Məhkəmə qərarları › İş №2-1(112)-13000/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13000/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13000/2025 26.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X10 kаtibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli, 3-33-3100/041Q nömrəli qərarının ləğv edilməsi, əsassız yazılmış 251265,48 manat gömrük borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı QSC cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “cavabdehin xx.xx.2025-ci il tarixli, 3-33-3100/041Q nömrəli qərarının ləğv edilməsi, əsassız yazılmış 251265,48 manat gömrük borcunun silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə onunla əsaslandırmışdır ki, Candela Corporation şirkəti ilə 01 yanvar 2018-ci il tarixli distribütorluq müqaviləsinə əsasən "Arash" firması bəzi tibbi avadanlıqların Azərbaycan Respublikası ərazisində rəsmi satışını həyata keçirmə hüququ əldə etmişdir. Müqavilədə nəzərdə tutulan Candela GentleLase Pro-U lazer sistemi tibbi avadanlıq sayıldığı üçün Araş Firması tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilmiş və həmin avadanlıq Nazirlik tərəfindən TV seriyalı 01752 saylı dövlət qeydiyyatına alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Avadanlıq tibbi təyinatlı olduğundan, ölkəyə idxalından əvvəl Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "X6" publik hüquqi şəxsinə də müraciət olunmuş və 19 mart 2025-ci il tarixli 3-28/1/2-8351/2025 saylı məktubla həmin avadanlığın idxalına rəsmi icazə alınmışdır. Beləliklə, cihazın tibbi cihaz olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Malgöndərən (istehsalçı) şirkət invoys və avia-nəqliyyat qaiməsində hər zaman malın kodunu 9018 kimi qeyd edirdi. Sözügedən avadanlığın tibbi cihaz olubolmamasını müəyyən etmək üçün gömrük orqanı tərəfindən daha əvvəl - 2020-ci və 2022-ci illərdə - iki dəfə ekspertiza aparılmış, xx.xx.2020-ci il tarixli, 2200-013/0xxxx/005367 nömrəli və 17 may 2022-ci il tarixli, 2200-43/0xx-xx/002802 nömrəli ekspert rəylərində avadanlığın Candela" markalt "X19-U" modelli tüklərin, dəri piqmentlerinin ve kapilyar damarların müalicəsinde istifadə olunan tibbi lazer aparatı, candella maralı "X18" modelli üzrə 2-ci mövqeyi üzre Ekspert: xoşxassali piqmentli lezyonlar, diffuz qızartı və üz damarları, hörümçək və ayaq damarları, qırışlar, damar lezyonları, angiomalar və hemagiomalar venoz göl, şərabı ləkələn, PFB, dırnaq göbəliyinin müalicəsində istifadə olunan tibbi lazer aparatı. Yuxarıda qeyd edildiyi Azərbaycan Respublikası Gömrük Komitəsi X8 İdarəsi tərəfindən verilən 2020 və 2022-ci il tarixli ekspert rəylərindən də aydın olur ki, ölkəyə idxal edilən avadanlıq tibbi avadanlıqdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-3100/0030/2025 nömrəli qərarına əsasən İddiaçı QSC -nin ümumilikdə 251265,48 manat gömrük borcu yaranmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi iddia edir ki, həmin cihazlar tibbi məqsədi olmayan avadanlıqlar olduğundan, İddiaçı QSC həmin cihazları sənədləşdirərkən, “9018” kodu başlığı altında yox “8543” mal mövqeyində təsnif edilməli idi. Qərar aşağıdakılara əsasən əsassızdır və ləğv edilməlidir. İqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli qərarına əsasən ölkəyə idxal etdiyimiz Alexandrit Candella pro u aparatı 9018 90 8400 alt yardımçı mövqeyində bəyan olunmalı və 0 faiz dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilərək rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin qəbul etdiyi qərara münasibətdə bildirmək istəyirik ki, avadanlıq bütün dünyada tibbi avadanlıq kimi tanınır,və tibbi məqsəqlər üçün istifadə olunur: tüklərin, dəri piqmentlerinin ve kapilyar damarların müalicəsinde istifadə olunan tibbi lazer aparatı, candella maralı "X18" modelli üzre 2-ci mövqeyi üzre Ekspert: xoşxassali piqmentli lezyonlar, diffuz qızartı və üz damarları, hörümçək və ayaq damarları, qırışlar, damar lezyonları, angiomalar və hemagiomalar venoz göl, şərabı ləkələri, PFB, dırnaq göbəliyinin müalicəsində istifadə olunan tibbi lazer aparatı, gömrük tərəfindən verilmiş 2020 və 2022-ci il tarixli ekspert rəylərindədə qeyd edilir ki, avadanlıq tibbi avadanlıq funksiyalarını yerinə yetirir. Həmçinin idxal edilən avadanlığın tibbi cihaz olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən öz təsdiqini tapdığından, ona qeydiyyat vəsiqəsi verilərək, tibbi avadanlıq kimi qeydiyyata alınmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı QSC adından “GentleLase Pro-U” markalı lazer avadanlıqları xx.xx.2022-ci il tarixli **********2371 sorğu nömrəli; xx.xx.2022-ci il tarixli **********8643 sorğu nömrəli; xx.xx.2022-ci il tarixli **********2093 sorğu nömrəli; xx.xx.2022-ci il tarixli **********2096 sorğu nömrəli; xx.xx.2022-ci il tarixli **********6999 sorğu nömrəli; xx.xx.2022-ci il tarixli **********1046 sorğu nömrəli gömrük bəyannamələri əsasında ölkəyə idxal edərək «9018 90 8400» təsnifat kodunda bəyan edilmişdir. Əsas funksiyası estetik dəyişikliklər yaratmaq olan və orijinal konfiqurasiyada yalnız arzuolunmaz tüklərin epilyasiyası üçün nəzərdə tutulan “GentleMax Pro” və “GentleLase Pro-U” markalı lazer avadanlıqları Candela şirkətinin estetik və dermatoloji məqsədlər üçün nəzərdə tutulmuş lazer avadanlıqlarıdır. Gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin yarandığı tarixdən 3 il ərzində gömrük bəyannaməsində aşkarlanmış səhv nəticəsində yaranmış gömrük borcunun alınmasını nəzərdə tutan Gömrük Məcəlləsinin 249.2-ci maddəsinə müvafiq olaraq Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük idarəsi tərəfindən xx.xx.2025-ci il tarixində başlanılmış inzibati icraat zamanı həmin malların düzgün təsnifat kodunda bəyan edilmədiyi və nəticədə bəyannamələrdə aşkarlanmış səhvlər səbəbilə, ümumilikdə 251265,48 manat məbləğində gömrük borcunun yarandığı müəyyən edilərək xx.xx.2025- ci il tarixli 3-33-3100/041Q nömrəli Qərar qəbul olunmuşdur. İddiaçı QSC adından iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli 3-33-3100/041Q nömrəli Qərarının ləğv edilməsi xahiş olunmuşdur. Eyni zamanda İddiaçı QSC tərəfindən inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq məqsədilə sözgedən Qərarın icrasının dayandırılması üzrə müvəqqəti xarakterli təminat tədbirinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edilmişdir. Müvəqqəti xarakterli təminat tədbirinin tətbiqi barədə qəbul edilmiş 24 iyul 2025-ci il tarixli 15(112)-430/2025 nömrəli qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddianın uğurluluq ehtimalının az olması nəzərə alınmaqla ləğv edilmişdir. Əgər bir qurğu yalnız lazer şüası yaratmaq üçün nəzərdə tutulmuş texniki komponentlərdən ibarətdirsə, konkret əməliyyat və ya funksiyanı yerinə yetirmirsə «9013» mal mövqeyi üzrə sinifləşdiriləcəkdir. Lakin lazer şüası müəyyən funksiyanı yerinə yetirən bir maşın, aparat və ya cihazın ayrılmaz hissəsinə çevrilmişdirsə (lazer epilyasiya aparatı, lazer kəsmə maşını, lazerlə məsafəölçən və s.) lazer texnologiyasından istifadə edilməsinə baxmayaraq, malın təsnifatı zamanı nəzərə alınmalı əsas meyar, həmin lazerin istifadə edildiyi cihazın texnoloji və funksional təyinatıdır. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodların X5 yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən «9018» mal mövqeyində - Sintiqrafiya aparaturası daxil olmaqla tibbdə, cərrahiyyədə, stomatologiyada və ya baytarlıqda tədbiq edilən cihazlar və qurğular, digər tibbi elektrik aparatura və görməni müayinə etmək üçün cihazlar sinifləşdirilmişdir. Qrup 90-a dair Qeyd 3-də Nomenklaturanın XVİ bölməsinə istinad edilərək müvafiq bölməyə dair 3-cü və 4-cü qeydin müddəalarının həmçinin bu qrupa da şamil olunduğu müəyyən edilir. Hazırki halda iddiaçı yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş sənədlərə istinad etsə də, qeyd edilən sənədlər özlüyündə iddianın uğurluluq ehtimalının müəyyən edilməsi üçün kifayət deyildir. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən mübahisə predmeti olan malların tibb vasitəsi kimi qeydiyyata alınmasına dair verdiyi qeydiyyat vəsiqələri yalnız bu malların insan sağlamlığı üçün nə dərəcədə təhlükəli olmasının müəyyən edilməsinə münasibətdə verilmişdir. Səhiyyə Nazirliyinin ölkəyə idxal olunan malların təsnifat kodunun müəyyən etmək səlahiyyəti olmadığı kimi, vergi və gömrük rüsumlarını tətbiq edən orqan kimi də qanunvericiliklə hüquqları tanınmamışdır. Eyni zamanda, gömrük orqanı müvafiq lazer avadanlıqlarının tibb vasitəsi olması faktını inkar etmir. Belə ki, Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il tarixli 208-İİİQ nömrəli “Dərman vasitələri haqqında” Qanununun 1.0.29-cu yarımbəndinə əsasən tibb vasitəsi anlayışının əhatə dairəsinə “proqram təminatı” belə daxil edilirsə, bu həmin malın mütləq qaydada «9018» təsnifat kodunda bəyan olunması anlamına gəlməməlidir. Əlavə olaraq reagentlər, cərrahi əlcəklər, fiziki və kimyəvi analizlər üçün aparatlar, tənzif, sarğı vasitələri, tikiş sapları və s. kimi mallarda tibb vasitələri hesab olunsalar da, «9018» mal mövqeyində təsnif edilmir. Digər tərəfdən avadanlıqların tibb vasitəsi kimi qeydiyyata alınmasının hüquqi əsası beynəlxalq zərurətdən irəli gəlir ki, bu vəsiqələr bir növ ərizəçi (istehsalçı və ya onun nümayəndəsi) ilə məhsul arasındakı hüquqi əlaqəni rəsmi şəkildə təsdiqləyir. Belə ki, əsas funksiyası estetik dəyişikliklər yaratmaq olan və orijinal konfiqurasiyada yalnız arzuolunmaz tüklərin epilyasiyası üçün nəzərdə tutulan, eyni zamanda, əlavə başlıqlar və ya proqram təminatı (sensor) yolu ilə funksionallığı artırılaraq tibbi məqsədli modifikasiyalar əlavə olunan “GentleMax Pro” və “GentleLase Pro-U” markalı lazer avadanlıqları Candela şirkətinin estetik və dermatoloji məqsədlər üçün nəzərdə tutulmuş, eyni zamanda FDA, CE və TGA beynəlxalq sənədlər əsasında təhlükəsizliyi və effektivliyi təsdiq edilmiş lazer sistemləridir. Qeydiyyata alınmanın hüquqi əsasını ilk öncə Avropa Birliyinin müvafiq malların istehsalçısına münasibətdə müəyyən şərtlər daxilində vermiş olduğu CE markasının mövcudluğu təşkil edir. Qeydiyyat vəsiqələri 2025-ci il tarixli olub, səhv aşkar edilmiş gömrük bəyannamələrinin bəyan edildiyi və nəticədə gömrük borcunun yarandığı dövrü əhatə etmir, başqa sözlə, malların tibb vasitəsi kimi hüquqi qüvvəsi xx.xx.2025-ci il tarixindən sonrakı dövrü əhatə edir. Qeydiyyat vəsiqələrinin verildiyi tarix gömrük bəyannamələrinin təsdiq edildiyi dövrü əhatə etsə belə, Nazirlik tərəfindən vəsiqənin verilməsi üçün tələb edilən sənədlərdən də göründüyü kimi, avadanlıqların tibb vasitəsi kimi qeydiyyata alınmasının hüquqi əsası beynəlxalq zərurətdən irəli gəlir ki, bu vəsiqələr bir növ ərizəçi (istehsalçı və ya onun nümayəndəsi) ilə məhsul arasındakı hüquqi əlaqəni rəsmi şəkildə təsdiqləyir. Qeydiyyata alınmanın hüquqi əsasını ilk öncə tibb vasitəsinin istehsal olunduğu ölkədə dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - Avropa Birliyinin müvafiq malların istehsalçısına münasibətdə müəyyən şərtlər daxilində vermiş olduğu CE markasının tələbləri təşkil edir. xx.xx.2017-ci il tarixli “Tibbi cihazlar üzrə Tənzimləmə” normativinin ((EU) Regulations MDR 2017/745) XVİ X15 Nazirliyinin yuxarıda sözügedən xx.xx.2025-ci il tarixli 01752 və 01753 nömrəli qeydiyyat vəsiqələrində mübahisə predmeti olan lazer avadanlıqları yüksək (İİb) risk dərəcəsində dövlət qeydiyyatına alınmışdır. Tibb vasitələrinin müəyyən bir risk dərəcəsində təsnif edilməsinin beynəlxalq hüquqi əsasını xx.xx.2017-ci il tarixli “Tibbi cihazlar üzrə Tənzimləmə” normativinin ((EU) Regulations MDR 2017/745) XVİ Saylı Əlavəsi təşkil edir. Bu Əlavənin 1–6-cı bəndlərinə əsasən aşağıdakı cihazlar tibbi məqsəd daşımayan hesab edilmişdir. Tibbi məqsədi olmayan, lakin insan bədəninə aktiv şəkildə təsir göstərən intensiv elektromaqnit şüa cihazlarını (buraya lazer avadanlıqları da daxildir) aşağı risk qrupu sırasından çıxarmış, Avropa Komissiyasının yeni tənzimləmə (EU Regulation 2022/2347) sənədi əsasında yenidən düzgün təsnifatını (reklassifikasiya) aparmaq məqsədilə Class İİa, İİb və İİİ risk səviyyələri üzrə sinifləşdirmişdir. Bununda nəticəsidir ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən sözügedən lazer avadanlıqlarına verilmiş qeydiyyat vəsiqələrində cihazın müvafiq risk dərəcəsi də göstərilmişdir. Belə ki, sözügedən normativin 3-cü və 4-cü bəndlərinə əsasən insan bədəni üzərində istifadə üçün nəzərdə tutulmuş və yüksək intensivlikli elektromaqnit şüalanması yayan avadanlıqların (məsələn, lazer və intensiv impuls işıq (İPL) cihazları) tətbiqi nəticəsində səthi yanıqlar, iltihab, pigmentasiya dəyişiklikləri, hipertrofik çapıqlar, qızartı yarada biləcəyindən estetik məqsədli hesab olunmasına baxmayaraq insan bədəninə enerji ötürən, enerji ilə qarşılıqlı əlaqəyə girən və ya bədən tərəfindən udulan enerji təmin edən, istifadəsi tibbi cihazlara xas olan riskləri daşıyan avadanlıqlar olduqları üçün orta riskli aktiv tibbi cihazlar (Class İİa) sinifinə aid edilməlidirlər. Göründüyü kimi, Avropa Komissiyası cihazların tibbi məqsədi olmasa belə, onların təsnifatı və CE markasının əldə olunması üçün rəhbər tutduğu əsas meyarı cihazın istifadə zamanı insan bədəninə yaratdığı risk və təhlükə səviyyəsi əsasında müəyyən edir. Lakin ÜGTnin X7 üzrə malların təsnifatı risk əsaslı meyarlara deyil, malın fiziki, texniki və funksional xüsusiyyətlərinə eləcə də əsas istifadə məqsədinə uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd edilən səbəblərdən bildiririk ki, mübahisə predmeti olan malların əsas funksiyası pataloji xəstəliklərin müalicəsinin həyata keçirilməsi deyil, estetik məqsədlərlə tüklərin təmizlənməsidir. Həmin mallar tibbi avadanlıq deyil, fərdi funksilara malik olan digər cihazlar hesab edilərək «8543 70 800 9» alt yardımçı mövqeyi üzrə sinifləşdirilməlidir. X11 İdarəsinin xx.xx.2020-ci il tarixli 2200-013/002- 24/005367 nömrəli ekspert rəyinin borcun əhatə etdiyi dövrə aid olmaması. Nəzərə alsaq ki, müvafiq gömrük orqanının qərarı ilə yaranmış borcun əhatə etdiyi gömrük bəyannamələri 2022-ci ildən sonrakı dövrə aiddir, belə olduğu təqdirdə sözügedən rəyin hazırki münasibətlərə tətbiq olunması hüquqi cəhətdən əsaslı sayıla bilməz. X11 İdarəsinin xx.xx.2020-ci il tarixli, 2200-013/002- 24/005367 nömrəli və 16 may 2022-ci il tarixli, 2200-43/0xx-xx/002802 nömrəli ekspert rəyləri - yaranmış gömrük borcunun əhatə etmədiyi, lakin eyni markalı malların baxışa təqdim edilmiş nümunələrinin xüsusiyyətlərini həmin nümunələrə dair invoys məlumatları əsasında müəyyən etdiyini nəzərə alarsaq, bu zaman iddiaçının müvafiq mallar barəsində hazırda qüvvədə olan və müvafiq inzibati orqanın mübahisələndirilən qərarının hüquqi əsaslarından birini təşkil edən MGEİ-nin xx.xx.2025ci il tarixli yeni məzmunlu ekspert rəyini nəzərə almaması işin hərtərəfli araşdırılmasına münasibətdə qeyri müəyyənlik yaratmışdır. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən malın mübahisəli təsnifat kodu ilə bağlı olaraq digər şirkət "xxxx" Firmasına xx.xx.2022-ci il tarixində göndərilmiş gömrük borcunun ödənilməsinə dair 1900-012/0xxxx/001399 nömrəli bildiriş sənədinin iddiaçı tərəfə əvvəldən məlum olduğu iş materialları ilə təsdiq edilir. Belə olan halda, iddiaçı tərəfin sonrakı mərhələdə borcun gözlənilməz və ya hüquqi qeyri-müəyyənlik şəraitində meydana gəldiyi barədə arqumentləri əsassızdır. Əksinə, bildirişin təqdim olunması və onun hüquqi nəticələri barəsində məlumatlı olmaları, iddiaçı tərəfin bu borca münasibətdə gözlənilən hüquqi nəticələrlə əvvəlcədən tanış olduqlarını və bu riskləri daşıdıqlarını göstərir. Əgər ilkin ekspert rəyləri qanunvericiliyə implementasiya olunmuş beynəlxalq normalara ziddirsə, inzibati praktikanı dəyişmək qanunauyğun və zəruridir. Bu dəyişiklik təsadüfi olmayıb, beynəlxalq normaların və izahların araşdırılması nəticəsində meydana çıxmışdır. Bununda nəticəsidir ki, X11 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində barəsində borc tətbiq edilmiş malla eyni marka olan lazer avadanlığının 8543 mal mövqeyində təsnif edilməsi ilə bağlı yenilənmiş məzmunda ekspert rəyi verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçının mübahisələndirdiyi qərar xx.xx.2025-ci il tarixli, iddiaçının məhkəməyə müraciət etdiyi tarix xx.xx.2025-ci ildir. Odur ki, iddiaçı tərəfindən iddia müddətinə riayət edilmiş hesab olunur Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışındа iştirakını təmin etməmiş, nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan inzibati işə baxılması və qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Tədqiq edilmiş sənədlər: Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 25 iyun 2025-ci il tarixli 3-33-3100/041Q nömrəli “Gömrük borcunun yaranması haqqında” Qərarı ilə xx.xx.2022-ci il tarixli **********2371 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 40276,66 manat idxal rüsumu, 7141,80 manat əlavə dəyər vergisi, 17307,74 manat dəbbə pulu olmaqla ümumilikdə 64726,20 manat məbləğində gömrük borcu; xx.xx.2022-ci il tarixli **********8643 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 20301,66 manat idxal rüsumu, 3600,30 manat əlavə dəyər vergisi, 8724,22 manat dəbbə pulu olmaqla ümumilikdə 32626,18 manat məbləğində gömrük borcu; xx.xx.2022-ci il tarixli **********2093 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 31805,60 manat idxal rüsumu, 5617,01 manat əlavə dəyər vergisi, 13659,25 manat dəbbə pulu olmaqla ümumilikdə 51081,86 manat məbləğində gömrük borcu; xx.xx.2022-ci il tarixli **********2096 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 7951,12 manat idxal rüsumu, 1377,20 manat əlavə dəyər vergisi, 3404,84 manat dəbbə pulu olmaqla ümumilikdə 12733,16 manat məbləğində gömrük borcu; xx.xx.2022-ci il tarixli **********6999 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 15975,75 manat idxal rüsumu, 2821,64 manat əlavə dəyər vergisi, 6861,05 manat dəbbə pulu olmaqla ümumilikdə 25658,44 manat məbləğində gömrük borcu; xx.xx.2022-ci il tarixli **********1046 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 40098,75 manat idxal rüsumu, 7109,78 manat əlavə dəyər vergisi, 17231,11 manat dəbbə pulu olmaqla ümumilikdə 64439,64 manat məbləğində gömrük borcu olmaqla cəmi 251265,48 (iki yüz əlii bir min iki yüz altmış beş manat, qırx səkkiz qəpik) manat məbləğində borc 5 (beş) gün müddətində ödənilməsi qərara alınmışdır. Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 25 iyun 2025-ci il tarixli 3-33-31000/0030/2025 nömrəli “Aşkarlanmış gömrük borcuna dair” bildirişdə İddiaçı QSC-dən 5 gün ərzində gömrük borcunun ödənilməsi tələb olunmuşdur. X8 İdarəsinin xx.xx.2025-ci il tarixli GM**********48 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, "xxxx" Firmasının ünvanına ******* nömrəli, xx.xx.2025-ci il tarixli invoys üzrə idxal olunan yük XİF MN-ə görə aşağıdakı kimi sinifləşdirilir. XİFMN kodu – **********. Qeyd- “X16 Pro-U” adlı, piqmentlərdən və patologiyasını dəyişmiş kiçik kapilyarlardan azad edilmə funksiyası olan, 755 nm dalğa uzunluğunda çalışan, bədənin tüklərdən azad edilməsi üçün aleksandrit lazer aparatı. Səhiyyə Nazirliyi “X6” publik hüquqi şəxsin 25 iyun 2025-ci il tarixli 3-28-1/2-19463/2025 nömrəli "xxxx" firmasına ünvanladığı məktubunda qeyd edilmişdir ki, tibb vasitəsinin qeydiyyata alınması üçün müraciət edərkən 18 iyul 2024-cü il tarixli 345 nömrəli “Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması” Qaydalarının 4-cü bəndində qeyd edilən sənədlər təqdim olunmalıdır. İstehsalçının verdiyi sənədlərə əsasən həmun məhsul qanuna müvafiq olaraq tibbi avadanlıq hesab olunmuş və bu səbəbdən xx.xx.2025-ci il tarixli TV 01752 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, dövlət reyestrinə daxil edilmişdir. Qeydiyyat vəsiqəsi 5 (beş) il ərzində qüvvədədir. TV 01752 nömrəli Qeydiyyat vəsiqəsi iş materiallarına əlavə edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən: 1.0.11. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. 8.0.7. gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq gömrük orqanlarının vəzifələrindən hesab edilir. 48.1. Gömrük orqanlarının qərarları onların öz təşəbbüsü, yaxud maraqlı şəxslərin yazılı, o cümlədən elektron formada müraciəti əsasında qəbul olunur. Həmin şəxslər gömrük orqanlarını müvafiq qərarların qəbulu üçün zəruri olan məlumatlarla təmin etməlidirlər. 48.3. Bu Məcəllədə başqa müddət nəzərdə tutulmadıqda, qərar şəxsin yazılı, o cümlədən elektron formada müraciəti gömrük orqanına daxil olduğu tarixdən 30 (otuz) gün ərzində qəbul edilməlidir. Qərarların qəbulu ilə əlaqədar inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. 48.4. Gömrük orqanları tərəfindən qərarların qəbul edilməsi haqqında məlumatın maraqlı şəxsə (şəxslərə) və ya onların nümayəndələrinə verilməsi qaydası bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qərar müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul edilməsinin səbəbləri göstərilməli və şəxsə qərarla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir. 48.6. Gömrük orqanının qərarı yazılı formada qəbul olunur və bütün gömrük ərazisində hüquqi qüvvəyə malikdir. 48.7. Gömrük orqanları tərəfindən qərara düzəlişlərin və əlavələrin edilməsi, onun etibarsız sayılması və ləğvi qaydaları bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 48.8. Şəxsin (şəxslərin) gömrük orqanının qərarından bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır. 51ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. 52.1. gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir. 65.1. gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər. 83.1. gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar:83.1.1. sərbəst dövriyyəyə buraxılanadək; 98.1. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. 98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. 98.3. Gömrük auditi idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə aparıla bilər. 98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 98.7. Gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir. 98.8. Ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. 98.9. Ümumi gömrük auditi 3 (üç) iş günündən artıq olmayan müddətdə aparılmalıdır. Auditin aparılması şəxsin istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsinə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə verilmir. 98.10. Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 218.1. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. 218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: 218.2.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; 218.2.2. tamamilə və ya qismən xarici iqtisadi X2 əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura; 218.2.3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları; 218.2.4. müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; 218.2.5. müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri; 218.2.6. müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər; 218.2.7. müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi; 218.2.8. kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri. 219.1. Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. 219.2. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. 225.1. Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. 225.2. Konkret mallar üzrə gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. 225.3. Mallar üzrə tarif güzəştləri, gömrük rüsumlarından azad edilmə, tarif preferensiyalarının və güzəştlərinin verilməsi halları və qaydaları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir. 227.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra - Vergi Məcəlləsi) uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu maddələrində göstərilən vergilər alınır. 227.2. Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir.

228. Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 238.1. İdxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır. 238.2. Gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. 238.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir. 238.4. Bu Məcəllənin 238.1-ci maddəsində nəzərdə tutulan gömrük prosedurları tətbiq olunarkən verilən gömrük bəyannaməsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunmasına səbəb olan məlumatlar əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab edilir. 319.1. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 319.2. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının ayrılmaz hissəsidir. 319.3. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası X3 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X12 Edilmiş Sisteminə və X4 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır. 319.5. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni X13 fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. 321.3. Bəyan edilən X13 fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi X2 uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 322.3. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. 322.6. Mürəkkəb ekspert tədqiqatlarının aparılması tələb olunduqda, gömrük laboratoriyasının rəhbərinin qərarı əsasında eyni ixtisaslı bir neçə ekspertə həvalə olunmaqla komisyon ekspertiza keçirilir. 325.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert öz adından yazılı formada rəy verir. 325.2. Ekspertin rəyində tədqiqatın aparılmasının məqsədi, vaxtı, yeri, tədqiqat obyekti, tədqiqatın kim tərəfindən və hansı əsasda aparıldığı, ekspertin qarşısında qoyulmuş suallar, ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı, tətbiq olunmuş metodlar göstərilməklə tədqiqatın məzmunu, nəticəsi və onun qiymətləndirilməsi, qoyulmuş suallara dair əsaslandırılmış cavablar əks olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumların dərəcələri və ixrac gömrük rüsumların dərəcələri, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əsas şərhetmə qaydaları”nda göstərilir: X13 X2 (bundan sonra - XİF MN) görə sinifləşdirilməsi aşağıdakı Qaydalara uyğun həyata keçirilir:

1. Bölmələrin, qrupların və alt qrupların adları yalnız XİF MN-dən istifadədə rahatlığı təmin etmək üçün verilir; hüquqi məqsədlər üçün XİF MN-da malların sinifləşdirilməsi mal mövqelərinə, bölmələrə və ya qruplara dair müvafiq qeydlərin mətnlərinin əsasında və bu mətnlərdə başqa hal nəzərdə tutulmadıqda, aşağıdakı müddəalara uyğun həyata keçirilir:

2. a) Mal mövqeyinin adında hər hansı bir mala dair istənilən istinad komplekt və tamamlanmış malın əsas xüsusiyyətlərinə malik olan qeyri-komplekt və ya natamam halda olan mala dair istinad kimi də baxılmalıdır, həmçinin yığılmamış və ya sökülmüş halda təqdim olunmuş komplekt və ya tamamlanmış mala da istinad kimi baxılmalıdır (və ya bu Qaydaya əsasən müəyyən mal mövqeyində komplekt və ya tamamlanmış mala dair istinad kimi sinifləşdirilən mal kimi baxılmalıdır). b) Mal mövqeyinin adında hər hansı bir materiala və ya maddəyə dair istənilən istinad bu materialın və ya maddənin digər materiallarla və ya maddələrlə qarışıqlarına və ya birləşmələrinə istinad kimi də baxılmalıdır. Müəyyən materialdan və ya maddədən olan mala dair istənilən istinad tamamilə və ya qismən bu materialdan və ya maddədən ibarət olan mallara istinad kimi də baxılmalıdır. Birdən çox materialdan və ya maddədən ibarət olan malların sinifləşdirilməsi 3-cü Qaydanın müddəalarına müvafiq həyata keçirilir.

3. 2 (b) Qaydaya və ya hər hansı bir başqa səbəblərə görə, prima facie, malların iki və ya daha çox mal mövqelərinə aid edilməsi mümkün olduğu halda belə malların sinifləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: a) Ümumi təsvirli digər mal mövqeləri ilə müqayisədə üstünlük malın təsviri daha konkret olan mal mövqeyinə verilir. Lakin, iki və ya daha çox mal mövqelərinin hər biri yalnız qarışığın və ya çoxkomponentli məmulatın materiallarının və ya maddələrinin bir hissəsinə, və ya pərakəndə satış üçün dəstdə təqdim olunmuş malların yalnız bir hissəsinə aid edilirsə, hətta mal mövqeyinin birində malın təsviri daha tam və dəqiq verildikdə, həmin mala münasibətində bu mal mövqeləri bərabər olan kimi baxılmalıdır. b) Sinifləşdirilməsi 3 (a) Qaydasına uyğun mümkün olmayan müxtəlif materiallardan ibarət olan və ya müxtəlif komponentlərdən hazırlanmış qarışıqlar, çoxkomponentli məmulatlar, və pərakəndə satış üçün dəstlərdə təqdim olunmuş mallar, bu meyarın tətbiqi mümkün olduqda, bu mallara əsas xüsussiyyət verən materiala və ya tərkib hissəsinə görə sinifləşdirilməlidir. c) 3 (a) və ya 3 (b) Qaydanın müddəalarına uyğun sinifləşdirilməsi mümkün olmayan mallar baxılması üçün eyni dərəcədə uyğun olan mal mövqelərinin kodlarının artımı qaydasında sonuncu mal mövqeyində sinifləşdirilməlidir. ... XİF MN üzrə kod 9018 90 840 0, mal mövqelərinin adı - digərləri “0”. X3 Harmonik Sistem Komitəsinin 2024-cü il sentyabr tarixli 74-cü sessiyasında qəbul olunmuş qərara əsasən “xəstəxanada, müalicə mərkəzlərində, eləcə də digər gözəllik və ya sağlamlıq müəssisələrində yaraların sağalması, qocalma əleyhinə, mövsümi affektiv pozğunluqların (SAD) və dermatoloji, pediatrik xəstəliklərin müalicə olunması məqsədilə istifadə üçün nəzərdə tutulmuş 350 - 3400 nm dalğa uzunluğuna sahib şəxsi işıq terapiyası cihazı (Personal light therapy device)” XİF MN üzrə «8543.70» təsnifat kodunda sinifləşdirilməlidir. Yuxarıda qeyd olunan səbəblərdən lazer cihazlarının lazer generatoru, sensorlu idarəetmə texnologiyası, başlıq applikatorları kimi elektron-funksional elementlərdən ibarət olması, əsas istifadə məqsədi, funksional və obyektiv xüsusiyyətləri - bu avadanlıqların XİF MN üzrə «8543» mal mövqeyində, yəni “özünəməxsus funksiyası olan digər elektrik cihazları” altında yerləşdirilməsini zəruri edir. Beləliklə, yuxarıda qeyd olunan gömrük bəyannamələri üzrə aparılmış inzibati icraatın predmeti olan mallar (lazer epilyasiya avadanlıqları) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin şərtlərinə əsasən «8543 70 800 9» alt yarımmövqeyi üzrə sinifləşdirilməli və 5% tarif dərəcəsi ilə idxal rüsumuna cəlb edilməlidir...” Məhkəmə cavabdehin əsaslandırması ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən idxal olunan yükün XİF MN-ə görə ********** kodu ilə sinifləşdirilməli olduğu halda ********** kodu ilə sinifləşdirdiyini nəzərə alaraq və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.1-ci maddəsinin tələblərini tətbiq edərək iddiaçı barəsində xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə gömrük borcu hesablamışdır. İddiaçı tərəfindən isə həmin dövrdə idxal olunan yükün XİF MN-ə görə kodu məhz Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsinin ekspert rəyləri əsasında bəyan edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsinin xx.xx.2020ci il tarixli 2200-013/0xx-xx/005367 nömrəli ekspert rəyinə əsasən "xxxx" şirkətinin ünvanına 741017 nömrəli xx.xx.2020-ci il üzrə idxal olunan “Candela” markalı “X19-U” modelli estetik məqsədlər üçün istifadə olunan (dəridəki ləkələrin aradan qaldırılması, böyümüş məsamələrin yığılması, yağlanma nizamsızlığı, tüklərin təmizlənməsi) tibbi lazer aparatı XİF MN-ə görə 9018 90 840 0 alt yarımmövqeyində sinifləşdirilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsinin xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə aparılmış ilkin və kompleks ekspertizanın və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "ARAŞ FİRMASİ" ünvanına ********.1.1, ********.4.1, 4421498, ******* saylı invoyslar üzrə idxal olunan yük (“Candela” markalı “Vbeam Perfecta”, “Gentlemax Pro”, “Vbeam Prima”, “X19-U” və “X18” modelli tibbi lazer aparatları) XİF MN-ə görə 9018 90 840 0 kodu ilə sinifləşdirilir. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsinin xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə aparılmış ilkin və kompleks ekspertizanın və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "ARAŞ FİRMASİ" ünvanına ******* nömrəli xx.xx.2025-ci il tarixli invoys üzrə idxal olunan yük XİF MN-ə görə 8543 70 800 9 kodu ilə sinifləşdirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, idxal olunan yükün XİF MN-ə görə 8543 70 800 9 kodu ilə sinifləşdirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsinin ekspert rəyi xx.xx.2025-ci il tarixdə verilsə də, iddiaçıya hesablanan borc məbləği xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arasındakı dövrü əhatə edir və qeyd edildiyi kimi, iddiaçı idxal etdiyi malları eyni Ekspertiza İdarəsinin daha əvvəllər verdiyi ekspert rəyləri əsasında bəyan etmişdir. Başqa sözlə idxal olunan malların hansı kodla bəyan edilməsinə dair inzibati praktika məhz cavabdeh inzibati orqanın özünün təqdim etdiyi ekspert rəyləri əsasında formalaşmış və uzun illər tətbiq edilmişdir. Belə bir inzibati praktikanın mövcudluğu tərəflərin hər hansı biri tərəfindən inkar edilməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2 İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Beləliklə, mübahisələndirilən qərar qəbul edilərkən inzibati orqan öz yazılı bəyanatı əsasında formalaşan inzibati praktikaya uyğun davranmamış, gömrük rəsmiləşdirilməsinə təqdim edilən malların XİF MN-ə görə 9018 90 840 0 kodu ilə deyil, 8543 70 800 9 kodu ilə sinifləşdirilməli olmasına dair mövqeyini (əsaslı və ya əsassız) xx.xx.2025-ci il tarixdə bəyan etmiş, lakin buna baxmayaraq iddiaçıya həmin tarixdən əvvəlki tarixlərdə ölkəyə gətirdiyi və gömrük orqanının yazılı rəyləri əsasında formalaşmış inzibati praktikaya uyğun bəyan etdiyi mallara görə gömrük borcu hesablamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1157/2024 nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki, “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (“Beinaroviç və digərləri Litvaya qarşı” iş üzrə xx.xx.2018-ci il tarixli qərar, §140). Məhkəmə xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu nəzərə alınmalıdır. Digər bir halı da məhkəmə qeyd etməyi zəruri hesab edir. İddiaçının mübahisələndirdiyi 25 iyun 2025-ci il tarixli 3-33-3100/041Q nömrəli “Gömrük borcunun yaranması haqqında” qərarında cavabdeh qeyd edib ki, iddiaçının cəmi 251265,48 manat məbləğində borcu cavabdeh tərəfindən “aparılmış inzibati icraat nəticəsində aşkar edilmişdir.” Məhkəmə işin hallarına yuxarıda sadalanan qanunvericilik normalarını tətbiq edərək qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixli **********2371 nömrəli; xx.xx.2022-ci il tarixli **********8643 nömrəli; xx.xx.2022-ci il tarixli **********2093 nömrəli; xx.xx.2022-ci il tarixli **********2096 nömrəli; xx.xx.2022-ci il tarixli **********6999 nömrəli; xx.xx.2022-ci il tarixli **********1046 nömrəli gömrük bəyannamələri təsdiq edildiyi vaxt borcun yaranmasına dair, yəni gömrük ödənişinin ödənilməsi üçün hüquqi əsas yarada biləcək inzibati aktlar mövcud olmadığından, gömrük borcunun və həmin borca münasibətdə dəbbə pulunun hesablanmasına qərarın qəbul edilməsi hərəkətləri qanunun tələblərinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin bu qərarda sadalanan normalarının tələblərinə görə, gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. Məhkəmə qeyd edir ki, müvafiq bəyannamələr qəbul və təsdiq edildiyi vaxt gömrük orqanının hesabladığı məbləğdə gömrük ödənişləri müəyyən edilmiş qaydada iddiaçı tərəfindən tam ödənildiyindən, həmin bəyannamələr üzrə gömrük borcunun hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdeh inzibati orqanın hərəkətləri Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104.2-ci maddəsinin (malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır) tələblərinə zidd olmuşdur. Belə ki, qeyd edilən normaların tələblərindən göründüyü kimi qanunverici zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsinin başa çatdığını, gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra hər hansı bir gömrük əməliyyatlarının aparılmasına yol verilmir. Hal-hazırda idxal edilmiş malların sərbəst dövriyyə buraxıldıqdan sonra iddiaçıya əlavə gömrük ödənişləri üzrə hesablanmaları aparılması üçün cavabdeh gömrük auditin aparılması barədə qərar qəbul edilməli, həmin qərarın surəti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı, bu barədə çıxarış audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalı, gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun həyata keçirilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun bu qərarda istinad edilən normalarının tələblərindən isə göründüyü kimi, yoxlamalar yalnız həmin Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Beləliklə, yoxlamanın Reyestrdə qeydiyyata alınması ilə bağlı formal - hüquqi tələbə əməl olunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələbə riayət olunmasına dair məlumat və sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-3100/041Q nömrəli qərarı ləğv edilməli, əsassız yazılmış 251265,48 manat gömrük borcunun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 34cü, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı QSC barəsində qəbul edilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-3100/041Q nömrəli qərarı ləğv edilsin; Əsassız yazılmış 251265,48 manat gömrük borcunun silinməsi vəzifəsi cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar