Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1369/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçı İskəndərov Arif Səttar оğlunun (Bаkı şəhərində qeydiyyatdadır, işləmir),cavabdehin nümayəndəsi Xudiyev Cəlil Asim oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində böyük məsləhətçi işləyir) iştirakı ilə, iddiaçı İskəndərov Arif Səttar oğlunun cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı üçüncü şəxs qismində Bakı şəhər Ticarət və Xidmət Departamenti göstərilməklə köşk quraşdırılmasına icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İskəndərov Arif Səttar oğlu cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişdiyi yerdə 2,5 x 2,5 metr ölçüdə köşk quraşdırılmasına icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 126 saylı sərəncamına əsasən iddiaçıya İ qrup “Qarabağ müharibəsi” əlili kimi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişdiyi yerdə mövcud “Marlboro” köşkünün şimalında köşk quraşdırılmasına icazə verilmişdir. Quraşdırılacaq köşkün eskiz-layihəsi Bakı şəhər İH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilərək bu barədə müvafiq məktub verilmişdir.Bundan sonra köşk quraşdırılmış və bir neçə ay fəaliyyət göstərmişdir.Lakin sonradan həmin köşk cavabdeh qurum tərəfindən “daha müasir, yeni tələblərə cavab verən” köşk quraşdırılacağı adı ilə götürülmüş və hal-hazıra kimi yenisi ilə əvəz edilməmişdir.Dəfələrlə cavabdehə həmin yerdə yeni köşk quraşdırılmasına icazə verilməsi barədə etdiyi mwraciətər cavabsız qalmışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı Arif İskəndərov iddia tələbində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Cəlil Xudiyev iddiaçının tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 3 №-li zona TSEK-nin 122673 nömrəli, 1999-cu il tarixli arayışına əsasən iddiaçı əmək qabiliyyətsizdir, İ qrup əlildir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 057665 nömrəli, xx.xx.2016-cı il tarixdə verdiyi vəsiqəyə əsasən iddiaçı müharibə veteranıdır. Sabunçu rayonu üzrə X2 xx.xx.1998-ci il tarixli “Vergi ödəyicisinə identifikasiya nömrəsi verilməsi haqqında bildiriş”inə əsasən iddiaçıya ********* nömrəli eyniləşdirmə nömrəsi verilmişdir. İddiaçı tərəfindən xx.xx.1999-cu ildə Nərimanov rayonu üzrə X3 ünvanlanmış ərizəyə əsasən ünvan 2 metr olan pərakəndə ticarət obyektində minimum aylıq vergi məbləğinin müəyyən edilməsi xahiş edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 126 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının müvafiq komissiyasının protokolu nəzərə alınaraq X1 Təbriz küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişdiyi yerdə mövcud “Marlboro” köşkünün şimalında 2,5x2,5 metr ölçüdə müvəqqəti köşk quraşdırılmasına icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhəralma Baş İdarəsinin 18/04f-580 nömrəli, xx.xx.1999-cu il tarixli məktubuna əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 126 saylı sərəncamına əsaslanaraq Nərimanov rayonu, Təbriz küçəsi ilə A.Nemətulla küçəsinin kəsişdiyi yerdə mövcud “Malboro” köşkünün şimalında vət.A.İskəndərov üçün nəzərdə tutulmuş köşkün 2,5x2,5 m ölçüdə quraşdırılmasının eskiz layihəsinə baxılıb razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Ticarət və Xidmət Departamentinin 20/08-250 nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri ərazisində quraşdırılmış ticarət köşklərinin sayı çox məhdud olduğundan bütün müraciət edənlərin tələblərinin ödənilməsi imkan xaricinədir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, müharibə veteranıdır, İ birinci qrup əlildir,Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 126 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamı ilə Təbriz küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişdiyi yerdə mövcud “Marlboro” köşkünün şimalında 2,5x2,5 metr ölçüdə müvəqqəti köşk quraşdırılması üçün iddiaçıya icazə verilmişdir.İddiaçı həmin köşkdə pərakəndə ticarət sahəsində fəaliyyət həyata keçirmiş və vergi ödəyicisi kimi qeydiyyatda olmuşdir.Sonradan həmin köşk söküldüyü üçün iddiaçı cavabdehə müraciət edərək yenidən həmin yerdə köşk quraşdırılmasına icazə verilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Həmin əsasnamənin 4.2.7-ci bəndinə əsasən müvafiq ərazinin kompleks sosial-iqtisadi inkişafında istehsal və sosial infrastrukturun, təbiəti mühafizə tədbirlərinin (obyektlərinin) maliyyələşdirilməsi, tikintisi, təmiri və saxlanılmasında iştirak edən fiziki və hüquqi şəxslərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək, 4.2.8-ci bəndinə əsasən müvafiq ərazidə hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu üçün şərait yaratmaq; 4.5.-ci bəndinə əsasən müvafiq ərazidə istehlak bazarını təhlil etmək və inkişafını proqnozlaşdırmaq, istehlak bazarının, o cümlədən ticarət, ictimai iaşə və əhaliyə məişət xidmətinin inkişafına dair ünvanlı proqramların hazırlanmasını, həmin proqramların həyata keçirilməsini təşkil etmək; 4.5.7-ci bəndinə əsasən müvafiq ərazidə rəqabətin və bazar iqtisadiyyatının inkişafı üçün şərait yaratmaq, sahibkarlıq subyektlərinin yaradılmasına və fəaliyyət göstərməsinə, əlavə iş yerlərinin yaradılmasına kömək göstərmək; 4.5.8-ci nbəndinə əsasən müvafiq ərazidə mikro,kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək; 4.5.8-ci bəninə əsasən müvafiq ərazidə mikro,kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək; 4.16.2-ci bəndinə əsasən idarəçiliyində olan qeyriyaşayış fondu obyektlərinin icarəyə verilməsinə razılıq vermək; 4.16.3-ci bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.4-ci bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti orqanlarının hüquqlarıdır. Göründüyü kimi iddiaçının müraciətində göstərilən məsələnin həlli yerli icra hakimiyyəti orqanlarına qanunvericiliklə verilmiş hüquqdur, həmin orqanların üzərinə vəzifə kimi qoyulmamışdır, iddiaçının iddia ərizəsində göstərilən məsələ də cavabdehin ona verilmiş hüquq çərçivəsində diskression səlahiyyətlərindən istifadə edərək qəbul ediyi qərar qəbul edilməsi ilə həll olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-cü maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə;73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İskəndərov Arif Səttar oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişdiyi yerdə 2,5 x 2,5 metr ölçüdə köşk quraşdırılmasına icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 58, 68, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İskəndərov Arif Səttar oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişdiyi yerdə 2,5 x 2,5 metr ölçüdə köşk quraşdırılmasına icazə verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1369/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1369/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver