Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10642/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı1, Cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin hüquq bölməsinin rəisi X2 və Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsinin rəisinin müavini X7 iştirakı ilə, İddiaçı1 cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş ƏDV-nin geri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək VOLVO XC90 (MİLD-HİBRİD- BENZİN/B5 CORE VİN YV4L12PKXP1965561) minik markalı nəqliyyat vasitəsi ilə bağlı ondan tutulmuş 7.877 (yeddi min səkkiz yüz yetmiş yeddi) manat ƏDV məbləğinin geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra əsl cavabdeh qismində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi əvəz edilmişdir.
3. Tələb onunla əsaslandırlmışdır ki, xx.xx.2024-cü il tarixində köçürmə yolu ilə ödəniş edilməklə tərəfindən xarici ölkədən şəxsi istifadəsi üçün VOLVO XC90 (MİLD-HİBRİD- BLNZİNN/B5 CORE VİN YV4L12PKXP1965561) minik markalı nəqliyyat vasitəsi alınmışdır. Qeyd edilən avtomobil yumşaq hibrid (MİLD- HYBRİD) texnologiyasına malik mühərrik sistemi ilə təchiz olunmuşdur. Qeyd edir ki, həmin nəqliyyat vasitəsini aldığı zaman vergi qanunvericiliyinə əsasən bu tip avtomobillər güzəştlərə düşürdü və ƏDV-dən azad edilmişdir. Avtomobilin X3 Azərbaycan Respublikasına gətirilməsi zamanı daşınma ilə bağlı yaranan gecikmələr səbəbindən nəqliyyat vasitəsi 2025-ci ilin yanvar ayında ölkəyə daxil olmuşdur. Lakin həmin tarixdə Gömrük Komitəsi tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı ona bildirildi ki, artıq yumşaq hibrid avtomobillərə tətbiq edilən ƏDV güzəştləri ləğv edillmişdir. Bu səbəbdən 7.877 (yeddi min səkkiz yüz yetmiş yeddi) manat məbləğində ƏDV ödəyib. Hesab edir ki, avtomobili əldə etdiyi tarixdə qüvvədə olan qanunvericilikdə bu tip nəqliyyat vasitələri ƏDV-dən azad edildiyindən, sonradan qüvvəyə minmiş dəyişikliklər onun üzərinə əlavə vergi öhdəliyi qoymamalıdır. Vergi Məcəlləsinin tələblərini nəzərə alınaraq ondan tutulmuş ƏDV məbləği qanunsuz hesab edilməli və geri qaytarılmalıdır.
4. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 490-cı maddəsinə əsasən Maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, ‘‘İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər.
5. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları; 15.1.3. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək; 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; Qanunvericiliyin tələblərindən göründüyü kimi vergi güzəştlərindən istifadə etmək hər bir vergi ödəyicisinin hüququdur, bu hüquq pozulubsa vətəndaşın artıq tutulumuş vergi və digər növ ödənişləri tələb etmək hüququ vardır.
6. İddiaçının müraciətinə cavab olaraq Dövlət Gömrük Komitəsi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.41-1 -ci maddəsinə əsasən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 4 il müddətinə əlavə dəyər vergisindən azaddır. Azərbaycan Respublikası 2000-ci il 2 may tarixli 872-İQ nömrəli “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" Beynəlxalq Konvensiyaya və göstərilən X1 qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununa əsasən X5 himayədarlığı altında təsis edilmiş “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" Beynəlxalq Konvensiyaya və göstərilən X1 qoşulmuşdur. Bu Konvensiyanın 8703 mal mövqeyi üzrə izahnaməsində hibrid elektrik avtomobillərin daxiliyanma mühərriki ilə yanaşı bir və ya bir neçə elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri olmaqla, mexaniki hərəkət üçün enerjini həm daxiliyanma mühərrikindən, həm də elektrik mühərrikindən təmin etdiyi təsbit olunmuşdur. “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi"nin 4.9-cu bəndində ölkəyə idxal olunan avtomobillərə dair tətbiq olunan güzəştlərlə əlaqədar hibrid avtomobil kateqoriyasının müəyyənləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsinə (AZSTANDART) həvalə edilmişdir. Bu qurum tərəfindən müvafiq tədbirin icrası ilə əlaqədar AZS ECE 83:2024 (Mühərrikin yanacaq tələblərinə uyğun olaraq çirkləndiricilərin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar") və AZS ECE 101:2024 (Karbon 4oksıdın həcminin və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik dartı sistemində hərəkət ehtiyatının ölçülməsi baxımından yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sorfının və eloktnk dartı sistemində hərəkət ehtiyatının ölçülməsi baxımından yalnız etektnk ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar") dövlət standartları təsdiq edilmiş və sözügedən standartların istifadə edilməsi və nəzərə alınması barədə Nazirlər Kabinetinin göstərişi 24 iyun 2024-cü il tarixli 1-5/1-9340/2024/10592/2023 nömrəli dərkənar ilə aidiyyəti qurumlara göndərilmişdir. Ölkəyə idxal olunan avtomobillər üzrə tətbiq olunan güzəştlərlə əlaqədar hibrid avtomobil kateqoriyasının müəyyənləşdirilməsi məqsədi ilə təsdiqlənmiş bu standartlara əsasən “hibrid avtomobili" birdən çox enerji mənbəyi (mühərrik) ile mexaniki hərəkətə gətirilən avtonəqlıyyat vasitələridir. “Hibrid elektrik avtomobili" isə daxiliyanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də mexaniki hərəkətə gətirilən avtonəqlıyyat vasitələridir. Yuxarıda qeyd olunan Konvensiyanın və sözügedən standartların tələblərinə əsasən mexaniki hərəkətə gətirilmədə ancaq daxiliyanma mühərrikindən istifadə edən “yumşaq (“mild") hibrid” avtomobilləri hibrid avtomobilləri kimi sinifləşdirilmir.
7. İddiaçı1 oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə X11 20235 ABŞ dolları ödənilmişdir.
8. 11.02.2025-ci il tarixli **********8600 nömrəli gömrük bəyannaməsinə əsasən nəqliyyat vasitəsinə görə VOLVO XC90(MİLD-HİBRİD-BENZİN) (istehsalat tarixi: xx.xx.2023 mühərrikin həcmi: 1969 sm3 şassi/ban no:YV4L12PKXP1965561) 7877,33 manat ƏDV ödənilmişdir.
9. Məhkəmənin sorğusuna cavab olaraq “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi tərəfindən bildirilmişdir ki, AZS ECE 83:2025 “Mühərrikin yanacaq tələblərinə uyğun olaraq çirkləndirici maddələrin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar” (bundan sonra-dövlət standartı) dövlət standartının 2.21.1-ci bəndinə əsasən, “X9 (HN)” dedikdə, hərəkət məqsədilə ən azı 2 (iki) fərqli enerji çeviricisinə və nəqliyyat vasitəsinin üzərində yerləşən 2 (iki) fərqli enerji saxlama sisteminə malik nəqliyyat vasitəsi başa düşülür. Məlumat üçün qeyd edilmişdir ki, “Mild Hibrid-Benzin” və “X9 (HN)” arasında olan fərqlər dövlət standartı ilə tənzimlənmir.
10. Məhkəmənin sorğusuna cavab olaraq “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi tərəfindən bildirilmişdir ki, AZS ECE 83:2025 “Mühərrikin yanacaq tələblərinə uyğun olaraq çirkləndirici maddələrin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar” və AZS ECE 101:2025 “Karbon 4-oksidin həcminin və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsi ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik diapazonunun ölçülməsi baxımından yalnız elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar” dövlət standartları məhkəməyə təqdim olunur. Qeyd edilir ki, "yumşaq (mild) hibrid” avtomobilinin birdən çox enerji mənbəyi ilə mexaniki hərəkətə gətirilən avtonəqliyyat vasitəsi hesab edilməsi məsələsi dövlət standartları ilə tənzimlənmir.
11. Cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən İddiaçı1 cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “əDv məbləğinin geri qaytarılması barədə” tələbinə dair 2-1(112)-10642/2025 nömrəli inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin sərəncamına cavab olaraq Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin etirazı məhkəmə təqdim edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edilir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixində köçürmə yolu ilə ödəniş edilməklə tərəfindən xarici ölkədən şəxsi istifadəsi üçün “VOLVO XC90 (MİLD-HİBRİD-BENZİN/B5 CORE VİN YV41.12 PKXP196561) minik markalı nəqliyyat vasitəsini aldığını, avtomobili aldığı zaman vergi qanunvericliyinə əsasən bu tip avtomobillərə güzəştlər tətbiq edildiyini və ƏDV-dən azad edildiyini, avtomobilin X3 Azərbaycan Respublikasına gətirilməsi zamanı daşınma ilə bağlı yaranan gecikmələr səbəbindən nəqliyyat vasitəsinin 2025- ci ilin yanvar ayında ölkəyə idxal olunduğunu, lakin həmin tarixdə Dövlət Gömrük Komitəsi tərəfindən ona artıq yumşaq hibrid avtomobillərə tətbiq edilən ƏDV güzəştlərinin ləğv edildiyini və bu səbəbdən 7.877 (yeddi min səkkiz yüz yetmiş yeddi) manat məbləğində ƏDV ödədiyini qeyd etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, avtomobili əldə etdiyi tarixdə qüvvədə olan qanunvericlikdə bu tip nəqliyyat vasitələri ƏDV- dən azad edildiyindən, sonradan qüvvəyə minmiş dəyişikliklər onun üzərinə əlavə vergi öhdəliyi qoymamalıdır. Vergi Məcəlləsinin tələblərini nəzərə alaraq ondan tutulmuş ƏDV məbləğinin qanunsuz hesab edilməsini və geri qaytarılmasını xahiş etmişdir. Bildiririk ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi nüanslar və əsaslandırmaların heç bir hüquqi və qanuni əsası yoxdur. Belə ki, iddiaçı ərizəsində avtomobili əldə etdiyi tarixdə qüvvədə olan qanunvericliyə əsasən bu tip nəqliyyat vasitələrinin əlavə dəyər vergisindən azad edildiyini qeyd etsə də bu hal həqiqəti əks etdirmir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.41 -1 -ci maddəsinə əsasən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 4 il müddətinə əlavə dəyər vergisindən azaddır. Göründüyü kimi qanunun bu müddəasında hər hansı dəyişiklik edilmədiyindən onun geriyə qüvvəsinin tətbiq edilməsindən söhbət gedə bilməz. Bundan başqa məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının ölkəyə idxal etdiyi “VOLVO XC90 (MİLD- HİBRİD-BENZİN/B5 CORE VİN YV41.12 PKXP196561) minik markalı nəqliyyat vasitəsi hibrid deyil, məhz mild hibrid mühərrikli nəqliyyat vasitəsi olduğundan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.41 -1 -ci maddəsi həmin avtomobilə münasibətdə şamil olunmur. Belə ki, “hibrid” mühərrikli nəqliyyat vasitələrinin anlayışı barədə istənilən mənbə üzərindən tədqiqat aparıldıqda məlum olur ki, bu avtomobillərin ilkin olaraq əsas xüsusiyyəti ondan ibarətdir ki, 2 mühərrik - həm daxili yanma mühərriki, həm də elektrik mühərriki müstəqil şəkildə işləyə bilir, nəqliyyat vasitəsini müstəqil olaraq hərəkətə gətirir, elektrik mühərrikinin işləməsi üçün tələb olunan enerji isə benzin mühərriki işə salındıqda və ya əyləcdən istifadə edilmə zamanı akkumulyatorlara yüklənir. “Mild- hibrid” (yumşaq hibrid) mühərrikli nəqliyyat vasitələrində isə belə bir xüsusiyyət yoxdur, nəqliyyat vasitəsini işə salmaq üçün startergeneratorla və avtomobilin hərəkətə gətirilməsində rolu olmayan batareyalarla təchiz olunmuş nəqliyyat vasitələri hibrid avtomobil kateqoriyasına aid edilmir, çünki, bu tip nəqliyyat vasitələri onları hərəkətə gətirən elektrik mühərriki ilə təchiz olunmamışdır. Burdan əldə olunan əsas nəticə də odur ki, hibrid avtomobillərinin əsas xüsusiyyəti həm daxili yanma mühərriki, həm də elektrik mühərriki müstəqil şəkildə işləyə bilməsidirsə və bu xüsusiyyət də “mild-hibrid” (yumşaq hibrid) mühərrikli nəqliyyat vasitələrində yoxdursa, deməli hibrid avtomobillərinin növü kimi qəbul edilə bilməz. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası 2000-ci il 2 may tarixli 872-İQ nömrəli Qanuna əsasən X5 himayədarlığı altında təsis edilmiş “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən X1 qoşulmuşdur. Müqaviləyə qoşulan tərəflər Harmonikləşdirilmiş Sistemin bütün başlıqlarını və yarımbaşlıqlarını heç bir əlavə və dəyişiklik etmədən, onlara aid rəqəmli kodlarla birlikdə istifadə etməyi, Sistemin şərhi üçün ümumi qaydaları, habelə bölmə, fəsil və yarımbaşlıqlara aid bütün qeydləri tətbiq etməyi, onların əhatə dairəsini dəyişməməyi, eləcə də Sistemdə göstərilmiş rəqəmlər ardıcıllığına əməl etməyi öhdəsinə götürür. “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" Beynəlxalq Konvensiyanın “8703” mal mövqeyi üzrə izahnaməsində elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri olmaqla, mexaniki hərəkət üçün enerjini həm daxiliyanma mühərrikindən, həm də elektrik mühərrikindən təmin etdiyi qeyd olunur. Belə ki, nəqliyyat vasitəsini işə salmaq üçün starter-generatorla və avtomobilin hərəkətə gətirilməsində rolu olmayan batareyalarla təchiz olunmuş nəqliyyat vasitələri hibrid avtomobil kateqoriyasına aid edilmir. Çünki bu batareyaların avtomobilin müstəqil hərəkətə gətirilməsində heç bir rolu yoxdur və bu tip nəqliyyat vasitələri onları hərəkətə gətirən elektrik mühərriki ilə təchiz olunmamışdır. Harmonikləşdirilmiş Sistem üzrə Komitənin 2021-ci ilin aprel ayında keçirilmiş 67-ci və 2022-ci ilin mart ayında keçirilmiş 69-cu sessiyalarında “yumşaq hibrid” avtomobillərin 8703 40 (hibrid avtomobillər) yarım mövqeyində deyil, 8703 22 (benzin mühərriklə hərəkətə gətirilən avtomobillər) yarım mövqeyində sinifləşdirilməsi qərarı qəbul edilmişdir. (Qoşma əlavə olunur) Həmçinin bildiririk ki, malların XİF MN kodlarının müəyyənləşdirilməsi zamanı Azərbaycan Respublikasının tərəfdar olduğu “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" Beynəlxalq Konvensiyanın ayrılmaz tərkib hissəsi olan “İzahnamə”nin əsas götürülməsi və ona istinad edilməsi məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük rüsumunun geri qaytarılması” tələbinə dair iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)-1066/2024 nömrəli qərarı mövcuddur. Həmin qərara əsasən, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. Belə ki, qərar onunla əsaslandırılmışdır ki, cavabdehin təqdim etdiyi dəlillər əsaslıdır, malların kodları müəyyən edilərkən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 319, 320 və 321-ci maddələrinin tənzimləmələrindən hərəkət edilməlidir. Məhz həmin normalar kodun və gömrük ödənişlərinin məbləğlərinin müəyyənləşdirilməsi məsələlərinə tətbiq edilməli olan maddi hüquq normaları kimi çıxış edirlər. Buna görə də, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının ayrılmaz hissəsidir, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişikliklərin və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların izlənməsini və gömrük işində operativ tətbiqini təmin etməlidilər. (Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2- 1(102)-1066/2024 nömrəli qərarı əlavə olunur). Qanunvericilik, eyni zamanda, nəzərdə tutur ki, bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Eyni zamanda bildiririk ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı tərəflərin 21-ci konfransında qəbul olunmuş Paris sazisindən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Təmiz ətraf mühit və yaşıl artım” ölkəsi” Milli Prioritetindən və digər direktiv sənədlərin tələblərindən irəli gələrək respublika ərazisində ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi zəruri hesab olunur. Bundan başqa, “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin 4.9-cu bəndində ölkəyə idxal olunan avtomobillərə dair tətbiq olunan güzəştlərlə əlaqədar hibrid avtomobil kateqoriyasının müəyyənləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinə (AZSTANDART) həvalə edilmişdir. Bu qurum tərəfindən müvafiq tədbirin icrası ilə əlaqədar AZS ECE 83:2024 (“Mühərrikin yanacaq tələblərinə uyğun olaraq çirkləndiricilərin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”) və AZS ECE 101:2024 (“Karbon 4-oksidin həcminin və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik dartı sistemində hərəkət ehtiyatının ölçülməsi baxımından yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik dartı sistemində hərəkət ehtiyatının ölçülməsi baxımından yalnız elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar”) dövlət standartları təsdiq edilmiş və sözügedən standartların istifadə edilməsi və nəzərə alınması barədə Nazirlər Kabinetinin göstərişi 24 iyun 2024-cü il tarixli 1- 5/1-9340/2024/18592/2023 nömrəli dərkənar ilə aidiyyəti qurumlara göndərilmişdir. Ölkəyə idxal olunan avtomobillər üzrə tətbiq olunan güzəştlərlə əlaqədar hibrid avtomobil kateqoriyasının müəyyənləşdirilməsi məqsədi ilə təsdiqlənmiş bu standartlara əsasən “hibrid avtomobili” birdən çox enerji mənbəyi (mühərrik) ilə mexaniki hərəkətə gətirilən avtonəqliyyat vasitələridir. Yuxarıda qeyd olunan standartların tələblərinə əsasən mexaniki hərəkətə gətirilmədə ancaq daxiliyanma mühərrikindən istifadə edən “yumşaq (“mild”) hibrid” avtomobilləri hibrid avtomobilləri kimi təsnifləşdirilmir. Ötən ilin mart ayından etibarən hibrid avtomobillərinin güzəştli qaydada ölkəyə gətirilməsi ilə bağlı dövlət qurumları, o cümlədən biznes subyektləri ilə çoxsaylı görüşlər keçirilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, o cümlədən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası da “yumşaq hibrid” avtomobillərinin mühərrik sistemi və emissiyası nəzərə alınmaqla onların ənənəvi daxili yanma mühərrikli avtomobillərlə eyni sinifləşdirilməsində həmfikir olduqlarını bəyan etmişdir.(qoşma əlavə olunur) Cari ilin etibarən qeyd olunan texniki göstəricilərə malik nəqliyyat vasitələrinin ölkə ərazisinə gətirilməsi zamanı fərqli fiziki şəxslər tərəfindən gətirilmiş 24 minik avtomobilinə görə 247603.68 min manat, o cümlədən 6 hüquqi şəxs tərəfindən ("xxxx" MMM, "xxxx" MMC, "xxxx" MMC və digərləri) ümumilkdə dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən müvafiq qanunvericilik aktlarında göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 2-ci hissəsinə və “Normativ hüquqi aktlar” haqqında Konstitusiya Qanunun 23.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. X8 22-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı1 cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “avtomobilin hibrid nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hesablamalar aparılmaqıa rəsmiləşdirilməsi” barədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
12. Cavabdeh tərəfindən “hibrid avtomobil” ifadəsinin dəqiqləşdirilməsi ilə bağlı təqdim edilən arayışda bildirilmişdir ki, Azərbaycan Respublikasi Prezidentinin 2 fevral 2021-ci il tarixli 2469 nömrəli Sərəncamı ile təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetler" sənədinin 5-ci Milli Prioritetinə (təmiz ətraf mühit va "yaşıl artim" ölkəsi) uyğun olaraq ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsində müvafiq vergi güzəştləri nəzərdə tutulmuşdur. Bu güzəştlərin tətbiqi nəticəsində ekoloji cəhətdən təmiz və təhlükəsiz hesab edilən hibrid nəqliyyat vasitələrinin idxal həcmi artmışdır. Aparılan təhlillərə əsasən daxiliyanma mühərriki ilə yanaşı nəqliyyat vasitəsinin müstəqil şəkildə hərəkətə gətirilməsində rolu olmayan və yalnız daxiliyanma mühərrikinin işinə dəstək olmaqla nəqliyyat vasitəsinin ani sürətlənmə xüsusiyyətlərinin yükseldilməsinə xidmət edən elektrik batareyalar ilə təchiz olunmuş "yumşaq hibrid" avtomobillərin da idxal həcmi artmişdir. Gömrük rəsmiləşdirilməsinin aparılması zamanı idxalatçəlar tərəfindən təqdim edilən müvafiq təsdiqedici sənədlərdə nəqliyyat vasitələrinin "hibrid" olması təsvir edilsə də, beynəlxalq konvensiyalarda "hibrid avtomobil" ifadəsi ən azı iki müxtəlif mühərrikə malik olan və nəqliyyat vasitəsinin aparıcı oxuna yönləndirilən ötürmə qüvvəsi həmin mühərriklər tərəfindən təmin edilən avtomobilləri nəzərdə tutur. Məlumat qaydasında bildirilir ki, Azərbaycan Respublikası 2000-ci il 2 may tarixli 872- 1Q nömrəli Qanuna əsasən X6 himayədarlığı altında təsis edilmiş "Malların Təsviri va Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqinda" Beynalxalq Konvensiyaya və göstərilən X1 qoşulmusdur. Müqaviləyə qoşulan tərəflər Harmonikləşdirilmiş Sistemin bütün başlıqlarını ve yarımbaşlıqlarını heç bir əlavə və dəyişiklik etmədən, onlara aid rəqəmli kodlarla birlikdə istifadə etməyi, Sistemin şərhi üçün ümumi qaydaları, habelə bölmə, fəsil və yarımbaşlıqlara aid bütün qeydləri tətbiq etməyi, onların əhatə dairəsini dəyişməməyi, eləcə də Sistemdə göstərilmiş rəqəmlər ardıcıllığına əməl etməyi öhdəsinə götürür. "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında" Beynəlxalq Konvensiyanin 8703 mal mövqeyi üzrə izahnaməsində hibrid avtomobilləri geniş təsvir edilmişdir. Konvensiyanın izahnaməsində hibrid elektrik avtomobillərin daxiliyanma mühərriki ile yanaşı, bir və ya bir neçə elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri olmaqla, mexaniki hərəkət üçün enerjini həm daxiliyanma mühərrikindən, həm də elektrik mühərikindən temin etdiyi qeyd olunur. Belə ki, nəqliyyat vasitəsini işə salmaq üçün starter-generatorla va avtomobilin hərəkətə gətirilməsində rolu olmayan batareyalarla təchiz olunmuş nəqliyyat vasitələri hibrid avtomobil kateqoriyasina aid edilmir. Bu tip nəqliyyat vasitələri onları hərəkətə gətirən elektrik mühərriki ilə təchiz olunmamışdır. Harmonikləsdirilmiş Sistem üzrə Komitənin 2021-ci ilin aprel ayında keçirilmiş 67-ci və 2022-ci ilin mart ayında keçirilmiş 69-cu sessiyalarinda "yumsaq hibrid" avtomobillərin 8703 40 (hibrid avtomobillər) yarım mövqeyində deyil, 8703 22 (benzin mühərriklə hərəkətə gətirilən avtomobillər) yarim mövqeyində sinifləşdirilməsi qərarı qəbul edilmişdir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, nəqliyyat vasitəsini 2024cü ildə sifariş vermiş və ilin sonuna kimi ölkəyə idxal olunması nəzərdə tutulmuşdu, lakin ondan asılı olmayan səbəblərdən 2025-ci ilin əvvəlində ölkəyə idxal edilmişdir. Sifariş verərdən vergi güzəştinin ona şamil olunması ilə maraqlanmış, Azərbaycana idxal edilən mild-hibrid nəqliyyat vasitələrinə müvafiq güzəştlərin tətbiq olunduğu ona məlum olmuş, bu səbəbdən də ölkəyə gətirmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə əlavə olaraq bildirdi ki, “hybrid” nəqliyyat vasitəsi “yumşaq hibrid” avtomobili ilə müqayisədə emissiyanın həcminə görə ekoloji olaraq daha təmizdir. Həqiqətən 2024-cü ildə ölkəyə idxal olunan “yumşaq hidrid” (mild hybrid) nəqliyyat vasitələrinə müvafiq vergi güzəştləri tətbiq olunmuş, lakin daha sonra həmin idxal olunan nəqliyyat vasitələrinin çoxluğu nəzərə alınmış və Dövlət Gömrük Komitəsi tərəfindən yaradılmış müvafiq işçi qrup tərəfindən Nazirlər Kabinetinin də tövsiyələri nəzərə alınaraq azadolmanın 2025-ci ilin yanvar ayından etibarən “yumşaq hidrid” (mild hybrid) avtomobillərinə tətbiq edilməməsi qərara alınmışdır. Bununla əlaqədar 2024-cü ilin sentyabr ayından Azərbaycan Avtomobil Dilerlər Assosiasiyası ilə mütəmadi görüşlər təşkil edilmiş, o cümlədən ölkəyə avtomobil idxal edən müxtəlif müəssisələr işçi qaydada məlumatlandırılmışdır ki, ƏDV-dən azadolma 2025-ci ilin yanvar ayından etibarən “yumşaq hidrid” (mild hibrid) nəqliyyat vasitələrinə şamil olunmayacaqdır. Ötən ilin mart ayından etibarən hibrid avtomobillərinin güzəştli qaydada ölkəyə gətirilməsi ilə bağlı dövlət qurumları, o cümlədən biznes subyektləri ilə çoxsaylı görüşlər keçirilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, o cümlədən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası da “yumşaq hibrid” avtomobillərinin mühərrik sistemi və emissiyası nəzərə alınmaqla onların ənənəvi daxili yanma mühərrikli avtomobillərlə eyni sinifləşdirilməsində həmfikir olduqlarını bəyan etmişdir.
İİ. İcraatlarının birləşdirilməsi və ayrılması
15. Maddə 56. Müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması 56.1. Məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir.
16. Məhkəmənin hazırkı iş üzrə eyni tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan "xxxx" MMC-nin cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı eyni predmetli iddia tələbi üzrə iş hazırkı işə birləşdirilmişdir.
17. Lakin daha sonra məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC “ŠKODA Azərbaycan Rəsmi Mərkəzi” olaraq həmin avtomobillərin Azərbaycanda rəsmi distribyutorudur və fərdi qaydada, şəxsi istehlak məqsədilə nəqliyyat vasitəsini idxal edən fiziki şəxslə bununla peşəkar qaydada məşğul olan şəxsin ölkədə gömrük qanunvericiliyinin tətbiqi təcrübəsinə dair məlumatlılıq dərəcəsi eyni olmadığından fərqli yanaşma mümkündür və bu səbəbdən vahid qərarın qəbul edilməsi zərurəti yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmənin eyni tarixli qərardadı ilə hazırki işdən "xxxx" MMC-nin cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iddia tələbi yenidən ayırmışdır. 18. İİİ. Tətbiq olunan hüquq
19. İnzibati icraat haqqında qanun 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
20. Vergi Məcəlləsi 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.41-1. istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 4 il müddətinə
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” 1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları...
İV. Məhkəmənin mövqeyi
22. Gömrük orqanları tərəfindən 2024-cü ildə ölkəyə idxal edilmiş “Mild hybrid” (yumşaq hibrid) nəqliyyat vasitələrinə görə ƏDV-nin tutulmamasına dair mübahisə yoxdur (buna dair çoxsaylı bəyannamələr iş materiallarına əlavə olunmuşdur).
23. Görünən odur ki, gömrük orqanı tərəfindən “hibrid avtomobillərin” anlayışına olan yanaşma və buna dair inzibati təcrübə dəyişmişdir.
24. X12 Məhkəməsi qərarlarında dəfələrlə qeyd etmişdir ki, qanun hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən görünən olmalıdır.
25. “Qanun” anlayışını təfsir edərək Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi Konvensiyanın digər müddəalarında qeyd olunan eyni konsepsiyaya istinad edir (baxın, Spacek, s.r.o. Çexiyaya qarşı, no. 26449/95, 09 noyabr 1999-cu il, § 54 və yuxarıda qeyd edilən Baklanov Rusiyaya qarşı, § 40). Həmin konsepsiyaya əsasən həyata keçirilən tədbir mütləq milli qanunvericilikdə öz əsasını tapmalıdır. Eyni zamanda, həmin məsələ qanunun keyfiyyətinə aiddir. Qanun hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən görünən olmalıdır (baxın, Beyeler İtaliyaya qarşı (BP), no. 33202/96, § 109, İHAM 2000-İ). (Bax: Rafiq Əliyev Azərbaycana qarşı § 120)
26. Məhkəmə hesab edir ki, “qanun”dan danışarkən 1 saylı Protokolun 1-ci maddəsi Konvensiyanın başqa yerlərində rast gəlinən eyni anlayışa istinad edir, bu anlayış həm qanunvericilik, həm də presedent hüququ ehtiva edir. Bu, keyfiyyət tələblərini, xüsusən də əlçatanlıq və proqnozlaşdırıla bilən tələbləri nəzərdə tutur (baxın, Spacek, s.r.o. Çexiyaya qarşı, no. 26449/95, 09 noyabr 1999-cu il, § 54).
27. Məhkəmə hesab edir ki, eyni yanaşma qanunun tətbiqi təcrübəsinin dəyişməsinə dair inzibati qaydalara da şamil edilməlidir.
28. Belə ki, qanunun tətbiqi təcrübəsinə dair inzibati qaydalar və ya dəyişən təcrübə dərc olunmazdan əvvəlki münasibətlərə tətbiq oluna bilməz.
29. Gömrük orqanlarının hərəkətlərinin və qanunun tətbiqi təcrübəsinin proqnozlaşdırıla bilən olması üçün müvafiq məlumatların dərci tələbi gömrük qanunvericiliyində nəzərdə tutulmuşdur.
30. Gömrük Məcəlləsindən: 94.2. Gömrük nəzarəti üçün lazım olan sənədlərin və məlumatların siyahısı, həmçinin onların təqdim edilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. 146.3. Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. 150.3. Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. 225.2. Konkret mallar üzrə gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. 225.3. Mallar üzrə tarif güzəştləri, gömrük rüsumlarından azad edilmə, tarif preferensiyalarının və güzəştlərinin verilməsi halları və qaydaları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir.
31. Məhkəmə hesab edir ki, nəqliyyat vasitələrinin idxalı ilə peşəkar qaydada məşğul olan şəxslərdən və ya avtomobil istehsalçılarından fərqli olaraq şəxsi istehlak məqsədləri üçün nəqliyyat vasitələrini idxal edən şəxslərin gömrük orqanları tərəfindən müəyyən anlayışların tətbiqi təcrübəsinin dəyişməsinə dair məlumatlara əlçatanlığı həmin məlumat dərc olunmadığı təqdirdə eyniləşdirilə bilməz. Məlumatın dərci dedikdə, onun rəsmi internet saytında yerləşdirilməsi və ya sadə istehlakçının digər formada məlumatlandırıla bilmə imkanını nəzərdə tuta bilər.
32. Odur ki, müvafiq standarlara əsasən “hibrid” nəqliyyat vasitələrindən fərqli olaraq “mild hibrid” nəqliyyat vasitələrinin ƏDV-nin azad olunmamasına dair inzibati təcrübənin dəyişməsinə dair məlumatın dərc edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın Azərbaycan Avtomobil Dilerlər Assosiasiyası və digər biznes subyektləri ilə müzakirələrinin nəticələrinin nəqliyyat vasitəsini şəxsi məqsədlər üçün idxal edən fiziki şəxslərə münasibətdə şamil edilməməli olduğu qənaətindədir. Məhkəmə nəzərə alır ki, iddiaçı tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin sifarişi məhz müvafiq azadolmanın tətbiq edildiyi dövrdə həyata keçirilmişdir.
33. Belə olan təqdirdə inzibati orqanın qanunun tətbiqi təcrübəsinə və inzibati praktikasına dair iddiaçının etimad hüququ qanunla qorunur.
34. Məhkəmə gömrük orqanının bu sahədə dövlət siyasətini həyata keçirən və müvafiq təsnifatlaşdırmanı və kodlaşdırmanı həyata keçirən qurum kimi səlahiyyətlərinə müdaxilə etmir, belə ki, görünən odur ki, “hibrid” nəqliyyat vasitəsinin anlayışı ilə bağlı texniki sənədlər və müvafiq standartlar mövcuddur. Lakin məhkəmə hesab edir ki, iddiaçının vəziyyətində və ona münasibətdə əlavə araşdırma aparılmadan inzibati orqanın inzibati praktikasına etimad hüququna əsaslanan yanaşma tətbiq olunmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. VOLVO XC90 (MİLD-HİBRİD-BENZİN/B5 CORE VİN YV4L12PKXP1965561) minik markalı nəqliyyat vasitəsi ilə bağlı ondan tutulmuş 7.877 (yeddi min səkkiz yüz yetmiş yeddi) manat ƏDV məbləğinin İddiaçı1 geri qaytarılması və bundan irəli gələn vəzifələrin həyata keçirilməsi öhdəliyi cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva