Məhkəmə qərarları › İş №2-1(112)-11250/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11250/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11250/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı sənədlərin götürülməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan 01.06.2018-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan dövr üzrə mal-materialların hərəkəti barədə aylıq materal hesabatlarının, nağd pul vəsaitlərinin hərəkəti barədə (daxili kassa hesabatları) aylıq kassa hesabatlarının, torpaq icarə müqavilələrinin və 2018-ci ilin iyun-dekabr ayları üzrə aylıq əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətlərinin Cavabdeh MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İdarənin 30.07.2021-ci il tarixli, **********148661 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən 01.06.2018-ci il tarixdən 01.06.2021-ci il tarixədək olan vergi dövrünü əhatə etməklə “QARA-QUM HOLDİNG" MMC-yə (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasına 02.08.2021-ci il tarixdə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 02.08.2021-ci il tarixli, KY211595027 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış, 30.07.2021-ci il tarixli, **********148661 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar və 02.08.2021-ci il tarixli, **********148737 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə 02.08.2021-ci il tarixli, **********398500 №-li məktubla cəmiyyətin elektron poçtuna göndərilmiş (02.08.2021-ci il tarixdə oxunmuşdur) və qeyd olunan sənədlər 03.08.2021-ci il tarixdə cəmiyyətin direktoru X3 əlbə əl təqdim edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" tələbnamə təqdim olunmuş, tələbnamədə göstərilən müddətin keçməsinə baxmayaraq, tələb olunan sənədlərin təsdiq olunmuş surətləri vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya 8 saylı Ərazi Vergilər idarəsinə tam təqdim edilməmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər cavabdeh tərəfindən təqdim edilmədiyindən Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında 26.08.2021-ci il tarixli, **********149253 nömrəli qərar çıxarılmışdır. Qərar əsasında vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim olunan sənədlərin surəti 13.08.2021-ci il tarixli, **********145973 saylı Protokolla götürülmüşdür. Vergi yoxlamasının keçirilməsi üçün tələb olunan 01.06.2018-ci il tarixdən 01.06.2021-ci il tarixədək olan dövr üzrə mal-materialların hərəkəti barədə aylıq materal hesabatlarının, nağd pul vəsaitlərinin hərəkəti barədə (daxili kassa hesabatları) aylıq kassa hesabatlarının, torpaq icarə müqavilələrinin və 2018-ci ilin iyun-dekabr ayları üzrə aylıq əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətləri yoxlamaya təqdim edilməməsinə görə 13.09.2021-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə" Aktlar tərtib olunmuşdur. Beləliklə səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisi bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdar edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdeh səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəis tərəfindən qəbul edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********148661 nömrəli, 30.07.2021-ci il tarixli qərardan görünür ki, həmin qərara əsasən Cavabdehndə (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yoxlama ilə əhatə olunan vergi dövrü: İyun 2018 - May 2021 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 02.08.2021-ci il tarixli çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Cavabdehndə 01.06.2018-01.06.2021-ci il yoxlama dövrü üzrə və 02.08.2021-ci ildən 10.09.2021-ci ilə kimi növbədənkənar səyyat vergi yoxlamasının keçirilməsi qeydə alınmışdır. - Vergi yoxlanılmasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********148737 №-li, 02.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Cavabdehndən (VÖEN **********) səyyar (kameral) vergi yoxlamasının aparılması üçün 01.06.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: bank və kassa (aylıq daxili kassa hesabatları) üzrə mədaxilməxaric sənədlərinin, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələrin, təhvil təslim aktların, təqdim olunmuş və əldə edilmiş elektron -qaimə fakturaların, elektron vergi hesab fakturaların, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların yoxlamanın əvvəlinə qalığı, alınması, istifadə olunması, korlanması, itirilməsi və 31.05.2021-ci il tarixə son qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabatın, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələrin, aparılmış idxal-ixrac əməliyyatlarına dair sənədlərin, çeşidləri göstərilməklə mal-materialların hərəkəti barədə aylıq hesabatların, qruplar üzrə göstərilməklə əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə illik hesabatların, tutulmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəllərinin, 2018-ci il üzrə mənfəət vergisinin yoxlanması üçün 01.01.2018ci il tarixdən 31.05.2018-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdi edən sənədlərin, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə sənədlərin təsdiq olunmuş (imza və möhürlə) surətlərinin 15 iş günü müddətində (Vergi Məcəlləsinin 36.3-cü maddəsində nəzərdə tutulan halda 10 iş günü müddətində), yəni 20.08.2021-ci il tarixə kimi vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunması tələb edilmişdir. Həmin tələbnamə vergi ödəyicisi tərəfindən 03.08.2021-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. - Cavabdeh 08 №-li, 01.08.2018-ci il tarixli əmrinin surətindən görünür ki, X4 01.08.2018-cu il tarixdən idarəetmə şöbəsinə tam ştat olaraq direktor vəzifəsinə keçirilmişdir. - “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********149253 №-li, 26.08.2021-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdehndən (VÖEN **********) 0106.2018-ci il tarixdən 31.05.2021-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin: bank və kassa (aylıq daxili kassa hesabatları) üzrə mədaxilməxaric sənədlərinin, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələrin, təhvil təslim aktların, təqdim olunmuş və əldə edilmiş elektron -qaimə fakturaların, elektron vergi hesab fakturaların, xüsusi razılıq (lisenziya) tələb olurun fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılığın (lisenziyanın), mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların yoxlamanın əvvəlinə qalığı, alınması, istifadə olunması, korlanması, itirilməsi və 31.05.2021-ci il tarixə son qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabatın, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələrin, aparılmış idxal-ixrac əməliyyatlarına dair sənədlərin, çeşidləri göstərilməklə mal-materialların hərəkəti barədə aylıq hesabatların, qruplar üzrə göstərilməklə əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə illik hesabatların, tutulmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəllərinin, 01.01.2020-ci, 01.01.2021-ci və 01.06.2021-ci il tarixlərə Debitor və Kreditor borcların adlı siyahının, 2018-ci il üzrə mənfəət vergisinin yoxlanması üçün 01.01.2018-ci il tarixdən 31.05.2018-ci il tarixədək olan dövr üzrə gəlir və xərcləri təsdiq edən sənədlərin, Banklardan və digər kredit təşkilatlarından alınmış kreditlərin hərəkəti barədə səndələrin təsdiq olunmuş (imza və möhürlə) surətlərinin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. - 8 saylı Ərazi Vergilər İdarəsinin baş DVM-i X1 tərəfindən tərtib edilmiş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 13.09.2021-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh MMC-nin direktoru X4 tərəfindən təqdim olunmuş 1 qovluqda qablaşdırılmış sənədlər götürülmüşdür. - Həmin protokola əlavə edilmiş siyahıdan görünür ki, torpaq sahəsinin icarəyə götürülməsi barədə sərəncam və dövlət reyestrindən çıxarışlar (6 vərəqə), alqı-satqı müqavilələri (35 vərəqə), daşımalar üzrə nəqliyyat xidməti müqavilələri (28 vərəqə), dağmədən işləri, dağ və buruq qazmalarının aparılmasına dair lisenziya (1 vərəqə), 2019- 2020-ci illər üzrə yanvar-dekabr ayları üzrə və 2021-ci ilin yanvar-may ayları üzrə əmək haqqının hesablanmasına dair cədvəllər (29 vərəqə) götürülmüş, torpaq icarə müqavilələri, malların satışı üzrə bağlanmış müqavilələr, 2018-ci ilin iyun-dekabr ayları üzrə əmək haqqının hesablanması cədvəlləri təqdim olunmamışdır. - 8 saylı Ərazi Vergilər İdarəsinin baş DVM-i X1 və Cavabdeh MMC-nin direktoru X4 tərəfindən tərtib edilərək imzalanmış 13.09.2021-ci il tarixli “sənədlərin və nümunə kimi əşyaların verilməsində imtina haqqında” aktın surətindən görünür ki, Cavabdeh MMC-nin direktoru X3 **********149253 №-li, 26.08.2021-ci il tarixli qərar təqdim edilmiş, torpaq icarə müqavilələri, satış müqavilələri, 2018-ci ilin iyun-dekabr ayları üzrə əmək haqqı cədvəlləri, 01.06.2018-01.06.2021-ci il tarix aralığı aylıq material hesabatları, 01.06.2018- 01.06.2021-ci il tarix aralığı aylıq kassa hesabatların təsdiq olunmuş surətlərinin təqdim edilməsi təkilf olunmuş, Cavabdeh MMC-nin direktoru X4 bildirmişdir ki, cəmiyyətdə mühasibin tez-tez dəyişməsi və hazırda mühasibin olmaması səbəbindn tələb olunan sənədləri yoxlamaya təqdim edə bilmir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qəbul edilmiş **********148661 nömrəli, 30.07.2021-ci il tarixli qərarla Cavabdehndə (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən İyun 2018 - May 2021 vergi dövrləri üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, cavabdehə Vergi Məcəlləsinin tələblərinə uyğun tələbnamə təqdim edərək zəruri sənədlərin yoxlayıcıya təqdim edilməsi tələb olunmuş, cavabdeh isə tələb olunan sənədləri qismən təqdim etmiş, 13.09.2021-ci il tarixli “sənədlərin və nümunə kimi əşyaların verilməsində imtina haqqında” aktda cavabdehin səlahiyyətli nümayəndəsi cəmiyyətdə mühasibin tez-tez dəyişməsi və hazırda mühasibin olmaması səbəbindən tələb olunan sənədləri yoxlamaya təqdim edə bilmədiyini bildirmişdir. İddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********149253 №-li, 26.08.2021-ci il tarixli qərar qəbul edilsə də həmin qərar vergi ödəyicisi tərəfindən tam icra edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. - 43.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinin 42ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. - 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, cavabdeh Cavabdeh iddiaçının qanuni tələblərinə əməl etməməsi əsassız olmuşdur. Ona görə də iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdehndən (VÖEN **********) səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan 01.06.2018-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan dövr üzrə mal-materialların hərəkəti barədə aylıq materal hesabatlarının, nağd pul vəsaitlərinin hərəkəti barədə (daxili kassa hesabatları) aylıq kassa hesabatlarının, torpaq icarə müqavilələrinin və 2018-ci ilin iyun-dekabr ayları üzrə aylıq əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətləri götürülsün. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar