Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1178/2023 16.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komtəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin aparılaraq malların gömrük buraxılığının həyata keçirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı gömrük rəsmiləşdirilməsinin aparılaraq malların gömrük buraxılışının həyata keçirilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ölkəyə **********4688 və **********2031 saylı gömrük bəyannamələri ilə bəyan edilmiş parçaları ********** XİF kodu ilə gömrük rəsmiləşdirilməsinin aparılması, malların müvafiq gömrük orqanı tərəfindən buraxılışının həyata keçirilməsi və real zərərə görə 13 aprel 2022-ci il tarixə qədər 6840 AZ (3200ABŞ dolları və 1400 manat) və 13 aprel 2022-ci il tarixindən rəsmiləşdirmə başa çatana qədər hər gününə 176 AZN hesablanmaqla kompensasiyanın iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Çin Xalq Respublikasında yerləşən parça istehsalçı olan “X7 Co” LTD şirkətinin nümayəndəsidir. İlkin olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə “X7 Co” LT -dən iddiaçıya invoys dəyəri 78932,75 ABŞ dolları, digəri 67876,55 ABŞ dolları dəyərində olan ilməsiz, qısaxovlu, maşınla toxunulmuş, kimyəvi saplardan olan trikotaj parça ölkəyə idxal edilmişdir. Həmin məhsullarla bağlı müvafiq sənədlər, o cümlədən gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş, malın XİF kodunun müəyyənləşdirilməsi üçün konteynerdə idxal olunmuş maldan götürülmüş nümunə DGK Mərkəzi ekspertızina göndərilmiş və təsdiqini tapmışdır. (XİF kodu 60019200 - 0% idxal rüsumu, 18% ƏDV) Daha sonra bəyan olunan malın statistik dəyəri (5,23$/kq) iddiaçı ilə razılaşdırıldıqdan sonar artırılmış və rəsmiləşdirilməsi həyata keçirilmişdir (iddiaçının artımla razılaşmasına səbəb konteynerin uzun müddət X8 saxlanılıb ziyana uğramasının qarşısını almaq olmuşdur, çünki bu iki konteyner yük daşıyan avtomobillər üzərində gəlmişdir, belə olduğu təqdirdə gündəlik yaranan xərclər - 170AZN (100 ABŞ dolları) sürücüyə, 68AZN (40 ABŞ dolları gəmi şirkətinə konteynerə görə demuraj) və 9 AZN terminal ambarına ümumilikdə isə günə 247 AZN hər konteynerə görə təşkil edəcəkdir). Rəsmiləşdirilmə bitirilmiş və hər iki konteynerdə olan yük iddiaçı tərəfindən təhvil götürülmüşdür. Bundan sonra xx.xx.2022cı il tarixdə və xx.xx.2022-ci il tarixdə eyni “X7 Co” LTD-dən iddiaçıya invoys dəyərləri biri 89294,75 ABŞ dolları, digəri 91901,25 ABŞ dolları olan eyni maldan - ilməsiz, qısaxovlu, maşınla toxunulmuş, kimyəvi saplardan olan trikotaj parça ölkəyə idxal edilmişdir. Həmin məhsullarla bağlı bütün müvaiq sənədlər, o cümlədən gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş, lakin adıçəkilən gömrük orqanı məhsulların rəsmi sənədləşməsində qeyd edilmiş dəyərlə razılaşmayaraq, heç bir dəlil gətirmədən həmin məbləğin suni surətdə azaldıldığını və gömrük rüsumunun bəyannamələrdə qeyd edilən kııni ümumi olmamasını iddia edir və iddiaçıdan artıq rüsum tələb edirlər. Bu məqsədlə maliyyə müfəttişi tərəfindən XİF kodunun dəqiqləşdirilməsi məqsədilə əvvəllərdə olduğu kimi konteynerdən nümunə götürülmüş və DGK-nin ekspertiza mərkəzinə göndərilmişdir. Lakin ekspertiza tərəfindən cihazları işləmədiyi səbəbi ilə XİF kodu müəyyən edilməmiş və geri qaytarılmışdır (əvvəlki konteynerlərdə gələn iki yüklərin tərəflərindən bəyan olunan XİF kodu isə ekspertizada təsdiqini tapmışdır). Qeyd etmək istəyirlər ki, əldə etdikləri məlumatlara görə onlarla eyni vaxtda bır neçə şirkətin parça nümunələri labarotariya təqdim olunmuş və ekspertiza tərəfindən XİF kodları müəyyən olunaraq cavablandırılmışdır. Ekspertezinanın rəy verməməsinə səbəb XİF kodunu hansı səbəblərə görə təsdiq etmək istəməməsidir (XİF kodu 60019200 - 0% idxal rüsumu, 18% ƏDV). Daha sonra yükün statistik dəyərinin təyin olunması məqsədilə 02 Mart 2022-ci il tarixində BBGİ-nin rəisi və BBGİ-nin rəis köməkçisi Cəfəralı müəllim ilə iddiaçının nümayəndəsi görüşdü. Statistik dəyər (Ekspertiza rəyi olmadan idxal rüsumu 15% olan XİF koduna dəyişdirilməklə 5,23 $/kq-na təklif olunurdu) ilə bağlı razılıq əldə etmədiyindən, yükün XİF kodunun dəqiqləşdirilməsi məqsədilə BBGİ tərəfindən malin təkrar ekspertizaya göndərilməsi qərara alındı. Təkrar Ekpsertiza keçirildi və ekspertizanın rəyi idxal rüsumu 15%, ƏDV 18% olan XİF kodu (********) göstərildi. İddiaçı bununla razılaşmayaraq yenidən və qanunvericiliyə əsasən artıq iddiaçının iştrakı ilə ekpertizanın keçirilməsi tələb edildi. Belə ki, xx.xx.2022-ci il tarixdə ekspertiza təyin edildi, ekspert qarşısında suallar qoyuldu və BBGİ bu məqsədlə işi DGK-nin Mərkəzi ekspertizasına yönəltdi. Lakin, DGK-nin Mərkəzi Ekspertiza İdarəsinin eksperti V.Allahverdiyeva ekspertiza keçirmədən xx.xx.2022-ci il tarixdə ilkin keçirilmiş ekspert rəyini yenidən BBGİ-yə göndərdi. Hansı ki, iddiaçının iştirakı ilə, yeni komısiyon ekspertiza keçirməli idi. Ekpertin və Mərkəzi Ekspertiza İdarəsinin rəhbərliyinin belə hərəkəti yalnız sahibkara qarşı qərəzli və qanuna zidd addım kimi qiymətləndirilə bilər. Həmçinin qeyd etmək istəyirlər ki, son ay ərzində bir neçə sahibkarın tərkib baxımından iddiaçının yükü ilə eyni olan yüklərin nümunələrinin XİF kodları X5 İdarəsi tərəfindən qanunsuz şəkildə dəyişdirilərək idxal rüsumu 0% olduğu halda aidiyyatı olmayan idxal rüsumu 15%-li XİF kodu verilir və heç bir tutarlı dəlil gətirilmədən sahibkarların hüquqları tapdalanır Bu hal artiq 3 aydır ki, müşahidə olunur. İddiaçının da malında qeyd olunan qanunsuzluqlar baş verdi və baxmayaraq ki, noyabr ayında eyni maldan idxal olunmuşdur və iddiaçının bəyan etdiyi XİF kodu ********** (0% idxal rüsumu) ekspertiza tərəfindən təsdiq olunmuşdur. Hazirda isə təzyiqlər və qeyri şəffaf iş nəticəsində iddiaçının malının XİF kodu dəyişdirilib ********** (15% idxal rüsumu) koda salınır. Sual yaranır necə ola bilər ki, iki dəfə eyni malı idxal olunduğu və rəsmiləşdirildiyi təqdirdə ekspertiza malın XİF kodun idxal rüsumu 0 % olan koda təsdiqləyir, hazirda isə idxal rüsumu 15 % olan kodla əvəzləşdirir. Deməli eyni ekspertizanın iki rəyi arasında ziddəyyət mövcuddur. Açıq aşkar qanunsuz olaraq ilməsiz parça idxal olunduğu təqdirdə qəsdən malın XİF kodu ilməli parçanın koduna əvəzləşdirilir. Satıcı ilə razılaşmaya əsasən mal Bakıya çatdiqdan 1 ay ərzində alıcı satıcaya malın tam dəyərini ödəməlidir. Bundan başqa məhsulları daşıyan nəqliyyat vasitəsi ölkəyə bir konteyner 2022-ci il 23 fevral tarixdə, digəri isə 2022-ci il 07 mart tarixində daxil olmuş və artıq biri 50 gün, digəri 40 gündür ki, X1maqdadır, konteynerin sahibi olan daşıyıcı gəmi şirkəti iddiaçıya konteynerə görə günlük 40 USD məbləğində demuraj cəriməsi hesablayır. X9 Yol Terminalıda gününə 20 AZN olmaqla ambar xidmətləri hesablamaqda davam edir. Dolayısıyla iddiaçının maddi vəziyyəti daha da, pisləşməyə doğru getməkdədir. Çünki, malların buraxılışının həyata keçirilməməsi nəticəsində iddiaçının satışı dayanmış və daşıma şirkəti tərəfindən tətbiq olunan cərimələri. ADT-nın saxlanc cərimələrini, eləcə də, malın dəyərini ödəməyə qadir deyildir. Ümumilikdə bu günə iddiaçıya 3200 ABŞ dolları və 1400 manat ziyan hesablanmışdır və bu ziyan hər gün 176 AZN (80 ABŞ dolları + 40 AZN) artmaqda davam edir Bununla yanaşı, mallar trikotaj parça məhsulları olduğundan, xassələrinə uyğun olaraq, havanın tez-tez dəyişdirilmədiyi yerdə, havasız qaldıqda, həmçinin hava temperaturunun dəyişkən olması səbəbilə rəngini dəyişə bilər, nəm çəkib xarab ola bilər (kiflənə bilər), həşaratlar tərəfindən korlana bilər mallar artıq 150 gündür ki, konteynerdə qalır. Hazırda cəmiyyət maddi cəhətdən çətin vəziyyətdə olduğundan, bunu edə bilməməyi səbəbilə mallar öz keyfiyyətini itirmə mərhələsindədir. Mallar bəyan edildikdən sonra 2 gün müddətində yoxlanılmalı və gömrük nəzarətindən buraxılmalıdır Əks halda həmin müddət uzadılarsa və ya gömrük nəzarətindən buraxılmazsa, bu halda buraxılmamanın səbəbini özündə əks etdirən qərar qəbul edilməlidir. Lakin, ərizəçi MMC-nin həyata keçirdiyi hazırkı idxal əməliyyatı ilə bağlı Bakı Baş Gömrük İdarəsi tərəfindən hər hansı bir qərar qəbul edilməmiş və iddiaçıya təqdim edilməmişdir. Digər tərəfdən, mallar üzrə ekspertiza təyin edildiyi halda da belə bir qərar qəbul edilməli idi. Halbuki, belə bir qərar mövcud olmamışdır. Ekspertiza təyin edilməsi barədə qərar vaxtında nümayəndəyə təqdim edilməli və onunla tanış edilməli idi, əks halda qərar olmadan təyin edilmiş ekspertizanın və onun rəyinin hüquqi nəticəsinin olmaması aşkardır. Ekspertiza təyin edilməsi, yəni Baş Gömrük idarəsinin malların idxal dəyərinin araşdırması ilə bağlı hərəkəti həm də ona görə qanunsuzdur ki, idxalçı ilə yanaşı satıcı da bəllidir. Onlar arasında müqavilə bağlanılmış, yükləmə partiyalarına görə invoys tərtib olunmuş və bu müvafiq sənədlərdə malların sayı, çeşidi, tərkibi, ölçü vahidləri, qiyməti və bütün digər şərtlər göstərilmişdir. "Gömrük tarifi haqqında" Qanunun 12.2-ci maddəsində göstərilmişdir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Malların alğı-satqısı barədə mövcud müqavilə real və etibarlı olduğu üçün belə ekspert araşdırmasını və ən əsası Qanunda göstərilən digər üsulların tətbiqini istisna etməlidir. Başqa sözlə, hazırda gömrük orqanları gömrük qanunvericiliyinin bu tələblərini kobud surətdə pozurlar.
3. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsi üçüncü şəxslər qismində göstərilməklə, İddiaçı MMC tərəfindən ölkəyə VOLU ******* nömrəli konteynerdə idxal edilən parçanın ********** XİF kodu ilə gömrük rəsmiləşdirilməsinin aparılması, malların BBGİ tərəfindən buraxılışının həyata keçirilməsi və real zərərə görə 13 aprel 2022-ci il tarixə qədər 6840 AZN (3200 ABŞ dolları və 1400 manat) və 13 aprel 2022-ci il tarixindən rəsmiləşdirilmə başa çatana qədər hər gününə 176 AZN hesablanmaqla kompensasiyanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Dəqiqləşmiş ərizə məhkəmənin 2-1(112)-8811/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.
5. Məhkəmənin eyni tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişlər.
6. Sonradan iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı MMC tərəfindən ölkəyə VOLU ******* nömrəli konteynerdə idxal edilən parçanın 6001 92 000 0 XİF kodu ilə gömrük rəsmiləşdirilməsinin aparılması və malların buraxılışının həyata keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
7. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının cavabdehə qarşı iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl müvafiq ərizə ilə cavabdehə müraciət etməmişdir. İddiaçının cavabdehə ünvanladığı vəsatət iddia ərizə ilə analoji deyil. Belə ki, qeyd olunan vəsatət komission məhkəmə ekspertizası keçirilməsi ilə bağlı olmuşdur.
9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
11. İddiaçı MMC (alıcı) ilə Çin Xalq Respublikasında yerləşən “X7” CO” LTD (satıcı) arasında bağlanmış 2 nömrəli, 01 fevral 2021-ci il tarixli satınalma müqaviləsi və müqaviləyə edilmiş 10 mart 2021-ci il tarixli 1 nömrəli əlavə razılaşmanın predmetinə əsasən alıcı satıcının kataloqunda yer almış malları almağa razılıq vermişdir. Ayrı-ayrı mallar üçün qiymətlər satıcının hesab-fakturalarında göstərilir, müqavilənin ümumi dəyəri 1 000 000 USD təşkil edir.
12. Satıcı “X7” CO,” LTD tərəfindən ümumi invoys dəyəri 892294,75 ABŞ dolları olan, xx.xx.2021-ci il tarixli BK211122/AT nömrəli, ümumi invoys dəyəri 91901,25 ABŞ dolları olan xx.xx.2021-ci il tarixli, BK211122/RF nömrəli invoyslarla alıcı İddiaçı MMC-nin ünvanına müvafiq olaraq 689 və 763 yer sayında ********** XİF MN kodunda mallar göndərilmişdir.
13. İddiaçı MMC-nin ünvanına daxil olan ümumi invoys dəyəri 89294.75 ABŞ dolları olan mallar xx.xx.2022-ci il tarixli, **********4688 sorğu nömrəli; ümumi invoys dəyəri 91901.25 ABŞ dolları olan mallar isə xx.xx.2022-ci il tarixli, **********2031 sorğu nömrəli bəyannamələr ilə gömrük orqanına bəyan edilmişdir. Təqdim edilmiş bəyannamələrdə malın təsnifat kodu 60012 0000 göstərilmişdir.
14. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi X3 xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, İddiaçı MMC-nin ünvanına BK211122/AT nömrəli, xx.xx.2021-ci il tarixli invoysun 1-ci mal mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələr “Textile Fabric” adlı, polietilentereftalat (CAS 25038-59-9) əsaslı müxtəlif rəngli liflərdən hazırlanmış xovlu, maşına toxunmuş, ilməli, trikotaj parçalar XİF MN-ə görə 6001 22 000 0 alt yarımmövqeyində sinifləşdirilmişdir.
15. İddiaçı MMC tərəfindən bəyan edilmiş xx.xx.2022-ci il tarixli, **********7818 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən ümumi invoys dəyəri 91901,25 ABŞ dolları təşkil edən mallar 600192 0000 XİF MN kodu ilə gömrük rəsmiləşdirilməsi həyata keçirilərək sərbəst dövriyyəyə buraxılmışdır.
16. Məhkəmənin 2-19112)-8811/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5sı İdarəsinə tapşırılmış, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Ümumi gömrük invoys dəyəri 89294,75 ABŞ dolları təşkil edən, “X7” CO,” LTD tərəfindən BK211122/AT nömrəli, xx.xx.2021-ci il tarixli invoys, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********4688 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş parça, xx.xx.2022-ci il tarixdə, **********7818 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş parça ilə eynidirmi? 2. Ümumi gömrük invoys dəyəri 89294,75 ABŞ dolları təşkil edən, “X7” CO,” LTD tərəfindən BK211122/AT nömrəli, xx.xx.2021-ci il tarixli invoys, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********4688 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların XİF MN kodu müəyyən edilsin.
17. Məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsi tərəfindən 22 fevral 2023-cü il tarixli 2200-015/0xx-xx/001033 nömrəli məktubla ekspert rəyi təqdim edilmişdir. Ekspert rəyinin nəticə hissəsinə əsasən ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin ünvanına xx.xx.2021-ci il tarixli BK211122/AT nömrəli invoysun 1-ci mövqeyi üzrə, xx.xx.2022-ci il tarixli **********4688 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükdən təqdim edilmiş nümunələr polietilentereftalat (CAS 25038-59-9) əsaslı liflərdən ibarət, ilməsiz qısaovlu, maşınla toxunmuş müxtəlif rəngli trikotaj parçalar olub XİF MN-ə görə 6001 92 000 0 alt yarımmövqeyində sinifləşdirilir. xx.xx.2022-ci il tarixli **********7818 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yük sərbəst dövriyyəyə buraxıldığı üçün malların eyniləşdirilməsi mümkün olmadı. ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı malların rəsmiləşdirilməsi ilə bağlı cavabdehə bəyannamə təqdim edərək müraciət etmiş, cavabdeh tərəfindən gömrük rəsmiləşdirilməsi həyata keçirilməyərək, iddiaçının təqdim etdiyi bəyannamədə göstərilmiş malın XİF mal nomenklaturasındakı kod ilə razılaşmayaraq, gömrük ekspertizası təyin edilmiş, təyin edilmiş gömrük ekspertizasının nəticəsindən narazı qalan iddiaçı, cavabdeh tərəfindən malların təqdim edilmiş gömrük bəyannaməsinə əsasən gömrük rəsmiləşdirilməsinin aparılmayacağı qənaətinə gələrək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlı bəyannamə təqdim etməsini inzibati orqana müraciət, həmin bəyannamənin cavabdeh tərəfindən rəsmiləşdirilməməsini isə inzibati orqanın həmin müraciətdən imtinası kimi qiymətləndirərək hazırki iddianı mümkün hesab edir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
24. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları və işin halları ilə əsaslandırır.
25. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
26. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
28. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
29. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
30. Məhkəmə ilk öncə qeyd edir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. Hazırki iş üzrə cavabdeh tərəfindən isə iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı qanunvericiliyin müddəalarına əməl edilməmişdir. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçı gömrük orqanına təyin edilən invoysun nəzərə alınmalı olduğunu iddia edir. Göründüyü kimi, iddiaçı gömrük dəyərinin müəyyən edilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi sövdələşmə qiymətinin əsas götürülməsində iddialıdır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun “Malların sövdələşmə qiyməti üsulu” adlanan 13-cü maddəsindən də, göründüyü kimi gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki, alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla), satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın, alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə, bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar, alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin əv ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Cavabdeh qismində çıxış edən gömrük orqanı öz növbəliyində invoysda göstərilən sövdələşmə qiymətini nəzərə almamış, inzibati icraat zamanı iş üzrə ekspertiza keçirərək malların 6001 22 000 0 alt yarımmövqeyində sinifləşdiriləli olmasına istinad edərək, qanunvericilikdə səciyyələnmiş mallarının gömrük dəyərinin müəyyən edilməsi üsullarından istifadə etməmişdir.
31. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır.
32. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır.
33. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.
34. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.
35. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir.
36. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır.
37. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir.
38. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir.
39. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.
40. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin çıxılması üsulu ilə; dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə.
41. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
42. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir.
43. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti əsasında müəyyən edilə bilməz.
44. Qanunvericiliyin tələbindən də, göründüyü kimi malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın.
45. Məhkəmə eləcə də, cavabdehin iddiaçı tərəfindən idxal edilmiş malların XİF MN-ə görə 6001 22 000 0 alt yarımmövqeyində sinifləşdirilməli olması ilə bağlı dəlillərinə ( iş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyinə) münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli **********4688 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların XİF MN kodunun müəyyən edilməsi ilə bağlı məhkəmə ekspertizası təyin edilmiş, məhkəmə ekspertizasının icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X5 İdarəsi tərəfindən ekspert rəyi təqdim edilərək həmin bəyannamə ilə təqdim edilmiş malların XİF MN-ə görə 6001 92 000 0 alt yarımmövqeyində sinifləşdirilməsi bildirilmişdir. Göründüyü kimi, təyin edilmiş məhkəmə ekspertizasının nəticəsi cavabdehin dəlilini əsassız etmişdir.
46. Məhkəmə həmin ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, iş materiallarında olan sənədlərlə hər hansı bir ziddiyyət təşkil etmədiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir.
47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
49. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
50. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
51. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
52. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən ölkəyə VOLU ******* nömrəli konteynerdə idxal edilən parçanın 6001 92 000 0 XİF MN kodu ilə gömrük rəsmiləşdirilməsinin aparılması və malların buraxılışının həyata keçirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva