Məhkəmə qərarları › İş №2-1(112)-12403/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12403/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12403/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı (İsmayıllı rayonunda qeydiyyatdadır), iddiaçının vəkili və nümayəndəsi Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, vəkil) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı "iddiaçının ölkədən çıxışına məhdudiyyətin aradan qaldırılması öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə üçüncü şəxs qismində Aazərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinə qarşı “İddiaçı barəsində ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi üçün Dövlət Sərhəd Xidmətinə müvafiq göstəriş vermək öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibаti Prоsеssuаl Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin 25 aprel 2023-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının Baş Prokurorluğu məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üçüncü şəxs qismində göstərilməklə, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyinin cavabdeh Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmənin 15 noyabr 2023-cü il tarixli qərardadlarına əsasən, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin aradan qaldırılması öhdəliyinin cavabdeh Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmiş, Dövlət Sərhəd Xidmətinin cavabdeh qismində iştirakına xitam verilərək, Dövlət Sərhəd Xidməti məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Qırğızıstan Respublikasında bir müddət direktoru olduğu hüquqi şəxslə digər hüquqi şəxs arasında yaranmış mülki mübahisəli məsələ cinayət hüquq müstəvisinə daşınmış və barəsində süni şəkildə başlanılmış cinayət işi üzrə şübhəli şəxs kimi axtarışa verilmişdir. Həmin axtarış əsasında Azərbaycan Respublikasına da qarşılıqlı hüquq yardım çərçivəsində saxlanılması barədə tələbnamə daxil olmuşdur. İddiaçı 2019-cu ilin oktyabr ayında Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn zaman saxlanılmış, Xəzər rayon Prokurorluğunda müvafiq qaydada izahatı alınmış və sərbəst buraxılmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 14 yanvar 2020-ci il tarixli, 12/1-3606- 19 saylı məktubla onun burada mühakimə olunması üçün Qırğızıstan Respublikasına müraciət göndərilmiş və 03-055- 2019-000544 saylı cinayət işi tələb olunmuşdur. Bu məktub göndərildikdən sonra Qırğızıstan Respublikasındakı vəkili tərəfindən əlaqədar qurumlara, xüsusi ilə Qırğızıstan Respublikası Baş Prokurorluğuna dəfələrlə müraciətlər olunmuşdur. Məktubun göndərildiyi tarixdən iki il sonra, ilk dəfə 16 dekabr 2021-ci il tarixində Qırğızıstan Respublikası Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olan müraciətlə bağlı Bişkek şəhər prokurorluğuna məktub göndərildiyini və sənədlərin tələb olunduğunu bildirmişdir. Daha sonra Bişkek prokurorluğuna, oradan da Bişkek şəhəri Oktyabr rayon prokurorluğuna və polis idarəsinə və təkrarən Qırğızıstan Respublikası Baş Prokurorluğuna iddiaçının vəkili tərəfindən dəfələrlə müraciət olunmuş, hər dəfə sənədlərin hazırlandığı, hazırlanmış sənədlərin rayon prokurorluğundan Bişkek şəhər prokurorluğuna göndərildiyi, oradan Baş Prokurorluğa gəlib çatmadığı barədə məlumatlar alınmış və təəssüf ki, nəticə əldə edilməmişlər. İddiaçının vəkili bütün bu prosesi hərtərəfli əks etdirən xx.xx.2022-ci il tarixli 4-cü məktubla Qırğızıstan Respublikası Baş Prokuroruna yenidən müraciət etmişdir. Belə ki, məktubda da qeyd edildiyi kimi Qırğızıstan hüquq mühafizə orqanları tərəfindən bu məsələ həll edilməmiş qalır. Bişkek şəhəri Oktyabr rayon prokurorluğunun xx.xx.2022-ci il tarix 5620-22 saylı məktubu ilə cinayət işi materiallarının tapıla bilməməsi səbəbi ilə təqdim olunmadığı iddiaçının vəkilinə bir daha bildirilmişdir. Qırğızıstan hüquq mühafizə orqanlarının yazışmaları bir daha göstərir ki, o materialların Azərbaycan Respublikasına göndərilməsini istəmirlər və süni şəkildə müxtəlif bəhanələrlə prosesi uzadırlar. İddiaçı Dövlət Sərhəd Xidmətindən 05 oktyabr 2022-ci il tarixində barəsində ölkədən çıxışa qoyulan məhdudiyyətin sifarişçisi barədə məlumat istəmiş, həmin təşkilatın 27 oktyabr 2022-ci il tarixli cavab məktubu ilə iddiaçıya tövsiyyə olunmuşdur ki, Daxili İşlər Nazirliyinə müraciət etsin. İddiaçı Daxili İşlər Nazirliyinə məktubla müraciət edərək, məhdudiyyətin götürülməsini xahiş etsə də, həmin təşkilat bu günə qədər müraciətinə cavab verməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən iddiaya etirazın təqdim edilməsinin tələb edilməsinə baxmayaraq cavabdeh iddiaya etirazını təqdim etməmişdir.

4. Üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğunun iddiaya dair təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, xx.xx.2019-cu iİ tarixində 338 saylı İstanbul- Bakı reysi ilə Bakı şəhərinə gələn zaman Heydər Əliyev adına Beynəlxalq hava limanının keçid məntəqəsində Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 204-cü maddəsinin 2ci hissəsi (bir qrup şəxs tərəfindən dələduzluq) ilə nəzərdə tutulmuş cinayəti törətdiyinə görə Bişkək şəhəri Daxili İşlər İdarəsi tərəfindən dövlətlərarası axtarışa elan edilmiş, xx.xx.1973-cu il təvəllüdlü İddiaçı saxlanılmış və Xəzər rayon prokurorluğuna çatdırılmışdır. Müəyyən edilmişdir ki, Qırğızıstan Respublikası Bişkek şəhər Pervomaysk rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının vətəndaşı olduğundan xx.xx.2019-cu il tarixində Xəzər rayon prokurorluğu tərəfindən şəxs barəsində “Başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Şəxsin müəyyən edilməsi barədə qarşı tərəfə xx.xx.2019-cu il tarixindən Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsi teleqram vasitəsilə məlumat verilmişdir. Ekstradisiya yoxlaması zamanı həmçinin Miqrasiya Xidmətindən Fariz Cəmillinin Azərbaycan Respublikasının vətəndaşı olması təsdiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07 oktyabr 2002-ci il tarixli Konvensiyaya və CPM-nin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli məktubla Fariz Cəmilli Azərbaycan Respublikasının vətəndaşı olduğundan onun Qırğızıstan Respublikasına ekstradisiyasından imtina edilmiş və həmin tarixdə «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07 oktyabr 2002-ci il tarixli Konvensiyaya uyğun olaraq şəxs barəsində cinayət işi qarşı tərəfdən sorğu edilmişdir. xx.xx.2023-cü il tarixli məktubda İddiaçı tərəfindən Qırğızıstan Respublikasının dövlətinə və vətəndaşlarına maddi ziyan dəydiyini və bu günə kimi ödənilmədıyini nəzərə alaraq, sorğu edilən cinayət işinin cinayət təqibinin davam etdirilməsi üçün Azərbaycan Respublikasına verilməsinin məqsədəmüvafiq hesab edilmədiyi göstərilmişdir. Nümayəndə çıxışının sonunda xx.xx.1973-cü il təvəllüdlü İddiaçı ölkədən çıxışına qoyulan məhdudiyyətin aradan qaldınlması ilə əlaqədar məsələnin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

İİ. İddianın növü və mümkünlüyü

5. Məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

6. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

7. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, müraciəti təmin edilməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmişdir, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

II. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: İddiaçının cavabdehə ünvanlanmış ərizəsinə və əlavə edilmiş qaiməyə əsasən iddiaçı cavabdehə müraciət edərək Azərbaycan Respublikasından çıxışına qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmişdir; İddiaçının Qırğızıstan Respublikasında vəkili olmuş C.Murzaliyevin Qırğızıstan Respublikasının Baş Pokuroruna və Bişkək şəhər prokuroruna ünvanlanmış məktublarına əsasən Qırğızıstan Respublikasında İddiaçı barədə axtarış elan edilmişdir, xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən iddiaçı barədə məhkəməyəqədər icraat materiallarının (iş №03-055-2019-000544) göndərilməsi haqqında məktub Qırğızıstan Respublikasının Bişkək şəhərinin prokurorluğuna daxil olmuşdur, qeyd edilənlə bağlı iddiaçının vəkili həmin sorğunun hansı qurumda icraatda olması, Azərbaycan Respublikasının Baş Prokuroruna müvafiq cavab verilib verilməməsi və bu sorğu ilə bağlı hansı tədbirlərin görülməsi barədə məlumat verilməsini xahiş etmişdir; Qırğızıstan Respublikasının Bişkək şəhər Oktyabr rayon prokurorluğunun iddiaçının Qırğızıstan Respublikasındakı vəkili C.Murzaliyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı barədə məhkəməyəqədər icraat materiallarının (iş №03-055- 2019-000544) olduğu yer müəyyən edilmədiyi üçün onun prokurorluq orqanlarına təqdim edilməsi mümkün olmamışdır; Azərbaycan Respublikasının Baş X1 Əməkdaşlıq İdarəsinin rəis müavini S.Nəcəfzadənin Qırğızıstan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçı barədə Qırğızıstan Respublikasında cinayət işi barədə Azərbaycan Respublikasına xx.xx.2022-ci ildən heç bir cavab verilməmişdir.

11. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət qoyulmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-20/2-12093/23 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-13-20/2- 13549/23 məktublarına əsasən, iddiaçı barədə Qırğızıstan Respublikasının CM-nin 204.1, 204.2.2 və 204.3-cü maddələri ilə aparılan cinayət təqibi üzrə xx.xx.2019-cu il tarixdən Qırğızıstan Respublikasının Bişkək şəhəri Daxili İşlər İdarəsinin Oktyabr rayon Daxili İşlər İdarəsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı dövlətlərarası axtarış elan olunmuş və buna əsasən iddiaçı “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilmişdir;

III. Məhkəmənin mövqeyi

12. Məhkəmə iddiaçını, iddiaçının nümayəndəsini və vəkilini dinləyərək, üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsinin əvvəlki məhkəmə iclaslarında etdiyi çıxışını nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

13. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

14. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ hissəsinə əsasən h ər kəsin azadlıq hüququ vardır, İİ hissəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər, İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 2-ci bəndinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır, 3-cü bəndinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

16. Azərbaycan Respublikasının MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

17. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 1- ci maddəsinə əsasən qanunda aşağıdakı anlayışlardan istifadə olunur:polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; Həmin Qanunun 3-cü maddəsinə əsasən “ İ. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; 2) cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; 2-1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək; 3) şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektləri mühafizə etmək; 5) törədilmiş cinayətləri açmaq; 6) cinayətlərin qeydiyyatını və uçotunu aparmaq; 7) cinayətkarları aşkara çıxarmaq və tutmaq; 8) səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparmaq; 9) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq; 10) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyataxtarış fəaliyyətini həyata keçirmək; 11) kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək; 12) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq təcridxanalarında əməliyyat-axtarış fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə birgə həyata keçirmək; 13) hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq məqsədi ilə müqavilələr bağlamaq; 14) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə-qeydiyyat işlərini aparmaq; 15) yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək; 16) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; 17) yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək.

18. Azərbaycan Respublikasının CPM-nin 154.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda həmin şəxslər barədə prosessual məcburiyyət tədbiri qətimkan tədbiri seçilir. Həmin Məcəllənin 7.0.38-ci maddəsinə əsasən qətimkan tədbiri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir; Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən qətimkan tədbirləri aşağıdakılardır: 154.2.1. həbs; 154.2.2. ev dustaqlığı; 154.2.3. girov; 154.2.4. başqa yerə getməmək barədə iltizam; 154.2.5. şəxsi zaminlik; 154.2.6. təşkilatın zaminliyi; 154.2.7. polisin nəzarəti altına vermə; 154.2.8. yetkinlik yaşına çatmayanı nəzarət altına vermə; 154.2.9. komandanlığın müşahidəsi altına vermə; 154.2.10. vəzifədən kənarlaşdırma. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən başqa yerə getməmək haqqında iltizamı şübhəli və ya təqsirləndirilən şəxsdən cinayət prosesini həyata keçirən orqan alır.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0-ci maddəsinə əsasən bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 20.Məhkəmə inzibati işə baxan zaman müəyyən etmişdir ki, iddiaçının ölkədən çıxışına məhdudiyyət qoyulması üçün əsaslar müəyyən edilmir. Belə ki, əvvəla Azərbaycan Respublikasının MPM-nin 231.3-cü, 305.1.12-ci maddələri ilə nəzərdə tutulmuş qaydada iddiaçının borclu qismində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması halı müəyyən edilməmişdir. İşin faktiki hallarına və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi məlumata əsasən iddiaçının ölkədən çıxışına məhdudiyyət cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qoyulmuşdur. Məhkəmə qeyd edir ki, inzibati iş üzrə aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ölkədən çıxışına məhdudiyyət cinayət təqibi üzrə cinayətprosessual fəaliyyəti ilə bağlı olmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının azadlığını – ölkədən çıxma hüququnu məhdudlaşdırmağa əsas verə bilən iddiaçının hər hansı bir cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarlar, iddiaçının hər hansı bir cinayətdə təqsirli bilinməsi barədə məhkəmə hökmü və bununda əsasında iddiaçı barəsində iddiaçının qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə iddiaçının hüquqlarını müvəqqəti məhdudlaşdıran prosessual məcburiyyət tədbiri - qətimkan tədbirinin seçilməsi barədə qərarlar məhkəməyə təqdim edilməmişdir.

21. Cavabdehin iddiaçı barədə Qırğızıstan Respublikasının CM-nin 204.1, 204.2.2 və 204.3-cü maddələri ilə aparılan cinayət təqibi üzrə xx.xx.2019-cu il tarixdən Qırğızıstan Respublikasının Bişkək şəhəri Daxili İşlər İdarəsinin Oktyabr rayon Daxili İşlər İdarəsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı dövlətlərarası axtarışa elan olunması və buna əsasən sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilməsi barədə bildirdikləri ilə bağlı isə məhkəmə qeyd edir ki, qeyd edilən həbs qətimkan tədbiri barədə qərar məhkəməyə təqdim edilməmiş və həmin qətimkan tədbirinin olduğu yer barədə məhkəməyə məlumat verilməmişdir. Əksinə Qırğızıstan Respublikasının Bişkək şəhər Oktyabr rayon prokurorluğunun iddiaçının Qırğız Respublikasındakı vəkili C.Murzaliyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı barədə məhkəməyəqədər icraat materiallarının (iş №03- 055-2019-000544) olduğu yer müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Baş X1 Əməkdaşlıq İdarəsinin rəis müavini S.Nəcəfzadənin Qırğızıstan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, iddiaçı barədə Qırğız Respublikasında cinayət işi barədə Azərbaycan Respublikasına xx.xx.2022-ci ildən heç bir cavab verilməmişdir.

22. Məhkəmə hesab edir ki, iddiaçının təqsirli və şübhəli şəxs qismində cəlb edilməsi barədə qərar olmadığı, onun barəsində ittihamedici məhkəmə hökmünün icrası ilə bağlı hərəkət azadlığına məhdudliyyətin qoyulması haqqında prosessual məcburiyyət tədbiri olmadığı halda cavabdehin iddiaçının azadlığına – ölkədən çıxışına məhdudiyyət qoyması iddiaçının azadlıqlarına qanunauyğun olmayan müdaxilədir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

23. Məhkəmə hesab edir ki, iddiaçının hazırda ölkədən çıxışına məhdudiyyət qoyulmasında ifadə olunan cavabdehin hərəkətləri ilə iddiaçının Azərbacan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində təsbit edilən azadlıq hüquqlarına əsassız müdaxilə edilmişdir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

25. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, İddiaçı ölkədən xaricə çıxışı ilə bağlı qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır.

27. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ölkədən xaricə çıxışı ilə bağlı qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar