Məhkəmə qərarları › İş №2-1(112)-1161/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1161/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1161/2024 05.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 07 aprel 2023-cü il tarixli **********741000 nömrəli qərarına əsasən qüvvədə saxlanılan 5639 manat məbləğində hesablanmış sığorta haqqının silinməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********196200 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı fərdi sahibkar kimi 2021-ci ilin dekabr ayından Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi, ev 3 ünvanında yerləşən "Şahənşah" şadlıq sarayını icarə müqaviləsinə əsasən icarəyə götürərək fəaliyyət göstərir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 dekabr 2022-ci il tarixli **********886900 nömrəli qərarına əsasən 2022-ci ilin 3 rübü (iyul, avqust, sentyabr ayları) üçün kameral vergi yoxlaması nəticəsində 16.917 manat məbləğində sosial sığorta haqqı hesablanmışdır. Bu qərarla razılaşmadığına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına xx.xx.2023-cü il tarixdə şikayət məktubu ilə müraciət edərək bildirmişdir ki, avqust-sentyabr aylarında Məhərrəmlik ayı olduğu üçün şadlıq sarayı fəaliyyətini dəyandırmış və bu haqda Vergi idarəsinə ərizə verilmişdir. İyul ayında isə cəmi iki toy keçirilmiş və hesabatını vergi orqanına təqdim edilmişdir. Bundan sonra şikayəti qismən təmin edilmişdir. 07 aprel 2023-cü il tarixli **********741000 nömrəli qərala hesablanmış sosial sığorta haqqının 11.278 manatı silinərək 5.639 manat hissəsi qüvvədə saxlanılmışdır. İddiaçı bu qərarı da əsassız və qərəzli hesab edir. Belə ki, o şikayəti xx.xx.2023-cü ildə verdiyinə baxmayaraq şikayətin icra müddəti iki dəfə, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində uzadılmışdır. Uzadılmış dövr ərzində vergi əməkdaşları telefon əlaqəsi saxlayaraq iddiaçıya və səlahiyyətli nümayəndəsi X4 bildirmişlər ki, avqustsentyabr ayları Məhərrəmlik ayına təsadüf etdiyi üçün vergi orqanının əməkdaşı səhv etmiş, lakin iyul ayı üçün təzədən dəqiqləşdirilmiş hesabat təqdim edilməli və hesabatda 4000-5000 manat sosial sığorta hesablanmalıdır. İddiaçı etiraz etmiş və öz izahatında qeyd etmişdir ki, iyul ayının 16 və 17-si tarixlərində cəmi iki toyları olmuşdur. Həmin günlər kassa texniki səbəblərə görə işləmədiyi üçün çek vura bilməmişlər, lakin vergi bəyannaməsində həmin məbləği əks etdirmişlər. İşçilərə əmək haqqı bağlanmış əmək müqavilələrinə görə işə muzd hesabalnır, yəni işlədikləri günlərə əsasən əmək haqqı hesablanır. Bundan əlavə işçilərin işə davamiyyət tabelini və əmək haqqı hesablama cədvəlini də təqdim etmişlər. İddiaçı xx.xx.2022-ci il tarixində dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, lakin nəzərə alınmamışdır. Bunda başqa qərarda göstərilir ki, ünvan 1 ünvanında “X11" vergi orqanında xx.xx.2022-ci il tarixdən qeydiyyatda olduğu və nəzarət kassa-aparatının xx.xx.2022-ci il tarixdə qeydiyyata alındığı, 2022-ci ilin 3-cü rübü üzrə qeyd edilən nəzarət kassa-aparatı üzrə hər hansı məbləğin mədaxil edilmədiyi müəyyən edilmişdir. Bu məlumat düzgün deyil, çünki “Filiz” şadlıq sarayında nəzarət kassa aparatı vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır, lakin Məhərrəmlik ayı olduğu üçün kassa aparatına heç bir məbləğ mədaxil edilməmişdir. Qərarın digər bir hissəsində göstərilir ki, özünü fərdi sahibkarın səlahiyyətli nümayəndəsi kimi təqdim edən “Eldar” adlı şəxslə yaradılan telefon əlaqəsi zamanı sifarişlərin adambaşına müəyyən edilən menyu məbləğinə uyğun deyil, təsərrüfat subyektində olan avadanlıqların sifarişçiyə bir günlük müqavilə əsasında (“arenda toyu") aşağı məbləğə icarəyə verilməsi ilə qəbul edildiyini bildirməsinə baxmayaraq, hər iki təsərrüfat subyekti üzrə mülkiyyət sahibləri ilə bağlanmış icarə müqavilələrində 3-cü tərəfə (“sub icarəyə") icarəyə verilməsinin nəzərdə tutulmadığı, adına 2 sayda təsərrüfat subyektinin olmasına, toy şənlikləri ilə yanaşı ictimaiiaşə fəaliyyəti ilə də məşğul olmasına baxmayaraq nəzarət kassa aparatına mədaxil edilmiş məbləğlərin və çek saylarının az olduğu müəyyən edilmişdir. Bu fakt da həqiqəti əks etdirmir. Onlar qərarla tanış olduqdan sonra nümayəndəsi Eldar Gəncəliyev vergi əməkdaşı ilə telefon əlaqəsi saxlayaraq ona bildirmişdir ki, onlar belə bir izahat verməmişlər. Vergi əməkdaşı Emil Gəncallı qərarın həmin hissəsinin səhv olduğunu etiraf etmişdir. Qərarda göstərilir ki, fərdi sahibkar tərəfindən reklam məqsədi ilə internet resursları üzərindən “Şahənşah” şadlıq sarayında keçirilmiş toy şənlikləri barədə daxil edilmiş məlumatına əsasən 2022-ci ilin iyul ayında toyların keçirildiyi müəyyən edilmişdir. Belə ki, internet resurslarında reklam xarakteri çarxların yerləşdirilməsi müştəriləri cəlb etmək məqsədi daşıyır. Bu o demək deyil ki, şadlıq sarayında hər gün toy olmuşdur. Cavabdeh orqan xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, uçot-baza məlumatına əsasən fərdi sahibkarın xx.xx.2006-ci il tarixdən vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyətinin “şadlıq evlərinin xidmətləri”dən ibarət olduğu, Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi, ev 3G ünvanında yerləşən əsas sahəsi 800 kv.metr olan "X9” adlı (**********- 10005) təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2021-ci il tarixdən, ünvan 3 ünvanında yerləşən əsas sahəsi 250 kv.metr olan “X11” adlı (**********-13001) təsərrüfat subyektinin (obyektinin) isə vergi orqanında xx.xx.2022-ci il tarixdən adında qeydiyyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma nəticəsində fərdi sahibkar tərəfindən 2022-ci ilin 3-cü rübü (iyul, avqust, sentyabr ayları) üzrə təqdim edilmiş "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannaməsində (hesabatında) işçilərin sayı və əmək haqqı fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyi müəyyən edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın əsas fəaliyyətinin “şadlıq evlərinin xidmətləridən ibarət olduğu, 2022-ci ilin 3-cü rübünün avqust və sentyabr aylarının “Məhərrəm” aylarına təsadüf etdiyindən və həmin aylarda toy məclislərinin keçirilməməsi səbəbindən xx.xx.2022-ci il tarixli **********645600 nömrəli “Fiziki şəxsin fəaliyyətinin dayandırılması” arayışına əsasən fəaliyyətini xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırdığı, xx.xx.2022-ci il tarixdə 2022-ci ilin 3-cü üçün təqdim edilən “muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” üzrə avqsut və sentyabr ayları üzrə məlumatların boş təqdim edildiyi, iyul ayı üzrə isə günlük əmək haqqı məbləği 10 manat olmaqla faktiki işə cəlb edilən işçilərin sayının 66 nəfər olduğu, onlardan 65 nəfər işçinin 2 faktiki iş günü, 1 nəfər işçinin isə 30 faktiki iş günü işləməsi barədə məlumatların bəyan edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı uçot-baza məlumatlarına əsasən X10 küçəsi, ev 3G ünvanında yerləşən əsas sahəsi 800 kv.metr olan “X9” adlı (**********-10005) təsərrüfat subyektində SUNMİ V1S markalı VS**********6 zavod nömrəli nəzarət kassa-aparatının xx.xx.2021-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən əsas sahəsi 250 kv.metr olan “X11” adlı (**********-13001) təsərrüfat subyektində isə AZ SMART Mobile markalı SA**********062019 zavod nömrəli nəzarət kassa-aparatının xx.xx.2022-ci il tarixdə qeydiyyata alındığı, 2022-ci ilin 3-cü rübü üzrə qeyd edilən nəzarət kassa-aparatları üzrə hər hansı məbləğin mədaxil edilmədiyi müəyyən edilmişdir. Aparılan əlavə araşdırma ilə vergi ödəyicisi tərəfindən bağlanmış əmək müqavilələrinə əsasən işçiləri “işəmuzd” və “vaxtamuzd” işlərə cəlb etdiyi, araşdırılan dövr üzrə “vaxtamuzd” işə cəlb edilmiş işçilərin öz hesabına məzuniyyətə buraxılması ilə (ərizə, əmr və sair) sənədlərin təqdim edilmədiyi, fərdi sahibkarın fəaliyyəti dövründə təqdim edilmiş bəyannamələrdə bəyan edilmiş dövriyyə məlumatlarının analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uyğun dövr üzrə məlumatlarının müqayisəsi zamanı dövriyyəsinin kəskin az olduğu (az bəyan etdiyi), Respublika ərazisində formalaşmış mövcud ictimai rəyə, inanclara və din xadimlərinə olan ehtirama əsasən “Məhərrəm” aylarında (2022-ci ilin 3-cü rübünün avqust və sentyabr ayları) toy şənliklərinin keçirilməməsinə baxmayaraq həmin aylardan əvvəlki və sonrakı təqvim aylarında toy şənliklərinin sayının ilin digər ayları ilə müqayisədə kəskin çox olduğu, habelə fərdi sahibkar tərəfindən reklam məqsədi ilə internet resursları üzərindən "X9”nda keçirilmiş toy şənlikləri barədə daxil edilmiş məlumatına əsasən 2022-ci ilin iyul ayında toyların keçirildiyi, adına 2 sayda təsərrüfat subyektinin olmasına, toy şənlikləri ilə yanaşı ictimai-iaşə fəaliyyəti ilə də məşğul olmasına baxmayaraq nəzarət kassa aparatına mədaxil edilmiş məbləğlərin və çek saylarının az olduğu müəyyən edilmişdir. Həmçinin aparılan araşdırma zamanı Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi ev 3G ünvanında yerləşən əsas sahəsi 800 kv.metr olan “X9” adlı (**********-10005) təsərrüfat subyektinin (obyektinin) X1 icarə haqqı aylıq 5000,0 manat olmaqla, ünvan 1 ünvanında yerləşən əsas sahəsi 250 kv.metr olan “X11” adlı (**********- 13001) təsərrüfat subyektinin (obyektinin) isə X2 icarə haqqı aylıq 2000,0 manat olmaqla icarəyə götürüldüyü, qeyd edilən icarə müqavilələrində icarənin subicarəyə verilməsi şərtləndirilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfrin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2023-cü il tarixli qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********886900 nömrəli qərardan görünür ki, İddiaçı 3-cü rüb 2022ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat) üzrə 16350 manat əlavə vergi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, “aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən 2022-ci ilin 3-cü rübü (iyul, avqust, sentyabr ayları) üzrə təqdim edilmiş "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannaməsində (hesabatında) işçilərin sayı və əmək haqqı fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyi müəyyən edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.” İşdən görünür ki, iddiaçı bu qərardan Dövlət Vergi Xidmətinə inzibati şikayət vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********741000 nömrəli qərarından görünür ki, fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış sığorta haqlarının azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti qismən təmin edilməsi qərara alınmış, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********886900 nömrəli qərarın 5639,0 manat əlavə məbləğin hesablanması hissəsində əsaslı hesab olunaraq dəyişdirilmədən qüvvədə saxlanılması, 11278,0 manat hissəsində ləğv olunması, qərarın 2.1-ci bəndinin icrası ilə bağlı fərdi sahibkar İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsinin təmin edilməsi və fərdi sahibkarın fəaliyyəti üzrə mövcud risklər dəqiqləşdirilməklə operativ vergi nəzarəti tədbirinin keçirilməsi tapşırılmışdır. Qərar bununla əsalandırılmışdır ki, “uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın əsas fəaliyyətinin “şadlıq evlərinin xidmətləri"dən ibarət olduğu, 2022-ci ilin 3-cü rübünün avqust və sentyabr aylarının “Məhərrəm” aylarına təsadüf etdiyindən və həmin aylarda toy məclislərinin keçirilməməsi səbəbindən xx.xx.2022-ci il tarixli **********645600 nömrəli “Fiziki şəxsin fəaliyyətinin dayandırılması” arayışına əsasən fəaliyyətini xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırdığı, xx.xx.2022-ci il tarixdə 2022-ci ilin 3-cü üçün təqdim edilən “muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” üzrə avqsut və sentyabr ayları üzrə məlumatların boş təqdim edildiyi, iyul ayı üzrə isə günlük əmək haqqı məbləği 10 manat olmaqla faktiki işə cəlb edilən işçilərin sayının 66 nəfər olduğu, onlardan 65 nəfər işçinin 2 faktiki iş günü, 1 nəfər işçinin isə 30 faktiki işləməsi barədə məlumatların bəyan edildiyi müəyyən edildi. Araşdırma zamanı uçot-baza məlumatlarına əsasən X10 küçəsi ev 3G ünvanında yerləşən əsas sahəsi 800 kv.metr olan “X9” adlı (**********-10005) təsərrüfat subyektində SUNMİ V1S markalı VS**********6 zavod nömrəli nəzarət kassa-aparatının xx.xx.2021-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən əsas sahəsi 250 kv.metr olan “X11” adlı (**********- 13001) təsərrüfat subyektində isə AZ SMART Mobile markalı SA**********062019 zavod nömrəli nəzarət kassa-aparatının xx.xx.2022-ci il tarixdə qeydiyyata alındığı, 2022-ci ilin 3cü rübü üzrə qeyd edilən nəzarət kassa-aparatları üzrə hər hansı məbləğin mədaxil edilmədiyi müəyyən edilmişdir. Aparılan əlavə araşdırma ilə vergi ödəyicisi tərəfindən bağlanmış əmək müqavilələrinə əsasən işçiləri “işəmuzd” və “vaxtamuzd" işlərə cəlb etdiyi, araşdırılan dövr üzrə “vaxtamuzd" işə cəlb edilmiş işçilərin öz hesabına məzuniyyətə buraxılması ilə (ərizə, əmr və sair) sənədlərin təqdim edilmədiyi, fərdi sahibkarın fəaliyyəti dövründə təqdim edilmiş bəyannamələrdə bəyan edilmiş dövriyyə məlumatlarının analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uyğun dövr üzrə məlumatlarının müqayisəsi zamanı dövriyyəsinin kəskin az olduğu (az bəyan etdiyi), Respublika ərazisində formalaşmış mövcud ictimai rəyə, inanclara və din xadimlərinə olan ehtirama əsasən “Məhərrəm" aylarında (2022-ci ilin 3-cü rübünün avqust və sentyabr ayları) toy şənliklərinin keçirilməməsinə baxmayaraq həmin aylardan əvvəlki və sonrakı təqvim aylarında toy şənliklərinin sayının ilin digər ayları ilə müqayisədə kəskin çox olduğu, habelə fərdi sahibkar tərəfindən reklam məqsədi ilə internet resursları üzərindən “X9"nda keçirilmiş toy şənlikləri barədə daxil edilmiş məlumatına əsasən 2022-ci ilin iyul ayında toyların keçirildiyi, özünü fərdi sahibkarın səlahiyyətli nümayəndəsi kimi təqdim edən Eldar adlı şəxslə yaradılan telefon əlaqəsi zamanı sifarişlərin adam başına müəyyən edilən menyu məbləğinə uyğun deyil, təsərrüfat subyektində olan avadanlıların sifarişçiyə bir günlük müqavilə əsasında (“arenda toyu”) aşağı məbləğə icarəyə verilməsi ilə qəbul edildiyini bildirməsinə baxmayaraq hər iki təsərrüfat subyekti üzrə mülkiyyət sahibləri ilə bağlanmış icarə müqavilələrində 3-cü tərəfə (“sub icarəyə”) icarəyə verilməsinin nəzərdə tutulmadığı, adına 2 sayda təsərrüfat subyektinin olmasına,toy şənlikləri ilə yanaşı ictimai-iaşə fəaliyyəti ilə də məşğul olmasına baxmayaraq nəzarət kassa aparatına mədaxil edilmiş məbləğlərin və çek saylarının az olduğu müəyyən edildi. Aparılan araşdırma zamanı Bakı şəhəri, Binəqədi rayonu, X10 küçəsi, ev 3G ünvanında yerləşən əsas sahəsi 800 kv.metr olan “X9” adlı (**********-10005) təsərrüfat subyektinin (obyektinin) X1 icarə haqqı aylıq 5000,0 manat olmaqla, ünvan 1 ünvanında yerləşən əsas sahəsi 250 kv.metr olan “X11" adlı (**********-13001) təsərrüfat subyektinin (obyektinin) isə X2 icarə haqqı aylıq 2000,0 manat olmaqla icarəyə götürüldüyü, qeyd edilən icarə müqavilələrində icarənin subicarəyə verilməsi şərtləndirilmədiyi müəyyən edildi... Beləliklə, fərdi sahibkar tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarının, sənədlərin və uçot-baza məlumatlarının araşdırılmasına əsasən 2022-ci ilin 3-cü rübünün avqust və sentyabr aylarında fəaliyyətinin olmadığını, ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırdığını, iyul ayı ərzində isə fəaliyyətinin olduğunu, bağlanmış əmək müqavilələrinə əsasən işçiləri “işəmuzd” və “vaxtamuzd” işlərə cəlb edildiyini, “vaxtamuzd” işə cəlb edilmiş işçilərin öz hesabına məzuniyyətə buraxılması ilə (ərizə, əmr və sair) sənədlərin təqdim edilmədiyini, fərdi sahibkarın fəaliyyəti dövründə təqdim edilmiş bəyannamələrdə bəyan edilmiş dövriyyə məlumatlarının analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uyğun dövr üzrə məlumatlarının müqayisəsi zamanı dövriyyəsinin kəskin az olduğunu (az bəyan etdiyini), Respublika ərazisində formalaşmış mövcud ictimai rəyə, inanclara və din xadimlərinə olan ehtirama əsasən “Məhərrəm" aylarında (2022-ci ilin 3-cü rübünün avqust və sentyabr ayları) toy şənliklərinin keçirilməməsinə baxmayaraq həmin aylardan əvvəlki və sonrakı təqvim aylarında toy şənliklərinin sayının ilin digər ayları ilə müqayisədə kəskin çox olduğunu, habelə fərdi sahibkar tərəfindən reklam məqsədi ilə internet resursları üzərindən “X9”nda keçirilmiş toy şənlikləri barədə daxil edilmiş məlumatına əsasən 2022-ci ilin iyul ayında toyların keçirildiyinin təsdiqləndiyini, adına 2 sayda təsərrüfat subyektinin olmasına, toy şənlikləri ilə yanaşı ictimai-iaşə fəaliyyəti ilə də məşğul olmasına baxmayaraq nəzarət kassa aparatına mədaxil edilmiş məbləğlərin və çek saylarının az olduğunu, bununla da fərdi sahibkar tərəfindən şikayətinin tam təmin edilməsinə əsas olan hallar üzrə təsdiqedici sənədlər və faktların mövcud olmadığını nəzərə alaraq, fərdi-sahibkarın şikayəti qismən təmin edilməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qəbul olunmuş xx.xx.2022-ci il tarixli **********886900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının 11278,0 manat əlavə məbləğin hesablanması hissəsi ləğv edilərək 5639,0 manat verginin hesablanması hissəsi dəyişdirilmədən saxlanılmalı və mövcud risklər dəqiqləşdirilməklə fərdi sahibkarın fəaliyyəti üzrə operativ vergi nəzarəti tədbiri keçirilməlidir. İşdə olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********196200 nömrəli qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********886900 nömrəli qərarı ləğv edilmiş və Dövlət Vergi Xidmətinin “xx.xx.2023-cü il tarixli, **********741000 nömrəli qərarına uyğun olaraq İddiaçı 3-cü rüb 2022-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat) üzrə 5487 manat əlavə vergi hesablanmışdır. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirir, cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannaməsində (hesabatında) işçilərin sayı və əmək haqqı fondunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyini bildirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: - maddə 13.2.34. Muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əmək haqqı» adlandırılır. maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - maddə 92. Bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. - maddə 95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. - maddə 96.1. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. - maddə 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında ödənilir. Həmin Qanunun 14.4-cü maddəsinə əsasən Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatadək olduqda sığortaolunanın gəlirlərindən 3 faiz, sığortaedənin vəsaiti hesabına ödənilən məbləğdən 22 faiz, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedənin vəsaiti hesabına ödənilən məbləğdən isə 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi miqdarında ödənilir. Həmin Qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Həmin Qanununun 14.6-cı maddəsinin müddəalarına əsasən məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Həmçinin, həmin Qanununun 10-cu maddəsinin müddəalarına əsasən vergi ödəyicisi hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etməlidir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 9.0-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir: 9.0.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə - hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi; 9.0.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə - işçinin əməkhaqqının 0,5 faizi. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-10.1-ci maddəsinə əsasən icbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:15-10.1.2. muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə - sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sıgortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər. Həmin Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən fərdi sahibkarlara münasibətdə minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir. Eyni zamanda, həmin Qanununun 15-11.4-cü maddəsinin müddəalarına əsasən icbari tibbi sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. İstinad olunan normalardan görünür ki, qanunverici məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ilə bağlı bəyannamə verilməsini və bununla bağlı müvafiq ödəmələrin həyat keçirilməsini vergi ödəyicisinin vəzifəsi kimi müəyyən etmiş, əgər vergi ödəyicisinin fəaliyyəti olmazsa, məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi üçün fəaliyyətin olmaması barədə arayış təqdim etməsini zəruri şərt kimi təsbit etmişdir. İşdən görünür ki, iddiaçının 2022-ci ilin iyul ayında fəaliyyəti olduğu və işçiləri ilə əmək müqaviləsi qüvvədə olduğu halda, həmin ay üzrə günlük əmək haqqı məbləği 10 manat olmaqla faktiki işə cəlb edilən 66 nəfər işçidən 65 nəfər işçinin cəmi 2 faktiki iş günü, 1 nəfər işçinin isə 30 gün faktiki işləməsini qeyd etmiş, bununla da “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannaməsində (hesabatında) işçilərin sayını və əmək haqqı fondunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qanuni olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar