Məhkəmə qərarları › İş №2-1(112)-13695/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13695/2025

16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13695/2025 16.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “bildirişin ləğv edilməsi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I. Mübahisəli hüququn qısa xülasəsi İddiaçı MMC cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək **********3419 nömrəli gömrük bəyannamsəi üzrə artıq ödənilmiş 1175,91 manat məbləğində artıq gömrük rüsumunun iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Türkiyə Cümhuriyyəti, İstanbul şəhərində fəaliyyət göstərən X1 Sanayi ve Ticaret Limited Sirketi olan istehsalçıdan istehsalçının distrubutoru olaraq "xxxx" MMC 30 Yanvar 2025-ci il tarixli ******* nömrəli distrubutorluq müqaviləsinə əsasən cəmi 2410,00 euro dəyərində 14 iyul 2025-ci il tarixində 2 ədəd yağlı vakuum pompası idxal etmişdir. Bakı Baş Gömrük İdarəsi yağlı vakuum pompasının qiymətinin aşağı olmasının səbəb gətirərək 15 İyul 2025 tarixli GDD**********02 nömrəli Gömrük dəyərinə düzəlişlər edilməsi üçün bildiriş göndərmiş və eyni zamanda 15 iyul 2025 tarixli GDD seriyalı GDD**********02 nömrəli Gömrük dəyərinə düzəliş (GDD-1) sənədini bəyannaməçiyə bəyannaməni geri qaytarmaqla göndərmişdir. Bakı Baş Gömrük İdarəsinin dəyərin artırılmasına səbəb kimi gömrük əməkdaşının telefon vasitəsi ilə istehsalçıdan 15 iyul 2025-ci il tarixində satış qiymətinin soruşmasının əsas gətirmişdir. İstehsalçı onun telefon vasitəsi ilə bütün yazışma və danışıqlarını bizə göndərmişdir. İstehsalçı əlaqə saxlayan şəxsin hansı ölkə üçün qiymət sorşduqlarına cavab verilməmişdir və eyni zamanda 15 iyul tarixi Türkiyə Cümhuriyyətində qeyri iş günü olduğunu və bu qiyməti təxmin Türkiyə daxilinə aid olduğunu və qiymət verən şəxsin həmən anda nəqliyyat vasitəsini idarə etdiyini telefon vasitəsi ilə bildirmişdir. Bütün qeyd edilən faktlar Məhkəməyə təqdim edilə bilər. Beləliklə Bakı Baş Gömrük İdarəsi yanlış olaraq gömrük dəyərini 5208.13 manatdan 9980.13 manata yüksəltmək barədə qərar qəbul etmişdirlər. Lakin iddiaçının Azərbaycanda yeganə distrubutor kimi müqavilədə qeyd edildiyi kimi pərakəndə satış qiymətindən 60% endirim haqqı vardır. Belə ki, istehsalçıdan telefon vasitəsi ilə əlaqə saxlanılaraq dəqiqləşdirilən qiymət disrubutorun aldığı qiymətlə eyniləşdirilə bilməz. "xxxx" MMC-nin X1 Sanayi ve Ticaret Limited Sirketindən aldığı yağlı vakuum pompasına aid o cümlədən Türkiyə Cümhuriyyətitərətinə aid sənədlər Bakl Baş Gömrük İdarəsinə təqdim edimişdir. Bu sənədlərə xüsusi ilə xx.xx.2025 tarixli 25341200EX00216904 ixrac beyannaməsi, xx.xx.2025 tarixli VTF**********191 nömrəli elektron qaimə, xx.xx.2025 tarixli C1661504 nömrəli yükün mənşə sertifikatı daxildir. Lakin belə mötəbər sənədlər olduğu halda Bakı Baş Gömrük İdarəsi yanlış verdiyi qərarı dəyişdirmədi və telefon vasitəsi ilə şifahi olaraq daha sonra 5 gün müddətində İnzibati Məhkəməyə müraciət hüququ olduğunu bildirmişdirlər. Belə olduğu halda yükün gömrük terminalında nəqliyyat vasitəsində gözləməməsi üçün, əlavə nəqliyyat xərclərinin olmaması, əlavə terminal xərclərinin olmaması üçün yükü məcburi gömrükləyib gömrük ərazisindən çıxartmaq üçün bildirişi təsdiqləyib 1410.15 manat əvəzinə 2586.06 manat rüsum ödəyərək yükümüzü terminaldan götürdük. Beləliklə 1175.91 manat əlavə rüsum ödəmiş olduq. Bu hal mülki dövriyyənin sabitliyinə, bir sahibkar kimi mənim fəaliyyətimə, maliyyə və iqtisadi imkanlarıma xələl gətirir, zərər vurur. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbi “**********3419 nömrəli gömrük bəyannaməsi üzrə gömrük dəyərinə düzəlişlər edilməsi üçün GDD**********02 nömrəli bildirişin ləğv edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.2-ci maddəsinə əsasən gömrük dəyəri dedikdə malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri başa düşülür. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır. Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir. AR Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsinə görə gömrük ödənişləri - bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqqdan ibarətdir. Məhkəməyə ünvanlanan iddia ərizəsinin mahiyyəti ilə bağlı bildirmək istərdik ki, AR Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb etmək hüququna malikdir. Buraxılış, həmin tələb yerinə yetirildikdən (bu Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Gömrük Məcəlləsinin 258-ci və 246.1,-ci maddələrinin tələblərinə uyğun, müəyyən edilmiş gömrük ödənişlərin həcminə barəbər təminat təqdim olunduqdan sonra mallar şərti olaraq sərbəst dövriyyəyə buraxıla bilər. İddiaçının ərizədə mübahisələndirdiyi **********3419 sorğu nömrəli gömrük bəyannaməsi əsasında xx.xx.2025-ci il tarixdə gömrük orqanına sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş “Vakuum nişanlı, İVP255 modelli yağlı vakuum pompası (nasosu)” adlı mallar gömrük rəsmiləşdirilməsi məqsədilə təqdim edilmiş bəyannamə gömrük yoxlaması üçün gömrük əməkdaşına yönləndirilmişdir. Araşdırma zamanı bəyannaməçi tərəfindən gömrük orqanına təqdim olunan mal-müşayiət sənədlərində ciddi uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Belə ki, bəyannamənin 31-ci qrafasında istehsalçı “X1 San. Ve Tic.LTD. Şti” şirkəti olaraq bəyan edilsə də, həmin şirkətin malların istehsalçısı olduğu barədə, həmçinin malların istehsalına çəkilmiş xərclər barədə məlumatlar göstərilməmişdir. Eyni zamanda gömrük bəyannaməsinin 31 -ci qrafasında qeyd olunan mallar üzrə texniki göstəricilər haqqında məlumatlar da göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2024-cü il tarixli 312 nömrəli Qəran !lə təsdiq edilmiş “Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar ının 1.4.2,-ci bəndinə əsasən, endirim anlayışı “müəyyən vaxt və şərtlər daxilində müəyyən müştərilər üçün konkret malların ilkin müəyyənləşdirilmiş qiymətinə münasibətdə mütləq məbləğdə və ya faiz nisbətində ifadə olunan azalma” kımı nəzərdə tutulur. Həmin qərarın 2.18-ci bəndinə görə, gömrük dəyərləndirilməsi zamanı satıcı tərəfindən idxal olunan mala aid olan və bəyanetmə anında qüvvədə olan müqavilədə tətbiqi və həcmi nəzərdə tutulan endirimlər gömrük orqanı tərəfindən nəzərə alınır. Eyni zamanda qeyd etmək istərdik ki, NK-nin sözügedən qərarı endirimi yalnız konkret mallara münasibətdə, həcmi və şərtləndirən amilləri qeyd edildiyi halda gömrük dəyərinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Məlumat üçün bildiririk ki, Dövlət Gömrük Komitəsinin 3-33/3-2- 000212/2023 nömrəli xx.xx.2203-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Gömrük dəyərinin müəyyən edilməsinin Vahid Metodikası nın 4-cü bölməsi “Gömrük dəyərində endirimlərin tətbiqi xüsusiyyətləri” adlanır. Həmin bölmədə qeyd edilir ki, Beynəlxalq ticarət əlaqələrində endirimlər alqı-satqı sənədlərində əks olunmuş və ya müxtəlif sövdələşmə tiplərinə görə gizli şəkildə təqdim edilən bonuslar, debitor-kreditor maliyyə borclarının silinməsi, xərclərin təyinatının dəyişdirilməsi, barter, nümunə və ya reklam təyinatlı və s. endirimlərdən ibarətdir Endirimlər təsir dairəsinə görə iki cür olur: - mal vahidinə tətbiq edilən endirimlər (distribüter, diler, partnyor, malın həcminə və ya miqdarına verilən, mövsümi və müddətli); - ticarət-kommersiya endirimləri (ödəniş üsuluna görə, birdəfəlik, bəzi xərclərin əvəzlənməsi məqsədi ilə verilən bonuslar). - Gömrük dəyərinə münasibətdə endirimlər yalnız bilavasitə mal vahidinə tətbiq ediləndə nəzərə alınır, ticarətkommersiya endirimləri isə gömrük dəyərinin müəyyən edilməsi zamanı qiymət əmələgəlmə amili kimi çıxış edə bilməz Beynəlxalq ticarət əlaqələrində endirimlər alqısatqı sənədlərində əks olunmuş və ya müxtəlif sövdələşmə tiplərinə görə gizli şəkildə təqdim edilən bonuslar, debitorkreditor maliyyə borclarının silinməsi, xərclərin təyinatının dəyişdirilməsi, barter, nümunə və ya reklam təyinatlı və s. endirimlərdən ibarətdir. Gömrük dəyərinin müəyyən edilməsi zamanı endirimlərin nəzərə alınması tələb olunan mütləq kriteriyalar mövcuddur. Yuxarıda qeyd olunmuş əsaslar nəzərə alındıqda iddiaçı öz iddia ərizəsində idxal etdiyi malların müxtəlif əsaslarla endirimli qiymətə aldığını bildirsə də, bununla bağlı gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanına hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. . İddiaçının iddia ərizəsində əsas gətirdiyi digər məqam olan “İstehsalçı əlaqə saxlayan şəxsin hansı ölkə üçün qiymət soruşduqlarına dair cavab verilməmişdir” ifadələrinə münasibətdə qeyd edirik ki, bu barədə satıcı videoçarx göndərərək çarxda malların Azərbaycan Respublikasının ərazisinə satılmış nasosun (pompanın) test məqsədli sınaq aparıldığını qeyd etmiş və video ilə birlikdə malın satış qiymətinin də 3600 avro olduğunu « qeyd etmişdir. . Əgər iddiaçı həqiqətən də mübahisələndirilən malların AR-dakı rəsmi dıstrubuter fəaliyyətini həyata keçirirsə, Azərbaycana satış üçün malların qiymət cədvəli və yuxarıda qeyd edilən videoçarx niyə başqa bir müştəriyə təqdim edildiyi olduqca maraqlıdır. Çünki malların rəsmi distrübüteri olduğu ölkələrə malların istehsalçısının distrübüterdən başqa alıcıya satması mülki hüquqi qanunvericiliyin tələblərinə və hər iki tərəfin hüquqi maraqlarına ziddir. Məhz bu əsaslarla gömrük orqanı əməkdaşı tərəfindən malların gömrük dəyərində dürüstləşmə zərurəti olduğundan bəyannaməçiyə GDD**********02 nömrəli xx.xx.2025-ci il tarixli elektron bildiriş (GDD) təqdim edilmişdir. Həmin gömrük dəyərinə düzəlişlə bağlı bildirişdə yuxarıda sadalanan səbəblərlə bağlı malların gömrük dəyərində 4472.00 manat, gömrük ödənişlərinin məbləğində isə 1140.51 manat fərq yarandığı qeyd edilmişdir.Bəyannaməçi tərəfindən qeyd olunan gömrük dəyərinə düzəlişlə bağlı bildirişi təsdiq edilərək əlavə hesablanmış gömrük ödənişləri iddiaçının öz iradə ifadəsi olaraq ödənilmiş və malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. AR Gömrük Məcəlləsinin 221.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının qanununun 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin normaya uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır.” AR Alı Məhkəməsinin ★★★★(dörd ulduz) fərqləndirici nişan verilməklə qəbul edilmiş qərarında qeyd edilir ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ★★★ (üç ulduz) 2024-cü il 24 yanvar tarixli, 2- 1(102)-267/2024 saylı qərarındakı mövqedən fərqli hüquqi mövqe sərgiləyərək qeyd edir ki, inzibati orqan apardığı icraat çərçivəsində yekunda mütləq olaraq İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında formal baxımdan ayrıca inzibati akt qəbul etməsə də müəyyən məbləğdə gomruk borcunun yarandığı və onun ödənilməli olması barədə hər hansı rəsmi məlumatm verilməsi, o cümlədən belə məlumatın bildiriş və ya məktub vasitəsilə çatdırılması şəxs üçün hüquqi nəticə yaratmış olur və şəxs onun üçün əlavə öhdəlik yaradan cavabdehin bu hərəkəti barədə mübahısələndirmə haqqında iddia ilə məhkəmə mübahisəsi açmaq huququna malik olmalıdır. AR Gömrük Məcəlləsinin 221.1 -ci maddəsinə əsasən apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən isə şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Normanın məzmunundan da göründüyü kimi, inzibati akt hesab edilən gömrük dəyərinə düzəliş bildirişinin ləğv edilməsi və malların sövdələşmə qiymətinə uyğun rəsmiləşdirilməsi tələbi ilə yuxarı gömrük orqanı və ya məhkəməyə müraciət etməsinə imkan verən əsas şərt həmin bildirişlə razılaşmamaq, yəni bildirişin qəbul edilməsindən imtina etməkdir. Yuxarıda da qeyd edildiyi kimi, hər iki gömrük dəyərinə düzəliş bildirişi (GDD) iddiaçı tərəfindən qəbul edilmiş, inzibati akt icra edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir kı, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv huququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmıştırakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mumkunluk şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi aqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci madccs -əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində ınz cs: aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqla1' pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkü sayılır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İnzibatı Prosessua Məcəlləsinin 35.3-cü maddəsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsir Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-c tarixli, 5 nömrəli qərarının tələblərini rəhbər tutaraq, iddiaçının cavabdehə qarşı iddia tələbinin mümkünlüyünün yoxlanılaraq mümkün sayılmaması barədə qərardad qəbul edilməsini, mümkün hesab edildiyi təqdirdə İnzibati Prosessual Məcəllənin 68-ci və 69-cu maddəsinin tələblərinə əsasən rədd edilməsi Sizdən xahiş edilir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Tədqiq edilən sübutlar İddiaçı MMC və X1 San. Tic. LTD Şirkəti arasında bağlanmış xx.xx.2025-ci il tarixli ******* nömrəli Distribyutor Müqaviləsinə əsasən Şirkət (X1 San. Tic. LTD Türkiyə - Pendik V.D.) malları tədarük etməyi, Distribütor (İddiaçı MMC) isə ödəməyi və Azərbaycan Respublikası ərazisində satış üçün malları qəbul etməyi öz üzərinə götürür. X1 San. Tic. LTD Şirkəti tərəfindən İddiaçınə təqdim edilmiş İnvoys iş materiallarına əlavə olunmuşdur: Sıra Mal Hizmet Miktar Birim Fiyat X8 Teslim № şartı 1 İVP255 yağlı vakum 2 adet 1.205 EURO 2.410 EURO EXW pompası metal sehpa üstü motajlı, minor bakım kiti dahil – set halinde İddiaçı MMC və X1 San. Tic. LTD Şirkəti tərəfindən tərtib olunmuş Təhvil-Təslim Aktına əsasən 04 iyul 2025-ci il tarixində ******* nömrəli Müqaviləyə əsasən e-fakturada qeyd edilən hər biri 1205 avro dəyərində olmaqla cəmi 2410 avro təşkil edən cəmi 2 ədəd İVP255 yağlı vakum pompası maetal sehpa ustu montajlı adlı hava vakum pompasını satış məqəsilə Balcıoğlu Transport LTD firmasına Bakı şəhəri Eksklüziv distribyutor hüquqları ilə faktiki distribyutor olan Flistok MMC-yə təhvil verilməsi üçün təhvil verilmişdir. X1 San. Tic. LTD ŞTİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli Satıcı ve X5 Belgesine əsasən X3 markalı, Türk istehsalı olan İVP və VTP model yağ dövriyyəli vakuum nasoslarının (16 m³/saatdan 650 m³/saatadək olan bütün güc aralığı üzrə), X4 Sistemləri və X2 satışı, quraşdırılması, ehtiyat hissələrinin təmiri, rəsmi servis xidmətləri və zəmanət daxil olmaqla satış xidmətlərini həyata keçirmək üçün beş il müddətinə Azərbaycan üzrə səlahiyyətli servis təyin edilmişdir. Gömrük dəyərinə düzəlişlər edilməsi üçün GDD**********02 nömrəli xx.xx.2025-ci il tarixli Bildirişə əsasən aparılmış araşdırma nəticəsində **********9142 sorğu nömrəli gömrük bəyannaməsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, 1 - Gömrük dəyərinin məbləğinə təsir etmiş gömrük dəyərinin müəyyənləşdirilməsi üsulu və ya gömrük dəyərinin hesablanması üçün əsas səhv seçilib (bundan sonra – metodiji səhvlər), həmçinin metodoji və texniki səhvlərin eyni vaxtda aşkarlanması zamanı; 2 – Risk qiymətləndirməsinin nəticəsi səbəbindən 1 mal mövqeyində olan malın gömrük dəyərində 4.772,00 manat, gömrük ödənişlərində 1.140,51 manat məbləğində uyğunsuzluq aşkar edilmişdir. IV. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır.

İV. Məhkəmənin mövqeyi

İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı MMC Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş GDD**********02 nömrəli xx.xx.2025-ci il tarixli bildirişin ləğv edilməsi, eləcə də xx.xx.2025-ci il tarixli **********3419 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün artıq ödənilmiş 1175,91 manat məbləğində gömrük ödənişinin geri qaytarılmasını tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən: 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması qaydaları”ndan: 1.2. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4. Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Maddə 13. Malların sövdələşmə qiyməti üsulu 13.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Maddə 14. Eyni malların sövdələşmə qiyməti 14.1. Malların gömrük dəyərini bu Qanunun 13-cü maddəsində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti qəbul edilir. Maddə 15. Eynicinsli malların sövdələşmə qiyməti 15.1. Malların gömrük dəyərini bu Qanunun 13-cü və 14-cü maddələrində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, dəyərləndirilən mallarla eyni və təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eynicinsli malların sövdələşmə qiyməti qəbul edilir. Maddə 16. Çıxılmış dəyər 16.1. Malların gömrük dəyərini bu Qanunun 13–15-ci maddələrində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadıqda, gömrük ərazisinə idxal edilən malların gömrük dəyəri çıxılmış (deduktiv) dəyər üsulu ilə müəyyənləşdirilir. Bəyannaməçinin seçimi əsasında bu Qanunun 16-cı və 17-ci maddələri istənilən ardıcıllıqla tətbiq edilir. Maddə 17. Toplanmış dəyər 17.1. İdxal edilən malların gömrük dəyərini bu Qanunun 13–16-cı maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, malların gömrük dəyəri toplanmış dəyər kimi müəyyənləşdirilir. Maddə 18. Ehtiyat üsul 18.1. İdxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş mübahisənin yaranma səbəbi xx.xx.2025-ci il tarixli **********3419 sorğu nömrəli gömrük bəyannaməsi üzrə İddiaçı MMC tərəfindən idxal olunan malların gömrük dəyərinin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə uyğun olaraq “malların sövdələşmə qiyməti üsulu” hesablanmamasıdır. Məhkəmə nəzərə alır ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri 6 üsul – 1) malların sövdələşmə qiyməti, 2) eyni malların sövdələşmə qiyməti, 3) eynicinsli malların sövdələşmə qiyməti, 4) dəyərin çıxılması üsulu, 5) dəyərin toplanması üsulu, 6) ehtiyat üsulu əsasında müəyyən edilir və həmin üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Məhkəmə qeyd edir ki, mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət malların sövdələşmə qiyməti hesab olunur və malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Hazırki iş üzrə İddiaçı MMC-nin X1 San. Tic. LTD Şirkətinin Azərbaycan Respublikasındakı eksklüsiz distribütoru olmasını əks etdirən “xx.xx.2025-ci il tarixli ********** nömrəli Satıcı ve X5 Belgesi”, eləcə də İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş malların sövdələşmə qiymətini özündə əks etdirən X1 San. Tic. LTD Şirkəti tərəfindən təqdim edilmiş İnvoys iş materiallarına əlavə edilmişdir. Məhkəmə nəzərə alır ki, İddiaçı MMC X1 San. Tic. LTD Şirkətinin Azərbaycan Respublikasındakı eksklüsiz distributoru olduğundan şirkət tərəfindən məhz ona münasibətdə qiymətlərlə bağlı müəyyən güzəştlərin tətbiq olunması ağlabatandır. Eyni zamanda müvafiq invoys üzrə İddiaçı MMC tərəfindən idxal olunmuş malların adı, miqdarı, dəyəri öz əksini tapmışdır. Belə ki, alıcı tərəfindən faktiki ödənilməli məbləğ isə 2410 EURO təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində distribyutor müqaviləsini tənzimləyən xüsusi norma müəyyən olunmur və qeyd edilən müqavilələr üzrə mübahisələrdə ya adı çəkilən Məcəllənin əqdlər və öhdəliklər haqqında ümumi normaları əsas götürülməli, ya da tərəflər müqavilənin distribyutorluğu ifadə edən mühüm şərtlərini razılaşdırmalıdırlar. Hazıki işdə distribyutor müqaviləsinin şərtlərinin və əlavə edilmiş invoysun nəzərə alınmasını istisna edən hal müəyyən olunmur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən idxal olunan mallara münasibətdə gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə hesablanmasını istisna edən hal mövcud olmamışdır. Belə ki, İddiaçı MMC tərəfindən idxal olunan mallara münasibətdə faktiki ödənilmiş qiyməti (malların sövdələşmə qiymətini) əks etdirən invoys mövcuddur. Müvafiq invoysda əks olunan məbləğin həqiqiliyi məhkəmədə hər hansı şübhə yaratmır (invoysda əks olunan məbləğin həqiqiliyini şübhə altına alan hər hansı əsas mövcud deyil). Məhkəmənin hazırki iş üzrə mövqeyi analoji iddia tələbi üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli 2-1(102)-2925/2024 nömrəli Qərara uyğundur: “9. ... Belə ki, kassasiya instansiyasıməhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, gömrük dəyərinin müəyyən edilməsi üsulları “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. İş materialları ilə müəyyən edilir ki, qanunvericilikdə təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Buna baxmayaraq cavabdeh digər üsul seçərək, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcıllığına riayət etməmiş, ehtiyat üsulundan əvvəlki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olmasını açıqlamamış, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir. Bundan əlavə, qeyd etmək lazımdır ki, hətta, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq ehtiyat üsulunu sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir. Hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir. Beləliklə, istinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli olduğu halda, bunu etməmişdir (Bununla bağlı bax:Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü iltarixli 2-1(102)-2486/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-689/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-732/2024 nömrəli qərarları)”. Cavabdehin digər dəlili ounla bağlı olmuşdur ki, əgər iddiaçı həqiqətən də mübahisələndirilən malların AR-dakı rəsmi dıstrubuter fəaliyyətini həyata keçirirsə, Azərbaycana satış üçün malların qiymət cədvəli və yuxarıda qeyd edilən videoçarx niyə başqa bir müştəriyə təqdim edildiyi olduqca maraqlıdır. Çünki malların rəsmi distrübüteri olduğu ölkələrə malların istehsalçısının distrübüterdən başqa alıcıya satması mülki hüquqi qanunvericiliyin tələblərinə və hər iki tərəfin hüquqi maraqlarına ziddir Məhkəmə bununla bağlı qeyd edir ki, təqdim olunmuş videoçarxda malların keyfiyyət xüsusiyyətləri sadalanır və konkret müştəriyə münasibətdə oferta və ya aksept müəyyən edilmir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********3419 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal olunan malların gömrük dəyəri “malların sövdələşmə qiyməti” üsulu ilə hesablanmalıdır. Odur ki, məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli **********3419 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal olunan malların gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı “malların sövdələşmə qiyməti üsulu”nun tətbiq edilməməsi nəticəsində gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilmiş, nəticədə 1140.51 manat məbləğində artıq gömrük ödənişi ödənilmişdir və qeyd edilən hal gömrük borcu üzrə ödənilmiş gömrük rüsumunın qaytarılması üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş GDD**********02 nömrəli xx.xx.2025-ci il tarixli bildiriş ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı: İddia təmin edilsin. Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçınə münasibətdə qəbul edilmiş xx.xx.2025-ci il tarixli GDD**********02 nömrəli bildiriş ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar