Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11513/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiaysının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 illik ümumi və 12 il 6 aydan çox güzəştli iş stajının olması faktını nəzərə alaraq pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. 1979-1981-ci illər ərzində hərbi xidmətdə olmuşdur. İlk dəfə 1978-ci ildə əmək fəaliyyətinə başlamışdır. 1983-1984-cü illər ərzində texniki peşə məktəbində təhsil almışdır. 1978- 1996-cı ilə kimi müxtəlif yerlərdə, 1996-cı ildən bu günə kimi "xxxx" ASC-də çalışmışdır. 1978-ci il hərbi xidmət dövrü də, nəzərə alınmaqla 47 il əmək stajı var. Qeyd edir ki,19 il 5 ay 3 gün zərərli peşədə çalışmışdır. Ona pensiya təyin olunması ilə əlaqədar cavabdehə rəsmi müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Məkəriz Filiala müraciət etmişdir. Sözügedən müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmış və cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-M-102544/2025 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yeyinti sənayesi bölməsinin (27) tütün istehsalı və bərpa olunmuş tütün istesahlı yarımbölməsini (27.5) tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) tütünkəsən maşın maşinistləri və pnevmatik qurğu maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Göstərilənlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər: Mərkəzi Filiala iddiaçı tərəfindən təqdim edilmiş “X4” ASC-nin iddiaçıya dair xx.xx.2025-ci il tarixli 154 nömrəli arxiv arayışında xx.xx.2000-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Tütün sexində operator şagird, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində operator və xx.xx.2018-xx.xx.2021-ci il tarixi arasındakı dövr ərzində isə mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi operator vəzifəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tütün kəsən maşın maşinistlərinə, mexanik vəzifəsi isə pnevmatik qurğu maşinistləri vəzifəsinə aid deyildir. Göstərilən səbəbdən də, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə aid olmadığından iddiaçının güzəştli iş stajı yoxdur. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsalandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından güzəştli iş stajı olmadığına görə mümkün deyildir. Bu səbəbdən iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 3-17-1/2-M-102544/2025 nömrəli məktubla imtina edilmişdir.
9. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür.
10. İş materiallarına iddiaçının adına xx.xx.1983-cü il tarixdə açılmış ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası, НЗ seriyalı, ******* nömrəli hərbi bilet və В seriyalı, 671839 nömrəli diplom əlavə edilmişdir.
11. “X3” tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli, 154 nömrəli arxiv arayışına əsasən İddiaçı Qırmızı Oktyabr adına Bakı Tütün Kombinatına xx.xx.2000-ci il tarixində 3 aylı sınaq müddəti ilə Tütün sexinə operator şagirdi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixində öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2015-ci il tarixində 3 aylıq sınaq müddəti ilə Tütün sexinə operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2017-ci il tarixində İstehsalat Departamentinin Tütün sexinə operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixində 3 aylıq sınaq müddəti ilə İstehsalat Departamentinin Tütün sexinə mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı işlədiyi dövrdə yuxarıda göstərilən müəssisələrin əsas istehsalat sahələrində tam iş günü işləmişdir. İddiaçı xx.xx.2000-xx.xx.2013 (13 il 3 ay 12 gün), xx.xx.2015 – xx.xx.2017 (2 il 5 ay 10 gün), xx.xx.2017 – xx.xx.2018 (11 ay), xx.xx.2018 – xx.xx.2021 (2 il 9 ay 11 gün) olmaqla ümumilikdə 19 il 5 ay 3 gün güzəştli iş stajı mövcuddur. Yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1. tütün istehsalı sinfinin a) yarım bölməsinin (fəhlələr) uyğundur. 27.5.1-ci bölməsinin Tütün istehsalı sinfinin a) yarım bölməsinin (fəhlələr) uyğundur. 27.5.1-ci bölməsinin a) yarım bölməsi üzrə mexanik vəzifəsinə - pnevmatik qurğu maşinistləri, operator vəzifəsinə - tütün kəsən maşın maşinistləri aiddir.
12. Məhkəmənin sorğusuna əsasən “X3” tərəfindən verilmiş 169 nömrəli, xx.xx.2025ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı tütün sexində xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək operatov şagirdi, xx.xx.2015 – xx.xx.2017-ci il tarixədək, 22.06.207-ci il tarixdən xx.xx.2018-ci il tarixədək operator, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək mexanik vəzifəsində işləmişdir. İddiaçı tütün sexində operator şagirdi, operator, mexanik (tütün kəsən maşın maşinistləri, pnevmatik qurğu maşinistləri) vəzifə funksiyaları təqdim edilmişdir. İddiaçı operator şagirdi, operator, mexanik (tütün kəsən maşın maşinistləri, pnevmatik qurğu maşinistləri) kimi vəzifə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5. Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının a) yarım bölməsinə (fəhlələr) aiddir. 27.5.1-ci bölməsinin tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr). 27.5.1-ci bölməsinin a) yarım bölməsi üzrə mexanik vəzifəsinə: pnevmatik qurğu maşinistləri; Operator, operator şagirdi vəzifəsinə, tütün kəsən maşinistləri aiddir.
13. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xidməti məktubun məzmunundan müəyyən edilmişdir. İddiaçı ümumi iş stajı 30 il 10 ay 8 gün (xx.xx.2006-cı il tarixinədək 16 il 10 ay 8 gün (xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1982-xx.xx.1983-cü il (əyani təhsil aldığı dövr), xx.xx.1983- xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988 xx.xx.1990-cı il, xx.xx.1990 - xx.xx.1991-ci il, xx.xx.1991 - xx.xx.1992-ci il və xx.xx.2000- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 1978-ci il üzrə 5 ay, 1979-cu il üzrə 6 ay (kolxozda işlədiyi dövr)), həmin tarixdən sonra 14 il) təşkil edir. İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 10 mart 2021 ci il tarixinədək ona münasibətdə 40800,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 37834,89 manat təşkil edir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:
21. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçının xx.xx.1961-ci il il tarixdə 60 yaşı olmuş, iddiaçı hazırda ona xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmalıdır. İşdəki sənədlərə əsasən sözügedən tarixədək iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı mövcuddur. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
22. İddiaçıya məxsus əmək kitabçasına və işlədiyi müəssisə tərəfindən verilmiş arayışlara əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Bu hal, cavabdeh tərəfindən də, mübahisələndirilmir. Belə ki, bunu cavabdehin imtinası və etirazının dəlilləri bir daha təsdiq edir.
23. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox güzəşli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş güzəştli arayışlara (arayışlarda əmək funksiyaları və işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əks olunmuşdur) əsasən müəyyən edilir ki, İddiaçı operator şagirdi, operator, mexanik (tütün kəsən maşın maşinistləri, pnevmatik qurğu maşinistləri) kimi vəzifə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5. Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının a) yarım bölməsinə (fəhlələr), 27.5.1-ci bölməsinin tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr). 27.5.1-ci bölməsinin a) yarım bölməsi üzrə mexanik vəzifəsinə: pnevmatik qurğu maşinistləri; Operator, operator şagirdi vəzifəsinə, tütün kəsən maşinistləri aiddir. Qeyd edilən hallar işin mübahisəsiz halıdır.
24. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş “Güzəştli iş stajına dair” arayışlara əsasən işin yuxarıda qeyd edilən halları ilə bir daha öz təsdiqini tapır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıqdır. Belə olan təqdirdə, cavabdehin sözügedən əsaslarla iddiaçının müraciətindən imtina etməsi onun hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.
25. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar müəssisələr tərəfindən əsaslandırılmaqla tərtib edildiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir.
26. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
30. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
31. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
32. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
33. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
34. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
36. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
39. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva