Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1212/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə Qusar rayonunda doğulmuşdur. O, 1980-1983-cü illərdə Bakı Dənizçilik məktəbində təhsil almış, xx.xx.1984-xx.xx.1995-ci illərdə X5 matros, kapitanın 3-cü dərəcəli köməkçisi və kapitanın 2-ci dərəcəli köməkçisi, xx.xx.1996-xx.xx.1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Hidrometereologiya Komitəsində X2 “Əlif Hacıyev” ETK-də kapitanın 3-cü dərəcəli köməkçisi, xx.xx.2010-xx.xx.2014-cü illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Gəmilərin ötürülməsi üzrə bələdçi, xx.xx.2015-xx.xx.2021-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 bələdçi, xx.xx.2021-ci ildən hazırki vaxtadək isə həmin Agentlikdə bələdçi vəzifələrində işləyir. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitabçası ilə yanaşı iş yerindən verilmiş arayışla da öz təsdiqini tapır. Qeyd edilən arayışa görə işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərara müvafiq olaraq həmin siyahının 21.2 yarımbölməsinə uyğun oldugundan iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun ümumi iş stajı 27 il 3 ay 0 gün, güzəştli şərtlərlə əmək stajı 23 il 11 ay 4 gün təşkil edir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan cavab məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi güzəştli iş stajının 12 il 06 aydan az olması əsas göstərilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Göründüyü kimi inzibati orqan “İnzibati icraat haqqında” AR Qanununa uyğun olaraq daxil olmuş müraciəti tam şəkildə araşdırıb və hərtərəfli əsaslandırılmış imtina verməli idi. Hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın imtinasından görünür ki, o, yalnız zərərli iş stajını mübahisələndirmişdir. Yəni cavabdeh inzibati orqan iddiaçının minimum 27 il ümumi iş stajı faktını qəbul etmişdir. Zərərli iş stajı ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı dəniz nəqliyyatı sahəsində üzən gəmi heyyətində matros, kapitan köməkçisi və gəmi bələdçisi vəzifələrində işləmişdir. Cavabdeh orqan iddiaçının matros və kapitan köməkçisi işlədiyi dövrləri zərərli iş stajı kimi nəzərə alsa da, onu gəmi bələdçisi vəzifəsində işlədiyi dövrü zərərli peşə kimi götürməmişdir. Hesab edir ki, cavabdeh orqan bu mövqeyi əsassızdır. Belə ki, həmin yarımbölməyə diqqət yetirdikdə əsas olaraq peşələrin adları deyil, şəxslərin işlədiyi gəmilər əsas olmalıdır. İddiaçının gəmi bələdçisi işlədiyi dövrün zərərli iş stajı, dolayısı ilə üzən heyət gəmisində işləməsi işəgötürən tərəfindən verilmiş arayışla öz təsdiqini tapmışdır. Bu əsasdan hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraza uygun izahat verərək iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-ci il tarixli, 3-17-1/2- 175020/2023 saylı etirazda bildirilmişdir ki, üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı 18 aprel 2023-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin qanunvericiliklə nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən müraciətinin müsbət həllinin mümkün olmayacağı bildirilmişdir. Bundan sonra iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi MT-İ ******* nömrəli əmək kitabçasında və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəmir və Liman Agentliyin ona dair arayışında xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Dəniz üzgüçülüyünün təhlükəsizliyi müəssisəsində, xx.xx.2021-ci il tarixdən bugünədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəmir və Liman Agentliyində bələdçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisələrin fəaliyyət sahəsi sözügedən arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.1 bəndinin “b” yarımbəndinə uyğun nəqliyyat bölməsində nəzərdə tutulan dəniz və çay donanmasının üzən heyəti sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 15 gün (xx.xx.1984-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə iddiaçının işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş-94147/2023 saylı imtina məktubu ilə etirazda göstərilənlər bildirilmişdir. - ASAN 2 tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Qusar rayonunda anadan olmuşdur. - İddiaçıya məxsus 057460 seriyalı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1983xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus 080524 seriyalı diplomdan görünür ki, 1980-1983-cü illərdə Bakı Dənizçilik Məktəbində təhsil almışdır. - “Azərbaycan X10” QSC-nin xx.xx.2023-cü il tarixli, 13-3-1-3-9-79 nömrəli arayışından görünür ki, iddiaçı Azərbaycan Dövlət X10nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1984-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək matros, kapitanın 3-cü, 2-ci köməkçisi vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalişdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətiyardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 11 il 07 ay 28 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b"yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 №-li Qərarına əsasən X10 Azərbaycan Dövlət X10 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X10nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X8 yenidən təşkili yolu ilə "Azərbaycan X10" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilən arayışdan görünür ki, iddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası verən peşədə (dəniz üzgüçülüyü əməliyyatları departamenti, bələdçi şöbəsi, bələdçi) vəzifəsində 7 il 7 ay 29 gün işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri (gəmilərdə bələdçi xidmətlərinin göstərilməsi) ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 3.1-ci bəndinə/ (yarımbəndinə) və (və ya) 23003010 vəzifə koduna uyğundur. - "xxxx" QSC tərəfindən verilən xx.xx.2023-cü il tarixli, İRD 024 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 12/d saylı əmrə əsasən Dəniz Xidməti Liman Nəzarəti Müfəttişliyinə gəmilərin ötürülməsi üzrə bələdçi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2014-cü il tarixli 34/p saylı əmrə əsasən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2014-cü il tarixindən liman arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı liman üzrə ümumi iş stajı 4 il 2 ay 11 gün təşkil edir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 3-14-20/2-197/2023 arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Hidrometeorologiya Komitəsində xx.xx.1996-xx.xx.1996-ci illərdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı vəzifələrdə çalışmışdır: xx.xx.1996-ci il tarixindən (Əmr №24/k, xx.xx.1996-cı il) xx.xx.1996-cı il tarixinədək (Əmr №27/k, xx.xx.1996-cı il) X2 “Əlif Hacıyev” X9 kapitanının İİİ köməkçisi vəzifəsində, xx.xx.1996-cı il tarixindən (Əmr №27/k, xx.xx.1996-cı il) xx.xx.1996-cı il tarixinədək (Əmr №106/k, xx.xx.1996-cı il) Elmi- X3 “Əlif Hacıyev” X9 kapitanının İİ köməkçisi vəzifəsində. Onun işlədiyi vəzifələr və çalışdığı gəmi üzücü heyət gəmilərinə aid edilir. O, gəmi liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmi hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmisində güzəştli iş stajı 0 il 4 ay 22 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.1 bəndinin “b” yarımbəndinə uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 485 saylı fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2001-ci il tarixli 128/ü saylı əmrilə Hidrometeorologiya Komitəsinin bazasında Milli Hidrometeorologiya Xidməti yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2002-ci il tarixli 2633/ü saylı əmrilə “Milli Hidrometeorologiya Xidməti” ’’Milli Hidrometeorologiya Departamenti” adlandırılmışdır. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli 476 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin, Milli Hidrometeorologiya Departamentinin, X4 İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti yaradılmışdır. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin xx.xx.2023-cü il tarixli, k/s 03 nömrəli arayışdan görünür ki, iddiaçı 03 dekabr 2021-ci il tarixindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və X7 üzgüçülüyü əməliyyatları departamentinin Bələdçi şöbəsində bələdçi vəzifəsində işləyir. - "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-17/2-480/2023 nömrəli məktubunda bildirilir ki, İddiaçı işlədiyi "bələdçi" vəzifəsi üzrə peşə funksiyasını yerinə yetirərkən xidmət etdiyi gəmilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 21.2-ci yarımbölməsinin üzən heyət gəmilərinə aiddir. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-27-106/2-448/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 66cı maddəsinə əsasən, gəmilər dəniz limanlarına və dəniz limanları akvatoriyasının (limanın su sahəsinin) hüdudlarına girişdə, habelə deniz limanları arasında üzərkən dəniz üzgüçülüyünün təhlükəsizliyini və dəniz mühitinin qorunmasını təmin etmək məqsədi ilə dəniz bələdçilərinin xidmətindən istifadə edirlər. Həmçinin xarici dövlətin bayrağı altında üzən gəmilərin limana daxil olarkən və limandan çıxarkən bələdçi xidmətindən istifadə etməsi məcburidir. Bundan əlavə, gəmi kapitanının tələb etdiyi bütün hallarda gemi dəniz bələdçisi xidməti ilə təmin edilir. Eyni zamanda, Ticarət Gəmiçiliyi Məcəlləsinin 74-cü və 75-ci maddələrinə uyğun olaraq, gəminin təhlükəsiz üzməsi məqsədi ile gəmi kapitanı dəniz bələdçisinin ağlabatan tövsiyələrinə əməl edir və kifayət qədər əsas olmadıqda onun işinə qarışmır. Habelə gəmi kapitanının icazəsi ilə bələdçi gəminin üzməsinə və manevr etməsinə dair göstərişləri bilavasitə sükançıya verə bilər. Eləcə də, bələdçi gəmidə olarkən gemi heyəti üzvləri ilə bərabər qaydada otaq və qidadan istifadə edir. Yuxarıda qeyd edilənlər baxımından, Ticarət Gəmiçiliyi Məcəlləsinin 42-ci maddəsində göstərilən gəmi heyətinin tərkibinə daxil olmasa da, dəniz bələdçisinin gəminin göyərtəsində olarkən yerinə yetirdiyi funksiyalar gəmi heyəti üzvlərinin funksiyaları ilə eyni xarakterə malikdir və bu nəzərə alınmaqla, səlahiyyətli müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dəniz bələdçisi vəzifəsində işləmiş şəxslərə o cümlədən, İddiaçı Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci yarımbəndi tətbiq edilə bilər. - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-27-106/2-953/2023 nömrəli məktubuna əlavə edilmiş bələdçi vəzifəsinin təlimatından görünür ki, vəzifənin funksiyası “Dəniz limanlarına və dəniz limanları akvatoriyasının hüdudlarına girişdə, habelə dəniz limanları arasında dəniz üzgüçülüyü təhlükəsizliyini və dəniz mühitinin qorunmasının təmin edilməsi məqsədilə xarici bayraq altında üzən gəmilərə və bəldçi xidmətindən istifadə tələb edən Azərbaycan Respublikası bayrağı altında üzən gəmilərə bələdçi xidmətinin göstərilməsi”dir. - İddiaçıya məxsus ИТ seriyalı ******* saylı xx.xx.1984-cü il tarixdə doldurulmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1980-1983-cü illərdə Bakı Dənizçilik məktəbində təhsil almış, xx.xx.1984-cü ildən (əmr №28/3, xx.xx.1984-cü il) xx.xx.1995-ci ilədək (əmr №210/3, xx.xx.1995-ci il) X5 matros, kapitanın 3-cü dərəcəli köməkçisi və kapitanın 2-ci dərəcəli köməkçisi, xx.xx.1996-cı ildən (əmr №24/k xx.xx.1996-cı il) xx.xx.1996-cı ilədək (əmr №106/k, xx.xx.1996-cı il) Azərbaycan Respublikası Dövlət Hidrometereologiya Komitəsində Elmi X3 “Əlif Hacıyev” ETK-də kapitanın 3-cü dərəcəli köməkçisi, xx.xx.2010-cu ildən (əmr №12/d xx.xx.2010-cu il) xx.xx.2014-cü ilədək (əmr №34/n, xx.xx.20214-cü il) Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Gəmilərin ötürülməsi üzrə bələdçi, xx.xx.2015-ci ildən (əmr №k/071, xx.xx.2015-ci il) xx.xx.2021-ci ilədək (əmr №193, xx.xx.2021-ci il) Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 bələdçi, xx.xx.2021-ci ildən (əmr №k/122, xx.xx.2021ci il) hazırkı vaxtadək isə həmin Agentlikdə bələdçi vəzifələrində işləyir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Ticarət Gəmiçiliyi Məcəlləsi: Maddə 41. Gəmi heyətinin statusu 41.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmi heyətinin hüquqi statusu, həmçinin gəminin istismarında iştirak edən heyət üzvləri və gəminin heyət üzvləri ilə gəmi sahibi arasında münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyənləşdirilir. Maddə 42. Gəmi heyətinin tərkibi 42.1. Gəmi heyəti gəmi kapitanından, gəminin komandir heyətinin digər üzvlərindən və sıravi heyətdən ibarətdir. 42.2. Gəminin komandir heyətinə gəmi kapitanından başqa, gəmi kapitanının köməkçiləri, mexaniklər, elektromexaniklər, radiomütəxəssislər və gəmi həkimi aiddir. Müvafiq icra hakimiyyəti orqanı gəminin komandir heyətinə digər gəmi mütəxəssislərini də aid edə bilər. 42.3. Sıravi heyət gəminin komandir heyətinə aid edilməyən şəxslərdən ibarətdır. Vİ fəsil Dəniz bələdçiləri Maddə 66. Gəmilərin dəniz bələdçisi ilə keçirilməsinin məqsədləri Dəniz limanlarına və dəniz limanları akvatoriyasının hüdudlarına girişdə, habelə dəniz limanları arasında dəniz üzgüçülüyü təhlükəsizliyini və dəniz mühitinin qorunmasını təmin etmək məqsədi ilə gəmilər dəniz bələdçiləri ilə keçirilir. Maddə 67. Dəniz bələdçisi 67.1. Dəniz bələdçisi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan dəniz bələdçisi xidməti haqqında Əsasnamədə müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşıdır. Maddə 74. Gəmi kapitanı ilə dəniz bələdçisinin münasibətləri Gəminin təhlükəsiz üzməsi məqsədi ilə gəmi kapitanı dəniz bələdçisinin ağlabatan tövsiyələrinə əməl edir və kifayət qədər əsas olmadıqda onun işinə qarışmır. Maddə 78. Dəniz bələdçisinin gəmini tərk etməsi və daimi yerinə çatdırılması 78.1. Dəniz bələdçisi gəmini lövbərə qoymadan, gəmini təhlükəsiz yerə aparmadan, dənizə çıxarmadan və ya digər dəniz bələdçisi ilə əvəz olunmadan gəmi kapitanından icazəsiz gəmini tərk edə bilməz. 78.2. Gəmi kapitanının dəniz bələdçisini onun xidmət etdiyi rayonun hüdudlarından kənara aparmaq hüququ yoxdur. Əks halda gəmi kapitanı dəniz bələdçisini onun daimi olduğu yerə gəminin hesabına çatdırmalıdır. İş materiallarından məlum olur ki, iddiaçı ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, sonuncunun cavab məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasındakı dəlillərinə görə iddiaçının İ/İT-İ ******* nömrəli əmək kitabçasında və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəmir və Liman Agentliyinin arayışında xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Dəniz üzgüçülüyünün təhlükəsizliyi müəssisəsində, 03.12 2021-ci il tarixindən bugünədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəmir və Liman Agentliyində bələdçi vəzifəsində işlədiyi müəssisələrin fəaliyyət sahəsi sözügedən arayışda istinad ediən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.1 bəndinin “b” yarımbəndinə uyğun nəqliyyat bölməsində nəzərdə tutulan dəniz və çay donanmasının üzən heyəti sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 15 gün (xx.xx.1984xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə cavabdehin dəlillərini əsaslı hesab edir. Nəzərə almaq lazımdır ki, iddiaçıya iddia etdiyi pensiyanın təyin olunması üçün, yuxarıda istinad olunan normada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş dispozisiya şərtlərinin ona münasibətdə, yəni iddiaçının həmin tarixdə 60 yaşı tamam olmalı, azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. İşdə olan iddiaçıya aid sənədlərdən görünür ki, iddiaçının xx.xx.2015-xx.xx.2021-ci illərdə Azərbaycan Respublikası Dəniz üzgüçülüyünün təhlükəsizliyi müəssisəsində - 6 il 3 ay 18 gün, 03.12 2021-xx.xx.2023-cü illərdə İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəmir və Liman Agentliyində – 1 il 1 ay 4 gün, ümümilikdə 7 il 4 ay 22 gün gəmi bələdçisi işlədiyi dövr onun güzəştli iş stajına hesablanmamışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-27-106/2-953/2023 nömrəli məktubuna əlavə edilmiş bələdçi vəzifəsinin təlimatından görünür ki, vəzifənin funksiyası “Dəniz limanlarına və dəniz limanları akvatoriyasının hüdudlarına girişdə, habelə dəniz limanları arasında dəniz üzgüçülüyü təhlükəsizliyini və dəniz mühitinin qorunmasının təmin edilməsi məqsədilə xarici bayraq altında üzən gəmilərə və bəldçi xidmətindən istifadə tələb edən Azərbaycan Respublikası bayrağı altında üzən gəmilərə bələdçi xidmətinin göstərilməsi”dir. Məhkəmə iddiaçının dəlilləri ilə o hissədə razılaşır ki, "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-17/2-480/2023 nömrəli məktubuna görə iddiaçının işlədiyi "bələdçi" vəzifəsi üzrə peşə funksiyasını yerinə yetirərkən xidmət etdiyi gəmilər üzən heyət gəmilərinə aiddir. Həmçinin də Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-27-106/2- 448/2023 nömrəli məktubuna görə dəniz bələdçisinin gəminin göyərtəsində olarkən yerinə yetirdiyi funksiyalar gəmi heyəti üzvlərinin funksiyaları ilə eyni xarakterə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar mübahisələrlə bağlı qərarlarında qeyd etmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2000-ci il tarixli, 83 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dəniz Nəqliyyati Gəmilərində Xidmət Nizamnaməsi”: İİİ FƏSİL GƏMİ HEYƏTİ
19. Gəmi heyəti kapitandan, digər rəhbər şəxslərdən və gəmi komandasından ibarətdir.
20. Komandir heyətinə daxildirlər: kapitan, kapitanın köməkçiləri, mexaniklər və elektrik mexanikləri, radio stansiya rəisi, elektroradionaviqator, gəmi həkimi (feldşer), radio texniki, radio operatoru, restoran direktoru və sərnişin xidməti administratoru. Kapitan, kapitanın böyük köməkçisi və baş mexanik gəminin böyük komandir heyətidirlər. Heyətin qalan üzvləri gəmi komandasına aiddirlər.
21. Kapitan və heyət üzvləri müvafiq vəzifələrdə işləməyə yararlı olduqları barədə tibb komissiyasının rəyinə malik olmalıdırlar.
22. Komandir heyətindən olan şəxsin müəyyən vəzifədə işləmək hüququ üçün Dənizçilərin hazırlanması və onlara diplom verilməsi, növbə çəkilmələri haqqında Beynəlxalq konvensiyanın (DHSNÇ-95) tələblərinə müvafiq rütbəyə malikliyini təsdiq edən diplomu (sertifikatı) yaxud ixtisas şəhadətnaməsi olmalıdır.
23. Gəmi heyət üzvləri vəzifələrə müəyyən vəzifəni tutmağa hüquq verən müvafiq ixtisas şəhadətnaməsinə malik olduqda təyin edilirlər. Azərbaycan Respublikası Dövlət X1 2013-cü il 01 iyul tarixli Q/06 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılması” Qaydaları:
2. Bu Qaydalar Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılmasının vahid formasını müəyyən edir və gəminin mülkiyyət növündən və mənsubiyyətindən asılı olmayaraq gəmi sahibləri, gəmi kapitanları və həmçinin liman kapitanları üçün məcburidir.
3. Siyahı gəmi heyətinin sayını və tərkibini təsdiq edən əsas gəmi sənədlərindən biridir.
4. Siyahının aparılması, doldurulması, imzalanması və əslinin təsdiqlənməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir.
5. Gəmi limana daxil olarkən və ya limanı tərk edərkən gəmi heyəti üzvlərinin siyahısı (1 nömrəli əlavə) gəmi kapitanı tərəfindən Liman Kapitanına, gömrük, sanitarkarantin və sərhəd nəzarət xidmətlərinə təqdim edilir.
10. Siyahıda ardıcıllıq - Siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 83 nömrəli 8 may 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində xidmət Nizamnaməsi”nə uyğun olaraq gəmi heyəti üzvlərinin aid olduqları xidmətlər və gəmidə tutduqları vəzifələr əsas alınaraq tərtib edilir.
12. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilər limanı tərk edərək səfərə çıxdıqda Siyahı gəmi kapitanının və ya gəmi sahibinin imzası və müvafiq möhürü ilə təsdiqlənir.
17. Gəmi səfərə çıxarkən gəminin təhlükəsiz istismar olunmasını, insan həyatının mühafizəsini, dəniz mühitinin qorunmasını və həmçinin qəza hallarında kifayət edəcək sayda və ixtisasda mütəxəssislərin olmasını təmin etmək məqsədi ilə gəminin heyət üzvlərinin sayı Azərbaycan Respublikası Dövlət X1 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmiş “X11 Tərkibi haqqında Şəhadətnamə”yə müvafiq olmalıdır. İş materiallarında iddiaçının dəniz və çay donanmasının üzən heyətinə aid sənədlərinə malik olması barədə hər-hansı sənəd əlavə edilmədiyindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə ( o cümlədən Ticarət Gəmiçiliyi Məcəlləsinin 42-ci maddəsi) onun çalışdığı dəniz bələdçisi vəzifəsi (həmçinin də işlədiyi müəssisə) dəniz və çay donanmasının üzən heyətinə aid edilə bilməz. Odur ki, cavabdehin iddiaçının işlədiyi dəniz bələdçisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.1 bəndinin “b” yarımbəndinə uyğun nəqliyyat bölməsində nəzərdə tutulan dəniz və çay donanmasının üzən heyətinə aid olmaması ilə baglı imtinasının dəlilləri əsaslı olmuşdur. Belə olan halda iddiaçının xx.xx.2015-xx.xx.2021-ci illərdə Azərbaycan Respublikası Dəniz üzgüçülüyünün təhlükəsizliyi müəssisəsində - 6 il 3 ay 18 gün, 03.12 2021-xx.xx.2023-cü illərdə İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəmir və Liman Agentliyində – 1 il 1 ay 4 gün, ümümulikdə 7 il 4 ay 22 gün gəmi bələdçisi işlədiyi dövr onun güzəştli iş stajına hesablanmamalıdır. Beləliklə də cavabdeh tərəfindən mübahisələndirilməyən iddiaçının xx.xx.1984xx.xx.1995-ci illərdə X5 matros, xx.xx.1996-xx.xx.1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Hidrometereologiya Komitəsində Elmi X3 “Əlif Hacıyev” ETK-də kapitanın 3-cü dərəcəli köməkçisi işlədiyi 12 il 15 gün güzəştli iş stajı tələb olunan 12 il 6 ay güzəştli iş stajından az olduğu üçün cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
Hakim Mehriban Qarayeva