Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13271/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “iddiaçının xx.xx.2025-ci il tarixdə 3-33/1-B-003531/1-10/2025 nömrəsi ilə qeydiyyata alınmış şikayəti üzrə cavabdeh tərəfindən aparılmış araşdırmanın və nəticəsi olan xx.xx.2025-ci il tarixli məktubunun, o cümlədən cavabdeh orqanın X7 Baş İdarəsinin əməkdaşının iddiaçıya qarşı olan hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçının şikayəti üzrə icraatın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada yenidən araşdırılması və iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol vermiş gömrük əməkdaşının barəsində qanuna müvafiq tədbir görülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “iddiaçının xx.xx.2025-ci il tarixdə 3-33/1-B-003531/1-10/2025 nömrəsi ilə qeydiyyata alınmış şikayəti üzrə cavabdeh tərəfindən aparılmış araşdırmanın və nəticəsi olan xx.xx.2025-ci il tarixli məktubunun, o cümlədən cavabdeh orqanın X7 Baş İdarəsinin əməkdaşının iddiaçıya qarşı olan hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçının şikayəti üzrə icraatın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada yenidən araşdırılması və iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol vermiş gömrük əməkdaşının barəsində qanuna müvafiq tədbir görülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı ürək xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar İran İslam Respublikasında əməliyyat olunmuş, daha sonra müayinə olunmaq məqsədilə Türkiyə Respublikasına getmiş, aldığı müalicələr, müayinələr və keçirdiyi əməliyyatı təsdiq edən sənədlər iş materiallarına əlavə olunmuşdur. Müayinələr başa çatdıqdan sonra xx.xx.2025-ci il tarixində "xxxx" QSC-yə məxsus olan təyyarədən İstanbul-Bakı reysi ilə gecə saat 02:30 radələrində Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanına enmişdir. Sərhəd yoxlanışından keçdikdən sonra baqajını götürüb yaşıl dəhlizə tərəf getdiyi zaman sonradan adının "Nuridə" olduğunu öyrəndiyi gömrük əməkdaşı tərəfindən saxlanılaraq qırmızı dəhlizə tərəf aparılmışdır. Gömrük əməkdaşı iddiaçıdan rentgen aparatından keçməyini tələb etdikdə, ona həmin aparatdan keçməyə səhhətinin yol vermədiyini, ürək xəstəsi olduğunu və yeni əməliyyat olduğunu bildirsə də, həmin əməkdaş iddiaçı ilə kobud şəkildə, etik davranış qaydalarına uyğun olmayan üslubla rəftar etmiş, aparatdan keçmədiyi təqdirdə soyundurub yoxlanış edəcəyini bildirmişdir. Yeni əməliyyat olunduğu və rentgen aparatının səhhətinə mənfi təsir edəcəyini bildiyi üçün əməkdaşın fiziki yoxlanış tələbi ilə razılaşmışdır. İddiaçı ürək xəstəliyindən əziyyət çəkir. Bütün bu təzyiqlər nəticəsində sonda əyani müayinə olunmağına, üzərində heç bir yad cisim tapılmamasına baxmayaraq israrla Nuridə adlı əməkdaş tərəfindən rentgen aparatından keçirilməyə məcbur edilmişdir. Gömrük əməkdaşının qeyri-etik, kobud, təhqiramiz, iddiaçının şərəf və ləyaqətinə toxunan, habelə səhhətinə mənfi təsir göstərən davranışları səbəbindən 13 may 2025-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova həm elektron poçt vasitəsi, həm də fiziki cəhətdən kağız üzərində şikayət ərizəsi ünvanlamış, şikayətində gömrük əməkdaşının vəzifəli şəxsin etik davranış qaydalarına sığmayan hərəkətlərini bildirmiş, şəxs barəsində tədbirlər görülməsini xahiş elmişdir. Həmin şikayəti cavabdeh qurum tərəfindən xx.xx.2025-ci il tarixdə 3-33/1-B-003531/1-10/2025 nömrəsi ilə qeydiyyata alınmış və 195/6 nömrəsindən ona verilmiş məlumata görə araşdırmanın aparılması cavabdehin Daxili Təhlükəsizlik İdarəsinə həvalə edilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən araşdırma ilə bağlı uzun müddət dəvət edilməyini görüb. xx.xx.2025-ci il tarixdə özü birbaşa cavabdeh quruma getmişdir. Orada onu dinləyib, şikayətinin araşdırılması üçün rəhbərliyə məruzə olunacağı bildirilsə də, xx.xx.2025-ci il tarixdə elektron poçt ünvanına göndərilmiş imzasız cavab məktubunda guya gömrük əməkdaşının əməlində hər hansı bir qanunsuzluq aıkar edilmədiyinin müəyyən olunmadığı bildirilmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Qeyd edilənlərdən müəyyən edilir ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasdır ki, iddiaçı qanunvericiliyin bu normasına riayət etmədən Komitəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də iddiaçının Komitəyə qarşı hazırki iddia tələbi mümkün sayılmamalıdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən:
8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: 8.0.3. bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq; 8.0.4. qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyini təmin etmək; 8.0.5. gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; 9.0. Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər: 9.0.1. gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək; 9.0.7. təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; 9.0.10. gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri törətmiş, habelə onların törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması və ya təqib edilməsi məqsədi ilə idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərin diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus olan və xüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə) məxsus olan rabitə və nəqliyyat vasitələrindən son zərurət vəziyyətində istifadə etmək; 9.0.11. müstəqil surətdə, yaxud digər hüquq mühafizə orqanları cəlb edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına riayət olunmasına nəzarət etmək, gömrük xidmətinin infrastruktur obyektlərinin mühafizə sistemini təşkil etmək, gömrük sərhədinin qorunması məqsədi ilə başqa tədbirləri həyata keçirmək; 63.1. Gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində olan şəxsin üzərində ilkin yoxlama keçirmək hüququna malikdirlər. 63.2. İlkin yoxlama xidməti itlər, rentgen aparatı, surətçıxaran avadanlıq, mexaniki, elektrik, elektron cihazlar və digər vasitələrdən istifadə edilməklə aparılan yoxlamadır. 64.1. İlkin yoxlamadan sonra fiziki şəxsin aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış, habelə barəsində gömrük ödənişləri ödənilməmiş malları, bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının müddəalarının pozulması faktını təsdiq edən əşyaları üzərində gizlətməsi və daşıması barədə əsaslı şübhə yarandıqda, gömrük orqanlarının vəzifəli şəxsləri onu saxlayır və gömrük nəzarətinin müstəsna forması kimi, bu Məcəllənin 92.2.2-ci maddəsinə müvafiq olaraq üzərində şəxsi yoxlama aparırlar. 64.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. 64.3. Fiziki şəxsin bədənində narkotik vasitələri və psixotrop maddələri gizlətməsini müəyyən etmək məqsədilə tibbi müayinə tibb işçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir. 64.4. Üzərində şəxsi yoxlama aparılan fiziki şəxsin bədən üzvləri tibb işçisi tərəfindən yoxlanılmalıdır. 64.5. Gömrük orqanlarının şəxsi yoxlama aparan vəzifəli şəxsləri, hal şahidləri, bu prosesə cəlb edilən tibb işçiləri yoxlanılan fiziki şəxslə eyni cinsdən olmalıdırlar. 64.6. Şəxsi yoxlama zamanı fiziki şəxs üzərində gizlətdiyi malları (əşyaları) könüllü surətdə təqdim etmədikdə, gömrük orqanlarıının vəzifəli şəxsləri bu Məcəllənin 77-ci və 78-ci maddələrində nəzərdə tutulmuş qaydada fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər. 304.2. Fiziki şəxslərin gömrük sərhədindən güzəştli qaydada keçirdiyi mallara gömrük baxışı seçmə yolu ilə həyata keçirilir. Gömrük baxışı zamanı yazılı formada bəyan edilməli mallar aşkarlandıqda, fiziki şəxs həmin mallara dair bəyannamə verməli və müvafiq gömrük ödənişlərini ödəməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə əsasən: 3.1. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.2. qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyini təmin etmək; 3.1.30. müasir texnologiyalardan və avadanlıqlardan istifadə etməklə, gömrük işi sahəsində riskləri idarəetmə sistemi əsasında gömrük nəzarətini təkmilləşdirmək; 4.1. Komitə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: 4.1.7. gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri törətmiş, habelə onların törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması və ya təqib edilməsi məqsədi ilə idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərin diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus olan və xüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə) məxsus rabitə və nəqliyyat vasitələrindən son zərurət vəziyyətində istifadə etmək; 4.1.8. təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; 4.1.12. müstəqil surətdə, yaxud digər hüquq mühafizə orqanları cəlb edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına riayət olunmasına nəzarət etmək, gömrük xidmətinin infrastruktur obyektlərinin mühafizə sistemini təşkil etmək, gömrük sərhədinin qorunması məqsədi ilə başqa tədbirləri həyata keçirmək;
İddiaçının nail olmaq istədiyi əsas məqsəd və iddia tələbi iddiaçıya qarşı qanunsuz hərəkətləri etmiş X7 Baş İdarəsinin əməkdaşı barədə cavabdeh Dövlət Gömrük Komitəsi tərəfindən cəza tədbirlərin görülməsindən ibarətdir. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçının 15 may 2025-ci il tarixli müraciəti əsasında inzibati icraat aparmış və gömrük orqanın əməkdaşlarının İddiaçı münasibətdə əməllərində pozuntu halı aşkar edilmədiyindən müvafiq tədbirlər görməkdən imtina etmişlər. Belə ki, Dövlət X1 Bağırovaya ünvanladığı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə daxil olmuş 15 may 2025-ci il tarixli 3-33/1 -B- 003531 /1 -10/2025 qeydiyyat nömrəli elektron müracitənə baxılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 304.2-ci maddəsinə əsasən fiziki şəxslərin gömrük sərhədindən güzəştli qaydada keçirdiyi mallara gömrük baxışı seçmə yolu ilə həyata keçirilir. Müraciətinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 8 may 2025-ci il tarixində İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən gömrük nəzarəti zonasına saat 03:22-də daxil olmuş, iştirakı təmin edilməklə gömrük orqanı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq baqajlara gömrük baxışı keçirilmiş, İddiaçı ürək əməliyyatı olunduğun bildirmiş, yoxlama cihazlarının sağlamlığına zərər vura biləcəyini əsas gətirərək “Body Scan” texniki nəzarət vasitəsilə gömrük yoxlamasından keçirilməkdən imtina etsə də, gömrük orqanı əməkdaşına səyahət zamanı texniki nəzarət vasitələrinin tətbiqi ilə yoxlanışı istisna edən tibbi əks göstəriş sənədi təqdim etməmişdir. Səhhəti ilə bağlı gömrük orqanı əməkdaşları tərəfindən X9 Hava Limanının tibb məntəqəsinin həkim biriqadası dəvət edilmiş və ilkin müayinə aparılmışdır. Sonradan İddiaçı gömrük orqanı əməkdaşlarının qanuni tələbləri ilə razılaşaraq “Body Scan” texniki nəzarət vasitəsilə gömrük yoxlamasından keçirilmiş, həmin proses başa çatdıqdan sonra saat 05:55-də maneəsiz şəkildə gömrük nəzarəti zonasını tərk etmişdir. 27 may 2025-ci il tarixində Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük orqanı əməkdaşları tərəfindən qəbul olunmuşvə qanunvericiliyin tələbləri ona ətraflı şəkildə izah olunmuşdur. Araşdırma zamanı Heydər X2raşdırılmış nəzarət kameraları vasitəsilə 8 may 2025-ci il tarixində qeydə alınan videoyazıya baxış keçirilmiş, baxış zamanı gömrük orqanı əməkdaşları tərəfindən İddiaçı qarşı kobud rəftara və qeyri-qanuni hərəkətlərə yol verilmədiyi müşahidə edilmişdir. Aparılan araşdırma nəticəsində gömrük orqanı əməkdaşlarının əməlində pozuntu halı aşkar edilməmişdir. Müraciətə baxılmasının nəticəsi ilə razılaşmadığı təqdirdə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-İVQ nömrəli Qanununun 14.0.8-ci maddəsinə müvafiq olaraq məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatında baxılmalı olan iddia deyildir. Məhkəmə tərəfindən iddiaçıya 02 dekabr 2025-ci il tarixli hüquqi yardım barədə məktub ünvanlanaraq, iddia tələbinin dəyişdirilmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən iddianın mümkünlüyü məsələsinə baxılacağı bildirilmişdir. Lakin iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında işin halları və mübahisənin vəziyyəti müzakirəsi zamanı iddiaçı bildirmişdir ki, onun istəyi yalnız cavabdeh tərəfindən əməkdaşının cəzalandırılmasıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdeh inzibati orqan olsa da, iddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Hazırki mübahisə ilə bağlı hüquq isə cinayət məsuliyyəti (təqibi) məsələlərinə dair işlər üzrə fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova