Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1132/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mənzilin yenidən planlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) müraciət edərək ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 27,3 kv.metr, ümumi sahəsi 40,3 kv.metr iki otaqlı kimi göstərilən mənzilin, yaşayış sahəsi 49,3 kv.metr, ümumi sahəsi 62,3 kv.metr olan 3 yaşayış otağından ibarət mənzil kimi yenidən planlaşdırılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli M-126-091 nömrəli məktub ilə iddiaçıya imtina cavabı vermiş və Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, mənzil 5 ünvanında iddiaçının istifadəsində olan 22,0 kv.m sahənin tikintisinə razılıq sənədləri, razılaşdırılmış layihəsi, istismarına icazə verilməsi və yaxud iddiaçının istifadəsinə verilməsi barədə hər hansı bir sənəd təqdim edilmədiyi üçün müraciətə baxılmasının imkan xaricində olduğunu bildirmişdir. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 27,3 kv.m, ümumi sahəsi 40,3 kv.m olan iki otaqlı kimi göstərilən mənzilin faktiki sahələri uyğunlaşdırılaraq yaşayış sahəsi 49,3 kv.m, ümumi sahəsi 62,3 kv.m olan üç otaqdan ibarət mənzil kimi yenidən planlaşdırılması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri, İnşaatçılar prospekti, ev 33 ünvanında yerləşən 5 saylı mənzilin mülkiyyətçisidir. Mənzilin maliyyə-üzləşdirmə haqqhesabına və texniki pasportuna əsasən, həmin mənzil yaşayış sahəsi 27,3 kv.m, ümumi sahəsi 40,3 kv.m olan 2 yaşayış otağından ibarətdir. Faktiki olaraq, adı çəkilən mənzil yaşayış sahəsi 49,3 kv.m, ümumi sahəsi 62,3 kv.m olan 3 yaşayış otağından ibarətdir. Bu fakt Bakı şəhəri Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı MKİS tərəfindən yoxlanılmış və yerli baxış zamanı mənzilin eskiz planı tərtib edilərək təsdiq olunmuşdur. Mənzil ümumi sahəsi 40,3 kv.m olan 2 yaşayış otağından ibarət olmuşdur. 1969-cu ildə Bakı şəhəri, İnşaatçılar prospekti, 33 saylı binaya bilavasitə bitişik ”Mühafiz keşikdə-2” mənzil-tikinti kooperativinin binası inşa edilmişdir. Kooperativ binanın tikintisi nəticəsində, İnşaatçılar prospekti, 33 saylı binada yaşayan sakinlərin pəncərələrinin qarşısı bağlanmışdır. Binada yaşayan sakinlərin rahatlığı üçün, iki bitişik binanın fasadına xələl yetirilməməsi, tikinti normalarına uyğun olaraq, şəhərin görkəmini pozmamaq məqsədi ilə "xxxx" MTK sakinlərin vəsaiti hesabına Bakı şəhəri Baş Memarlıq İdarəsi tərəfindən təsdiq olunmuş layihə üzrə İnşaatçılar prospekti, 33 saylı binanın "xxxx" MTK binasına bitişik hissəsinin hər mərtəbəsində 22 kv.m sahəsi olan bir otaq tikərək sakinlərin, o cümlədən, iddiaçının istifadəsinə və sahibliyinə vermişdir. Nəticədə iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 27,3 kv.m, ümumi sahəsi 40,3 kv.m iki otaqlı kimi göstərilən mənzilin, faktiki yaşayış sahəsi 49,3 kv.m, ümumi sahəsi 62,3 kv.m olan 3 yaşayış otağından ibarət olmuşdur. Yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçı və digər qonşular Bakı şəhəri Cavabdehndən dəfələrlə müraciət edərək, mənzillərin yenidən planlaşdırılması, onların sənədlərində dəyişikliklər edərək, naturada olan faktiki vəziyyətləri ilə uyğunlaşdırılmasını xahiş etmişlər. Cavabdeh bu məsələyə seçimlə yanaşaraq, eyni vəziyyətdə olan mənzillərin mülkiyyətçilərinin bir hissəsinin xahişini təmin etmiş, digərlərinin xahişini rədd etmişdir. Belə ki, iddiaçı ilə bir girişdə yaşayan qonşusu T.A.Talıbovun sənədlərə əsasən, ümumi sahəsi 41,98 kv.metrdən ibarət olan 2 otaqlı mənzilinin yenidən planlaşdırılması haqqında ərizəsini təmin edərək, onun Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 33 saylı evdə yerləşən 14 saylı mənzilini yenidən planlaşdırıb, mənzilə aid olan sənədlərdə müvafiq düzəlişlərdən sonra, həmin mənzil ümumi sahəsi 63, 38 kv.metrdən ibarət 3 otaqlı mənzil kimi tanınmışdır. Bu barədə T.A.Talıbova Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 01911514 saylı xx.xx.2013-cü il tarixli çıxarış və mənzilin yeni texniki pasportu verilmişdir. İddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilin yenidən planlaşdırılması, həmin mənzilə aid olan sənədlərdə göstərilən sahələrin naturada olan faktiki sahələri ilə uyğunlaşdırılması barədə ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh qanunla müəyyən edilmiş müddətdə onun ərizəsinə rəsmi cavab verməmişdir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Hazırkı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən ibarətdir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı cavabdeh orqandan əlverişli inzibati aktın qəbul edilməsini xahiş edir ki, bu iddia məcburetmə haqqında iddia növünə aiddir. İPM-in 33.2-ci maddəsinə əsasən həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin olaraq cavabdehə müraciət etmişdir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 200/10 saylı sərəncamdan görünür ki, ümumi sahəsi 40.3 kv.metr olan İnşaatçılar prospekti, ev 33 nömrəli evin 5 nömrəli mənzilin İddiaçı mülkiyyətinə təmənnasız verilməsi qərara alınmış, mənzilin müvafiq qaydada RİH-nin mənzil fondundan çıxarılması və fərdi mənzil fonduna keçirilməsi və İddiaçı ilə notariat kontorunda qanunla nəzərdə tutulmuş formada müqavilə bağlanması rayon MTİ-yə tapşırılmışdır. xx.xx.1994-cü il tarixdə İddiaçı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakmiyyəti arasında mənzilin əvəzsiz xüsusi mülkiyyətə verilməsi haqqında müqavilə bağlanmışdır. xx.xx.1994-cü il tarixli, 30/44106 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, İnşaatçılar prospekti, ev 33 ünvanında yerləşən 5 saylı mənzil İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İşdə olan xx.xx.1994-cü il tarixli texniki pasportdan görünür ki, 5 saylı mənzil 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 40,3 kv.metrdir. İşdə olan 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş mənzilin eskiz planından görünür ki, mənzil 3 otaqdan ibarətdir və 22 kv.metrdən ibarət yaşayış otağı 1978-ci ildə inşa edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nəzdində "xxxx" Mənzil-tikinti kooperativinin xx.xx.2022-ci il tarixli, 022 saylı Arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, İnşaatçılar prospekti 31A saylı evdə "xxxx" mənzil-tikinti kooperativinin 20 kv.metr sahəsi olan bir otaq ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə birləşdirilmişdir. Adı çəkilən, sahəsi 20 kv.metr olan bir otaq Gəraybəyova X1. Otağın yerləşdirildiyi bina Dövlət Komissiyası tərəfindən qəbul edilərək, 1968-ci ilin dekabr ayında istismara verilib. Birləşdirilmiş otağın ümumi balans qiyməti 800 rubldır. Bu məbləğin tam ödənilməsi barədə "xxxx" MTK-də hər hansı bir məlumat saxlanılmamışdır. İddiaçı hazırda sənəd üzrə sahəsi 40.3 kv.metr olan mənzilin faktiki sahəsinə, 62.3 kv.metr sahəyə uyğun yenidən planlaşdırılmasının cavabdeh tərəfindən qəbul edilməsini tələb edir ki, bu tələblə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş, cavabdeh isə əlavə 22.0 kv.metr sahə ilə bağlı tikintiyə razılıq sənədlərinin, razılaşdırılmış layihənin, istismarına icazə verilməsi və ya istifadəyə verilməsi ilə bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən müraciətə baxmaqdan imtina etmişdir. Məhkəmə cavabdehin bu imtinasını hərəkətsizlik kimi qiymətləndirmiş, xx.xx.2021-ci il tarixli qərardadla iddiaçının müraciətinə yenidən baxılması ilə bağlı cavabdehə müddət təyin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə ünvanladığı 3216 nömrəli məktubda göstərmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7021/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə əlaqədar rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, mənzil 5 ünvanına vizual baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 33 nömrəli evə bitişik şəkildə uzun illər öncə mərtəbə sayına uyğun əlavə inşaat işləri aparılmışdır. Bunun nəticəsində hər bir mənzilə əlavə yaşayış sahəsi birləşdirilmişdir. Sonradan inşa olunmuş və mənzillərə birləşdirilmiş tikiliyə dair rayon İcra Hakimiyyətində hər hansı sənədləşmə işləri aparılmadığından, eyni zamanda uzun illər öncə aparılmış inşaat işlərinə razılıq sənədləri, razılaşdırılmış layihəsi, istismarına icazə verilməsi və yaxud mülkiyyətçinin istifadəsinə verilməsi barədə hər hansı bir sənəd təqdim edilmədiyindən iddiaçının istifadəsində olan 22 kv.m əlavə sahənin əsas sahəyə birləşdirilməsi ilə bağlı sənədləşmə işlərinin aparılması mümkün olmamışdır. Əlavə olaraq Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, mənzil 5 ünvanında yerləşən mənzil faktiki olaraq iki otaqdan ibarət olduğundan həmin mənzilin üç otaqdan ibarət mənzil kimi yenidən planlaşdırılmasının rəsmiləşdirilməsi qeyri-mümkün hesab olunmuşdur. Məhkəmə qeyd edir ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – MM): - 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi - 24.3. Razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 24.2-ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. - 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.1. bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 25.1.2. sənədlər müvafiq orqana deyil, digər orqana təqdim edildikdə; 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. - 27.1-ci maddəsinə görə həmin Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: - 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları (25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; - 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Sadalanan normalardan məlum olur ki, şəxs yaşayış sahəsində onun texniki pasportunda dəyişikliklər edilməsini tələb edən dəyişiklik etmək istədikdə, bu dəyişikliyi yerli icra hakimiyyəti ilə razılaşdırmalıdır. Əgər şəxs artıq belə bir dəyişiklik etmişsə, onda bu dəyişiklik özbaşına yenidən qurma və (və ya) yenidən planlaşdırma sayılır və yerli icra hakimiyyəti orqanı özbaşına edilmiş bu yenidənqurma ilə bağlı MM-in 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları yoxlamalı, bu zaman MM-in 24.2-ci maddəsində nəzərdə tutulan sənədlərdən əlavə sənəd tələb etməməlidir. Əgər özbaşına yenidənqurma və (və ya) yenidən planlaşdırma zamanı MM-in 25.1.3- 25.1.6-cı maddələrində nəzərdə tutulan hallar olmazsa, onda inzibati orqan həmin özbaşına yenidən qurma və (və ya) yenidən planlaşdırmanı rəsmiləşdirməlidir. Lakin işdən görünür ki, cavabdeh belə bir yoxlama aparmamış, iddiaçının tələbini təmin etməkdən imtina edərkən uzun illər öncə aparılmış bu inşaat işlərinə razılıq sənədləri, istismarına icazə verilməsi və yaxud mülkiyyətçinin istifadəsinə verilməsi barədə sənəd tələb etməklə MM-in 24.2-ci maddəsinin tələbini pozmuşdur. Deməli, cavabdehin iddiaçıya verdiyi imtina açıq aşkar əsassız olmuşdur. İddiaçının arzuladığı əlverişli inzibati aktın qəbuluna gəldikdə, məsələnin araşdırılması üçün məhkəmə tərəfindən mübahisəli mənzilə baxış keçirilmiş, baxış zamanı mənzilin 2 deyil, 3 otaqdan ibarət olması müəyyən edilmişdir. İddiaçının hazırda sərəncam verilməsini xahiş etdiyi 22 kv.metr otağa münasibətdə isə müəyyən olunmuşdur ki, həmin əlavə tikili təkcə iddiaçının olduğu ikinci mərtəbədə iddiaçı tərəfindən inşa olunmamış, beşmərtəbəli binanın birinci mərtəbəsindən sonuncu mərtəbəsinədək həmin sırada yerləşən hər mənzil üzrə artırma edilmiş, bununla da ev 33 və ev 33a arasında olan boşluğa açılan sahələrə bitişik otaqlar tikilərək həmin evlərin divarları arasında olan məsafə bağlanmışdır. İşin bu halını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı mərhələdə özbaşına edilmiş bu yenidənplanlaşdırma ilə bağlı MM-in 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halların olmasının yoxlanılmasına zərurət qalmır. Çünki yuxarıda qeyd olunduğu kimi, səlahiyyətli orqan MM-in 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etdikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən etməlidir. Lakin hazırkı vəziyyətdə bu mümkün deyil, yəni 22 kv.metr artırmanın sökülməsi və mənzilin əvvəlki vəziyyətinə gətirilməsi mümkünsüzdür. Çünki işin yuxarıda istinad olunan hallarından müəyyən olunduğu kimi, həmin əlavə artırma təkcə iddiaçıya məxsus mənzilə münasibətdə deyil, birinci mərtəbədən beşinci mərtəbəyədək bütün mənzillər üzrə edilmişdir və iddiaçının mənzili binanın ikinci mərtəbəsində yerləşdiyindən mənzilin əvvəlki vəziyyətinə gətirilməsi üçün həmin artırmanın sökülməsi iddiaçıya məxsus mənzilin üzərində yerləşən bütün mərtəbələr üzrə artırmaların sökülməsi deməkdir. İşdə olan sənədlərdən isə müəyyən olunur ki, həmin binada yerləşən digər mərtəbələrdəki mənzillərə münasibətdə edilmiş artırma artıq səlahiyyətli dövlət orqanları tərəfindən qəbul olunmuş və həmin artırma da daxil olmaqla müvafiq mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Belə olan halda aydın olur ki, iddiaçıya məxsus mənzildə inşa edilmiş əlavə tikilinin mövcudluğu deyil, onun sökülməsi MM-in 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halların yaranmasına gətirib çıxaracaqdır. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 6-cı hissəsinə əsasən yerli icra hakimiyyəti orqanlarına müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etmək tapşırılmışdır. Göründüyü kimi, mövcud qanunvericilik abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işlərinin rəsmiləşdirilməsi ilə bağlı təbirlər görülməsini bilavasitə yerli icra hakimiyyəti orqanlarının üzərinə qoymuşdur. Cavabdeh isə hazırkı tikilinin uzun müddət əvvəl aparılmasına istinad edərək zəruri sənədləri iddiaçıdan tələb etmiş, öz vəzifəsinin yerinə yetirilməsi ilə bağlı hərəkətləri, yəni zəruri sənədlərin təqdim edilməsi yükünü iddiaçının öhdəsinə qoymaqla onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33 ünvanında yerləşən, yaşayış sahəsi 27,3 kv.m, ümumi sahəsi 40,3 kv.m olan iki otaqlı 5 saylı mənzilin faktiki sahəsinə uyğun olaraq yenidən planlaşdırılmasının rəsmiləşdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1132/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1132/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver