Məhkəmə qərarları › İş №2-1(112)-1066/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1066/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1066/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı "diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra –Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 İdarəçilik Akademiyasında ali təhsil aldıqdan sonra ona verilmiş diplomun (ixtisasın) Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə ekspertizaya (müsabiqəyə) yenidən buraxılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “X3 İdarəçilik Akademiyası tərəfindən İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli B21 007670 nömrəli bakalavr diplomu üzrə onun aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, cavabdeh tərəfindən iddia tələbinin təmin olunduğunu və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını yoxlayaraq hesab edir ki, ərizə təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). İddia ərizəsindən görünür ki, iddiaçının tələbi X3 İdarəçilik Akademiyası tərəfindən onun adına verilmiş xx.xx.2021-ci il tarixli B21 007670 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 İdarəçilik Akademiyası tərəfindən İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli B21 007670 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar iddiaçının müraciətinə yenidən baxılması üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 2 (iki) ay müddət təyin edilmiş, qərardad icra olunması üçün cavabdeh orqana göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi məktubda bildirmişdir ki, İddiaçı X3 İdarəçilik Akademiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli B21 007670 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsi ilə ona təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş NS00010554 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə X3 İdarəçilik Akademiyası tərəfindən verilmiş ali təhsil haqqında B21 007670 nömrəli diplomun Azərbaycan Respublikasında 050206/2019 (ixtisas şifri/təsnifat ili) Hüquqşünaslıq (ekvivalent (bərabər) ixtisas) bakalavr ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmənin müəyyən etdiyi müddətdə artıq iddiaçının tələbi təmin olunmuş, onun iddia tələbinə uyğun diplomunun ekvivalentliyi müəyyən edilərək ixtisası tanınmış və müvafiq şəhadətnamə verilmişdir. Belə olan halda aydın olur ki, artıq işin mahiyyəti üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin olunsun. İddiaçı cavabdeh Təhsildə X1rşı "diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar