Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1434/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Cavabdehin nümayəndəsi X18 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “müavinətin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək azyaşlı nəvələri 2016-cı il təvəllüdlü İsmayıl və nəvəsi 2017-ci il təvəllüdlü Yitzhaka sosial müavinət verilməsinin cavabdehə tapşırılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X4 09 fevral 1990-cı ildə anadan olub. M.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur. O, bir müddət əvvəl 1982-ci il təvəllüdlü X11 rəsmi nikah bağlayıb. Bu evlilikdən onun 2 azyaşlı övladı var. Nəvələri xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X8r. 08 oktyabr 2014-cü il tarixdə Qurbanov Emil iddiaçının qızı ilə birlikdə Türkiyəyə yola düşmüşdür. X17 Emil iddiaçının qızını dələduzluq yolu ilə Suriyaya aparmışdır. Suriyada o, radikal terrorçu silahlı təşkilata qoşulmuşdur. O, silahlıların tərəfində gedən döyüşlərdə fəal iştirak etmişdir. İki azyaşlı uşağı olan qızı bu faktla üzləşmişdir. Qızı əslində bu vəziyyətlərin və ərinin girovu olmuşdur. 2014-cü ilin noyabr ayının ortalarında əri vəfat etmişdir. Ancaq ərindən qurtulan qızı İraqda, Tel-Afer şəhərində qalmışdır. Orada yaraqlılar arasında mövcud olan yaraqlıların adət-ənənəsinə uyğun olaraq ərinin ölümündən 6 ay sonra ölüm ağrısı altında başqa bir silahlı ilə evlənmək məcburiyyətində qalmış, həmin şəxsin X3 (çağırış işarəsi Müslüm) olduğu üzə çıxmışdır. Belə ki, faktiki olaraq yaraqlıların əsirliyində olarkən və məcburi nikahla bağlı qızı daha iki azyaşlı uşaq dünyaya gətirmişdir: İsmayılın 2016-cı il təvəllüdlü oğlu və 2017-ci il təvəllüdlü Yitzhak oğlu. Daha sonra Toğrul itkin düşmüşdür. Hal-hazırda da ondan asılı olan, taleyinin bütün çətinliklərini paylaşan dörd azyaşlı övladı var. Sonradan beynəlxalq qüvvələrin antiterror koalisiyasının məlum əməlləri ilə əlaqədar qızı yaraqlıların hökmranlığından azad edilmişdir. Lakin o, əsassız ittihamdan azad edilməmişdir. Ona xatırladılıb ki, o, iki fəal yaraqlının həyat yoldaşıdır, onların arxasında insanlığa qarşı ağır cinayətlərin izi uzanır. Ona görə də qızı İraq silahlı qüvvələri tərəfindən Rusafa şəhərinə təhvil verildikdən sonra İraq əyalətinin məhkəmə hökmü ilə qızına əsassız yerə asılaraq ölüm hökmü çıxarılıb və hökm elan edildikdən sonra o, İraqın Kazmiyə şəhərinə köçürülüb və bu günə qədər ən ağır şəraitdə olduğu ”KMH" (Kemaks) həbsxanasında saxlanılır. Uşaqlar indi geri qaytarılıb. Lakin uzun müddətdir ki, o, nəvələrinə sosial müavinətlərin ödənilməsi üçün Azərbaycan Respublikasının bütün inzibati orqanlarına dəfələrlə müraciət etmişdir. Lakin müraciətləri cavabsız qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11078/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X9 qəyyumu kimi ona müavinət təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1 /2-S-138447/3/2023 nömrəli məktubla ona müavinət təyin edilməsindən imtina edilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı Səfərovun iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.9 və 9.1.8-ci maddələrinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalan”na 7 nömrəli əlavənin 2.12.2-ci yarımbəndinə uyğun olaraq valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti təqdim olunmalıdır. Sözügedən iş üzrə icraat materiallarından müəyyən olunur ki, İddiaçı ailəsinə ünvanlı sosial yardım təyin edilməyib. Eyni zamanda iddiaçı tərəfindən valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarı təqdim edilməyib. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın imtinası qanunauyğun olmuşdur. İddia tələbindən müəyyən olunur ki, İddiaçı hər iki nəvəsi İshaq və İsmayılın qəyyumu kimi müavinət təyin olunmasını tələb edir. Bununla bağlı bildiririk ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ‘İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il 5 saylı Qərarına əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilibedilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab yerməli olub-olmaması; 3) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 4) İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi və s. Nəzərinizə çatdırırıq ki, İddiaçı inzibati orqana yalnız X9 qəyyumu kimi ona müavinət təyin edilməsini xahiş etmişdir. İddiaçının inzibati orqana X5 qəyyumu kimi ona müavinət təyin edilməsi ilə bağlı hər hansı müraciəti olmayıb. Həmçinin bildiririk ki, İddiaçı nəvəsi İsmayıl Səfərovun qəyyumu deyil. Faktiki hallara istinadən hesab edirik ki, iddianın X12 ilə əlaqədar hissəsi mümkün sayılmamalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq İddiaçı "valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinət təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə iddia tələbinin X12 ilə əlaqədar hissəsinin mümkün sayılmaması barədə qərardad və X19 ilə əlaqədar hissəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə verərək xx.xx.2017-ci il təvəllüdlü X9 qəyyumu olaraq ona sosial müavinətin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1954-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X19 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, 20 avqust 2022-ci ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında X9 doğumu 79 № ilə qeyd edilmişdir. Doğum tarixi 20 oktyabr 2017-ci il, valideynləri: anası X4, atası X15. Valideynlər arasında nikah olmadığına görə doğum haqqında akt qeydində uşağın atası haqqında məlumat ananın deməsinə əsasən yazılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-10/2-1659/2023 nömrəli məktubu ilə təqdim edilmiş Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 275 nömrəli Yetkinlik yaşına çatmayan X10 üzərində qəyyum təyin edilməsi haqqında Sərəncamından görünür ki, ünvan 3 ünvanında yaşayan vətəndaş İddiaçı yetkinlik yaşına çatmayan nəvəsi xx.xx.2017-ci il təvəllüdlü-X10 üzərində qəyyum təyin edilməsi, Vətəndaş İddiaçı yetkinlik yaşına çatmayan X1, tərbiyə olunması, təhsil alması, habelə hüquq və mənafelərinin qorunmasını təmin etməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 26 dekabr 2023-cü il tarixli, 3-17-1/2- 306438/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı iddiasına dair iş üzrə xx.xx.2023- cü il tarixli 2-1(112)-11078/2023 nömrəli qərardad tərəfimizdən icra edilmişdir. Belə ki, İddiaçı “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququnun olub-olmamasının araşdırılması barədə Nazirliyin 4 saylı Bakı DOST Mərkəzinə və barəsində qəyyumluq təyin edilmiş X9 tam dövlət təminatında olub-olmaması barədə Nazirliyin Sosial Xidmətlər Agentliyinə sorğu göndərilmişdir. Nazirliyin 4 saylı Bakı DOST Mərkəzinin məktubuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində vətəndaş İddiaçı ailəsinə sosial yardımın təyin edilməsi ilə bağlı müraciəti qeydə alınmamışdır. Müraciətin araşdırılması məqsədilə vətəndaş İddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və məlumatları dəqiqləşdirilmişdir. Əlaqə zamanı vətəndaş İddiaçı mülkiyyətində nəqliyyat vasitəsinin olduğunu bildirmişdir. Ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan”nın 3.7.4-cü yarımbəndi (ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) barədə məlumat verilmiş və mülkiyyətində nəqliyyat vasitəsi olduğu təqdirdə ailəsinə ünvanlı sosial yardımın təyin edilməsinin mümkün olmaması bildirilmişdir. Barəsində qəyyumluq təyin edilmiş uşağın tam dövlət təminatında olmasına münasibətdə isə Nazirliyin tabeliyində Sosial Xidmət Agentliyinin məktubuna əsasən X2 tabeliyində olan sosial xidmət müəssisələrinə sosial xidmətə qəbul edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- S-105674/2/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.9 və 9.1.8-ci maddələrinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə təyin edilir. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar-hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 2.12.2-ci yarımbəndinə uyğun olaraq valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti təqdim olunmalıdır. Bildiririk ki, təqdim etdiyiniz Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2021- ci il tarixli Ns 275 saylı sərəncamına əsasən nəvəniz X19 üzərində qəyyum təyin edilmisiniz. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ailənizə ünvanlı dövlət sosial yardımı təyin edilmədiyi və nəvəniz (.Səfərovun valideyn himayəsindən məhrum olması haqqında məhkəmənin qərarının surətini təqdim etmədiyinizdən sizə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Əlavə olaraq bildiririk ki, ailənizə ünvanlı dövlət sosial yardımı təyin edildikdən və İ.Səfərovun valideyn himayəsindən məhrum olması haqqında məhkəmənin qərarının surətini təqdim etdikdən sonra müraciətinizə yenidən baxıla bilər. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyəti üzrə əsassızdır. İşin hallarından görünür ki, Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli № 275 saylı sərəncamına əsasən İddiaçı nəvəsi X19 üzərində qəyyum təyin edilmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X9 qəyyumu kimi ona müavinət təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1 /2-S- 138447/3/2023 nömrəli məktubla ona müavinət təyin edilməsindən imtina edilmişdir. Cavabdeh sosial müavinətin təyin edilməsi üçün İddiaçı ailəsinə ünvanlı sosial yardım təyin edilmədiyi, eyni zamanda iddiaçı tərəfindən valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının təqdim edilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı maddələrinə əsasən: -4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət -7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: -7.0.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda; -9.1.8. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə. Görünüdüyü kimi hazırkı iş üzrə tələb edilən növdə aylıq müavinat müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş qəyyumlara (himayəçilərə) o zaman təyin edilir ki: -yetkinlik yaşına çatmayan uşaq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq olsun; - qəyyum (himayəçi) təyin edilmiş şəxslərin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olsun; - barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaq tam dövlət təminatında olmasın. Yalnız yuxarıdakı şərtlər hər üçü eyni vaxtda ödənildikdə qəyyum (himayəçi) təyin edilmiş şəxslərə uşaqları saxladıqları üçün aylıq müavinət təyin edilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Göründüyü kimi yuxarıda adıçəkilən Qanun həm də bu və ya digər səbəbdən valideynlərinin himayəsi ilə əhatə olunmayan uşaqları valideyn himayəsindən məhrum hesab edilən uşaq kateqoriyasına aid edir. Hazırkı iş üzrə müəyyən olunur ki, yetkinlik yaşına çatmayan X20 dövlətlər arasında əldə olunmuş razılığa uyğun olaraq Azərbaycan Respublikasına repatriasiya edilmiş, əvvəl müvəqqəti olaraq müvafiq dövlət sığınacağına yerləşdirilmiş, daha sonra Binəqədi RİH-nin xx.xx.2021-ci il tarixli sərəncamı ilə uşaq babası İddiaçı qəyyumluğuna verilmişdir. Başqa sözlə, X10 valideyn himayəsindən məhrum olan uşaq kateqoriyasına aid edilməsini istisna edən hüquqi və faktiki əsas yoxdur. Cavabdehin istinad etdiyi “valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının təqdim edilməməsinə gəlincə” hazırkı məhkəmə qeyd edir ki, ailə qanunvericiliyi valideyn himayəsindən məhrumolma haqqında deyil, valideynlik hüququndan məhrumetmə haqqında məhkəmə qətnaməsinin qəbul edilməsini mümkün sayır. Başqa sözlə, hazırkı halda təqdim edilən yerli icra hakimiyyətinin sərəncamı X10 öz valideynlərinin himayəsindən kənar qaldığı səbəbindən onun babasının himayəsinə verildiyini, bununla da valideyn himayəsindən məhrum olan uşaq olduğunu təsdiq edir. Bununla da hazırkı halda müavinət təyin edilməsi üçün qəyyumluq altında olan yetkinlik yaşına çatmayan İ.T.Səfərovun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq olması ilə bağlı şərti ödənilir. Eyni zamanda qeyd edilməlidir ki, Qanunun 7.0.9-cu maddəsinin tələbi qəyyumun (himayəçi) "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda sosial müavinətin verilməsini nəzərdə tutur. Qeyd edilən norma qəyyumun birbaşa ünvanlı sosial yardım üçün müraciət etdiyi və ona ünvanlı sosial yardım təyin edilməsi şərti ilə deyil, yalnız ünvanlı sosial yardım almaq hüququ olduğu halda valideyn himayəsindən məhrum olan uşağa baxdığına görə sosial müavinətin verilməsini mümkün sayır. Həmçinin, qeyd edilməlidir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət təminatı - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin) , himayədar valideynin (himayədar ailənin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsidir. Hazırkı iş üzrə müavinətin təyin edilməsi üçün ikinci şərt-iddiaçının –qəyyumun ünvanlı sosial yardım almaq hüququnun mövcudluğunun yoxlanılmasının araşdırılması məhkəmənin aralıq qərardadı əsasında cavabdehə həvalə edilmiş və cavabdehin qərardadın icrası ilə bağlı təqdim etdiyi cavabda vətəndaş İddiaçı mülkiyyətində nəqliyyat vasitəsinin olduğundan ona ünvanlı sosial yardımın təyin edilməsinin mümkün olmadığı, eləcə də Nazirliyin tabeliyində Sosial Xidmət Agentliyinin məktubuna əsasən X9 Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinə sosial xidmətə qəbul edilmədiyi, bununla da tam dövlət təminatında olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7-ci bəndinə əsasən aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: -3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); Hazırkı iş üzrə elektron məhkəmə informasiya sistemində iddiaçıya aid əmlak məlumatlarından müəyyən olunur ki, XTA**********8107 ban nömrəli VAZ 21074 minik markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Göründüyü kimi iddiaçının mülkiyyətində nəqliyyat vasitəsinin olması ünvanlı sosial yardım almaq hüququnu istisna etdiyindən eyni zamanda bu hal onun qəyyumluqda olan şəxs görə müavinət almaq hüququnu da istisna edir. Beləliklə, hazırkı halda tələb edilən növdə müavinət təyin edilməsi üçün qanunla tələb olunan 2-ci şərt iddiaçıya münasibətdə ödənilmir. Qeyd edildiyi kimi iddiaçı qəyyumun "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olmadığından və bu hal müavinətin təyin edilməsindən imtinaya əsas verdiyindən məhkəmə sonuncu şərtin- barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaq tam dövlət təminatında olmasının yoxlanılmasına qiymət verilməsini zəruri hesab etmir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “müavinətin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1434/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1434/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver