Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1076/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə (adi cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublikası Stadionu) qarşı “avtomobil dayanacağı fəaliyyətinə müdaxilənin dayandırılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı xx.xx.2017-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu, X6 prospektində MMC-nin istifadəsinə verilən 0,67 ha - “Gənclik Mol” Ticarət Mərkəzinin qarşı hissəsi 117.86 metr uzunluğunda, F.X.Xoyski keçəsi 54.16 metr enində və Stadionun qarşı hissəsi 63.51 metr uzunluğunda olan torpaq sahəsində yerləşən MMC-yə məxsus avtomobil dayanacağının fəaliyyətinə edilən müdaxilənin dayandıraraq qanuni istifadəsində olan ərazinin Müəssisəyə qaytarılması öhdəliyinin cavabdeh Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı xx.xx.2017-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu, X6 prospektində yerləşən 0,67 ha torpaq sahəsi İddiaçı MMC-nin avtomobil dayanacağının təşkili və avtodiyaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün istifadəsinə verilmişdir. Torpaq sahəsinin cizgisi tərtib edilmiş və torpaq sahəsinin kordinatları yerində müəyyən edilərək “Gənclik Mol” Ticarət Mərkəzinin qarşı hissəsi 117.86 metr uzunluğunda, F.X.Xoyski keçəsi 54.16 metr enində və Stadionun qarşı hissəsi isə 63.51 metr uzunluğunda olan ərazilər MMC-yə təhvil verilmişdir. Həmin vaxtdan göstərilən ərazəyə vəsait sərf edərək, avtomobil dayanacağı təşkil edib istifadə edir və vergi ödəyicisi kimi qeydiyyata alınaraq lazımi dövlət rüsumlarını ödəyir. Azərbaycan Respublikasının Prezidenti dövlət qurumlarına şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə yüksək diqqət və qayğı göstərməyi, bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllinə diqqətlə yanaşmağı tapşırmışdır. Müəssisənin icraçı direktoru şəhid ailəsi olduğuna görə Müharibə əlilləri müraciət edərək xahiş etmişlər ki, ağır işlərdə işləyə bilmədikləri üçün dayanacaqda onları işlə təmin etsin. Həmin şəxslərin vəziyyətini başa düşərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlayaraq onları avtomobil dayanacağında işlə təmin edilmiş və hər ay əmək haqqı alırdılar. Lakin, Tofiq Bəhramov adına Respublika Stadionunun rəhbərliyi heç bir sənəd təqdim etmədən Müəssisənin qanuni istifadəsində olan torpaq sahəsinin stadiona aid olduğunu bildirərək, Nərimanov rayon Polis İdarəsinə müraciət etmiş və sonuncu heç bir cinayət hadisəsi baş verməsə də, qeyri-qanuni olaraq tabeliyində xidmət edən polis əməkdaşlarını əraziyə göndərərək xx.xx.2023-cü il tarixdən Müəssisənin fəaliyyətini dayandırmışdır. Bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, Stadionun rəhbərliyinə və Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət edilərək, ərazinin Stadiona aid olmasına dair sənədlərin təqdim edilməsi xahiş edilmiş, lakin, müraciətlərinə rəsmi cavab verilməmiş, qeyri-rəsmi olaraq Polis İdarəsinə onlar tərəfindən müraciət edilmədiyini bildirmişlər. Qeyd edilmişdir ki, istifadəsində olan əraziyə dair Bakı şəhər İcra Hakimiyyətinin sərəncamının qüvvədə olmasına baxmayaraq Polis İdarəsi qanunsuz və əsassız olaraq müəssisənin istifadəsinə verilən əraziyə fiziki qüvvə yerləşdirərək fəaliyyətini dayandırdığına görə işçilərlə o cümlədən şəhid ailələri, qazilərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məcburiyyətində qalmışdırlar. Bundan başqa Polis İdarəsi iddiaçının istifadə olan əraziyə daxil olmaq üçün girişin qarşısında qoyulan şlaqbaumu bağlayaraq dayanacağa avtomobillərin daxil olmasını qadağan etmişlər. Bundan istifadə edən digər şəxslərin ərazinin boş olduğunu görüb qeyri-qanuni olaraq MMC-yə məxsus ərazini zəbt etmək istəmişlər, lakin Ölkə Başçısına və digər müvafiq orqanlara bu barədə müraciət ediləndən sonra qeyri-qanuni hərəkətlərini dayandırmışlar. “Polis haqqında” Azərbaycan Respublikasının qanununda göstərilir ki, Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. (Maddə 3, bənd İ). Polis əməkdaşı açıq-aşkar qanuna zidd əmr və ya göstəriş aldıqda qanunu rəhbər tutmalı, bu barədə polisin rəhbərliyinə məlumat verməlidir (Maddə 13, bənd Vİİ). Hakimin qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə yalnız cinayətin hadisəsi barədə dəqiq məlumatı olduğu halda bu Qanunun 25- ci maddəsində müəyyən edilmiş qaydada daxil olur (Maddə 24, bənd İİ). Məhkəmənin (hakimin) qərarı və ya bu maddənin İ və İİ hissələrində göstərilmiş hallardan və əsaslardan hər hansı biri olmadan mənzil toxunulmazlığı hüququnu məqsədəuyğunluq, müvəqqəti zərurilik və ya digər mülahizələrlə məhdudlaşdırmaq qadağandır (Maddə 24, bənd İİİ). Bu maddənin müddəaları fiziki və ya hüquqi şəxslərə məxsus qeyri-yaşayış binalarına, tikililərə, torpaq sahələrinə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər obyektlərinə daxilolma hallarına da şamil edilir (Maddə 24, bənd V). Göstərilən əraziyə daxilolma faktını Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş qaydada təxirəsalınmadan protokollaşdırmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir (Maddə 25, bənd 5). Cavabdeh Polis İdarəsi qanunu rəhbər tutmaq əvəzinə, qeyri-qanuni xahişi yerinə yetirməklə yanaşı istifadəsində olan torpaq sahəsinə daxil olaraq MMC-nin işinin dayandırılmasına dair heç bir protokol tərtib etməmiş və başqa şəxslərin oranı zəbt etməyə şərait yaratmışdır. Ona görədə xx.xx.2023cü il tarixdə cavabdeh Polis İdarəsinə rəsmi ərizə ilə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı xx.xx.2017-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu, X6 prospektində MMC-nin istifadəsinə verilən 0,67 ha - “Gənclik Mol” Ticarət Mərkəzinin qarşı hissəsi 117.86 metr uzunluğunda, F.X.Xoyski keçəsi 54.16 metr enində və Stadionun qarşı hissəsi 63.51 metr uzunluğunda olan torpaq sahəsində yerləşən MMC-yə məxsus avtomobil dayanacağının fəaliyyətinə edilən müdaxilənin dayandıraraq ərazinin Müəssisəyə qaytarılmasını təmin edilməsi xahiş edilmişdir. Həmin ərizəyə cavabdeh 3/2-2677 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, qeyd olunan xüsusatlarla bağlı məhkəmə orqalarına müraciət etməyi məqsədə müvafiqdir Hesab edilmişdir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassız sayılmalıdır. AR İPM-də göstərilir ki, Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (Maddə 34.1).
3. İş üzrə xx.xx.2023-cü il tarixli 2-1(112)-9132/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublikası Stadionu İddiaçı cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “avtomobil dayanacağı fəaliyyətinə müdaxilənin dayandırılması” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 100 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin xx.xx.2016-cı il tarixli, 23 saylı razılıq məktubu və İddiaçı MMC rəhbərliyinin müracitini nəzərə alaraq Nərimanov rayonu, X6 prospektində yerəşən 0,67 ha torpaq sahəsi avtomobil dayancağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir.
5. Həmin Sərəncama əlavə edilmiş eskizdə torpaq sahəsinin ölçüləri “Gənclik Mol” Ticarət Mərkəzinin qarşı hissəsi 117,86 metr uzunluğunda, F.X.Xoyski küçəsi 54,16 metr enində və T.Bəhramov adına stadionun qarşı hissəsi 63,51 metr uzunluğunda müəyyən edilmişdir.
6. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlara əsasən tərtib edilmiş sxemə uyğun olaraq, Nərimanov rayonu, Fətəli xan Xoyski, Əhməd bəy Ağaoğlu və Elşad Quliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən 10.5 ha torpaq sahəsi Respublika Stadionunun istifadəsindədir. "X7” MMC-nin daxil olmuş müraciətinə əsasən araşdırma aparılan zaman müəyyən edilmişdir ki, həmin MMC tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 100 nömrəli Sərəncamına istinad edilməklə, tikinti işlərinin aparılması nəzərdə tutulmuş ərazi Respublika Stadionunun hazırda avtomobil dayanacağının təşkili məqsədilə istifadəsində olan 1.72 ha torpaq sahəsinin hüdudları daxilindədir. Nəzərə çatdırılmışdır ki, sözügedən Sərəncamda göstərilmiş torpaq sahəsi yuxarıda göstərilən və Respublika Stadionunun istifadəsində olan ərazinin hüdudlarından kənarda yerləşir. Bununla əlaqədar orada "X7” MMC tərəfindən həyata keçirilən tikinti-quraşdırma işlərinin dayandırılması və ərazinin qısa müddətdə boşaldılması təmin edilməlidir.
7. Bakı İnzibati Məhkəməsinin 15(112)-183/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardad ilə müvəqqəti xarakterli müdafiə barədə ərizə təmin edilmiş və 2-1(112)- 9132/2023 nömrəli iş üzrə inzibati məhkəmə icraatı başa çatanadək Bakı şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı xx.xx.2017-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu, X6 prospektində “X8” MMC-nin istifadəsinə verilən 0,67 ha - “Gənclik Mol” Ticarət Mərkəzinin qarşı hissəsi 117,86 metr uzunluğunda, F.X.Xoyski küçəsi 54,16 metr enində və Stadionun qarşı hissəsi 63,51 metr uzunluğunda olan torpaq sahəsində yerləşən avtomobil dayanacağından istifadə edilməsinə Nərimanov rayon Polis İdarəsi tərəfindən məhdudiyyətin qoyulması qadağan edilmişdir.
8. Nərimanov Rayon Polis İdarəsinin 19 may 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru cənab Şamil Quliyev Azərbaycan Respublikası Daxili işlər Naziri General-polkovnik cənab Vilayət Eyvazova 10 mart 2023cü il tarixdə məktubla müraciət etmişdir. X3 adına Respublika Stadionunun ərazisinin qanunvericiliyə uyğun müəyyənləşdirilməsi məqsədi ilə keçirilən tədbirlər sırasında İqtisadi İnkişaf Nazirliyi X4 üzrə Dövlət Komitəsinə edilmiş rəsmi müraciət əsasında Respublika Stadionunun ərazisinə dair torpaq sahəsinin sxemi əldə olunmuşdur. Sxem üzrə müəyyən edilmişdir ki, Respublika Stadionuna aid əsas piyada girişinin qarşısında olan 6700 kv.m ərazi “X7" MMC tərəfindən avtomobil dayanacağı qismində qeyri-qanuni istifadə olunur. Bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin rəhbərliyi məlumatlandırılmış və verilmiş göstərişə əsasən MMC rəhbərliyinə yazlı müraciət edilərək ərazinin boşaldılması xahiş olunmuşdur. Lakin MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07 mart 2016-cı il tarixli 100 nömrəli Sərəncamının surətini təqdim edərək ərazinin boşaldılmasından imtina etmişdir. Sərəncamda MMC-ə istifadəyə verilən ərazi kimi Nərimanov rayonu, X6 prospektində yerləşən 0,67 ha torpaq sahəsi göstərilmişdir. MMC-nin əsas gətirərək təqdim etdiyi Sərəncamın mövcudluğunun aydınlaşdırılması məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinə 09 avqust 202-ci il tarixli məktubla müraciət edilmişdir. Bakı şəhər icra Hakimiyyəti Aparatından daxil olmuş 29 sentyabr 2022-cı il tarixli 7-4051/17 nömrəli cavab məktubunda Bakı şəhər icra Hakimiyyəti Başçısının 07 mart 2016-cı il Sərəncamının mövcud olmaması, əvəzində 07 mart 2017-cı il tarixli 100 nömrəli Sərəncamı və həmin Sərəncama əsasən tərtib olunmuş ayrıc aktının Ərazi Tiktntı- Planlaşdırma arxivindən aşkar edilmədiyi bildirilmişdir. İstinad olunan hallar barədə Nazirliyə məruzə edilmiş və müvafiq göstərişin icrası ilə əlaqədar olaraq həmin ərazinin boşaldılması üçün Bakı Şəhər Nərimanov rayon Polis İdarəsinin əməkdaşları cəlb edilmiş, lakin özlərini qazi adlandıran bir qrup naməlum şəxsin lüzumsuz hərəkətlərinin müdaxiləsi nəticəsində polisin qanuni tələblərinin yerinə yetirilməsi mumkun olmamışdır. MMC-nin nümayəndələri Azərbaycan Respublikasının Gənclər və idman Nazılrliyı tərəfindən 2022-ci ilin avqust ayında qəbul edilmiş və həmin nümayəndələrə müvafiq qanuni sənədlərin təqdim edilməsi üçün 10 gün vaxt verilmişdir. Lakin həmin müddət keçməsinə baxmayaraq, Respublika Stadionuna məxsus ərazinin qanunsuz istifadəsi MMC tərəfindən davam etdirilmişdir. Qeyd olunanlarla yanaşı, Bakı şəhər İcra Hakimiyyəti Aparatından MMC-yə ünvanlanmış surəti isə Respublika Stadionuna daxil olmuş 23 yanvar 2023-cü il tarixli 3-52/2-405/2023 nömrəli Sərəncamına əsaslanaraq MMC tərəfindən avtomobil dayanacağı kimi istifadə edilməli ərazinin Respublika Stadionunun ərazisinin hüdudlarından kənarda yerləşdiyini və bu səbəbdən MMC-nin hazırda istifadə etdiyi ərazi Respublika Stadionuna aid olduğundan həmin ərazinin qısa müddət ərzində boşaldılmasının təmin olunması tələb edilmişdir. İstinad olunan məktubun surəti əlavə olunaraq Nazirlik məlumatlandırılmış və Respublika Stadionunun qanunsuz istifadə edilən ərazisinin boşaldılması barədə müvafiq məktub MMC-yə göndərilmişdir. Lakın ötən müddət ərzində MMC tərəfindən müxtəlif bəhalərər gətirilərək müvafiq dövlət qurumu ilə heç bir icarə müqaviləsi bağlanılmadan ərazidən qeyri-qanuni istifadənin davam etdirilməsinin qarşısının alınması üçün Nazirliyin müraciətinə əsasən 09 mart 2023-cü il tarixdə ərazinin boşaldılması barədə polis əməkdaşlarının qanuni tələblərinin yerinə yetirilməsinin qarşısının alınması məqsədi ilə özlərini qazi adlandıran bir qrup naməlum şəxslərdən istifadə edərək MMC həmin ərazinin istifadə edilməsinin davam olunmasında israrlıdır. Bu halda hazırda Respublika Stadionunun bazası və infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçırlən tədbirlərin icrasında ciddi maneələr və çətinliklər törətməklə yanaşı bu sahədə sahibkarlıq fəaliyyətini tənzimləyən mövcud qanunverici aktların müddəalarının pozulmasına nəticə etibarı ilə dövlət büdcəsinə əhəmiyyətli ziyan vurulmasına gətirib çıxarır. Qeyd olunanları nəzərə alaraq, MMC-nin müvafiq qanunverici aktlarının tələblərinə məhəl qoyulmayaraq Respublika Stadionuna aid ərazidən qeyri-qanuni istifadə etməsinə və edilmiş xəbərdarlıqdan nəticə çıxarmamasına hüquqi qiymət verilməsi, həmin ərazinin boşaldılmasına köməklik göstərilməsi barədə aidiyyəti sahələrə göstəriş verməyi xahiş etmişdir. Göstərilənlərlə əlaqədar Tofiq Bəhramov adına Respublika Stadionunun rəhbərliyi və MMC-nin işçiləri arasında yaranmış mübahisənin gələcəkdə hər-hansı hüquqpozama ilə nəticələnməsinin qarşısının alınmasını nəzərə alaraq tərəfindən ictimai qayda təmin olunmuş Polis naryadlarının xidməti gücləndirilmiş,tərəflərə aralarında yaranmış mübahisəli məsələnin məhkəmə predmeti olduğu izah edilmişdir. Bundan əlavə, MMC-nin Respublika Stadionu ərazisində parklanma xidmətinin göstərməsi ilə bağlı Bakı şəhər İH-i tərəfindən verilmiş hər-hansı bir sənəd təqdim edilməmişdir. Bildirilmişdir ki, məhkəmə prosesində 63- ehtiyac duyularsa, əməkdaşları xidmətdən ayrılaraq iştrak etməsi təmin ediləcəkdir.
9. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 100 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair sxem (ayrıc aktı) Bakı Şəhər İcra Hakimiyyətində saxlanılmır.
10. Bakı İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 15(112)-183/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı xx.xx.2017-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu, X6 prospektində “X8” MMC-nin istifadəsinə verilən 0,67 ha - “Gənclik Mol” Ticarət Mərkəzinin qarşı hissəsi 117,86 metr uzunluğunda, F.X.Xoyski küçəsi 54,16 metr enində və Stadionun qarşı hissəsi 63,51 metr uzunluğunda olan torpaq sahəsində yerləşən avtomobil dayanacağın faktiki sahəsi və koordinatları müəyyən olunsun; - Avtomobil dayanacağının qeyd edilən faktiki sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı xx.xx.2017-cı il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin cizgisində göstərilmiş koordinatlara uyğundurmu? Uyğun deyilsə, cizgidəki koordinatlar üzrə həqiqi yeri müəyyən edilsin. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı xx.xx.2017-cı il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin cizgisi “X8” MMC-nin göstərdiyi (Tofiq Bəhramov adına stadionun qarşısındakı) sahəyə uyğundurmu? - Qeyd edilən torpaq sahəsi (avtomobil dayanacağı) Tofiq Bəhramov adına stadiona ayrılmış torpaq sahəsi hüdudlarında yerləşirmi? - Qeyd edilən torpaq sahəsi Tofiq Bəhramov adına stadionun texniki pasportunda nəzərdə tutulmuşdurmu və ümumi istifadədə olan torpaq sahəsidirmi?
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktub ilə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: 1) Bildirilmişdir ki, göstərilən torpaq sahəsi yuxarıda qeyd olunan sərəncamda 0.67 ha göstərilsə də, faktiki olaraq 0.578 ha təşkil edir. Sərəncamda ayrılmış sahənin ünvanı X6 prospekti kimi qeyd olunsa da, F.X.Xoyski küçəsinin kənarında göstərilən faktiki sahə “Gənclik” metro stansiyası çıxışının və Tofiq Bəhramov adına Respublika stadionun əsas girişinin qarşısında, “Gənclik Mall” ticarət mərkəzi ilə həmsərhəd ərazidə yerləşir. Sahə faktiki olaraq avtodayanacaq kimi istifadə olunur. Sahənin üzərində iki ədəd metal köşk və stadionun bilet satış məntəqəsi (yüngül konstruksiyalı) mövcuddur. Faktiki olaraq göstərilən 0.578 ha torpaq sahəsinin koordinatları əlavə olunur.
X Y
1. 402549.190 4472816.193
2. 402580.836 4472702.674
3. 402530.957 4472688.849
4. 402517.628 4472738.940
5. 402521.059 4472739.953
6. 402515.014 4472762.632
7. 402508.149 4472791.194
8. 402503.380 4472803.283
9. 402505.929 4472804.588 2) Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş cizgidəki koordinatlar UTM-39 (WGS 84) koordinat sistemində verilmədiyindən qeyri-müəyyəndir. Cizgidə bütün tərəflərin ölçüləri qeyd edilməmiş, mövcud ölçülərdə və konfiqurasiyada ciddi uyğunsuzluq vardır. Bu səbəblərdən cizginin naturada vəziyyətinə uyğunluğun dəqiqləşdirilməsi mümkün olmamışdır. 3) Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş cizgidəki koordinatlar UTM-39 (WGS 84) koordinat sistemində verilmədiyindən qeyri-müəyyəndir. Cizgidə bütün tərəflərin ölçüləri qeyd edilməmiş, mövcud ölçülərdə və konfiqurasiyada ciddi uyğunsuzluq vardır. Bu səbəblərdən cizginin naturada vəziyyətinə uyğunluğun dəqiqləşdirilməsi mümkün olmamışdır. 4) Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan ümumi sahəyə ********** qeydiyyat nömrəsi ilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan Tofiq Bəhramov adına Respublika stadionunun adına 0.76 ha sahəyə yerquruluşu planı tərtib olunmuşdur. 5) Yuxarıdakı qeydlərdə göstərildiyi kimi iddia olunan sahə Tofiq Bəhramov adına Respublika stadionun əsas girişinin qarşısındakı ərazidir. Həmin sahə ilə bağlı ********** qeydiyyat nömrəsi ilə Tofiq Bəhramov adına Respublika stadionunun adına yerquruluşu planı tərtib olunmuşdur.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında cavabdeh və üçüncü şəxsin nümayəndələri iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
14. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İddiaçının növü müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 531 nömrəli qərarı ilə təsdiq edilmiş ”Təhlükə potensiallı və dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısı”:
3. Dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısına aşağıdakılar daxildir: 3.6. tutumu 2 (iki) min nəfərdən artıq olan qapalı və üstüörtülü idman qurğuları, konsert və konfrans sarayları; 3.7. 75 metrdən hündür olan və dövlət vəsaiti hesabına inşa olunan ictimai və çoxfunksiyalı bina və qurğular;
17. “Polis haqqında” Azərbaycan Respublikası haqqında Qanun: Maddə 14. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır: 7) kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək; 7-1) kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək;
18. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublikası Stadionunun dövlət əhəmiyyətli tikinti obyekti olduğu üçün onun qarşısında yerləşən ərazinində dövlət əhəmiyyətli hesab edilməsi işin mübahisəsiz halıdır.
19. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublikası Stadionunun qarşısında yerləşdiyindən (respublika əhəmiyyətli obyekt olduğundan) həmin ərazinin təhlükəsizliyinin təmin olunması vəzifəsi polis fəaliyyətinin əsas istiqaməti və polis əməkdaşının vəzifəsidir.
20. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması; Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ
1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
22. X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
25. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
26. İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli 100 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin xx.xx.2016-cı il tarixli 23 saylı razılıq məktubu və İddiaçı MMC rəhbərliyinin müraciətini nəzərə alaraq Nərimanov rayonu, X6 prospektində yerəşən 0,67 ha torpaq sahəsi avtomobil dayancağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin Sərəncama əlavə edilmiş eskizdə torpaq sahəsinin ölçüləri “Gənclik Mol” Ticarət Mərkəzinin qarşı hissəsi 117,86 metr uzunluğunda, F.X.Xoyski küçəsi 54,16 metr enində və T.Bəhramov adına stadionun qarşı hissəsi 63,51 metr uzunluğunda müəyyən edilmişdir.
27. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavab olaraq qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 100 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair sxem (ayrıc aktı) Bakı Şəhər İcra Hakimiyyətində saxlanılmır.
28. Məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktub ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, göstərilən torpaq sahəsi yuxarıda qeyd olunan sərəncamda 0.67 ha göstərilsə də, faktiki olaraq 0.578 ha təşkil edir. Sərəncamda ayrılmış sahənin ünvanı X6 prospekti kimi qeyd olunsa da, F.X.Xoyski küçəsinin kənarında göstərilən faktiki sahə “Gənclik” metro stansiyası çıxışının və Tofiq Bəhramov adına Respublika stadionun əsas girişinin qarşısında, “Gənclik Mall” ticarət mərkəzi ilə həmsərhəd ərazidə yerləşir. Sahə faktiki olaraq avtodayanacaq kimi istifadə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş cizgidəki koordinatlar UTM-39 (WGS 84) koordinat sistemində verilmədiyindən qeyri-müəyyən olduğu müəyyən edilmişdir. Cizgidə bütün tərəflərin ölçüləri qeyd edilməmiş, mövcud ölçülərdə və konfiqurasiyada ciddi uyğunsuzluq vardır. Bu səbəblərdən cizginin naturada vəziyyətinə uyğunluğun dəqiqləşdirilməsi mümkün olmamışdır. Eyni zamanda iddia olunan sahə Tofiq Bəhramov adına Respublika stadionun əsas girişinin qarşısındakı ərazidir. Həmin sahə ilə bağlı ********** qeydiyyat nömrəsi ilə Tofiq Bəhramov adına Respublika stadionunun adına yerquruluşu planı tərtib olunduğu müəyyən edilmişdir.
29. Məhkəmə qeyd edir ki, faktiki olaraq Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017ci il tarixli 100 nömrəli sərəncamı ilə İddiaçı MMC-yə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair sxemin (ayrıc aktı) Bakı Şəhər İcra Hakimiyyətində saxlanılmadığından iddiaçı tərəfindən təqdim edilmiş sərəncama əlavə edilmiş eskizin həqiqiliyini müəyyən etmək mümkün deyil. Digər tərəfdən Sərəncamda ayrılmış sahənin ünvanı X6 prospekti kimi qeyd olunsa da, eskizdə F.X.Xoyski küçəsinin kənarında göstərilən faktiki sahə “Gənclik” metro stansiyası çıxışının və Tofiq Bəhramov adına Respublika stadionun əsas girişinin qarşısında, “Gənclik Mall” ticarət mərkəzi ilə həmsərhəd ərazidə yerləşir. Odur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş eskizin həmin sərəncama aid olması qənaətinə gəlmir. Məhkəmə həm də onu nəzərə alır ki, eskizin əsli məhkəməyə təqdim edilməyib, kserosurətindən görünür ki, eskiz ümumiyyətlə lazımi qaydada təsdiq edilməyib (Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən təsdiq edilib), eskizdə göstərilən koordinatlar natamamdır. İddiaçının həmin ərazidən qeyd edilən uzun müddət ərzində istifadə etmiş olması iddiaçının xeyrinə vəziyyəti dəyişmir.
30. Odur ki, iddiaçı hüquqi marağına uyğun olaraq sərəncama əsasən ayrılmış torpaq sahəsinin cizgisinin təqdim edilməsi üçün aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edə bilər.
31. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
33. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva