Məhkəmə qərarları › İş №2-1(112)-11651/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11651/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11651/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı plan sxeminin və çəkilmiş plan sxeminin təsdiqlənməsinin cavabdehə həvalə edilməsinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 nömrəli qərarı ilə Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının 20 senyabr 1991-ci il tarixli, 6 nömrəli birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli, 66 nömrəli əmrinə əsasən X1 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşməsinin plan sxeminin çəkilməsinin və çəkilmiş plan sxeminin təsdiqlənməsinin cavabdehə həvalə olunmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hal-hazırda məhkəmənin icraatında olan 2-1(112)-11651/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdehnə qarşı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 nömrəli qərarı ilə Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının 20 senyabr 1991-ci il tarixli, 6 nömrəli birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli, 66 nömrəli əmrinə əsasən X1 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşməsinin plan sxeminin çəkilməsi və çəkilmiş plan sxeminin təsdiqlənməsinin cavabdehə həvalə olunması barədə iddia tələbi ilə, yəni Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərədə tutulmuş inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası) növü ilə məhkəməyə müraciət etmişdir. Öhdəliyin icrası barədə iddia növünə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən, cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırki iddia tələbi üzrə Cavabdeh olduğundan, inzibati işə Cavabdeh olduğu yerin məhkəməsi tərəfindən, yəni, Abşeron rayonunun ərazi yurisdiksiyasına daxil olduğu Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 dekabr tarixli, 4 nömrəli, “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarının 17.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1, 8.2, 8.5 və 80-cı, maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 nömrəli qərarı ilə Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının 20 sentyabr 1991-ci il tarixli, 6 nömrəli birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli, 66 nömrəli əmrinə əsasən X1 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşməsinin plan sxeminin çəkilməsinin və çəkilmiş plan sxeminin təsdiqlənməsinin cavabdehə həvalə olunmasına dair 2-1(112)-11651/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar