Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1323/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasın Səhiyyə Nazirliyinə və “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinin üzərinə iddiaçının dişlərinin müalicə edilməsi öhdəliyi qoyulması və müalicəyə çəkdiyi 6000 (altı min) manat pulun ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinə qarşı 6000 manat maddi və mənəvi zərərin ödənilməsi kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, səhiyyə nazirinə müraciət etmişdir ki, iddiaçının vəziyyəti ağırdır. Dişlərinin müalicəsinə ona köməklik edilməsi xahiş edilmişdir. xx.xx.2023ci il tarxində məktubuna cavab olaraq göndərilmiş məktubda qeyd edilmişdir ki, “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin iddiaçıya müalicəsi haqda cavab veriləcək. İddiaçı 1-ci Qarabağ müharibəsi əlili və başının yarısı (20%) Faiz plastikdir. Ankalojı xəstə olmuşdur. Dəfələrlə cərahiyyə əmliyyatı aparılmışdır. Dişləri də pis günə düşüb ağrısında dözə bilmir, bu haqda müraciət etmişdir. 5 aydır ki, məktubuna cavab verilmir. Dəfələrlə telefonla əlaqə saxlamışdır. Deyilmişdir ki, gözlə cavab veriləcək. Ancaq indiyə kimi cavab verilməyib. Dişinin ağrısından mənəvi və psixloji vəziyyətə düşmüşdür. Ağrıya dözə bilmir. Məktublarına vaxtında cavab verməmişdirlər. Ona qarşı süründürməçiliyə yol verilmişdir. Məcbur olub bankdan kreditə 6000 (altı min) manat pul götürmüşdür.
4. Səhiyyə nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə vətəndaş İddiaçı Məmmədrəul oğlunun dişlərinin müalicəsinə köməklik göstərilməsi ilə bağlı nazirliyə daxil olmuş müraciəti aidiyyəti üzrə baxılması üçün “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinə göndərilmiş, müraciətinin baxılmasının nəticəsi barəə vətəndaşa məlumat verilməsi tələb olunmuşdur.
5. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli vətəndaş müraciətinin araşdırılması barədə məktubda qeyd edilmişdir ki, stomatoloji tibbi xidmətin göstərilməsi (diş protezləşməsi) ilə bağlı 28 iyul 2023-cü tarixli iddiaçının müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Azerbaycan Respublikasının Prezidentinin 20 dekabr 2018-d il tarixli “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirli haqqında” 418 nömrəli Fərmanının 3.7-ci bəndini və 13 may 2022-ci il tarixli 1677 nömn Fərmanının 9.1ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüqu şəxsin Müşahidə Şurasının iclasının 01 avqust 2022-ci il tarixli Protokolundan 2 N-li Çıxarış əsasən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tarifləri Müşahidə Şurasın sədri tərəfindən təsdiq edilmişdir. Stomatoloji tibbi xidmət ödənişli əsaslarla göstərilən xidmətlər siyahısına daxil edilmişdir. Qaldırılmış məsələ ilə bağlı aidiyyəti yuxarı qurumlara müraciət edilmişdir. İmtiyazlı qrup vətəndaşlara stomatoloji xidmət göstərilməsi qaydaları barədə cavab alındıqdan sonra iddiaçıya yenidən məlumat veriləcəkdir.
6. Məhkəmə hesab etmişdir ki, ilkin olaraq iddiaçının stomatoloji tibbi xidmətin və diş protezləşməsinə ehtiyacın olub-olmaması müəyyən edilməlidir. Bununla əlaqədar İddiaçı stomotoloji tibbi xidmətlərə və diş protezləşməsinə ehtiyacının olub-olmamasını müəyyən etmək məqsədi ilə xx.xx.2025-ci il tarixli qərardadla müayinə olunması üçün 10 (on) gün müddət təyin edilmiş, lakin qeyd edilən müddətdə (kifayət qədər vaxt keçməsinə baxmayaraq) iddiaçının müayinəsi təmin edilməmişdir.
7. Cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ tərəfindən təqdim edilən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən cavabdehlər cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-ya (budan sonra - Mərkəz) qarşı öhdəliyin icrası növündə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırda 2-1(112)-1323/2025 nömrəli inzibati iş Sizin icraatınızdadır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edərək dişlərinin müalicəsi üçün ona köməklik edilməsini xahiş edilmişdir. Nazirlik tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktubla cavab verilmiş və həmin məktuba əsasən müraciəti aidiyyəti üzrə digər cavabdehə, yəni Mərkəzə göndərilmişdir. Məsələ Mərkəzdə araşdırılaraq vətəndaşa müraciəti barədə xx.xx.2023-cü il tarixli məktubla məlumat verilmişdir. İddiaçı əlilliyi olan şəxs kateqoriyasına aid olduğundan ona münasibətdə tibbi xidmətin göstərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il tarixli 406 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası” (bundan sonra - Qayda) ilə tənzimlənir. Adıkeçən Qaydanın 3-cü hissəsi məhz əlilliyi olan şəxslərin tibbi xidmətlə təmin olunması məsələsini tənzimləyir. 3.2-ci bəndə əsasən Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslərə bu Qaydanın 3.1-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə nəzərdə tutulmuş tibbi xidmətlərdən əlavə digər tibbi xidmətlər müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik), Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin göndərişləri əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Qaydanın qeyd olunan bəndinə nəzər saldıqda aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulmayan eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə nəzərdə tutulmuş tibbi xidmətlərdən başqa digər tibbi xidmətlər müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin göndərişləri əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Stomatoloji xidmətlər müvafiq Xidmətlər Zərfində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması dövlət tibb müəssisələri tərəfindən göstərilməyən tibbi xidmət növü kimi nəzərdə tutulmuşdur. Digər stomatoloji xidmətlər dövlət müəssisəsində əlilliyi olan şəxslərə göstərilə bilər. Bunun üçün Qaydanın 3.2-ci bəndində nəzərdə tutulan qurumların müvafiq göndərişi olmalıdır. Bu sahədə mövcud olan hüquqi aktları qarşılıqlı şəkildə təhlili nəticəsində belə qənaətə gəlmək mümkündür ki, iş üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Mərkəz Qaydanın 3.2-ci bəndinə əsasən vətəndaşa “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə və “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə nəzərdə tutulmamış xidmətlər üzrə tibbi xidmət göstərmək, eləcə də bu xidmətin göstərilməsi üçün göndəriş vermək səlahiyyətinə malik deyildir. Bu baxımdan cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-ya yönəldilən hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Odur ki, iddia tələbinin cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞya münasibətdə rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilir.
8. “Dental studio” Stomatoloji klinikası tərəfindən verilən arayışa əsasən İ qrup Qarabağ əlili İddiaçı 12.09.24 il tarixində, "Dental Studio" klinikasina, kəskin diş ağrıları ilə müraciət etmişdi. Müayinədən sonra onun müalicəyə və diş protezləşdirilməsinə ehtiyacı olduğu müəyyən edilib. 18 (on səkkiz) dişin müalicəsi, 12 (on iki) dişin protezləşdirilməsi aparılmışdı. Xəstə 18 (on səkkiz) dişin müalicəsi üçün 1080 (min səksən) manat, metalkeramika dişlərlə 12 (on iki) dişin protezləşdirilməsi üçün 1080 (min səksən) manat ödəmişdir.
9. Məhkəmə tərəfindn Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində Azərbaycan Tibb Universiteti X3 bir dişin müalicəsinin orta qiyməti və qiymətli metallardan olmayan üst və alt çənə protezləşməsinin ayrı-ayrılıqda qiyməti barədə məlumat tələb edilmiş, cavab olaraq bildirilmişdir ki, ATU-nun X1 bir dişin müalicəsi 30-90 manat, metal keramika qapaq 100-200 manat, tam çıxan protez (bir çənə) 120-500 manat, hissəli çıxan protez (1 çənə) 90-350 manat təşkil edir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, dözülməz ağrı keçirdiyindən məcbur olub kredit vəsaiti hesabına stomatoloji klinikada dişlərinin müalicəsini həyata keçirmiş, odur ki, ödənilmiş vəsaitin geri qaytarılmasını tələb edir.
II. İddianın növü
11. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İddia inzibati orqanın hərəkətlərinin qanunsuzluğunun müəyyən edilməsi və nəticədə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 41. Sağlamlığın qorunması hüququ I.Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. III.İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.
15. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu:
21. Əlilliyi olan şəxslərin tibbi yardımla təminatı bu Qanun və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tibbi xidmət növləri istisna olmaqla, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə tibbi xidmət dövlət büdcəsi hesabına həyata keçirilir.
29. Əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları, tibbi xidmət, ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi, həmçinin protez-ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunurlar.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş №Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”ndan:
3. Əlilliyi olan şəxslərin tibbi xidmətlə təmin olunması 3.1. Dövlət tibb müəssisələri və reabilitasiya müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulan tibbi xidmətlər əlilliyi olan şəxslərə icbari tibbi sığorta vəsaitləri hesabına göstərilir. 3.2. Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslərə bu Qaydanın 3.1-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə nəzərdə tutulmuş tibbi xidmətlərdən əlavə digər tibbi xidmətlər müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik), Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin göndərişləri əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlər aşağıdakılardır:
8. qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması.
19. Cavabdehin mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulmayan eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə nəzərdə tutulmuş tibbi xidmətlərdən başqa digər tibbi xidmətlər müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin göndərişləri əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Stomatoloji xidmətlər müvafiq Xidmətlər Zərfində nəzərdə tutulmamışdır.
20. Məhkəmə stomatoloji xidmətlərin müvafiq Xidmətlər Zərfində nəzərdə tutulmadığını qeyd edir, odur ki, stomatoloji xidmətlərin dövlət büdcəsi vəsaiti hesabına təmin edilməməli olduğu ilə razılaşır. Lakin eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə məhz “qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması”nın dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmət olduğu müəyyən edilir. Odur ki, iddiaçının dövlət büdcəsi vəsaiti hesabına qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla, diş protezləri ilə təmin olunması hüququ qanunla qorunur. Məhkəmə iddiaçının Səhiyyə nazirliyinə ünvanlanmış müraciətinin cavabdah “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinə göndərildiyini, eləcə də İddiaçı stomotoloji tibbi xidmətlərə və diş protezləşməsinə ehtiyacının olubolmamasını müəyyən etmək məqsədi ilə müayinəsinin təşkil edilməsinə dair məhkəmə qərardadının icra olunmadığını nəzərə alır.
21. İddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının zərər çəkdiyi və yaranmış maddi zərərlə cavabdehin hərəkəti arasında səbəb-nəticə əlaqəsi müəyyən edilməlidir.
22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, müalicə aldığı klinika tərəfindən təqdim edilmiş arayışda iddiaçının kəskin diş ağrıları ilə müraciət etdiyi, müayinədən sonra onun müalicəyə və diş protezləşdirilməsinə ehtiyacı olduğu müəyyən edildiyi, 18 (on səkkiz) dişin müalicəsi, 12 (on iki) dişin protezləşdirilməsi aparılmışdı. Xəstə 18 (on səkkiz) dişin müalicəsi üçün 1080 (min səksən) manat, metal-keramika dişlərlə 12 (on iki) dişin protezləşdirilməsi üçün 1080 (min səksən) manat ödəmişdir. Eyni zamanda məhkəmənin sorğusuna cava olaraq ATU-nun X1 bir dişin müalicəsi 30-90 manat, metal keramika qapaq 100-200 manat, tam çıxan protez (bir çənə) 120-500 manat, hissəli çıxan protez (1 çənə) 90-350 manat təşkil edir.
23. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının diş protezləşdirilməsinə ehtiyacı olduğu müəyyən edildiyindən (belə ki, cavabdeh qurum müayinənin təşkilini təmin etməmişdir) və 12 (on iki) dişin protezləşdirilməsi aparıldığından hissəli çıxan protezin dəyəri həcmində iddiaçıya maddi zərər vurulmuşdur.
24. Yuxarıda qeyd edildiyi kimi iddiaçının dövlət büdcəsi vəsaiti hesabına stomotoloji xidmətlərin və metal-keramikadan hazırlanan stomatoloji protezlərin quraşdırılmasına görə çəkdiyi xərcin əvəzinin ödənilməsini tələb etmək hüququ olmadığından həmin hissədə iddia tələbi təmin edilməməlidir.
25. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X2rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X5rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).
26. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.
27. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.2008-ci il tarixli qərarı: “... 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır...”.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir...
29. Məhkəmə qeyd edir ki, müalicə aldığı klinika tərəfindən təqdim edilmiş arayışda iddiaçının kəskin diş ağrıları ilə müraciət etdiyi müəyyən olunur və ağrılarının olduğu halda, hüququ olduğu protezləşdirmə ilə əlaqədar zəruri tibbi xidmətin təmin edilməməsi nəticəsində ağrı, istirab və mənəvi sarsıntı keçirməsi istisna olunmur. Odur ki, məhkmə hesab edir ki, mənəvi zərərin məbləği maddi ziyanla eyni məbləğdə məbləğdə tutulmalıdır.
30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının hərbi xidmətə çağırılması ilə bağlı cavabdehin xx.xx.2023-cü il tarixli hərəkəti qanunsuz hesab edilərək 4500 manat məbləğində maddi zərər və 2000 manat məbləğində mənəvi zərərin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsindən 350 manat məbləğində maddi zərər və 350 manat məbləğində mənəvi zərər tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva