Məhkəmə qərarları › İş №2-1(112)-12344/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12344/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12344/2025 15.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İddiaçı iştirakı olmadan, cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “pensiyanın yenidən hesablanması və yaranacaq fərqin ödənilməsi öhdəliyinin qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının - fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 - aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə, aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. 1977-ci ildən 2007-ci ilə kimi - müxtəlif peşə və vəzifələrdə işləmişdir. Qeyd edilən dövrdə həm də xx.xx.1978 - xx.xx.1986-cı illərdə Karaqanda Dövlət Universitetində ali təhsil almış və həmin müddətdə Sovet Ordusu sıralarında müddətli hərbi xidmətdə olmuşdur ki, bu da ümumilikdə 7 il 9 ay təşkil edir. Daha sonra, xx.xx.2007 - xx.xx.2010-cıı illərdə (17 il 9 ay 17 gün) Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi, xx.xx.2010xx.xx.2025-ci illərdə isə Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi seçkili vəzifələrdə çalışmışdır.Əmək stajının xx.xx.2006-cı il tarixədək olan hissəsi, təhsil və hərbi xidmət dövrü nərərə alınmaqla, 29 il 4 ay 12 gün təşkil edir (xx.xx.1977-xx.xx.1978 (1 il 17 gün); xx.xx.1978- xx.xx.1979 (6 ay 5 gün); xx.xx.1979-xx.xx.1979 (13 gün); xx.xx.1979xx.xx.1081 (1 il 1 lay 22 gün); xx.xx.1982-xx.xx.1985 (3 il 5 gün); xx.xx.1985-xx.xx.1986 (1 il 6 ay 23 gün); xx.xx.1987- xx.xx.1988 (l il 2 ay 23 gün); xx.xx.1988-xx.xx.1989 (10 ay 8 gün); xx.xx.1989-xx.xx.1992 (2 il 9 ay 23 gün); xx.xx.1992-xx.xx.1993 (1 il 6 ay 28 gün); xx.xx.1993-xx.xx.1998 (4 il 10 ay 15 gün); xx.xx.1998-xx.xx.2007 (8 il 8 ay 23 gün)."‘Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2006-cı il tarixədək 29 il 4 ay 12 gün iş stajına görə sığorta kapitalı 8986,2 manat məbləğində müəyyən edilir.Həmin məbləğ (8986,2 manat) 2006-2024-cü illər üzrə istehlak qiymətlərinin illik səviyyəsinə görə indeksləşdirilməlidir. xx.xx.2006-cı il tarixinə mövcud olan 29 il 4 ay 12 gün iş stajına görə müəyyən edilən 8986,2 manat pensiya kapitalının (2025-ci ilin əvvəlinə) indeksləşdirilmiş miqdarı 32082,23 manatdır. Həmin məbləğə “fərdi şəxsi hesab haqqında” arayışa əsasən 2006-cı ilin yanvar ayından 2025-ci ilin mart ayına kimi fərdi hesabının sığorta hissəsindəki 247804 manat vəsait əlavə edildikdə 79886,23 manat təşkil edir ki, həmin məbləğdən “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsinə uyğun hesablanan aylıq pensiya məbləği isə 1943,65 (279886,23:144) manat müəyyən edilir (2025-ci ilin aprel-may aylarının sığorta haqları fərdi hesabına mədaxil edilməmişdir) Bununla yanaşı, iddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə hakim vəzifəsinə təyin edilərkən, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.1; 20.1.4-cü və 20.7; 20.7.3-cü maddələrinə müvafiq olaraq 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə qulluq stajına görə əlavə almaq hüququ nəzərdə tutulurdu.Belə olan halda, 15 il hakim vəzifəsində işləmiş şəxslər həmin hüquqa malik olurdu. Bu baxımdan, iddiaçının 17 il 9 ay 17 gün hakim kimi qulluq stajına görə istənlən 5 il hakim stajının orta ayliq əmək haqqının 80 faizi miqdarında əlavə almaq hüququ vardır. Çünki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli Qərarında təsbit olunur ki, “...hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.” Eyni zamanda, “Hakimlərin statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. May 2020 - aprel 2025-ci illəri əhatə edən 5 illik (yəni, ardıcıl gələn 60 ay) hakimlik dövründə aldığı əmək haqqı 414995,39 manat təşkil edir. Həmin əmək haqqı 60 aya bölündükdə orta aylq əmək haqqı 6916,58 manat, həmin məbləğin 80 faizindən hesablanan pensiya məbləği 5533,27 manat və bu məbləğə də qeyd edilən 1943,65 manat pensiya kapitalı əlavə olunduqda pensiyanın ümumi məbləği 7476,92 manat təşkil edir.Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq İcra hakimiyyəti orqanının müəyyən eldiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən elədiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.“Əmək pensiyasına qulluq stajına görə əlavələr alan pensiyaçıların sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən hakimlərə aylıq pensiya məbləğinin 10 faizi miqdarında əlavə ödənilir.Qanunun və prezidentin sərəncamı nəzərə alınmaqla, sözügedən 7476,92 manat pensiya məbləğinin 10 faizi miqdarında 747,69 manat maddi yardım həmin pensiya məbləğinə əlavə edildikdə, iddiaçıya hesablanacaq pensiyanın ümumi məbləği 8224,61 manat (7476,92+747,69) təşkil edir (analoji işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur). Lakin cavabdeh tərəfindən iddiaçıya, xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərar ilə əsassız olaraq qanunvericiliyin qeyd olunan tələblərinə zidd şəkildə, “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş, iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran 20.7-ci maddəsinin yeni redaksiyasının müddəaları tətbiq olunaraq 60 aylıq orta aylıq əmək haqqının 58,2 faizi ilə sabiq hakim kimi cəmi, 4704,83 manat məbləğində əmək pensiyası təyin edilmişdir (Pensiya təyinatı barədə məlumat “sms”vasitəsilə göndərilsə də, qərar qəbul olunması barədə məlumat və qərarın surəti iddiaçıya təqdim olunmamışdır). İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı C.X2 ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Həmin müraciət əsasında Mərkəzi Filial tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-11632/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında" qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı 17 il 9 ay 16 gün hakim stajına uyğun olaraq orta aylıq əmək haqqının 58,25 %-i həddində hesablanmaqla 4704,83 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.C. Yusifov iddia ərizəsində əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında pensiya təyin edilməsini məhkəmədən xahiş etmişdir.İşin faktiki hallardan məlum olur ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, beləliklə də xx.xx.2025-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçıya 65 yaşının tamam olduğu tarixdən 1780,63 manat məbləğində ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra sabiq hakim kimi pensiyası yenidən hesablanaraq xx.xx.2025-ci il tarixdən 4704,83 manat məbləğində müəyyən edilmişdir.İddiaçı pensiyasının yenidən hesablanmasının hüquqi əsasını “Əmək pensiyaları haqqında" Qanunun 20.1.4 və 20.7-ci maddələri təşkil etmişdir. Həmin Qanunun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə təyin edilir.Həmin Qanunun 20.7-ci maddəsinin xx.xx.2024-cü il tarixdə qüvvədə olmuş redaksiyası isə aşağıdakı kimi ifadə olunmuşdur:Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlarda nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında;20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.” “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 96-cı maddəsinə əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli 168-İVQD nömrəli Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən (dəyişiklik xx.xx.2015-ci ildə qüvvəyə minmişdir) 96-cı maddənin birinci hissənin birinci cümləsində “beş” sözü “üç” sözü ilə əvəz edilmiş, dördüncü cümləsində “həddinə" sözü “həddinədək" sözü ilə əvəz edilsin, “- 65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılmaqla maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir.Həmin Qanunun keçid müddəalarını tənzimləyən 2-ci maddəsində göstərilmişdir ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur.“Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən (20.7-ci maddəsinə əsasən) bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış sabiq hakimlər) əmək pensiyasına əmək haqqındakı sonrakı artımlarda nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxan hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 109-cu, "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qərara almışdır ki:1."Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.2.Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. İddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qüvvədə olan qanunun redaksiyası tətbiq edilsə belə, hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün “Məhkəmələr və hakimlər haqqında” Qanunun 2019-cu ilədək qüvvədə olan redaksiyasının 109-cu maddəsinin 5-ci bəndində “azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” ifadəsi qeyd olunmuşdur. İstinad olunan normaların müddəaları baxımından İddiaçı sabiq hakim kimi pensiya təyin edilməsi üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Yəni Qanunun əvvəlki redaksiyasında da iddiaçıya hakim kimi pensiya təyin edilməsi üçün 5 il hakim işləməsi ilə yanaşı, pensiya yaşına çatması da tələb olunurdu. Lakin iddiaçı həmin dövrdə hakim kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya yaşına çatmamışdır. Qeyd edilən qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olur ki, İddiaçı sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan staja daha əvvəl malik olsa da, həmin dövrdə qanunla müəyyən olunan yaş həddinə çatmadığına görə ona hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiyanın yenidən hesablanması mümkün olmamaqla yanaşı, qanunsuz hesab edilməlidir. Eyni zamanda iddiaçı iddia ərizəsində aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardımın nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Bununla bağlı bildirilir ki, “Əmək pensiyaları haqqında" Qanunun Vİİ fəslinin (Əmək pensiyasının yenidən hesablanması) 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. ”Əmək pensiyaları haqqında” Qanunun yuxarıda adı çəkilən fəslinin və maddənin adından göründüyü kimi maddi yardım yalnız əmək pensiyasının yenidən hesablanması zamanı tətbiq edilə bilər.İddiaçı sabiq hakim kimi əmək pensiyasının xx.xx.2025-ci ildən təyin edildiyi nəzərə alınsa ona hazırki il üzrə maddi yardımın ödənilməsi qanunvericiliyin tələbinə əsasən mümkün deyildir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası- pensiyanın düzgün hesablanması tələbi- öhdəliyin icrası haqqında iddia olmaqla mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi F. Mikayılova məhkəmə iclasında iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi - mütəxəssis qismində çıxış edən R.Abdullayev məhkəmə iclasında pensiyanın hesablanması qaydasına dair açıqlama verərərk, iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: Diploma əsasən iddiaçı 1986-cı ildə Karaqanda Dövlət Universitetinin hüquqşünaslıq fakultəsini bitirmişdir. Hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Məhkəmə Hüquq Şurasının xx.xx.2025-ci il tarixli qərarına və Bakı Apellyasiya Məhkəməsinin 125 №li, xx.xx.2025-ci il tarixli əmrinə əsasən iddiaçının hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq hakimlik səlahiyyətinə xitam verilmişdir. İddiaçının e-sosial internet səhifəsində əks olunan fərdi şəxsi hesab məlumatlarına əsasən iddiaçının sığorta kapitalı 247804,29 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin 32 nömrəli, xx.xx.2025-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2025-ci ilə qədər əmək haqqı 421795,86 manat təşkil etmişdir. Əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1977-ci ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2007-ci ilə qədər müxtəlif peşə və vəzifələrdə işləmişdir, xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilə qədər Nizami rayon məhkəməsində, xx.xx.2010-cu ildən xx.xx.2025-ci ilə qədər Bakı Apellyasiya Məhkəməsinin hakimi işləmişdir Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsinə dair inzibati icraat materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış, iddiaçının 8076,96 manat məvacibi nəzərə alınaraq 4704,83 manat pensiya təyin edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna əsasən iddiaçıya xx.xx.2025-ci ildən 4704,83 manat sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir, məktubda göstərilmişdir ki, iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,20 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1150,20 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 25%-i miqdarında əlavə 639 manat, vəzifə maaşı həcmində əlavə 2556,0 manat, digər növ əlavələr 1175,76 manat olmaqla orta aylıq əmək haqqı 8076,96 manat təşkil etmişdir, bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən 17 il 9 ay 16 gün hakim stajına uyğun olaraq orta aylıq əmərk haqqının 58,25 faizi – 4704,83 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının iddia ərizəsini tədqiq edərək, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsin-dən; 4.2.3. yığım hissəsindən. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1.15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Belə ki, həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Məhkəmə onu da xüsusi qeyd edir ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir və o hal da nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.” “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Məhkəmənin qənaətinə görə şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. Məhkəmə hesab edir ki, “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları hazırkı mübahisəyə tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hakim vəzifəsində işləmişdir və hakim stajı 17 il 9 ay 17 gündür. Bu işin mübahisə edilməyən halıdır. İddiaçının hakimlik səlahiyyətlərinə xx.xx.2025-ci il tarixdə son yaş həddinə çatması ilə əlaqədar olaraq xitam verilmiş və xx.xx.2025-ci ildə pensiya təyin edilmişdir, xx.xx.2025-ci ildə əmək pensiyası yenidən hesablanaraq 4704,83 manat müəyyən olunmuşdur. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası tətbiq edilməklə, ona işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının - fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 - aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə, aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh qüvvədən düşmüş normaların tətbiqinin istisna etməklə, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən sonrakı müddəalarının tətbiq edilməli olması qənaətindədir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi qaydada əmək pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Belə olan halda iddiaçı işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının - fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 - aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə, aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisə üzrə artıq Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi mövcuddur və həmin mövqeyə uyğun izah verilmişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1205/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)- 1087/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)-499/2024 saylı qərarları). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad – inzibati orqabnla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düsgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına,bu Qanuna və digər əlaqəli hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Hazırda cavabdeh inzibati orqan işin düsgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaqdan imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə `əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının - fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 - aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə, aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddiа tələbi təmin edilsin. İddiaçı işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2025-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının - fərdi hesabının sığorta hissəsində həmin tarixə qeydə alınmış pensiya kapitalı və qulluq stajına görə ardıcıl gələn 60 ayın (may 2020 aprel 2025) orta aylıq əmək haqqının 80 faizindən müəyyən edilən əlavə, habelə, aylıq pensiya məbləğinin 10 faizi miqdarında hakimlərə ödənilən maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi və yaranacaq fərqin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar