Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10637/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə qarşı “fəaliyyətin başlanmasına aid lisenziyanın verilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə qarşı “Müharibə Veteranları və X2 Məsuliyyətli Cəmiyyətinin “Yupiter Beynəlxalq” Mühafizə xidmətinin fəaliyyətinin başlanmasına aid lisenziyanın verilməsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, əməkdaşlarının hər bir üzvü Qarabağda vətən müharibəsində fədakarlıqla döyüşmüş və xidmət yolu keçmiş şəxslərdir. Vətən müharibəsi iştirakçılarının müvafiq iş yerləri ilə təmin edilməsi dövlət kursuna dəyərli bir töhfə ola biləcəkdir. Eyni zamanda, işsizlik probleminin həlli və əməkdaşların öz keçmiş peşələrinə uyğun uğurlu məşğulluq təminatı baxımından böyük əhəmiyyət kəsb edə bilər. Bununla yanaşı, mühafizə xidmətinin əməkdaşlarının və ailə üzvlərinin yaşam şəraitinin yaxşılaşmasında, o şəxslərin ailə üzvlərinin ölkənin ictimai və siyasi həyatında fəal olmaları ilə yanaşı daxili və xarici siyasətin dəstəklənməsinə böyük dayaqdır. Bu kateqoriyada olan insanların işlə təmin olunmaları qarşıya qoyulan ən vacib məsələlərdən biridir. Müharibə Veteranları “Yupiter Beynəlxalq” Mühafizə Xidmətinin yaradılmasına müvafiq İisenziyanın verilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə edilən müraciətə xx.xx.2022-ci il tarixdə verilmiş cavabda qeyd edilmişdir ki, özəl mühafizə fəaliyyətinin həyata keçrilməsinə lisenziyanın verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. xx.xx.2023-cü il tarixli verilmiş cavabda qeyd edilmişdir ki, “müraciətə Baş idarə tərəfindən xx.xx.2022-ci il tarixdə 01338194-1222 nömrəli məktubla cavab verilmişdir”. Hal-hazırda ölkədə onlarla belə özəl mülki mühafizə xidməti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş müvafiq lisenziya əsasında fəaliyyət göstərir. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında 10 aprel 2007-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə özəl mühafizə xidmətinin yaradılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən “Azərbaycan Vətən Müharibəsi X4”nin Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadəyə ünvanlanmış 013-38194-124 saylı xx.xx.2011-ci il tarixli məktubda bildirilmişdir ki, özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə lisenziyanın verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X5 Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş ********** saylı xx.xx.2009-cu il tarixli İddiaçı Nizamnaməsinin 2.1-ci bəndindən görünür ki, Cəmiyyətin nizamnamə kapitalı 20 manat həcmindədir və hər biri 5 manat olmaqla 4 (dörd) paydan ibarətdir. Həmin Nizamnamənin 2.2-ci bəndindən görünür ki, Cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları müəyyən edilmişdir: Qəni-zadə Əzizağa Tofiq oğlu, 15 manat, 3 pay, 75%, pul şəklində. “Müharibə Veteranları və X1 Birliyi” (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 21 noyabr 2006-cı il tarixdə 1106-Q14-2235 № ile qeydiyyata alınmışdır) 5 manat, 1 pay, 25%, pul şəklində. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyri-kommersiya qurumlarının dövlət reyestrindən 1106-Q14-2235 saylı xx.xx.2006-cı il tarixli çıxarışdan görünür ki, “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyin üzvlərinin sayı 6 (altı), qanuni təmsilçisi Qəni-zadə Əzizağa Tofiq oğludur (yenidən seçilmişdir). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-13/2-23526/2023 saylı xx.xx.2023cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaş Fəqan Nəsibzadənin özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə lisenziyanın verilməsi ilə bağlı müraciəti əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində aparılan araşdırma zamanı “Qeyridövlət (özəl) mühafizə fəaliyyəti haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş müvafiq sənədlər təqdim olunmadığına görə ona lisenziyanın verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı tərəfindən isə özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə lisenziyanın verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət daxil olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-13/2-26565/2023 saylı xx.xx.2023cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaş Fəqan Nəsibzadənin özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə lisenziyanın verilməsi ilə bağlı müraciəti əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində aparılan araşdırma zamanı “Qeyridövlət (özəl) mühafizə fəaliyyəti haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş müvafiq sənədlər təqdim olunmadığına görə ona lisenziyanın verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı tərəfindən isə özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə lisenziyanın verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət daxil olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-13/2-29140/2023 saylı xx.xx.2023cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaş Fəqan Nəsibzadənin özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə lisenziyanın verilməsi ilə bağlı müraciəti əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində aparılan araşdırma zamanı “Qeyridövlət (özəl) mühafizə fəaliyyəti haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş müvafiq sənədlər təqdim olunmadığına görə ona lisenziyanın verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı tərəfindən isə özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə lisenziyanın verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət daxil olmamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək bildirilmişdir ki, iddia ərizəsində göstərilən müvafiq tələb ilə cavabdeh orqana müraciətini təsdiq edən sənədin 10 gün müddətində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq tələblə cavabdehə müraciətini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi ilə bağlı cavabdeh orqana rəsmi müraciəti olmamışdır. Yuxarıda sadalanan hallar barədə məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, lakin iddiaçı cavabdeh orqana müraciətini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi lazımi qaydada qaldırılmamışdır, Belə ki, iddia ərizəsində cavabdeh qismində Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi göstərilsə də tələb hissəsində cavabdeh qismində Daxili İşlər Nazirliyi qeyd edilmişdir. Lakin iddia tələbində cavabdeh qismində Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi qeyd edilməklə iddia ərizəsinin dəyişdirilməsi iddianın mümkünsüzlüyünü istisna etmir. Odur ki, məhkəmə hüquqi yardım göstərilməsini prosessual qənaət prinsipindən irəli gələrək məqsədəuyğun hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması onun məhkəməyə çatımlılıq hüququnu pozmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-10637/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10637/2023
20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver