Məhkəmə qərarları › İş №2-1(112)-11923/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11923/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11923/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “Qəsr” Mədəni İrsi və X19 İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X23, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs: X18) “mühafizə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X26 Əmir oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı “Qəsr” Mədəni İrsi və X19 İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X23, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs: X18) “mühafizə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Milli Elmlır Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna ünvanlanmış 01 iyul 2008-ci il tarixli, 1822/09 №-li məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ-torpaq massivinin ərazisində 4483 saylı bağın cənubi-qərbində yerləşən ərazidə aşkar olunmuş XVİİİ-XİX əsrlərə aid olan qəbir, qədim insan məskəni və kurqan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində hazırlanan “Yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1.876 ha təşkil edir. Ərazinin sərhədləri metal məftilin bağlandığı beton dirəklərdən və cənub şərq tərəfdən qonşu hasarlarından ibarətdir. Ərazidə 2 ədəd qəbir daşı, 2 ədəd dairəvi hündürlüyü olan torpaq sahəsi (kurqan), digər qəbir dirəklər və qədim daş qalıqları mövcuddur. Vahid elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi bağ massivi olmaqla dövlət mülkiyyətindədir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsinin bir hissəsi 4469,4470 saylı bağlar və bölünənlərinin, bir hissəsi bağlararası yolun böyük hissəsi ilə 2-ci bağçılıq massivinin ərazisidir. İddiaçı “Qəsr” Mədəni İrsi və X19 İctimai Birliyi (bundan sonra iddiaçı) Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, 4483 saylı bağın yaxınlığında yerləşən tarixi-arxeoloji baxımdan əhəmiyyət kəsb edən obyektlərin qorunması üçün mühafizə müqaviləsinin bağlanılması barədə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X23, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə (bundan sonra cavabdeh) ərizə ilə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...“Yeni aşkar olunmuş tarix və mədəniyyət abidələri”nin siyahısına daxil edilmiş qədim yaşayış yeri, kurqan və iki qəbirin, həmçinin onların ərazilərinin toxunulmazlığının təmin olunması ilə bağlı tərəfimizdən Sabunçu Rayon İcra Hakmiyyətinə xx.xx.2024-cü il tarixli 3-24-1/2-01-247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-24-1/2-01-255/2024 nömrəli məktublarla müraciət olunmuşdur. Eyni zamanda, Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-24-1/2-01-333/2024 nömrəli məktubu əsasında Azərbaycan Milli Elmlər Akadamiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş və ərazinin döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Həyata keçirilmiş baxışın nəticəsinə dair arayış, həmçinin ərazinin döngə nöqtələrinin koordinatları qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə xx.xx.2024-cü il tarixli 3-24-1/2-01-460/2024 nömrəli məktubla Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Mədəniyyət Nazirliyi yanında X23, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Qeyd olunan ərazi mülkiyyətinizdə və ya istifadənizdə olmadığından qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq Sizinlə mühafizə müqaviləsinin bağlanılması qeyrimümkündür.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin 4483 nömrəli bağın, cənub-qərbində (35-ci dalanın sonunda) yerləşən “qədim məlum qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi”ni qorumaq üçün “QƏSR” Mədəni İrsi və X19 X20 Heyətinin üzvlərindən biri X18 ilə mühafizə müqaviləsinin bağlaması öhdəliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X23, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “QƏSR” Mədəni İrsi və X19 İctimai Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X23, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin 4483 nömrəli bağın cənub-qərbində yerləşən, 2008-ci ildən “Yeni aşkar olunmuş” Tarix və mədəniyyət abidəsi kimi siyahıya alınmış “Qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi”- ni qorumaq üçün mühafizə müqaviləsi bağlanmasını xahiş etmişdir. Dövlət Xidməti 26 iyun 2024-cü il tarixli, 3-24-1/2-01-639-2024 saylı məktubu ilə mühafizə müqaviləsinin bağlanmasının qeyri-mümkün olduğunu qeyd etmişdir. Tarixiarxeoloji baxımdan əhəmiyyət kəsb edən “Qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi”-nin “Yeni aşkar olunmuş” tarix və mədəniyyət abidəsi kimi siyahıya alınmasını 2008-ci ildə “QƏSR” Mədəni İrsi və X19 X20 Heyətinin üzvlərinin təşəbbüsü və iştirakı ilə olmuşdur. Belə ki, “QƏSR” Mədəni İrsi və X19 İB-nin İdarə Heyətinin üzvü X12, onun qızı X10 qızı və onların bütün nəsil- şəcərəsi həmin bağdan nəsildən-nəsilə keçərək 275 ildən artıq istifadə etmiş və orada yaşamışlar. Hal-hazıra kimi qeyd olunan bağ torpaq sahəsi həmin nəslin istifadəsindədir. X2 Fəxrəddin Əhməd oğlunun qaynanası, X10 qızı onun həyat yoldaşıdır. Onlar Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndindəndirlər. Onların nəsillərindən vəfat edənlər, öz bağlarında dəfn olunmuşlar. Onun ailəsi həmin bağda mövsümi yaşayıblar. Bağda üzüm, əncir, iydə, nar, heyva və sair meyvə ağaclarına qulluq etmiş və indi də edirlər. “QƏSR” Mədəni İrsi və X19 İctimai Birliyi tərəfindən orada olan “Qədim məlum qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksini “Yeni aşkar olunmuş” tarix və mədəniyyət abidələri kimi qorumaq üçün siyahıya salınması üçün təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası adından çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2009-cu il tarixli, 2(103)-517/2009 saylı qətnaməsi ilə qeydiyyatda olan tarixi məlum qəbrin bağdan çıxarılması və Kürdəxanı kənd qəbiristanlığında dəfn olunması və həmin bağ sahəsinə qoyulmuş qəbir daşlarının şəxsi vəsaiti hesabına daşınması vəzifəsinin cavabdeh X6 üzərinə qoyulması barədə iddiası rədd edilmişdir. Qarşılıqlı iddia üzrə X6 iddiası qismən təmin edilərək, Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 19 dekabr 2005-ci il tarixli, 473 saylı torpaq icarə müqaviləsi etibarsız sayılmışdır. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Məhkəmə prosesində X3 Gülnisə Bafadar qızının qanuni nümayəndəsi kimi iştirak etmişdir. Əgər adı çəkilən bağ-torpaq sahəsi onların istifadəsində olmasaydı və orada dəfn olunan Seyid X1 Gülnisə Bafadar qızının ulu babası olması faktı təsdiq olunmasaydı, qəbirin köçürülməsi iddiası rədd olunmazdı. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X18 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) (Mədəniyyət Nazirliyi) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Sözügedən maddədən göründüyü kimi mühafizə müqavilələri abidənin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanır. İddiaçı Dövlət Xidmətinə müraciət edərkən qeyd olunan “Qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi”nin yerləşdiyi torpaq sahəsinə olan mülkiyyət və ya istifadə hüququnu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Eyni zamanda bildirilir ki, aşkar olunmuş və tarixi əhəmiyyətə malik olan tikililər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahılara əlavə olunduqdan sonra tarix və mədəniyyət abidələri kimi dövlət mühafizəsinə götürülmüş olur. Aşkar olunmuş və tarixi əhəmiyyətə malik olan tikililərin qeyd olunan siyahılara daxil edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 may tarixli 208 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na əsasən həyata keçirilir. İddiaçının mühafizə müqaviləsinin bağlanmasını tələb etdiyi “Qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi" isə bəhs olunan siyahılara daxil edilmədiyindən həmin tikililər dövlət mühafizəsinə götürülməmişdir. Həmin tikililər müvafiq siyahılara daxil edilmədiyindən onlar barəsində mühafizə müqaviləsinin bağlanması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, torpaq sahəsi metal setkanın içərisində yerləşir, həmin sahə onun tərəfindən hasarlanmışdır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində göstərilən “istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər” ifadəsi torpaq sahəsinə fakitiki istifadəni nəzərdə tutur. Mühafizə dərəcəsinin tətbiq edilməsi Birliyin vəzifəsi deyil və bu hal hüququn məhdudlaşdırılmasına səbəb ola bilməz. Birlik 2007-ci ildə qeydiyyata alınsa da, halhazıradək onunla hər hansı bir mühafizə müqaviləsi bağlanmamışdır. Sonda F.Ə.Gözəlov iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs ididanı müdafiə edərək, bildirdi ki, bağ sahəsində qohumlarının qəbirləri yerləşir. Həmin bağda böyümüşdür. Sonda N.A.Gözəlova mühafizə müqaviləsinin onunla bağlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətləri (hərəkətsizliyi) nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, “Qəsr" Mədəni İrsi və X19 İctimai Birliyinin mübahisəli iş üzrə məhkəməyə müraciət etmək hüququnun olması ilə bağlı ilk növbədə, Mülki Prosessual Məcəllənin "Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ” adlı 4-cü, “Məhkəmədə mülki işə başlama” adlı 5-ci və “Başqa şəxslərin hüquqlarını və dövlət mənafeyini müdafiə etmək üçün məhkəməyə müraciət etmə” adlı 59-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2 və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinin, "Qəsr” Mədəni İrsi və X19 X11 və sahəvi qanunvericilik aktlarının tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 4.3. Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Maddə 4.5. Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Maddə 4.6. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Maddə 5.3. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər. Maddə 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Maddə 5.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı instansiya məhkəməsinin icraatında olan iş tələb oluna bilməz. Maddə 59.1. Qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Maddə 59.2. Başqa şəxslərin mənafelərinin müdafiəsi üçün iddia qaldıran şəxslər mübahisənin mediasiya vasitəsilə həllinə razılıq vermək və ya barışıq sazişi bağlamaq hüquqlarından başqa, iddiaçının bütün prosessual hüquqlarından istifadə edir və vəzifələrini daşıyırlar. Həmin şəxslərin və orqanların iddiadan imtina etməsi, xeyrinə iddia qaldırılmış şəxsi işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum etmir. Maddə 59.3. Mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyrikommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Hüquqi şəxslərin (publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olmaqla) nizamnamələrində dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.1. Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. 13.2. Fondun nizamnaməsində həm də fondun "fond" sözü daxil edilmiş adı, onun olduğu yer, fondun məqsədi, onun orqanları, o cümlədən Himayəçilik Şurası və onların formalaşma qaydası, fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi və fondun ləğv edildiyi halda onun əmlakının müqəddəratı haqqında məlumatlar olmalıdır. 13.3. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. “Qəsr” Mədəni İrsi və X19 X11: Bənd 2.2. Birlik məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: ... - Azərbaycan ərazisində və digər ölkələrin ərazisində yerləşən azərbaycan tarixi abidələrinin siyahısını tərtib etmək, onların qorunması ilə bağlı tədbirlər həyata keçirmək; ... Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunu 30.4. mədəniyyət nümunələrinin Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertiza yolu ilə müəyyən edilir. 39.5. xüsusi mühafizə dərəcəsi Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahılar) daxil olan mədəni sərvətlərə şamil edilir. 39.6. mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X23, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə” 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: ... 3.0.29. mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlamaq; ... Aşkar olunmuş və tarixi əhəmiyyətə malik olan tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahılara daxil edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 may tarixli 208 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası” 2.1. mühafizənin qabaqlayıcı dərəcəsi mədəni sərvətlərin tarixi əhəmiyyəti və qiyməti müəyyən olunanadək (mədəni sərvət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahılara daxil edilənədək) həmin obyektlərə şamil edilir. 6.1. xüsusi mühafizə dərəcəsi istisna olmaqla, müvafiq mühafizə dərəcəsinin tətbiq edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq müraciət edilir. Müraciətə mədəni sərvətlərlə əlaqədar aparılacaq bərpa, yenidənqurma və abadlıq, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri əlavə edilir. 8.1. mədəni sərvətlərə qabaqlayıcı, konservasiya və bərpa-mühafizə dərəcələrinin tətbiqi haqqında qərarı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qəbul edir. 8.2. bu Qaydanın 8.1-ci bəndində göstərilən qərar mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi arasında münasibətlərin mühafizə müqaviləsi ilə rəsmiləşdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, mühafizə müqaviləsinin bağlaması üçün mədəni sərvətin mühafizə dərəcəsi müəyyən edilməlidir, həmçinin həmin müqavilə mədəni sərvətin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanılmalıdır. Hazırkı halda isə, iddiaçı mühafizə müqaviləsinin bağlanılmasını tələb etdiyi “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi”nin onun mülkiyyətində və ya istifadəsində olmasına dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin, həmin “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi”nin mühafizə dərəcəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1.876 ha təşkil edir və vahid elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi bağ massivi olmaqla dövlət mülkiyyətindədir. Həmçinin, məhkəmə qeyd edir ki, “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi” Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində hazırlanan “Yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilmiş, kompleksin mühafizəsi ilə bağlı zəruri tədbirlər görülməsi üçün cavabdeh tərəfindən Sabunçu Rayon İcra Hakmiyyətinə xx.xx.2024-cü il tarixli 3-24-1/2-01-247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-24-1/2-01-255/2024 nömrəli məktublarla müraciət olunmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin 4483 nömrəli bağın, cənub-qərbində (35-ci dalanın sonunda) yerləşən “qədim məlum qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi”ni qorumaq üçün “QƏSR” Mədəni İrsi və X19 X20 Heyətinin üzvlərindən biri X18 ilə mühafizə müqaviləsinin bağlamasını tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X27

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar