Məhkəmə qərarları › İş №2-1(112)-1357/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1357/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1357/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “gömrük ödənişləri üzrə hesablanan artıq məbləğin geri alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “gömrük ödənişləri üzrə hesablanan artıq məbləğin geri alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, **********5571 və **********586 saylı gömrük bəyannamələrinə əsasən gömrük ödənişləri üzrə artıq hesablanmış hər bəyannaməyə görə 1500, toplam 3000 manat pulun qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X3 keçirilmiş hərrac vasitəsilə 2015-ci ildə istehsal edilmiş Toyota Aqua markalı 1500 sm³ hibrid mühərrik həcmli və 2019-cu ildə istehsal edilmiş Toyota Aqua markalı 1500 sm³ hibrid mühərrik həcmli minik avtomobillərini alaraq Azərbaycan Respublikasına gətirmişdir. Minik avtomobilin alış qiyməti 2015-ci ildə istehsal edilmiş Toyota Aqua markalı avtomobil üçün 4 000 ABŞ dolları 2019-cu ildə istehsal edilmiş Toyota Aqua markalı avtomobil üçün 4500 ABŞ dolları təşkil etmişdir. Hər bir avtomobil üçün daşınma xidməti 1200 ABŞ dolları təşkil etmişdir. Bundan sonra həmin avtomobillər xx.xx.2024 tarixli **********5571, **********586 saylı gömrük bəyannamələri tərtib edilmiş və cavabdeh Dövlət Gömrük Komitəsi tərəfindən gömrük ödənişləri hesablanmış banka ödənilmişdir. Qeyd olunan avtomobillərə görə gömrük orqanı tərəfindən 5532,90 manat, 5892, 52 manat gömrük ödənişləri ödənilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, həmin avtomobillər saz vəziyyətdə olmamış, qapılarında çürük və əziklər olmuşdur və yeni avtomobil kimi hesablanmamalıdırlar. Ümumi istifadədə olan internetdə yerləşdirilmiş gömrük kalkulyatoru vasitəsilə avtomobilllərin ili, mühərrik həcmi, alış qiyməti və daşıma xərcini qeyd etməklə özü gömrük ödənişi hesablamaq istəyəndə ona məlum olmuşdur ki, gömrük orqanı ondan təxmini 50% artıq ödəniş almışdır. Bu barədə Dövlət Gömrük Komitəsinə ödənişin artıq hesablandığı barədə ərizə ilə müraciət etsə də, cavabdeh xx.xx.2024-cü il tarixli №333/2K-000930/1-42/2024 saylı cavab məktubu ilə avtomobillərin gömrük dəyərinə düzəlişin təklif edilmədiyini bildirmişdir. Cavabdehin cavabı ilə razı deyildir, hesab edir ki, idxal etdiyi nəqliyyat vasitələrinə görə ondan alınmış gömrük ödənişləri düzgün hesablanmamışdır, avtomobillərin zərərli olduqları nəzərə alınmamışdır, alış qiymətləri qəsdən şişirdilmişdir.

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əsl cavabdeh Azərbaycan Respublikası Cavabdeh ilə əvəz edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia ərizəsində X2 hərrac yolu ilə aldığı xx.xx.2024-cü il tarixdə **********5571 sorğu nömrəli gömrük bəyannaməsi ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində bəyan etdiyi xx.xx.2019-cu il istehsalı olan, “Toyota Aqua” markalı, 1496 sm3 hibrid-benzin mühərrik həcmli və xx.xx.2024-cü il tarixdə **********5586 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etdiyi xx.xx.2015-ci il istehsalı olan, “Toyota Aqua” markalı, 1496 sm3 hibrid-benzin mühərrik həcmli nəqliyyat vasitələrinə görə heç bir əsas olmadan ümumilikdə 3000 (üç min) manat artıq gömrük ödənişi ödədiyini bildirmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə əsasən apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə **********5571 sorğu nömrəli gömrük bəyannaməsi ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində bəyan etdiyi xx.xx.2019-cu il istehsalı olan, “Toyota Aqua” markalı, 1496 sm3 hibrid-benzin mühərrik həcmli və xx.xx.2024-cü il tarixdə **********5586 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etdiyi xx.xx.2015-ci il istehsalı olan, “Toyota Aqua” markalı, 1496 sm3 hibrid-benzin mühərrik həcmli nəqliyyat vasitələrinin dəyərinə gömrük orqanının vəzifəli şəxsi tərəfindən heç bir düzəliş təklif olunmamışdır. Bəyannaməçi tərəfindən qeyd olunan statistik dəyər müəyyən edilmiş və rəsmiləşdirmə başa çatdırılmışdır. Həmçinin bildirilir ki, iddia ərizəsində qeyd olunan nəqliyyat vasitələrinin iddiaçı tərəfindən X3 hərrac yolu ilə alındığını, onların X5 Əmirliklərinə qədər olan daşınma xərclərini və X2 Azərbaycan Respublikasına (“İNCOTERMS”-CİP BAKU) çatdırılmasını və digər xərcləri özündə əks etdirən heç bir təsdiqedici sənəd gömrük orqanına təqdim olunmamışdır. Həmçinin iddia ərizəsində qeyd olunmuşdur ki, idxal edilən nəqliyyat vasitələri saz vəziyyətdə, qapılarında əziklər olmasına, baxmayaraq, gömrük ödənişləri yeni avtomobillərə uyğun olaraq hesablanmışdır. Nəzərə çatdırılır ki, gömrük dəyəri müəyyən edilərkən hesablanan gömrük ödənişləri konkret müəyyənləşir, dəyişən qiymət yalnız onun invoys dəyəri ilə bağlı olduğu hallarda baş verir. Bu halda isə iddiaçı tərəfindən saz vəziyyətdə olmadığı qeyd olunan “Toyota Aqua” markalı minik avtomobillərinin gömrük dəyəri müəyyən edilən zaman hesablanan gömrük ödənişləri onun hazırki vəziyyəti ilə deyil, təqdim olunan invoys qiyməti üzərindən hesablanır. Eyni zamanda bildiririk ki, nəqliyyat vasitələrinin qiymətinin real olmadığını digər bir fakt da sübut edir. Belə ki, eyni markalı nəqliyyat vasitələri eyni istehsal ölkəsini və digər eyni texniki xüsusiyyətlərə malik olub, lakin istehsal ili və istismar vəziyyəti fərqli olmasına baxmayaraq hər ikisinin qiyməti 4000 və 4500 ABŞ dolları kimi invoys sənədində göstərilmişdir. İddiaçı həmçinin iddia tələbində hər bəyannaməyə görə 1500 manat olmaqla, ümumilikdə 3000 manat əlavə gömrük ödənişlərini ödədiyini iddia etdiyi məbləğ belə düzgün hesablanmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə **********5571 sorğu nömrəli gömrük bəyannaməsi ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində bəyan etdiyi xx.xx.2019-cu il istehsalı olan, “Toyota Aqua” markalı, 1496 sm3 hibrid-benzin mühərrik həcmli nəqliyyat vasitəsinin statistik dəyəri 8500 ABŞ dolları kimi müəyyən edildiyindən, (4000 ABŞ dolları fərq), gömrük ödənişlərində təqribən 1200 manat fərq, xx.xx.2024-cü il tarixdə **********5586 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etdiyi xx.xx.2015-ci il istehsalı olan, “Toyota Aqua” markalı, 1496 sm3 hibrid-benzin mühərrik həcmli nəqliyyat vasitəsinin statistik dəyəri 6000 ABŞ dolları kimi müəyyən edildiyindən (2000 ABŞ dolları fərq), gömrük ödənişlərində təqribən 600 manat fərq yaranmış olur. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 220.1-ci maddəsinə əsasən malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. “Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-cü maddəsinə əsasən gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. “Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Qeyd etmək istərdik ki, İddiaçı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə təqdim etdiyi **********5571 və **********5586 sorğu nömrəli gömrük bəyannamələrinin 50-ci qrafasında gömrük bəyannamələrində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və bundan sonra avtonəqliyyat vasitələri sərbəst dövriyyəyə buraxılmışdır. Eyni zamanda xüsusi olaraq bildiririk ki, Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən gömrük bəyannaməsi, təkrar ixrac bildirişi, qısa idxal (ixrac) bəyannaməsi, sadələşdirilmiş bəyannamə və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər şəxsin nümayəndəsi tərəfindən təqdim olunduqda, həmin nümayəndə də bu Məcəllənin 40.2-ci maddəsində müəyyən olunmuş öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən Məcəllənin bu Fəslinin (46-cı fəsil) müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri mallar qüsurlu olduqda, gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda qaytarılır. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Eyni zamanda bildirilir ki, gömrük ödənişlərinin qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” ilə nizama salınır. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu - 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda qaytarılır. Həmin Qaydaların 4-cü bəndinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Yuxarıda qeyd olunanlarla bağlı bildiririk ki, Gömrük Məcəlləsinin 267.1-ci, 269-cu maddələrində və “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci, 4-cü bəndlərində qeyd olunanlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunan iddia tələbində əsaslandırılmadığından və gömrük orqanı tərəfindən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilmədiyindən iddia tələbi əsassızdır. Eyni zamanda xüsusi olaraq bildiririk ki, malın gömrük dəyərinin müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Belə ki, Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. Eyni zamanda həmin Məcəllənin 299.4-cü maddəsinə əsasən də fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. Yuxarıda qeyd olunan Gömrük Məcəlləsinin 50-ci və 299.4-cü maddələrinin müddəalarının mənasından bəlli olur ki, xarici iqtisadi fəaliyyət aparıldığı təqdirdə, o cümlədən malların idxalı zamanı onların gömrük dəyərinin müəyyən edilməsi zəruridir, çünki həmin gömrük dəyərinə uyğun olaraq mallar bəyan edilməli və gömrük rüsumları ödənilməlidir. Bu prosedur zamanı maraqlı şəxs malları bəyan etməzdən əvvəl onların gömrük dəyərinin müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malın gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. İddiaçı bununla bağlı gömrük orqanına müraciət etməmiş və vaxtında bu hüququndan istifadə etməmişdir. Bildirilir ki, Gömrük Məcəlləsinin 1.0.12-ci maddəsinə əsasən gömrük dəyəri dedikdə malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri nəzərdə tutulur. Bildirilir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 3.5-ci maddəsinə və Gömrük Məcəlləsinin 242.2-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmçinin Gömrük Məcəlləsinin 242.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Əlavə olaraq bildirilir ki, Gömrük Məcəlləsinin 302.2-ci maddəsinə əsasən malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Eyni zamanda xüsusi olaraq bildirilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 211 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərləndirilməsinin icrasına dair Metodiki tövsiyə”nin 4.1-ci bəndinə əsasən gömrük dəyərləndirilməsi zamanı gömrük orqanı aşağıdakı hüquqlara malikdirlər: 4.1.1. təqdim edilən məlumatların, sənədlərin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq, bəyan olunmuş gömrük dəyərinin müəyyən edilməsi üsulunun düzgünlüyünə nəzarət etmək, təqdim olunmuş sənədlərin seçilmiş üsulun şərtlərinə uyğun olub-olmadığını yoxlamaq; 4.1.2. bəyan edilmiş gömrük dəyəri və onun bütün komponentləri üzrə sənədli dəlillərini yoxlamaq; 4.1.3. malın gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfindensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək.” Tövsiyənin 4.6-cı bəndinə əsasən gömrük dəyərinə dair şübhələr olduqda, gömrük orqanının vəzifəli şəxsi tərəfindən aşağıda göstərilən məlumat bazaları əsasında bəyan edilmiş gömrük dəyərinin düzgünlüyü dəqiqləşdirilir: 4.6.1.1. yerli və beynəlxalq birja kotirovkaları; 4.6.1.2. eyni və ya eynicinsli malların sövdələşmə qiymətləri; 4.6.1.3. idxal olunmuş və ən böyük həcmdə, idxal olunduğu vəziyyətdə və əlaqəli olmayan şəxsə satılmış eyni və ya eynicinsli malların bir vahidinin Azərbaycan Respublikasındakı satış qiyməti; 4.6.1.4. internet resurslarından əldə olunan məlumat; 4.6.1.5. mənbəyi bəlli olan məlumat mənbələrində yerləşdirilmiş hesabat məlumatları; 4.6.1.6. qiymət kataloqları, hərrac məlumatları və s.” Zəruri hallarda Tövsiyənin 4.6.3-cü yarımbəndinə əsasən Tövsiyənin 3.3-cü bəndində göstərilən sənədlərdən biri və ya bir neçəsi tələb edilir. 3.3.1. xarici ticarət müqaviləsi (istehsalçı və ya satıcı ilə birlikdə); 3.3.2. invoys, hesab-faktura; 3.3.3. sövdələşməyə aidiyyəti olan üçüncü şəxslə bağlanmış müqavilə və ya satıcının xeyrinə üçüncü şəxslərin tədiyyə üçün hesablaşma sənədi; 3.3.4. malların dəyərinin ödənilməsini təsdiq edən sənədlər (istiqrazlar, çeklər, bank çıxarışları və s.); 3.3.5. daşınma üçün faktura; 3.3.6. sığorta şəhadətnaməsi; 3.3.7. ixrac bəyannaməsi; 3.3.8. istehsalçıdan və ya satıcıdan qiymət siyahısı; 3.3.9. müqavilənin əlavəsinin qiyməti; 3.3.10. istehsalçı və ya satıcının rəsmi internet səhifəsindəki qiymət məlumatları (internetdə sənədə link vermək və ya saytdakı maraq səhifəsinin ekran görüntüsünü təqdim etmək); 3.3.11. istehsalçı ölkənin daxili bazarında malların qiymətini təsdiq edən sənədlər; 3.3.12. idxal ölkəsindəki əlaqəli olmayan şəxsə satdığı eyni və eynicinsli malların satış qiymətini təsdiq edən sənədlər; 3.3.13. dəyərləndirilən malların texniki və keyfiyyət göstəricilərini təsdiq edən sənədlər; 3.3.14. patentlər, ticarət nişanları və müəlliflik hüquqları üçün ödənişlər də daxil olmaqla, dəyərləndirilən malların satışı ilə əlaqədar alıcının birbaşa və ya dolayısı ilə ödəməli olduğu royalti və lisenziya üzrə hesablaşma sənədləri; 3.3.15. gömrük bəyannaməsində göstərilən malların gömrük dəyərini təsdiq edən digər sənədlər. Hesab edirlər ki, iddiaçı tərəfindən bəyan edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Beləliklə, yuxarıda qeyd edilən müvafiq qanunvericilik aktlarında göstərilənlər onu deməyə əsas verir ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-33/2-K- 009930/1-42/2024 nömrəli məktubla imtina edilmişdir.

9. İş matariallarına iddiaçı tərəfindən invoys və mədaxil qəbzləri əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:

17. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

19. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən: 40.4. Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 157.2. Gömrük bəyannaməsində göstərilən məlumatların gömrük orqanları tərəfindən yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir. 157.3. Yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi məqsədi ilə istifadə olunur. 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: ... 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; ... 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.

20. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

21. Mübahisə ilə bağlı qeyd edilməlidir ki, qiymətləndirilməli olan birinci məsələ gömrük rəsmiləşdilməsi zamanı gömrük orqanının davranışının yardım etmə və obyektiv araşdırma prinsiplərinin tələblərinə uyğunluğu ilə bağlıdır. Belə ki, inzibati orqanın vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.

22. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdeh tərəfindən hesablanmış gömrük rüsumlarının hesablanma qaydası ilə razı olmamış, öz mövqeyini onunla əsaslandırmışdır ki, onun idxal nəqliyyat vasitələri nasaz vəziyyətdə olduğunu nəzərə almamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, idxal olunmuş malların sənədlərindən görünür ki, alğı-satqı İNCOTERMS (international commercial terms - beynəlxalq ticarət sövdələşməsi) əsasında həyata keçirilmişdir. Belə ki, İNCOTERMS məhsulların satışı və çatdırılması üzrə imzalanan xarici və yerli müqavilələr çərçivəsində tərəflərin müvafiq öhdəlikləri, o cümlədən xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxlaq standartlardan ibarətdir. Bu qaydalar məhsulun satıcıdan alıcıya çatdırılması zamanı qeyd olunan məsələlər üzrə tərəflər arasındakı münasibətləri tənzimləyir. BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası (UNCİTRAL) İNCOTERMS-in qaydalarını qlobal standart kimi tanımaqdadır.

23. İş materiallarında olan invoice sənədlərindən göründüyü kimi, idxal olunmuş nəqliyyat vasitələrinin alqı-satqısı CİP (Carriage and İnsurance Paid to) şərtləri ilə həyata keçirilmişdir. “İnvoice” sənədlərində çatdırılma şərti “CİP Baku, Azerbaijan” olaraq qeyd edilmişdir. Həmin sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur. Bu isə o deməkdir ki, satıcı malları razılaşdırılmış təyinat nöqtəsinə qədər nəqliyyat vasitəsi ilə çatdırmağı və həmin müddət ərzində malları alıcının xeyrinə sığortalamağı öhdəsinə götürmüşdür. Lakin, CİP şərtlərinə əsasən risklərin keçidi malların daşıyıcıya təhvil verildiyi andan etibarən baş verir və həmin məqamdan sonra malların zədələnməsi və ya nasaz vəziyyətə düşməsi ilə bağlı risklər artıq alıcının məsuliyyət dairəsinə keçir. Bu səbəbdən də, iddiaçının malların texniki və fiziki vəziyyəti ilə əlaqədar irəli sürdüyü mülahizələr gömrük dəyərinin müəyyən olunmasında hüquqi cəhətdən əhəmiyyətli hal kimi qəbul edilə bilməz.

24. Bununla belə, diqqətə çatdırılmalıdır ki, gömrük orqanı tərəfindən tətbiq olunan gömrük dəyərinin müəyyən edilmə üsulu "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə zidd olaraq həyata keçirilmişdir. Həmin normaya əsasən, idxal mallarının gömrük dəyəri ilkin olaraq malların sövdələşmə qiyməti — yəni, satıcı ilə alıcı arasında razılaşdırılmış real satış qiyməti əsasında müəyyən edilməlidir. Bu üsul, gömrük dəyərinin müəyyən olunmasında əsas və üstünlük verilmiş üsul olmaqla, yalnız zəruri hüquqi əsaslandırma mövcud olduqda başqa alternativ üsullarla əvəz edilə bilər.

25. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir.

26. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.

27. Beləliklə, cavabdeh orqan tərəfindən ümumilikdə 1956 manat (xx.xx.2019-cu il istehsalı “Toyota Aqua” markalı nəqliyyat vasitəsi üçün 1284 manat və 01.007.2015-ci il istehsalı “Toyota Aqua” markalı nəqliyyat vasitəsi üçün 672 manat) məbləğində artıq gömrük rüsumu tutulduğu müəyyən olunmuşdur. Bu fərqlər invoys sənədində əks olunmuş sövdələşmə qiyməti əsasında aparılmış düzgün hesablamalarla müqayisədə müəyyən edilib. Məhkəmə hesab edir ki, bu hallar iddiaçının artıq gömrük rüsumu ödəməsi ilə nəticələnmiş və onun tərəfindən həmin artıq məbləğin geri qaytarılması tələbi hüquqi əsaslarla təmin olunmalıdır.

28. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının tələbinin qismən təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehin iddiaçının müraciətinin təmin edilməsində imtina qismində ifadə olunan hətəkətsizliyi iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmiş, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsalı hesab edilməklə qismən təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli **********5571 sorğu nömrəli və xx.xx.2024-cü il tarixli **********586 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan avtomobillərin invoys dəyəri nəzərə alınmaqla gömrük dəyərinin hesablanması, gömrük bəyannamələrinə əsasən gömrük ödənişləri üzrə artıq hesablanmış cəmi 1956 manat (xx.xx.2019-cu il istehsalı “Toyota Aqua” markalı nəqliyyat vasitəsi üçün 1284 manat və xx.xx.2015-ci il istehsalı “Toyota Aqua” markalı nəqliyyat vasitəsi üçün 672 manat) pulun İddiaçı geri qaytarılması barədə qərarın və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar