Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11130/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı “öhdəliyin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə göndərilmiş 05 mart 2024-cü il tarixli şikayət ərizəsinə qarşı hərəkətsizlik etməməsi, şikayətə qanunamüvafiq qaydada və müddətdə baxıb tədbir görməsi, zərurət varsa cavabdehin neytral və obyektivliyi ilə tanınmış şəxslərdən ibarət komissiya yaradıb şikayətin dəlillərini iddiaçıların iştirakı ilə haqlı və əsaslı araşdırması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdeh Azərbaycan Respublikası Nazirliyi (ETN) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə 05 mart 2024-cü il tarixdə şikayət ərizəsi yazmışdırlar. Həmin ərizədə AR ETN N.Tusi adma Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş direktoru Namiq Cəlilovun çoxsaylı qanunsuz əməlləri və aidiyyəti instansiyalara dəfələrlə müraciət edilməsinə baxmayaraq layiqincə cəzalandırılmadığına görə onun cinayət xarakterli əməllərini daha da kəskin şəkildə davam etdirməsi qeyd edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası (AR) Elm və Təhsil Nazirliyi (ETN) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən heç bir tədbir görülməmişdir. Rəsədxanada islahatlar aparmaq adı ilə uzun müddətdir beynəlxalq aləmdə qəbul edilən, iddiaçıların) məşğul olduqları aktual - maqnit ulduzları və Günəş atmosferinin Radioastronomik metodlarla tədqiq olunması ayrıca bir mövzu kimi rəsədxananın 2021- 2025-ci illərə aid elmi iş planından çıxarılmışdır. Belə ki, hal-hazırda və yaxın 50 il ərzində Günəşdə baş verən fiziki hadisələrin - Günəş alışmalarının dinamikasının və onun Yer atmosferinə təsirlərinin öyrənilməsi müasir astrofizikanın ən aktual problemi olduğuna görə iddiaçılar qeyri-xətti və qeyri-stasionar zaman sıralarının riyazi işlənməsi üçün istifadə olunan müasir dinamik - fraktal tədqiqat və empirik modlara ayırma üsullarının tətbiqi ilə məşğul olurlar. Buna baxmayaraq X3 baş direktoru Namiq Cəlilov iddiaçıları tamamilə başqa bir sahə üzrə - astrofizika ilə bilavasitə əlaqəsi olmayan Yer atmosferinin tədqiqi uzrə işləməyə məcbur edir. Eyni zamanda iddiaçılarda təklif olunan işi yerinə yetirmək üçün bu vaxta kimi heç bir müşahidə materialı yoxdur. Belə ki, müşahidə qurğusu ilə işləyənlərin məlumatlarına görə bu vaxta kimi alınan materialların bir hissəsi yanıb, qalan hissəsi isə itmişdir. İş üzrə cavabdeh AR ETN Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən göndərilmiş 22 may 2024-cü il tarixli cavabdan görünür ki, cavabdeh iddiaçıların müraciətini tabeliyində olan N.Tusi adına X2 göndərmiş, oradan aldığı 32/101 (Ş) saylı, 20 may 2024-cü il tarixli cavabı isə iddiaçılara göndərmişdir. Aydın görünür ki, cavabdeh AR ETN Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi iddiaçıların şikayəti ilə əlaqədar hərəkətsizlik edərək heç bir tədbir görməmişdir. Cavabdeh AR ETN Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin iddiaçılara göndərdiyi 3-29-68/2-KOL-592/2-h/24 saylı, 22 may 2024-cü il tarixli məktuba qoşma etdiyi N.Tusi adına X1 baş direktorundan aldığı 32/101 (Ş) saylı, 20 may 2024-cü il tarixli cavabda yazılanlar isə yalandan ibarətdir.
3. Tusi adına X4 tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “İddiaçı1 və İddiaçı2 ŞAR baş direktorunun 13.07 2022-cı ıl tarixli əmri ilə müəssisənin daxili nizam intizam qayadalarını pozduqlarına görə "sonuncu xəbərdarlıqla şiddətli töhmət" intizam tənbehi verilmişdir Həmin əmr verildikdən sonra onların həkimdən tələsik gətirdikləri arayışa görə guya həmin vaxt işdə olsalar da hər ikisi eym zamanda xəstə olmuşlar. Təəssüf ki, Şamaxı rayon məhkəməsi töhmətin qanuni olduğunu təsdiq etsə də, bunu Sumqayıt Apellyasıya Məhkəməsi təsdiq etməmişdir (xx.xx.2023). ŞAR-m həmin məhkəmədə təmsilçisinin verdiyi məlumata görə verilən son qərar şikayətçilərin çox yaşlı olmalarını, onların israrlı xahişlərini və verilmiş töhmətin artıq qüvvədən düşdüyünü (qanunla töhmət altı aydan sonra avtomatik olaraq qüvvədən duşur) nəzərə alaraq verilmişdir Artıq Qüvvəsini itirmiş töhmətin qanuna uyğunluğunu ŞAR baş direktoru 13 iyul 2023-cü il tarixində əmrlə bır daha təsdiqləmiş və bu haqda aidiyyəti instansiyalara məktub ünvanlamışdır. Digər əsası olmayan ittihamlarla bağlı qeyd edə bilərik ki, Rəsədxanaya məxsus qonaq evləri onun Nizamnaməsinə uyğun olaraq əsasən elmi və elmi-kütləvi tədbirlər (konfranslar, beynəlxalq və yerli elmi seminarlar, müxtəlif düşərgələr, tələbələr və s ) keçirilərkən gələn qonaqların yerləşdirilməsi, həmçinin də qismən turizm məqsədilə istifadə olunur Əldə olunan maliyyə vəsaiti (qonaq evləri və astronomik ekskursiyalardan) Rəsədxananın büdcədənkənar vəsaitlər uçun nəzərdə tutulmuş xususi bank hesabına köçürülür. Yığılmış vəsaitin istifadə olunması isə ilin sonunda aıdıyyatı qurumlara yazılan müraciətimizlə qanunvericilikdə nəzərdə tutulan maddələr uzrə aktiv elmi və elmi təşkilatı fəaliyyətlə məşğul olan əməkdaşların əməyinin stimullaşdırılması və sərt iqlimə malik yüksək dağ şəraitində Rəsədxananın çoxsaylı problemlərinin (teleskoplar üçun cihaz avadanlıqlar, ehtıyyat hissələrin alınması, iki ədəd generatora mütəmadi xidmət, istilik qazanxanalarına ehtıyyat hissələrin alınması, istilik və su xətlərində mütəmadi təmirlər, avtomobil parkının saz saxlanılması, təhcizatlar, yaşıllaşdırma və digər carı təmir işləri) qismən aradan qaldırılmasına sərf edilir. Hər bir elmi müəssisədə olduğu kimi, Rəsədxanada da. elmi-tədqiqat işlən Elmi Şurada 5-illik plana uyğun olaraq qəbul edilir Müəssisənin kadr potensialı nəzərə alınmaqla yalnız prioritet hesab edilən elmi tədqiqat mövzuları ətrafında işçi qruplar təşkil olunur. İşə rəhbərlik isə həmin sahədə konkret elmi ideyaları və nəticələri, xancı elmi əlaqələri, kadr hazırlığı və reytinq göstəriciləri olan alimlərə həvalə edilir. İddiaçı1 və Ş Hüseynov 40 ildən artıq Rəsədxanada çalışmalarına baxmayaraq bu göstəricilərə malik deyildirlər Digər məsələn: “layiqincə cəzalandırılmadığına gorə” “cinayət xarakterli əməlləri pul mənimsəyir", “saxta sənədlər düzəldir”, “əxlaqsızlıq yuvası”, “saxtakarlıq və qohumbazlıq yolu ilə AMEA-nın müxbir üzvü və rəsədxananın baş direktoru vəzifəsinə yüksələn” və.s kimi qəbilədən olan ittihamların heç bir əsası yoxdur. 23 aprel 2024-cu il tarixində ŞAR Elmi Şurasının iclasında S.X8 Komissiyasını məhkəməyə verməsi S Əliyevin şöbə daxılı konfliktlərini və onun elmi fəaliyyətinin qiymətləndirilməsi ilə əlaqədar əvvəlki Elmi Şurada 1,26.01 2024) yaradılmış komissiyanın yekun qərarı və həmçinin, İddiaçı1 və Ş,Hüseynovun ETN-ə ünvanlandığı məktub geniş müzakirə olunmuşdur. Elmi Şuraya İddiaçı1 və İddiaçı2 da dəvət edilmiş, onlara izah üçün söz verilsə də qənaətbəxş sayılan heç bir cavab alınmamışdır. Elmi Şuranın üzvlərinin yekdil fikrinə gorə bu əməkdaşların əsassız ittihamları qərəzçılik məqsədi daşıyır, reallıqla heç bır bağlılığı yoxdur və Rəsədxananın imicinə ciddi zərbə vurulması məqsədini güdür, Elmi Şura edilmiş iddiaların cinayət xarakterli şər-böhtan olduğunu və Rəsədxana rəhbərliyinin şərəf-ləyaqətini alçaltmaq məqsədim güddüyünü nəzərə alaraq hüquqmühafizə orqanlarına və məhkəməyə müraciət edilməsinin vacib olduğu qərarına qalmışdır İddiaçı1 və İddiaçı2la Rəsədxana rəhbərliyi fərdi qaydada da görüşlər keçirilmiş və qərəzli şikayətin nə məqsədlə yazılmasının motivləri araşdırılmışdır Qarşılıqlı razılığa gəlinmişdir kı. yazılan belə qərəzli ərizələr tək direktorun adına deyil, ümumilikdə Rəsədxanaya böyük xələl gətirən amillərdir. Danışıqların nəticəsi olaraq (şifahi razılıq alınmışdır) bundan sonra belə neqativ hallara son qoymaq və yalnız hər kəsin öz potensialına uyğun elmi fəaliyyətlə məşğul olmağının daha vacib olması qənaətinə gəlinmişdir. Rəsədxana rəhbərliyi olaraq elmi fəaliyyətlə məşğul olmaq istəyən hər bır əməkdaşa imkanlar daxilində istənilən dəstəyi verməyə hazır olduğumuz bildirilmişdir. Şərböhtanla bağlı neqativ halların yalnız təkrarlanacağı təqdirdə hüquq-mühafizə orqanlarına müraciət olunacagı xəoərdariığı diqqətə çatdırılmışdır”.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)- 994/2023 nömrəli Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. X1 baş direktoru X5 tərəfindən İddiaçı1 verilmiş xx.xx.2022-ci il tarixli 138 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi ləğv edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)- 822/2023 nömrəli Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(074)-89/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmişdir. X1 baş direktorunun həmin Rəsədxananın “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin aparıcı elmi işçisi İddiaçı2 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 139 nömrəli əmri ləğv edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X6rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X7rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
11. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
12. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil və şəxsin məhkəmə müdafiəsinin olması üçün ilkin olaraq həyata keçirilməsini tələb etdiyi halın (hüququn) qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsası olmaldır.
14. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçıların hazırki iddia tələbi qaldırmaqda yekun məqsələri N.Tusi adına X1 baş direktoru barəsində korrupsiya ilə əlaqədar hüquqpozma törədilməsi ilə bağlı icraatın başlanılmasıdır.
15. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Repsublikası qanunu: Maddə 2. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri 2.1. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər: 2.1.7-1. qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; Maddə 10. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti 10.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. 10.2.Vəzifəli şəxs tərəfindən bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir. 10.3.Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti tədbirləri bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir. 10.4.Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, aşağıdakı xüsusi hallara riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam məsuliyyətinə səbəb olur: 10.4.1.Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanlarına məlumat verir. 10.4.2.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən beş gün ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir. 10.4.3.Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, onlar barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülür.
16. Məhkəmə nəzərə alır ki, şəxsin məhkəmə qaydasında digər şəxs barəsində korrupsiya ilə əlaqədar hüquqpozma törədilməsi ilə bağlı icraatın başlanmasını və ya şəxs barəsində intizam tənbeh tədbirinin görülməsini tələb etmək hüququ olmadığı üçün həmin hüququn məhkəmə müdafiəsi yoxdur, iddiaçıların müraciətinə verilən cavabın forma və məzmunu isə onların qanunla qorunan hüquqlarına xələl gətirmir, nəticə etibarilə iddiaçıların hüquqi müdafiəyə ehtiyacı yoxdur.
17. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
18. Digər tərəfdən məhkəmə müəyyən edir ki, iddia tələbi aydın deyil, lakin onun formal tələblərə uyğunlaşdırılması ilə bağlı iddiaçıya hüquqi yardım göstərilməsi iddianın mümkünsüzlüyünü istisna etməyəcəkdir. Odur ki, iddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.
19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva