Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10469/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “bəyannamənin rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (VÖEN **********) cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin adına və ünvanına göndərilən yapışdırıcı mallara dair 17.08.2021 tarixli, **********8953 nömrəli gömrük bəyannaməsinin əsaslı və qanuni hesab edilməklə gömrük rəsmləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kommersiya fəaliyyəti ilə məşğuldur, vergi ödəyicisidir və vergi ödənişlərinə dair bu günədək hər hansı problemləri olmamışdır. Dünyada və ölkədə baş verən iqtisadi böhran zamanı manatın xarici valyutaya münasibətdə dəyərinin kəskin itirməsi səbəbindən bir sıra şirkətlər öz fəaliyyətini dayandırmalı olsalar da, iddiaçı çətinliklə də olsa fəaliyyətini davam etdirməkdədir. İddiaçı ilə Hindistan şirkəti olan “Pidilite İndustries” LTD şirkəti ilə arasında bağlanmış 01.06.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu şirkət tərəfindən iddiaçıya yapışdırıcı mallar göndərilmiş, həmin mallara dair verilmiş 13.07.2021 tarixli, 90024470-1 nömrəli invoys və digər zəruri sənədlər əsasında 17.08.2021 tarixli, **********8953 nömrəli bəyannamə tərtib edilərək cavabdehə təqdim edilmişdir. Təqdim edilən yük gömrük bəyannaməsinə görə idxal edilən malın invoys dəyəri 11826,85 ABŞ dolları təşkil edir. Lakin, cavabdeh heç bir əsas olmadan malların yük gömrük bəyannaməsində göstərilən invoys dəyəri ilə razılaşmayaraq gömrük rəsmləşdirilməsini həyata keçirməkdən qərəzli və qanunsuz olaraq imtina edir. Halbuki, eyni mallar eyni invoys qiyməti ilə başqa şirkətlər tərəfindən idxal edilmiş və həmin qiymətlər üzrə gömrük hesablamaları aparılmaqla rəsmləşdirilmişdir. Qeyd edilənlərə dair nümunə olaraq iddia ərizəsinə aidiyyatı gömrük bəyannamələri əlavə edilmişdir. Cavabdeh şifahi şəkildə əsassız olaraq, invoyslarda göstərilən qiymətlərin guya azaldılmış qiymətlər olması və bu səbəbdən qiymətlərin artırılmasını bildirilmişdir. Bununla bağlı iddiaçı tərəfindən dəfələrlə istər yazılı, istərsə də şifahi qaydada müraciətlər edilsə də, cavabdeh bununla bağlı heç bir yazılı və əsaslı bildiriş təqdim edilməmişdir. Sözügedən mallara dair 17.08.2021-ci il tarixdə bəyannamə təqdim edilməsinə baxmayaraq, idxal edilən malların rəsmləşdirilməsi bu günədək qanunsuz və əsassız olaraq dayandırılmışdır. Cavabdeh təşkilat qeyd olunan məsələ ilə bağlı qiymətlərin azaldılmasına dair hər hansı sübut, dəlil gətirmədən, öz mövqelərini əsaslandırmadan malların gömrük rəsmləşdirilməsindən qərəzli imtina edərək, şifahi qaydada malların alış qiymətinə müvafiq düzəlişlər edilməsini (yəni qanunsuz formada artırılmasını) təkid edir. Halbuki, qanunvericiliyin tələbinə əsasən bu kimi hallarda gömrük orqanı tərəfindən yazılı bildiriş verilməli və verilən yazılı bildirişdə gömrük qiymətləndirilməsinə düzəlişlər qanuni şəkildə əsaslandırılmalıdır. Beləliklə, cavabdehin heç bir əsas olmadan malların gömrük rəsmləşdirilməsindən və gömrük nəzarətindən buraxılmasından imtina etməsi, o cümlədən bununla bağlı yazılı və əsaslı bildiriş təqdim etməməsi, şifahi şəkildə invoysda (hesab - fakturada) göstərilən qiymətin artırılmasını təklif etməsi heç bir qanuna əsaslanmır. Qanunvericiliyin yuxarıda göstərilən tələbinə baxmayaraq, cavabdehin hərəkətləri hüquqi cəhətdən əsassız və qanunsuzdur və bunun nəticəsi olaraq, idxal edilən mallar daşıyıcı şirkətə məxsus nəqliyyat vasitəsi ilə birgə gömrük postunda saxlanıldığı üçün iddiaçı hər gün üçün əlavə müzd ödəməklə ciddi maddi ziyana məruz qalmaqdadır. Cavabdehin nümayəndəsinin iddiaya dair yazılı etirazı və ona əlavəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Qeyd edilən normaya əsasən idxal olunan malların rəsmiləşdirilməsi üçün iddiaçının təqdim etdiyi Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların invoys üzrə bir adda bəyan edilməsinə baxmayaraq fərqli təyinata və xüsusiyyətlərə malik mallar olduğu aşkar edilmiş, həmçinin, gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı gömrük inspektorunda şübhə yaranmış və müvafiq araşdırma aparılmışdır. Bu barədə iddiaçıya yol verilmiş nöqsanların aradan qaldırılması üçün elektron qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair razılaşmaya və onun əlavələrinə) əsaslanır. Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir və gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ var. Hindistan Respublikasından İddiaçı MMC-nin (VÖEN:**********) ünvanına idxal olunan, **********8953 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmək istənilən “yapışdırıcılar”ın dəyəri cavabdeh orqan riskli qiymətləndirildiyindən aidiyyəti üzrə araşdırmalar aparılmışdır. İnternet resursları üzərindən əldə olunan məlumatlara əsasən xarici tərəfdaş kimi çıxış edən “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti 1959-cu ildə yaradılmış və yapışdırıcıların (adgezivlərin) istehsalı üzrə ixtisaslaşmışdır. Mərkəzi Hindistan Respublikasının Mumbay şəhərində yerləşir. 1250-dən çox məhsul istehsal edir. 3250 artıq daimi müştəriyə sahibdir. 850 çox distribüter şəbəkəsi mövcuddur. 40-dan artıq ölkədə xidmət göstərir. Gəlir 74,43 milyard İNR Əməkdaş sayı: 6 064 (2020 il). Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2018ci il tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq qarşılıqlı məlumat mübadiləsinə, vahid risk platformasının təşkilinə, həyata keçirilən tədbirlərə əsasən İddiaçı MMC vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən riskli vergi ödəyicisi kimi müəyyən edilmişdir: Müəssisənin əməkdaş sayı 6-dır. Gömrük əməliyyatı üzrə ilk bəyannamənin təqdim edilmə tarixi 04 dekabr 2020-ci ildir. İdxal gömrük əməliyyatları üzrə ümumi bəyannamə sayı 40-dır (2 gömrük bəyannaməsi idxalatçının müraciətinə və təyin olunan müddətdə malların gömrük orqanına təqdim edilmədiyinə görə ləğv edilmişdir). Bəyannamələr üzrə ümumi statistik dəyər 1 356 034,72 USD. X5 Respublikası və Türkiyə Respublikasından ölkə ərazisinə yapışdırıcılar (adgezivlər), plastmaslar və onlardan hazırlanan məmulatlar, metaldan hazırlanan məmulatlar, qurğular idxal edir. Əlavə olaraq, **********8953 sorğu nömrəli gömrük bəyannaməsi üzrə təqdim olunan invoysun tərtibatında risk ehtimalı yaranmışdır. Mövcud əməliyyat üzrə xarici tərəfdaş kimi çıxış edən “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə əlaqə saxlanılaraq qiymət cədvəli əldə edilmişdir. Cədvələ əsasən “Fevicol” və “Fevicol MR” markalı yapışdırıcılar ayrı-ayrı qiymətlər üzrə təqdim olunmuşdur. “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti tərəfindən daha öncə eyni invoys tərtibatı ilə digər idxalatçının ünvanına eyni markalı mallar idxal (nümunə gömrük bəyannaməsi **********3738) olunmuşdur. İnvoys üzrə mallar bir adla bəyan olunmasına baxmayaraq, həyata keçirilən gömrük baxışı nəticəsində eyni bəyannamə üzrə fərqli təyinatlı və xüsusiyyətli malların idxal olunduğu müəyyən olunmuşdur: Fevicol 1k Pur, 500 g-1500 qutu (hər qutuda-12 ədəd) Fevicol 1k Pur, 150 g-62 qutu (hər qutuda-48 ədəd) Fevicol 1k Pur, 70 g-23 qutu (hər qutuda-48 ədəd) Fevicol SH, 1 kg-210 qutu (hər qutuda-12 ədəd). Araşdırma zamanı BMT-nin rəsmi ticarət statistikasına da istinad olunmuş və əsasən 2020-ci il ərzində Hindistandan eyni XİFMN kodu altında olan malların 1 kq-4,01 USD (FOB şərti ilə) dəyəri ilə göndərilməsi və eyni həcm üzrə yalnız “PİDİLİTE İNDUSTRİES LTD” şirkətindən idxal edilməsi müəyyən olunmuşdur. “Fevicol” markalı yapışdırıcıların ölkə ərazisində, ünvan 2 ünvanında satışını həyata keçirən “Unimac” şirkətinin rəsmi internet saytına (www.unimac.az) baxış keçirilmiş, əməkdaş tərəfindən nümayəndəsi ilə əlaqə saxlanılmış, məhsulun daxili və xarici bazar qiymətləri əldə edilmişdir. Fevicol 500 g - 6,96 AZN, Fevicol 150 g - 3,12 AZN, Fevicol 70 g - 1,86 AZN. Rusiya Federasiyasında Fevicol 500 g- 8 AZN, Ukrayna Respublikasında Fevicol 500 g - 20 AZN civarında satıldığı məlum olmuşdur.Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, sözügedən mallara dair 17.08.2021-ci il tarixdə bəyannamə təqdim edilməsinə baxmayaraq, idxal edilən malların rəsmiləşdirilməsi bu günədək qanunsuz və əsassız olaraq dayandırılmışdır. Gömrük Məcəlləsinin 160-cı maddəsində göstərilmişdir ki, gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 gündən gec olmayaraq həyata keçirilir. Cavabdeh qeyd olunan məsələ ilə bağlı qiymətlərin azaldılmasına dair hər hansı sübut, dəlil gətirmədən, öz mövqelərini əsaslandırmadan malların gömrük rəsmləşdirilməsindən qərəzli imtina edərək, şifahi qaydada malların alış qiymətinə müvafiq düzəlişlər edilməsini (yəni qanunsuz formada artırılmasını) təkid edir. Halbuki, qanunvericiliyin tələbinə əsasən bu kimi hallarda gömrük orqanı tərəfindən yazılı bildiriş verilməli və verilən yazılı bildirişdə gömrük qiymətləndirilməsinə düzəlişlər qanuni şəkildə əsaslandırılmalıdır. “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilmə üsulları təsbit edilmişdir ki, göstərilən həmin üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Belə ki, bu zaman hər bir sonrakı üsulun tətbiq edilməsi gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda həyata keçirilir. Həmin Qanunun 2-ci bəndinə əsasən, isə gətirilən malların sövdələşmə (invoys) qiymətinə uyğun olaraq qiymətləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Hazırki, iş üzrə isə gömrük bəyannamələrində göstərilən qiymətləndirmə və dəyərin müəyyən olunması Gömrük Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanununa əsasən, düzgün olaraq, malların sövdələşmə qiyməti üsulu ilə həyata keçirilmişdir. Beləliklə də cavabdehin heç bir əsas olmadan malların gömrük rəsmləşdirilməsindən və gömrük nəzarətindən buraxılmasından imtina etməsi, o cümlədən bununla bağlı yazılı və əsaslı bildiriş təqdim etməməsi, şifahi şəkildə invoysda (hesabfakturada) göstərilən qiymətin artırılmasını təklif etməsi heç bir qanuna əsaslanmır. “Gömrük tarifi haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Yəni, gömrük orqanı malları buraxmalı və bundan sonra müvafiq vəzifəli şəxsin qərarına əsasən, audit keçirilməmişdən əvvəl iddiaçıya təqdim edilməklə, kommersiya fəaliyyətinə mane olmadan, gömrük auditini aparmalı idi. Gömrük orqanının nümayəndəsi qanun çərçivəsində istədiyi an iddiaçının öz anbarında mallara dair yoxlama və ya audit apara bilər, nümunələri götürüb malları plomblaşdıraraq iddiaçının məsul saxlancına verə bilər. Lakin gömrük orqanı bunu etmək əvəzinə qanunsuz olaraq iddiaçının mallarını sərbəst dövriyyə buraxmamış, bunun səbəblərini izah etməmiş və malları saxlamışdır. Cavabdehin etirazında malların gömrük dəyərləndirilməsində bazar qiymətlərinə əsaslandırıldığı göstərilmişdir. Lakin “Gömrük tarifi haqqında” Qanunda gömrük rəsmiləşdirilməsində malların istehsal və ya digər ölkələrdəki, həmçinin Azərbaycandakı daxili bazarlarda olan qiymətlərinin əsas götürülməsi qeyd olunmamışdır. Cavabdehin Hindistandan əldə etdiyi qiymət cədvəli ümumi qiymət cədvəlidir, iddiaçıya təqdim olunmuş fərdi qiymət cədvəli deyil. Qanunvericiliyin bu tələbinə baxmayaraq, cavabdehin hərəkətləri hüquqi cəhətdən əsassız və qanunsuzdur, bunun nəticəsi olaraq, idxal edilən mallar gömrük orqanına məxsus olmayan hansısa anbarda saxlanıldığı üçün iddiaçı hər gün üçün əlavə müzd ödəməklə ciddi maddi ziyana məruz qalmışdır. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraz və etiraza əlavəyə uygun izahat verərək, əlavə olaraq bildirdi ki, idxal olunan malların rəsmiləşdirilməsi üçün iddiaçının təqdim etdiyi gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların invoys üzrə bir adda bəyan edilməsinə baxmayaraq fərqli təyinata və xüsusiyyətlərə malik mallar olduğu aşkar edilmiş, həmçinin gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı gömrük inspektorunda şübhə yaranmış və müvafiq araşdırma aparılmışdır. Bu barədə iddiaçıya yol verilmiş nöqsanların aradan qaldırılması üçün elektron qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır. Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir. Buna görə də gömrük orqanı qanunla üzərinə qoyulmuş vəzifələrini icra etmiş, iddiaçı isə əksinə dövlət büdcəsinə ödənilməli olan ödənişlərin ödənilməsindən yayınmaq istəmişdir. Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. (104.1,104.2 maddələri). Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cu maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gomruk orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçıların izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı MMC 03.11.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - 17.08.2021-ci il tarixli **********8953 nömrəli gömrük bəyannaməsindən görünür ki, mal qəbul edən/idxalatçı İddiaçı MMC 12412 kq həcmində 1795 qutu Hindistan İstehsalı olan mal göndərən/ ixracatçı “Pidilite İndustries LTD” şirkətindən malın invoys qiyməti 11.826,85 ABŞ dolları, gömrük dəyəri 35.871,70 AZN, statistik dəyəri 21.101 AZN 1795 qutu yapışdırıcı aldığını bəyan etmişdir. Həmin məbləğlər əsasında cəmi 13172 AZN məbləğində gömrük ödənişi hesablanmışdır. - İddiaçı MMC (alıcı) ilə “Pidilite İndustries” LTD şirkəti (satıcı) arasında bağlanmış 01.06.2021-ci il tarixli müqavilədən görünür ki, satıcı elektron və ya yazılı formada müqavilədə göstərilən məhsulları müqavilənin imzalandığı tarixdən etibarən Bakı şəhərinə iddiaçının ünvanına tədarük etməyi, alıcı isə malları qəbul etməyi, qiymətlərin satıcının cari qiymət siyahısına əsasən ABŞ dolları ilə verilmiş qiymətlər oldugu, ödəniş şərtlərinin hesab-fakturanın verilməsindən sonra 90 gün ərzində ödənilməsi barədə tərəflər razılıga gəlmişlər. -“Pidilite İndustries” LTD şirkəti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 90024470-1 nömrəli 13.07.2021 tarixli invoysda mala görə invoys qiyməti 11.826,85 ABŞ dolları ödənişin edilməsi qeyd edilmişdir. - Təqdim edilmiş 801417236, 801417238, 801417393, ********* saylı tarixli mədaxil qəbzlərindən görünür ki, cəmi 5.701,56 manat məbləğində gömrük rüsumu, ödənişləri və yığımları büdcəyə ödənilmişdir. - İddiaçının vəkili tərəfindən cavabdeh orqana ünvanlanmış 08.09.2021-ci il tarixli 08/09-21VH saylı məktubunda bildirilmişdir ki, “İddiaçı MMC tərəfindən 17.08.2021-ci il tarixdə Hindistan Respublikasından yapşıdırıcı mal idxal edilmişdir. İdxal edilən mal üzrə 17.08.2021-ci il tarixdə gömrük bəyannaməsi tərtib edilsə də, bu günə qədər həmin mallar rəsmləşdirilməmiş, eləcə də bununla bağlı heç bir əsaslandırıcı rəsmi cavab verilməmişdir. Həmçinin, onu da diqqətə çatdırmaq istəyirik ki, idxal edilən mallar daşıyıcı şirkətə məxsus nəqliyyat vasitəsi ilə birgə gömrük postunda saxlandığı üçün İddiaçı MMC hər ötən gün üçün əlavə muzd ödəyir və bu hal şirkətə ziyan vurulmasına gətirib çıxarır. Odur ki, yaranmış mübahisənin məhkəmə müstəvisində həlli zərurətindən irəli gələrək, İddiaçı MMC tərəfindən 17.08.2021-ci il tarixdə Hindistan Respublikasından idxal edilən yapşıdırıcı malların bu günədək rəsmləşdilməməsinin, sözügedən gömrük orqanının hərəkətsizliyinin, xüsusilə də mallar üzrə tərtib edilmiş **********8953 nömrəli gömrük bəyannaməsinin təsdiq edilməməsinin əsası və səbəbləri barəsində ətraflı məlumat arayışının 2 (iki) iş günü müddətində verilməsini xahiş edirəm”. İşin faktiki hallarından görünür ki, hazırki iddia tələbi ilə iddiaçı “Pidilite İndustries” LTD şirkəti ilə arasında olan müqavilə münasibətləri zəminində müqavilə predmetini təşkil edən malları almış, həmin malların Azərbaycan Respublikasına idxalı zamanı müvafiq gömrük prosedurlarından keçmiş, zəruri olan gömrük rüsumunu ödəmiş, lakin malın gömrük orqanı tərəfindən buraxılmasına icazə verilməmişdir. Cavabdeh inzibati orqan risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə bəyannaməni qaytarmışdır. Belə ki, cavabdehin dəlillərinə görə mövcud əməliyyat üzrə xarici tərəfdaş kimi çıxış edən “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə əlaqə saxlanılaraq qiymət cədvəli əldə edilmiş, cədvələ əsasən yapışdırıcıların ayrı-ayrı qiymətlər üzrə təqdim olundugu, şirkət tərəfindən daha öncə eyni invoys tərtibatı ilə digər idxalatçının ünvanına eyni markalı malların idxal olundugu, invoys üzrə malların bir adla bəyan olunmasına baxmayaraq, həyata keçirilən gömrük baxışı nəticəsində eyni bəyannamə üzrə fərqli təyinatlı və xüsusiyyətli malların idxal olunduğunun müəyyən olundugu, araşdırma zamanı BMT-nin rəsmi ticarət statistikasına da istinad olundugu və əsasən 2020-ci il ərzində Hindistandan eyni XİFMN kodu altında olan malların 1 kq-4,01 USD (FOB şərti ilə) dəyəri ilə göndərilməsi və eyni həcm üzrə yalnız “PİDİLİTE İNDUSTRİES LTD” şirkətindən idxal edilməsinin müəyyən olundugu, “Fevicol” markalı yapışdırıcıların ölkə ərazisində satışını həyata keçirən “Unimac” şirkətinin rəsmi internet saytına baxış keçirildiyi, əməkdaş tərəfindən nümayəndəsi ilə əlaqə saxlanıldıgı, məhsulun daxili və xarici bazar qiymətlərinin əldə edildiyi, həmçinin də Rusiya Federasiyasında və Ukrayna Respublikasında fərgli qiymətlərlə satıldığının məlum olundugu əsas gətirilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın hərəkətinin qanuni olub-olmaması istiqamətində araşdırma aparır və aşağıdakılara istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin aşağıda qeyd edilən maddələrində göstərilir: 1.0.23. Gömrük tarifi – gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. 102.1 Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 121.1-ci Mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. 146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. 150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. 218.1. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. 218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: 218.2.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; 218.2.2. tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura; 218.2.3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları; 218.2.4. müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; 218.2.5. müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri; 218.2.6. müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər; 218.2.7. müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi; 218.2.8. kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri. 219.1. Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. 219.2. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. 220.1. Malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. 220.2. Malları gömrük məqsədləri üçün dəyərləndirən şəxs: 220.2.1. onların bəyan edilməsi ilə bağlı sənədləri və məlumatları bu Məcəllənin 95.2-ci maddəsində tələb olunan müddət ərzində saxlamalı; 220.2.2. gömrük orqanları tərəfindən tələb olunduqda, müəyyən edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyanetmə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir. 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. 221.2. Bu Məcəllənin 221.1-ci maddəsi malların gömrük orqanlarının nəzarətində qalmasından, hesablanmış gömrük ödənişlərinin ödənilməsindən asılı olmayaraq tətbiq edilir. 221.3. Şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. 321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun aşagıdakı maddələrinə əsasən: 1.1.2. Gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür. 3.1. Azərbaycan Respublikasında idxal gömrük rüsumları və bəzi mallara ixrac gömrük rüsumları tətbiq edilir. 3.2. İdxal gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. 7.3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını bu Qanunun müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. 8.2. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 10.2. Bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti yarandıqda, bəyannaməçi yarana biləcək gömrük borcunun ödənilməsi üçün Gömrük Məcəlləsində nəzərdə tutulan təminat növlərindən istifadə etməklə, bəyan edilən malın istifadə üçün ona verilməsi barədə gömrük orqanına müraciət edə bilər. 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. 11.3. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. 11.4. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri 13-18-ci maddələrinə uygun müəyyən edilmiş üsullarla həyata keçirilir. 18.2.3. Bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti əsasında müəyyən edilə bilməz. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən olunmuşdur ki, iddiaçı ilə “Pidilite İndustries" LTD şirkəti arasında bağlanmış 01.06.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı Azərbaycan Respublikasında satışını həyata keçirmək üçün yapışdırıcılar almış, **********8953 sorğu nömrəli 17.08.2021-ci il tarixli gömrük bəyannaməsi ilə həmin malları invoys qiymətinə uygun olaraq gömrük orqanına bəyan etmiş, zəruri olan gömrük rüsumunu ödəmiş, lakin gömrük orqanı tərəfindən həmin bəyannamə əsassız olaraq rəsmiləşdirilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin həmin bəyannaməni rəsmiləşdirməkdən imtina etməsi qanunsuz olmuşdur. Belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı qanunvericiliyin qeyd olunan müddəalarına əməl edilməmişdir. Belə ki, göründüyü kimi iddiaçı gömrük dəyərinin müəyyən edilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi sövdələşmə qiymətinin əsas götürülməsində iddialıdır. Yuxarıda adıçəkilən Qanunun “Malların sövdələşmə qiyməti üsulu” adlanan 13-cü maddəsindən də göründüyü kimi gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla), satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın, alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə, bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar, alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Cavabdeh gömrük orqanı göründüyü kimi invoysda göstərilən sövdələşmə qiymətini nəzərə almamış, heç bir əsas olmadan malın qiymətinin azaldığına istinad etmişdir. Diqqətəlayiq hal odur ki, “Gömrük tarifi haqqında” Qanunda göstərilən gömrük dəyərinin müəyyən edilməsi üsullarının heç birində invoysda göstərilən sövdələşmə qiymətini nəzərə almadan gömrük dəyərini müəyyən etmək üçün mövcud əməliyyat üzrə xarici tərəfdaş (hazırki halda “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti) ilə əlaqə saxlanılaraq “qiymət cədvəlinin əldə edilməsi”, yaxud həmin şirkət tərəfindən “daha öncə eyni invoys tərtibatı ilə digər idxalatçının ünvanına eyni markalı malların idxal olundugu qiymətin” əsas götürülməsi, invoys üzrə malların bir adla bəyan olunmasına baxmayaraq, həyata keçirilən “gömrük baxışı” nəticəsində eyni bəyannamə üzrə fərqli təyinatlı və xüsusiyyətli malların idxal olunduğunun müəyyən olundugu (bu zaman baxışın hansı üsulla aparılması, hansı mütəxəssisin cəlb edilməsi və rəyinin verilməsi barədə heç bir sübut təqdim olunmur), “BMT-nin rəsmi ticarət statistikasına istinad olunması”, “malın ölkə ərazisində satışını həyata keçirən digər şirkətinin rəsmi internet saytına baxış keçirilməklə və ya gömrük əməkdaşı tərəfindən nümayəndəsi ilə əlaqə saxlanılmaqla” məhsulun daxili və xarici bazar qiymətlərinin əldə edildiyi kimi qeyri-rəsmi məlumatın alınması, həmçinin də “Rusiya Federasiyasında və Ukrayna Respublikasında fərgli qiymətlərlə satıldığının” məlum olmasının iddiaçının idxal etdiyi malın invoys qiymətini qəbul etməyərək həmin qiymətlərin müəyyən edilməsi üsulu kimi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olundugu kimi qanunvericilik malların dəyərləndirilməsi mexanizmini dəqiq təsvir etmişdir ki, həmin dəyərləndirilmənin aparılmasının əsaslardan biri sövdələşmə üsulu ilə həyata keçirilir. Belə ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi (Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət) gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Malların gömrük dəyərini sövdələşmə qiyməti (dəyərləndirilən mallara eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti), bunlar da mümkün olmadıqda eynicinsli malların sövdələşmə qiymət (dəyərləndirilən mallarla eyni və təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eynicinsli malların sövdələşmə qiyməti) tətbiq olunur. Yuxarıda qeyd olunan dəyərləndirmə üsullarının tətbiqi mümkün olmadıqda isə malların gömrük dəyəri çıxılmış dəyər üsulu ilə müəyyənləşdirilir. Göründüyü kimi qanunvericilik idxal olunmuş malların dəyərləndirilməsi mexanizmini dəqiq təsvir etmişdir ki, həmin dəyərləndirilmənin aparılmasının əsaslardan biri sövdələşmə üsulu ilə həyata keçirilir. Lakin, cavabdeh inzibati orqan qanunvericiliyin və normativ hüquqi akların tələbləri çərçivəsində hərəkət etməmiş, bununla da iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Gömrük qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi gömrük rəsmiləşdirilməsi malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətləri özündə ehtiva edir, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud qanunda nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Gömrük Məcəlləsinin maddələrinə əsasən, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. (GM 1.0.19, 104, 146.1 və 146.2-ci maddələri). Gömrük Məcəlləsinin 89-cu (Gömrük nəzarətinin minimum müddətdə həyata keçirilməsi tələbinə riayət olunması) maddəsinə əsasən, gömrük orqanları, bəyannaməçi və mallar barədə səlahiyyəti olan digər şəxslər gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri olan minimum müddətə riayət etməyə borcludurlar. Həmin Məcəllənin 90-cı (Gömrük nəzarəti həyata keçirilərkən qanunsuz zərər vurulmasına yol verilməməsi) maddəsinə əsasən, (90.1) Gömrük nəzarəti həyata keçirilərkən şəxslərə, onlara məxsus olan mallara və nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir; (90.2) Qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Gömrük bəyannaməsinin geri qaytarılması isə Gömrük Məcəlləsinin 151-ci (Gömrük bəyannaməsinin müəyyən olunmuş şərtlərə uyğunluğunun yoxlanılması) maddəsinin tələblərinə əsasən tənzimlənir. Belə ki, həmin maddəyə əsasən, (151.1) Gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır: 151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını; 151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu; 151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını; 151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu; 151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini. 151.2. Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır. 151.3. Təsdiq edilməmiş gömrük bəyannaməsi və onunla birlikdə təqdim edilmiş sənədlər təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılır. Gömrük Məcəlləsinin 152-ci (Gömrük bəyannaməsinin təsdiqi) maddəsinə əsasən, 152.1 Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. 152.2. Gömrük bəyannaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə gömrük orqanının iş vaxtında təqdim olunur və təsdiq edilir. 152.3. Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. 152.4. Gömrük orqanları gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina edə bilməzlər. Gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina ilə əlaqədar mallar barəsində səlahiyyəti olan şəxsə dəymiş ziyan bəyannamənin təsdiqindən əsassız olaraq imtina etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. 152.5. Gömrük bəyannaməsi malların təqdim olunduğu gömrük orqanından fərqli gömrük orqanında təqdim olunarsa, malların təqdim olunduğu gömrük orqanı bu mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsinin mümkünlüyünü təsdiq etdikdə həmin bəyannamə təsdiq edilir. 152.6. Gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur. Gömrük Məcəlləsinin 157-ci (Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması) maddəsinə əsasən, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Gömrük Məcəlləsinin 160-cı (Gömrük bəyannaməsində göstərilən məlumatların, müvafiq sənədlərin və malların yoxlanılma müddətləri) maddəsinə əsasən, 160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. 160.2. Gömrük qanunvericiliyində sənədlərin və malların yoxlanılması üçün daha qısa müddət müəyyənləşdirilə bilər. 160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. 160.4. Yoxlamanın nəticələri malların yerləşdirildiyi müvafiq gömrük prosedurunun tətbiqi üçün istifadə edilir. Gömrük Məcəlləsinin 162-ci (Malların buraxılışı) maddəsinə əsasən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə isə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Cavabdehin təqdim etdiyi 17.08.2021 tarixli, **********8953 nömrəli bəyannamə üzrə elektron çıxarışdan görünür ki, bəyannamə üzrə 17.08.2021 tarixdə gömrük rəsmiləşdirilməsi başlamış və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmış, 17.08.2021 tarixdə bəyannamə qəbul edilmiş, 18.08.2021 tarixdə deklaranta qaytarılmış, sonra rəsmiləşdirmək üçün göndərilmiş, qəbul edilmiş, ödəniş tamamlanmamış, GB təsdiq olunmuş, lakin sonra yenə əməliyyat dayandırılmış, 15.09.2021 tarixdə GB-lə əməliyyatlar dayandırma ləgv olunmuş, 16.09.2021 tarixdə sənəd deklaranta qaytarılmışdır. Şərh olunan qanunvericiliyi müddəalarının hazırki iddia tələbinə tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının gömrük orqanına təqdim etdiyi bəyannamə və sənədlər gömrük orqanı tərəfindən yoxlanılmış və onların düz olması müəyyən olunmuş, zəruri olan gömrük rüsumunu ödənilmişdir. Əks halın olması, yəni gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirməklə cavabdeh gömrük orqanının rəsmi olaraq iddiaçıdan müvafiq düzəlişlərin aparılmasını tələb etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Cavabdehin gətirdiyi yuxarıda təhlil olunan dəlillər isə mötəbər sübut sayıla bilməz, malın gömrük dəyərinin şübhə altına alınaraq bəyannamənin geri qaytarılmasına əsas deyil. Göründüyü kimi gömrük orqanı məhkəməyə bəyannamənin iddiaçıya geri qaytarılmasını və ya bəyannamədəki məlumatların düzgün olmadığına görə düzəlişlərin aparılması tələblərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Gömrük orqanı öz mülahizilərinə uyğun bəyannaməni rəsmiləşdirməmiş, bu barədə iddiaçıya elektron qaydada bildiriş göndərildiyinə istinad etsə də, həmin bildiriş məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh orqanın etirazına əlavə etdiyi gömrük bəyannaməsi üzrə elektron çıxarış və GB-nin rəsmiləşdirilməsi barədə əməkdaşlarının qeydləri adlandırılmış sənədlər qanunverciliyin tələblərinə cavab vermədiyi üçün məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin sənədlər ümumiyyətlə nə elektron imza ilə, nə də ki adi qaydada imzalanmamış və heç bir möhür ilə təsdiq edilməmişdir. Cavabdeh tərəfindən bildirişin elektron qaydada göndərildiyinə istinad edilsə də, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə riayət edilməmişdir. Beləliklə də məhkəmə araşdırmasının nəticəsi üzrə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ünvanına daxil olan və iddiaçı tərəfindən gömrük bəyannaməsi ilə bəyan edilmiş, zəruri olan gömrük rüsumunu ödənilmiş yükün cavabdeh tərəfindən əsassız olaraq saxlanılması qanunsuz hesab edildiyindən və onun Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququnun pozulmasına dəlalət etdiyindən iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilmiş və gömrük orqanına təqdim edilmiş sayılmalıdır. Toğrul Bolqarıstana qarşı 15 noyabr 2018 -ci il tarixli iş üzrə qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi və şərhi ilə bağlı prinsiplər eyni xarakterli hallarda aşağıda qeyd edilmiş qanun və qərarlarda da öz əksini tapmışdır : Anheuser –X2rşı işi №73049/01, §62, CEDH 2007 –İ ; J.A. Pye (oxford) Ltd və J.A. Pye (Oxford) Land Ltd c. Birləşmiş Krallıq [GC] n°44302/02 §52, CEDH 2007 –İİİ; Beyeler c. İtaliya [GC] n°33202/96 §107, CEDH –İ ; Gasus Dosier – und Fördertechnik GmbH C Norveç, 23 fevral 1995 §60, seriya A n° 306 –B ; AGOSİ c Birləşmiş Krallıq, 24 oktyabr 1986, §§ 51 və 52, seriya A n°108, Grifhorst c Fransa, n° 28336/02, §§ 84-86, 26 fevral 2009 və Gabric c. Xorvatiya n°9702/04 §§ 33, 5 fevral 2009). Bununla bağlı olaraq Məhkəmə qeyd etdi ki, iddiaçıya cərimə ödəmə və gömrük xidmətində bəyan etmədiyi məbləğin müsadirə olunması kimi cəza müəyyən edilmişdir. Bu xarakterli məsələlərlə bağlı hüquq nəzəriyyəsinə (təcrübəsinə) əsaslanaraq Məhkəmə hesab etdi ki, əmlakına nəzərən iddiaçının hüququna müdaxilədən bəhs olunduğu təqdirdə müzakirə edilən məsələlər əmlakdan istifadə qanunundan asılıdır və bu vəziyyət 1 saylı Protokolun 1-ci maddəsinin 2-ci bəndinin tətbiq sahəsinə daxildir. Belə ki, məhkəmə bu müdaxilənin “qanunla nəzərdə tutulması”nı, qanuni məqsədini və izlənilən məqsədə mütənasib olubolmadığını müəyyən etməlidir. Həmçinin qeyd edilir ki, müzakirə obyekti olan məsələlər nəğd pulun ixdalı və ixracını yoxlamağı nəzərdə tutmuşdur. Bu isə öz növbəsində 1 saylı Protokolun 1-ci maddəsinin ikinci abzasında ümumi marağa cavab verən “qanuni məqsəd” kimi təhlil edilir. Bundan başqa, hazırki iş üzrə səlahiyyətli orqanların izlənilən məqsəd və istifadə olunan vasitələr arasında mütənasibliyi əsaslandıran hesabatı təmin edibetmədiyini müəyyən etmək lazımdır. Başqa sözlə desək, Məhkəmə dövlət tərəfindən təsdiq edilmiş qiymətləndirmə meyarını nəzərə alaraq şəxsin əsas hüquqlarının müdafiəsi və ümumi maraq tələbləri arasında dəqiq tarazlığı təmin etməlidir (yuxarıda adı çəkilmiş Grifhorst §§ 94). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin ünvanına daxil olan yapışdırıcı mallara dair 17.08.2021 tarixli, **********8953 nömrəli gömrük bəyannaməsinin əsaslı və qanuni hesab edilməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin adına və ünvanına göndərilən yapışdırıcı mallara dair 17.08.2021 tarixli, **********8953 nömrəli gömrük bəyannaməsi əsaslı və qanuni hesab edilməklə gömrük rəsmləşdirilməsinin həyata keçirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-10469/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10469/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver