Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1447/2024 19.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “əmrin qismən ləğv edilməsi və doktoranturaya bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh rektor əvəzi X.Yahudovun imzası ilə 119-T/S nömrəli, xx.xx.2017-ci il tarixli əmr ləğv edilməklə müdafiə hüququnun bərpa edilməsini və ilkin müzakirəyə hazır olduğu tarixdən (xx.xx.2022-ci il) etibarən fəlsəfə doktorluq imtahanlarının müddətinin dondurulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək tələbinin Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh rektor əvəzi X.Yahudovun imzası ilə 119-T/S nömrəli, xx.xx.2017-ci il tarixli əmrinin ləğv edilməklə müdafiə hüququnun saxlanılması və fəlsəfə doktorluq imtahanlarının müddətinin dondurulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə tələb “İddiaçı doktoranturadan xaric edilməsinə dair Cavabdeh 119-T/S nömrəli, xx.xx.2017-ci il tarixli əmrinin ona aid hissədə ləğv edilməsi və İddiaçı Cavabdeh 3313.02 “Maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə müdafiə hüququ saxlanılmaqla doktorantlar sırasına bərpa edilməsi” kimi icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh “Mexatronika və maşın dizaynı” kafedrasına 2012-ci ildə 3313.02 “Maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə qiyabi doktoranturaya qəbul olunmuşdur. Dissertasiya işinin mövzusunun adı “Lokomotiv bukuslarında yastıq qovşaqlarının axtarışla konstruksiya edilməsi” kimi təsdiq olunmuş, elmi rəhbər isə t.e.d, prof. X10 təyin edilmişdir. Elmi rəhbəri t.e.d. prof. X10 müxtəlif səbəblərə görə iddiaçıya elmi rəhbərlik edə bilməmişdir. Bir müddət sonra şəxsi təşəbbüsü ilə o, həmin kafedranın fəxri professoru, t.e.d. Ayaz Abdullayevə müraciət etmiş və Ayaz müəllimin qeyri-rəsmi rəhbərliyi ilə keçən zaman ərzində geniş araşdırmalar və tədqiqatlar apararaq dəmiryol hərəkət vasitələrinin yeni konstruksiyalı dartı intiqalını təklif etmişdir. Bu istiqamətdə 1 Avrasiya patenti (Тяговый привод подвижного состава// № 202200061, xx.xx.2023 tarixdə, № 4) dərc edilib, 1 Avrasiya patenti (Грузопадъемный механизм мостовых, башенных и козловых кранов, №2********), 1 Azərbaycan patenti (Dəmiryol hərəkət vasitələrinin innovativ dartı intiqalı//a********) prosessdədir. 20-dən çox məqaləsi müxtəlif yerli və beynəlxalq jurnallarda dərc edilmiş, onlardan 3-ü Scopus bazasına daxil edilmişdir ki, onun da biri ən çox oxunan məqalələr siyahısına düşərək h indeksi verilmişdir. Təklifi kafedra, fakültə və universitet elmi şuralarında müzakirəyə çıxarılaraq müsbət qərar qəbul edilmişdir. İnformatika (2013-cü il), xarici dil (2015-ci il), ümumi elmi fənn (2021-ci il) və ixtisas (2021-ci il) fənlərindən fəlsəfə doktoru imtahanlarını müvəffəqiyyətlə vermiş, 2017-ci ilin avqust ayından indiyədək həmin universitetdə əvəzçilik üzrə 0,5 ştat vahidi üzrə baş müəllim vəzifəsində çalışır. Həmin vaxtdan elmi fəaliyyətini də intensiv olaraq davam etdirmiş, bir doktorant olaraq araşdırma və tədqiqatlarıyla bağlı kafedra, fakültə və universitetin elmi şura iclaslarında müsbət qərarlar qəbul edilmişdir. Son olaraq Azərbaycan Respublikası Elmi X1 Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının 07 oktyabr 2022-ci il tarixli iclasında Dissertasiya mövzusunun adı redaktə olunaraq “Dəmiryol hərəkət vasitələrinin innovativ dartı intiqalının işlənməsi və texniki səviyyəsinin qiymətləndirilməsi”, elmi rəhbər isə t.e.d., professor X5 təsdiq edilmişdir. Elmi fəaliyyətinin nəticələri elmi yeniliyi və mahiyyəti üzrə Avrasiya patent təşkilatı (Евразийская Патентная Организация, № 202200061, Бюллетень №4, xx.xx.2023) tərəfindən 043160 nömrəli patentlə, tətbiqi imkanları üzrə isə təyinat sahəsinə uyğun olaraq Azərbaycan Dəmir Yolları QSC və SİA «BL engineering» (Латвийская республика, Nr. **********7) tərəfindən təsdiq edilmiş prespektivə qəbul aktları ilə öz təsdiqini tapmışdır. Dissertasiya və avtoreferatın ilkin variantları Ali Attestasiya Komissiyasının (AAK) tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən ilkin müzakirə üçün hazırlanmışdır. xx.xx.2023-cü il tarixdə gözlənilməz vəziyyətlə rastlaşmış, ona bildirilmişdir ki, 2017-ci ildə doktoranturanı bitirdikdən (2016-cı ilin dekabr ayında 4 illik qiyabi doktorantura təhsil müddəti bitmişdir) 7 (yeddi) ay sonra doktoranturadan xaric edilmişdir. Belə ki, Cavabdehndə olan şəxsi iş qovluğunda onun fərdi iş planlarında göstərilən müddəaları yerinə yetirmədiyinə və attestasiyadan keçmədiyinə görə doktoranturadan xaric edilməyinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh rektor əvəzi X.Yahudovun imzası ilə 119-T/S nömrəli, xx.xx.2017-ci il tarixli əmr mövcuddur, hansı ki, onun bu əmrdən xəbəri olmamışdır. Əmrdə əsas kimi “Maşın hissələri” kafedrasının müdirinin təqdimatı və kafedranın xx.xx.2017-ci il tarixli, 7 saylı protokolu göstərilsə də, həmin protokolun gündəliyi və qərar hissəsi onun doktoranturadan xaric edilməsilə bağlı deyil, tamamilə başqa məsələyə dair olmuşdur. Təqdimat isə ümumiyyətlə yoxdur. Bununla əlaqədar universitet rəhbərliyinin, Elm və Təhsil Nazirliyinin rəhbərliyinin qəbulunda olmuş, geniş müzakirə edilmiş, əmrin əsassız olduğunu qeyd etsələr də, köməklik edə bilməyəcəklərini bildirmişlər. Qeyd edildiyi kimi iddiaçının doktoranturadan xaric edilməsilə bağlı verilən əmrin heç bir hüquqi əsası yoxdur və hansı məqsədlə verilməsi nə bugünkü universitet rəhbərliyinə, nə də iddiaçıya aydın deyil. Əgər o, attestasiya edilməmişdirsə 7 ay sonra attestasiyadan keçmədiyinə görə necə xaric edilə bilər, yox, əgər xaric edilmişdirsə onda hansı səbəbdən ona məlumat verilməyib, yaxud da məlumat verilmişdirsə xaric olunduqdan sonra doktorant kimi necə faliyyət göstərmişdir (minumum imtahanları vermək, kafedra iclasları, fakültə iclasları, universitet iclasları, ən sonda problem şurasında mövzu və rəhbərin dəyişməsi, elmi konfraslarda iştirak və s.). İddiaçı qeyd edir ki, barəsində verilmiş həmin əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh rektor əvəzi X.Yahudovun imzası ilə 119-T/S nömrəli, xx.xx.2017-ci il tarixli əmr ləğv edilməklə müdafiə hüququnun bərpa edilməsi və ilkin müzakirəyə hazır olduğu tarixdən (xx.xx.2022-ci il) etibarən fəlsəfə doktorluq imtahanlarının müddətinin dondurulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibəti məhkəməyə təqdim etməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilərək, cavabdehin 119-T/S nömrəli, xx.xx.2017ci il tarixli qərarının mübahisələndirilməsi üzrə buraxılmış prosessual müddət bərpa olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh tərəf məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılıb qərar qəbul edlməsini xahiş etmişdi. Məhkəmə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı onun üçün əlverişsiz hüquqi nəticələr yaradan inzibati aktın ləğv edilməsi və həmin inzibati aktın icra olunması nəticəsində hasil olmuş nəticələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş edir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh 05 iyul 2017-ci il tarixli, 119-T/s nömrəli əmrindən görünür ki, İddiaçı- 3313.02 “Maşınlar, avadanlıqlar və proseslər itisası üzrə fəlsəfə doktoru proqramı üzrə qiyabi doktorant (elmi rəhbər prof.Ə.Nəcəfov) fərdi iş planlarında göstərilən müddəaları yerinə yetirmədiyinə və attestasiyadan keçmədiyinə görə doktoranturadan xaric edilmişdir. Əsas: Elm və texnika üzrə prorektorun razılığı ilə “maşın hissələri” kafedrasının müdirinin təqdimatı və kafedranın 7 saylı protokolu. -Cavabdeh xx.xx.2012-ci il tarixli, 146-T/s nömrəli əmrindən görünür ki, İddiaçı 3313.02 “Maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə qiyabi doktoranturaya qəbul edilərək təhsil müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. -Cavabdeh X6 7 saylı kafedra iclasının 09 mart 2017-ci il tarixli Protokolundan görünür ki, iclasın gündəliyinə 4 məsələ- 1. imtahan biletlərinin hazırlanması, 2. buraxılış işlərinin gedişi, 3. müəllim və işçi personalın davamiyyəti və 4. müxtəlif məsələlər daxil edilmiş və müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilmişdir: 1. Növbəti tədris ilinin başlanmasına qədər kafedrada tədris olunan bütün gənlər üzrə yazılı imtahan biletləri hazırlansın. 2. X6 ixtisas qrupunda təhsil alan tələbələrin buraxılış işinin yerinə yetirilməsi vəziyyəti qənaətbəxş hesab edilsin. 3. X6 müəllim və işçi personalının davamiyyət qrafikinə uyğun olaraq kafedrada olması onların nəzərinə çatdırılsın. -Cavabdeh X6 4 saylı kafedra iclasının 18 dekabr 2013-cü il tarixli Protokolundan çıxarışdan görünür ki, doktorant İddiaçı “Lokomotiv bukslarında yastıq qovşaqlarının axtarışla konstruksiya edilməsi” adlı dissertasiya işinin birinci ili üçün elmi fəaliyyətinə görə attestasiya edilmiş, qalan tədris müddəti üçün iş planı təsdiq edilərək fakültə Elmi Şurasında təsdiq olunması tövsiyə edilmişdir. -Cavabdeh X6 5 saylı kafedra iclasının 29 dekabr 2014-cü il tarixli Protokolundan çıxarışdan görünür ki, doktorant İddiaçı “Lokomotiv bukslarında yastıq qovşaqlarının axtarışla konstruksiya edilməsi” adlı dissertasiya işinin ikinci ili üçün elmi fəaliyyətinə görə attestasiya edilmiş, qalan tədris müddəti üçün iş planı təsdiq edilərək fakültə Elmi Şurasında təsdiq olunması tövsiyə edilmişdir. -Cavabdeh X6 5 saylı Kafedra iclasının 25 dekabr 2015-ci il tarixli Protokolundan çıxarışdan görünür ki, doktorant İddiaçı “Lokomotiv bukslarında yastıq qovşaqlarının axtarışla konstruksiya edilməsi” adlı dissertasiya işinin üçüncü ili üçün elmi fəaliyyətinə görə attestasiya edilmiş, növbəti tədris ili üçün iş planının təsdiq edilərək fakültənin Elmi Şurasında təsdiq olunması tövsiyə edilmişdir. -Cavabdeh “Maşınqayırma və robotexnika” fakültəsinin Elmi Şurasının 25 fevral 2022-ci il tarixli iclasının 5 saylı Protokolundan çıxarışdan görünür ki, İddiaçı 3313.02 "Maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə dissertasiya işinin mövzusu "Dəmiryol hərəkət vasitələrinin innovativ dartı intiqalının işlənməsi, tədqiqi və texniki səviyyəsinin qimətləndirilməsi" kimi təsdiq olunaraq, t e.d prof. A.H.Abdullayevin elmi rəhbər təyin edilməsi qərara alınmışdır. - Cavabdeh Elmi Şura iclasının xx.xx.2022-ci il tarixli 7 saylı protokolundan çıxarışın surətindən görünür ki, “Mexatronika və maşın dizaynı” kafedrasının doktorantı İddiaçı dissertasiya işinin mövzusunun adı dəyişdirilərək “Dəmiryol hərəkət vasitələrinin innovativ dartı intiqalının işlənməsi, tədqiqi və texniki səviyyəsinin qiymətləndirilməsi” kimi təsdiq edilmiş və X7 rəhbərlikdən imtina ərizəsi nəzərə alınmaqla elmi rəhbəri t.e.d. X3 təyin edilməsi qərara alınmışdır. -Yüksək Təhsil İnstitutunun direktoru İftixar Çələbi tərəfindən Cavabdeh rektoruna ünnvanlanmış əmrə dəyişiklik edilməsi barədə xidməti məruzə məktubunda aşağıdakılar qeyd edilmişdir: “Bildiririk ki, Cavabdeh 05 iyul 2017-ci il tarixli 117-T(s) nömrəli əmrinin 1ci bəndinə əsasən 3313.02 - “Maşınlar, avadanlıqlar və proseslər” ixtisasının doktorantları X8 və İddiaçı fərdi iş planlarında göstərilən müddəaları yerinə yetirmədiklərinə və attestasiyadan keçmədiklərinə görə doktoranturadan xaric olunublar. Lakin buna baxmayaraq həmin əmrin əsası olan “Maşın hissələri” kafedrasının 09 mart 2017-ci il tarixli 7 saylı protokolunda X8 və İddiaçı attestasiyası məsələsi öz əksini tapmamış, yəni adları qeyd olunan iddiaçıların attestasiya məsələləri iclas gündəliyinə daxil edilməmişdir. Məlumat üçün bildiririk ki, X8 30 dekabr 2012-ci il tarixli, 150-T(s) nömrəli əmrlə elmlər doktoru proqramı üzrə əyani və İddiaçı 21 dekabr 2012-ci il tarixli, 146-T(s) nömrəli əmrlə fəlsəfə doktoru proqramı üzrə qiyabi doktoranturaya qəbul olunmuşdur. Hər iki iddiaçı mütəmadi olaraq hər il attestasiyadan keçmiş və bununla bağlı kafedra və fakültə çıxarışları mövcuddur. Qeyd olunanları nəzərə alaraq sözü gedən əmrin birinci bəndinə düzəliş olaraq “fərdi iş planlarında göstərilən müddəaları yerinə yetirmədiklərinə və attestasiyadan keçmədiklərinə görə xaric edilsinlər” əvəzinə “təhsil müddəti başa çatdığına görə müdafiə hüququ saxlanılmaqla doktorantlar sırasından çıxarılsınlar” cümləsi kimi düzəliş olunması üçün göstəriş verməyinizi Sizdən xahiş edirik”. -Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iddiaçıya ünvanlanmış 21 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, iddaçının müraciətinə baxılaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 2.9-cu bəndinə əsasən fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayıldığı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasında yeni növ koronavirus (COVİD-19) infeksiyasımn yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tətbiq edilən xüsusi karantin rejimi bitdikdən sonra elmi dərəcələr və elmi adların verilməsi ilə bağlı qanunvericilik və bu sahədə fəaliyyəti tənzimləyən digər sənədlərlə nəzərdə tutulan müddətlər xüsusi karantin rejiminin qüvvədə olma müddəti qədər uzadıldığı, qeyd edilənləri nəzərə alaraq, 2015-ci ildə iddiaçının xarici dildən verdiyi fəlsəfə doktoru imtahanının nəticəsinin etibarlı sayıldığı bildirilmişdir. -Azərbaycan Respublikası Elmi X2 Fizika-Riyaziyyat və Texnika Elmləri üzrə üzrə Problem Şurasının fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının 2022-ci il 07 oktyabr tarixli iclasının 3 saylı protokolundan 14 oktyabr 2022-ci il tarixli Çıxarışdan görünür ki, Cavabdeh qiyabi doktorantı İddiaçı 3313.02 - "Maşınlar, avadanlıqlar və proseslər" ixtisasında “Dəmiryol hərəkət vasitələrinin innovativ dartı intiqalının işlənməsi, tədqiqi və texniki səviyyəsinin qiymətləndirilməsi” adlı texnika üzrə fəlsəfə doktoru dissertasiyası mövzusunun təsdiqi barədə məsələyə baxılaraq Cavabdeh qiyabi doktorantı İddiaçı 3313.02 - "Maşınlar, avadanlıqlar və proseslər" ixtisasında texnika üzrə fəlsəfə doktoru dissertasiya mövzusunun adı redaktə olunaraq “Dəmiryol hərəkət vasitələrinin innovativ dartı intiqalının işlənməsi və texniki səviyyəsinin qiymətləndirilməsi” (elmi rəhbər: texnika elmləri doktoru, professor X5) kimi təsdiq edilməsi qərara alınmışdır. -Cavabdeh tərəfindən ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının nəticələrinə dair 12 mart 2021-ci il tarixli Şəhadətnamədən görünür ki, 3313.02-Maşınlar, avadanlıqlar və proseslər (ümumielmi əsaslar) ixtisasdan fəlsəfə doktoru imtahanını vermiş 40 yekun balla yaxşı qiymətləndirilmişdir. Qeyd olunan şəhadətnamənin dissertasiyasının ilkin müzakirəsinədək etibarlılıq müddəti beş il qeyd olunmuşdur. -Cavabdeh tərəfindən ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının nəticələrinə dair 30 mart 2021-ci il tarixli Şəhadətnamədən görünür ki, 3313.02-Maşınlar, avadanlıqlar və proseslər (ümumielmi əsaslar) ixtisasdan fəlsəfə doktoru imtahanını vermiş 40 yekun balla yaxşı qiymətləndirilmişdir. Qeyd olunan şəhadətnamənin dissertasiyasının ilkin müzakirəsinədək etibarlılıq müddəti beş il qeyd olunmuşdur. -Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir “İddiaçı Cavabdeh 21 dekabr 2012-ci il tarixli 146-T(s) nömrəli əmrinə əsasən fəlsəfə doktoru proqramı üzrə qiyabi doktoranturaya qəbul olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.30-cu bəndinə əsasən doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. Cavabdeh 05 iyul 2017ci il tarixli 119-T(s) nömrəli əmrinə əsasən 3313.02 - “Maşınlar, avadanlıqlar və proseslər” ixtisasının qiyabi doktorantı İddiaçı fərdi iş planlarında göstərilən müddəaları yerinə yetirmədiyinə və attestasiyadan keçmədiyinə görə doktoranturadan xaric olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə doktoranturaya bərpa olunması ilə bağlı AzTU-ya etdiyi yazılı müraciət əsasında onun sənədləri tərəfimizdən araşdırılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalar”ında doktorantların bərpa olunması ilə bağlı müddəa nəzərdə tutulmadığından, İddiaçı doktoranturaya bərpa edilməsi qeyri-mümkün hesab edilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, doktoranturaya bərpa ilə bağlı Cavabdehnə daxil olmuş bir sıra müraciətlərə münasibət bildirilməsi məqsədi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müvafiq məktub ünvanlanmış, Nazirlik tərəfindən daxil olmuş cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda xaric edilmiş doktorantların bərpası ilə bağlı müddəanın nəzərdə tutulmadığı bildirilmiş və həmin şəxslərin, o cümlədən İddiaçı yenidən doktoranturaya qəbulla bağlı sənəd təqdim etmələri tövsiyə olunmuşdur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 119 T\(s) nömrəli əmrinin əsası kimi qeyd olunmuş kafedra müdirinin təqdimatı və kafedra iclasının protokolu arxiv sənədlərində tapılmadığından, həmin sənədləri təqdim etmək qeyri-mümkündür.” Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: -2.2. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. -5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. -5.3. Dövlət mülkiyyət formasından asılı almayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. -17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.5.3. doktorantura (adyunktura). -22.1. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir. -22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlığı üç səviyyəlidir: -22.2.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 22.2.2. magistratura (rezidentura); 22.2.3. doktorantura (adyunktura). -22.8. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla, elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. -22.9. Doktorantura təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir. -22.11. Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. -22.13. Dоktоranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid fоrmalı dövlət sənədi – diplom verilir. -22.14. Ali təhsil müəssisəsində, elmi müəssisə və təşkilatlarda, habelə digər təşkilatlarda çalışan elmi və elmi-pedaqоji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yоlu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına, elmi müəssisə və təşkilatlara dissertantların təhkim оlunması və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazilər Kabinetinin 2010-cu il 1 iyul 129 nömrəli Qərarından: -1.2. Azərbaycan Respublikasında yüksək səviyyəli elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə və ya hərbi təhsil müəssisələrinə münasibətdə adyunkturada aparılır və elmi tədqiqatlar aparılır. dərəcələrin (elm sahələri idarə etməklə, fəlsəfə doktoru və elmlər doktoru) təhsili ilə başa çatır. -1.7. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. -3.25. Doktoranturada təhsil müddətində doktorant ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın elmi şurası tərəfindən təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir. -3.28. Doktorant fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı şöbə, bölmə, kafedra, laboratoriya iclaslarında hesabat verir. -3.30. Doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisəsi , elmi müəssisə və təşkilatlar tərəfindən attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın sınaq müddəti ali təhsil müəssisəsi , elmi müəssisə və təşkilatların rəhbərləri ilə müəyyən edilir. Doktorantın tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticələrinə əsasən müəyyən edilir. -3.31. Ali təhsil müəssisələrinin , elmi müəssisə və təşkilatların elmi şuralarında doktorantların elmi rəhbərlərinin vaxtaşırı hesabatları dinlənilir. -3.32. Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. -3.33. Ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların rəhbərləri doktorantlara fərdi iş planının yerinə yetirilməsində, zəruri avadanlığın, həmçinin elmi tədqiqat işinin mövzusu ilə bağlı materialların əldə edilməsində yardım göstərməlidirlər. İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, işin faktiki hallarından məlum olur ki, İddiaçı 2012-ci tədris ilində Azərbaycan Teniki Universitetinin (ATU) “Maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə qiyabi doktoranturaya qəbul olmuş, həmin Universitetin xx.xx.2017-ci il tarixli, 119-T/s nömrəli əmrinə əsasən fərdi iş planlarında göstərilən müddəaları yerinə yetirmədiyinə və attestasiyadan keçmədiyinə görə doktoranturadan xaric olunmuşdur. İddiaçı doktoranturaya bərpa edilməsi ilə bağlı cavabdeh təhsil müəssisəsinə müraciət etmiş, lakin “Doktoranturaların yaradılması və doktoranturtaya qəbul Qaydaları”nda doktorantların bərpa edilməsi ilə bağlı müddəa nəzərdə tutulmadığından qeyri-mümkün hesab edilmişdir. İstinad edilən qanunvericilik müddəalarından göründüyü kimi, hər bir vətəndaş konstitusiya hüququ baxımından təhsil almaq hüququna malikdir. Təhsil qanunvericiliyində təhsilin formaları və növləri müəyyən edilmişdir ki, onlardan biri də ali təhsil hesab olunur. Bu təhsil pilləsində təhsilalanlar cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Hazırkı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən inzibati aktın iddiaçıya münasibətdə qəbul edilməsində elm və texnika üzrə prorektorun razılığı ilə “maşın hissələri” kafedrasının müdirinin təqdimatı və kafedranın 7 saylı protokoluna istinad edilsə də, adıçəkilən təqdimat məhkəməyə təqdim edilməmiş, kafedranın iclasının 7 saylı protokolunda isə iddiaçının attestasiyası və fərdi iş planlarının yerinə yetirilməsi ilə bağlı hər hansı müzakirə və qərar qəbul edilməsi öz əksini tapmamış, ümumiyyətlə bu məsələ iclasın gündəliyinə daxil edilməmişdir. Məhkəmə qeyd edir ki, doktorantın attestasiyadan keçməməsi müəyyən olunsaydı belə, cavabdeh ali təhsil müəssisəsinə doktorantın xaric edilməsi üçün səlahiyyət vermirdi. Belə ki, AR Nazirlər Kabinetinin 3.30-cu maddəsinin məzmunundan göründüyü kimi, attestasiyanın nəticəsi doktorantın yalnız növbəti tədris ilində təhsilini davam etdirmək hüququnu itirməsində ifadə olunur. Belə olan halda, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, sübutetmə yükü daşıyan cavabdeh təhsil müəssisəsini iddiaçının doktorantlar siyahısından xaric edilməsi barədə əmr verilən zaman inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsas olmamış, bu qənaətin əksini sübut edən hər hansı dəlil təqdim edilməmişdir. Ona görə də, cavabdehin əmri iddiaçıya münasibətdə yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan onun təhsil hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı doktoranturadan xaric edilməsinə dair Cavabdeh 119-T/S nömrəli, xx.xx.2017-ci il tarixli əmri ona aid hissədə ləğv edilməli, İddiaçı Cavabdeh 3313.02 “Maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə müdafiə hüququ saxlanılmaqla doktorantlar sırasına bərpa edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı doktoranturadan xaric edilməsinə dair Cavabdeh 119-T/S nömrəli, xx.xx.2017-ci il tarixli əmri ona aid hissədə ləğv edilsin. İddiaçı Cavabdeh 3313.02 “Maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə müdafiə hüququ saxlanılmaqla doktorantlar sırasına bərpa edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1447/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1447/2024
19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver