Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1325/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı (3-cü şəxs: X6) “üzvlükdən xaric edilmə” dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vəkillər X1 müvafiq qərarı ilə Binəqədi Rayon Məhkəməsinin müraciəti əsasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Qeyd edilən intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyası tərəfindən vəkil Cavabdeh iştirakı ilə müvafiq araşdırma aparılmış, vəkilin izahatı alınmış, təqdim olunmuş sənədlər və digər sübutlar tədqiq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, vəkil Cavabdeh X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan ibtidai istintaq zamanı ona hüquqi yardım göstərmək üçün dövlət hesabına müdafiəçisi qismində təyin edilmişdir. İş üzrə ibtidai istintaqı aparan müstəntiq tərəfindən “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında" xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs Əli Səmədov və onun müdafiəçisi, vəkil Cavabdeh tərəfindən imzalanmışdır. Vəkil Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində ibtidai istintaqı aparılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncuya dövlət hesabına yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi vəzifəsini lazımınca yerinə yetirməyərək, iş materiallarında olan "təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında" protokolun tərtib edildiyi xx.xx.2023-cü il tarixdə faktiki olaraq təqsirləndirilən şəxs Binəqədi RPİ-nin İŞ-də olmadığı və guya müdafiəçisinin iştirakı ilə sözügedən istintaq hərəkəti əslində aparılmadığı halda, sonradan faktiki iştirak etmədiyi həmin istintaq hərəkətinə dair protokolu imzalamaqla. Əli Səmədovun müdafiə hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan hərəkəti edərək formal vəkilliyə yol vermişdir. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində ibtidai istintaqı aparılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncuya dövlət hesabına təyin edilmiş müdafiəçisi qismində hüquqi yardımın göstərilməsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərəkən, iş materiallarında olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında ” protokolun tərtib edildiyi xx.xx.2023-cü il tarixdə faktiki olaraq təqsirləndirilən şəxs Binəqədi RPİ-nin İŞ-də olmadığı və guya müdafiəçisinin iştirakı ilə sözügedən istintaq hərəkəti əslində aparılmadığı halda, sonradan faktiki iştirak etmədiyi həmin istintaq hərəkətinə dair protokolu imzalamaqla. Əli Səmədovun müdafiə hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan və müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd hərəkət edərək, istintaq və ya digər prosessual hərəkəti aparan şəxsin nəzərini onun yol verdiyi qanun pozuntularına cəlb edərək buna etiraz etmək əvəzinə, müvafiq protokolu imzalayıb ona yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi vəzifəsini lazımınca yerinə yetirməyərək formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.4-cü. 92.9.6-cı, 92.10.1 -ci, 92.11.1-ci, 92.11.2-ci maddələrinin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin. 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin. 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin. 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2ci, 1.3-cü. 2.2-ci. 2.3-ci, 2.4-cü, 2.5-ci. 3.4-cü, 3.5-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməli (hərəkəti) törətmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, Ə.Səmədovun hüquqları pozulmamışdır. O, əvvəl də məhkum olmuşdur.İşi təkrar istintaqa qaytarmağın ən zəif həlqəsi müdafiəçinin fəaliyyətinin olduğunu bilir. Onun hüquqları pozulmamışdır. AR CPM-nin 303-cü maddəsi ilə iş Prokurora qaytarılmış, ağır nəticə olmamış və o, həbsə atılmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-719/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılması; təqsirləndirilən şəxs X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması; işin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X7 barəsində xüsusi qərar çıxarılması; Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Cavabdeh barəsində tədbir görülməsi üçün qərarın surətinin Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “xx.xx.2023- cü il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Cavabdeh imzalarının olması müəyyən edilmişdir. Həmçinin məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X6 xx.xx.2023-cü tarixdə Binəqədi Rayon Polis İdarəsində olmamış, ümumiyyətlə sonuncu cinayət işinin materialları ilə tanış edilməmişdir. Buna baxmayaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X7 xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında" protokol tərtib edərək müxtəlif vaxtlarda təqsirləndirilən şəxs və müdafiəçisinə imzalatmış, faktiki olaraq sözügedən istintaq hərəkəti həyata keçirilməmişdir. Göstərilən həmin hal məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrinin tələblərinin pozulması kimi qiymətlədirilərək X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılması barədə qərar qəbul edilmişdir.” Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2024-cü il tarixli, 01 nömrəli iclas protokolundan çıxarışa əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciəti əsasında intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2024-cü il tarixli, 06 nömrəli iclas protokolundan çıxarışa əsasən Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınması, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində ibtidai istintaqı aparılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncuya dövlət hesabına təyin edilmiş müdafiəçisi qismində hüquqi yardımın göstərilməsi ilə bağlı peşə fəaliyyətim həyata keçirərəkən, iş materiallarında olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisim cinayət işinin materialları ilə tanış etmə haqqında’’ protokolun tərtib edildiyi xx.xx.2023-cü il tarixdə faktiki olaraq təqsirləndirilən şəxs Binəqədi RPİ-nin İŞ-də olmadığı və guya müdafiəçisinin iştirakı ilə sözügedən istintaq hərəkəti əslində aparılmadığı halda, sonradan faktiki iştirak etmədiyi həmin istintaq hərəkətinə dair protokolu imzalamaqla, Əh Səmədovun müdafiə hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan və müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd hərəkət edərək, istintaq və ya digər prosessual hərəkəti aparan şəxsin nəzərini onun yol verdiyi qanun pozuntularına cəlb edərək buna etiraz etmək əvəzinə, müvafiq protokolu imzalayıb ona yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi vəzifəsini lazımınca yerinə yetirməyərək formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.4-cü, 92.9.6-cı, 92.10.1-ci, 92.11.1 -ci, 92.11.2-ci maddələrinin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-ci, 1.3-cü, 2.2-ci, 2.3-cü, 2.4cü, 2.5-ci, 3.4-cü, 3.5-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməli (hərəkəti) törətdiyinə görə, Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkili Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsində istintaq olunan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə X8 27 oktyabr 2024-cü il tarixdə Binəqədi RPİ-nin sabiq müstəntiqi, polis kapitanı X4 xidməti iş otağında həmin tarixdə onun hüquqlarını müdafiə edən 11 saylı Vəkil bürosunun vəkili Cavabdeh iştirakı ilə “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolu imzalamış və heç bir vəsatətlərinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən verillmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən koordinatlar üzrə məhkum Ə.Səmədov xx.xx.2023-cü il tarixdə saat 11:47-dən saat 12:21-dək Binəqədi rayon Polis İdarəsinin inzibati binasında olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin İİ hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Həmin Qanunun 16-cı maddəsinin İ hissəsinə əsasən peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır. Həmin Qanunun 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Həmin Qanunun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır. İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması kimi intizam tənbehləri tətbiq edilə bilər. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin: 1.2. Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. 2.1. Vəkilin müstəqilliyi - Vəkillər müstəqildirlər və yalnız qanunun tələblərinə tabedirlər. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkilin tam şəkildə müstəqil olması əsas şərtdir. Vəkil onun müstəqilliyinə xələl gətirə biləcək bütün hərəkətlərdən çəkinməli və öz peşəsinin nüfuzunu digər maraqlardan üstün tutmalıdır. 2.2. Vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 2.3. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması - Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. 2.4. Loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. 2.5. İctimai etimad - Vəkil vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında həqiqəti təhrif etməməlidir. 2.14. Vəkillik fəaliyyəti ilə bir araya sığmayan fəaliyyət - Vəkil öz peşə borcunun müstəqil surətdə yerinə yetirilməsinə, həmçinin ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə mane olan fəaliyyətdən çəkinməlidir. 4.2. Məhkəmə icraatının ədalətli həyata keçirilməsi üçün vəkil qanunauyğun davranış nümayiş etdirməlidir. 4.4. Vəkil heç vaxt məhkəməyə, ibtidai istintaq və təhqiqat orqanına bilərəkdən yanlış və ya çaşdırıcı məlumat verməməlidir. Qeyd olunan müddəaların tələblərindən də göründüyü kimi vəkilin peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunması onun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas qismində çıxış edir ki, Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsasların müəyyən edilməsi halında xaric edilməyə dair qərar isə Kollegiyanın müraciəti əsasında məhkəmə tərəfindən həll olunur. İş materiallarından isə müəyyən edilir ki, Kollegiya tərəfindən Cavabdeh Vəkillər Kollegiyasından xaric edilməsi məsələsi üzrə intizam icraatı aparılmış, rəy və qərar çıxarılmış, xaric edilməyə əsas olan pozuntular üzrə məhkəməyə müraciət edilməsi əsas görülmüşdür. Nəzərə alınmalıdır ki, Kollegiyanın intizam icraatı üzrə rəydə öz əksini tapmış hallar öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, Vəkillər Kollegiyasından xaric edilmə üzrə müraciət qanuni və əsaslı olmuş, şəxsin Vəkillər Kollegiyasından xaric edilməsi əsasları mövcud olmuşdur. Xüsusi ilə qeyd olunmalıdır, intizam icraatının predmeti olan faktiki hal, vəkil Cavabdeh dövlət hesabına təyin olunduğu X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirildiyi cinayət işində göstərməli olduğu hüquqi yardımı formallıq naminə, əslində isə vəzifəsinin mahiyyətinə zidd şəkildə həyata keçirməsi kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarında yer alan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2023-cü il tarixli protokol hər iki tərəfin, təqsirləndirilən şəxs Ə.Səmədovun və müdafiəçi vəkil Cavabdeh imzası ilə rəsmiləşdirilsə də, Binəqədi rayon məhkəməsinin hüquqi qiymətləndirməsi və Ədliyyə Nazirliyinin Probasiya Xidmətindən daxil olmuş rəsmi cavab məktubu ilə müəyyən olunmuşdur ki, Ə.Səmədov həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixində faktiki olaraq Binəqədi RPİ-nin İstintaq Şöbəsində ümumiyyətlə olmamışdır. Bundan əlavə, iş üzrə məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilmiş Ə.Səmədov özü də verdiyi ifadə ilə göstərilənləri təsdiqləmiş, istintaq hərəkətində iştirak etmədiyini və həmin dövrdə istintaq materialları ilə tanış olmadığını bəyan etmişdir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, “Attenti” elektron monitorinq sistemindən alınmış koordinat məlumatlarına əsasən də müəyyən olunmuşdur ki, Ə.Səmədov yalnız xx.xx.2023-cü il tarixində, yəni protokolun tərtib olunmasından xeyli sonra Binəqədi RPİ-nin inzibati binasında olmuşdur. Bu dəlillər və faktiki iştirakla bağlı uyğunsuzluq, vəkil Cavabdeh həmin istintaq hərəkətində faktiki iştirak etməyən təqsirləndirilən şəxsin guya iştirak etdiyini və hər hansı vəsatət irəli sürmədiyini ehtiva edən protokolu imzalaması faktını hüquqi baxımdan inkarolunmaz etmişdir. Beləliklə, Cavabdeh müdafiə funksiyasını formal şəkildə yerinə yetirməsi, təqsirləndirilən şəxsin müdafiə hüquqlarını kobud surətdə pozması müəyyən edilir. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, Vəkillər Kollegiyasının bu hərəkətləri əsas götürərək Cavabdeh Kollegiyadan xaric edilməsinə dair müvafiq rəylə çıxış etməsi hüquqi zərurətdən doğmuş, təqdim olunmuş sübutlar və müəyyən edilmiş faktiki hallar əsasında tam qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddianın təmini üçün əsas mövcud olduğundan Kollegiya tərəfindən aparılmış intizam icraatı materialları nəzərə alınmaqla Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1325/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1325/2025
21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver