Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14078/2025 25.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı üçüncü şəxs X3 qarşı əmtəə nişanına dair aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı 16 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sələfi) tərəfindən "Shaurma N1" əmtəə nişanına dair X2 adına aparılmış qeydiyyatın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1980-ci ildə Dəvəçi rayonunda anadan olmuşdu və Bakı şəhərində yaşayırdı, 4 mart 2010-cu ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Shaurma N1" əmtəə nişanının ərizəçiyə aid olması barədə 20100274 nömrəli Şəhadətnamə vermişdir, 16 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ərizəçi ilə X5 (T.İ.) arasında bağlanmış əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə 16 noyabr 2015-ci il tarixli 47 nömrəli müqavilə və ərizəçinin müraciəti əsasında "Shaurma N1" əmtəə nişanına dair hüquqların bütövlükdə T.İ.-ə keçməsi dövlət reyestrində qeydlər aparmışdır. Bundan sonra 20100274 nömrəli qeydiyyat üzrə əmtəə nişanı sahibi T.İ.-nin hüquqlarının bütövlüklə X9 (S.Ə.) verilməsi barədə 05 sentyabr 2016-cı il tarixli 56 nömrəli müqavilə qeydiyyata alınmış, bu barədə Dövlət Reyestrində 05 sentyabr 2016-cı il tarixində müvafiq qeydlər aparılmışdır. №20100274 nömrəli qeydiyyat üzrə əmtəə nişanı sahibi S.Ə.-nin hüquqlarının bütövlüklə X3 verilməsi barədə 11 iyun 2021-ci il tarixli 2021/059 nömrəli müqavilə qeydiyyata alınmışdır. Bu barədə Dövlət Reyestrində 11 iyun 2021-ci il tarixində müvafiq qeydlər aparılmışdır. Hal- hazırda “Shaurma №1” əmtəə nişanı T.İ.-nin adına qeydiyyatdadır. 30 may 2023-cü ildə “X8" MMC-nin verdiyi 83 nömrəli rəydə deyilir ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Patent Şöbəsinin tərtib etdiyi “Əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilədə “hüquqları verən tərəf” qrafasında imza İddiaçı tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş formada icra edilmişdir, 16 iyun 2023-cü ildə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi (Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yerinə formalaşdırılmış qurum) ərizəçiyə göndərdiyi məktubunda bildirmişdir ki, 16 noyabr 2025-ci ildə aparılmış dövlət reyestrində qeydiyyatın qanuniliyi ilə bağlı araşdırma aparmış və araşdırma zamanı N 2010 02/4 nömrəli "Shaurma N1" əmtəə nişanına dair hüquqların verilməsi ilə bağlı prosedurlar 2015-ci ildə Komitənin müvafiq struktur bölməsi tərəfindən icra olunarkən Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nın (bundan sonra-Qaydalar) 2.3-cü bəndinin 12-ci abzasının tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, qeyd edilən Qaydaların 2.3-cü bəndinin 12-ci abzasına əsasən müqaviləni imzalayan tərəflərdən biri fiziki şəxs olduqda, onun imzası notarial qaydada təsdiq edilməlidir. Lakin tərəflərin hər ikisinin fiziki şəxs olmalarına baxmayaraq, onların imzaları notarial qaydada təsdiqlənməmişdir. Onu da qeyd edir ki, əmtəə nişanına dair hüquqların verilməsi ilə bağlı müqavilənin qeydiyyatı üzrə yekun sənədin bir nüsxəsi Komitənin müvafiq struktur bölməsindən hüquqları əldə edənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən yox, işlə heç bir əlaqəsi olmayan kənar şəxs tərəfindən götürülmüşdür, 03 iyul 2023-cü ildə “X10” MMC tərəfindən verilən rəydə göstərilmişdir ki, ərizəçinin adından Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ünvanlanmış ərizədə və ərizəçi ilə T.İ. arasında bağlanmış əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə 16 noyabr 2015- ci il tarixli 47 nömrəli müqavilədə “İddiaçı” yazısından aşağıdakı imza ərizəçi tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Ərizəçinin adından Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ünvanlanmış ərizədə, və ərizəçi ilə T.İ. arasında bağlanmış əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə 16 noyabr 2015-ci il tarixli 47 nömrəli müqavilədə “İddiaçı” və “X5” yazılarından sonra imzaların hər üçü eyni şəxs tərəfindən icra edilmişdir, 01 aprel 2024-cü ildə ərizəçi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və T.İ.-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldıraraq ərizəçiyə məxsus 2010-cu il 4 mart tarixli 20100274 nömrəli "Shaurma N1" əmtəə nişanının T.İ.-nin adına ötürülməsi barədə 16 noyabr 2015-ci il tarixli 47 nömrəli müqavilənin etibarsız hesab olunması, iddiaçının “Shaurma N1" əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının qeydə alınmasının Əqli Mülkiyyət Agentliyinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 24 iyul 2024-cü ildə məhkəmənin təşəbbüsü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə-xətşünaslıq ekspertizası üzrə 4/1033 nömrəli ekspert rəyi vermiş, və rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş N 2010 0274 qeydiyyat nömrəli “Shaurma N1” əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə (ərizəçidən T.İyə) verilməsi barədə müqavilədə “Hüquqları verən tərəf: adı, soyadı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür) bəndində İddiaçı” yazılarının aşağısındakı imza - ərizəçi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur, 14 noyabr 2024-cü ildə Bakı Kommersiya Məhkəməsi ərizəçinin “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasını təmin etdi, 16 noyabr 2015-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qərar verdi, ərizəçi “Shaurma N1” əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən qeyd alınması” hissəsində iş üzrə icraata xitam verdi. Məhkəmə qərarını onunla əsaslandırdı ki, birincisi işdə hər üç ekspert rəyindən görünür ki, 16 noyabr 2015-ci il tarixli müqavilə ərizəçi tərəfindən imzalanmayıb, ikincisi həmin müqavilə notariat qaydasında təsdiq edilməyib. Bu səbəbdən də Mülki Məcəllənin 359.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cıı il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nın 2.3-cü bəndinin 12ci abzasına əsasən və müqaviləni ərizəçi imzalamadığı və T.İ. hər iki tərəf əvəzinə imzaladığı, bununla da özü özü ilə müqavilə bağladığı üçün müqavilə əhəmiyyətsizdir. Bundan əlavə məhkəmə bildilmişdir ki, Mülki Məcəllənin 384.0.1-ci maddəsinin tələbinə görə isə şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti tətbiq olunmur, 11 dekabr 2024-cü ildə T.İ.-nin nümayəndəsi Bakı Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verdi. 14 fevral 2025-ci ildə Bakı apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası T.İ.-nin apellyasiya şikayətini təmin etdi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv etdi və iş üzrə yeni qətnamə qəbul etdi, ərizəçiyə məxsus olan N 2010 0274 nömrəli “Shaurma N1" əmtəə nişanına dair hüquqların T.İ.-ə verilməsi barədə xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbini təmin etmədi. Apellyasiya Məhkəməsi qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilsə də, apellyasiya məhkəməsində aşağıdakı halları müəyyən etmişdir: Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 384.0.1-ci maddəsinə istinad etməsi və ərizəçinin tələbinin də şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsinə yönəldiyindən, bu səbəbdən bu tələbə iddia müddətinin tətbiq oluna bilməməsi barədə əsaslandırması ilə razılaşır; Müqavilənin ərizəçi tərəfindən imzalanmaması və imzanın notariat qaydada təsdiq olunmaması, bununla da həmin əqdin əhəmiyyətsiz olması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə Apellyasiya Məhkəməsinin Kollegiyası razılaşır, 10 aprel 2025-ci ildə ərizəçi Bakı apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 fevral 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verdi. 04 iyun 2025-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası ərizəçinin kassasiya şikayətini təmin etmədi və Bakı apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 fevral 2025-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxladı. Bununla da apellyasiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş hallar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh iş üzrə yazılı etirazını onunla əsaslandırmışdır ki, N 2010 0274 nömrəli əmtəə nişanı 2010-cu il 4 mart tarixində ölkə Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının 35-ci (reklam, malların satışı üzrə xidmətlər), 39-cu (malların qablaşdırılması və saxlanması) və 43-cü (ərzaq və içkilərlə təmin etmə üzrə xidmətlər) sinifləri üzrə Sizin adınıza qeydiyyata alınmışdır. Əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə 2015-ci il 16 noyabr tarixli 47 nömrəli müqavilə əsasında Dövlət Reyestrində 16 noyabr 2015-ci il tarixində müvafiq qeydlər aparılmış və adıçəkilən əmtəə nişanına dair hüquqlar tam olaraq X4 ötürülmüşdür. İddiaçı tərəfindən 2015-ci il 16 noyabr tarixli 47 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 noyabr tarixli e-2-2(113)-2762/2024 nömrəli Qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, İddiaçı məxsus olan N 2010 0274 nömrəli “Shaurma N1” əmtəə nişanına dair hüquqların X3 verilməsi barədə xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilə etibarsız hesab edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli 2-2(103)-163/2025 nömrəli Qətnaməsi ilə cavabdeh T. İmaməliyevin apellyasiya şikayəti təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 noyabr tarixli e-2-2(113)- 2762/2024 nömrəli Qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyun tarixli 2-2(102)-342/2025 nömrəli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli 2-2(103)-163/2025 nömrəli Qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Beləliklə, “Shaurma N1” əmtəə nişanına dair hüquqların X3 ötürülməsi haqqında xx.xx.2015-ci il tarixli 47 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi məhkəmə tərəfindən təmin edilmədiyinə görə həmin nişan üzrə hüquqların ötürülməsi ilə bağlı “Əmtəə nişanlarının Dövlət reyestri”ndə 2015-ci il 16 noyabr tarixində aparılmış qeydin ləğv edilməsi mümkün deyil. Göstərilənlərə əsasən iddiaçı tərəfindən irəli sürülən dəlillər mötəbər sübutlarla təsdiqini tapmadığından sadəcə iddiaçıya məxsus mülahizə xarakteri daşıyır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının məqsədi və hüquqi marağı "Shaurma N1" əmtəə nişanına dair X2 adına aparılmış qeydiyyatın ləğv edilməsinə (xitam verilməsinə) nail olmaqdan ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı hüquqi marağına çatmaq üçün iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Belə ki, iddiaçının iddia tələbinin əsasını iddiaçıya məxsus olmuş əmtəə nişanı üzərində əqli mülkiyyət hüququnun ötürülməsi ilə bağlı müqavilənin etibarsızlığı (imzanın ona məxsus olmaması) təşkil edir. Qeyd edilən iddia tələbi inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə kommersiya məhkəməsində həll edilməlidir ki, iddiaçı belə bir iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin iddiaya mahiyyəti üzrə baxılmışdır. Belə ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və X3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan 2010 0274 nömrəli xx.xx.2010-cu il tarixli “SHAURMA №1” əmtəə nişanının X3 ötürülməsi barədə xx.xx.2015ci il tarixli 47 nömrəli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı “SHAURMA №1” əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının qeydə alınmasının Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 noyabr tarixli e-2-2(113)-2762/2024 nömrəli qərardadı ilə iddia tələbinin “iddiaçının “Shaurma N1” əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən qeyd alınması” hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 noyabr tarixli e-2-2(113)-2762/2024 nömrəli qətnaməsi ilə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmuş, 2015-ci il 16 noyabr tarixli müqavilənin etibarsız hesab olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli 2-2(103)-163/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul olunmuş, “2015-ci il 16 noyabr tarixli müqavilənin etibarsız hesab edilməsi barədə” iddia tələbi təmin olunmamış, iddia ərizəsinə görə ödənilən dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, ekspertiza xərci olaraq iddiaçıdan 127 manat pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-342/2025 nömrəli xx.xx.2025ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli 2-2(103)-163/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı üçüncü şəxs X5 cəlb edilməklə “əmtəə nişanı üzərində üçüncü şəxsin əqli mülkiyyət hüquqlarına xitam verilməsi və iddiaçının əqli mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkənməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-11936/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin iddia ərizəsini mümkün saymamaqda gəldiyi əsas nəticə ondan ibarət olmuşdur ki, iddiaçı adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə kommersiya məhkəməsində həll etməlidir. Bakı İnzibati Məhkəməsinin həmin qərardadından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 4356/2023 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanmışdır. Apellyasiya inistansiya məhkəməsi birinci inistansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mübahisənin mülki mühakimə icraatı qaydasında kommersiya məhkəmələrində baxılmasını qeyd etmişdir. Göründüyü kimi, istər əvvəlki, istərsə də indiki məhkəmə mübahisəsinin predmeti "Shaurma N1" əmtəə nişanına dair əqli mülkiyyət hüququnun ötürülməsi ilə bağlı müqavilənin etibarsızlığı ilə əlaqədar əmtəə nişanına dair qeydiyyatın ləğvi ilə bağlıdır. Bu iddiaya hansı qaydada baxılmalı olması ilə əlaqədar isə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-14078/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14078/2025
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver