Məhkəmə qərarları › İş №2-1(112)-12726/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12726/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12726/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 Mirmehdi oğlunun iştirakları ilə İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı qərarın qəbul edilməsi tələbinə dair inzibati işə hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 İzzətoviç, İddiaçı5 Mirmehdi oğlu və İddiaçı6 cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adı çəkilən redaksiyalar və digər yaradıcı qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin Komitənin vahid sistemini təşkil etdiyi və bilavasitə Komitədə funksiyalarının icrasının təmin etdiyi, büdcədən maliyyələşdiyi üçün sözügedən qurumda mövcud olmuş kiçik redaktor, redaktor, rejissor və operator vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusu kimi pensiyalarının yenidən hesablanması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar İddiaçı1 (1980-cı ildən redaktor), İddiaçı3 (1979-cu ildən redaktor), İddiaçı4 (1978-ci ildən redaktor), İddiaçı2 (1975-ci ildən rejissor), İddiaçı5 Mirmehdi oğlu (1974-cü ildən rejissor), İddiaçı6 (1968-ci ildən operator) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyət göstərmişlər. Lakin vaxtı ilə (1991-ci il oktyabrın 18-dək) dövlət orqanında işləməklərinə baxmayaraq onlara dövlət qulluqçusu kimi pensiya təyin etməyiblər. Bunu onların Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində tutduğu vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının aparılmadığı ilə əsaslandırırlar. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 10 may tarixli, 149 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamədən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi İttifaq-Respublika orqanıdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 10 may 149 saylı qərarına 2 saylı əlavənin 3-cü maddəsində adı çəkilən redaksiyalar və digər yaradıcı qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin Komitənin funksiyalarının icrasını təmin edir, işçilərin say həddi Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunur və büdcədən maliyyələşir. Bu isə onu göstərir ki, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi Mərkəzi icra hakimiyyəti orqanına bərabər statusdadır. Bütün bunları nəzərə alaraq onlar qurumda tutduqları vəzifələrin-redaktor, rejissor, operator vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin “Təsnifat Toplusu”nda göstərilən vəzifələrə uyğunlaşdırılması üçün Azərbaycan Respublikası Cavabdehnə dəfələrlə müraciət etmişlər və xahiş etmişlər ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il 18 oktyabradək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin, inzibati və yardımçı vəzifələrin “Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında dəyişiklik edilsin və Dövlət Teleradio verilişləri komitəsinin sabiq işçilərinin - kiçik redaktorların, redaktorların, rejissorların, operatorların unudulmuş hüquqları bərpa edilsin, həmin vəzifələr Təsnifat Toplusunun siyahısına salınsın. Lakin həmin müraciətlər hər dəfə müxtəlif instansiyalara göndərilib və aldıqları cavablar onları qane etməyib. Nəticədə onlar Bakı İnzibati Məhkəməsinə müraciət etməli olmuşlar. 2022-ci il iyul ayının 20-də keçirilən məhkəmədə hakim onlara qaldırdıqları məsələ ilə bağlı əlaqədar orqanların - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının X3 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi rəyləri təqdim etdi. Rəylərlə tanış olduqdan sonra onlar iddia ərizələrini geri götürmüşlər və verilən rəylər də əlavə olunmaqla Cavabdehnə bir daha müraciət etməyi qərara almışlar. Ədliyyə Nazirliyinin verdiyi rəydə qeyd olunurdu ki, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio verilişləri Komitəsinin İttifaq-Respublika orqanı olması, Əsasnaməsinin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusda olması qənaətinə gəlinir. Bu səbəbdən müracətdə qeyd olunan vəzifələrin uyğunlaşdırılmasını Cavabdeh 2007-ci il 15 may tarixli 77 nömrəli qərarına dəyişiklik edilməsi yolu ilə həlli məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin verdiyi rəydə bildirilir ki, «Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik huquqi şəxsin Nizamnaməsi»nin 2.1.1-ci yarımbəndinə əsasən dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək X3 vəzifələrinə aid edilmişdir. Ona görə də sabiq Televiziya işçilərinin qaldırdığı məsələyə X3 rəyi əsasında baxılmasını məqsədəuyğun hesab edirlər. Azərbaycan Respublikası Dövət İmtahan Məhkəzinin verdiyi rəydən aydın olur ki, Mərkəzdə Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq olunmuş «Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio verilişləri Komitəsi haqqında Əsasnamə və həmin qərara 2 nömrəli əlavə - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio verilişləri Komitəsinin strukturu dərindən öyrənilmiş, aydın və dolğun bir rəy verilmişdir. Rəydə deyilir: «Azərbaycan Televiziyası və Azərbaycan Radiosu, o cümlədən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin Komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, rejissor və s. vəzifələrin «İnzibati və yardımçı vəzifələrin “Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uğyunlaşdırılmasına etiraz etmirlər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikası Cavabdeh Aparatının rəhbəri cənab Rüfət Məmmədova göndərdiyi rəy isə ancaq təəssüf doğurur. Nazirlik yazdıqları məktubda bildirir ki, «keçmiş Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsinin yanında fəaliyyət göstərən Azərbaycan Televiziya və Radio Mərkəzinin işçilərinin vəzifələrinin, mövcud dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasını məqsədə müvafiq hesab etmirik». Düz eləyirlər, çünki onlar təsərrüfat hesablı idarədir. Televiziya və radio verilişlərinin translyasiyası ilə məşğul olurlar və onlar o idarənin işçiləri deyillər, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsinin işçiləridirlər. Onlar yaradıcı işçilər olmuşlar, verilişlər hazırlamışlar. Dəfələrlə qeyd etmişlər ki, onlar rejissorların, operatorların, redaktorların pensiya təyinatından danışırlar. Daha sonra məktubda qeyd olunur ki, keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 10 may tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio verilişləri Komitəsi haqqında Əsasnamənin 3-cü hissəsinə (maddəsi demək istəyiblər) və həmin Əsasnaməyə 10 may 1971-ci il tarixli 2 saylı əlavəyə görə Azərbaycan Televiziya və X9 yanında təsərrüfat hesablı müəssisə kimi yaradılmışdır. Bir dəqiqləşdirmə aparmaq istəyirlər ki, həmin əlavə Komitənin strukturudur (quruluşudur), 8 maddədən ibarətdir. Onun İİİ maddəsi Azərbaycan Televiziyasıdır (AzTV). 13 bənddən ibarət olan bu maddə televiziyanın proqram direktorunluğunu, Təbliğat baş redaksiyasını, Xəbərlər baş redaksiyasını, Xalq Təsərrüfatı baş redaksiyasını, rejissor qurpunu, operator qrupunu, rəssamlar qrupunu və s. özündə ehtiva edir. Təsərrüfat hesablı Azərbaycan Televiziya və Radio Mərkəzi isə həmin əlavənin Vİİİ maddəsində öz əksini tapıb. Görünür, cavabı hazırlayan nazirliyin əməkdaşları 2 saylı əlavəni axıradək oxumayıblar, oxusaydılar, yəqin ki, belə kobud səhvə yol verməzdilər. Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsi ilə Televiziya və Radio Mərkəzini bir-birindən ayırmaq, yəni bu qədər çətindir? Lakin çox təəssüflər olsun ki, Cavabdehnə müraciətlərinin bu dəfə də bir nəticəsi olmadı. Belə ki, 27 iyul 2022-ci il tarixdə Cavabdehnə ünvanladıqları ərizədən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq heç bir cavab almamışlar. Halbuki, qəbul otağında məktubu verdikləri əməkdaş Fərid Kərimov müraciətlərinə 1 ay müddətinə cavab veriləcəyini bildirmişdir. (Ərizənin qəbul olunduğu barədə üzərində qeyd olan ikinci nüsxə əlavə olunur). Ona görə də onlar yenidən məhkəməyə müraciət etmək qərarına gəlmişlər. “Əmək pensiyaları haqqında'' Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabradək dövlət, sovet partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin və yardımçı vəzifələrin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli Fərmanının 2-ci bəndini, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununu 7-ci maddəsini rəhbər tutaraq məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5 Mirmehdi oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı6 və cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı6 və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə İddiaçı6 və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən iddiaçıların izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı1 məxsus xx.xx.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı1 xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilə qədər Qardabani rayonu, Qaratəhlə sovxozunda işçi, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə qədər Kirov Universitetinin hazırlıq kursunda dinləyici, xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilə qədər Kirov Universitetində Jurnalistika fakultəsində tələbə, xx.xx.1980-ci ildən xx.xx.1991-ci ilə qədər Dövlət Televiziya və Radio Yayımları Komitəsində müxbir və redaktor, xx.xx.1991-ci ildən xx.xx.2005-ci ilə qədər “Publistika” şöbəsinin, “İnsan və Qanun” şöbəsinin və “Hüquq” şöbəsinin müdiri, xx.xx.2005-ci ildən xx.xx.2011-ci ilə qədər Azərbaycan Teleradio Verilişləri QSC-nin “İqtisadiyyat proqramları şöbəsinin müdiri və “İctimai-Siyasi proqramları” Baş redaksiyasının böyük redaktor, xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilə qədər "xxxx" MMC-nın Azərbaycan Respublikasındakı filialında hüquqşunas, xx.xx.2014cü ildən “Nicat” X1 Studiyasında direktor vəzifələrində işləmişdir. - İddiaçı2 məxsus xx.xx.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı2 xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə, xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitəsində televiziya rejissorunun köməkçisi, xx.xx.1978-ci ildən xx.xx.1991-ci ilə qədər televiziya rejissorunun assisenti, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər 5-ci dərəcəli foto-laborant, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər televiziyanın “Uşaq” yaradıçılıq birliyində 3-cü dərəcəli rejissor, xx.xx.1994-cü ildən xx.xx.2005-ci ilə qədər televiziyanın “İqtisadiyyat və sosial həyat verlişləri” baş redaksiyasının 3-cü dərəcəli, 2-ci dərəcəli, ail dərəcəli rejissoru, xx.xx.2005ci ildən xx.xx.2006-cı ilə qədər Azərbaycan Teleradio Verilişləri QSC-də televiziyanın “Xəbərlər və İctimai-Siyasi Proqramlar” redaksiyasının “Sosial proqramlar” şöbəsində ali dərəcəli rejissor, xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilə qədər televiziyanın “İctimai siyasi proqramlar” baş redaksiyasında ail dərəcəli rejissor vəzifələrində işləmişdir. - İddiaçı5 məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı5 xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilə qədər Nizami kinoteatrında administrator, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilə qədər X4 təbliğat bürosunun Azərbaycan şöbəsində təşkilatçı-rejissor, xx.xx.1975-ci ildən xx.xx.1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitəsində televiziya rejissorunun köməkçisi, televiziya rejissorunun assisenti, üçüncü dərəcəli rejissor, xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilə qədər televiziyanın “Üfüq” yaradıçılıq birliyində 2-ci dərəcəli, 1-ci dərəcəli rejissor, xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilə qədər Azərbaycan Teleradio Verilişləri QSC-də televiziyanın “Uşaq, Gənclər və İdman” redaksiyasının “Uşaq” şöbəsində 1-ci dərəcəli rejissor, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər televiziyanın “Uşaq Verilişləri” baş redeksiyasına 1-ci dərəcəli rejissor, xx.xx.2007-ci ioldən xx.xx.2008-ci ilə qədər televiziyanın “Uşaq və gənclər” baş redaksiyasında 1-ci dərəcəli rejissor vəzifələrində işləmişdir. - İddiaçı6 məxsus xx.xx.1968-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı6 xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə qədər Azərbaycan SSR Radio və X2 işıqçı, xx.xx.1969-сu ildən xx.xx.1969-cu ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitəsinin “Ekran” yaradıcılıq birliyində operator assisenti, xx.xx.1971-ci ildən xx.xx.2001-ci ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitəsində operator assenti, 3-cü, 2-ci və 1-ci dərəcəli kinooperator, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər televiziyanın “Videoçəkiliş operatorları” şöbəsində 1-ci dərəcəli videoçəkiliş operatoru, xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilə qədər Azərbaycan Teleradio Verilişləri QSC-də televiziyanın “Videoçəkiliş operatorları” şöbəsində 1-ci dərəcəli videoçəkiliş operatoru, mühəndis, redaksiyalar üzrə “Operatorlar” qrupunda mühəndis vəzifələrində işləmişdir. - İddiaçı4 məxsus xx.xx.1960-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı4 xx.xx.1960-cı ildən xx.xx.1962-ci ilə qədər dülgər işləmiş, xx.xx.1967-ci ildən xx.xx.1971-ci ilə qədər Ədəbiyyat İnstutunda təhsil almış, xx.xx.1971-ci ildən xx.xx.1971-ci ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitəsində radio ədəbiyyatı redaksiyasında kiçik redaktor, xx.xx.1971-ci ildən xx.xx.1971-ci ilə qədər Azərbaycan Yazıçılar Biriliyinin “Ulduz” jurnalında müxbir, xx.xx.1971-ci ildən xx.xx.1978-ci ilə qədər Natavan klubunda müdir müavini, xx.xx.1978-ci ildən xx.xx.2005-ci ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitəsində kiçik redaktor, redaktor vəzifələrində işləmişdir. - İddiaçı3 məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı3 xx.xx.1971-ci ildən xx.xx.1971-ci ilə qədər mühasib, xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilə qədər Ağdam şəhər 4 №-li 8 illik mətkəbdə pioner baş dəstə rəhbəri işləmiş, xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilə qədər Kirov adına X10 ordenli Azərbaycan Dövlət Universitetində jurnalistika fakultəsində təhsil almış, xx.xx.1977-ci ildən xx.xx.1991ci ilə qədər Azərbaycan SSR Dövlət Televiziya və Radio Yayımları Komitəsində radio ədəbiyyatı redaksiyasında kiçik redaktor, redaktor, xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilə qədər Azərbaycan Teleradio Yayımları Kompaniyasında böyük redaktor, televiziyanın “İqtisadiyyat və sosial həyat” yaradıcılıq bilrliyinin iqtisadiyya şöbəsinin müdiri, xx.xx.1996cı ildən xx.xx.1997-ci ilə qədər “De fakto” qəzetinin baş redaktoru, xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə qədər AİJA-da məsul katib, aparat rəhbərinin müavini, xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilə qədər “Vətən uğrunda” qəzetinin baş redaktor müavini vəzifələrində işləmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli 14659 və 17733 nömrəli tapşırıqlarının icrası ilə bağlı xx.xx.2022-ci il tarixli, xx/xx-1646/3 №-li məktubun surətindən görünür ki, iddiaçılar X7, İddiaçı3 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı məktublara doğru cavab verilməsi tələbinə dair inzibati işlə əlaqədar sözügedən məhkəmənin Cavabdeh Aparatının rəhbərinə ünvanlanmış müraciətinə aidiyyəti üzrə baxılmışdır. Qanunverciliyin tələblərinə uyğun tədbirlərin görülməsi bağlı tapşırığın əsas icraşısı kimi tərəflərindən müvafiq layihə baş idarəyə təqdim edildikdə ona dair münasibətin bildirilməsi təmin ediləcəkdir. Əlavə olaraq qeyd edilir ki, Azerbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ittifaq-respublika orqanı olması, Əsasnaməsinin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərəbər statusda olması qənaətinə gəlinir. Bu səbəbdən müraciətdə qeyd edilən vəzifələrin uyğunlaşdırılmasının Cavabdeh 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarına dəyişiklik edilməsi yolu ilə həlli məqsədəuyğun hesab edilir. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Cavabdeh Aparatına ünvanlanmış müvafiq vəzifələrin dövlət qulluğu stajı kimi nəzərə alınması barədə 13 iyul 2022-ci il tarixli, MİHO/1.1-2-2022-4053 №-li məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Cavabdeh müvafiq dərkənarları ilə Nazirliyə daxil olmuş, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin keçmiş Azərbaycan SSR X5 Televiziya və Radio Verilişləri Komitəsinin və Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin tabeliyində olmuş Azərbaycan televiziyasında və Azərbaycan radiosunda vaxtilə müxtəlif yardımçı (kiçik redaktor, redaktor böyük redaktor, rejissor, diktor, filmoteka müdiri və s.) vəzifələrdə işlədikləri müddətin dövlət qulluğu stajı kimi nəzərə alınması və həmin staja görə əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavənin hesablanıb ödənilməsi məsələsi ilə bağlı kollektiv müraciətlər barədə 2022-cı il 18 may tarixli, 2-1(112)-7385/2022 və 2022-ci il 8 iyun tarixli, 2-1(112)-73Ö5/2022 nömrəli məhkəmə sorğularına və əlavə edilmiş sənədlərə Maliyyə Nazirliyində aidiyyəti üzrə baxılmışdır. “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinin 2.1.1-ci yarımbəndinə əsasən dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək X3 vəzifələrinə aid edilmişdir. Bununla əlaqədar olaraq, məktubda qaldırılan məsələyə X3, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi əsasında baxılması məqsədəuyğun hesab edilir. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müvafiq məsələyə münasibət bildirilməsi haqqında xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-1953 №-li məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Cavabdeh Aparatının rəhbərinin 23 iyun 2022-ci il tarixli, 17425/14659aid nömrəli dərkənarına uyğun olaraq, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin və Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin tabeliyində olmuş Azərbaycan televiziyasında və Azərbaycan radiosunda müxtəlif vəzifələrdəki (kiçik redaktor, redaktor, böyük redaktor, rejissor, diktor, filmoteka müdiri və s.) iş müddətinin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla müvafiq vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması Siyahısına daxil edilib-edilməməsi, edilməli olduğu halda, razılaşdırılmış təkliflərin təqdim edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə“nin 1-ci hissəsinə əsasən, Komitə ittifaqrespublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən, Komitə respublikada televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan teleradio mərkəzi Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi X8 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə "Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu" təsdiq edilmişdir. Sözügedən Əlavəyə əsasən X6 (Plan-maliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi. Kadrlar və xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, Ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsaslı tikinti şöbəsi, İkinci şöbə), Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri. Texniki nəzarət şöbəsi. Komitənin tabeliyində olan müəssisə və təşkilatlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, Azərbaycan televiziyası və Azərbaycan radiosu; o cümlədən yuxarıda adıçəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, rejissor, diktor, filmoteka müdiri və s. vəzifələrin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz etmirlər. Nəzərə alması xahiş edilir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Cavabdeh Aparatına ünvanlanmış Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin bir qrup sabiq əməkdaşının müraciəti haqqında 19 iyul 2022-ci il tarixli, **********0 №-li məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Cavabdeh 23 iyun 2022-ci il tarixli, 17425/14659aid, 14659 nömrəli və 28 iyun 2022-ci il tarixli 17733 nömrəli dərkənarlarına əsasən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin bir qrup sabiq əməkdaşının müraciətlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Müraciətdə qeyd olunan məsələ ilə bağlı bildirilir ki, keçmiş Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin yanında fəaliyyət göstərən Azərbaycan Televiziya və Radio Mərkəzinin işçilərinin vəzifələrinin mövcud dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasını məqsədə müvafiq hesab etmirlər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiq edilmişdir. Həmin Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması isə Azərbaycan Respublikası Cavabdeh tərəfindən müəyyən edilir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi, həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət orqanı isə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Bildirilir ki, keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 10 may tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnaməsi’’nin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsi və həmin Əsasnaməyə 10 may 1971-ci il tarixli 2 saylı əlavəyə görə Azərbaycan Televiziya və X9 yanında təsərrüfat hesablı müəssisə kimi yaradılmışdır. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Digər tərəfdən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin 2.2-ci bəndində müəyyən edilmişdir ki, pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cavabdeh, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış "2020-2022-ci illər üçün Baş Kollektiv Saziş”də pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırmanın, eləcə də bu sahədə maliyyə dayanıqlılığının təmin edilməsi üçün təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi əsas vəzifələr olaraq müəyyən edilmişdir. Nəzərə alınması xahiş edilir. - İddiaçılar tərəfindən Azərbaycan Respublikasının Baş Nazirinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, adı çəkilən redaksiyalar və digər yaradıcı qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio verilişləri Komitəsinin struktrunda nəzərdə tutularaq həmin Komitənin vahid sistemini təşkil etdiyi və bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi, büdcədən maliyyələşdiyi üçün sözügedən qurumda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, rejissor, diktor, operator və s. vəzifələrin «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»nda göstərilən dövlət qulluğu və vəzifələrinə uyğunlaşdırılmasına Cavabdehndə baxılması və onlara cavab verilməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izhatlarını dinləyib, iş materiallarını araşdırıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinin İ hissəsinə əsasən ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Cavabdeh qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Cavabdeh: - Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; - Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir; - maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir; - dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; - dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir; - nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir; - Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cavabdeh qərarları qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Məhkəmə qeyd edir ki, iddiaçıların çatmaq istədikləri hüquqi marağı Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verlişləri Komitəsində işlədikləri kiçik redaktor, redaktor, rejissor və operator vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən Dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və onlara dövlət qulluqçusu kimi pensiya təyin edilməsindən ibarətdir. Bununla bağlı iddiaçılar həmin vəzifələrin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"na daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası Cavabdeh tərəfindən müvafiq qərarın qəbul edilməsini tələb edirlər. Göründüyü kimi iddiaçılar tələblərində mahiyyətcə Cavabdeh tərəfindən qəbul edilmiş normativ hüquqi aktın dəyişdirilməsi, yəni ona əlavələr edilməsini istəyirlər. Halbu ki, belə tələb inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən inzibati məhkəmə icraatının predmeti kimi çıxış edə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddianın 2-ci hissəsindəki tələb isə hazırki iş üzrə cavabdehə qarşı deyil, əmək pensiyalarını təyinatını həyata keçərən orqana qarşı yönəldilməlidir. Hazırki cavabdeh həmin tələb üzrə cavabdehlik daşıya bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçıların hazırki tələbi üzrə iddianın mümkünlük şərtləri ödənilmir. Ona görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1 və qeyrilərinin iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar