Məhkəmə qərarları › İş №2-1(112)-12569/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12569/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12569/2025 19.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasya İdarəsinə qarşı “iddiaçının atası haqqında olan fərdi məlumatların və hansı sənəd əsasında qeydiyyatının aparılması haqqında məlumatın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasya İdarəsinə qarşı iddiaçının atası haqqında olan fərdi məlumatların və hansı sənəd əsasında qeydiyyatının aparılması haqqında məlumatın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atasının şübhəli ölümündən sonra araşdırma nəticəsində pasport qeydiyyatı mövcud olmayan bir ünvana aparılıb. Ortada bir çox cinayət bağlı şübhəli məqamlar olduğu üçün ərizə ilə cavabdehə hansı sənədlər əsasında mövcud olmayan bir ünvana qeydiyyat aparıldığını müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşayış yerinin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı qaldırılmış, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabını almışdır, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümayəndəsini göndərməmiş, məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. ƏSƏSLANDİRMA HİSSƏSİ Tədqiq edilmiş sənədlər AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1985-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. XVİİİ-ЖГ 368743 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası X2r. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli 18/2-M-14458 nömrəli məktubunda göstərilmişdir ki, “İnfromasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən fərdi məlumatların verilməsi “Fərdi məlulatlar haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada həyata keçirilir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fərdi məlumatların istənilən üçüncü şəxs verilməsinə yalnız subyektin razılığı əsasında yol verilir. DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 xx.xx.2024-cü ildə ölüm səbəbindən ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmışdır. Məhkəmə sorğusu əsasında Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-28585 nömrəli cavab məktubunda bildirilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, X4, ev 7/4 a ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş və ona məxsus olmuş şəxsiyyət vəsiqəsi ölüm səbəbində deaktiv edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlər müəyyən edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri piblik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 07 oktyabr 2025-ci il tarixli məktubunda məhkəməyə bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin mövqeyi « İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanuna əsasən: Maddə 1. Qanunun məqsədi Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. Maddə 9. İnformasiya sahibləri 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; Maddə 15. İnformasiyanın əldə edilməsi haqqında sorğu (...) 15.3. Fərdi məlumat tələb olunduqda, yaxud dövlət və ya bələdiyyə qulluqçusu qulluq vəzifəsini yerinə yetirmək üçün sorğu verdikdə, informasiya əldə etməyin zərurəti əsaslandırılmalıdır. Fərdi məlumatların verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir. Maddə 20. Araşdırmanın nəticəsi barədə qərar 20.1. İnformasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 20.1.1. sorğunun icrasından imtina edir; 20.1.2. sorğunun icrasını təmin edir; 20.1.3. sorğunu aidiyyəti informasiya sahibinə göndərir. Maddə 21. İnformasiya sorğusunun icra edilməsindən imtina 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; (...) 21.3. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Maddə 38. Fərdi məlumatlar 38.1. Əldə olunmasına məhdudiyyətlər qoymaqla fərdi məlumatları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etmək olar. 38.3. Əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır: (...) 38.3.2. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar; 38.4. Bu maddədə göstərilən fərdi məlumatlar alındığı və ya sənədləşdirildiyi gündən onların əldə olunmasına məhdudiyyətlər qoyulur. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2. Qanunda istifadə olunan əsas anlayışlar 2.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat; 2.1.2. fərdi məlumatların subyekti (bundan sonra — subyekt) — barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs; 2.1.3. fərdi məlumatların informasiya sistemi — qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən informasiya sistemi; 2.1.4. fərdi məlumatların informasiya ehtiyatları — qanunvericiliklə müəyyən edilmiş qaydada və həcmdə fərdi məlumatların informasiya sistemlərində, habelə ayrıca toplandığı informasiya ehtiyatları; 2.1.5. fərdi identifikasiya nömrəsi — fərdi məlumatların informasiya sistemlərinə barəsində fərdi məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz kod; 2.1.6. xüsusi kateqoriyalı fərdi məlumatlar — fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar; 2.1.7. fərdi məlumatların toplanılması — subyekt barəsində fərdi məlumatların sənədləşdirilmiş qaydada qanuna uyğun olaraq əldə edilməsi; 2.1.8. fərdi məlumatların işlənilməsi — fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi); 2.1.9. fərdi məlumatların mülkiyyətçisi (bundan sonra — mülkiyyətçi) — qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların informasiya sistemi və ya ehtiyatı üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən, fərdi məlumatların işlənilməsi məqsədini müəyyən edən dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs; 2.1.10. fərdi məlumatların operatoru (bundan sonra — operator) — fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirən fərdi məlumatların mülkiyyətçisi və ya onun bu funksiyaları müəyyən həcmdə və şərtlərlə həvalə etdiyi dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs; 2.1.11. fərdi məlumatların istifadəçisi (bundan sonra — istifadəçi) — yalnız özü üçün zəruri informasiyanın əldə olunması məqsədi ilə səlahiyyətləri daxilində mülkiyyətçi tərəfindən müəyyən edilmiş qaydada və həcmdə fərdi məlumatlardan istifadə hüququ verilmiş dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs; 2.1.12. fərdi məlumatların yayılması — fərdi məlumatların media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılması; 2.1.13. fərdi məlumatların verilməsi — fərdi məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada sorğu əsasında maddi daşıyıcılarla və ya informasiya texnologiyaları vasitəsilə istifadəçilərə təqdim edilməsi; Maddə 8. Subyektin özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə razılığı 8.3. Subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Maddə 13. Fərdi məlumatların verilməsi 13.1. Bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı (o cümlədən X1 Sistemi üzərindən) razılığı ilə yol verilir. İddia ərizəsindən görünür ki, iddiaçının hazırki hüquqi marağı atası haqqında olan fərdi məlumatların və hansı sənəd əsasında qeydiyyatının aparılması haqqında məlumatın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. Məhkəmə gedişatında məlumat alınmışdır ki, iddiaçının mərhum atasının yaşayış yeri olmuş qeydiyyatda ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak deyildir. Yuxarıda qeyd edilmiş mövcud qanunvericilik şəxs (vəfat etmiş şəxs) barədə olan fərdi məlumatların verilməsini xüsusi qaydada tənzimləyir və üçüncü şəxslərə təqdim olunmasını məhdudlaşdırır. Belə ki, “İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu”nun 15.3-cü maddəsinə əsasən fərdi məlumatların verilməsi “Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun həyata keçirilir. Bu norma xüsusi qanuna istinad etməklə fərdi məlumatların açıqlanmasının ümumi informasiya əldə etmək hüququ çərçivəsində deyil, məhz fərdi məlumatların qorunması prinsipləri əsasında həll edilməli olduğunu müəyyən edir. “Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu”nun 13.1-ci maddəsinə əsasən, həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız fərdi məlumat subyektinin razılığı ilə yol verilir. İddiaçı isə mərhum atasına aid məlumatları tələb etməklə üçüncü şəxs qismində çıxış edir. İddiaçının vərəsəsi olmasına dair müvafiq sənədlər mövcud deyil. Qanunvericilikdə nəzərdə tutulmuş digər halların (məsələn, məhkəmə qərarı, və s.) iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Təkcə qohumluq münasibətinin mövcudluğu fərdi məlumatların açıqlanması üçün müstəqil hüquqi əsas təşkil etmir. İnzibati orqan yalnız qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərə bilər. Qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış məlumatın açıqlanması inzibati orqan üçün hüquq deyil, əksinə, hüquqi məsuliyyət yarada biləcək haldır. Bu baxımdan cavabdehin imtinası qanunauyğun davranış kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Maddə 11. Qanunçuluq prinsipi - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasya İdarəsinə qarşı “iddiaçının atası haqqında olan fərdi məlumatların və hansı sənəd əsasında qeydiyyatının aparılması haqqında məlumatın verilməsi cavabdehə həvalə edilməsi ” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar