Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13061/2023 06.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən, yəni xx.xx.2023-cü il tarixdən hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxan hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2021-xx.xx.2023-cü illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında hesablanması və yenidən hesablanmış (artırılmış) əmək pensiyası ilə hazırki pensiyası arasında olan fərqin ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı (təvəllüdü xx.xx.1958-ci il), 1980-1984-ci illərdə “Dənizneftlayihə” Elmi-Tədqiqat Layihə İnstitutunda gənc mütəxəssis kimi mühəndis, 1984-2000-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda mütəxəssis, ekspert, böyük elmi işçi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 533 nömrəli sərəncamına əsasən 2000-2007-ci illərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2289 və 2290 nömrəli sərəncamlarına əsasən 2007- 2012-ci illərdə Şirvan Şəhər Məhkəməsinin hakimi və sədri, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 2473 və 2474 nömrəli sərəncamlarına əsasən 2012-2017-ci illərdə İmişli Rayon Məhkəməsinin hakimi və sədri, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 3297 və 3298 nömrəli sərəncamlarına əsasən 2017- 2023-cü illərdə yenidən İmişli Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq, xx.xx.2023-cü il tarixdə səlahiyyətlərinə xitam verilmiş və xx.xx.2023-cü il tarixdən pensiyaya çıxmışdır. Beləliklə, hakim kimi 22 il 7 ay iş stajı olmaqla, ümumi əmək stajı 42 ildən artıqdır. xx.xx.2023-cü il tarixdən cavabdeh orqan tərəfindən sabiq hakim kimi ona 5676,99 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının düzgün hesablanmaması, həmçinin onunla eyni ildə, yəni 2000-ci il tarixdə hakim vəzifəsinə təyin edilən və təqribi onunla eyni tarixdə pensiyaya çıxmış məhkəmə sədrinə ondan artıq pensiya təyin olunduğunu öyrəndikdən sonra pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-H-152258/2023 nömrəli cavab məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən 22 il 7 ay 10 gün hakim kimi iş stajınıza uyğun olaraq, vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (7803,41 manat) 72,75 faizi-5676,99 manat məbləğində xx.xx.2023-cü il tarixdən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib”. Ədliyyə Nazirliyi tərəfindən verilmiş və cavabdeh orqana təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-16-8/2-252/2023 nömrəli arayışa əsasən məhkəmə sədri kimi vəzifə maaşı 2485 manat, eyni zamanda hakimlik stajının 15 ilinə görə vəzifə maaşlarının 45%-ı həcmində əlavə haqqın ödənilməsi, birinci instansiya məhkəmələrinin hakimlərinə xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatının verilməsi, həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə 1 aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilməsi göstərildiyi halda, cavabdeh orqan tərəfindən təyin edilmiş əmək pensiyasının necə və hansı məbləğlərə müvafiq olaraq hesablanması əsaslı şəkildə göstərilməmişdir. 19 oktyabr 2007-ci il tarixli, 462-İİİQD nömrəli Azərbaycan Respubikası Qanunu qəbul olunduqdan sonra hakimlərin pensiya təminatı ilə əlaqədar məsələlər, o cümlədən hakimlərin pensiyaya çıxdıqdan sonra onların hüquqi vəziyyətini yaxşılaşdıran və geriyə şamil edilməli olan normativ hüquqi aktların qəbul edilməsi (Azərbaycan Respubikası Konstitusiyasının 149-cu maddəsinin “Vİİ” hissəsi) də bilavasitə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilməli idi. İddiaçı 2015-ci ilin sentyabrında həm 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2015-ci ilin sentyabr ayında qüvvədə olan 20.7-ci maddəsinin normaları baxımından 15 illik hakimlik stajına malik olduğu üçün orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası almaq hüququnu əldə etmişdir. Bundan sonra o, pensiyaya çıxmaq vaxtını və həmin vaxtadək qanunvericilikdə mənim hüquqi vəziyyətini daha da yaxşılaşdıran normativ hüquqi aktların qəbul edilə biləcəyini gözləməli idi. 10 mart 2017-ci il tarixli Qanun ilə 20.7.1-ci, 20.7.2 və 20.7.3-cü maddələrdə edilmiş dəyişikliklər iddiaçıya münasibətdə hüquqi vəziyyəti yaxşılaşdıran normalar olmasa da, həmin Qanunun 20.7-ci maddəsindəki dəyişiklik onun hüquqi vəziyyətini yaxşılaşdıran və geriyə şamil edilməli olan normativ hüquqi aktdır. Cavabdeh orqan tərəfindən iddiaçıya 72,75 faiz deyil, 80 faiz miqdarında əmək pensiyası hesablanmalı idi. Cavabdeh orqanın yuxarıda qeyd olunan qaydada ona pensiya hesablaması iddiaçının pensiya təminatına neqativ təsir etdiyi üçün Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələbi nəzərə alınmalı idi. Digər tərəfdən iddia tələbi əsaslı olduğundan ona hesablanmış əmək pensiyası yenidən hesablandıqda artım müəyyən ediləcəkdir. Həmin artım müəyyən edildiyi halda o həmin fərqi almaqdan da məhrum olmuş olacaqdır. Odur ki, iddiaçıya əmək peniyası yenidən hesablandıqdan sonra məhrum olduğu həmin məbləğin hesablanaraq ödənilməsi də zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaya etirazında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna aid edilən şəxslər sırasında 20.1.4-cü maddəyə uyğun olaraq əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizm funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər daxildir. Qanunun 20.7-ci maddəsinə əsasən Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1-ci maddəsinə əsasən 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında, 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Həmin Qanunun 20.1.4-cü, 20.7.1-ci və 20.7.2-ci maddələrinə müvafiq olaraq hakim kimi yasa görə əmək pensiyası 15 ii və daha yuxarı müddətdə hakim işləmiş şəxsə münasibətdə təyin edilir. Eyni zamanda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsininin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilmişdir. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Mərkəzi Filiala təqdim edilən son 24 ay ərzində İddiaçı ödənilmiş əməkhaqqına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 aprel 2023cü il tarixli 3-16-8/2-393/2023 nömrəli arayışı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsini nəzərə alaraq xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 10436/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla onun 22 il 7 ay 10 gün hakim kimi iş stajına uyğun olaraq, vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (7803,41 manat) 72,75 faizi - 5676,99 manat məbləğində 14 aprel 2023-cü il tarixdən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008- ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı son 24 ay üzrə deyil, istənilən beş il üzrə (60 ay üzrə) hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildir, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. Belə ki, 10 iyun 1997-ci il tarixdən qüvvəyə minmiş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinin ilkin redaksiyasında göstərilirdi ki, səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir. Həmin Qanuna 20 iyun 2003-cü il tarixdə edilmiş dəyişikliklə isə pensiya təminatı ilə bağlı müddəalar aşağıdakı kimi verilmişdir: «Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. Bu Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu maddənin beşinci hissəsinin müddəaları şamil edilir». Bundan sonra Qanuna edilmiş 14 iyun 2005-ci il tarixli dəyişikliklə maddədəki «Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya» sözləri «Pensiya» sözü ilə əvəz edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilirdi və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilirdi. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarfnın 2.8-ci bəndinin 28- ci misalına görə "Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-10436/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarda İddiaçı vəzifə maaşı 2371,10 manat, vəzifə maaşına əlavə 2371,10 manat, qulluq stajına görə əlavə vəzifə maaşının 45 faizi miqdarında 1067 manat, müavinətə görə əlavə 400 faiz miqdarında 1045,77 manat, səlahiyyətlərin icraçısına görə vəzifə maaşının 25 faiz miqdarında 592,78 manat, elmi dərəcəsinə görə isə vəzifə maaşının 15 faizi miqdarında 355,67 manat dövlət məvacibləri nəzərə alınmışdır. Göründüyü kimi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud olmadığından və sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulduğundan İddiaçı əmək pensiyasının faiz dərəcəsinin 80-ə çatdırılması məsələsinə onun hakim işlədiyi müddətin istənilən ardıcıl gələn 60 ayı ərzində ödənilmiş əmək haqqı barədə müvafiq dövlət orqanının arayışı Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbini dəqiqləşdirərək ona məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2021-xx.xx.2023-cü illər ərzindəki aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla orta aylıq məbləğinin 80 faizi miqdarında əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə keçmiş dövr üzrə ödənilmiş pensiya məbləği arasındakı fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-8/2- 252/2023 nömrəli arayışından görünür ki, verilir, İddiaçı ondan ötrü ki, rayon (şəhər) məhkəməsi sədrinin vəzifə maaşı xx.xx.2022-ci il tarixdən 2485,00 manat təşkil edir. Eyni zamanda ««Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun» 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%i, 10 ilinə görə 30%-i,15 ilinə görə 45%-ı həcmində əlavə haqq ödənilir. Bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir. Həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. Bildiririk ki, İddiaçı hakim vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən 3% miqdarında məcburi sosial siğorta haqqı tutulmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2000-ci ildə hakim vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci ildə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində hakim vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci ildə Əli Bayramlı şəhər məhkəməsinə hakim təyin edilmiş, xx.xx.2007-ci ildə Əli Bayramlı şəhər məhkəməsinə sədr təyin edilmiş, xx.xx.2012-ci ildə Şirvan şəhər məhkəməsində hakim vəzifəsindən azad edilərək İmişli rayon məhkəməsinə hakim və sədr təyin edilmiş, xx.xx.2017-ci ildə İmişli rayon məhkəməsinə hakim və sədr təyin edilmiş, xx.xx.2023-cü ildə son yaş həddinə çatması ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16- 8/2-892/2023 nömrəli məktubu ilə göndərilmiş İmişli rayon məhkəməsində sədr və hakim vəzifəsində işləmiş İddiaçı son 2 illik əmək haqqı barədə arayışdan görünür ki, xx.xx.2021ci ildən xx.xx.2023-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində aldığı əmək haqqının məbləği vəzifə maaşı, qulluq stajına görə əlavə, elmi dərəcəsinə görə əlavə, hakimiyyət səlayyətlərin icrasına görə əlavə, vəzifə maaşına digər əlavə, müalicə üçün müavinət, müavinət, məzuniyyət haqqı, kompensasiya da daxil olmaqla cəmi 158640,82 manat (yüz əlli veddi min doqquz yüz qırx dörd manat 07 qəpik) təşkil etmişdir. Pensiya işinə dair sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 051078 nömrəli qərarı ilə hakimlik səlahiyyətinə xitamla bağlı hakim kimi yaşa görə əmək pensiyası yenidən hesablanmış, hazırkı pensiya məbləği 1826,08 manat, vəzifə maaşı 2371.10 manat, vəzifə maaşına əlavə 2371.10 manat, qulluq stajına görə əlavə 45% olmaqla 1067 manat, müavinət görə əlavə 400% olmaqla 1045.77 manat, səlahiyyətlərin icrasına görə 25% olmaqla 592.78 manat, dövlət məvacibinin cəmi 7803 manat, 41 qəpik, pensiya faizi 72.75 faiz yenidən hesablanmış pensiya məbləği 5676 manat 99 qəpik təşkil etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 17-1/22-H-152258/2023 nömrəli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1 -ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Təqdim etdiyiniz son 24 ay ərzində sizə ödənilmiş əmək haqqına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 aprel 2023-cü il tarixli 3-16-8/2-393/2023 nömrəli arayışı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən 22 il 7 ay 10 gün hakim kimi iş stajınıza uyğun olaraq, vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (7803,41 manat) 72,75 faizi—5676,99 manat məbləğində 14 aprel 2023-cü il tarixindən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. Bununla əlaqədar əmək pensiyasınızın faiz dərəcəsinin 80-ə çatdırılması məsələsinə hakim işlədiyiniz müddətin istənilən ardıcıl gələn 60 ayı ərzində ödənilmiş əmək haqqınız barədə müvafiq dövlət orqanının arayışı Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın ilkin müraciətə dair xüsusi mümkünlük şərti də ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla xx.xx.2000-ci ildən xx.xx.2023-cü ilədək hakim vəzifəsində işləmiş, ümumi hakimlik stajı 22 il 07 ay 10 gün olmaqla xx.xx.2023-cü il tarixdən məhkəmə sədri vəzifəsindən son yaş həddinə çatması ilə əlaqədar hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli qərarla işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının 72,75%-i əsas götürülməklə xx.xx.2023-cü il tarixdən hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin pensiyanın hesablama qaydası ilə razılaşmır və ona hakim kimi işlədiyi son 24 ayın, yəni xx.xx.2021-xx.xx.2023-cü il tarixədək məhkəmə sədri vəzifəsində aldığı orta aylıq əmək haqqının 80% olmaqla pensiyasının yenidən hesablanmasını xahiş edir. Cavabdehin mövqeyinə görə 30 dekabr 2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə 5 il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud olmamış, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. Bu əsasdan iddiaçıya son 24 ayın orta aylıq əmək haqqından 80% miqdarında pensiyanın təyin edilməsi mümkün deyildir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. 10 iyun 1997-ci il tarixdən qüvvəyə minmiş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinə əsasən səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir. Həmin Qanuna 20 iyun 2003-cü il tarixdə edilmiş dəyişikliyinə əsasən: «Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. Bu Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu maddənin beşinci hissəsinin müddəaları şamil edilir». Bundan sonra Qanuna edilmiş 14 iyun 2005-ci il tarixli dəyişikliklə maddədəki «Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya» sözləri «Pensiya» sözü ilə əvəz edilmişdir. 30 dekabr 2005-ci il tarixdə «Məhkəmələr və hakimlər haqqında» Qanuna sözügedən maddə aşağıdakı redaksiyada verilmişdir: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı qaydada pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir». 19 oktyabr 2007-ci il tarixdə isə «Məhkəmələr və hakimlər haqqında» Qanuna edilmiş sonuncu əlavə və dəyişikliklə 109-cu maddənin beşinci və altıncı hissələri maddədən çıxarılmış və maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə olunmuşdur: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir». Beləliklə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli, 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikası Qanunu ilə bir sıra qanunlara, o cümlədən «Məhkəmələr və hakimlər haqqında» qanunun hakimlərin pensiya təminatı ilə bağlı məsələləri nizama salan normalarına yeni tənzimləmə gətirilmiş, nəticə etibarı ilə pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatının artıq «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq həyata keçiriləcəyi təsbit edilmişdir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun: - 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; -20.7-ci maddəsinə əsasən həmin Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununu ilə pensiya qanunvericiliyinə edilmiş köklü dəyişikliklər nəticəsində sosial müdafiə təminatları ilə bağlı fəaliyyətdə olan hakimlərin hüquqi vəziyyətləri də ciddi dəyişikliklərə məruz qalmışdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minən həmin dəyişiklərə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasına əsasən: - 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; -20.7-ci maddəsinə görə bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Beləliklə, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinin ilkin redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə ilk əvvəl heç bir hakimlik stajı ilə bağlı olmayan və axırıncı iş yerində aldıqları əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində pensiya verilməsi nəzərdə tutulmuşdur. Həmin maddəyə 20 iyun 2003-cü il və 14 iyun 2005-ci il tarixli dəyişikliklə əlaqədar 1997-ci ildən sonra hakim vəzifəsində çalışmış şəxslərin, eləcə də «Məhkəmələr və hakimlər haqqında» Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərin pensiya faizi 80 faizi olmaqla yalnız axırıncı iş yerlərində hakim kimi aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarından hesablanması təsbit edilmişdir. Daha sonra həmin Qanuna 30 dekabr 2005-ci il və 19 oktyabr 2007-ci il tarixli əlavə və dəyişikliklərlə qanunvericiliyin müddəaları dəyişdirilmiş və nəticə etibarilə qanunverici hakim kimi pensiya hüququnun əmələ gəlməsini ən azı 5 illik hakimlik stajına bağlamış və hakimlərin stajından asılı olaraq pensiyanın miqdarı differensasiya olunmuş, bu zaman təyin ediləcək pensiya məbləğinin hakim vəzifəsində işləmə müddətlərindən asılı olaraq istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizindən 80 faizədək məbləğində müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minən ƏPQ-na dəyişiklikdən sonra isə sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ 5 ildən 15 ilə qaldırılmışdır. Eyni zamanda ƏPQ-nun 20.7-ci maddəsi ilə əmək pensiyasına əlavələrin 5 ilin orta aylıq əməkhaqqından deyil, hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablanması təsbit edilmişdir. Beləliklə, pensiya təminatına dair qanunvericiliyin bir-birindən kəskin fərqlənən yuxarıda adıçəkilən müddəaların qüvvədə olduğu vaxt fəaliyyətdə olmuş iddiaçı barəsində hansı müddəalar tətbiq olunmalıdır. Başqa sözlə, hazırkı halda işin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: -İddiaçının pensiya məbləği son 24 ayın yaxud istənilən ardıcıl gələn 60 ayın əmək haqqısı əsasında hesablanmalı; -İddiaçıya tətbiq ediləcək pensiya faizinin həddi nə qədər olmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş «Məhkəmə hakimiyyətinin müstəqilliyinin əsas Prinsipləri»nin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. «Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.1-ci maddəsində göstərilir: «Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər». Həmin Xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. «Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında» Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Beləliklə, hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya-hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin – ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir. Qanunvericilik hakimiyyəti orqanı özünün diskresiya səlahiyyətlərindən istifadə edərkən hər hansı şəxslərin, o cümlədən hakimlərin pensiya təminatı hüququnun həyata keçirilməsinin şərtlərini müəyyənləşdirərək bunun üçün müvafiq hüquqi tənzimləmə qaydalarını qəbul edə bilər. Lakin dövlət hakimiyyəti orqanlarında çalışan və müxtəlif vəzifələri həyata keçirən şəxslərin, o cümlədən hakimlərin inkişaf prosesində olan pensiya təminatına dair qanunvericilik tənzimləmələri yalnız konkret və obyektiv hüquqi meyarlara söykənməklə həyata keçirilməlidir. Hakimlərə münasibətdə isə nəzərə alınmalıdır ki, məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikası, nüfuzu, ixtisası, ləyaqəti və məsuliyyətilə deyil, həmçinin onların müstəqilliyinin bir hissəsi kimi qəbul olunan yüksək maddi-sosial təminatları ilə də birbaşa bağlıdır. Konstitusiyanın 127-ci maddəsində göstərilmiş hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri məhz yuxarıda qeyd edilən hakimlərin real maddi və sosial təminatlarından asılıdır. Bu mənada, pensiya təminatı hakimlər üçün müəyyənləşdirilmiş maddi-sosial imtiyaz kimi deyil, əksinə hakimlərin müstəqilliyinin təminatının bir vasitəsi kimi dəyərləndirilməlidir. Məhz qanunvericiliyə edilmiş dəyişikliyi bu konteksdə qiymətləndirən məhkəmə qeyd edir ki, Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddi-sosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi onu deməyə əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hakimlərin sosial təminatı ilə bağlı bu cür yanaşma öz əksini “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında da tapmışdır. X2 Məhkəməsinin Plenumu qeyd etmişdir ki “....qanunverici, hakimlərin pensiya təminatına dair yeni qanunvericilik müddəalarını, o cümlədən «Əmək pensiyaları haqqında» Qanunu qəbul edərkən, əvvəllər «Məhkəmələr və hakimlər haqqında» və «Konstitusiya Məhkəməsi haqqında» Qanunlarda nəzərdə tutulmuş pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatının şərtlərini dəyişdirərkən, fəaliyyətdə olan hakimlərin müstəqilliyinə verilən təminatların pozulmasına və onların pensiya təminatı ilə bağlı hüquqi vəziyyətinin pisləşdirilməsinə şərait yaratmamaq üçün mütləq keçid müddəaları nəzərdə tutulmalı idi. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki:
1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Oxşar stiuasiyanın hazırkı iş üzrə yarandığını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı işdə də oxşar mövqe nümayiş etdirilməklə, iddiaçıya pensiya təyin olunarkən onun hakim vəzifəsində işlədiyi dövrdə qüvvədə olmuş və eləcə də qüvvədə olan daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq edilməlidir. İş materiallarından görünür ki, iddiaçının 65 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuş, bu tarixədək isə 22 il 07 ay 10 gün hakim kimi iş stajı olmuşdur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının pensiya təyinatı məsələsinə «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinin 10 iyun 1997-ci il tarixli redaksiyası, 20 iyun 2003-cü il tarixli redaksiyası və 30 dekabr 2005-ci il tarixli dəyişiklikləri əsasında qiymətləndirilməməldiir. Əvvəla, ona görə ki, iddiaçı 2000-ci ildən hakim təyin edilmiş şəxs olmaqla 2023-cü ildə son yaş həddi ilə vəzifədən azad edilmişdir və bu zaman hakimlər üçün pensiya təyinatını tənzimləyən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 5-ci hissəsi qüvvədə deyildi. Yuxarıda da qeyd edildiyi kimi 2006-cı il 28 noyabr tarixli, 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq həyata keçirilmişdir. Odur ki, iddiaçıya münasibətdə “Məhkəmələlər və hakimlər haqqında” Qanunun qüvvədən düşmüş normasına əsaslanmaqla hazırda da pensiya təyinatını tənzimləməyən, qüvvədə olmayan normalarına istinad etməklə 80 faiz miqdarında pensiyanın yalnız beş ilin əmək haqqısı əsasında təyin edilməsi məhdudiyyəti və ya şərti tətbiq edilə bilməz. Cavabdehin istinad etdiyi Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmiş-30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarının tətbiq olunmasına istinadı da hazırkı halda vəziyyəti iddiaçının ziyanına dəyişdirmir. Belə ki, qeyd edildiyi kimi Konstitusiya Məhkəməsinin sözügedən qərarı 2008-ci il tarixlidir və həmin Qərarla rəsmi şərhi verilmiş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5-ci hissəsi qüvvədən düşmüşdür. İkincisi, KM-nin adıçəkilən Qərarı 109-cu maddəsinin 5-ci hissəsinin 30 dekabr 2005ci il tarixədək qüvvədə olmuş redaksiyasının həmin tarixədək vəzifəyə təyin olunmuş hakimlərə tətbiq edilməsini nəzərdə tutmaqla həmin tarixədək hakimlərin pensiya təminatında baş vermiş dəyişikliklərdən daha üstün sosial müdafiə imkanını nəzərdə tutan, qazanılmış hüququn saxlanılmasına nail olmaq məqsədi daşımışdır. Belə ki, “Məhkəmə və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin 30 dekabr 2005-ci il və 19 oktyabr 2007-ci il tarixli əlavə və dəyişikliklərə qədər qüvvədə olan redaksiyasında hakim vəzifəsində işlədikləri müddətlərdən asılı olmayaraq hakimlər axırıncı iş yerlərində hakim kimi aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya təminatı hüququna malik idilər. Məhz qeyd edilən dəyişikliklərdən sonra artıq hakim kimi pensiya təminatı hüququna malik olmaq üçün əvvəla, ən azı 5 il hakim vəzifəsində işləmək şərti təsbit edildi və eyni zamanda təyin ediləcək pensiya məbləği birbaşa hamıya 80 faiz ilə deyil, hakim vəzifəsində işləmə müddətlərindən asılı olaraq müəyyən faiz dərəcələrinə görə hesablanması qaydası müəyyənləşdi. Konstitusiya Məhkəməsi məhz xx.xx.2005-ci il tarixdən sonra yeni tənzimləmə ilə hakimlərin pensiya təminatlarının ciddi dəyişdirilərək hüquqi vəziyyətlərinin əvvəllər malik olduqlarından daha aşağı səviyyəyə endirildiyini nəzərə alaraq 2008-ci ildə həmin maddəyə rəsmi şərh zamanı 30 dekabr 2005-ci il tarixədək hakim təyin edilmiş şəxslərə həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarının tətbiq olunmasını qanuni saydı. Göründüyü kimi sözügedən rəsmi şərhin məqsədi həmin vaxt xüsusən “Məhkəmə və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə edilmiş ciddi dəyişikliklərlə hakimlərin əvvəllər qazanmış olduqları və daha üstün pensiya təminatlarının qüvvədə saxlanılmasından ibarət olmuşdur. Hazırkı halda isə nə sözügedən “Məhkəmə və hakimlər haqqında” Qanunun həmin redaksiyada (19 oktyabr 2007-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliyədək) 109-cu maddəsinin 5-ci hissəsi qüvvədədir, nə hazırkı pensiya yaşına çatmış hakimlərin pensiya təminatı məsələləri həmin redaksiyadakı maddə ilə tənzimlənir, nə də həmin maddənin, eləcə də Konstitusiya Məhkəməsinin qüvvədən düşmüş maddə ilə bağlı şərhinin iddiaçıya münasibətdə tətbiqinə əsaslar qalmamışdır. Qeyd edilən rəsmi şərhin verildiyi 2008-ci il tarixdən 15 ilə yaxın vaxt keçmiş, iddiaçı bu illər ərzində hakimlik vəzifəsində işləməkdə davam etmiş və işlədiyi müddət ərzində yeni qanunvericilik tənzimləmələri ilə hakimlər üçün pensiya təminatında daha üstün sosial təminatlar nəzərdə tutan qanunvericilik normaları qəbul edilmişdir. Başqa sözlə, iddiaçının pensiya təminatı ilə bağlı məsələ qüvvədən düşmüş norma və həmin normanın şərhinə əsasən tənzimlənə bilməz. Cavabdehin seçdiyi hüquqi əsas hazırkı iddiaçıya münasibətdə keçərli deyildir. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin hakimlərin hüquqi statusu ilə bağlı Qərarlarında da qeyd etdiyi əsas mövqe hakimlərə onlar üçün daha üstün qüvvəyə malik pensiya hüquq normasının tətbiqi istiqamətində olmuşdur. Məhz bu mövqeni nəzərə alaraq məhkəmə iddiaçının tələbi üzrə aşağıdakıların tətbiqini qanuni və mümkün hesab edir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun: 20.7.3-cü maddəsinə əsasən 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qeyd edilən müddəa xx.xx.2017-ci il tarixdən sonrakı dəyişdirilmiş və nəticədə 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh ƏPQ-nun 20.7.3-cü maddəsinin məhz xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasını tətbiq edərək iddiaçı üçün 72,75% pensiya faizi müəyyən etmişdir (22 il 07 ay 10 gün staja uyğun olaraq 15 il staj üçün 50%+15 ildən yuxarı olan 7 il hakimlik stajının hər ili üçün 3% olmaqla 21% və natamam 07 ayın 12 aya nisbəti nəzərə alınmaqla 1,75%(07 ay x 3 / 12 ay). Halbuki, Qanunun 20.7.3-cü maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası iddiaçının hüquqi vəziyyəti üçün daha üstün təminat nəzərdə tutmuşdur. Belə ki, həmin redaksiyaya əsasən iddiaçının pensiya faizi 10 il hakimlik stajı üçün 55%+10 ildən yuxarı 12 il hakimlik stajının hər ili üçün 5 faiz olmaqla 60% (12 il x 5%) edir ki, bu halda iddaçı üçün qanunla yol verilən maksimal pensiya faizi 80 % təşkil edir. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hakimlərin sosial müdafiəsi ilə bağlı mövqeyini, eləcə də Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə uyğun olaraq fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyi, başqa normativ hüquqi aktların, o cümlədən vəziyyəti ağırlaşdıran normanın geriyə qüvvəsinin yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddiaçının pensiya faizi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.7.3-cü maddəsinə əsasən orta aylıq əmək haqqının 80 % məbləğində hesablanmalıdır. Bundan əlavə eyni prinsiplə, iddiaçının vəziyyətini yüngülləşdirən, daha üstün təminat nəzərdə tutuan ƏPQ-nun xx.xx.2017-ci ildən qüvvəyə minmiş 20.7-ci maddəsi əsasında hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən pensiya məbləği hesablanmalıdır. Belə ki, Qanunun xx.xx.2017-ci ildən qüvvəyə minmiş adıçəkilən maddəsi ilk dəfə hakimlər üçün pensiyaya çıxarkən hakim vəzifəsindəki fəaliyyətlərinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla pensiya təyin edilməsində seçim hüququ vermişdir. Bundan əvvəlki qanunvericilik hakimlərə yalnız istənilən ardıcıl gələn 5 ilin (60 ayın) orta əmək haqqından pensiya hesablanmasını nəzərdə tutmuşdusa, yeni qanunvericilik hakimlərə pensiya məbləğinə təsir edəcək orta aylıq əmək haqqı dövrünü müəyyən etməyə seçim imkanı tanımışdır. Məhkəmə qeyd edilən 20.7-ci maddəni hakimlərin vəziyyətini yaxılaşdıran və daha üstün sosial təminat hüququna rəvac verən seçim hüququ olduğunu nəzərə alır və hesab edir ki, iddiaçının pensiya məbləği onun seçiminə uyğun olaraq xx.xx.2023-cü il tarixədək hakim və məhkəmə sədri kimi işlədiyi dövrün son 24 ayın orta əmək haqqı məbləğindən, aldığı vəzifə maaşı, təminat, müavinət və əlavələr və s. məbləğindən hesablanmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2022-ci il tarixədən qüvvədə olan redaksiyasına əsasən Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə 3550 manat həcmində. Həmin Qanunun 107-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 109-cu maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarında Məhkəmə qərara almışdır ki: 1.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 2.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, iddiaçının işlədiyi son 2 ildə aldığı əmək haqqının tərkibinə vəzifə maaşı, staja görə əlavə, elmi dərəcəsinə görə əlavə, hakimiyyət səlayyətlərin icrasına görə əlavə, vəzifə maaşına digər əlavə, məzuniyyətə çıxması və müalicə olunması üçün müavinətlər daxil olmuş və həmin ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2021xx.xx.2023-cü illər ərzindəki aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla orta aylıq məbləğinin cəmi 80 faizi miqdarında əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə keçmiş dövr üzrə ödənilmiş pensiya məbləği arasındakı fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova