Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1318/2021 15.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qanunsuz olaraq tutulmuş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, caabdehin ona ömürlük təyin olunmuş pensiya təminatından hər ay pul vəsaitinin tutulması ilə nəticələnən qanunsuz hərəkətlərinin dayandırılması, cavabdehin ona təyin olunmuş əmək pensiyasından 2018-ci ilin iyun ayından 2019-cu ilin fevral ayına qədər qeyri-qanuni tutduğu 827 (səkkiz yüz iyirmi yeddi) manat 73 qəpik və qərarın qanuni qüvvəyə mindiyi günədək hər aya görə 91 (doxsan bir) manat 97 qəpik məbləğində pul vəsaitinin birdəfəlik ödənişlə onun pensiya hesabına qaytarması və cavabdehdən onun 24 (iyirmi dörd) manat 80 qəpik məbləğində məhkəmə xərclərinin tutularaq hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ona ömürlük təyin olunmuş pensiya təminatından məhkəmənin müvafiq qərarı olmadan hər ay özbaşına pul vəsaitinin tutulması ilə nəticələnən hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılması, cavabdehin üzərinə ona təyin olunmuş əmək pensiyasından 2018-ci ilin iyun ayından 2020-ci ilin avqust ayı daxil olmaqla müddətdə qeyri-qanuni tutulmuş 2483 (iki min dörd yüz səksən üç) manat 19 qəpik və 2020-ci ilin sentyabr ayından başlayaraq məhkəmə qərarının qanuni qüvvəyə mindiyi günədək keçən hər aya görə əlavə 91 (doxsan bir) manat 97 qəpik məbləğlərində pul vəsaitlərinin, 78 manat məbləğində məhkəmə xərclərinin birdəfəlik ödənişlə bank hesabına köçürülməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 izahatında bildirdi ki, o, 2012-cı ilin dekabr ayından Azərbaycan Respublikasına daimi yaşamaq üçün köçmüşdür. 2013-cü ilin fevral ayından Müdafiə Nazirliyi xətti ilə Azərbaycan Respublikasında ona hərbi pensiya təyin olunmuşdur. 2018-ci ilin iyul ayında ona təyin olunmuş pensiya məbləğinin təxminən yüz manat azaldığını bilmişdir. Səbəbini öyrənmək üçün cavabdehə müraciət etmişdir. Şöbə rəisi ona şifahi olaraq bildirmişdir ki, bunun səbəbi onun Azərbaycan Respublikasında 2013-cü ilin fevral ayından 2015-ci ilin iyul ayına qədər müvəqqəti qeydiyyatda olmasıdır. O, cavabdehin bu hərəkətinə etiraz edərək bildirmişdir ki, onun razılığı və məhkəmənin qərarı olmadan pensiyasından hər hansı pul tutulması qanunun tələblərinə uyğun deyil. Onun bu siyahıya səhvən düşdüyünü, Hesablama Palatasına bu haqda müraciət ünvanladıqlarını və nəticəsi haqda ona məlumat verəcəklərini vurğulamışdır. O, məlumat almadığından xx.xx.2019-cu ildə cavabdehə məktubla müraciət etmişdir, xx xxxxxx 2019cu ildə **********0 nömrəli cavab məktubu almış və onun pensiyasından bundan sonra da hər ay 91,97 manat vəsait tutulacağı bildirilmişir. Onun konstitusiya hüququ olan sosial təminat hüququnun kobud şəkildə pozulduğuna görə, bu hərəkətə son qoyulmasını tələb etmişdir. Lakin cavabdeh öz qanunsuz hərəkətlərindən imtina etməmişdir. O, ehtiyatda olan zabitdir və 21 təqvim ilindən çox qulluq stajı var. 2004-cü ilin dekabr ayından 2012-ci ilin noyabr ayına qədər qulluq stajına görə Ukrayna Müdafiə Nazirliyi xətti ilə X6 pensiya ilə təmin olunmuşdur. Bu pensiya həm Ukraynada, həm də Azərbaycan Respublikasında ömürlük təyin olunur. 2009-cu ildə Vətənə dönmək səbəbi ilə mənzilini satıb ailəsi ilə birgə Azərbaycana qayıtmışdır. Ailəsi üçün Siyəzən şəhərində yeni mənzil almış, burada uşaqları orta məktəbi bitirmiş, daha sonra ali təhsil almışlar. Sonra 2013-cü ilin may ayında o evi də satıb Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzil almış ora köçmüşlər. Amma yaşadıqları bina yeni tikili olduğundan ünvan 1 ünvanda qeydiyyatdadırlar. Bu faktlar və onun daimi yaşamaq məqsədi ilə Azərbaycana köçməyi ərizəyə əlavə edilən yazılı sübutlarla təsdiqlənir. Ona təyin olunmuş hərbi pensiyanı daimi yaşamaq üçün köçdüyü yerdə almaq istədiyi haqda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinin sosial təminat və pensiya şöbəsinə müraciət etmişdir. Ona bildirilmişdir ki, bunun üçün onun şəxsi işinin 1-ci nüsxəsini və pensiya işini Nazirliyə göndərilməsini təmin etmək lazımdır. Bu səbəbdən o, Ukraynaya qayıdaraq lazımı bütün proseduraları keçmişdir - oradan qeydiyyatdan çıxmış, daxili pasportunu təhvil vermiş, 2012-ci ilin dekabr ayından daimi yaşamaq üçün ailəsinin yanına Azərbaycan Respublikasına qayıtmışdır. 2013-cü ilin yanvar ayında o, şəxsi və pensiya işi qovluqları olan paketi müşayiət vərəqi ilə birgə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişdir. Həmin ərəfədə lazımi sənədləri, o cümlədən Azərbaycana Daimi Yaşayış yerinə gəlmə barədə ştampı olan xarici pasportunun surətini Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim edərək yaşayış yeri üzrə qeydiyyata düşmək üçün müraciət etmişdir. xx.xx.2013-cü il tarixdə onun Azərbaycan Respublikasında yaşamağı rəsmi qeydiyyata alınmışdır. Bu sənədin notarial təsdiqini cavabdehə təqdim etmişdir. Qanunda göstərilən 10 gündən sonra ona 2013-cü ilin fevral ayından hərbi təqaüd veriləcəyi barədə qərarın qəbul olunması haqqında qəbz verilmişdir. Bundan başqa, hər dəfə cavabdehin tələbi ilə müəyyən olunmuş vaxtı uzadılmış qeydiyyat vəsiqələrinin notarial təsdiqini təqdim etmişdir. Cavabdehin ona verdiyi cavabından isə onun şəxsən hansı hüquq pozuntusuna yol verdiyinə və hansı qanun normalarını pozduğuna görə ondan pul tutulmasının səbəbi bəlli deyil. Göstərlənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçıya Müdafiə Nazirliyindən göndərilmiş məlumat vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixindən etibarən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazə vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixdən etibarən hər il müddəti bir il uzadılmaqla xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində yaşamağa müvəqqəti icazə verilmişdir. Ona daimi yaşamaq icazəsi yalnız xx.xx.2015-ci il tarixində verilmişdir və xx.xx.2020-ci ilə qədər etibarlıdır. Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün verilmiş müvəqqəti icazə vəsiqəsində qeyd edilən məlumata əsasən iddiaçı Ukrayna Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında" Qanununun 3.2-ci maddəsinə əsasən. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin həmin Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminat hüququ var. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya təminatı hüququna malik olmadığı müddətdə ona 12784,21 manat məbləğində əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyasının “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri haqqında" Q-95 nömrəli xx xxxx 2018-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinin pozulması halı ilə əlaqədar olaraq artıq ödənilmiş pensiya məbləğlərinin bərpa edilməsi idarənin qarşısında vəzifə olaraq qoyulmuşdur. Bununla əlaqədar olaraq, xx.xx.2018-ci il tarixindən etibarən hər ay iddiaçının pensiyasından 91,97 manat məbləğində pul tutulur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan iddiaçıya məxsus ES618311 №-li pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hasilov Şahin xx.xx.1966-cı ildə Azərbaycan Respublikasında doğulmuşdur və Ukrayna vətəndaşıdır. İş materiallarında olan Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş iddiaçıya məxsus DYİ seriyalı 00***** №-li Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ukrayna vətəndaşı Şahin Hasilova xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək etibarlılıq müddəti olan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmişdir, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Babaşov küçəsi, ev 2, mənzil 10-dur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arayışından görünür ki, ehtiyatda olan polkovnik-leytenant X2 həqiqətən xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx xxxxxx 1992-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək Ukrayna Respublikasının Silahlı Qüvvələrində, ümumilikdə 21 il 04 ay 25 gün həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2018-ci il tarixli K/412 №-li arayışından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü, Ukrayna vətəndaşı X2 həqiqətən Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək etibarlılıq müddəti olan müvəqqəti yaşamaq üçün icazə və xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək etibarlılıq müddəti olan daimi yaşamaq üçün icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən iddiaçı Ş.Hasilova ünvanlanmış xx.xx.2019-cu il tarixli **********0 saylı məktubda qeyd olunur: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yalnız daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Buna baxmayaraq, Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinizin olmadığı halda Sizə xx xxxxxx 2013-ci il tarixindən yaşa gorə 404,25 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Hesablama Palatasının İdarədə apardığı son audit yoxlamasının nəticəsində Qanunun yuxarıda qeyd olunan maddəsinin tələbinin pozulması ilə Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərə verilmiş pensiya ödənişlərinin dayandırılması və artıq ödənilmiş məbləğlərin geri alınması İdarəyə tapşırılmışdır. Bununla əlaqədar olaraq, xx.xx.2013-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq hüququnuz olmadığı halda aldığınız 12783,83 manat məbləğində artıq ödəmə xx.xx.2018-ci il tarixindən hər ay pensiyanızdan 91,97 manat çıxılmaqla tutulur. İş materiallarında olan iddiaçı Ş.Hasilova məxsus pensiya işində olan sənədlərdən görünür ki, DSMF HQXRŞİD əmək pensiyası təyin edən komissiyanın xx.xx.2013-cü il tarixli qərarına əsasən iddiaçı Ş.Hasilova xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına verilmiş məlumat vərəqi əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçı Ş.Hasilova ünvanlanmış xx.xx.2019-cu il tarixli **********9 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikasının Milli Məclisindən daxil olmuş, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsi ilə fasiləsiz yaşadığınıza və Sizə təyin edilən və ödənilən pensiya məbləğindən düzgün olmayaraq tutulma aparılması barədə müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Araşdırma məlumatına əsasən bildiririk ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən göndərilmiş məlumat vərəqəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi tərəfindən Sizə xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş və xx.xx.2018-ci il tarixdən pensiyanızın məbləği 490,39 manat təşkil edir. 2018-ci ildə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsində aparılmış auditin aktında müvəqqəti yaşayış icazəsi ilə fasiləsiz yaşayan hərbi qulluqçulara təyin olunmuş və ödənilən pensiyaların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə (Azərbaycanda daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan vətəndaşları ilə bərabər şərtlərlə əmək pensiyası almaq hüququ vardır) uyğun olmadığını əsas gətirərək pensiya ödənişinin dayandırılması və həmin ayadək ödənilmiş pensiya məbləğinin idarənin xəzinə hesabına qaytarılması tapşırığı verilmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən Sizə xx.xx.2015-ci il tarixdə daimi yaşayış icazəsi verilmişdir. Azərbaycan Respublikasının Hesablama Palatasının qərarına əsasən müvəqqəti yaşayış icazəsi ilə iddiaçının pensiya aldığı xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək dövr üçün artıq ödənilmiş vəsait ayda 91,97 manat olmaqla pensiyanızdan tutulur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır; 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur; 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur; 39.3-cü maddəsinə əsasən bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1966-cı ildə Azərbaycan Respublikasında doğulmuşdur, hazırda Ukrayna Respublikasının vətəndaşıdır. O, xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx xxxxxx 1992-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək Ukrayna Respublikasının Silahlı Qüvvələrində, ümumilikdə 21 il 04 ay 25 gün həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2003cü il tarixdə iddiaçı Azərbaycan Respublikasında məskunlaşdığından ona Ukrayna Respublikası tərəfindən ödənilən pensiya dayandırılmış və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət ünvanlanmışdır. Cavabdeh tərəfindən xx xxxxxx 2013-cü il tarixdən Müdafiə Nazirliyinin iddiaçının adına verilmiş məlumat vərəqi əsasında ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçıya Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə, xx.xx.2013cü il tarixdən xx.xx.2014-cü il tarixə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək etibarlılıq müddəti olan müvəqqəti yaşamaq üçün icazə və xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək etibarlılıq müddəti olan daimi yaşamaq üçün icazə verilmişdir. Göründüyü kimi, iddiaçıya xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə verilmişdir, həmir tarixə kimi isə müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən idarədə aparılan yoxlama nəticəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinin pozulması ilə bağlı Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərə verilmiş pensiya məbləğinin dayandırılması və artıq ödənilmiş məbləğlərin geri alınması idarəyə tapşırılmış və iddiaçının xx.xx.2013 xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ olmadan aldığı artıq ödəmənin xx.xx.2018-ci il tarixdən hər ay pensiyasından 91,97 manat çıxılmaqla tutulmasına başlanılmışdır. Göründüyü kimi, iddiaçıya xx xxxxxx 2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, həmin tarixdə isə ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İddiaçıya Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə isə xx.xx.2015-ci il tarixdən verilmişdir. Halbuki «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının pensiya aldığı xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək dövr üçün artıq ödənilmiş pensiya məbləğinin iddiaçıdan tutulması qanunvericiliyin tələblərinə uyğundur. Bu baxımdan iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Eyni zamanda iddia tələbi təmin edilmədiyi üçün məhkəmə xərclərinin tutulması hissəsində də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qanunsuz olaraq tutulmuş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1318/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1318/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver