Məhkəmə qərarları › İş №2-1(112)-11983/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11983/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11983/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı ”iddiaçının mülkiyyətində olan çıxarış və texniki pasportla təmin edilmiş mənzilinin su xətti ilə təmin edilməsi, sayqaçın quraşdırılması, abonent kodunun verilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdehlər “Azəriqaz” İstehsalat Biliyinə Cavabdeh ASC-yə, "xxxx" ASC-yə qarşı ”iddiaçının mülkiyyətində olan çıxarış və texniki pasportla təmin edilmiş mənzilinin qaz, su, işiq xəttləri ilə təmin edilməsi, sayqaçların quraşdırılması, abonent kodunun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 04 iyul 2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “iddiaçının mülkiyyətində olan çıxarış və texniki pasportla təmin edilmiş mənzilinin qaz, su, işiq xəttləri ilə təmin edilməsi, sayqaçların quraşdırılması, abonent kodunun verilməsi öhdəliyinin qoyulması barədə; İddiaçı Cavabdeh ASC-yə qarşı “iddiaçının mülkiyyətində olan çıxarış və texniki pasportla təmin edilmiş mənzilinin qaz, su, işiq xəttləri ilə təmin edilməsi, sayqaçların quraşdırılması, abonent kodunun verilməsi öhdəliyinin qoyulması barədə və; İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “iddiaçının mülkiyyətində olan çıxarış və texniki pasportla təmin edilmiş mənzilinin qaz, su, işiq xəttləri ilə təmin edilməsi, sayqaçların quraşdırılması, abonent kodunun verilməsi öhdəliyinin qoyulması barədə iddia tələblərinin ayrı ayrı icraatlara ayrılması qərara alınmışdır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında X3 tərəfindən inşa edilmiş 3 mərtəbəli yaşayış binasından 03 iyul 2020-ci il tarixində RB/İKYF-099 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən mənzil almışdır. Mənzilə dair çıxarış və texniki pasportla təmin edilmişdir. Mənzilinə işıq, su və qaz xəttinin çəkilməsi, sayğacların quraşdırılması və fərdi şəkildə kodlaşdırılması üçün dəfələrlə qurumlara müraciət etmişdir. Müraciətinə cavab olaraq qeyd olunan tikilinin çoxmənzilli yaşayış binası olması, ona fərdi şəkildə texniki şərtin verilməsinin imkan xaricində olması və qeyd olunan məsələnin sahibkarın öhdəliyində olması bildirilmişdir. Qeyd olunanlarla bağlı öhdəliyin sahibkar X1 üzərinə qoyulması üçün xx.xx.2021-ci il tarixində Binəqədi rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə qərarına əsasən mənzilini kommunal xidmətlərlə təmin edilməsi üçün bütün sənədlər aidiyyatı üzrə təqdim etmək cavabdeh X1 üzərinə qoyulmuşdur. X3 öz növbəsində sənədləri təqdim etmiş, lakin qurumlar tərəfindən müəyyən səbəblər bildirilərək imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 23-cü maddəsinin 4-cü bəndinə əsasən yaşayış binaları, o cümlədən mənzillər yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sağaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət Qəbul komissiyasına təqdim edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 275 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.1-ci bəndinə əsasən sifarişçinin tikinti obyektinin STTSAS-a qoşulması STKM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər (tələbatından asılı olmayaraq) sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciətinə (ərizəsinə) əsasən tikintiyə icazə verən orqanın (qurumun) STKM-ə sorğusu əsasında verilir. Tikintiyə icazə verən orqan (qurum) sorğu ilə yanaşı sifarişçinin ərizəsinin surətini, habelə bu Qaydaların 2.9.2ci bəndinə uyğun olaraq həmin ərizəyə əlavə edilmiş sənədlərin surətlərini də STKM-ə təqdim etməlidir. Həmin qaydaların 3.2-ci bəndinə uyğun olaraq yaşayış binalarının STTSAS-a qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və qoşulma haqqının ödənildiyi nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin STTSAS-a qoşulması üçün ayrıca texniki şərtlərin alınması və qoşulma haqqının ödənilməsi tələb olunmur. Araşdırma zamanı qeyd olunan ünvanda 3 mərtəbəli yaşayış binasının X3 tərəfindən inşa olunduğu müəyyən edilmişdir. Yaşayış binaları texniki şərt fərdi mənzillər üçün deyil, yalnız yaşayış binasına verildiyi üçün binanın inşa edən şəxs E.Zeynalov binanın su təchizatı və kanalizasiya sisteminə qoşulması üçün müəyyən edilmiş sənədlərlə cəmiyyətə müraciət etməli, ümumi texniki şərt almalı, bundan sonra cəmiyyət tərəfindən bina su təchizatı və kanalizasiya sisteminə qoşulmalıdır. İddiaçı tərəfindən Elşad Zeynalova qarşı Binəqədi rayon məhkəməsində texniki şərtlərin alınmasına dair iddia qaldırılmış, həmin məhkəmənin 2(001)-1578/2023 asylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin yaşayış binası üzrə texniki şərtin alınması və texniki şərtin bütün bəndlərinin icra edilməsi öhdəliyi E.Zeynalovun üzərinə qoyulmuşdur. Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.8-ci bəndinə əsasən, tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, digər kateqoriyalı istehlakçılarla isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həmin istehlakçıların STTSAS-a qoşulmasını təsdiq edən qoşulma aktı tərtib edilərək imzalandıqdan sonra bağlanılmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.

İş materiallarına əlavə edilmiş:

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1F, 16 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli “Müraciətə baxılması barədə” məktubuna əsasən bildirilmişdir ki, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 23-cü maddəsinin 4-cü bəndinə əsasən yaşayış binaları, o cümlədən mənzillər yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sağaclarla təchiz edildikdən sonra istismara qəbul oluna bilər. Çoxmənzilli yaşayış binasının daxili təchizat sistemi, xarici şəbəkə (su və kanalizasiya) xətləri texniki şərtin tələblərinə və tikinti norma qaydalarına uyğun inşa olunmalıdır. Fərdi müqavilələrin bağlanması məqsədi ilə müvafiq sənədlər MTK rəhbərliyi tərəfindən Binəqədi rayonu Sukanal İdarəsinə təqdim edilməlidir. Mülkiyyətçilərlə fərdi qaydada müqavilənin bağlanması təqdim olunmuş sənədlərə əsasən həyata keçirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İddiaçı və digərlərinə ünvanladığı 19 avqust 2021-ci il tarixli, İN-X/O-8146/2021 saylı “Müraciətə baxılmasının nəticəsi barədə” məktubuna əsasən bildirimişdir ki, baxış zamanı sözügedən yaşayış binasının faktiki ollaraq qazlaşdırılmadığı müəyyən olunmuşdur. Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaları”nın 3.1-ci bəndinə əsasən qaz istehlakçıları qaz paylayıcısından alınan texniki şərtlərə əsasən qaz təchizatının layihə sənədlərini tərtib etməli və layihəyə uyğun tikinti işlərini yerinə yetirməlidirlər. Eyni zamanda Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “Qeyd olunan ünvana dair müvafiq sənədlərin surətinin verilməsi barədə” cavab məktubuna əsasən Bakı şəhəri, ünvan 1, 16 saylı mənzilə dair sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir. İV. Məhkəmənin mövqeyi

7. Azərbaycan Respublikası Konstitusiyasının

- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 oktyabr 2012-ci il tarixli “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən “təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.”

9. Qeyd edilən qərarda həmçinin qeyd edilmişdir ki, dövlət tərəfindən təbii inhisar müəssisələrinə publik xarakterli səlahiyyətlər həvalə edilə bilər. Bu halda təbii inhisar müəssisəsi ilə digər subyektlərin münasibətləri hakimiyyət – tabeçilik prinsipi üzərində qurulur. Eyni zamanda, təbii inhisar müəssisəsi publik maraqların təmin edilməsi ilə bağlı hər hansı bir subyektə məhdudlaşdırıcı təsir göstərə bilər.

10. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

4.1. Fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. 4.2. Su təchizatı və kanalizasiya müəssisəsinin əldə etdiyi su (təmizlədiyi tullantı suları) onun məhsulu hesab edilir və bu sudan məqsədli istifadə olunur.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 275 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na əsasən:

- 2.1. Sifarişçinin tikinti obyektinin STTSAS-a qoşulması STKM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. - 2.6. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər (tələbatından asılı olmayaraq) sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciətinə (ərizəsinə) əsasən tikintiyə icazə verən orqanın (qurumun) STKM-ə sorğusu əsasında verilir. Tikintiyə icazə verən orqan (qurum) sorğu ilə yanaşı sifarişçinin ərizəsinin surətini, habelə bu Qaydaların 2.9.2-ci bəndinə uyğun olaraq həmin ərizəyə əlavə edilmiş sənədlərin surətlərini də STKM-ə təqdim etməlidir. - 3.2. Yaşayış binalarının STTSAS-a qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və qoşulma haqqının ödənildiyi nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin STTSAS-a qoşulması üçün ayrıca texniki şərtlərin alınması və qoşulma haqqının ödənilməsi tələb olunmur.

12. Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən:

- 1.8. Tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, digər kateqoriyalı istehlakçılarla isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həmin istehlakçıların STTSAS-a qoşulmasını təsdiq edən qoşulma aktı tərtib edilərək imzalandıqdan sonra bağlanılmalıdır.

13. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin

- 3.0.37-ci maddəsinə əsasən mühəndis-kommunikasiya təminatı sistemi – obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğularıdır. - 63.1-ci maddəsinə əsasən tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. - 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - 83.0. Tikinti layihələri aşağıdakı bölmələrdən ibarətdir: 83.0.1. mühəndis-axtarış işləri; 83.0.2. tikinti ərazisinin baş planı; 83.0.3. memarlıq-planlaşdırma və konstruksiya bölməsi; 83.0.4. mühəndis-kommunikasiya təminatı bölməsi; 83.0.5. texnologiya bölməsi (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda); 83.0.6. ekologiya bölməsi (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda); 83.0.7. tikinti işlərinin təşkili bölməsi; 83.0.8. smeta bölməsi (tikintisi dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlər üçün). - 84.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikinti obyekti üçün mühəndiskommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsini təmin edir. Texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblərin məcmusu kimi texniki şərtlərdə aşağıdakılar nəzərdə tutulur: 84.1.1. tikinti obyektinin mühəndiskommunikasiya təminatına dair tələblər; 84.1.2. tikinti obyektinin mühəndiskommunikasiya təminatı mənbələri; 84.1.3. müvafiq mühəndis-kommunikasiya təminatı sisteminə qoşulma nöqtələrinə dair tələblər; 84.1.4. mövcud mühəndis-kommunikasiya təminatı sisteminin genişləndirilməsinin əsaslandırılması. - 84.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum texniki şərtlərin alınması üçün təchizat müəssisələrinə sorğu göndərir. Sorğuya tikinti ərazisinin vəziyyət planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. - 102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər.

14. İşin faktiki hallarına əsasən iddiaçı mülkiyyətində olan mənzil su təchizatı ilə təmin edilmədiyi üçün, texniki şərtin verilməsini xahiş etmişdir. İddiaçının tələbi qanunvericiliyin yuxarıda qeyd edilmiş müddəalarına uyğun deyildir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzilin yerləşdiyi bina (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1) ilkin olaraq X1 adına fərdi yaşayış evi kimi, torpağın təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olmaqla xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Sonradan Bakı şəhəri, Binəqədi rayonu, ünvan 3 ünvanı X1 adına mənzil kimi xüsusi mülkiyyət növü olaraq qeydiyyatdan keçmiş və alqısatqı və ipoteka müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçının yaşadığı bina, çoxmənzilli bina olmasına baxmayaraq, onun tikintisi üçün tikinti obyektinin layihələndirilməsinə, tikintiyə icazə alınmasına, istismara qəbul edilməsinə dair qanunvericiliyin normalarına riayət edilməmişdir. Nəticədə iddiaçiya məxsus mənzilin yerləşdiyi bina mühəndis kommunikasiyaları ilə təmin edilməmişdir.

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

- 13.1-ci maddəsinə əsasən, yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi;13.1.3. otaq; İş materiallarından göründüyü kimi iddiaçının tələbi mənzil ilə bağlı olmasına baxmayaraq onun yerləşdiyi fərdi yaşayış evinin tikintisinə və istismarına icazə verilməsi barədə sənədlər mövcud deyildir. Qüvvədə olan qanunvericilikdə tikintisinə və istismarına icazə verilməmiş ev və ya mənzillərə su təchizatı üçün texniki şərtin verilməsi nəzərdə tutulmamışdır

16. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, su təchizatı üçün texniki şərt tikinti obyektlərinin su təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd olmaqla tikinti obyektlərinin tikinti layihələri hazırlanan zaman tikinti layihəsinin bir bölməsi (Şəhərsalma və Tikinti Məcəlləsinin 83.0.4-cü maddəsinə əsasən mühəndis-kommunikasiya təminatı bölməsi) kimi nəzərdə tutulur. Yəni tikilən obyektdə gələcəkdə sudan istifadə nəzərdə tutulmuşdursa o zaman tikinti layihələndirilərkən artıq su təchizatı ilə bağlı texniki şərt alınmalıdır ki, bu da icra edilməmişdir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

18. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı ”iddiaçının mülkiyyətində olan çıxarış və texniki pasportla təmin edilmiş mənzilinin su xətti ilə təmin edilməsi, sayqaçın quraşdırılması, abonent kodunun verilməsi öhdəliyinin qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar