Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14644/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiаçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına X10rşı “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ-6165/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli “Təchizatçıların satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarının və yekun protokolunun təsdiq edilməsi barədə” qərarın qismən "xxxx" MMC-yə münasibətdə qanunsuz hesab edilərək qismən ləğv edilməsi və ləğv edilmiş qərarın hüquqi nəticələrinin aradan qaldırılmasına və iddiaçının müsabiqədə iştirak hüququnun bərpa edilməsi barədə qərar qəbul edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına X10rşı "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən verilmiş "xxxx" MMC-nin 108979 saylı müsabiqədən kənarlaşdırılması barədə inzibati aktın (qərarın) qanunsuz hesab edilərək ləğv edilməsi və ləğv edilmiş qərarın hüquqi nəticələrinin aradan qaldırılmasına və iddiaçının müsabiqədə iştirak hüququnun bərpa edilməsində dair qərarın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ-6165/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli “Təchizatçıların satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarının və yekun protokolunun təsdiq edilməsi barədə” qərarın qismən "xxxx" MMC-yə münasibətdə qanunsuz hesab edilərək qismən ləğv edilməsi və ləğv edilmiş qərarın hüquqi nəticələrinin aradan qaldırılmasına və iddiaçının müsabiqədə iştirak hüququnun bərpa edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məhkəmə icraatına zəruri cəlbetmə qaydasında, 03 oktyabr 2025-ci il tarixli Qərardadı ilə "xxxx" QSC məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınması” üzrə 108979 saylı açıq müsabiqə elan edilmişdir. "xxxx" MMC qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqədə iştirak üçün tələb olunan bütün sənədləri təqdim etmiş, lakin Cavabdeh qurum tərəfindən müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırma barədə qərar İddiaçıya yazılı şəkildə bildirilmiş, lakin qərarda bu inzibati aktın verilməsi üçün zəruri olan hüquqi və faktiki əsaslar tam və dolğun göstərilməmişdir. İddiaçı tərəfindən Cavabdehə ünvanlanmış şikayətə isə qanunla müəyyən edilmiş qaydaya və hüquqi mahiyyəti əks cavab verilməmişdir. İddiaçı bu qərardan narazıdır, nəzarət orqanı şikayəti İnzibati icraat haqqında Qanunun tələblərinə uyğun araşdırmadığından məhkəməyə müraciət edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən verilmiş "xxxx" MMC-nin 108979 saylı müsabiqədən kənarlaşdırılması barədə inzibati aktın (qərarın) qanunsuz hesab edilərək ləğv edilməsinə; Ləğv edilmiş qərarın hüquqi nəticələrinin aradan qaldırılmasına və İddiaçının müsabiqədə iştirak hüququnun bərpa edilməsinə nail olmaq istəyir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - MMC) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınması” məqsədi ilə Açıq Tenderdə iştirak etmişdir. Təklif zərflərinin açılması üzrə xx.xx.2025-ci il tarixli, 2 №-li iclas protokoluna əsasən X7 İnternet Portalında (bundan sonra - Portal) dərc etdiyi 108979 saylı müsabiqə üzrə qiymət təkliflərinə baxılmış, müsabiqədə toplam 6 (altı) iddiaçı iştirak etmiş, MMC tərəfindən ən aşağı (826425.12 manat) təklif edilmişdir. Satınalan təşkilatın Portal vasitəsilə MMC-yə ünvanladığı xx.xx.2025-cü il tarixli bildirişə əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1.2, 35.1.3 və 35.1.8-ci maddələrinə əsaslanaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən müsabiqədən kənarlaşdırılma barədə qərar qəbul edilmişdir. Qərarda qeyd edilir ki, 05 iyun 2025-ci il tarixli 50 №-li məktubda Əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin “Satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması” meyarı üzrə tələb olunan son maliyyə ili üzrə maliyyə hesabatı ilə təqdim edilmiş 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsi arasında fərqləri qeyd edib təsdiq etmələrinə baxmayaraq, son maliyyə ili üzrə maliyyə hesabatında aidiyatı düzəlişləri edib, uyğunsuzluların aradan qaldırılması təmin edilməmişdir. Satınalan təşkilat portal vasitəsilə bildirmişdir ki, müsabiqədə ŞƏRQ- QƏRB ASC, Tuna QSC dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun 35.1.3 va 35.1.8-ci maddəsinə, "xxxx" MMC Qanununun 35.1.2, 35.1.3və 35.1.8-ci maddələrinə, Vest-Ltd QSC Qanununun 35.1.3-cü maddəsinə əsasən müsabiqədən kənarlaşmışdır. SİMPLEX QSC (qeydiyyat ünvanı: AZ1022, ünvan 1 **********) qalib elan olunmuş və həmin təchizatçı ilə 956.979,32 (doqquz yüz əlli altı min doqquz yüz yetmiş doqquz manat 32 qapik) manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət) xx.xx.2025-ci il tarixində başlayır və xx.xx.2025-ci il tarixində iş gününün sonu bitir. Qərarın ləğv edilməsi barədə MMC tərəfindən 25 iyun 2025-ci il tarixli, 57 nömrəli məktub ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu və digər normativ hüquqi aktları rəhbər tutaraq, müsabiqədən kənarlaşdırılma barədə qərarın ləğv edilməsi, MMC-nin “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınması” açıq tender metodu ilə satın alınması üçün iştirakının bərpa edilməsi xahiş olunmuşdur. Satınalan təşkilatın bu formal tələbə görə MMC-ni tenderdən kənarlaşdırması qanunsuz və əsassız olduğu üçün aşağıdakı əsaslandırma ilə kənarlaşdırma barədə satınalan təşkilata qanunla müəyyən edilmiş qaydada şikayət verilmişdir. Şikayətdə uyğunsuzluğun mövcud olmadığı, yaranmış fərq mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 2.2.1.2-ci “Alınmış avanslar” sətrində qeyd olunmuş 1318680,76 manat məbləğ olması, həmin məbləğ 2024-cü ilin dekabr ayında avans olaraq daxil olmuş və ilin axırına qalıq olaraq qaldığı, həmin 1318680,76 manat məbləğ 1 nömrəli əlavədə toplanaraq “Cəmi öhdəliklər” sətrində cəmləndiyi qeyd edilmişdir. 2-ci suala cavab olaraq, Kapital Bank ASC- nin MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli, 16198 saylı məktubuna istinad edərək, xx.xx.2024-xx.xx.2025-ci il dövrü üçün bankda olan hesablar üzrə dövriyyə və son qalıq məlumata əsasən 744308,82 manat qalıq olduğu, həmin məbləğdə Sizə göndərilmiş cədvəldə öz əksini tapdığını, arada olan fərq isə ƏDV depozit hesabda olan 83 322,95 manat və kassa hesabında olan 45,89 manat qalıqdan ibarət olduğunu, ƏDV depozit hesabda olan 83 322,95 manat ƏDV məbləği olduğundan Satınalan təşkilata göndərilmiş cədvəldə qeyd edilmədiyi vurğulanmışdır. Belə ki, ƏDV-nin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparan vahid xəzinə hesabıdır. Beləliklə, MMC-nin sərbəst vəsaiti olmadığı üçün cədvəldə qeyd edilməmişdir. Sonuncu suala cavab olaraq Vergi Orqanının kameral vergi yoxlaması ilə bağlı daxil olmuş məktubunda qeyd olunan uyğunsuzluqlar düzəldilərək dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi Vergi Orqanına təqdim olunması, həmin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsinin Vergi Orqanı tərəfindən qəbul olunması, müraciətimizə əsasən həmin mənfəət bəyannaməsi Vergi Orqanı tərəfindən təsdiq edilərək, Satınalan təşkilata göndərilmiş, həmçinin məktubda qeyd olunan mallar üzrə qiymət formalaşdırılması kalkulyasiyasını (maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının) tam ətraflı açıqlamasını), cəmi öhdəliklərin, habelə yaranmış öhdəliyin müqavilə dəyəri, müqavilə üzrə müvafiq müddətə yaranmış borcun təsdiqedici sənədlər əlavə edilmişdir. MMC tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınması” məqsədi ilə keçirilən açıq tender barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət X11 09 saylı, xx.xx.2025-ci tarixli təhcizatçının açıq tenderdən kənarlaşdırılması ilə bağlı Şikayət ünvanlanmış, Şikayətin təmin edilməsi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu və digər normativ hüquqi aktları rəhbər tutaraq, Sizdən Satınalan təkilar tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müsabiqədən kənarlaşdırılması barədə qərarının ləğv edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların” açıq tender metodu ilə satın alınması üçün iştirakının bərpa edilməsi xahiş olunmuşdur. Bununla bağlı xx.xx.2025-ci il tarixli, 3-54/2-6720/2025ci il tarixli müraciətə baxılmasına dair məktubda bildirilir ki, portaldan əldə edilən məlumatlara əsasən MMC-nin təqdim etdiyi maliyyə hesabatı ilə mənfəət vergisi bəyannaməsində qeyd olunan göstəricilər arasında uyğunsuzluqlar aşkar edilməsi səbəbindən kənarlaşdırılma əsassız hesab edilmişdir. Buna baxmayaraq MMC-nin təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olması barədə satınalma komissiyasının portalın “Suallar və Cavablar/Şikayətlər” bölməsi vasitəsilə ünvanlanan sorğusuna cavab olaraq satınalma müqaviləsinin icrasına əsaslı şübhələri aradan qaldıran qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatların satınalan təşkilata təqdim olunmadığı və qeyd olunan səbəbdən əsaslı olaraq kənarlaşdırıldığı müəyyən edilmişdir. Müraciətlə əlaqədar qəbul edilmiş bu qərarla razılaşılmadığı halda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ izah edilmişdir. MMC-nin təqdim etdiyi maliyyə hesabatı ilə mənfəət vergisi bəyannaməsində qeyd olunan göstəricilər arasında uyğunsuzluqlar aşkar edilməsi səbəbindən kənarlaşdırılma barədə xüsusi olaraq: məktubda vurğulanır ki, əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin “Satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması” meyarı üzrə tələb olunan son maliyyə ili üzrə maliyyə hesabatı ilə təqdim edilmiş 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsi arasında fərqlər aşkar edilmişdir. Maliyyə imkanlarının qiymətləndirilməsi üçün “mütləq likvidlik əmsalının” hesablanması zamanı “Maliyyə vəziyyəti haqqında hesabat”ının kapital və öhdəliklər bölməsinin 5-ci sütununda “cəmi öhdəliklər” 2 975 253,02 manat qeyd edilməsinə baxmayaraq, “Mənfəət vergisinin bəyannaməsinin” Əlavə № 1-nin 2-ci bölməsinin 2.2-ci sətrinin “Cəmi öhdəliklər” göstəricisinin hesabat dövrünün sonuna məbləğ 4 357 529,07 manat qeyd olunmaqla uyğunzuluq təşkil etmişdir. Əslində burada uyğunsuzluq mövcud deyildir. Belə ki, yaranmış fərq mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 2.2.1.2-ci “Alınmış avanslar” sətrində qeyd olunmuş 1318680,76 manat məbləğdir. Həmin məbləğ 2024-cü ilin dekabr ayında avans olaraq daxil olmuş və ilin axırına qalıq olaraq qalmışdır. Həmin 1318680,76 manat məbləğ 1 nömrəli əlavədə toplanaraq “Cəmi öhdəliklər” sətrində cəmlənmişdir. Beləliklə həmin hissədə uyğunsuzluq aşkar edilməmişdir. Bundan əlavə məktubda qeyd edilmişdir ki, əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin “Maliyyə imkanlarının qiymətləndirilməsi” üçün “mütləq likvidlik əmsalının” hesablanması zamanı “Maliyyə vəziyyəti haqqında hesabaf’ının Aktivlər bölməsinin 4-ci sütununda “pul vəsaitləri və onların ekvivalentləri” 744 308,82 manat qeyd edilməsinə baxmayaraq, “Mənfəət vergisinin bəyannaməsinin” Əlavə №1-nin 2-ci bölməsinin 1.5-ci sətrinin “Pul vəsaitləri” göstəricisinin hesabat dövrünün sonuna məbləğ 827 677,66 manat qeyd olunmaqla uyğunzuluq təşkil etmişdir. 2-ci suala cavab olaraq bildiririk ki, Kapital Bank ASC-nin MMC-yə ünvanladığı 16.01,2025-ci il tarixli, 16198 saylı məktubundan görünür ki, xx.xx.2024-01.01,2025-ci il dövrü üçün bankda olan hesablar üzrə dövriyyə və son qalıq məlumata əsasən 744308,82 manat qalıq olmuş və həmin məbləğdə Sizə göndərilmiş cədvəldə öz əksini tapmışdır. Arada olan fərq isə ƏDV depozit hesabda olan 83 322,95 manat və kassa hesabında olan 45,89 manat qalıqdan ibarətdir. ƏDV depozit hesabda olan 83 322,95 manat ƏDV bəbləği olduğundan Sizə göndərilmiş cədvəldə qeyd edilməmişdir. Beləliklə, qeyd olunan halın da uyğunzuluq olmadığı müəyyən edilmişdir. Son olaraq, məktubda qeyd olunmuşdur ki, əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin “Satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması meyar”ının “Yığılmış zərərin həcmi göstəricisi” üzrə “Maliyyə vəziyyəti haqqında hesabaf’ının “Kapital və öhdəliklər bölmə”sinin “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” 5-ci sütunda 3271099,94 manat qeyd olunmasına baxmayaraq, "Mənfəət vergisinin bəyannamə”sinin Əlavə №1-nin 2-ci bölməsinin 2.1.2-ci sətrində "Hesabat dövrünün xalis mənfəəti” göstəricisi hesabat dövrünün sonuna sütunu üzrə məbləğ 267 861,85 manat və 2.1.3-cü sətrində “Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət” göstəricisi hesabat dövrünün sonuna sütunu üzrə məbləğ 2 878 462,17 manat cəmi məbləğ 3 146 324,02 manat olmaqla uyğunzuluq təşkil etmişdir. Bununla bağlı qeyd edirik ki, Vergi Orqanının kameral vergi yoxlaması ilə bağlı daxil olmuş məktubunda qeyd olunan uyğunsuzluqlar düzəldilərək dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi Vergi Orqanına təqdim olunmuş və həmin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi Vergi Orqanı tərəfindən qəbul olunmuşdur. Müraciətimizə əsasən həmin mənfəət bəyannaməsi Vergi Orqanı tərəfindən təsdiq edilərək Satınalan təşkilata göndərilmişdir. İnzibati icraat haqqında Qanuna görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Dövlət satınalmaları haqqında Qanunun 4-cü maddəsinə əsasən Dövlət satınalmaları, maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi; satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi; bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik əsasında həyata keçirilməsi prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 6-cı maddəsinə görə Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri bu maddədə göstərilən meyarlara uyğun gəlməlidir. Hazırda qalib edilməyə çalışılan "xxxx" QSC bu tələblərə cavab verməyən yeganə şirkətdir. Beləliklə yuxarıda şadlananlardan savayı qeyd edə bilərik ki, mühasibat uçotu subyektləri Beynəlxalq Standartlara uyğun tərtib olunan avtomatlaşdırılmış proqramlar əsasında mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək hüququna malikdirlər. Nə Mühasibat uçotu haqqında haqqında Qanunda, nə də X1 X5 X3, nə də ki, Kiçik və X9 üçün X1 X5 X3 Maliyyə hesabatlarının (Maliyyə vəziyyəti haqqında hesabat, Məcmu mənfəət və zərər haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat) tərtibinin məcburiliyi barədə həm Qanunda, həm də mərkəzi icra hakimiyyəti orqanlarının qərarlarında göstəriş yoxdur. X12 birmənalı olaraq hüququdur. Lakin, Satınalan təşkilat MMC-ni tenderdən kənarlaşdırarkən bunu imperativ (məcburedici) göstəriş kimi qəbul etmişdir. Digər tərəfdən onu da diqqətinizə çatdırmaq istəyirik ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən sonra (Bakı şəhəri, 14 iyul 2023-cü il № 988-VİQ - Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir) iştirak etdiyimiz, hansı ki, hər biri ayrılıqda ehtimal olunan qiymət təklifi 1 000000 (bir milyon) manatdan çox olan aksept edilən bir sıra tenderlərdə Mənfəət bəyannaməsi tələb edilməmişdir. Ümumiyyətlə hesab edirik ki, belə formal tələblər ilə təhcizatçıların tenderdən kənarlaşdırılması Qanunun əsas prinsiplərinə ziddir. MMC-nin qeyd olunan əsaslar ilə tenderdən kənarlaşdırılması dövlət satınalmaları, maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi; satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi; bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik əsasında həyata keçirilməsi prinsipləri ilə ziddiyyət təşkil edir, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağan edən tələblərin pozulması ilə nəticələnir. Məlum olduğu kimi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarına dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən qurumdur. Xidmətin Əsasnaməsinin 3.0.29-cu bəndinə əsasən dövlət satınalmaları zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etmək, bütün malgöndərənlərin satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədilə tədbirlər görmək; 3.0.30-cu bəndinə əsasən dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görmək; 3.0.31-ci bəndinə əsasən dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) müsabiqə və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər əsaslarla satın alınmasının qanuniliyinə və satınalma müqavilələrinin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq, bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurunu dayandırmaq və satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırmaq Xidmətin vəzifəsidir. Satınlan təşkilatın bu formal tələbə görə MMC-ni tenderdən kənarlaşdırması qanunsuz və əsassızdır. Belə ki, Mühasibat uçotu haqqında haqqında Qanuna görə Bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir. X1 Standartları dedikdə, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş X8 Standartları, X1 Standartları və bu standartlar üzrə həmin beynəlxalq təşkilatın şərhləri başa düşülür. Kiçik və X9 üçün X1 Standartları dedikdə isə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş kiçik və X9 üçün nəzərdə tutulan beynəlxalq standartlar başa düşülür. Bu halda iri və X9 mühasibat uçotunu Kiçik və X9 üçün X1 Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar, və ya öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını X1 Standartlarına uyğun şəkildə tərtib etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-ci il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş X1 X5 X4 1.2-ci bəndinə görə Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri Beynəlxalq Standartlar əsasında maliyyə hesabatlarını tərtib etdikdə bu Qaydalar onlara şamil edilir. Mühasibat uçotu subyektləri Beynəlxalq Standartlara uyğun tərtib olunan avtomatlaşdırılmış proqramlar əsasında mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “09” dekabr 2019-cu il tarixli Q-15 №li Qərarı ilə təsdiq edilmiş Kiçik və X9 üçün X1 X5 uçotunun aparılması Qaydalarına əsasən Mühasibat uçotu subyektləri KOS üçün MHBS-a uyğun tərtib olunan avtomatlaşdırılmış proqramlar əsasında mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək hüququna malikdirlər. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən sonra (Bakı şəhəri, 14 iyul 2023-cü il № 988-VİQ - Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir) iştirak etdiyimiz, hansı ki, hər biri ayrılıqda ehtimal olunan qiymət təklifi 1 000 000 (bir milyon) manatdan çox olan aksept edilən bir sıra tenderlərdə Maliyyə hesabatları tələb edilməmişdir. Ümumiyyətlə hesab edirik ki, belə formal tələblər ilə təhcizatçıların tenderdən kənarlaşdırılması Qanunun əsas prinsiplərinə ziddir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qeyd olunan əsaslar ilə tenderdən kənarlaşdırılması dövlət satınalmaları, maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi; satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi; bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik əsasında həyata keçirilməsi prinsipləri ilə ziddiyyət təşkil edir, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağan edən tələblərin pozulması ilə nəticələnir. Onu da vurğulayırıq ki, belə qanun pozuntuları ilə reallaşan tenderlər, ölkənin iqtisadi mühitinə zərbə vurur, sahibkarların və hüquqi şəxslərin şəffaflığa, qərəzsizliyə dair gözləntilərini puç edir. Yeni Qanunun tətbiqi və təkmilləşdirilməsi dövründə dövlət qurumlarının köhnə üsullar ilə tenderdə hər hansı təhcizatçını qalib etməyə səy göstərməsi isə yolverilməzdir. Nəzərinizə çatdırırıq ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti daima haqqın, ədalətin və qərəzsizliyin tərəfində olmuş və sadalanan prinsiblərin rəhbər tutulması üçün haqlı mübarizəsini aparmışdır. Bu şikayətin də ümdə məqsədi müraciətə baxan orqan tərəfindən haqqın, ədalətin və qərəzsizliyin bərpa edilməsi üçün addımların atılmasına dəstək olmaqdan ibarətdir. Qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatların satınalan təşkilata təqdim olunmaması barədə: İdarə MMC-yə “uyğunsuzluqların aradan qaldırılmasını və natamam sənədlərin təqdim edilməsi" barədə MMC-yə sorğu ünvanlayaraq, MMC-nin qiymət təklifinin ehtimal olunan qiymətlə müqayisədə 20% və daha aşağı olduğunu müəyyən etmiş, həmçinin uyğunsuzluqların aradan qaldırılmasını və natamam sənədlərin təqdim edilməsini, o cümlədən, Mallar üzrə qiymət formalaşdırılması üzrə kalkulyasiyasını(maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının) tam ətraflı açıqlamasını), Son maliyyə ili üzrə maliyyə hesabatı ilə təqdim edilmiş 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsi arasındakı uyğunsuzluğun aradan qaldırılması və cəmi öhdəliklərin, habelə yaranmış öhdəliyin müqavilə dəyəri, müqavilə üzrə müvafiq müddətə yaranmış borcun təsdiqedici sənədləri (müqavilə, üzləşmə aktı və s.) təqdim edilməsini xahiş etmişdir. Bildirilmişdir ki, “MMC-nin qiymət təklifinin ehtimal olunan qiymətlə müqayisədə 20% və daha aşağı olması ilə bağlı MMC 26 sentyabr 1995-ci il tarixdə təsis edilmiş, fəaliyyət göstərdiyi dövrdə müəssisəmiz dövlətimizin milli- mənəvi dəyərlərinin yaşadılmasına, təhsilin inkişafına xidmət edən çoxlu sayda kitablar, dərsliklər, monoqrafiyalar, elmi əsərlər hazırlayaraq çap etmişdir. Elan olunan tenderinin 95%-i mətbəə məhsullarının satın alınmasını əhatə edir. Bu istiqamətdə təqdim olunan işlər artıq 17 ildir ki, şirkətimiz tərəfindən yüksək keyfiyyət və uyğun qiymətlə yerinə yetirilərək dövlət qurumlarına təhvil verilir. Uzunillik təcrübəmizə əsaslanaraq tam əminliklə bildiririk ki, tenderdə nəzərdə tutulan məhsulların yüksək keyfiyyətlə və vaxtında təhvil verilməsini təmin edə bilərik”. Bundan əlavə MMC keçirilmiş satınalmalar üzrə ehtimal olunan qiymətin müəyyənləşdirilməsi üçün bazar qiymətləri bağlı sorğuların cavablandırılmasında da iştirak etməmişdir. Bu məbləğ reallığı əks etdirmir və şübhə doğurur ki, bu qiyməti təqdim edən təşkilatın sahə üzrə istehsalat və peşəkar təcrübəsi yoxdur. Belə ki, tərəfimizdən təqdim olunan qiymət təklifi 22% mənfəətlə hesablanmış və bu kalkulyasiya rəsmi sənədlərdə öz əksini tapmışdır. Son olaraq məktubda qeyd olunan mallar üzrə qiymət formalaşdırılması kalkulyasiyasını (maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının) tam ətraflı açıqlamasını), cəmi öhdəliklərin, habelə yaranmış öhdəliyin müqavilə dəyəri, müqavilə üzrə müvafiq müddətə yaranmış borcun təsdiqedici sənədləri 50 saylı, xx.xx.2025-ci il tarixli məktubun qoşmasında Satınalan təşkilata təqdim edilmişdir. Beləliklə, sadalananları ümumiləşdirib qeyd edirik ki, xx.xx.2025-ci il tarixli, 3-54/2- 6720/2025-ci il tarixli müraciətə baxılmasına dair Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Agentliyin məktubunda açıq aşkar vurğulanır ki, Portaldan əldə edilən məlumatlara əsasən MMC-nin təqdim etdiyi maliyyə hesabatı ilə mənfəət vergisi bəyannaməsində qeyd olunan göstəricilər arasında uyğunsuzluqlar aşkar edilməsi səbəbindən kənarlaşdırılma əsassız hesab edilmişdir. Bu hissədə həm qanunun tələbi, həm də nəzarət orqanının etirafedici cavabı kənarlaşdırmanın bu hissədə əsassız olduğuna dəlalət edir. Hesab edirik ki, mübahisələndirilən hissədə qanunun mövqeyi iddiaçının tələbini dəstəkləyir. MMC-nin təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olması barədə satınalma komissiyasının portalın “Suallar və Cavablar/Şikayətlər” bölməsi vasitəsilə ünvanlanan sorğusuna cavab olaraq satınalma müqaviləsinin icrasına əsaslı şübhələri aradan qaldıran qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatların satınalan təşkilata təqdim olunmadığı və qeyd olunan səbəbdən əsaslı olaraq kənarlaşdırıldığı müəyyən edilməsi ilə bağlı təkrar vurğulayırıq ki, 50 saylı, xx.xx.2025-ci il tarixli məktubun qoşmasına əlavə edilməklə Satınalan təşkilata 108979 saylı müsabiqə üçün qiymət kalkulasiyası, Kalkulasiya cədvəli, Üzləşmə aktları və s. sənədlər göndərilmiş, ətraflı şəkildə izah verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı məhkəmədən qabaq Agentliyə iddia predmeti ilə bağlı Azərbaycan Respublikasının Kiçik və X14 Agentliyinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə xx.xx.2025-ci il tarixli 62 nömrəli və xx.xx.2025-ci il tarixli 69 nömrəli məktublarla (daxilolma qeydiyyatı: xx.xx.2025-ci il tarixli, 3-54/1-15438/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3- 54/1- 14231/2025 nömrəli) müraciət etmişdir. Agentlik tərəfindən aparılan araşdırma zamanı X7 internet portalından (bundan sonra - portal) əldə edilən məlumatlara əsasən iddiaçı tərəfindən təqdim edilmiş maliyyə hesabatı ilə mənfəət vergisi bəyannaməsində qeyd olunan göstəricilər arasında uyğunsuzluqlar aşkar edilməsi səbəbindən kənarlaşdırıldığı müəyyən edilmiş, lakin bu hal Agentlik tərəfindən əsassız hesab edilmişdir. Buna baxmayaraq iddiaçının təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olması barədə satınalma komissiyasının portalın “Suallar və Cavablar/Şikayətlər” bölməsi vasitəsilə ünvanlanan sorğusuna cavab olaraq satınalma müqaviləsinin icrasına əsaslı şübhələri aradan qaldıran qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatların satınalan təşkilata təqdim olunmadığı və qeyd olunan səbəbdən iddiaçının kənarlaşdırılması haqlı hal kimi hesab edilmişdir. Bununla əlaqədar, Agentlik tərəfindən aparılan araşdırma zamanı iddiaçının təklifinin qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olduğu və buna görə satınalan təşkilat tərəfindən qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatların təqdim edilməsi ilə bağlı X7 internet portalı (bundan sonra - Portal) vasitəsilə iddiaçıya sorğu ünvanlandığı müəyyən edilmişdir. Portalın “Suallar və Cavablar/Şikayətlər” bölməsi vasitəsilə satınalan təşkilat tərəfindən iddiaçıya ünvanlanan sorğuya cavab verilmədiyi üçün bu hal satınalma müqaviləsinin icrasına əsaslı şübhələr yaratmış və buna görə də "xxxx" MMC satınalmadan kənarlaşdırılmışdır. Bildiririk ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 19.3-cü maddəsinə əsasən satınalan təşkilat ehtimal olunan qiyməti təkliflərin qiymətləndirilməsi üçün istifadə edir. Göründüyü kimi, iddiaçı tərəfindən satınalan təşkilatın sorğusuna cavab verilməmişdir. Buna görə də satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldığı üçün iddiaçının müsabiqədən kənarlaşdırılmasına Agentlik tərəfindən etiraz edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə uyğun formalaşdırılmış satınalma komissiyası tərəfindən həmin qanunun 34.3.3 və 35.1.8-ci maddələrinə əsasən təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olduğu üçün, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr yaratdığı üçün kənarlaşdırılmışdır. Belə ki, portal üzərindən satınalan təşkilat tərəfindən xx.xx.2025-ci il tarixli sorğu ilə Şərtlər toplusunda Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa, “Mühasibat uçotu haqqında” Qanununa və Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq tələb olunan maliyyə imkanlarının qiymətləndirilməsi istiqamətində təchizatçı tərəfindən təqdim edilmiş sənədlərdəki (vergi və maliyyə hesabatları daxil olmaqla) fərq, uyğunsuzluq, müqavilə üzrə borcun təsdiqedici sənədləri, eləcə də malların kalkulyasiyasının təqdim edilməsi üzrə müraciət edilmişdir. Təqdim olunan cavab sorğu üzrə bildirilən qeydləri əhatə etmədiyindən, verilmiş qiymət təklifi əsaslı şübhə yaratmışdır. Azərbaycan Respublikasının “Dövlət satınalamaları haqqında” Qanununun 10.4- cü maddəsinə əsasən, uyğunluq göstəricilərinə cavab verməyən və (və ya) təklifləri uyğun olmayan təchizatçının belə tələblərə uyğunlaşdırılması məqsədilə uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda hər hansı dəyişiklik edilməsinə, habelə bununla bağlı hər hansı sorğuya, təklifə və icazəyə yol verilmir. 21,06.2025-ci il tarixli məktubla elektron portal üzərindən "xxxx" MMC qeyd olunanlar barəsində məlumatlandırılmışdır. Yuxarıda göstərilmiş əsasla tərtib edilmiş protokol Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 22 iyul 2025-ci il № AİBNDA/SQ-6165/2025 saylı Qərarla təsdiq edildikdən sonra qalib təchizatçı ilə qanunvericiliyə uyğun olaraq müvafiq qaydada müqavilə bağlanılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsərrüfathesabh Əsaslı Tikinti və Təchizat İdarəsi öz Əsasnaməsinin 2.1.1- ci bəndinə uyğun olaraq, ayrılmış büdcə vəsaiti çərçivəsində Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların, həmin qurumların yerli bölmələrinin, eləcə də onların strukturlarına daxil olmayan tabeliyindəki qurumların (bundan sonra - Nazirlik və onun qurumları) mal, iş və xidmətlərinin, o cümlədən binalarının tikintisi, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi, buraxılış-sazlaması, eləcə də maddi-texniki təchizatı işlərinin satın alınması sahələrində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sifarişçi (satınalan təşkilat) səlahiyyətlərini həyata keçirir. Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanunun 19.4 və 19.5-ci maddələrinə əsasən, cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda, belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur. İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.6-cı maddəsinə əsasən, satınalmanın maliyyələşməsinin dayandırılması satınalmanın ləğv edilməsi ilə nəticələnir. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsərrüfathesabh Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən verilmiş 108979 saylı “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınması” adlı müsabiqənin predmetinə dövlət büdcəsi hesabına cari il üçün təhsil müəssisələrinin əmr kitabları, sinif jurnalları, davamiyyət və mənimsəmə jurnalları, müxtəlif qeydiyyat kitabları, məşğələ jurnalları, diplom və sertifikatların verilməsinin qeydiyyat kitabı, sanitariya aktları jurnalı, yoluxucu xəstəliklərin qeydiyyat jurnalı, tez xarab olan məhsullara nəzarət jurnalı, müxtəlif növ blanklar, eləcə də bu qəbildən olan digər mallar daxildir. Müsabiqədə icra müddəti tədris prosesinin davamlılığının təmini məqsədi ilə 120 gün müəyyən edilmişdir. Qeyd olunan müddətin ötürülməsi malların gecikdirilməsinə və ya çatdırılmamasına səbəb olur ki, bu da öz növbəsində tədris prosesinin gedişatına əhəmiyyətli dərəcədə zərər vurulması, eləcə də ictimaiyyətin əsaslı narazılığı ilə nəticələnir. Həmçinin, il sonu olduğunu və büdcə vəsaitinin xərclənə bilməməsi halında vahid büdcə hesabına köçürülməli olduğunu nəzərə alsaq, iddianın təmin edilməsi təqdirində eyni predmetlə satınalmanın yenidən keçirilməsi mümkünsüz hesab olunur. Üçüncü şəxs göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının mübahisələndirdiyi qərar ona məhkəmə gedişatında təqdim edildiyi üçün, iddiaçı tərəfindən iddia müddətinə riayət edilmiş hesab olunur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş üçüncü şəxslər məhkəmə bахışında öz nümаyəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Üçüncü şəxs Simplex QSC-nin nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə təqdim edərək, iştirakı olmadan işə baxılmasını və iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə işə üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində və ona əlavədə göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin nümayəndəsi iddai tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" QSC nümayəndəsi və vəkili iddai tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İnzibati iş materiallarında olan: "xxxx" MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə ünvanladığı 50 nömrəli 05 iyun 2025-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: “Çaşıoğlu Elm-İstehsalat" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - MMC) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin (bundan sonra - İdarə) “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınması" məqsədi ilə Açıq Tenderdə iştirak etmişdir. Təklif zərflərinin açılması üzrə xx.xx.2025-ci il tarixli, 2 №-li iclas protokoluna əsasən X7 internet Portalında (bundan sonra - Portal) dərc etdiyi 108979 saylı müsabiqə üzrə qiymət təkliflərinə baxılmış, müsabiqədə toplam 6 (altı) iddiaçı iştirak etmiş, MMC tərəfindən 826425.12 manat təklif edilmişdir. İdarə MMC-yə "xxxx" barədə MMC-yə sorğu ünvanlayaraq, MMC-nin qiymət təklifinin ehtimal olunan qiymətlə müqayisədə 20% və daha aşağı olduğunu müəyyən etmiş, həmçinin uyğunsuzluqların aradan qaldırılmasını və natamam sənədlərin təqdim edilməsini, o cümlədən, Mallar üzrə qiymət formalaşdırılması üzrə kalkulyasiyasını(maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının) tam ətraflı açıqlamasını), Son maliyyə ili üzrə maliyyə hesabatı ilə təqdim edilmiş 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsi arasındakı uyğunsuzluğun aradan qaldırılması və cəmi öhdəliklərin, habelə yaranmış öhdəliyin müqavilə dəyəri, müqavilə üzrə müvafiq müddətə yaranmış borcun təsdiqedici sənədləri (müqavilə, üzləşmə aktı və s.) təqdim edilməsini xahiş etmişdir. İlk növbədə MMC-nin qiymət təklifinin ehtimal olunan qiymətlə müqayisədə 20% və daha aşağı olması ilə bağlı diqqətinizə çatdırmaq istəyirik ki, "Çaşıoğlu Elm- İstehsalat” MMC 26 sentyabr 1995-ci il tarixdə təsis edilmiş, fəaliyyət göstərdiyi dövrdə müəssisəmiz dövlətimizin milli-mənəvi dəyərlərinin yaşadılmasına, təhsilin inkişafına xidmət edən çoxlu sayda kitablar, dərsliklər, monoqrafiyalar, elmi əsərlər hazırlayaraq çap etmişdir. Elan olunan tenderinin 95%-i mətbəə məhsullarının satın alınmasını əhatə edir. Bu istiqamətdə təqdim olunan işlər artıq 17 ildir ki, şirkətimiz tərəfindən yüksək keyfiyyət və uyğun qiymətlə yerinə yetirilərək dövlət qurumlarına təhvil verilir. Uzunillik təcrübəmizə əsaslanaraq tam əminliklə bildiririk ki, tenderdə nəzərdə tutulan məhsulların yüksək keyfiyyətlə və vaxtında təhvil verilməsini təmin edə bilərik. Bundan əlavə, keçirilmiş satınalmalar üzrə ehtimal olunan qiymətin müəyyənləşdirilməsi üçün bazar qiymətləri bağlı sorğuların cavablandırılmasında da iştirak etməmişdir. Bu məbləğ reallığı əks etdirmir və şübhə doğurur ki, bu qiyməti təqdim edən təşkilatın sahə üzrə istehsalat və peşəkar təcrübəsi yoxdur. Belə ki, tərəfimizdən təqdim olunan qiymət təklifi 22% mənfəətlə hesablanmış və bu kalkulyasiya rəsmi sənədlərdə öz əksini tapmışdır. Bundan əlavə İdarənin MMC-yə ünvanladığı məktubda qeyd etmişdir ki, təqdim edilən sənədlərə tender komissiyası tərəfindən baxış keçirilən zaman uyğunsuzluqların aşkar edildiyi, bunların aradan qaldırılmasının təmin edilməsi xahiş edilmişdir. Belə ki, məktubda vurğulanır ki, əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin “Satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması” meyarı üzrə tələb olunan son maliyyə ili üzrə maliyyə hesabatı ilə təqdim edilmiş 2024-cü il üzrə mənfəət vergisinin bəyannaməsi arasında fərqlər aşkar edilmişdir. Maliyyə imkanlarının qiymətləndirilməsi üçün “mütləq likvidlik əmsalının” hesablanması zamanı "Maliyyə vəziyyəti haqqında hesabaf’ının kapital və öhdəliklər bölməsinin 5-ci sütununda “cəmi öhdəliklər” 2 975 253,02 manat qeyd edilməsinə baxmayaraq, “Mənfəət vergisinin bəyannaməsinin” Əlavə № 1-nin 2-ci bölməsinin 2.2-ci sətrinin “Cəmi öhdəliklər" göstəricisinin hesabat dövrünün sonuna məbləğ 4 357 529,07 manat qeyd olunmaqla uyğunzuluq təşkil etmişdir. Yuxarıda yazılanlar barədə qeyd edilir ki, əslində burada uyğunsuzluq mövcud deyildir. Belə ki, yaranmış fərq mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 2.2.1.2-ci “Alınmış avanslar” sətrində qeyd olunmuş 1318680,76 manat məbləğdir. Həmin məbləğ 2024- cü ilin dekabr ayında avans olaraq daxil olmuş və ilin axırına qalıq olaraq qalmışdır. Həmin 1318680,76 manat məbləğ 1 nömrəli əlavədə toplanaraq “Cəmi öhdəliklər" sətrində cəmlənmişdir. Beləliklə həmin hissədə uyğunsuzluq aşkar edilməmişdir. Bundan əlavə məktubda qeyd edilmişdir ki, əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin "Maliyyə imkanlarının qiymətləndirilməsi" üçün "mütləq likvidlik əmsalının” hesablanması zamanı "Maliyyə vəziyyəti haqqında hesabaf’ının Aktivlər bölməsinin 4-ci sütununda “pul vəsaitləri və onların ekvivalentləri" 744 308,82 manat qeyd edilməsinə baxmayaraq, “Mənfəət vergisinin bəyannaməsinin” Əlavə №1-nin 2-ci bölməsinin 1.5-ci sətrinin "Pul vəsaitləri" göstəricisinin hesabat dövrünün sonuna məbləğ 827 677,66 manat qeyd olunmaqla uyğunzuluq təşkil etmişdir. 2-ci suala cavab olaraq bildirilmişdir ki, Kapital Bank ASC-nin MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli, 16198 saylı məktubundan görünür ki, xx.xx.2024-xx.xx.2025-ci il dövrü üçün bankda olan hesablar üzrə dövriyyə və son qalıq məlumata əsasən 744308,82 manat qalıq olmuş və həmin məbləğdə Sizə göndərilmiş cədvəldə öz əksini tapmışdır. Arada olan fərq isə ƏDV depozit hesabda olan 83 322,95 manat və kassa hesabında olan 45,89 manat qalıqdan ibarətdir. ƏDV depozit hesabda olan 83 322,95 manat ƏDV bəbləği olduğundan Sizə göndərilmiş cədvəldə qeyd edilməmişdir. Beləliklə, qeyd olunan halın da uyğunzuluq olmadığı müəyyən edilmişdir. Son olaraq, məktubda qeyd olunmuşdur ki, əsas şərtlər toplusunda uyğunluq göstəricilərinin qiymətləndirilməsinin 3-cü hissəsinin xüsusi tələblər bölməsinin “Satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması meyar"ının “Yığılmış zərərin həcmi göstəricisi” üzrə “Maliyyə vəziyyəti haqqında hesabaf’ının "Kapital və öhdəliklər bölmə”sinin “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" 5-ci sütunda 3271099,94 manat qeyd olunmasına baxmayaraq, “Mənfəət vergisinin bəyannamə”sinin Əlavə №1-nin 2-ci bölməsinin 2.1.2-ci sətrində "Hesabat dövrünün xalis mənfəəti" göstəricisi hesabat dövrünün sonuna sütunu üzrə məbləğ 267 861,85 manat və 2.1.3-cü sətrində “Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət" göstəricisi hesabat dövrünün sonuna sütunu üzrə məbləğ 2 878 462,17 manat cəmi məbləğ 3 146 324,02 manat olmaqla uyğunzuluq təşkil etmişdir. Bununla bağlı, Vergi Orqanının kameral vergi yoxlaması ilə bağlı daxil olmuş məktubunda qeyd olunan uyğunsuzluqlar düzəldilərək dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi Vergi Orqanına təqdim olunmuş və həmin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi Vergi Orqanı tərəfindən qəbul olunmuşdur. Müraciətimizə əsasən həmin mənfəət bəyannaməsi Vergi Orqanı tərəfindən təsdiq edilərək Sizə göndərilmişdir. Son olaraq məktubda qeyd olunan mallar üzrə qiymət formalaşdırılması kalkulyasiyasını (maya dəyəri və şirkətin əlavə gəlirinin (marjasının) tam ətraflı açıqlamasını), cəmi öhdəliklərin, habelə yaranmış öhdəliyin müqavilə dəyəri, müqavilə üzrə müvafiq müddətə yaranmış borcun təsdiqedici sənədləri bu məktubun qoşmasında təqdim edilir. "xxxx" MMC-nin 108979 nömrəli müsabiqə üçün qiymət kalkulyasiyasında aşağıdakılar qeyd edilmişdir : Kotirovka Maya sorğusu üzrə Kotirovka üzrə 2024-cü üzrə fond, 2024-cü il üzrə № Xərcin adı dəyərindəki təklif edilən çəkiləcək digər AZN ilə satış, AZN ilə çəkisi məbləğ, AZN xərclər ilə Əmək haqqı 872191, 7026437, 0,1241299 700360,2 86935,69 Amortizasiya 38 155177, 29 6 7026437, 0,022084774 7 700360,2 15467,30 Kommunal xərclər 28 72413,00 29 7026437, 0,010305792 7 700360,2 7217,77 Material xərci 29 7 433751,9 Ümumi xərc : 0 543372,6 Şirkətin kotirovka təklifi : 6 700360,2 Satışdan əldə olunan mənfəət: 7 156987,6 Rentabellik əmsalı : 1 0,22 “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınmasının açıq tender üsulu ilə həyata keçirən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfatıhesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin tender komissiyasının 3 nömrəli xx.xx.2025-ci il tarixli iclasının protokluna əsasən “Dövlət Satınalmaları haqıqnda” Azərbaycan Respublikasının Qanununun 35.1.2, 35.1.3 və 35.1.8-ci maddələrinə uyğun olaraq "xxxx" MMC-nin tender prosedurundan kənarlaşdırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 22 iyul 2025-ci il tarixli AİBNDA/SQ-6165/2025 nömrəli “Təchizatçıların satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarının və yekun protokolunun təsdqi edilməsi barədə” Qərarı ilə "xxxx" MMC (və digərləri) satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarı və yekun protokolun təsdiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin "xxxx" MMC-yə ünvanladığı 4 avqust 2025-ci il tarixli 3-54/2-6720/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X7 internet portalından əldə edilən məlumatlara əsasən təqdim edilmiş maliyyə hesabatı ilə mənfəət vergisi bəyannaməsində qeyd olunan göstəricilər arasında uyğunsuzluqlar aşkar edilməsi səbəbindən kənarlaşdırılması əsassız hesab edilmiş, buna baxmayaraq təqdim edilən təklifin qiymətinin ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olması barədə satınalma komissiyasının portalın “Suallar və Cavablar/Şikayətlər” bölməsi vasitəsilə ünvanlanan sorğusuna cavab olaraq satınalma müqaviləsinin icrasına şübhələri aradan qaldıran qiymət təklifinin formalaşdırılmasına dair izahat və məlumatların satınalan təşkilata təqdim olunmadığı və qeyd olunan səbəbdən əsaslı olaraq kənarlaşdırıldığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmənin mövqeyi İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “Mətbəə, çap məhsulları, atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satın alınması” üzrə 108979 saylı açıq müsabiqə elan edilmişdir. Dövlət satınalmaların vahid internet portalında keçirilmiş 108979 nömrəli satınalma prosedurunda "xxxx" QSC qalib edilən edilmişdir. "xxxx" MMC Təchizat İdarəsinin tender komissiyasının 3 nömrəli xx.xx.2025-ci il tarixli iclasının protokluna əsasən tender prosedurundan kənarlaşdırılmış, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 22 iyul 2025ci il tarixli AİBNDA/SQ-6165/2025 nömrəli Qərarı ilə "xxxx" MMC (və digərləri) satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarı və yekun protokolun təsdiq edilməsi qərara alınmışdır. Hazırda iddiaçı cavabdehin inzibati aktını mübahisələndirir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.15. nəzarət orqanı – Azərbaycan Respublikasında satınalma sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 1.1.17. satınalan təşkilat – satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatları (idarələri); 1.1.18. satınalma – satınalma predmetinin bu Qanunla müəyyən edilmiş qaydada maliyyə vəsaiti hesabına əldə edilməsi; 1.1.19. satınalma komissiyası – satınalan təşkilat tərəfindən yaradılan, onun adından satınalmanı keçirən və nəticəsi barədə qərar qəbul edən müvəqqəti işçi qrup; 1.1.20. satınalma metodu – satınalmanın keçirilməsi üçün bu Qanunun 7-ci fəsli ilə müəyyən edilmiş qaydada tətbiq olunan açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodu; 1.1.21. satınalma müqaviləsi – qalib gələn və ya bir mənbədən satınalma metodu üzrə seçilən təchizatçı (bundan sonra – qalib təchizatçı) ilə satınalan təşkilat arasında bağlanan və satınalma predmetinin satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd; 1.1.22. satınalma planı – satınalan təşkilat tərəfindən bu Qanunun 18-ci maddəsinə uyğun olaraq tərtib edilən, bir büdcə ili ərzində təşkil ediləcək satınalmalar barədə məlumatı əks etdirən və portalda yerləşdirilən sənəd; 1.1.23. satınalma predmeti – bu Qanuna əsasən satın alınan mallar, işlər və ya xidmətlər; 1.1.26. təchizatçı – satınalan təşkilatla bağlanacaq və ya bağlanmış satınalma müqaviləsinin, yaxud çərçivə sazişinin potensial və ya real tərəfi olan fiziki şəxs, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün hüquqi və (və ya) fiziki şəxslərin müqavilə əsasında yaratdığı müvəqqəti və ya daimi birliyi; 1.1.27. təklifin təminatı – təchizatçının təklifi (kotirovka sorğusu metodu üzrə təklif istisna olmaqla) üçün satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə görə qarantiya, sığorta təminatı, akkreditiv, depozitlər və digər maliyyə aktivləri şəklində verdiyi təminat; 1.1.28. uyğunluğa dair sənədlər toplusu – satınalan təşkilatın hazırladığı, təchizatçıların uyğunluq göstəricilərinə dair tələbləri əks etdirən və uyğunluğun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildiyi hallarda satınalma komissiyası tərəfindən təsdiq olunduqdan sonra təchizatçılara təqdim edilən sənəd. 4.1. Dövlət satınalmaları aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 4.1.1. maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi; 4.1.2. satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi; 4.1.3. bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik əsasında həyata keçirilməsi. 5.1. Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçıların satınalmada iştirak etməsinə məhdudiyyətlər qoyulduğu hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident təchizatçı Azərbaycan Respublikasında keçirilən satınalmalarda iştirak edə bilər. 5.3. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrı-seçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz. 7.1. Satınalma komissiyası satınalmalarla bağlı təchizatçının saxta sənəd və (və ya) məlumat verdiyini müəyyənləşdirdikdə, həmin təchizatçını bu Qanunun 35-ci maddəsinə uyğun olaraq satınalmadan kənarlaşdırır və bu barədə məlumatları (sənədləri) aidiyyəti üzrə göndərir. 8.1. Məhkəmənin, nəzarət orqanının, Azərbaycan Respublikasının Hesablama Palatasının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin icrası ilə bağlı məlumatların açıqlanması halları istisna olmaqla, satınalan təşkilat digər hallarda təchizatçıların kommersiya sirri təşkil edən və ya qanunla qorunan digər məlumatlarını açıqlamır və onları məxfi (konfidensial) saxlayır. 8.2. Satınalma kağız daşıyıcıda həyata keçirildikdə, satınalan təşkilat təqdim olunan təkliflərə yalnız onların açılmasından sonra baxır və həmin müddətədək bu təkliflərin tamlığını, bütövlüyünü və konfidensiallığını qoruyur. 8.3. Məxfi məlumatlarla əlaqəli satınalma zamanı satınalan təşkilat təchizatçılardan və onların subpodratçılarından məxfi məlumatların qorunmasını və mühafizəsini tələb edir. 17.1. Satınalma aşağıdakı mərhələlərdən ibarətdir: 17.1.1. satınalma planının hazırlanması və ehtimal olunan qiymətin müəyyənləşdirilməsi; 17.1.2. satınalma komissiyasının formalaşdırılması; 17.1.3. təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, uyğunluğa dair sənədlər toplusunun hazırlanması və bununla bağlı elan verilməsi (dəvət göndərilməsi); 17.1.4. şərtlər toplusunun hazırlanması; 17.1.5. təkliflərin cəlb edilməsi barədə elan verilməsi (dəvət göndərilməsi); 17.1.6. təkliflərin qəbulu və açılması; 17.1.7. təkliflərin qiymətləndirilməsi; 17.1.8. satınalmanın nəticələri haqqında yekun protokolun hazırlanması və təsdiq olunması məqsədilə nəzarət orqanına təqdim edilməsi; 17.1.9. çərçivə sazişi tətbiq edildikdə, çərçivə sazişinin bağlanması; 17.1.10. təklifin akseptinə dair bildirişin və imzalanması üçün satınalma müqaviləsinin təchizatçıya təqdim edilməsi; 17.1.11. təchizatçı tərəfindən satınalma müqaviləsinin imzalanması, satınalan təşkilata bu Qanuna əsasən tələb olunan icra təminatının və (və ya) avans təminatının təqdim edilməsi; 17.1.12. satınalan təşkilat tərəfindən satınalma müqaviləsinin imzalanması və satınalma müqaviləsinin qüvvəyə minməsi; 17.1.13. satınalmaya dair hesabatın hazırlanması. 17.2. Bu Qanunun 6.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, satınalan təşkilat satınalmanın təşkilinə köməklik göstərilməsi üçün müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər. 19.1. Satınalan təşkilat satınalma planını hazırlayarkən ehtimal olunan qiyməti hesablayır və təsdiq edir. Satınalan təşkilat tərəfindən ehtimal olunan qiymət təsdiq olunmadan satınalmaya başlanıla bilməz (bir mənbədən satınalma metodu üzrə ehtimal olunan qiymətin hesablanması mümkün olmadığı hallar istisna olmaqla). 19.2. Satınalan təşkilat satınalma predmetinin ehtimal olunan qiymətin müəyyənləşdirilməsi üçün “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq peşəkar qiymətləndiricilər cəlb edə bilər. 19.3. Satınalan təşkilat ehtimal olunan qiyməti təkliflərin qiymətləndirilməsi üçün istifadə edir. 19.4. Ehtimal olunan qiymətin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 24.1. Satınalma predmetinin mürəkkəbliyindən, xüsusiyyətlərindən və həcmindən asılı olaraq, satınalma komissiyası şərtlər toplusunu təqdim etməmişdən əvvəl təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunu keçirə bilər. Təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirildikdə, uyğunluq göstəricilərinə dair tələblər uyğunluğa dair sənədlər toplusunda ətraflı izah olunur və bütün təchizatçılara eyni dərəcədə şamil edilir. Satınalma elanı verildikdən sonra təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirilə bilməz. 24.3. Uyğunluğa dair sənədlər toplusuna aşağıdakılar daxil edilir: 24.3.1. satınalan təşkilatın adı və ünvanı; 24.3.2. təchizatçıların satınalmada iştirakı dövlət mənsubiyyətinə görə məhdudlaşdırıldıqda, bu barədə məlumat; 24.3.3. bu Qanunun 22-ci maddəsinin tələbləri nəzərə alınmaqla, satınalma predmetinin adı, miqdarı, həcmi, təsviri, xüsusiyyəti, göndərilməsi (görülməsi və ya göstərilməsi) yeri, icra qrafiki və son tarixi, habelə satınalma müqaviləsinin və çərçivə sazişi tətbiq ediləcəyi halda çərçivə sazişinin əsas şərtlərinin qısa xülasəsi; 24.3.4. uyğunluq sənədlərinin təqdim olunmasının üsulu, yeri, son tarixi və saatı; 24.3.5. uyğunluq sənədlərinin hazırlanması və təqdim edilməsi haqqında təlimat; 24.3.6. təchizatçıların uyğunluğunun müəyyənləşdirilməsi üçün bu Qanunun 23.3-cü və 23.4-cü maddələrinə əsasən tətbiq olunacaq tələblər və istifadə olunacaq qiymətləndirmə meyarları və prosedurları; 24.3.7. tələb olunan uyğunluq sənədləri barədə məlumat; 24.3.8. şərtlər toplusunun təqdim olunacağı tarix, təkliflərin təqdim olunmasının üsulu, yeri, son tarixi və saatı; 24.3.9. təchizatçıların sorğu vermələrinin üsulu, habelə bu mərhələdə satınalma komissiyasının onlarla görüş keçirmək niyyətinin olub-olmaması barədə məlumat; 24.3.10. məlumatların təqdim edilməsi formaları, habelə yazılı məlumatlarla və imzalarla əlaqədar bu Qanunda nəzərdə tutulmuş tələblərin təmin olunması üsulları; 24.3.11. məxfi məlumatlarla əlaqəli satınalma zamanı belə məlumatların qorunması üçün tələblər; 24.3.12. əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsinin soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə məlumatları; 24.3.13. satınalma komissiyasının təchizatçıları satınalmadan kənarlaşdırmaq və ya satınalmanı ləğv etmək hüququnun yaranmasına əsas olan hallar; 24.3.14. bu Qanunun 12-ci maddəsinə uyğun olaraq uyğunluq sənədlərinin hazırlanmalı olduğu xarici dil (dillər); 24.3.15. satınalma komissiyasının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ və proseduru; 24.3.16. təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru ilə bağlı satınalma komissiyası tərəfindən bu Qanuna və bu Qanundan irəli gələn digər normativ hüquqi aktlara uyğun olaraq müəyyən edilən digər tələblər; 24.3.17. bu Qanunun 23.10-cu maddəsinə əsasən uyğunluq sənədlərinin yenidən təqdim edilməsi halları və proseduru; 24.3.18. təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduruna dair normativ hüquqi aktlara istinadlar. 29.1. Təchizatçı təqdim etdiyi təklifə uyğunluq sənədlərini, təklifin təminatını, habelə şərtlər toplusunda nəzərdə tutulduğu halda, subpodratçının müəyyən olunmuş tələblərə uyğun olması barədə sənədləri əlavə edir. 33.2. Uyğunluq sənədlərinin və təkliflərin qiymətləndirilməsini asanlaşdırmaq məqsədilə satınalma komissiyası təchizatçıdan təqdim etdiyi uyğunluq sənədlərinə və ya təkliflərə dair izahat tələb edə bilər. Təchizatçı bu cür izahatı 5 (beş) iş günü ərzində satınalan təşkilata təqdim edir. 33.3. Satınalma komissiyası bu Qanunun 33-cü maddəsinin tələblərini nəzərə almaqla, şərtlər toplusunda göstərilmiş tələblərə cavab verən təklifi formal tələblərə uyğun təklif hesab edir. 34.1. Satınalma komissiyası fəaliyyətində müstəqildir, qərarlarını əsaslandırmaqla və bu Qanunu rəhbər tutmaqla sərbəst qəbul edir. 34.2. Satınalma komissiyasının iclaslarında, o cümlədən satınalmanın nəticələri haqqında qərar qəbul olunarkən komissiya üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Komissiyanın qərarları komissiya sədrinin iştirakı ilə sadə səs çoxluğu ilə qəbul edilir. Komissiya üzvlərinin səsvermə zamanı bitərəf qalmasına yol verilmir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledicidir. 34.3. Satınalma komissiyası bu Qanunun tələbləri nəzərə alınmaqla aşağıdakı qərarlardan birini və ya bir neçəsini qəbul edir: 34.3.1. uyğunluğa dair sənədlər toplusunun və (və ya) şərtlər toplusunun təsdiq edilməsi haqqında; 34.3.2. uyğunluğa dair sənədlər toplusuna və (və ya) şərtlər toplusuna (o cümlədən, təkliflərin cəlb edilməsi barədə elanın məzmununa) dəyişiklik edilməsi haqqında; 34.3.3. təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında; 34.3.4. satınalmanın ləğv edilməsi haqqında; 34.3.5. təchizatçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında; 34.3.6. heç bir təklif satınalma predmetinin tam həcmdə icrasını təmin etmədikdə, bu zaman bir neçə təchizatçının hissəvi təkliflərinin cəmi bir təchizatçının təklifindən daha səmərəli və ya qiyməti daha aşağı olarsa, habelə satınalma predmetinin daha yüksək həcmdə icrasını təmin edərsə, satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında bölünməsi haqqında; 34.3.7. təkliflərin qiymətləndirilməsi nəzərdə tutulan müddət ərzində başa çatmadıqda, bu Qanunun 31.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müddətin uzadılması haqqında. 34.4. Qərarlar onların qəbul olunmasında iştirak etmiş satınalma komissiyasının bütün üzvləri tərəfindən həmin gün imzalanır. Satınalma portal vasitəsilə keçirildikdə, qərarlar portalda yerləşdirildiyi andan 1 (bir) iş günü ərzində imzalanır. 34.5. Satınalma komissiyasının qərarları ilə razılaşmayan üzvlər öz xüsusi rəylərini təqdim edərək qərarı imzalayırlar. Xüsusi rəy iki və daha artıq üzvlə birgə və ya fərdi rəylər şəklində tərtib edilə bilər. 34.6. Satınalma komissiyası tərəfindən satınalmanın nəticələri haqqında yekun protokol tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Yekun protokol təsdiq olunması məqsədilə gözləmə müddəti bitdikdən sonra 1 (bir) iş günü ərzində (şikayət olduqda bu Qanunun 37.3-cü maddəsinə uyğun olaraq cavablandırdıqdan sonra 1 (bir) iş günü ərzində) nəzarət orqanına təqdim olunur. 34.7. Nəzarət orqanı yekun protokolu aldıqdan sonra 5 (beş) iş günü ərzində yekun protokolun təsdiq olunub-olunmaması haqqında və ya həmin müddət kifayət etmədikdə yekun protokola baxılma müddətinin 10 (on) iş gününədək uzadılması barədə əsaslandırılmış qərar qəbul edir. Nəzarət orqanı yekun protokolun təsdiq olunubolunmaması haqqında qərarı 1 (bir) iş günü ərzində portalda yerləşdirir. Nəzarət orqanı yekun protokolu aldıqdan sonra 10 (on) iş günü ərzində yekun protokolun təsdiq olunubolunmaması haqqında qərarı qəbul etmədikdə, yekun protokol təsdiq edilmiş hesab olunur və bu barədə məlumat dərhal portalda əks olunur. 34.8. Yalnız yekun protokol təsdiq edildikdən sonra qalib təchizatçıya təklifin akseptinə dair bildiriş göndərilə və (və ya) satınalma müqaviləsi bağlana bilər, habelə çərçivə sazişi tətbiq ediləcəyi halda isə çərçivə sazişi bağlana bilər. 35.1. Satınalma komissiyası təkliflərin qüvvədə olma müddətində aşağıdakı hallarda təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında əsaslandırılmış qərar qəbul edir: 35.1.1. təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə; 35.1.2. uyğunluq sənədlərinin yenidən təqdim edilməsi tələb olunduğu halda, təchizatçı uyğunluq sənədlərini bu Qanunun 23.10-cu maddəsində qeyd olunan müddət ərzində təqdim etmədikdə; 35.1.3. təchizatçı uyğunluq göstəriciləri barədə qeyri-dəqiq və natamam verdiyi məlumatı bu Qanunun 23.11-ci maddəsində qeyd olunan müddət ərzində aradan qaldırmadıqda; 35.1.4. təchizatçı birdən artıq təklif təqdim etdikdə və ya birdən artıq təklifdə iştirak etdikdə; 35.1.5. təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun gəlmədikdə; 35.1.6. təchizatçı bu Qanunun 33.7-ci maddəsinə uyğun hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşmadıqda; 35.1.7. təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətdən yüksək olduqda; 35.1.8. təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda; 35.1.9. təklifin akseptinə dair bildirişi almış qalib təchizatçı müəyyən olunmuş müddətdə satınalma müqaviləsini imzalamadıqda və (və ya) icra təminatını təqdim etmədikdə, habelə satınalma müqaviləsi imzalananadək şərtlər toplusunda göstərilmiş hər hansı digər şərtləri yerinə yetirmədikdə; 35.1.10. satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə (o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmə həyata keçirildikdə); 35.1.11. təchizatçı satınalmanın istənilən mərhələsində bu Qanunun tələblərinə zidd hərəkətlərə (hərəkətsizliyə) yol verdikdə, o cümlədən saxta sənəd və (və ya) məlumat təqdim etdikdə; 35.1.12. təchizatçı bu Qanunun 6.1-ci maddəsində qeyd olunan pozuntu hallarına yol verdikdə. 53.1. Hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə təchizatçıların satınalan təşkilatın hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından inzibati qaydada, nəzarət orqanına və məhkəməyə şikayət vermək hüququ vardır.
57. Təchizatçılar nəzarət orqanının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VİQ nömrəli Qanununun tətbiqi barədə 19 avqust 2023-cü il 2307 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən:
1. Müəyyən edilsin ki: 1.5. həmin Qanunun 1.1.15-ci maddəsində “orqan (qurum)” dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; 1.4. həmin Qanunun 3.4-cü, 3.5-ci, 3.10-cu (ikinci halda), 3.11-ci maddələrində, 9.1-ci maddəsinin birinci cümləsində, 14.2.8ci, 15.5-ci maddələrində, 18.9-cu maddəsinin birinci cümləsində, 18.10-cu, 19.4-cü, 24.8ci, 25.5-ci, 28.6-cı maddələrində, 33.5-ci maddəsinin birinci cümləsində, 33.14-cü, 34.10cu, 38.15-ci, 42.2-ci və 52.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.7. həmin Qanunun 8.1-ci maddəsində, 18.1-ci və 18.3-cü maddələrinin birinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 fevral tarixli 327 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət X6”nə əsasən: 1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət siyasətini və tənzimləməsini, habelə ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, eləcə də emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 2.1. Agentliyin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, ölkədə dövlət əyar nəzarəti və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.2. rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət tənzimləməsini həyata keçirmək; 2.1.3. müvafiq sahədə dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək; 2.1.5. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək; 2.1.6. müvafiq sahənin inkişafı üçün tədbirlər görmək. 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.32. dövlət satınalmaları zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etmək, bütün təchizatçıların satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədilə tədbirlər görmək; 3.1.33. dövlət satınalmaları zamanı maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş prinsiplər əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görmək; 3.1.34. maliyyə vəsaiti hesabına satınalma predmetinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satın alınmasına və satınalma müqavilələrinin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq və nəticəsindən asılı olaraq həmin Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək; 3.1.35. X7 internet portalının operatoru funksiyalarını yerinə yetirmək; 3.1.36. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada satınalan təşkilatın qərarlarını təsdiq etmək;
Məhkəmə tədqiq edilmiş normativ-hüquqi aktların tələblərindən irəli gələrək hesab edir ki, iddiaçının satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarı və yekun protokolun təsdiq edilməsi ilə cavabdehin ona münasibətdə qəbul etdiyi əlverişsiz inzibati akt qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, qanunverici cavabdeh inzibati orqana dövlət satınalmaları sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həmin siyasətin həyata keçirilməsini təmin etmək səlahiyyətini verməklə yanaşı onun üzərinə dövlət satınalmaları zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etmək, bütün təchizatçıların satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədilə tədbirlər görmək, dövlət satınalmaları zamanı maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş prinsiplər əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görmək vəzifələrini qoymuşdur. Lakin tədqiq edilmiş iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən əsassız olaraq “təkliflərin qiyməti ehtimal olunan qiymələ müqayisədə 20 faizdən aşağı olması səbəbindən təkliflərinin əsaslandırılması üçün satınalma komissiyası tərəfindən göndərilən sorğulara iddiaçı tərəfindən verilən cavabların satınalma müqaviləsinin icrasına əsaslı şübhələrin aradan qaldırmadığı” əsası ilə "xxxx" MMC-nin satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarı və yekun protokolu təsdiq edilmişdir. Belə ki, satınalan təşkilatın müvafiq sorğusuna iddiaçı tərəfindən qiymət təklifi barədə məlumatlar və izahatlar təqdim edilmişdir. Belə olan halda satınalma komissiyası tərəfindən iddiaçının kənarlaşdırılması barədə yekun protokolun təsdiq edilməsi qanunla müəyyən edilmiş məqsədlərə – dövlət vəsaitindən səmərəli və qənaətli istifadə olunması və satınalma prinsiplərinin qorunması məqsədlərinə zidd olmuşdur. Bu hərəkət nəticəsində kənarlaşdırılan təchizatçının qanuni maraqları və “Dövlət satınalmaları haqqında” Qanunla təmin olunan hüquqları pozulmuş, inzibati qərarın qəbul edilməsində obyektivlik, əsaslılıq və proporsionallıq prinsiplərinə riayət edilməmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsindən göründüyü kimi satınalmalar maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi, bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik prinsipləri əsasında həyata keçirilməlidir. Bu prinsiplərdən də görünür ki, satınalma prosesində iştirak edən hər bir təchizatçı bərabər rəqabət şəraitində iştirak etmək, təklifinin obyektiv qiymətləndirilməsini gözləmək, həmçinin qanunsuz olaraq uzaqlaşdırılmamaq hüququna malikdir. İddiaçı tərəfindən satınalma komissiyasına təqdim edilən qiymət kalkulyasiyasında ətraflı məlumatlar verilmişdir. Bu məlumatlar təklifin iqtisadi cəhətdən əsaslandırıldığını sübut edən kifayət qədər sənəd və izahatları əhatə etmişdir. Qanunverici cavabdeh inzibati orqanın üzərinə dövlət satınalmaları zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etmək, bütün təchizatçıların satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədilə tədbirlər görmək vəzifəsini qoysada, cavabdeh satınalma komissiyasının təqdim edilən əsaslandırmanı obyektiv qiymətləndirmədən, real və əsaslı şübhələr olmadan kənarlaşdırılma barədə yekun protokolunun təsdiq edilməsi barədə inzibati akt qəbul etmişdir. Qərar qəbul edərkən inzibati orqan mübahisəli məsələləri araşdırmadan, nəzərə almadan, yalnız ümumi ifadələrə əsaslanmış və bununla da təchizatçının ədalətli rəqabət şəraitində iştirak hüquqlarını məhdudlaşdırmışdır. Eyni zamanda, iddiaçının təchizatçı kimi satınalmadan kənarlaşdırılması dövlət satınalmalarının səmərəliliyi məqsədinə zidd olmuşdur. Çünki iddiaçının təqdim etdiyi təklif daha aşağı qiymət və qənaətlilik imkanını vermiş, bu isə dövlət büdcə vəsaitlərinin səmərəli xərclənməsi məqsədlərinə uyğun gəlmişdir. Belə bir təklifin rədd edilməsi dövlət vəsaitinin qənaətli istifadəsinə deyil, əksinə, artıq xərclənməsinə səbəb ola bilər. Nəticə etibarilə, "xxxx" MMC-nin satınalmadan kənarlaşdırılmasına dair qərar əsassız və hüquqa zidd hesab edilməli, bu inzibati aktın qəbul edilməsi təchizatçının qanuni iqtisadi maraqlarına və sahibkarlıq fəaliyyəti azadlığına müdaxilə kimi qiymətləndirilməlidir. Buna görə də mübahisəli inzibati aktın ləğv edilməsi və iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi zəruridir.
“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3.Maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Lakin cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə münasibətdə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırmamışdır, iddiaçının xeyrinə olan yuxarıda sadalanan halların araşdırılmasından və nəzərə alınmasından imtina etmişdir, nəticədə iddiaçı üçün əlverişsiz qanunsuz inzibati akt qəbul edilmişdir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ- 6165/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli “Təchizatçıların satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarının və yekun protokolunun təsdiq edilməsi barədə” qərarın qismən "xxxx" MMC-yə münasibətdə ləğv edilməli və ləğv edilmiş qərarın hüquqi nəticələrinin aradan qaldırılmalı və iddiaçının müsabiqədə iştirak hüququnun bərpa edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq
QƏRАRА АLDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ-6165/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli “Təchizatçıların satınalmadan kənarlaşdırılmasına dair satınalma komissiyasının qərarının və yekun protokolunun təsdiq edilməsi barədə” qərarı qismən "xxxx" MMC-yə münasibətdə ləğv edilsin; ləğv edilmiş qərarın hüquqi nəticələri aradan qaldırılsın və "xxxx" MMC-nin müsabiqədə iştirak hüququ bərpa edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа