Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1402/2020 01.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (hüquqşünas, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 110-da qeydiyyatda olan) iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnə qarşıiddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamının Cavabdeh Başçısının 363 saylı, xx.xx.2018-ci il tarixli digər sərəncamının ləğv edilməsinə dair (363 saylı sərəncamın 1.43-cü bəndində göstərilən İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarına dair Cavabdeh Başçısının Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən “Tikinti obyektlərinə dair şəhərsalma əsaslandırmasının təsdiq edilməsi barədə” xx.xx.2018-ci il tarixli, 18/03-8/1877 saylı məktub) hissədə ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2-1(82)- 2844/2019 saylı qərardadına əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 29 dekabr 2017-ci il tarixli 663 saylı sərəncamı ilə İddiaçınə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binalarının layihələndirilməsinə icazə verilmişdir. Bundan sonra həmin qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırmasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin TTNDA-nın “Azərdövlətlayihə” BDLİ tərəfindən Şəhərsalma əsaslandırılması hazırlanmış, Cavabdeh Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 18/03-8/1877 saylı məktubu ilə İddiaçı MMC-nə qeyriyaşayış binalarının memarlıq-planlaşdırmasmın eskiz və işçi layihələri baxılaraq razılaşdırılmış və Cavabdeh Başçısının 11 iyun 2018-ci il tarixli, 363 saylı sərəncamı ilə təsdiq etmişdir.Hazırda isə onlara bəlli olmuşdur ki, Cavabdeh Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı ilə Cavabdeh Başçısının 363 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı və bu (əvvəlki) sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir.Ölkə başçısının müvafiq sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin tabeçiliyinə keçdiyindən, hazırda həmin orqan Cavabdeh Başçısının mübahisəli 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsaslanaraq, bundan əvvəl razılaşdırılmış sənədləri qəbul etməyərək tikintilərə icazə sərəncamı verilməsindən imtina edir.İddiaçı hüquqi şəxs İddiaçı 2012-ci ilən daxili bazarda tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət olsa da, ona aid olmayan səbəblərdən qəbul edilən 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncam bu planların həyata keçirilməsinə süni maneə olmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı MMC-nin iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin şəhərsalma əsaslandırmasında ciddi hüquq pozuntuları mövcuddur. Həmin sənədlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 2.6 və 2.7-ci bəndlərində nəzərdə tutulmu. Səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 2.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçısının müavinləri vəzifə bölgüsünə əsasən şəhərin, rayonun və şəhər rayonunun ərazisində icra-idarətetmə fəaliyyətini həyata keçirir, icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirirlər. Həmin Əsasnamənin 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 57.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən imzalanmalıdır. Tikintisinə, istismarına və şəhərsalma əsaslandırılmasının təsdiqinə sair Cavabdeh Başçısının Aparatının rəhbərinin imzası ilə verilməsi “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərini pozmuşdur. Bununla əlaqədar olaraq Cavabdeh Başçısının Aparatının xx.xx.2019-cu il tarixli 02 saylı sərəncamı ilə tikintisinə, istismarına və şəhərsalma əsaslandırılmasının təsdiqinə dair verilmiş sərəncamların və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir. Həmin Qanunun 67.1 və 67.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya suborddinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və ya yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Eyni zamanda “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 6 nömrəli qərarının 3.2-ci bəndinə əsasən şəhərsalma əsaslandırılması bu Qaydaların 2-ci hissəsinin tələblərinə uyğun işlənilərək dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı iıə yerli icra hakimiyyəti orqanının, Bakı şəhərinin və digər şəhərlərin inzibati ərazisində isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq edilir. Qeyd edilənlər Cavabdeh xx.xx.2019-cu il tarixli, 02 saylı sərəncamının qanuni və əsaslı olduğunu təsdiq edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək izahatında göstərdi ki, Cavabdeh Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı Cavabdeh Başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığına görə Cavabdeh Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ləğv edilmişdir. Sonuncu sərəncamın ləğv edilməsi üçün əsas yoxdur. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, iddiaçının və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Cavabdeh Başçısının 663 saylı, 29 dekabr 2017-ci il tarixli İddiaçı MMC-nə qeyri-yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında 663 saylı, 29 dekabr 2017-ci il tarixli sərəncamından görünür ki, İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 05/16 saylı müraciətini nəzərə alaraq, Nərimanov rayonu, N.Nərimanov küçəsi, 1983-cü məhəllədə yerləşən torpaq sahəsində icarə əsasında qeyriyaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. İşdə olan Cavabdeh Başçısının 363 saylı, 11 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarına uyğun olaraq tikinti obyektlərinə dair şəhərsalma əsaslandırmalarının təsdiq edilməsi haqqında sərəncamın 1.43-cü bəndindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış Nərimanov rayonu, N.Nərimanov küçəsi, 1983cü məhəllədə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarına (xx.xx.2018-ci il tarixli, 18/03-8/1877 saylı məktub) dair tərtib olunmuş şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. İşdə olan Cavabdeh Başçısının 02 saylı, 03 yanvar 2019-cu il tarixli sərəncamından görünür ki, Cavabdeh Başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 363 saylı, xx.xx.2018-ci il tarixli sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. Məhkəmə araşdırması dövründə Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 02 saylı sərəncamının və xx.xx.2018-ci il tarixli, 363 saylı sərəncamın (1.43-cü bəndində göstərilən İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan qeyri-yaşayış obyektinin Cavabdeh Başçısının Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən “Tikinti obyektlərinə dair şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi barədə” xx.xx.2018-ci il tarixli, 18/03- 8/1877 saylı məktub) hissəsinin verilməsinə əsas olmuş sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş surəti sorğu əsasında Cavabdehndən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Cavabdeh tərəfindən Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 02 saylı sərəncamı və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin xx.xx.2018-ci il tarixli, 2/569 saylı, Azərbaycan Respublikası Baş nazirinin müavininin xx.xx.2018-ci il tarixli, 07/07/13 saylı, xx.xx.2018-ci il tarixli, 7- 141/1 saylı və Cavabdeh Başçısı Aparatı rəhbərinin Azərbaycan Respublikası Baş nazirinin müavininə ünvanladığı xx.xx.2018-ci il tarixli, 7-262/2g saylı məktublarının təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən Cavabdehnə ünvanlanmış 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh başçısı aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində Cavabdeh Başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 2.7-ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlətinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirildiyinin təsbit edildiyi nəzərə çatdırılmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanlanmış 7-141/1 saylı, 20 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Cavabdehnə ünvanlanmış 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, Cavabdeh Başçısının müavini X8 xx.xx.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Cavabdehndə tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi, bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlara ünvanlanmış məktubların imzalanması səlahiyyəti müvəqqəti olaraq Cavabdeh Başçısı Aparatının rəhbəri X5 həvalə edilmişdir. Cavabdeh Başçısının müavininin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığına görə üzrxahlıq bildirilərək, Cavabdeh Başçısının müavinin səlahiyyətlərinin müvəqqəti icrasının Cavabdeh Başçısı Aparatının rəhbəri X5 həvalə olunmasına razılıq verilməsi xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş Cavabdeh tərəfindən Azərbaycan Respublikası Baş Nazirinin müavininə ünvanlanmış 7-262/2g saylı, 25 iyun 2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri xx.xx.2018-ci il tarixli, 2/569 saylı məktubla Cavabdehnə müraciət edərək, Cavabdeh Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Cavabdeh Başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində aidiyyatı orqanlaraq ünvanlanmış məktubun və digər sənədlərin imzalanmasını Azərbaycan Respublikası Prezidenti Administrasiyası ilə razılaşdırılmadığından qanunvericiliyin tələblərinə ziddiyyət təşkil edərək, kobud qanun pozuntusu olduğunu bildirmişdir. Bildirilmişdir ki, Cavabdeh Başçısının müavini X8 xx.xx.2017-ci il tarixində vəfat etməsi ilə əlaqədar olaraq Cavabdehndə tikinti sahəsi üzrə rəhbərliyin həyata keçirilməsi bu sahə üzrə sənədlərin hazırlanması və aidiyyatı qurumlaraq ünvanlanmış məktubların imzalanması səlahiyyəti Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 430 saylı sərəncamı ilə müvəqqəti olaraq Cavabdeh Başçısı Aparatının rəhbəri X5 həvalə edilmişdir. Cavabdeh Başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmadığını nəzərə alaraq, həmin vəzifənin müvəqqəti icrasının Cavabdeh Başçısı Aparatının rəhbəri X5 həvalə olunmasına razılıq verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Adminsitrasiyasının rəhbəri qarşısında məsələ qaldırılması xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Baş Nazirinin müavini tərəfindən Cavabdehnə ünvanlanmış 06 iyul 2018-ci il tarixli, 07/07/13 saylı məktubdan görünür ki, 7-262/2g saylı, 25 iyun 2018-ci il tarixli məktubda qaldırılan məsələ Azərbaycan Respublikası Prezindenti Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırılmışdır. Beləliklə iş materiallarında olan sənədlərdən görünür ki,Cavabdeh Başçısının 363 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının 1.43-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq qaydada razılaşdırılmış Nərimanov rayonu, N.Nərimanov küçəsi, 1983-cü məhəllədə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarına (xx.xx.2018-ci il tarixli, 18/03-8/1877 saylı məktub) dair tərtib olunmuş şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Həmin sərəncam Cavabdeh Başçısının digər02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən Cavabdeh Başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı əsası ilə ləğv edilmiş, həmçinin həmin sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri də ləğv edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı Cavabdeh Başçısının 363 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının onlara aid hissədə ləğv edilməsinə dairCavabdeh Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsini tələb edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edilmişdir, qanunidir və onun ləğv edilməsi üçün əsas yoxdur. İş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Cavabdeh Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edərkən Cavabdeh Başçısının 363 saylı, xx.xx.2018-ci il tarixli sərəncamını imzalamış X2 həmin dövrdə göstərilən səlahiyyətləri icra etmək hüququ olmamış və sözügedən sərəncamı imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, Cavabdeh Başçısının müavini səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq alınmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən 2/569 saylı, 14 iyun 2018-ci il tarixli məktubla Cavabdehnə müraciət olunaraq, Cavabdeh Başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyətinin Başçısının müavini vəzifəsinin müvəqqəti icra edən qismində Cavabdeh Başçısının Sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Baş nazirinin müavini tərəfindən 20 iyun 2018-ci il tarixli, 7-141/1 saylı məktubla Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə müraciət olunaraq, müvəqqəti icrasının Cavabdeh Başçısı Aparatının rəhbəri X4 həvalə olunmasına razılıq verilməsi barədə müraciət olunmuşdur və Baş nazirin müavini tərəfindən Cavabdehnə ünvanlanmış 06 iyul 2018-ci il tarixli məktubla 20 iyun 2018-ci il tarixli, 7-141/1 saylı məktubda qaldırılan məsələnin Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri ilə şifahi olaraq razılaşdırıldığı bildirilmişdir. Göründüyü kimi X2 Cavabdeh Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən qismində imzaladığı Cavabdeh Başçısının 363 saylı, xx.xx.2018-ci il tarixli sərəncamını imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 2.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçısının müavinləri vəzifə bölgüsünə əsasən şəhərin, rayonun və şəhər rayonunun ərazisində icra-idarəetmə fəaliyyətini həyata keçirir, icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirirlər. Həmin Əsasnamənin 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir. İşdə olan sənədlərdən görünür ki, X4 Cavabdeh Başçısının müavini səlahiyyətlərinin icrasının həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin razılığı alınmamış, Cavabdeh Başçısının 363 saylı, xx.xx.2018-ci il tarixli sərəncamını qəbul edərkən, X2 həmin sərəncamı imzalamaq səlahiyyəti olmamışdır. Bununla da sözügedən sərəncam səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə əsasən həmin dövr üzrə Cavabdeh Başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən X6 tərəfindən imzalanmış sərəncamlar, o cümlədən iddiaçıya münasibətdə qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 363 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri haqlı olaraq Cavabdeh Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ləğv edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh Başçısının 02 saylı, xx.xx.2019-cu il tarixli sərəncamı əsaslı və qanuni olduğundan, həmin sərəncamın ləğv edilməsi üçün əsas olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1402/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1402/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver