Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1492/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi, Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsində və ümumvətəndaş pasportunda qeyd olunan adların doğum haqqında şəhadətnamədə qeyd olan adlara uyğunlaşdırılaraq, yeni şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, övladları X3 verilmiş AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsində və C02403842 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda və X10 verilmiş AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsində və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda "adı" qrafasında adları düzgün yazılmadığından hər iki şəxsin yeni şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə təmin olunması, yeni şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunda hər iki şəxsin adının doğum haqqında şəhadətnamələrdə olduğu kimi, yəni "Əli" adının "Ronas Əli" və "Rza" adının "Rubar" yazılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulması dair qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Nikahlarından xx.xx.2008-ci ildə X1 Dubay şəhərində X6 və xx.xx.2010-cu ildə Bakı şəhərində X15 dünyaya gəlmişdirlər. Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən övladları X3 AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsi və C02403842 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportu, digər övladları X10 isə AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsi və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportu verilmişdir. Lakin X3 verilmiş AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsində və C02403842 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda, həmçinin X10 verilmiş AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsində və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda hər iki övladlarının adı düzgün yazılmamışdır. Belə ki, AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsi və C02403842 nömrəli xx.xx.2019cu il tarixli ümumvətəndaş pasportunda övladları X3 adı "Ronas Əli" deyil, "Əli" yazılmışdır. Həmçinin AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsində və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda digər övladları X9 adı isə "Rubar" deyil, "Rza" yazılmışdır. Halbuki övladları X6 xx.xx.2008-ci il tarixdə Dubay şəhərində dünyaya gəldikdən sonra X1 Səhiyyə Nazirliyi tərəfindən verilmiş DU/N/004358/2008 nömrəli, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamədə adı "Ronas Əli" yazılmışdır. Həmçinin övladları X15 xx.xx.2010-cu ildə Bakı şəhərində dünyaya gəldikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 575385 nömrəli xx.xx.2010-ci il tarixli doğum haqqında şəhadətnamədə (akt qeydləri kitabında 4166 nömrə ilə qeyd edilmişdir) adı "Rubar" yazılmışdır. Göründüyü kimi övladları X3 verilmiş AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsində və C02403842 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda və X10 verilmiş AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsində və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda "adı" qrafasında adları düzgün yazılmamaqla üzərlərindəki məlumatların səhv olduğu müəyyən edilmişdir. Bunula bağlı iddiaçılar tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə hazırkı iddia tələbi üzrə cavabdeh olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət olunaraq övladları X3 verilmiş AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsində və C02403842 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda və X10 verilmiş AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsində və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda "adı" qrafasında adları düzgün yazılmadığından dəyişdirilərək hər iki şəxsin adının doğum haqqında şəhadətnamələrdə olduğu kimi, yəni "Ronas Əli" və "Rubar" yazılmasını xahiş edilmiş, lakin AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 018-6261G-3221 nömrəli cavab məktubu ilə ərizənin təmin olunmasından imtina olunmuşdur. Məhs bu səbəbdən hazırkı iddia ərizəsilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi, Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli, 018-6261G-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, bildirilmişdir ki, iddiaçıların övladları X20 və X21 ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilərkən onların anket məlumatları təqdim edilən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunma barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışa və azyaşlılara məxsus **********, ********** nömrəli şəxsiyyət sənədlərinə uyğun qeyd olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, vətəndaş ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilərkən onun fərdi məlumatları (adı, soyadı, ata adı, doğulduğu yer) doğum akt qeydi üzrə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin informasiya resursları ilə yoxlanılmaqla DtNin şəxsiyyət vəsiqəsi verən qurumlarının əməkdaşlarının müdaxiləsi olmadan qeyd olunur. Odur ki, qeyd olunan məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilməsiz tövsiyə olunmuşdur. - AZE******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1972ci il tarixdə İran İslam respublikasının Maku şəhərində anadan olmuşdur. -AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. - 06 oktyabr 2000-ci il tarixli nikah şəhadətnaməsinin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında 06 oktyabr 2000-ci il tarixdə İran İslam respublikasının Dubay Baş Konsulluğunda nikah bağlanmış, X1 Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilmişdir. - X4 Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunan 02 iyun 2008-ci il tarixli, DU/N/004358/2008 qeydiyyat nömrəli doğum haqqında şəhadətnamənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə X1 Dubay şəhərinin Amerika Xəstəxanasında doğulmuşdur, atası X18, anası X5r. - AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 adı şəxsiyyət vəsiqəsində X7 qeyd edilmişdir. - C02403842 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 adı X7 qeyd edilmişdir. - AZ-İİ № 575385 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı1, anası İddiaçı2dır. Bu barədə 14 dekabr 2010-cu ildə 4166 № ilə akt qeydi aparılmışdır. - AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X9 adı şəxsiyyət vəsiqəsində X8 qeyd edilmişdir. - C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 adı X8 qeyd edilmişdir. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddiaçılar övladları X3 verilmiş AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsində və C02403842 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda və X10 verilmiş AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsində və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda "adı" qrafasında adları düzgün yazılmadığından hər iki şəxsin yeni şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə təmin olunması, yeni şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunda hər iki şəxsin adının doğum haqqında şəhadətnamələrdə olduğu kimi, yəni "Əli" adının "Ronas Əli" və "Rza" adının "Rubar" olaraq yazılmasını tələb edirlər. İddiaçılar hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçıların övladlarının X20 və X12 ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilərkən onların anket məlumatları təqdim edilən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunma barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışa və azyaşlılara məxsus **********, ********** nömrəli şəxsiyyət sənədlərinə uyğun qeyd olunduğu əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Mülki Məcəllənin 26.1 və 26.4-cü maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İmtinada olunan halların araşdırılması məqsədilə Məhkəmə araşdırması zamanı xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X12 doğum haqqında akt qeydindən çıxarışın və doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətləri Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsindən sorğu əsasında tələb edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən sorğuya cavab məktubunda X13 və X12 doğumu “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin xx.xx.2008-ci il təvəllüdlü X16 AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin və C02403842 nömrəli ümumvətəndaş pasportunun, xx.xx.2010-cu il təvəllüdlü X17 AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin və C02403807 nömrəli ümumvətəndaş pasportunun verilməsinə əsas olmuş bütün sənədlərin təsdiq edilmiş surətləri Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən sorğu əsasında tələb edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsi tərəfindən sorğuya cavab məktubu əsasında X23 ilə bağlı icraat materialları məhkəməyə tədim edilmişdir. Təqdim olunan icraat materiallarına əlavə edilmiş X4 Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunan 02 iyun 2008-ci il tarixli, DU/N/004358/2008 qeydiyyat nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə X1 Dubay şəhərinin Amerika Xəstəxanasında doğulmuş uşağın adının qeydiyyatı “X26 Tahir” oğlu kimi aparılmışdır. İcraat materiallarına əlavə edilmiş Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİ № 575385 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş uşağın adının qeydiyyatı “X24” oğlu kimi aparılmışdır. İş materiallarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 İddiaçı2 ilə birlikdə cavabdeh inzibati orqana ərizə verərək, bildirmişlər ki, “Biz, İddiaçı1 və İddiaçı2 xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşuq. Nikahımızdan xx.xx.2008-ci ildə X1 Dubay şəhərində X6 və xx.xx.2010-cu ildə Bakı şəhərində X15 dünyaya gəlmişdir. Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən övladımız X3 AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsi və C02403842 nömrəli xx.xx.2019-cu il tarixli ümum vətəndaş pasportu, digər övladımız X10 isə AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsi və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportu verilmişdir. Lakin X3 verilmiş AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsində və C02403842 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda, həmçinin X10 verilmiş AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsində və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda hər iki övladımızın adı düzgün yazılmamışdır. Belə ki, AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsi və C02403842 nömrəli xx.xx.2019cu il tarixli ümumvətəndaş pasportunda övladımız X3 adı "Ronas Əli" deyil "Əli" yazılmışdır. Həmçinin AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsində və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda digər övladımız X9 adı isə "Rubar" deyil "Rza" yazılmışdır. Halbuki övladımız X6 xx.xx.2008-ci il tarixdə Dubay şəhərində dünyaya gəldikdən sonra X1 Səhiyyə Nazirliyi tərəfindən verilmiş DU/N/004358/2008 nömrəli, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamədə adı "Ronas Əli" yazılmışdır. Həmçinin övladımız X15 xx.xx.2010-cu ildə Bakı şəhərində dünyaya gəldikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 575385 nömrəli xx.xx.2010-ci il tarixli doğum haqqında şəhadətnamədə (akt qeydləri kitabında 4166 nömrə ilə qeyd edilmişdir) adı "Rubar" yazılmışdır. Göründüyü kimi övladlarımız X3 verilmiş AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsində və C02403842 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda və X10 verilmiş AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsində və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda "adı" qrafasında adlan düzgün yazılmamaqla üzərlərindəki məlumatların səhv olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq övladlarımız X3 verilmiş AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsində və C02403842 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda və X10 verilmiş AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsində və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda "adı" qrafasında adları düzgün yazılmadığından dəyişdirilərək həi iki şəxsin adının doğum haqqında şəhadətnamələrdə olduğu kimi, yəni "Ronas Əli" və "Rubar" yazılmasını xahiş edirik.” Göründüyü kimi uşağların hər iki valideyni övladlarının adının doğum haqqında şəhadətnamədə olduğu kimi yazılmasna razıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Həmçinin "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin dəyişdirilməsindən imtina edilməsi qəti qadağandır. Həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 (bir) gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə, səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir. "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir. Pasportun üzərində və ya elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. O cümlədən Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında" Əsasnamənin 3.1.10-cu bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə raziliğa gələn dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, istər "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun, istərsə də "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir. Göründüyü kimi qanunvericilik vətəndaşın soyadı, adı, atasının adı dəyişdirildikdə, yaxud pasportda əks olunan məlumatların səhv olduğu aşkar edildikdə onun dəyişdirilməsinə hər hansı məhdudiyyət qoyulmamışdır. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları X3 verilmiş AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsində və C02403842 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda və X10 verilmiş AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsində və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda "adı" qrafasında adları düzgün yazılmadığından hər iki şəxsin yeni şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə təmin olunması, yeni şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunda hər iki şəxsin adının doğum haqqında şəhadətnamələrdə olduğu kimi, yəni "Əli" adının "Ronas Əli" və "Rza" adının "Rubar" yazılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 övladları X3 verilmiş AA0017993 (FİN 8LQCE24) nömrəli şəxsiyyət vəsiqəsində və C02403842 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda və X10 verilmiş AA0551455 (FİN 8LQC8WL) nömrəli şəxsiyyət vəsiqəsində və C02403807 nömrəli xx.xx.2019-cu il tarixli ümumvətəndaş pasportunda "adı" qrafasında adları düzgün yazılmadığından hər iki şəxsin yeni şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə təmin olunması, yeni şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunda hər iki şəxsin adının doğum haqqında şəhadətnamələrdə olduğu kimi, yəni "Əli" adının "Ronas Əli" və "Rza" adının "Rubar" yazılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1492/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1492/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver