Məhkəmə qərarları › İş №2-1(112)-11036/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11036/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11036/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 və Uçotun Təşkili Baş İdarəsi İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 və Uçotun Təşkili Baş İdarəsi İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri X18 və ucot təşkilinin baş idarəsinin tərəfindən qeyri-qanuni tətbiq olunmuş vergi cəriməsi silinsin və hesabına tətbiq olunmuş qadağa aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4755 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 və Uçotun təşkili Baş İdarəsinə qarşı “Bakı şəhəri X18 və Uçot Təşkilinin Baş İdarəsi tərəfindən qeyri-qanuni tətbiq olunmuş vergi cəriməsinin silinməsi və hesabına tətbiq olunmuş qadağanın aradan qaldırılması” tələbinə dair iddiası üzrə 2- 1(118)-4755/2025 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “maliyyə sanksiyasının tətbiqinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğvi və qərarın icrasının nəticələrinin aradan qaldırılması” kimi dəqiqləşdirilməsini xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixində Sumqayıt şəhəri 16 məhlədə 20 yanvar küçəsində yerləşən Aytən market icarə müqavilə əsasında götürmüş və istehsalçı kimi fəaliyyət göstərmişdir. Yeni qaydalara əsasən işçilərə online müqavilə tərtib edib və online göndərilir. İşçilər əmasa daxil olub müqavilə ilə tanış olduqdan sonra Sima ilə imzalamalı olurlar. Bunun üçün Sima programını yazmalı olurlar. Texnologiyadan uzaq insanlar bu prosesi çox çətinliklə başa düşür və icra edirlər. Ali təhsilləri olmadığı üçün çətinlik çəkirlər. Eynisi iddiaçının da başına gəlmişdir. İşçilər (xadimə, təndirçi və s.) texnologiyadan uzaq olan insanlardır. İddiaçı yoxlamadan öncə dəfələrlə online müqavilə göndərmiş, amma işçilər hər dəfə imzalaya bilməmişdirlər. Müqavilə gün ərzində imzalanmadıqda sistemdən silinir. Növbəti gün yenidən müqavilə tərtib olunmalı olur. İddiaçı bir neçə dəfə müqavilə və video linki göndərmişdir ki, işçilər videoya baxaraq qaydanı öyrənib müqaviləni imzalasınlar. Bu proseslər yoxlamadan öncə olub. Yoxlama həyata keçirildiyi dövrdə iddiaçı öhdəliklərini yerinə yetirib müqavilə tərtib edirdi. Gecikmə səbəbləri yuxarıda qeyd edildiyi kimi işçilərin təsdiq edə bilməməsi olmuşdur. Simanın sistemində arxivə daxil olub silinmiş müqavilələrə baxış keçirilə bilər.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, cavabdeh Bakı şəhəri X18 və Uçotun Təşkili Baş İdarəsi icraatınızda olan 2-1(112)- 11036/2025 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, təxminən xx.xx.2024 Sumqayıt şəhəri ünvan 5ndə yerləşən "Aytən market” adlı obyekti icarəyə götürdüyünü, həmin obyektdə istehsalçı kimi fəaliyyət göstərdiyini, yeni qaydalara əsasən işçilərə online müqavilə tərtib edilib göndərilməli olduğunu, işçilərin həmin müqaviləni SİMA proqramında imzalamalı olduğunu, əməkdaşlarına dəfələrlə onlayn müqavilə və əmək müqaviləsinin onlayn imzalanması ilə bağlı video link göndərdiyini, əməkdaşlarının texnologiyalardan uzaq insanlar olması, ali təhsillərinin olmaması səbəbindən sistemə daxil olub əmək müqavilələrini imzalaya bilmədiklərini, müqavilə imzalanmadığı təqdirdə onun sistemdən silinməsi səbəbindən bunu dəfələrlə təkrar etdiyini, beləliklə də gecikmənin bu səbəbdən yaranmışdır. Göründüyü kimi iddiaçı iddia ərizəsində onun fəaliyyəti üzrə keçirilmiş X18 tədbiri zamanı aşkar edilmiş işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 (altı) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini dolayısı ilə təsdiq etmişdir. İşin halları bağlı bildiririk ki, Uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün "Çörək istehsalı, uzun müddət saxlanıla bilməyən unlu qənnadı məmulatlarının istehsalı” olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********2499 nömrəli "X18nin həyata keçirilməsi haqqında” Qərarına əsasən, xx.xx.2024-cü il tarixdə keçirdiyi ünvan 1 ünvanda yerləşən "Öz Cake un məmulatları” adlı obyektdə Baş İdarənin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 17:50-da həyata keçirilmiş X18 tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 (altı) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Aşkar edilmiş pozuntular "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X18nin nəticəsi haqqında” xx.xx.2024-cü il tarixli DVX seriyalı 004480 nömrəli aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X18nin nəticəsi haqqında” xx.xx.2024-cü il tarixli DVX seriyalı 004480 nömrəli akt əsasında Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********7711 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 12.000 (on iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanların əksinə bildiririk ki, aparılmış təhlillər nəticəsində iddiaçı tərəfindən 2024-cü ilin yanvar ayı ərzində aktiv əmək müqavilələrinin sayının 6 işçidən çox azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları”na əsasən qeyd olunan hallar X18nin həyata keçirilməsi üçün əsas hesab edilir. Bildirilir ki, fərdi sahibkar İddiaçı OVN tədbiri zamanı obyektdə olmamış, vergi orqanı əməkdaşları tərəfindən onunla telefon əlaqəsi saxlanılmış, o, Bakı şəhərində olduğunu və qısa zamanda həmin obyektdə olmasının qeyri-mümkün olduğunu bildirmiş və buna görə də nəzarət tədbirində iştirak etməmişdir. Nəzarət tədbiri zamanı fərdi sahibkar obyektdə olmadığından "X18nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2499 nömrəli qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli KY242247114 nömrəli çıxarış və tərtib edilmiş akt vergi orqanının xx.xx.2024-cü il tarixli 3-21-2-9/2- 57420/2024 nömrəli məktubu ilə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və xx.xx.2024-cü il tarixdə saat 14:06-da elektron qutuda oxunmuşdur. Bundan başqa vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına və elektron qutusuna xx.xx.2024-cü il tarixli 3-21-2-4/2-196483/2024 nömrəli bildiriş göndərilərək özü və ya səlahiyyətli nümayəndəsi Vergi Məcəlləsinin 49-cü maddəsinə əsasən barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 10:00-da vergi orqanına dəvət edilmiş, məktub xx.xx.2024-cü il tarixdə elektron qutuda oxunmuşdur. Nəzarət tədbiri zamanı verdikləri izahatlarda - X4 izahatında xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi bağlanılmadan çalışdığını, aylıq əmək haqqının 400 manat təşkil etdiyini, iş vaxtının 08:00 dan - 18:00 dək olduğunu, digər işçilərdən X8 tanıdığını bildirmişdir. X1 izahatında xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi bağlanılmadan şirniyyatçı vəzifəsində çalışdığını, aylıq əmək haqqının 600 manat təşkil etdiyini, iş vaxtının 08:00 dan - 18:00 dək olduğunu bildirmişdir. X3 izahatında xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi bağlanılmadan satıcı vəzifəsində çalışdığını, aylıq əmək haqqının 400 manat təşkil etdiyini, iş vaxtının 08:00 dan - 15:30 dək olduğunu bildirmişdir. X2 izahatında xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi bağlanılmadan xadiməçi vəzifəsində çalışdığını, aylıq əmək haqqının 400 manat təşkil etdiyini, iş vaxtının 08:00 dan - 18:00 dək olduğunu bildirmişdir. X5 izahatında xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi bağlanılmadan çalışdığını, aylıq əmək haqqının 400 manat təşkil etdiyini, iş vaxtının 08:00 dan - 18: 00 dək olduğunu bildirmişdir. X6 izahatında xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi bağlanılmadan çalışdığını, aylıq əmək haqqının 450 manat təşkil etdiyini qeyd etmişlər. Tərtib edilmiş akt əsasında Bakı şəhəri X18 və Uçotun Təşkili Baş idarəsi tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7711 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 12.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə xx.xx.2024-cü il tarixli 3-21-2-4 /2-259063/2024 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2024-cü il tarixdə oxunmuşdur. Xüsusilə vurğulanır ki, İddiaçı yuxarıda qeyd edilən (aşkar olunan) 6 (altı) nəfər işçilərin X18 tədbiri keçiriləndən dərhal sonra yəni xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin bağlanmasını təmin etmişdir. Belə ki, işçilər X14, X10, X7, X13, X9 və X12 ilə İddiaçı ilə aralarında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır (əmək müqaviləsinin bağlanmasına dair məlumat etiraza əlavə olunur). Göründüyü kimi bu hal bir daha onu sübut edir ki, həmin şəxslər həqiqətən iddiaçının işçiləri olmuş, iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, X18 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. İddiaçı isə öz ərizəsində həyata keçirilmiş X18nin və mübahisələndirdiyi qərarın əsassız olduğunu bildirsə də, qeyd etdiklərini əsaslandıra bilməmiş, özünün qanun pozuntusuna haqq qazandırmaq üçün müxtəlif arqumentlər irəli sürmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada X18ni keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.1. 1 -ci və 24.1.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət X18 zamanı həyata keçirilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə X18ni həyata keçirirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən X18 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X18 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X18nin müddəti və X18ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X18nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X18 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində və təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, "Sadələsdirilmis vergi üzrə sabit məbləgin, məcburi dövlət sosial sıgorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1 -ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra -elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı " Qaydaların 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1 -ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1 -ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

6. “X18nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2499 nömrəli Qərara və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli KY242247114 nömrəli Çıxarışa əsasən İddiaçı (VÖEN: **********) məxsus olan AZ 5000, Sumqayıt şəhəri, məhəllə 16 110 20 yanvar ünvanında yerləşən “ÖZ CAKE” Un Məmulatları obyektində (**********-29001) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansl işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024 il tarixdən xx.xx.2024 il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X18 keçirilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sədələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X18nin nəticəsi haqıında xx.xx.2024-cü il tarixli Seriya DVX № 004480 Aktda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:50-də hər hansı rəsmi sənəd təqdim edilməmişdir; xadimə, satıcı, şirniyyatçı cəlb olunmuş 6 nəfər fiziki şəxsdən 6 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə, 0 nəfəri vergi bu məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir.

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetririlməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sədələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X18nin nəticəsi haqıında xx.xx.2024-cü il tarixli 004480 saylı Akta Əlavədə qeyd edilmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə İddiaçı məxsus “ÖZ CAKE” Un Məmulatları obyektində aparılmış X18 nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin Siyahısı: X9 – 8DHFG9M – xadimə X10 – 1QHTX1J – satıcı X7 – 10V586R – şirniyyatçı X13 – 5MJDEUF – şirniyyatçı X12 – 29WL5RC – şirniyyatçı X15 – 543VVCM – şirniyyatçı

9. X9 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən ünvan 3 ünvanında yerləşən Ayta marketin “ÖZ CAKE” Un Məmulatları mağazasında xadimə işləyir. Aylıq əmək haqqı 400 manat təşkil edir. İş rejimi həfətnin 6 günü 08:00-dan 18:00dək müəyyən olunur. İşlədiyi müddətdə əmək və ya xidmət müqavilə bağlanılmamışdır.

10. X10 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, 20 yanvar ünvanında yerləşən İddiaçı fəaliyyət göstərdiyi “ÖZ CAKE” Un Məmulatları mağazasında xx.xx.2024-cü il tarixdən satıcı vəzifəsində çalışır. Aylıq əmək haqqı 400 manat təşkil edir. İş saatı 08:00-dan 15:30-dəkdir. X16 ilə birgə çalışır.

11. X7 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixindən ünvan 3 ünvanında yerləşən Ayta marketdə şirniyyat şöbəsində şirniyyatçı işləyir. Aylıq əmək haqqı məbləği 600 manat təşkil edir. İş rejimi həftənin 6 günü saat 08:00-dan 18:00-dək müəyyən olunur. İşlədiyi müddətdə heç bir əmək və ya xidməti müqavilə bağlanılmamışdır.

12. X13 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən Ayta- LTD MMC məxsus AYTA marketdə xx.xx.2024-cü il tarixdən şirniyyatçı vəzifəsində işləyir. Əmək haqqı 400 manat alır. İşəgötürənlə əmək müqaviləsi bağlamamışdır. İş vaxtı 08:00dan 18:00-dək müəyyən olunur.

13. X12 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən İddiaçı fəaliyyət göstərdiyi “ÖZ CAKE” Un Məmulatları mağazasında xx.xx.2024-cü il tarixindən şirniyyatçı vəzifəsində çalışır. Aylıq əmək haqqı 400 manatdır. X13 ilə birgə çalışır. İş saatı 08:00-dan 18:00-dəkdir.

14. X15 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixindən ünvan 3 ünvanında yerləşən Ayta marketdə şirniyyatçı işləyir. Əmək haqqı məbləği aylıq 450 manat təşkil edir. İş rejimi 08:00-dan 18:00-dəkdir. İşlədiyi müddətdə əmək müqaviləsi bağlanmamışdır.

15. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********7711 nömrəli qərarı ilə İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respubulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 12000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir və xx.xx.2025-ci il tarixədək 12000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

16. Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2025-ci il tarixli **********748700 nömrəli Qərarına əsasən fərdi sahibkar İddiaçı X18 tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2025-ci il tarixli inzibati şikayəti təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli DVX seriyalı 004480 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X18nin nəticəsi haqqında” akt əsasında Baş İdarə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməs haqqında” xx.xx.2024-cü il tarixli **********7711 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır.

17. Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə xx.xx.2025-ci il tarixli Hesabat (Yeni-2024) əsasən X15, X10, X9, X13, X12 və X7 ilə əmək müqaviləsi xx.xx.2024-cü il tarixində bağlanılmışdır.

18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

20. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.

22. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

23. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

24. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X18ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 50.1. X18 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

25. “X18nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2499 nömrəli Qərara və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli KY242247114 nömrəli Çıxarışa əsasən İddiaçı (VÖEN: **********) məxsus olan AZ 5000, Sumqayıt şəhəri, məhəllə 16 110 20 yanvar ünvanında yerləşən “ÖZ CAKE” Un Məmulatları obyektində (**********-29001) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansl işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024 il tarixdən xx.xx.2024 il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X18 keçirilməsi qərara alınmışdır.

26. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********7711 nömrəli qərarı ilə İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respubulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 12000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir və xx.xx.2025-ci il tarixədək 12000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

27. Məhkəmə ilk növbədə müəyyən edir ki, Fiziki şəxs haqqında Məlumata əsasən İddiaçı qızının (VÖEN: **********) mülkiyyətində AZ5000, Sumqayıt şəhəri, məh 16 ev. 110 m. 20 Yanvar ünvanında yerləşən “ÖZ CAKE” Un Məmulatları təsərrüfat obyekti (139 kv.m, **********-29001) mövcuddur. Odur ki, AZ5000, Sumqayıt şəhəri, məh 16 ev. 110 m. 20 Yanvar ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən istifadə olunması məhkəmədə hər hansı şübhə yaratmır.

28. Məhkəmə nəzərə alır ki, cavabdeh vergi orqanı tərəfindən AZ5000, Sumqayıt şəhəri, məh 16 ev. 110 m. 20 Yanvar ünvanında yerləşən qeyri-yaşayış sahəsində (İddiaçı tərəfindən istifadə olunan) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin/xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərin izahatı alınmışdır: - X9 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən ünvan 3 ünvanında yerləşən Ayta marketin “ÖZ CAKE” Un Məmulatları mağazasında xadimə işləyir. Aylıq əmək haqqı 400 manat təşkil edir. İş rejimi həfətnin 6 günü 08:00-dan 18:00dək müəyyən olunur. İşlədiyi müddətdə əmək və ya xidmət müqavilə bağlanılmamışdır. - X10 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, 20 yanvar ünvanında yerləşən İddiaçı fəaliyyət göstərdiyi “ÖZ CAKE” Un Məmulatları mağazasında xx.xx.2024-cü il tarixdən satıcı vəzifəsində çalışır. Aylıq əmək haqqı 400 manat təşkil edir. İş saatı 08:00-dan 15:30-dəkdir. X16 ilə birgə çalışır. - X7 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixindən ünvan 3 ünvanında yerləşən Ayta marketdə şirniyyat şöbəsində şirniyyatçı işləyir. Aylıq əmək haqqı məbləği 600 manat təşkil edir. İş rejimi həftənin 6 günü saat 08:00-dan 18:00-dək müəyyən olunur. İşlədiyi müddətdə heç bir əmək və ya xidməti müqavilə bağlanılmamışdır. - X13 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən Ayta- LTD MMC məxsus AYTA marketdə xx.xx.2024-cü il tarixdən şirniyyatçı vəzifəsində işləyir. Əmək haqqı 400 manat alır. İşəgötürənlə əmək müqaviləsi bağlamamışdır. İş vaxtı 08:00dan 18:00-dək müəyyən olunur. - X12 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən İddiaçı fəaliyyət göstərdiyi “ÖZ CAKE” Un Məmulatları mağazasında xx.xx.2024-cü il tarixindən şirniyyatçı vəzifəsində çalışır. Aylıq əmək haqqı 400 manatdır. X13 ilə birgə çalışır. İş saatı 08:00-dan 18:00-dəkdir. - X15 xx.xx.2024-cü il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixindən ünvan 3 ünvanında yerləşən Ayta marketdə şirniyyatçı işləyir. Əmək haqqı məbləği aylıq 450 manat təşkil edir. İş rejimi 08:00-dan 18:00-dəkdir. İşlədiyi müddətdə əmək müqaviləsi bağlanmamışdır

29. Məhkəmə müəyyən edir ki, AZ5000, Sumqayıt şəhəri, məh 16 ev. 110 m. 20 Yanvar ünvanında yerləşən qeyri-yaşayış sahəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin/xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslər (6 nəfər) İddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb olunduqlarını, konkret iş saatlarının olmasını, daxili intizam qaydalarına İddiaçı tərəfindən nəzarət olunmasını, əmək fəaliyyətini müvafiq əmək haqqı müqabilində icra etdiklərini və onlarla hər hansı əmək müqaviləsinin bağlanmadığını öz izahatlarında təsdiq etmişdirlər.

30. Məhkəmə xüsusilə qeyd edir ki, dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. X18nin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır.

31. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

32. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

33. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 və Uçotun Təşkili Baş İdarəsi) həmin qərarın (“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7711 qərarın) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar