Məhkəmə qərarları › İş №2-1(112)-14741/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14741/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14741/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 və İddiaçı19 Qasım qızının cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: X3 Əmir oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 və İddiaçı19 Qasım qızının cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 və İddiaçı19 Qasım qızı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 06 oktyabr 2024-cü il, saat 12:00-dan 13:00-dək (60 dəqiqə) Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanı inzibati binasının giriş hissəsinin qarşısında, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanında “AYNA reketçiliklə məşğuldur”, “AYNA insanları qanunsuz talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirilməsinə icazə verilməməsi barədə cavabdeh Şəhər İcra Hakimiyyətinin 02 oktyabr 2024-cü il tarixli 23 sentyabr 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, məhkəmə qərarı qüvvəyə mindikdən sonra 10 gün ərzində iddiaçılara Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanında “AYNA reketçiliklə məşğuldur”, “AYNA insanları qanunsuz talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edəsini məhkəmədən xahiş etmişdirlər. İddia ərizəsi onunla əsalandırılmışdır ki, piket üçün müraciət edənlər (bundan sonra Ərizəçilər) Azərbaycan Respublikasının vətəndaşlarıdır. Azərbaycan X2suz hərəkətlərlə insanları talamaqla, yəni qanunsuz cərimələr yazmaqla məşğuldur. Məsələn saat 22:00dan sonra parklanmaya görə cərimə yazılması qadağan edildiyi halda cərimə tətbiq edilir. Piketçilərdən İddiaçı1 ünvan 2 ünvanda qeydiyyatda olduğu halda 24 avqust 2024-cü il tarixdə İddiaçı1 məxsus **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə, 20 sentyabr 2024cü il tarixdə isə **-ZT-*** qeydiyyat nişanlı avtomobilinə parklanmaya görə cərimə yazılmışdır. Halbuki, İddiaçı1 ünvan 2 ünvanda qeydiyyatdadır və 20549 saylı park ərazisi onun düz evinin qarşısıdır. Belə olan halda isə o, parklanmaya görə cərimə edilə bilməzdi. Lakin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu qanunsuz əməllərini dayandırmır və Bakı şəhərində səlahiyyətlərindən sui- istifadə edərək qanunsuz cərimə yazıb reketçiliklə məşğuldur. Onu bu qanunsuzluğu, reketçiliyini ölkə rəhbərliyinin və istimaiyyətin diqqətinə çatdırmaq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin insanların mülkiyyət hüququna reketcəsinə qəsd etməklə qanunsuz cərimələrin qarşısını almaq və cinayətkarların cəzalandırılmasına nail olmaqdır. Ona görə də, piket keçirmək üçün ərizəçilər belə qərara gəlmişlər ki, onlar Azərbaycan Respublikasının ölkə rəhbərliyinin, hüquq mühafizə oraqnlarının Azərbaycan X1suz əməllərinə, öz səlahiyyətlərindən tamah məqsədi ilə istifadə edərək insanların mülkiyyət hüquqlarına qəsd edib mənimsəmələrinə etiraz olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanında inzibati binanın giriş hissəsinin 5 metr önündə “AYNA reketçiliklə məşğuldur”, “AYNA insanları qanunsuz talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirsinlər. Ona görə də, xahiş etmişlər ki, 06 oktyabr 2024-cü il tarixdə, saat 12:00-dan 13:00dək müddətdə, yəni 60 dəqiqə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanında “AYNA reketçiliklə məşğuldur”, “AYNA insanları qanunsuz talayır”, “AYNA qanqster Hacı Məmmədovdur” şüarları ilə piket keçirilməsinə razılıq verəsiniz. Piketin keçiriləcəyi vaxt: 06 oktyabr 2024-cü il, saat 12:00-13:00 Piketin keçiriləcəyi yer: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi ünvan 1 ünvanı inzibati binasının giriş hissəsinin qarşısı, piket zamanı səsgücləndiricidən istifadə ediləcək, piketi işıqlandırmaq üçün jurnalistlər dəvət ediləcəkdi. Lakin, cavabdeh 02 oktyabr 2024-cü il tarixli, N - 3-32/2-1-113/7-003/7/2024 saylı məktubu ilə piket keçirməyə icazə verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçılardan İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakları olmadan baxılaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. AzərbaycanRespublikasınınKonstitusiyası Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. İİ. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir Maddə 49. Sərbəst toplaşmaq azadlığı İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. İİ. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Sərbəst toplaşmaq azadlığı İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. İİ. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Maddə 5. Toplantının keçirilməsi barədə xəbərdarlıq İ. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Maddə 6. Toplantının təşkilatçısı İ. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Maddə 7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər İ. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Maddə 10. Dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bütün qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh piketin keçirilməsi ilə bağlı xəbərdarlığa onun münasibətini ifadə edən cavab məktubunda piketin keçirilməsinin məqsədəuyğun hesab olunmadığını bildirmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, “məqsədəuyğunluq” termini etimoloji anlamda bir qiymətləndirmə kateqoriyasıdır və hər hansı situasiyanın, hər hansı hərəkətin qarşıya qoyulmuş məqsədə çatmaq üçün uyğun, ağlabatan, praktik cəhətdən faydalı olduğunu ifadə edir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin piketin keçirilməsini məqsədəuyğun hesab etməməsi onun piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik iradə ifadəsi kimi təfsir oluna bilməz. Belə ki, cavabdehin qadağa və ya məhdudiyyət tədbirinin tətbiqini nəzərdə tutan və yaxud hər hansı bir şəkildə həmin təəssüratı yarada bilən iradəsi nəinki açıq-aşkar, hətta dolayısı ilə istinad olunan məktubdan görünmür. Bu baxımdan cavabdehin iradə ifadəsi piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik hakimiyyət iradəsi kimi deyil, yuxarıda qeyd olunan anlamda qəbul edilməli və tədbirin məqsədəuyğunluğu kontekstində qiymətləndirilməlidir. Sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə bağlı toplantılara həm icazənin verilməsi, həm də məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilən əsaslar mövcud olduqda icra hakimiyyəti orqanının əsaslandırılmış qərarı əsasında həyata keçirilir. İddia ərizəsinin məzmunundan və işin faktiki hallarından müəyyən olunduğu kimi, cavabdeh inzibati orqan tərəfindən belə bir qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələbindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, cavabdehin imtina cavabı ilə bağlı hərəkəti nəticəsində iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmədiyindən İPM-in 35-ci maddəsində iddianın mümkün sayılması üçün nəzərdə tutulan dispozisiya şərtlərinin ödənilməsi sübuta yetirilmir. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 və İddiaçı19 Qasım qızının iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar