Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-106/2025 09.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbyacan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya hərbi biletində və şəxsi işində 01,02,0N,04,05,06,07, 08 və 09 noyabr 2020-ci il tarixlərində xidmət keçməsi barədə məlumatın qeydiyyatının aparılması, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi və “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçılar İddiaçı, X9, XN və X8 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçılara hərbi biletlərində və şəxsi işlərində 07, 08 və 09 noyabr 2020-ci il tarixlərində, İddiaçı 01,02,0N,04,05,06,07,08 və 09 noyabr 2020-ci il tarixlərində xidmət keçməsi barədə məlumatların qeydiyyatının aparılması, iddiaçılara “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi və “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə ddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçılara hərbi biletlərində və şəxsi işlərində 07, 08 və 09 noyabr 2020- ci il tarixlərində, İddiaçı 01,02,0N,04,05,06,07,08 və 09 noyabr 2020-ci il tarixlərində xidmət keçməsi barədə məlumatların qeydiyyatının aparılması, iddiaçılara “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi və “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə; İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçılara hərbi biletlərində və şəxsi işlərində 07, 08 və 09 noyabr 2020- ci il tarixlərində, İddiaçı 01,02,0N,04,05,06,07,08 və 09 noyabr 2020-ci il tarixlərində xidmət keçməsi barədə məlumatların qeydiyyatının aparılması, iddiaçılara “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi və “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə; İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçılara hərbi biletlərində və şəxsi işlərində 07, 08 və 09 noyabr 2020- ci il tarixlərində, İddiaçı 01,02,0N,04,05,06,07,08 və 09 noyabr 2020-ci il tarixlərində xidmət keçməsi barədə məlumatların qeydiyyatının aparılması, iddiaçılara “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi və “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə və; İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçılara hərbi biletlərində və şəxsi işlərində 07, 08 və 09 noyabr 2020-ci il tarixlərində, İddiaçı 01,02,0N,04,05,06,07,08 və 09 noyabr 2020-ci il tarixlərində xidmət keçməsi barədə məlumatların qeydiyyatının aparılması, iddiaçılara “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi və “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə iddia tələbləri ayrı ayrı icraatlara ayrılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2254/202N saylı xx.xx.202N-cü il tarixli Qərardadı ilə işin məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2(106)-420/202N nömrəli xx.xx.202N-cü il tarixli Qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, inzibati işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi” haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən xx.xx.2020-ci il tarixində müharibədə iştirak üçün Azərbaycan Respublikası Silahlı Qüvvələriə çağırılıbdır. İddiaçı xx.xx.2020-ci il tarixində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gətirilərək siyahıya alınıb və xx.xx.2020-ci il tarixə qədər bu hərbi hissədə qalaraq döyüş əmri gözləyiblər. xx.xx.2020-ci il tarixdə iddiaçı digər çagırışçılarla birlikdə qeyd edilən hərbi hissədən çıxarılaraq onlara verilən şifahi məlumata görə döyüşə aparıblar. Lakin iddiaçıya məlum olmayan səbəbdən onları döyüşə deyil, döyüş bölgəsində yerləşən Müdafiə nazirliyinin N nömrəli hərbi hissəsinə gətirilmişlər. Burada onlara qısa müddət sonra döyüş tapşırığına uyğun olaraq döyüşə girəcəkləri bildirilib. İki gün 07 və 08 noyabr 2020-ci il tarixlərində qeyd edilən hərib hissədə qalan iddiçılarla xx.xx.2020-ci il tarixdə səhər tezdən digər çağırışçılarla və döyüş zamanı yaralanıb müalicə olunduqdan sonra döyüşə geri dönən hərbi qulluqçularla birlikdə “Kamaz” markalı avtomobillə onlara verilən şifahi məlumata görə Şuşa şəhəri istiqametində döyüşə aparılmışlar . Təxminən saat 12-1N radələrində avtomobil xarab olduğundan maşın işğaldan azad edilmiş Xocavend rayonunun Böyük Tağlar kəndi ərazisində dayanmış, şəxsi heyət maşından düşürülmüşdür. Bu ərazidə düşmənlə hər an döyüşə girmək ehtimalı nəzərə alınaraq komandanlığın əmri əsasında iddiaçılar da daxil olmaqla bütün şəxsi heyət həmin kənddə mövgelənib döyüş zonasına yaxın hərbi hissədə toplanmış, xx.xx.2020-ci il tarixdən döyüşlərin getdiyi əraziyə aparılmaq üçün ilkin toplandıqları hərbi hissədən çıxarılmış, N gün ərzində döyüş bölgəsində yerləşmiş N saylı hərbi hissədə xidməti tapşırıqları yerinə yetirildikdən sonra xx.xx.2020-ci il tarixdə isə Vətən Müharibəsi zamanı işgaldan azad edilmiş və döyüş bölgəsi hesab edilən Şuşa şəhərinə aparılsalar da avtomobildə yaranmış texniki nasazlıq səbəbilə işğaldan azad edilmiş və döyüş ` bölgəsi hesab edilən digər ərazi Xocavənd rayonunun Böyük Tağlar kəndində qalaraq möhkəmlənmiş və döyüş tapşırığına uyğun olaraq döyüş növbətçiliyi aparmışlar. İddiaçıya məxsus hərbi biletində 2020-ci ilin noyabr ayının ilk günlərində müvafiq hərbi hissəyə toplanaraq siyahıya alınmaları, o cümlədən xx.xx.2020-ci il tarixdə hərmin hərbi hissədən çıxmaları öz təsdiqini tapır. İddiaçı N nömrəli hərbi hissədən çıxarıldıqdan sonra N gün ərzində , yəni 7,8, 9 noyabr 2020-ci il tarixlərində hansı hərbi hissənin tabeçiliyində xidmət etmələri iddiaçıya məlum olmayan səbəbdən onun hərbi biletində əks olunmayıb. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə N sentyabr 2020-10 noyabr 2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrinin siyahısında olmamışdır. Qanunvericiliyinin tələblərinə görə müharibə veteranı və vəsiqəsinin alınması üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. İddiaçının N nömrəli hərbi hissənin tərkibində xidməti müddəti (10 noyabr 2020-ci il) döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazilər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.N. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). N4.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. N5. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2.Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının hal-hazırda məcburi köçkün kimi məskunlaşdığı yerin ünvanını nəzərə alaraq işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxır. İddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş, və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı qaldırılmış, iddia qaldırmaqda iddiaçının subyektiv hüququ mövcuddur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.N-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. İnzibati iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1997-ci il təvəllüdlü Azərbyacan Respublikası vətəndaşıdır. SX ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə həbi hissənin siyahısına daxil olmuş, xx.xx.2021-ci ildə hərbi hissənin siyahısından çıxarılmışdır. Müdafiə Nazirliyi Müdafiə Nazirinin katibliyinin xx.xx.2022-ci il tarixli 4/N-6786 nömrəli məktubu ilə İddiaçı müraciətinə baxılmış və Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına habelə N nömrəli hərbi hissədə xidmətlərinin xx.xx.2021-ci il tarixdən sonraya yəni döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyinə görə müraciətindən imtina edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli N-4N-19/2-221/2024 nömrəli məktub ilə İddiaçı hərbi qeydiyyat kartasının kserosurəti təqdim edilmişdir. Müdafiə Nazirliyinin xx.xx.202N-cü il tarixli 4/N-18N8 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, 282 (281,28N) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Müdafiə Nazirliyi N nömrəli hərbi hissəinin məhkəməyə ünvanladığı 29 aprel 2025-ci il tarixli N-25-155/2-1197/2025 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək xidmət etmiş hərbi qulluqçular döyüş əməliyyatlarında iştirak etmələri ilə əlaqədar heç bir əmr verilməmiş, bu səbəbdən də onlara “Müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hərbi qanunvericiliyə görə hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində (siyahıya daxil olmaq şərti ilə) mümkündür. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; 2.0.2-ci maddəsinə görə, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.N-ci maddəsinə əsasən, ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. N-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun N-cü maddəsinin N-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;( Birinci hissəsinin onuncu abzas). 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ( Birinci hissəsinin on birinci abzas)
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2020-ci ildə N nömrəli hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2021-ci ildə hərbi hissənin siyahısından çıxarılmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının şəxsi işində (habelə hərbi biletində) xidmət keçməsi barədə dəqiq məlumatların qeydiyyatının aparılması vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia tələbinin digər hissəsində “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi” məhkəmə bildirir ki, iş materiallarında olan Müdafiə Nazirliyi N nömrəli hərbi hissəinin məhkəməyə ünvanladığı 29 aprel 2025-ci il tarixli N-25-155/2-1197/2025 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tariixnədək xidmət etmiş hərbi qulluqçular döyüş əməliyyatlarında iştirak etmələri ilə əlaqədar heç bir əmr verilməmiş, bu səbəbdən də onlara “Müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı və qanunauyğun şəkildə hərbi xidmətdən tərxis olunması iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi müddətdə iddiaçının şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil olması onun müharibə veteranı olmasına dəlalət etmir. Qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmək də şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması başa düşülür. Göründüyü kimi, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi zəruridir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da başa düşülür. İddiaçının hər hansı hərbi hissədə sonrakı xidməti, hərbi xidmətdən ehtiyata buraxılması arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyini irəli sürdüyü hallar hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. Məhkəmə araşdırması ilə iddiaçının ona müharibə veteranı statusunun verilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır .
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
2.0.1.inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.N.maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir;
11. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
Hal-hazırda inzibati işə baxılan zaman cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin və digər hər hansı bir normativ-hüquqi aktların tələblərinin pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının hərbi biletində və şəxsi işində 01,02,0N,04,05,06,07, 08 və 09 noyabr 2020-ci il tarixlərində xidmət keçməsi barədə məlumatların qeydiyyatının aparılması vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, N4, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı hərbi biletində və şəxsi işində 01, 02, 0N, 04, 05, 06, 07, 08 və 09 noyabr 2020-ci il tarixlərində xidmət keçməsi barədə dəqiq məlumatların qeydiyyatının aparılması vəzifəsi Azərbyacan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova