. “Qara mühasibatlıq” sənədlərinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən 02.04.2020-ci il tarixli, **********198717 saylı qərar ilə hesablanmış hər bir tədiyysi üzrə vergi məbləği düzgün hesablanmışdırmı? 2. “Qara mühasibatlıq” sənədlərinə əsasən vergi ödəyicisinin vergi öhdəliyi və yayındırılmış vergi məbləği nə qədər təşkil edir?. Ekspert rəyində yuxarıda qeyd olunan sualları cavablandırılarkən “qara mühasibatlıq” sənədlərinin mötəbər sübut kimi qəbul edilməli olmaması ilə bağlı qanunvericiliyə istinad edilmiş və həmin sənədlər də qeyd olunan məlumatlar əsasında hesablama aparılmamış və nəticədə mənfəət vergisi, ƏDV və sadələşdirilmiş vergi hissədə vergi orqanı tərəfindən hesablanmış vergi məbləğləri öz təsdiqini tapmamışdır. Hesab edirlər ki, ekspert rəyi verilərkən cavabdehin sualları cavablandırılmamışdır. Belə ki, “qara mühasibatlıq” sənədlərinin mötəbər sübut kimi qiymətləlndirilməsi ekspertin deyil, məhkəmənin səlahiyyətindədir. Belə ki, hər-hansı halın, faktın, sənədin, hərəkət və ya hərəkətsizliyin qanunauyğun olub-olmamasını müəyyən etmək məhkəmə-mühasibatlıq eksperizasını aparan ekspertin deyil, məhkəmənin səlahiyyətindədir. Göründüyü kimi, məhkəmə tərəfindən “qara mühasibatlıq” sənədləri ekspertizaya təqdim olunmasına baxmayaraq ekspert tərəfindən hər-hansı hesablama aparılmamış, əksinə səlahiyyət həddi aşılaraq hüquqi rəy verilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının əsas vəzifəsi onun hesabatlarda və hesabat prosesində neqativ kənarlaşmanın müəyyən edilməsi məqsədi ilə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin vəziyyətini öyrənməkdən ibarətdir. Ekspert rəyində cavabdehin suallarından başqa qoyulmuş digər sualların da, cavablandırılması zamanı ekspertin hüquqi rəy verməyə çalışdığı görünür. Göstərilənlərlə əlaqədar bildirirlər ki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. İddiaçının özü də, iddia ərizəsində Vergi Məcəlləsinin və digər normativ hüquqi aktların bir sıra müddəalarına istinad etsə də, yoxlama ilə və iddiaçıdan götürülmüş “qara mühasibatlıq” sənədləri ilə müəyyən edilmişdir ki, o, öz gəlirlərinin və xərclərinin uçotunu məqsədli şəkildə həmin normaların tələblərinə uyğun aparmamışdır. Buna baxmayaraq, iddiaçı öz iddia ərizəsində vergilərin yalnız göstərilən normaların tələbləri əsasında rəsmiləşdirilən sənədlər əsasında hesablanmalı olmasını bildirərək, bu normaların tələblərinə riayət edilmədən gizlədilmiş əməliyyatlara dair vergilərin hesablanmasını əsassız hesab etmişdir. İddiaçının ikili mühasibatlıq aparması bir daha onu sübut edir ki, iddiaçının məqsədi vergidən yayınmaq olmuş, ona görə də, yoxlama zamanı müəyyən edilmiş əməliyyatları qara mühasibatlıqda əks etdirərək uçotdan yayındırmış və həmin əməliyyatları bəyan etməməklə xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmışdır. Operativ vergi nəzarəti zamanı iddiaçıdan götürülmüş sənədlərlə müəyyən edilir ki, iddiaçının yoxlamanın əhətə etdiyi dövr üzrə vergi orqanına təqdim etdiyi bəyannamə məlumatları həqiqəti əks etdirməmişdir. İddiaçının ikili mühasibatlıq apararaq vergi tutulan əməliyyatları vergi orqanına bəyan etməməsi və əməliyyatların uçotunu “qara mühasibatlıq”da əks etdirməsi, iddiaçını həmin əməliyyatlara görə hesablanmalı vergiləri dövlət büdcəsinə ödəməsi vəzifəsindən azad edilməsi əsası kimi baxıla bilməz. İstər iddia ərizəsində, istər ekspert rəyində ikili mühasibatlıq aparmasının səbəbləri əsaslandırılmamış, xüsusən qara mühasibatlıq sənədlərinə əsasən ekspert tərəfindən vergilər hesablanmamışdır. Bununla da, sadəcə əldə edilmiş qara mühasibatlıq sənədlərinin rəsmi sənəd olmamasını qeyd etməklə iddiaçının məsuliyyətdən yayınmasına şərait yaradılmışdır və buna ekspertin səlahiyyəti olmadığı halda hüquqi don geyindirmişdir. “Dövlət məhkəmə ekspertizası fəliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Qeyd edilən Qanunun 13-cü maddəsinin 3-cü cümləsinə əsasən təqdim edilmiş oyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədiqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekpertin əsas vəzifəsidir. Ədliyyə Nazirliyinin Kollegiyasının 31.10.2014-cü il tarixli, 12-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.5.4-cü bəndinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materiallarını tam və hərtərəfli tədiqatını aparmaq və xüsusi biliyinə uyğun olaraq qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Qeyd olunanları nəzərə alaraq, 11.08.2021-ci il tarixli, 9/2414 saylı ekspert rəyi ədv, mənfəət vergisi və sadələşdirilmiş vergiyə münasibətdə iş üzrə mötəbər sübut kimi qəbul edilməməsini xahiş etmişlər. Yuxarıda sadalanan xüsusatlara hüquqi qiymət verərək, mübahisə ilə bağlı məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. İşin hallarından müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən İddiaçı MMC-də (VÖEN: **********) 01.10.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək olan fəaliyyət dövrü üzrə müəssisədən götürülmüş “qara mühasibatlıq” sənədləri nəzərə alınmaqla, səyyar vergi yoxlaması aparılmış və nəticədə müəssisə tərəfindən 22141.05 manat məbləğində mənfəət vergisinin, 1021,0 manat məbləğində əmlak vergisinin, 2706.17 manat vergi məbləğində sadələşdirilmiş verginin, 252.0 manat məbləğində ÖVM-nin və 176850.29 manat məbləğində ƏDV-nin az hesablanması faktı müəyyən olunmuşdur. Yoxlamanın nəticələri öz əksini 16 mart 2020-ci il tarixli, **********189839 səyyar vergi yoxlaması aktında tapmışdır və həmin akt əsasında iş üzrə mübahisə predmeti olan vergi orqanının 24.04.2020-ci il tarixli qərarı qəbul edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci maddəsində vergilərin müəyyən edilməsinin əsas şərtləri göstərilmişdir: 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 12.2. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər. 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 12.4. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində göstərilmişdir ki, 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. 67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83-cü maddəsində (Vergi orqanları tərəfindən vergilərin hesablanması) göstərilmişdir ki, 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. 83.4. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvələr hesablanmış vergi məbləğinə düzəliş edə bilər. 83.5. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda, verginin ödənilməsinə dair öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi bu cür verginin hesablanması və onun ödənilməsinə dair bildirişdir. 83.6. Vergilər bu Məcəllənin 5.0.1-ci və ya 221.4.1-ci maddələrinə uyğun olaraq alındıqda və vergi ödəyicisi vergi bəyannaməsini vermədiyi, vergi orqanı isə vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər məlumata əsasən hesablamadığı halda, hesab olunur ki, vergi orqanı vergi ödəyicisinin illik vergi öhdəliyini vergi ödəyicisinin il ərzində vergitutma bazasından tutulmuş və ya ödənilmiş vergi məbləğində hesablamış və verginin hesablanması barədə vergi ödəyicisinə bildiriş vermişdir. 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. 83.8. Vergi ödəyicisinin bu Məcəllənin 83.7-ci maddəsinə uyğun olaraq verginin hesablanması barəsində vergi orqanının qərarından aşağıdakıları əsas tutaraq məhkəməyə müraciət etmək hüququ vardır: 83.8.1. vergi məbləğinin ödənilməli olan miqdarından çox olduğunu; 83.8.2. verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığını. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göründüyü kimi, vergi məcəlləsində nəzərdə tutulmuş vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarında, vergi orqanları tərəfindən vergilərin hesablanması və vergilərin müəyyən edilməsinin əsas şərtlərində “qara mühasibatlıq” sənədləri ilə bağlı hər-hansı bir qeyd və ya istinad nəzərdə tutulmamışdır. Vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Bundan əlavə, yuxarıda qeyd edilmiş maddələrin məzmunundan həm də, o, müəyyən olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Digər tərəfdən, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6-cı maddəsində qeyd edilmişdir ki, mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilmləsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Həmin Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitləri doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. Həmçinin “Mühasibat uçotu haqqında” 29 iyun 2004-cü il tarixli, 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun, ““Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 192 nömrəli Fərmanının və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı il təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin tələblərinə görə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 30 yanvar 2017-ci il tarixdə, Q-01 nömrəli “X1 Standartlarına və Kommersiya təşkilatı üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib. Həmin Qaydaların 7-ci bəndində ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası göstərilmişdir: 7.1. Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. 7.3. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. 7.4. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir. Göründüyü kimi, mühasibat uçotunun aparılması ilə bağlı qanunvericilikdə də, qara mühasibatlıq anlayışı mövcud deyildir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddiaçıya səyyar vergi yoxlaması ilə əlavə hesablanmış vergilər Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmadığından, iddiaçıya hesablanmış ƏDV, mənfəət və sadələşdirilmiş vergi məbləği düzgün qiymətləndirilə bilməz. Məhkəmə eləcə də qeyd edir ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 9/2414 nömrəli, 11 avqust 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 16 mart 2020-ci il tarixli, **********189839 nömrəli Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə İddiaçı MMC-nin vergi orqanına təqdim etdiyi hesabatlarda əksini tapmış dövriyyədən artıq dövriyyə müəyyən olunmadığından müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablamış ƏDV, mənfəət və sadələşdirilmmiş vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur. Hazırki ekspertiza zamanı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1021.0 manat məbləğində əmlak vergisinin və 252.0 manat məbləğində ÖVM-nin az hesablanması müəyyən olunur. Məhkəmə hesab edir ki, göstərilən ekspert rəyindəki məlumatları şübhə altına almağa əsas verən heç bir sübut olmadığından həmin rəylə razılaşmalı və o, sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin, cavabdehin istinad etdiyi sənədlərin qanunvericiliyin tələblərinə əsasən mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Cavabdeh tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki, həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxslərə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs: alğı-satqı, təhvil - təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmalı (məs: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2021-ci il tarixli, 9/24141 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manatdır və iddiaçıdan 145 (yüz qırx beş) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199202 saylı, 24.04.2020-ci il tarixli qərarı 1021.0 manat məbləğində əmlak vergisi və 252.0 manat məbləğində ÖVM istisna edilməklə ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul İddiaçı MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar