Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11585/2023 04.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı «iddiaçının cavabının düzgün qiymətləndirilməsi və ona müvafiq sertifikat verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı «iddiaçının dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanında cavabının düzgün qiymətləndirilməsi və ona müvafiq sertifikat verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı X8 tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin 30 aprel 2023-cü il tarixdə keçirilən test imtahanı mərhələsində iştirak etmişdir. Onun imtahan nəticələri X8 tərəfindən qiymətləndirilmiş və elektron qaydada tərtib edilən dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartının qrafik təsvirində “B” variantı üzrə cavablarının sayı 86, yanlış cavablarının sayı 14, yekun balı 101 (84,17%) olmaqla veriləcək sertifikatın BA2 qrupuna aid olması qeyd edilmişdir. İddiaçı X6 test imtahanının yekun nəticısi ilə bağlı gəldiyi qərarla razı deyil. Belə ki, 38-ci qapalı tipli test tapşırığının şərti və cavabı dəqiq, aydın və birmənalı olmadığı üçün düzgün hesab etmək mümkün olmuşdur. Lakin X8 iddiaçının həmin test tapşırığına verdiyi cavabı səhv kimi qiymətləndirmişdir. Qeyd edilən test tapşırığının nəticəsi ilə bağlı 2 may 2023-cü il tarixdə X7 apellyasiya ərizəsi vermişdir. Mərkəzdə apellyasiya ərizəsinə baxılmış, lakin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkar olunmadığı qənaətinə gəlinərək müraciət təmin olunmamışdır. Apellyasiya ərizəsi iddiaçının poçt ünvanına 22 iyun 2023-cü il tarixdə elektron qaydada göndərilmiş 9-3/2-Q-2072-42-422/2023 saylı məktubla cavablandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası»nın 2.6.2-ci yarımbəndinə əsasən hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır. Həmin Qaydanın 2.6.3-cü yarımbəndinə əsasən test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaiti çərçivəsindən kənara çıxmamalıdır. Həmin Qaydanın 2.6.5-ci yarımbəndinə görə test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdlr. Göstərilənlərə əsaslanaraq, iddiaçının dövlət qulluğuna qəbul üzrə müsabiqənin 30 aprel 2023-cü il tarixdə keçirilən test imtahanı mərhələsinin “B” variantında 38 saylı test tapşırığına cavabının düzgün hesab edilməsi və ona BA1 sertifikatının verilməsi öhdəliyinin cavabdeh X6 üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh X6 (nümayəndəsinin) iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı 30 aprel 2023-cü il tarixdə dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanında iştirak etmişdir. O, imtahanda toplanması mümkün olan maksimum (100%) nəticədən (120 bal) 84,17% (101 bal) nəticə göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası»nın 4.2-ci bəndinə uyğun olaraq İddiaçı BA2 sertifikat əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BA1 sertifikatı əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən 85% (102 bal) aşağı olduğu üçün BA1 sertifikatı əldə etməmişdir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər. İddiaçı qeyd edilən Qaydanın 4.3-cü bəndinə uyğun olaraq 2 may 2023-cü il tarixdə test imtahanının nəticələrindən Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına müraciət edərək test imtahanında istifadə edilmiş 38, 49 və 54 saylı tapşırıqları mübahisələndirmişdir. İddiaçının müraciəti apellyasiya komissiyasında araşdırılmış, mübahisələndirdiyi tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. İmtahan nəticəsinin dəyişdirilməsinə təsir göstərə biləcək hal aşkarlanmadığından, onun müraciəti təmin edilməmişdir. Bu barədə iddiaçı ilə 10 may 2023-cü il tarixdə (saat 12:34də) əlaqə saxlanılaraq telefonla məlumat verilmişdir. İddiaçının İddiaçının mübahisələndirdiyi test tapşırığı qapalı tipli test tapşırığıdır (38. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununa əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilmir: A) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər; B) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər; C) yardımçı vəzifə tutan dövlət qulluqçuları; D) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər). Qaydanın 2.6-cı bəndinə əsasən hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: (2.6.1) test tapşırığı şərtdən və cavab variantından ibarət olmalıdır; (2.6.2) hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; (2.6.3) test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; (2.6.4) test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; (2.6.5) test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. Mübahisələndirilən 38 saylı qapalı tipli test tapşırığından göründüyü kimi, Qaydanın 2.6.1-ci yarımbəndinə əsasən test tapşırığı şərtdən və cavab variantından ibarətdir, 2.6.2-ci yarımbəndinə görə isə test tapşırığının cavab variantları verilib və variantlardan biri doğru, digərləri isə yanlışdır. Qaydanın 2.6.3-cü yarımbəndinə əsasən test tapşırığı Mərkəzin dim.gov.az saytında müvafiq link üzrə keçiddə yerləşdirilmiş proqram əsasında, orada göstərilmiş mənbə üzrə hazırlanmış və verilmiş proqram çərçivəsindən kənara çıxmamalıdır (Qanunvericilik üzrə proqram, 3-cü hissə, «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunu, mənbə, 8. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunu, 13 yanvar 2004-cü il, № 580-İİQ, maddə 2. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri). «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər: (2.1.1) Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər; (2.1.2) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər; (2.1.3) inzibati vəzifə tutan dövlət qulluqçuları; (2.1.4) dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; (2.1.5) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər; (2.1.6) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər; (2.1.7) yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; (2.1.7-1) qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; (2.1.8) qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarmı həyata keçirən şəxslər; (2.1.9) öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər; (2.1.10) vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər. Həmin Qanunun 2.2-ci maddəsinə görə bu Qanunun 2.1.1-2.1.8-ci maddələrində göstərilənlər bu Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilirlər. İddiaçı düzgün cavab kimi seçdiyi “B” cavab variantı birmənalı olaraq səhv cavab variantıdır. İddiaçının mübahisələndirdiyi 38 saylı test tapşırığına dair ekspert iddiaya qarşı etiraza əlavə edilir. Qeyd edilənləri və iddiaçının mübahisələndirdiyi 38 saylı qapalı tipli test tapşırığının şərtinin və cavablarının dəqiq, aydın və birmənalı olduğunu nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «Dövlət qulluğu haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Həmin Qanunun 1.1.27-ci maddəsinə əsasən müsabiqə – inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin vakant vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından və müsahibədən ibarət prosesdir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.[ «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 30 aprel 2023-cü il tarixdə dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanında iştirak etmiş və imtahanı təşkil edən hazırkı cavabdeh Azərbaycan Respublikasının X3 test imtahanı üzrə nəticələrini 85,17%, yəni 101 bal qiymətləndirərək (mümkün maksimum göstərici 120 bal ola bilərdi) bu nəticəyə görə ona «Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası»nın müddəalarına uyğun olaraq BA2 sertifikatını vermişdir. İddiaçı test imtahanında 38-ci qapalı tipli test tapşırığı üzrə verdiyi cavabın qiymətləndirilməsini mübahisələndirir və həmin nəticə nəzərə alınmaqla daha yüksək keçid faizi (bal) toplanması tələb olunan BA1 sertifikatının ona verilməsini iddia edir. Mübahisələndirilən qapalı tipli (38-ci) test tapşırığı aşağdakı kimi olmuşdur: - «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanuna əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilmir: A) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər; B) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər; C) yardımçı vəzifə tutan dövlət qulluqçuları; D) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər. İddiaçı keçirilmiş test imtahanında həmin sualın düzgün cavabı kimi “B” variantın seçmişdir. Həmin variant üzrə “Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər” «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanuna əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilmir: Lakin cavabdeh inzibati orqan iddiaçının cavabını yanlış saymış və həmin test tapşrığı üzrə (38-ci, qapalı topli) “C” variantını düzgün cavab kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası»nın 2.2-ci bəndinə görə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X1 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. Qaydanın 2.4-cü bəndinə görə test tapşırıqlarının aşağıdakı növləri var: (2.4.1) qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; (2.4.2) açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; (2.4.3) sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. Qaydanın 2.6-cı bəndinə görə hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: (2.6.1) test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; (2.6.2) hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; (2.6.3) test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; (2.6.4) test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; (2.6.5) test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. Qaydanın 4.1-ci bəndinə görə namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir: (4.1.1) qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla; (4.1.2) açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla; (4.1.3) esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 – 30 balla, cavablandırılmaması 0 balla. Qaydanın 4.3-cü bəndinə görə namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər. «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 2.1-ci maddəsinə görə aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər: (2.1.1) Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər; (2.1.2) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər; (2.1.3) inzibati vəzifə tutan dövlət qulluqçuları; (2.1.4) dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; (2.1.5) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər; (2.1.6) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər; (2.1.7) yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; (2.1.7-1) qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; (2.1.8) qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarmı həyata keçirən şəxslər; (2.1.9) öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər; (2.1.10) vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər. Göründüyü kimi, «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 2.1-ci maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektlərinin dairəsi konkret təsbit olunmuşdur və bu sırada “Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər” yer almışdıre. “Yardımçı vəzifə tutan dövlət qulluqçuları”na (cavabehin düzgün hesab etdiyi cava variantına münasibətdə) gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 2.1.3-cü maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti kimi “yardımçı vəzifə” deyil, “inzibati vəzifə” tutan şəxslər nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının X8 hazırkı İddiaçı 30 aprel 2023-cü il tarixdə dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanında 38-ci qapalı test tapşırığı ilə bağlı seçdiyi “C” variantını düzgün cavab kimi qiymətləndirməməkdə haqlı olmuşdur və hazırkı iddia əsaslı sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddia iki tələbdən, yəni 1-ci tələb – iddiaçının cavabının düzgün qiymətləndirilməsi və 2-ci tələb – müvafiq sertifikatın verilməsi ibarət olsa da, ikinci tələb birincidən törəmə və asılıdır. Birinci (iddiaçının cavabının düzgün qiymətləndirilməsi) tələb əsaslı olmadığı təqdirdə, ikinci (müvafiq sertifikatın verilməsi) tələb d əsassız sayılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı «iddiaçının cavabının düzgün qiymətləndirilməsi və ona müvafiq sertifikat verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 68, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı «iddiaçının cavabının düzgün qiymətləndirilməsi və ona müvafiq sertifikat verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-11585/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11585/2023
04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver