Məhkəmə qərarları › İş №2-1(112)-105/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-105/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-105/2022 03.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının vəkili X15 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi işləyir) iştirakı ilə, iddiаçı “Nardaran X39 LTD” MMC-nin cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində Əzimov Hacıbaba Sadıq oğlu, Mirzəyev Teymur Abbas oğlu, Ələsgərov Ağababa Əli oğlu cəlb edilməklə “plan-ölçünün ilkin hüquqmüəyyənedici sənədlərə uyğun tərtib edilməsi vəzifəsinin qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı “Nardaran X39 LTD” MMC Bakı İnzibati Məhkəməsində cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq X16 verilmiş 22.01.2010-cu il tarixdə 19442 nömrə ilə uçota alınmış A № 254567 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; X17 verimiş 24.06.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış A № 277291 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; X18 verimiş 08.05.2013-cü il tarixdə 34307 nömrə ilə uçota alınmış A № 439995 nömrəli torpaq sahəsinin plan və ölçüsündə dəyişiklik edilməklə həmin məlumatların faktiki yerləşmə yeri və “Nardaran X39 LTD” MMC-nin istifadəsində olan sənaye təyinatlı “X56 Yatağı”nın ərazisi üzrə deyil, üçüncü şəxslərə verilmiş ilkin hüquqmüəyyənedici sənədlərə uyğun olaraq tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Nardaran X39 LTD” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, 01 iyul 1947-ci ildə Azərbaycan SSR Tikinti Nazirliyinin Tikinti Materialları Sənayesi Baş İdarəsinin “Maştağa Mexanizmləşdirilmiş Daş Karxanaları” yaradılmış və həmin müəssisə 1960-cı ilin əvvəllərinə qədər Nardaran kəndinin yaxınlığında yerləşən əhəng daşı yatağında əhəng daşının hasilatını həyata keçirmişdir. Sonradan “Maştağa Mexanizmləşdirilmiş Daş Karxanaları”nın bazasında Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin “Maştağa Tikinti Materialları Kombinatı” yaradılmış və bu kombinatın strukturuna Bakı şəhərinin Nardaran, Şüvəlan və Zirə kəndləri yaxınlığında yerləşən daş karxanalarının sahələri də daxil edilmişdir. “Maştağa Tikinti Materialları Kombinatı” üçün Nardaran sahəsində əhəng daşının hasilatı məqsədi ilə Azərbaycan SSR “Dövlətdağmədəntexnəzarət” Komitəsinin 04.06.1980-cı il tarixli, 66 saylı Yataq ayırma aktına əsasən Bakı şəhərinin Lenin rayonunun (hazırki Sabunçu rayonu) Nardaran kəndinin inzibati ərazisində 68 hektar sahə təşkil edən əhəng daşı yatağı ayrılmışdır. Azərbaycan SSR Ərazi Ehtiyatlar Komitəsinin 1966-cı il tarixli, 3 saylı protokolu ilə yatağın ehtiyatı 28 mln 585 min kub metr həcmində təsdiq edilmişdir. Azərbaycan SSR Ali Sovetinin 1227/İX nömrəli, 20.06.1979-cu il tarixli “Yerin təki haqqında qanunların icrasının vəziyyəti haqqında” qərarına əsasən Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin 23.08.1979-cu il tarixli, 193 nömrəli sərəncamı əsasında yataq ayrılmasının əsaslandırılması işlənib hazırlanmış və Nardaran sahəsində əhəng daşının hasilatı məqsədi ilə Azərbaycan SSR “Dövlətdağmədəntexnəzarət” Komitəsinin 04.06.1980-cı il tarixli, 66 saylı Yataq ayırma aktına əsasən Bakı şəhərinin Lenin (hazırki Sabunçu) rayonunun Nardaran kəndinin ərazisində 68 hektar yataq sahəsi “Maştağa Tikinti Materialları Kombinatı”nın istifadəsinə verilmişdir. Sonradan Azərbaycan SSR Nazirlər Sovetinin “Abşeronda bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” 195 nömrəli, 02.06.1988-ci il tarixli qərarına əsasən Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin “Maştağa Tikinti Materialları Kombinatı”nın 68 hektar təşkil edən Nardaran sahəsindən 34,5 hektar sahə Bakı şəhər İcraiyyə Komitəsinin “X23 və İstismarı üzrə Birliyin Xüsusi Məişət Tikinti Tresti”nin istifadəsinə verilmiş, 33,5 ha sahə isə “Maştağa Tikinti Materialları Kombinatı”nın istismarında saxlanılmışdır. Sonradan “X23 və İstismarı üzrə Birliyin Xüsusi Məişət Tikinti Trestinin Nardaran X39” Bakı şəhər İcra Hakimiyyətinin 24.12.1993-cü il tarixli, 2057 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin Baş İstehsalat İdarəsinin 1 nömrəli Trestinin tərkibinə daxil edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 06 iyul 1994-cü il tarixli qərarına əsasən “Bakı şəhər İcra Hakimiyyətinin Baş İstehsalat İdarəsinin 1 nömrəli Trestinin bazasında "Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 1 nömrəli Trestinin Nardaran X39” yaradılmışdır. 10.03.2003-cü ildə “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 1 №-li Trestinin Nardaran X39”nın bazasında “Nardaran X39 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 10.03.2003-cü il tarixli 0103-P7-37400 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. “Maştağa Tikinti Materialları Kombinatı”nın bazasında isə “X57” MMC yaradılmışdır. Göründüyü kimi “Nardaran X39 LTD” MMC 1988-ci ildə mövcud olmuş “X23 və İstismarı üzrə Birliyin Xüsusi Məişət Tikinti Trestinin hüquqi varisi olaraq fəaliyyət göstərir. Hal-hazırda “X34”nin idarə olunması Azərbaycan Respublikasının “Yerin təki haqqında” Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.1999-cu il tarixli, 01 saylı qərarı ilə tənzimlənir. Qeyd edilən qərara əsasən yatağın qanuni istifadəçisi yatağın səmərəli istifadəsinə görə, istİfadə etmədiyi hissələrin isə qorunmasına və mühafizəsinə görə dövlət qarşısında məsuliyyət daşıyır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, “Nardaran X39 LTD” MMC-nin Azərbaycan Respublikasının Baş Nazirinə etdiyi rəsmi müraciət əsasında 2016-cı ilin may ayında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X37 Departamentinin əməkdaşları tərəfindən “X35”nın sərhədləri daxilində topogeodezik araşdırmalar aparılmış və barəsində arayış tərtib edimişdir. Araşdırmanın nəticələrinə görə, sözügedən əhəngdaşı yatağının istifadə olunmamış müxtəlif sahələrinin naməlum şəxslər tərəfindən hasara alınaraq üzərində fərdi yaşayış evlərinin tikildiyi bildirilmişdir. Bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X37 Departamentinin Sabunçu rayon İH-nin başçısına və Sabunçu RPİ-nə ünvanlanmış 20.06.2016-cı il tarixli, 17/1270-01 nömrəli məktubunda qeyd olunmuşdur. “X35”nın sərhədləri daxilində qanunsuz məskunlaşmış şəxslərin müəyyənləşdirilməsi zamanı məlum olmuşdur ki, vətəndaşlar X30, X19, X20, X42, X6, X38, X27, X28 və X29 dövlətə məxsus yataq ərazisinin müxtəlif sahələrini hasara alaraq daxilində tikililər inşa etmişlər. Dövlətə məxsus yataq ərazisinin boşaldılması və qanunsuz tikililərin sökülməsi məqsədi ilə Sabunçu rayon məhkəməsində vətəndaşlar X21, X9, X10, X36, X4, X31 qarşı iddiaçı tərəfindən iddia qaldırılmışdır. Nəticədə cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə Sabunçu rayon məhkəməsi tərəfindən 15.03.2018-ci il tarixli qətnamə və cavabdehlər barəsində xüsusi qərardad çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26.12.2018-ci il tarixli qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Lakin yataq ərazisində monitorinqin davam etdirilməsi zamanı məlum olmuşdur ki, yataq ərazisinin hüdudları daxilində yerləşən müxtəlif torpaq sahələri və tikililər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 1 saylı Baki Ərazi İdarəsi tərəfindən vətəndaşlar X11, X12, X13 adına xüsusi mülkiyyət kimi rəsmi qeydiyyata alınmışlar və müvafiq çıxarışlar verilmişdir. Lakin “X35” ərazisində yaşayış məntəqələrinin salınması və ya hər hansı sosial obyektlərin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə vətəndaşlar X28, X27, X29 tərəfindən heç bir müraciət daxil olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş materialları ilə tanış olan zaman məhkəmənin sorğusu əsasında təqdim edilmiş X16, X17 və X18 verilmiş çıxarışa və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərə baxan zaman keçmiş Azərbaycan Respubikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 22.01.2010-cu il tarixdə 19442 nömrə ilə uçota alınmış 254567 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi ilə X12 adına, 24.06.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış 277291 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi ilə X11 adına, 08.05.2013-cü il tarixdə 34307 nömrə ilə uçota alınmış 439995 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədi ilə X13 adına “Nardaran X39 LTD” MMC-nin istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsi üzərində torpağın təyinatı dəyişdirilməklə yaşayış məntəqələrinin torpaqları kimi qeydiyyata alınması müəyyən edilmişdir. Halbuki torpağın təyinatını dəyişmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. “Nardaran X39 LTD” MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu torpaq sahəsinin xəritəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edmişdir və həmin torpaqlar sənaye təyinatlı torpaq sahələridir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən üçüncü şəxslərin adlarına verilmiş hər bir plan və ölçü sənədinin verilməsinə əsas olmuş sənədlərin adları (protokol, müqavilə) qeyd edilsə də lakin heç bir sənəddə torpağın yerləşmə yerini əks etdirən cizgisi və müvafiq olaraq hüquqmüəyyənedici sənədlərin milli arxivdə olması və ya həmin sənədi verən orqan tərəfindən təsdiqlənmiş surəti müəyyən edilməmişdir. Digər tərəfdən Mirzəyev Teymur Abbas oğluna verilmiş 24.06.2010-cu il tarixli plan və ölçü Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 30.03.2001-ci il tarixli, 229 saylı protokolu, Əzimov Hacıbaba Sadiq oğluna verilmiş 22.01.2010-c il tarixli plan və ölçü Bakı şəhər XDS İK-nin bağ sahələrinn verilməsi üzrə komissiyanın 30.08.1989-cu il tarixli, 9/333 saylı protokolu, Ələsgərov Ağababa Əli oğluna verilmiş 08.05.2013-cü il tarixli Bakı şəhər İH-nin BTİ və İB-nin 05.07.2006-cı il tarixli, 12547 saylı müqaviləsi əsasında verildiyi həmin sənədlərin özündə qeyd olunmuşdur. İddiaçı həmin protokolları və müqavilələri əsas gətirərək inzibati orqanın plan və ölçü tərtib edilməsi hərəkətlərini mübahisələndirir. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sərəncamı icra edilməmiş, iddiaya etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş,iddiaçı tərəfindən cavabdehə müraciət edilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili P.Zalışov məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi T.Yeganlı məhkəmə iclasında iddia tələbinə cavabdehin imtina məktubunda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan SSR Nazirlər Sovetinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinin 04 iyun 1980-cı il tarixli, 66 nömrəli X33 əsasən X35nın Nardaran sahəsində mişar daşının hasilatı və sənaye kəşfiyyatı üçün 04 iyun 1980-cı il tarixində əlavə olunan planın üzərində qeyd olunmuş 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12,11, 13, 14, 15, 16, 17, 18, 19 və 20 koordinat nöqtələrinin hüdudlarında Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin Maştağa Tikinti Materialları Kombinatına dağ-mədən ayırması təqdim edilmişdir.Həmin akt Azərbaycan SSR Dövlətdağtexnəzarət reyestrinə 04 iyun 1980-ci ildə 66 nömrəsi ilə daxil edilmişdir Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli, 2 iyun 1988-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyi Maştağa Tikinti X2 sahəsinin bazasında Bakı şəhər İcraiyyə Komitəsinin X23 və İstismarı Birliyinin X39nın yaradılması üçün Maştağa Tikinti Materialları Kombinatının “kubik” daşının hasilatı üzrə Nardaran sahəsinin müvafiq sayda və saxlama xərcləri, mövcud mexanizmləri, avadanlıqları və digər əsas fondları ilə müəyyənləşdirilmiş qaydada Bakı şəhər İcraiyyə Komitəsinin X23 və İstismarı Birliyinə təhvil verilməsi qərara alınmışdır. 23 sentyabr 1988-ci il tarixdə Maştağa tikinti materialları kombinatının baş mühəndisinin, Nardaran karyer təsərrüfatının baş mühəndisinin və Maştağa TMK baş markşeyderinin tərtib etdikləri akta əsasən Nardaran yatağının dağ ayırması bölünmüş Maştağa TMK ilə Nardaran karyer təsərrüfatının dağ ayırması sərhəddi 44 və 37 saylı kəşfiyyat quyularından keçən xətt üzrə məyyən edilmişdir. SSRİ Sənayedə X14nə Nəzarət və Dağ-Mədən Nəzarəti üzrə Dövlət Komitəsinin 10 nömrəli, 05.11.1988-ci il tarixli “Dağ-mədən ayırmasını təsdiq edən” aktına əsasən Nardaran əhəngdaş yatağının yeraltı açıq üsulla işlənməsi üçün dağ-mədən ayırmasını təsdiq edən həmin akt Xüsusi Məişət Təmir Tikinti Trestinin Nardaran karxana təsərrüfatına verilmişdir, topoqrafik planın surətində bucaq nöqtələri ilə işarə olunan dağmədən ayırmasının proyeksiya sahəsi 34,5 hektar təşkil edir, dağ-mədən ayırması müddətsiz verilmişdir, aktda qeyd edilmişdir ki, faydalı qazıntılar yatağının işlənməsi üçün təqdim olunmuş dağ-mədən ayırmasında müəssisənin üzərinə dövlət texniki nəzarət orqanlarının icazəsi olmadan dağ-mədən ərazisində binaların, tikililərin və digər obyektlərin inşasına yol verməmək vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 baş geodezisti və Ətraf Mühitin Mühafizəsi Departamentinin məsləhətçi müfəttişi tərəfindən imzalanmış “Nardaran əhəngdaşı yatağının hüdudlarında aparılmış topogeodezik araşdırmaların nəticələri haqqında” arayışa əsasən araşdırma nəticəsində müəyyən edilmişdir ki, dövlət balansında istifadəsiz qalan əhəngdaşı yatağının ərazisi “Nardaran X39 LTD” MMC-nin məktubunda qeyd edilmiş 11 hektar daxil olmaqla bütövlükdə 21 hektar təşkil edir və bu ərazi topoqrafik koordinatlarla öz təsdiqini tapmaqla həqiqətən 68 hektar sahəsi olan Nardaran əhəngdaşı yatağının hüdudları daxilindədir, lakin sözügedən əhəng daşı yatağının istifadə olunmamış müxtəlif sahələri naməlum şəxslər tərəfindən hasara alınmış, üzərində isə fərdi yaşayış evləri tikilmişdir. Bununla bərabər yataq daxilində mişar daşının hasilatı məqsədilə “X44 Təsərrüfatı LTD” MMC-yə ayrılmış 4+1=5 ha sahəsinin koordinatları qeydə alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kollegiyasında 06.07.1994-cü ildə qeydə alınmış Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi 1 №-li Trestinin Nardaran Daş X1 1-ci bəndinə əsasən X44 təsərrüfatı Azərbaycan SSR Nazirlər Sovetinin 01.04.88-ci il tarixli, 871 saylı, Bakı şəhəri İcraiyyə Komitəsinin 14.04.88-ci il tarixli, 05/372 saylı sərəncamlarına müvafiq olaraq yaradılmışdır və sonradan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 24.12.1993-cü il tarixli, 2057 nömrəli sərəncamı ilə təşkil edilmiş Baş İstehsalat İdarəsinin 1 nömrəli Trestinin tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyata alınmış “Nardaran X39 LTD” MMC-nin nizamnaməsinin 1.1-ci bəndinə əsasən Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 06.07.1994-cü il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmış Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi 1 №-li Trestinin Nardaran Daş Karxana Təsərrüfatının bazasında yaranmışdır və onun hüquqi varisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddiaçı “Nardaran X39 LTD” MMC-yə ünvanlanmış 21 iyun 2019-cu il tarixli məktubuna əsasən vətəndaş X16 verilmiş 22.01.2010-cu il tarxli, A № 254567 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və 16.03.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın, X17 verilmiş 24.06.2010-cu il tarixli, A № 277291 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və 16.09.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın və X18 verilmiş 08.05.2013-cu il tarixli, A № 439995 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və 15.03.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi ilə bağlı 11.06.2019-cu il tarixli müraciətə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Müraciətə cavabda bildirimişdir ki, müraciətdə qeyd edilən məsələ Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə”yə müvafiq olaraq Xidmətin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçı “Nardaran X39 LTD” MMC-yə ünvanlanmış 12.07.2019–cu il tarixli imtina məktubunda göstərilmişdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən Azərbaycan SSR Tikinti Materialları Sənaye Nazirliyinin Maştağa Tikinti Məsələləri Kombinatının balansında ümumi sahəsi 68,0 hektar olan “X60 Yatağı” 1966-cı ildə qeydiyyata alınmışdır. Həmin yatağın 34,5 hektar sahəsi “Abşeron bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli, 02.06.1988-ci il tarixli qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X23 və İstismarı Birliyinin istifadəsinə verilmişdir. Birliyin nəzdində fəaliyyət göstərən Xüsusi Məişət Tikinti Tresti tərəfindən karxana təsərrüfatının əmlakı 2001-ci ildə özəlləşdirilmiş və onun bazasında “Nardaran X39 LTD” MMC yaradılmışdır. Cəmiyyətin istifadəsində olan 34,5 hektar torpaq sahəsinin 5,0 hektarına yerin təkindən istifadəyə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 09.09.2014-cü il tarixli 00879 nömrəli “Dağ-mədən ayırması aktı”, “Dağ mədən işlərinə dair inkişaf planı” və “Ekoloji pasport” hazırlanaraq müvafiq qaydada razılaşdırılmışdır, lakin nazirliyin Dövlət Ekspertiza İdarəsinin 14.12.2018-ci il tarixli, 63/ü nömrəli əmri ilə aktın qüvvədə olma müddəti dayandırılmışdır. Komitənin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən araşdırılma aparılan zaman dövlət mülkiyyətində olan torpaq sahəsinin zəbt olunaraq tikinti işlərinin aparılması faktı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-Cİ maddəsində nəzərdə tutulmuş əməlin əlamətlərinə uyğun gəldiyindən, yuxarıda qeyd olunan ünvanda aparılan qeyri-qanuni işlərin qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, hazırda “Nardaran X39 LTD” MMC-nin yataq ərazisində vətəndaşlarla yaranmış mübahisəli məsələlər ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.12.2018-ci il tarixli, 2(102)-8181/2018 nömrəli qərarı ilə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının karxana təsərrüfatının xeyrinə çıxartdığı 11.07.2018-ci il tarixli, 2(103)-5728/2018 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən 2012-ci ildə iddiaçının adına ümumi sahəsi 212.1 kv metr olan (torpaq sahəsinin ölçüsü 0,02709 ha) qeyri-yaşayış binası qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Əzimov Hacıbaba Sadıq oğlunun adına 0,12 ha sahəsi olan ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ev 4161a kimi göstərilmiş torpaq sahəsi və bağ evi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Mirzəyev Teymur Abbas oğlunun adına 0,12 ha sahəsi olan ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ev 4162 kimi göstərilmiş torpaq sahəsi və bağ evi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Ələsgərov Ağababa Əli oğlunun adına 0,12 ha sahəsi olan ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4163 saylı bağ sahəsi kimi göstərilmiş torpaq sahəsi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 439995 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən həmin torpaq sahəsinin planı və ölçüsü Sabunçu rayonu Ləhiş bağ massivinə dair Ələsgərov Ağababa Əli oğlunun adına Bakı şəhəri İH-nin BTİ və İB-nin 05.07.2006-ci il tarixli 12547 saylı müqaviləsi əsasında 1200 kv metr sahəsi olan 4163 saylı bağ evinin tikilməsi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 254567 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən həmin torpaq sahəsinin planı və ölçüsü Sabunçu rayonu Ləhiş bağ massivinə dair Əzimov Hacıbaba Sadıq oğlunun adına Bakı şəhəri XDS İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının 30.08.1989-cu il tarixli 9/333 saylı protokolu ilə 1200 kv metr sahəsi olan 4161a saylı bağ evinin tikilməsi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 277291 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən həmin torpaq sahəsinin planı və ölçüsü Sabunçu rayonu Ləhiş bağ massivinə dair Mirzəyev Teymur Abbas oğlunun adna Bakı şəhəri İH-nın bağlar təsərrüfatının məsələləri üzrə 30.08.1989cu il tarixli 229 saylı protokolu ilə 1200 kv metr sahəsi olan 4162 saylı bağ evinin tikilməsi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış 29.11.2019-cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 4161a nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə Əzimov Hacıbaba Sadıq oğlu arasında 14.09.1989-cu il tarixli, 26449 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və Bakı şəhəri XDS İK-nın bağ sahələrinin verilməsi üzrə komissiyasının 30.08.1989-cu il tarixli, 9/333 saylı protokolu ilə 4161a saylı bağın tikintisi üçün ayrılan 1200 kv metr torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respubikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 22.01.2010cu il tarixdə 19442 nömrə ilə uçota alınmış A 25456 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən 4161a nömrəli bağ evi 16.02.2010-cu il tarixdə Əzimov Hacıbaba Sadıq oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 4162 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Mirzəyev Teymur Abbas oğlu arasında 19.04.2001-ci il tarixli, 15152 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və Bakı şəhər İH-nın bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 30.03.2001-ci il tarixli, 229 saylı protokolu ilə 4162 saylı bağın tikintisi üçün ayrılan 1200 kv metr torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respubikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 24.06.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış A 277291 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 4162 nömrəli bağ evi 16.09.2010-cu il tarixdə Mirzəyev Teymur Abbas oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 4163 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə Ələsgərov Ağababa Əli oğlu arasında 05.07.2006-cı il tarixli, 12547 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə və onun əsasında ləğv edilmiş Azərbaycan Respubikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 08.05.2013cü il tarixdə 34307 nömrə ilə uçota alınmış A 439995 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 4163 nömrəli bağ sahəsi 15.03.2017-ci ildə Ələsgərov Ağababa Əli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Cavabdehin qeyd edilən məktubuna əlavə edilmiş 26449 nömrəli 14.09.1989-cu il tarixli müqaviləyə əsasən X16 10 il müddətinə Ləhiş bağları sahəsində 0,12 ha sahəsi olan 4161a nömrəli bağ icarəyə verilmişdir, bağın icarəyə verilməsi haqqında 15152 nömrəli 19.04.2001-ci il tarixli müqaviləyə əsasən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən Mirzəyev Teymur Abbas oğluna Ləhiş sahəsində sahəsi 0,12 ha olan 4162 nömrəli bağ evi icarəyə verilmişdir, 12547 nömrəli, 05.07.2006cı il tarixli müqaviləyə əsasən Əzimov Hacıbaba Sadıq oğluna 10 il müddətinə Ləhiş bağları sahəsində 0,12 ha sahəsi olan 4163 nömrəli bağ icarəyə verilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış 24.01.2021-ci il tarixli məktubuna əsasən 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən “X54 LTD” MMC-nin istifadəsində olan ərazinin Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən qeydiyyatdan keçmiş 4161a, 4162 və 4163 saylı bağ sahələri ilə üst-üstə düşməsi halı mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29.01.2020-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsinə yerləşən 4161a (**********66 reyestr nömrəsi ilə), 4162 (**********5-11301 reyestr nömrəsi ilə) və 4163 (**********2 reyestr nömrəsi ilə) saylı bağ sahələri qeydiyyatdan keçmişdir və xüsusi mülkiyyətdədirlər. Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 20.10.2021-ci tarixli məktibuna əsasən Nardaran əhəngdaşı yatağı ərazisində 1950-1963-cü illər ərzində geoloji-kəşfiyyat işləri aparılmış, ərazinin xəritəsi tərtib edilmiş, ayrılmış sahə daxilində faydalı qazıntı ehtiyatları hesablanaraq Məhəlli Ehtiyatlar Komissiyasının 1966cı il tarixli, 3 №-li Protokolu ilə Faydalı Qazıntı Ehtiyatlarının Dövlət balansında qeydiyyata alınmışdır. “Nardaran mişar daşı yatağının sxematik xəritəsi və ərazinin konturları” xəritəsi yuxarıda qeyd edilən sənədlər əsasında tərtib edilmişdir. Qeyd edilən məktuba Məhəlli Ehtiyatlar Komissiyasının 1966-cı il tarixli 3 nömrəli Protokolunun surəti və ehtiyatın hesablanması planının surəti əlavə edilmişdir. Cavabdehin 06.09.2021-ci il tarixli məktubu ilə məhkəməyə 4162,4163 və 4164 nömrəli bağların sxematik planları təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, 04 iyun 1980-cı ildə X35 Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin Maştağa Tikinti Materialları Kombinatına ayrılmışdır, həmin yatağın bir hissəsi “Abşeron bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 02.06.1988-ci il tarixli qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X23 və İstismarı Birliyinin istifadəsinə verilmiş, həmin Birliyin Xüsusi Məişət Təmir Tikinti Trestinin Nardaran karyer təsərrüfatına X56 yatağının 34,5 ha hissəsi ayrılmışdır. Sonradan Xüsusi Məişət Tikinti Trestinin Nardaran X39 06 iyul 1994-cü ildə “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 1 №-li Trestinin Nardaran Daş Karxana Təsərrüfatı” adı ilə hüquqi şəxs kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir, sonuncu müəssisənin bazasında isə 10.03.2003-cü ildə “Nardaran X39 LTD” MMC yaradılmışdır. 2010-cu ildə keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxslərə - X17, X16, X18 onların ilkin hüquqmüəyyənedici sənədləri əsasında iddiaçının qanuni istifadəsində olan torpaq sahələri hüdudlarında üçüncü şəxslərin hər birinə 0,12 ha torpaq sahəsi olan bağ torpaq sahəsinin plan və ölçüsü verilmiş və qeyd edilən plan və ölçü və ilkin hüquqmüəyyənedici sənədlər (bağların icarə müqavilələri) əsasında üçüncü şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmışdır. Hazırda iddiaçı “Nardaran X39 LTD” MMC onun qanuni istifdəsində olan torpaq sahələrinə aid olan torpağa dair X16 verilmiş 22.01.2010-cu il tarixdə 19442 nömrə ilə uçota alınmış A № 254567 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; X17 verimiş 24.06.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış A № 277291 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; X18 verimiş 08.05.2013-cü il tarixdə 34307 nömrə ilə uçota alınmış A № 439995 nömrəli torpaq sahəsinin plan və ölçüsündə dəyişiklik edilməklə həmin məlumatların faktiki yerləşmə yeri və “Nardaran X39 LTD” MMC-nin istifadəsində olan sənaye təyinatlı “X35”nın ərazisi üzrə deyil, üçüncü şəxslərə verilmiş ilkin hüquq müəyyənedici sənədlərə uyğun olaraq tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir; yerin təkindən istifadə münasibətləri — yer təkinin istifadəsi, öyrənilməsi, işlənməsi və mühafizəsi sahəsində münasibətlərdir; Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Həmin Qanunun 7-ci maddəsinə əsasən yerin təkindən istifadənin növləri aşağıdakılardır: geoloji və geoekoloji öyrənmə; faydalı qazıntıların çıxarılması; dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə; faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı; elmi, mədəni, estetik, müalicə-sağlamlıq əhəmiyyətlərinə malik xüsusi mühafizə edilən geoloji obyektlərin (elmi və tədris sınaq meydanları, geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri, mağaralar və digər yeraltı boşluqlar) yaradılması;mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanması, arxeoloji qazıntıların aparılması.Yerin təki onun geoloji öyrənilməsi (axtarış, kəşfiyyat) və faydalı qazıntıların çıxarılması məqsədilə eyni zamanda istifadəyə verilə bilər. Bu halda faydalı qazıntılar həm yer təkinin geoloji öyrənilməsi prosesində, həm də bu işlər qurtardıqdan sonra çıxarıla bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən yer təki istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər: ayırma hüdudları daxilində yerin təkindən icazədə göstərilmiş fəaliyyət növü üçün istifadə edilməsi; icazədə göstərilmiş məqsədə uyğun olaraq yer təki sahəsində qanunvericiliyə zidd gəlməyən hər hansı fəaliyyət formasının sərbəst seçilməsi; icazəyə və qanunvericiliyə uyğun olaraq fəaliyyətinin nəticələrindən,o cümlədən çıxarılmış mineral-xammaldan istifadə edilməsi;icazədə başqa hallar nəzərdə tutulmayıbsa, dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edilməsi; əlavə icazə olmadan dağ-mədən ayırması sahəsində özvəsaiti hesabına yertəkinin geoloji öyrənilməsi; icazə şərtlərindən fərqli hallar meydana çıxarsa, icazə şərtlərinə yenidən baxılması üçün icazə verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi. İcazə müddətinin uzadılmasında yer təkinin istifadəçisinə başqa iddiaçılara nisbətən üstünlük verilir. Yer təki istifadəçilərinin vəzifələri aşağıdakılardır: Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi;yer təkinin geoloji öyrənilməsi, mineral-xammal ehtiyatlarından kompleks istifadə;yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması;geoloji məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsi;emal məhsullarından və tullantılarından tam istifadə olunması, faydalı komponentlər saxlayan və müvəqqəti istifadə edilməyən istehsal məhsullarının və tullantılarının yığılmasının, uçotunun və qorunmasının təmin edilməsi; kəşf olunmuş, çıxarıla bilən və yerin təkində qalan faydalı qazıntıların və onların tərkibində olan komponentlərin ehtiyatları, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan başqa məqsədlərlə yerin təkindən istifadə haqqında məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsi;yerin təkindən istifadə ilə əlaqədar X14nin təmin edilməsi;yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi;yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi; faydalı qazıntı yataqlarının işlənməsi və başqa təsərrüfat məqsədləri üçün istifadəsi mümkün olan kəşfiyyat dağ-mədən qazmalarının və buruq quyularının saxlanılması; istifadəsi mümkün olmayan dağ-mədən qazmalarının və buruq quyularının müəyyənləşdirilmiş qaydada konservasiya və ya ləğv edilməsi; icazə ilə müəyyənləşdirilmiş şərtlərin yerinə yetirilməsinin, yerin təkindən istifadə üçün ödənişlərin vaxtında və düzgün verilməsinin təmin edilməsi. Müvafiq fəaliyyət növünün həyata keçirilməsi (geoloji planaalma, faydalı qazıntıların axtarışı, kəşfiyyatı, müxtəlif üsullarla çıxarılması, yeraltı qurğuların tikintisi və istismarı, yerin təkindən istifadənin başqa növləri) üçün yer təki istifadəçilərinin xüsusi ixtisasını və təcrübəsini təsdiq edən sənədi (diplom, şəhadətnamə) olmalıdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən faydalı qazıntıların çıxarılması və bunlarla əlaqədar olmayan işlərin texniki layihəsi və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlandıqdan, ona müəyyən olunmuş qaydada dövlət ekspertizasının müsbət rəyi alındıqdan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırıldıqdan sonra dağmədən ayırmasının dəqiqləşdirilmiş hüdudlarını müəyyənləşdirən sənədlər (sahənin hüdudlarının koordinatlar cədvəli, planı və səciyyəvi kəsilişlər) dağ-mədən ayırması statusuna daxil edilir və onun ayrılmaz tərkib hissəsi sayılır. Həmin Qanunun 13-cü maddəsinə əsasən yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.1999-cu il tarixli, 01 saylı qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə “Dağ-mədən ayırması” statusunun verilməsi” qaydalarının müddəalarına əsasən yatağın qanuni istifadəçisi yatağın səmərəli istifadəsinə görə, istifadə etmədiyi hissələrin isə qorunmasına və mühafizəsinə görə dövlət qarşısında məsuliyyət daşıyır. İşin faktiki hallarına əsasən iddiaçı “X35”nın (sənaye təyinatlı torpaq sahəsinin) bir hissəsinin qanuni istifadəçisidir, cavabdehin özünün 24.01.2021-ci il tarixli, məhkəməyə ünvanlanmış məktubuna əsasən isə 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən “X54 LTD” MMC-nin istifadəsində olan ərazinin Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən qeydiyyatdan keçmiş 4161a, 4162 və 4163 saylı bağ sahələri ilə üst-üstə düşməsi halı mövcuddur. Belə olan halda üçüncü şəxslər X17, X16, X18 iddiaçının qanuni istifadəsində olan sənaye torpaq sahələrinə Azərbaycan Respubikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan-ölçünün verilməsi ilə həm “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci, 7-ci maddələrinin tələbləri (yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir, yerin təkinə dövlətdən başqa hüquqi və fiziki şəxslərin torpaqdan təyinatı üzrə istifadə ilə bağlı hüquqları mövcud ola bilər), həm də iddiaçının istifadə hüququ pozulmuşdur ki, bu da hazırki iddia ilə məhkəməyə müraciət etməyə hüquq verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:.. 158.1.2. əmlakdan istifadə hüququ. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, işin faktiki halları ilə üçüncü şəxslərə verilmiş 22.01.2010-cu il tarixdə 19442 nömrə ilə uçota alınmış A № 254567 nömrəli torpaq sahəsinin plan və ölçüsü, 24.06.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış A № 277291 nömrəli torpaq sahəsinin plan və ölçüsü, 08.05.2013-cü il tarixdə 34307 nömrə ilə uçota alınmış A № 439995 nömrəli torpaq sahəsinin plan və ölçüsü adlı sənədlərdə göstərilən torpaq sahələri iddiaçının istifadəsində olan torpaq sahələrinin hüdudları daxilindəki torpaq sahələridir – yəni sənaye torpaq sahələridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır, 2-ci hissəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; Həmin Məcəllənin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Göründüyü kimi həm “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunun (9-cu maddə), həm də Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (22-ci,62-ci maddələri) normalarına əsasən sənaye torpaqlarına aid olan əhəng daşı yatağı kimi torpaqlardan yaşayış evinin tikintisi üçün istifadə edilmə imkanı nəzərdə tutulmamışdır. Üçüncü şəxslər X17, X16, X18 verilmiş plan-ölçü sənədlərindəki göstərilən torpaq sahələri isə sənaye torpaq sahələri qalmaqda davam etmələrinə baxmayaraq cavabdeh tərəfindən həmin torpaqların təyinatı heç bir əsas olmadan sənaye torpağı kimi deyil, yaşayış məntəqəsi torpağı kimi göstərilmişdir. Halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarının” 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “X45, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi və nizama salınması məqsədi ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaıarın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir ki, üçüncü şəxslərə aid göstərilən torpaqların təyinatının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı mövcud deyildir. Cavabdehin “Abşeron bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 02.06.1988-ci il tarixli qərarına əsasən barəsində üçüncü şəxslərə plan-ölçü verilmiş torpaq sahələrinin Bakı şəhər İcraiyyə Komitəsinin X23 və İstismarı Birliyinin istifadəsinə verilməsi, 5 ha hissəsinə yerin təkindən istifadəyə dair dağ-mədən ayırması aktının verilməsi barədə imtina məktubunda göstərilənlərə cavabdehin məktubda istinad etdiyi həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyi Maştağa Tikinti Materialları Kombinatının “Kubik” daşının hasilatı üzə Nardaran sahəsi müvafiq sayda və saxlama xərcləri, mövcud mexanizmləri, avadanlıqları və digər əsas fondları ilə Maştağa Tikinti Materialları Kombinatının Nardaran sahəsinin bazasında Bakı şəhəri İcraiyyə Komitəsinin Bağ Təsərrüfatının İnkişafı və İstismarı üzrə Birliyinin X39nın yaradılması üçün müəyyən edilmiş qaydada Bakı şəhəri İcraiyyə Komitəsinin Bağ Təsərrüfatıın İnkişafı və İstismarı üzrə Birliyinə təhvil verilsin. Göründüyü kimi Maştağa Tikinti Materialları Kombinatının “Kubik” daşının hasilatı üzrə Nardaran sahəsi Bağ Təsərrüfatının İnkişafı və İstismarı üzrə Birliyə təhvil verilsə də torpağın təyinatı dəyişdirilməmiş, sənaye torpağı olaraq qalmaqda davam etmiş və torpağın tabeliyinin dəyişdirilməsinin məqsədi də Bağ Təsərrüfatının İnkişafı və İstismarı üzrə Birliyin X39 yaradılması olmuşdur. Belə olan halda üçüncü şəxslərə verilmiş plan-ölçülərdə göstərilən torpaq sahəsinin koordinatlarının iddiaçının istifadəsində olan sənaye torpaq sahəsinin koordinatları göstərilməklə cavabdeh tərəfindən yuxarıda istinad edilən normaların tələbləri, habelə iddiaçının istifadə hüquqları pozulmuşdur. Məhkəmə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, 0,12 hektar torpaq sahəsi olan 4161a nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə Əzimov Hacıbaba Sadıq oğlu arasında 14.09.1989-cu il tarixli, 26449 nömrəli müqavilənin, Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 4162 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X28 arasında 19.04.2001-ci il tarixli, 15152 nömrəli müqavilənin, Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 4163 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə Ələsgərov Ağababa Əli oğlu arasında 05.07.2006-cı il tarixli, 12547 nömrəli müqavilə bağlanmasını nəzərə almaqla hesab edir ki, iddiaçılar qeyd edilən bağ sahələri ilə bağlı ilkin hüquqmüəyyənedici sənədlərə malik olduqları üçün üçüncü şəxslər X16, X17, X18 verimiş torpaq sahələrinin plan və ölçüləri “Nardaran X39 LTD” MMC-nin istifadəsində olan sənaye təyinatlı “X56 Yatağı”nın ərazisi üzrə deyil, ilkin hüquq müəyyənedici sənədlərə uyğun olaraq cavabdeh tərəfindən tərtib edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0 maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaq sahəsinin planı və ölçüsünün təsvirinin 1-ci bəndinə əsasən bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir, 4-cü bəndinə əsasən plan və ölçüdə aşağıdakılar göstərilir: 4.1. Komitənin, habelə onun strukturuna daxil olan, plan və ölçünü verən qurumun adı; 4.2. torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi; 4.3. torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat: 4.3.1. fiziki şəxs olduqda - soyadı, adı, atasının adı; 4.3.2. hüquqi şəxs olduqda - tam adı (o cümlədən təşkilati-hüquqi forması); 4.4. torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı); 4.5. torpaq sahəsinin mülkiyyət növü; 4.6. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü; 4.7. torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi; 4.8. torpaq sahəsinin hüquq-müəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla); 4.9. torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla); 4.10. torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat; 4.11. plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri; 4.12. plan və ölçünün tərtib edilməsi tarixi; 4.13. torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); 4.14. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; 4.15. torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; 4.16. şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri); 4.17. torpaq sahəsinin qonşu sərhədləri; 4.18. torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı; 4.19. plan və ölçünün X45 Kitabında uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla); Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin əsas vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “Nardaran X39 LTD” MMCnin iddiası təmin edilərək cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə X16 verilmiş 22.01.2010-cu il tarixdə 19442 nömrə ilə uçota alınmış A № 254567 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; X17 verimiş 24.06.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış A № 277291 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; X18 verimiş 08.05.2013-cü il tarixdə 34307 nömrə ilə uçota alınmış A № 439995 nömrəli torpaq sahəsinin plan və ölçüsündə dəyişiklik edilməklə həmin məlumatların faktiki yerləşmə yeri və “Nardaran X39 LTD” MMC-nin istifadəsində olan sənaye təyinatlı “X56 Yatağı”nın ərazisi üzrə deyil, üçüncü şəxslərə verilmiş ilkin hüquqmüəyyənedici sənədlərə uyğun olaraq torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Üçüncü şəxs X16 verilmiş 22.01.2010-cu il tarixdə 19442 nömrə ilə uçota alınmış A№ 254567 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; üçüncü şəxs X17 verimiş 24.06.2010-cu il tarixdə 21006 nömrə ilə uçota alınmış A№ 277291 nömrəli torpaq sahəsinin plan və ölçüsündə; üçüncü şəxs X18 verimiş 08.05.2013-cü il tarixdə 34307 nömrə ilə uçota alınmış A№ 439995 nömrəli torpaq sahəsinin plan və ölçüsündə dəyişiklik edilməklə həmin məlumatların faktiki yerləşmə yeri və iddiaçı “Nardaran X39 LTD” MMCnin istifadəsində olan sənaye təyinatlı “X56 Yatağı”nın ərazisi üzrə deyil, həmin üçüncü şəxslərə verilmiş ilkin hüquqmüəyyənedici sənədlərə uyğun olaraq torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsi cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar