Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10612/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən qapalı mini futbol meydançasının və soyunub-geinmə məntəqəsinin üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ünvan 1 ünvanda yerləşən 10755.0 kv. metr torpaq sahəsində inşa edilmiş 2 ədəd mini futbol meydançası və 1 ədəd yardımçı tikili üzərində İddiaçı MMC-nin xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və texniki pasporun verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda icarələrində olan torpaq sahəsində mədəni-kütləvi və idman tədbirlərinin keçirilməsi üçün qapalı mini futbol meydançası və soyunub - geyinmə məntəqəsi inşa etdirmişlər. İnşaat işləri qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 314 saylı Sərəncamı ilə ünvan 1 ünvanda İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan qapalı mini futbol meydançası və soyunub-geyinmə məntəqəsinin şəhərsalma əsaslandırması və layihəsi təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının tikintiyə icazə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, 298 saylı Sərəncamı ilə tikintiyə 20 nömrəli, xx.xx.2017-ci il tarixli obyektin tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən tikinti işlərinin başlanması üçün əsas olan xx.xx.2017-ci il tarixli, 201 saylı Xüsusi Nişan verilmişdir. İnşaat işləri başa çatdıqdan sonra Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Tikinti Müfəttişliyi tərəfindən xx.xx.2018-ci il tarixli, ö/002028 saylı İstismara hazırlıq Aktı verilmişdir. Sonra qanunvericiliyə uyğun olaraq Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 330 saylı Sərəncamı əsasında xx.xx.2018-ci il tarixli, 67 saylı Tikinti obyektinin istismarına icazə verilmişdir. xx.xx.2023-cü il tarixli ərizə ilə hüquqların qeydiyyatı üçün cavabdeh oraqana müraciət olunmuş, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla müraciətlərindən imtina olunmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 28 iyun 2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman 67 nömrəli, xx.xx.2018-ci il tarixli istismara qəbul aktında 2 ədəd mini futbol meydançası qeyd olunsa da, faktiki 4 ədəd inşa edildiyi, yardımçı tikili 1 mərtəbəli göstərilsə də, faktiki 2 mərtəbəli olduğu, həmçinin torpaq sahəsində əlavə gözətçi otağının inşa edildiyi müəyyən edilmişdir. Bundan başqa qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Eyni zamanda təqdim olunan 67 nömrəli, xx.xx.2018-ci il tarixli istismara icazə sənədi səlahiyyətli qurum tərəfindən verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli, 226 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələri Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Mənzil X5 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Həmçinin elektron kadastr məlumatına əsasən faktiki torpaq sahəsinin 0,056 ha hissəsi dəmiryol xəttinin, 0,16 ha hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********126300 №li çıxarışdan (notarial qaydada təsdiq olunmuş surəti) müəyyən olunur ki, İddiaçı MMC hüquqi şəxs kimi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış, cəmiyyətin qanuni təmsilçisi X4r. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi ("xxxx") və İddiaçı MMC ("xxxx") arasında bağlanmış GGİ/001-2016 №li 30 dekabr 2016-cı il tarixli icarə müqaviləsindən (notarial qaydada təsdiq olunmuş surəti) müəyyən olunur ki, "xxxx" ünvan 1 ünvanında yerləşən “Təcrübi-metodik poliqon”unun 1,28 ha torpaq sahəsində olan 18,00 kv. metr qeyri-yaşayış sahəsini Mədəni-kütləvi və idman tədbirləri keçirtmək üçün "xxxx"yə icarəyə vermişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi tərəfindən İddiaçı MMC-yə verilmiş 27 iyul 2017-ci il tarixli SOCAR**********30490075X00028 №li arayışda göstərilmişdir k, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidentinin “Əmlakın icarəyə verilməsi və təyinatının dəyişdirilməsi haqqında” 21 dekabr 2016-cı il tarixli, SOCAR **********80040020A00216 saylı Sərəncamına və həmin Sərəncama dəyişiklik edilməsi barədə 26 dekabr 2016-cı il tarixli, SOCAR**********80040020A00219 saylı Sərəncama uyğun olaraq, SOCAR-ın Geofizika və geologiya İdarəsi (GGİ) ilə İddiaçı MMC arasında bağlanmış 30 dekabr 2016-cı il tarixli, GGİ/001-2016 ömrəli icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, GGİ-nin balansında olan “Təcrübü-metodik poliqonu” (500320 inventar nömrəli (SAP kodlu) 1,28 ha torpaq sahəsi və 18,00 kv metrdən ibarət qeyri-yaşayış sahəsi) mədəni-kütləvi və idman tədbirləri keçirmək üçün İddiaçı MMC-yə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə və Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanlamış 18/03-8/327 №li xx.xx.2017-ci il tarixli məktuda göstərilmişdir ki, Sabunçu rayonu, ünvan 3 ünvanda İddiaçı MMC-yə icarəyə verilmiş Geofizika və Geologiya İdarəsinin balansında olan təcrübi-metodik poliqonun yerləşdiyi 1,28 ha torpaq sahəsində qapalı mini futbol meydançasının və soyunub-geyinmə məntəqəsinin tikintisinə dair təqdim olunmuş memarlıq – planlaşdırılmasının eskiz həlli ("xxxx" Y.İ.F-nin işi, memar L.Aşirova) razılaşdırılır (Təsdiq olunmuş eskiz layihə iş materiallarına əlavə olunmuşdur). Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən ünvan 3 ünvanda qapalı mini futbol meydançası və soyunub-geyinmə məntəqəsinə dair verilmiş 23576 №li xx.xx.2017-ci il tarixli rəydən müəyyən olunur ki, “ünvan 3 ünvanda qapalı mini futbol meydançası və soyunub-geyinmə məntəqəsi” üzrə işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “İddiaçı MMC-yə tikintiyə icazə verilməsi haqqında” 298 №li 03 iyul 2017-ci il tarixli Sərəncamından (notarial qaydada təsdiq olunmuş surəti) görünür ki, İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 11/2017 saylı müraciəti, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələri və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/516 saylı razılıq məktubu nəzərə alınaraq: Sabunçu rayonu, ünvan 3 ünvanda qapalı mini meydançasının və soyunubgeyinmə məntəqəsinin tikintisi üçün İddiaçı MMC-yə icazə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 20 №li xx.xx.2017-ci il tarixli "xxxx"dən müəyyən olunur ki, İddiaçı MMC-yə ünvan 4 ünvanında 1,25 ha torpaq sahəsində qapalı mini futbol meydançası və soyunub geyinmə məntəqəsinin tikintisinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarına uyğun olaraq tikinti obyektlərinə dair şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında” 314 №li 18 iyul 2017-ci il tarixli Sərəncamından çıxarışda (notarial qaydada təsdiq olunmuş surəti) göstərilmişdir ki:
1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaların”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış aşağıda sadalanan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilsin: 1.89. Sabunçu rayonu, ünvan 3 ünvanda İddiaçı MMC tərəfindən tikintisi nəzədə tutulan qapalı mini futbol meydançası və soyunub-geyinmə məntəqəsi (xx.xx.2017-ci il tarixli, 18/03-8/725 saylı məktub). Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı Şəhər Tikinti Müfəttişliyi tərəfindən İddiaçı MMC-yə verilmiş 201 №li xx.xx.2017-ci il tarixli “Xüsusi nişan”da (notarial qaydada təsdiq olunmuş surəti): Tikinti obyektinin sifarişçisi –İddiaçı MMC; Obyektin ünvanı – ünvan 5yinatı – Qapalı mini futbol meydançası və soyunubgeyinmə məntəqəsi; Tikintisinə icazə verən icra hakimiyyəti orqanının adı, müvafiq sərəcamın nömrəsi və tarixi – Bakı Şəhər İcra Hakmiyyəti Başçısının 3 iyul 2017-ci il tarixli, 298 saylı sərəncamı; Tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılması haqqında – Memarlıq və Şəhərsalma Baş İdarəsinin 1 mart 2017-ci il tarixli, 18/03-8/516 saylı məktubu; Tikintinin layihəçisi "xxxx" X2, layihənin baş mühəndisi H.Nuriyev; Tikinti layihəsi üzrə dövlət ekspertiza orqanının müsbət rəyi - Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin 15 may 2017-ci il tarixli, 37/34 -00659 saylı məktubu və 5 may 2017-ci il tarixli, 23576 saylı rəyi; Tikinti obyektinə verilmiş kodun nömrəsi-00501016-1-2301-001066/0717 kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Tikinti Müfəttişliyi tərəfindən İddiaçı MMC-yə məxsus, Sabunçu rayonu, ünvan 6 ünvanında 2 ədəd mini futbol meydançası və 1 ədəd, 1 mərtəbəli soyunub-geyinmə məntəqəsinə dair verilmiş xx.xx.2018-ci il tarixli, ö/002028 saylı “İstismara hazırlıq” Aktından müəyyən olunur ki, obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podtatçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, Müfəttişlik tərəfindən Dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti Başçısının “ünvan 7 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus 2 ədəd futbol meydançasının və 1 ədəd bir mərtəbəli soyunub-geyinmə məntəqəsinin istismarına icazə verilməsi barədə” 330 №li 14 sentyabr 2018-ci il tarixli Sərəncamından (notarial qaydada təsdiq olunmuş surəti) görünür ki, ünvan 7 ünvanında inşa edilmiş 2 ədəd mini futbol meydançası və 1 ədəd bir mərtəbəli soyunubgeyinmə məntəqəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 saylı qərarı ilə təsdiq edilmiş formaya uyğun istismar aktının verilməsi qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə ünvan 7 ünvanında yerləşən 2 ədəd mini futbol meydançası və 1 ədəd 1 mərtəbəli soyunub geyinmə məntəqəsinə dair 67 №li xx.xx.2018-ci il tarixli “Tikinti obyektinin istismarına İcazə” verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1974/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı MMC cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı eyni məzmunlu iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, bununla bağlı məhkəmə tərəfindən iş üzrə icaraata xitam verilmişdir. Qeyd olunan iş üzrə məhkəmənin müvafiq sorğularına cavab olaraq: - DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********91 №li xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş ünvan 8 ünvanında yerləşən mini futbol meydançasının texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktının təsdiq olunmuş surətindən görünür ki, hüquqmüəyyənedici sənəd üzrə qeyri-yaşayış sahəsi 289,84 kv. metr, faktiki 289,84 kv. metr, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 12500,0 kv. metr, faktiki 10755,0 kv. metr təşkil edir. İstismara qəbul aktında torpaq 12500 kv. metr qeyd olunub, faktiki 10755,0 kv. metrdir. Qəbul aktında 2 ədəd mini futbol meydançası qeyd olunub, faktiki 4 ədəddir. Yardımçı tikili 1 mərtəbəli qeyd olunsa da, üzərində 2-ci mərtəbə inşa olunub. Torpaq sahəsində əlavə gözətçi otağı tikilib. Yol tərəfdən daş hasarın üzərindən 6.000-lik elektrik xətti keçir digər tərəfdən isə 17,0 metr aralı dəmir yolu xətti keçir. Obyekt faktiki olaraq stadion kimi fəaliyyət göstərir. - Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 13-1/2-2580/2024 №li xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, İddiaçı MMC-yə aid ünvan 8 ünvanında yerləşən qapalı mini futbol meydançalarının və soyunubgeyinmə məntəqəsinin yerləşdiyi yerə aidiyyəti qurumları tərəfindən baxş keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən obyektlərin yerləşdiyi yer dəmir yolunun Böyükşor- Sabunçu mənzil 11 km pk 6-7-də yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağına düşmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli qərarına əsasən təsdiq edilmiş sxematik plana uyğun olaraq göstərilən ərazidə dəmir yolunun təhkim zolağının eni 24 (iyirmi dörd) metr təşkil edir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********61 saylı xx.xx.2023-ci il tarixli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman 67 nömrəli, xx.xx.2018-ci il tarixli istismara qəbul aktında 2 ədəd mini futbol meydançası qeyd olunsa da, faktiki 4 ədəd inşa edildiyi, yardımçı tikili 1 mərtəbəli göstərilsə də, faktiki 2 mərtəbəli olduğu, həmçinin torpaq sahəsində əlavə gözətçi otağının inşa edildiyi müəyyən edilmişdir. Bundan əlavə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Eyni zamanda təqdim olunan 67 nömrəli, xx.xx.2018-ci il tarixli istismara icazə sənədi səlahiyyətli qurum tərəfindən verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli, 226 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələri Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Mənzil X5 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Həmçinin elektron kadastr məlumatına əsasən faktiki torpaq sahəsinin bir hissəsi dəmiryol xəttinin, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlar nəzərə alınmaqla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair- çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “Əsasnamə”nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir.
İnzibati-Prosessual Məcəllə:
58. Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia ərizəsindən göründüyü kimi iddiaçının hüquqi marağı ünvan 1 ünvanda yerləşən 10755.0 kv. metr torpaq sahəsində inşa edilmiş 2 ədəd mini futbol meydançası və 1 ədəd yardımçı tikili üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından ibarətdir. Cavabdehin imtina bildirişindən və iddiaya dair verilmiş yazılı etirazdan görünür ki, cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli istismara qəbul aktında 2 ədəd mini futbol meydançası qeyd olunsa da, faktiki 4 ədəd inşa edildiyi, yardımçı tikili 1 mərtəbəli göstərilsə də, faktiki 2 mərtəbəli olduğu, həmçinin torpaq sahəsində əlavə gözətçi otağının inşa edildiyi, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi, təqdim olunan 67 nömrəli, xx.xx.2018-ci il tarixli istismara icazə sənədinin səlahiyyətli qurum tərəfindən verilmədiyi, elektron kadastr məlumatına əsasən faktiki torpaq sahəsinin 0,056 ha hissəsinin dəmiryol xəttinin, 0,16 ha hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi əsasları ilə iddiaçının müraciətindən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsində məhz istinad olunan istismara qəbul aktında nəzərdə tutulmuş və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi tərəfindən balansında olan İddiaçı MMC-yə mədəni-kütləvi və idman tədbirləri keçirmək üçün icarə müqaviləsinə əsasən icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən 1,28 ha torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən layihəsi təsdiq olunmaqla tikintisinə verilmiş icazə əsasında inşa olunmuş, daha sonra isə müvafiq ekspertiza olunduqdan sonra istismarına icazə verilmiş 2 ədəd mini futbol meydançası və və 1 (bir) ədəd yardımçı tikili üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində hüquqlarının qeydə alınması üçün qanunda nəzərdə tutulan halların (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır) mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İmtinanın digər əsaslarına gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş məktubdan müəyyən olunur ki, mübahisəli əmlakların yerləşdiyi torpaq sahəsi dəmir yolunun təhkim zolağına düşmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin (0,16 ha hissədə) elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi iddiaçıya məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyildir və cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu barədə müraciətindən imtina olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 10755.0 kv. metr torpaq sahəsində inşa edilmiş 2 (iki) ədəd mini futbol meydançası və 1 (bir) ədəd yardımçı tikili üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev