Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1529/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, "xxxx" MMC, Nərimanov rayon İcra və Probasiya Şöbəsi və Yasamal rayon İcra və Probasiya Şöbəsi olmaqla) “hüquqi şəxs barədə məlumatların və müvafiq sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmə binasında (Bakı şəhəri, H.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, "xxxx" MMC, Nərimanov rayon İcra və Probasiya Şöbəsi və Yasamal rayon İcra və Probasiya Şöbəsi olmaqla) “hüquqi şəxs barədə məlumatların və müvafiq sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin hal-hazırda hüquqi şəxs kimi mövcudluğunu saxlaması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hal-hazırda fəaliyyət göstərməsi, fəaliyyət göstərmirsə, fəaliyyəti nə vaxtdan və hansı hüquqi əsasla dayandırılmışdır, "Barmek Azərbaycan Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hal-hazırda hesablarında pul vəsaitləri, mülkiyyətində və balansında daşınar və daşınmaz əmlaklar varmı, varsa, konkret olaraq harda hansı məbləğlərdir və harada hansı əmlaklardır, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ABŞ dolları məbləğində Nizamnamə kapitalı hal-hazırda mövcuddurmu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri kimlərdir və hüquqi şəxs təsis olunarkən onların təsis payları nə qədər olmuşdur, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinə görə onun təsisçiləri MMC-nin öhdəliklərinə görə məsuliyyət daşıyırlarmı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis sənədlərinin və Nizamnaməsinin təsdiq olunmuş surətlərinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasən onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 19.07.2006-cı il tarixli, 1 MK 3894/2006 saylı qətnaməsi ilə iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 saylı Xaçmaz Regional İdarəsinin hüquqşünası vəzifəsinə bərpa edilməyi, məcburi iş buraxmaya görə ona 22.08.2003-cii il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi aparılana qədər dövr üçün ayda 750.000 AZM (150 AZN) manat vəzifə maaşı, struktur dəyişikliyi aparılan tarixdən işə bərpa olunacağı tarixə qədər dövr üçün yeni strukturda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünasları üçün nəzərdə tutulmuş vəzifə maaşına uyğun olaraq hesablanaraq ödənilməsi, "xxxx" MMC ilə onun arasındakı 01.10.2002-ci il tarixili əmək müqaviləsinin etibarsız hesab edilməsi və o işə bərpa olunduqdan sonra ən geci 3 gün ərzində müqavilə şərtlərinin 01.10.2002-ci il tarixdən qüvvəyə minməklə yeni əmək müqaviləsinin şərtlərinin razılaşdırılaraq bağlanmasının təmin ediləməsinin tapşırılması qət edilmiş və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi tərəfindən 02 avqust 2006-cı il tarixində 1 MK-3894/2006 saylı icra vərəqəsi verilmişdir. Səbail rayon İcra və Probasiya şöbəsinin 25.10.2019-cu il tarixli, 86796/19-16-20-7702 saylı məktubu ilə yuxarıda göstərilən icra sənədi Səbail rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Yaqub Məmmədovun 25.10.2019-cu il tarixli “İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” Qərarı əsasında ərazi aidiyyəti üzrə Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qərardan belə çıxır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında hüquqi şəxsin məlumat portalında borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hal- hazırda da mövcud hüquqi şəxs qismində durur və öz öhdəliklərinə görə hal-hazırda da özü məsuliyyət daşımalıdır. Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında hüquqi şəxsin məlumat portalından Çıxarışa görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotundadır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının adından qəbul olunmuş məhkəmə qətnaməsinin icrasını təmin etmək üçün aşağıdakı məlumatların ona verilməsi xahişi ilə 02.03.2020-ei ildə ərizə ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hal- hazırda hüquqi şəxs kimi mövcudluğunu saxlayırmı? "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hal- hazırda fəaliyyət göstərirmi, fəaliyyət göstərmirsə, fəaliyyəti nə vaxtdan və hansı hüquqi əsasla dayandırılmışdır? "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hal-hazırda hesablarında pul vəsaitləri, mülkiyyətində və balansında daşınar və daşınmaz əmlaklar varını, varsa, konkret olaraq harda hansı məbləğlərdir və harada hansı əmlaklardır? "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ABŞ dolları məbləğində Nizamnamə kapitalı hal-hazırda mövcuddurmu? "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri kimlərdir və hüquqi şəxs təsis olunarkən onların təsis payları nə qədər olmuşdur? "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinə görə onun təsisçiləri MMC-in öhdəliklərinə görə məsuliyyət daşıyırlarmı? "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis sənədlərinin və Nizamnaməsinin təsdiq olunmuş surətlərinin ona göndərilməsini xahiş etmişdir. Ərizəyə baxılarkən yuxarıda göstətilən məlumatların və sənədlərin, bir daha qeyd edir ki, Azərbaycan Respublikasının adından qəbul olunmuş məhkəmə qətnaməsinin icrasını təmin etmək üçün lazım olduğunun nəzərə alınmasını xahiş etmişdir. Lakin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 29.03.2020-ci il tarixli, **********517100 saylı məktubla ona cavab verərək, göstərilən məlumatların guya kommersiya sirri olduğunu bildirərək, məlumatların və sənədlərin ona verilməsindən imtina etmişdir. Hesab edir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin imtinası əsassızdır. 'Belə ki, Azərbaycan Respublikasının adından hələ 2006-cı ildə qəbul olunmuş və elə həmin ildə icrası üçün icra vərəqəsi verilmiş məhkəmə qətnaməsi artıq 14 ildir ki, icra olunmur. Bu vaxta qədər qətnamə icra olunmurdu ki, guya "xxxx" MMC fəaliyyətini dayandırıb, onun hüquqi varisini isə müəyyən etmək mümkün deyildi. Hal-hazırda isə Səbail rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Yaqub Məmmədovun 25.10.2019-cu il tarixli “İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” Qərarından və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 29.03.2020-ci il tarixli, **********5 İ 7100 saylı məktubundan belə məlum olur ki, "xxxx" MMC hüquqi şəxs kimi mövcudluğunu qoruyub saxlayır, bütün bu illər ərzində fəaliyyətini dayandırmayıb, Cəmiyyətin fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktivdir. Belə məlum olur ki, 14 ildir müxtəlif icra qurumları tərəfindən "xxxx" MMC fəaliyyətini dayandırıb, onun hüquqi varisini isə müəyyən etmək mümkün deyil” bəhanəsi ilə icra olunmayan məhkəmə qətnaməsi elə cavabdehin hesabına icra olunmalıdır. Bunun üçün isə yuxarıda göstərdiyi suallara cavab alınmalı və "xxxx" MMC-nin təsis sənədləri əldə olunmalıdır ki, qətnamənin cavabdehin hesabına hansı formada və hansı əmlakı hesabına icra olunmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Göstərilən səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Barmek Azərbaycan Elektrik X3 Cəmiyyəti (VÖEN: **********) barədə məlumatların və sənəd surətlərinin təqdim edilməsi öhdəiiyinin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddiaçının iddiası qanunvericiliyə zidd olduğu üçün rədd edilməlidir: Belə ki, iddiaçı ərizəsində hüquqi şəxsin reyestr məlumatlarının əldə edilməsi ilə əlaqədar Dövlət Vergi Xidmətinə müraciət edildiyini, lakin ona həmin məlumatların verilmədiyini qeyd etmişdir. Bununla əlaqədar bildirilməsini zəruri hesab edirlər ki, həmin şəxsə dövlət reyestri üzrə açıq olan bütün məlumatlar verilmişdir. Lakin "Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1.2-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) barədə məlumatlar kommersiya sirri hesab edilir. Həmin məlumatlar "Hüquqi X4 və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.9.7- ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar həmin şəxslərin razılığı təqdim edildikdən sonra verilə bilər. Bundan əlavə iddiaçı ərizəsində qeyd edir ki, ona kommersiya sirri olan məlumatlar məhkəmə qərarının icrası ilə əlaqədar lazımdır. Bununla əlaqədar bildirirlər ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Qanunun 41.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarına maneçilik törədildikdə və ya onların həyat və sağlamlıqları üçün təhlükə yarandıqda, müvafiq icra hakimiyyəti orqanı qanuna uyğun olaraq icra məmurlarına kömək göstərməyə borcludur. Digər dövlət orqanları (qurumları) icra hərəkətlərinin həyata keçirilməsinə əsasnamələrinə (nizamnamələrinə) uyğun olaraq yardım etməlidirlər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarının borclu hüquqi və fiziki şəxsin əmlakı, o cümlədən pul vəsaitləri və digər maddi sərvətləri barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə əldə etmək hüququ vardır. Göründüyü kimi, məhkəmə qərarının icrası ilə əlaqədar olsa belə həmin şəxsə kommersiya sirri təşkil edən məlumatların verilməsi qanunla nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında və məhkəmə iclasında tədqiq edilmiş 02 avqust 2006-cı il tarixli İcra Vərəqəsindən görünür ki, İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı “Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin 6 saylı Xaçınaz Regional İdarəsinin hüquqşünası vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona 22.08.2003-cü il tarixdən "xxxx" MMC-də struktur dəyişikliyi aparılana qədər dövr üçün ayda 750000 ( yeddi yüz əlli min) manat vəzifə maaşı, struktur dəyişikliyi aparılan tarixdən işə bərpa olunacağı tarixə qədər dövr üçün yeni strukturda "xxxx" MMC-nin hüquqşünasları üçün nəzərdə tutulmuş vəzifə maaşına uyğun olaraq hesablanaraq "xxxx" MMC tərəfindən ödənilməsi, "xxxx" MMC ilə İddiaçı arasındakıdı 10.2002-ci il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi, ‘‘Barmek Azərbaycan Elektrik Şəbəkəsi” MMC-nə tapşırılsın ki, İddiaçı işə bərpa olunduqdan sonra ən geci 3 gün ərzində onunla müqavilə şərtlərinin 01.10.2002-ci il tarixdən qüvvəyə minməklə yeni əmək müqaviləsinin şərtlərinin razılaşdırılaraq bağlanmasının təmin edilməsi, qalan hissədə apelyasiya şikayətinin rədd edilməsi, cavabdeh "xxxx" MMC-dəh 360.800 (11.000+13.200+99.000+118800) manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi barədə qət edilmiş Məhkəmə Qətnaməsi üzrə İcra Vərəqəsi verilmişdir. - Səbail rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə 25.10.2019-cu il tarixli, 86796/19-16-20-7702 saylı Məlumatdan görünür ki, həmin tarixli Qərar əsasında Bakı Apelyasiya Məhkəməsinin 1 MK-3894/2006 nömrəli, 19.07.2006-cı il tarixli icra sənədi icra olunması üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 24-cü maddələrinə əsasən Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. - İş materiallarında olan iddiaçının Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı 02 mart 2020-ci il tarixli Ərizəsindən görünür ki, iddiaçı müraciətində bildirmişdir ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 19.07.2006-cı il tarixli, 1 MK 3894/2006 saylı qətnaməsi ilə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 saylı Xaçmaz Regional İdarəsinin hüquqşünası vəzifəsinə bərpa edilməyi, məcburi iş buraxmaya görə ona 22.08.2003-cü il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi aparılana qədər dövr üçün ayda 750.000 AZM (150 AZN) manat vəzifə maaşı, struktur dəyişikliyi aparılan tarixdən işə bərpa olunacağı tarixə qədər dövr üçün yeni strukturda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünasları üçün nəzərdə tutulmuş vəzifə maaşına uyğun olaraq hesablanaraq ödənilməsi, "xxxx" MMC ilə onun arasındakı 01.10.2002-ci il tarixili əmək müqaviləsinin etibarsız hesab edilməsi və onun işə bərpa olunduqdan sonra ən geci 3 gün ərzində müqavilə şərtləri 01.10.2002-ci il tarixdən qüvvəyə minməklə yeni əmək müqaviləsinin şərtlərinin razılaşdırılaraq bağlanmasının təmin ediləməsinin tapşırılması qət edilmişdir və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi tərəfindən 02 avqust 2006-cı il tarixində İ M K-3 894/2006 saylı icra vərəqəsi verilmişdir. Səbail rayon İcra və Probasiya şöbəsinin 25.10.2019-cu il tarixli, 86796/19-16-20-7702 saylı məktubu ilə yuxarıda göstərilən icra sənədi Səbail rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Yaqub Məmmədovun 25.10.2019-cu il tarixli “İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” Qərarı əsasında ərazi aidiyyəti üzrə Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qərardan belə çıxır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında hüquqi şəxsin məlumat portalında borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hal- hazırda da mövcud hüquqi şəxs qismində durur və öz öhdəliklərinə görə hal-hazırda da özü məsuliyyət daşımalıdır. X1rumlarının dövlət reyestri məlumatları haqqında hüquqi şəxsin məlumat portalından Çıxarışa görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotundadır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının adından qəbul olunmuş məhkəmə qətnaməsinin icrasını təmin etmək üçün aşağıdakı məlumatların ona verilməsini xahiş etmişdir: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hal-hazırda hüquqi şəxs kimi mövcudluğunu saxlayırmı? - İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı 29 mart 2020-ci il tarixli **********517100 Ərizəsindən görünür ki, iddiaçı müraciətində bildirmişdir ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 idarəsinə daxil olan Barmek Azərbaycan Elektrik X3 Cəmiyyətinin (VÖEN: **********) hal-hazırda hüquqi şəxs kimi mövcud olması, fəaliyyəti, daşınar və daşınmaz əmlakları, bank hesabları və hesablardakı pul vəsaitləri, nizamnamə kapitalı, təsisçiləri və onların payları barədə məlumatların, eləcə də təsis sənədlərinin və nizamnaməsinin təsdiq olunmuş surətinin təqdim edilməsi dair müraciətə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildirmişlər ki, İdaıədə olan reyetsrə əsasən 11.12.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış Barmek Azərbaycan Elektrik X3 Cəmiyyətinin nizamnamə kapitalı 3004980.00 ABŞ dolları təşkil edir. "Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1.2-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) barədə məlumatlar kommersiya sirri hesab edilir. Həmin məlumatlar “Hüquqi X4 və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.9.7-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar həmin şəxslərin razılığı təqdim edildikdən sonra verilə bilər. Həmçinin bildirmişlər ki, 12.03.2020ci il tarixli uçot məlumatlarına əsasən, Barmek Azərbaycan Elektrik X3 Cəmiyyəti 12.12.2001-ci il tarixdə ********* nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi orqanında uçota alınmış və 15.07.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Hal-hazırda Cəmiyyətin fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktivdir. Hüquqi şəxsin daşınar və daşınmaz əmlakları, bank hesabları və hesablardakı pul vəsaitləri barədə məlumatlar isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, vergi sirri hesab olunduğu üçün həmin Məcəllənin 30.6-cı maddəsində göstərilən hallar istisna olmaqla, bu məlumatların digər şəxslərə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Hazırki iddia tələbi üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin hal-hazırda hüquqi şəxs kimi mövcudluğunu saxlaması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti halhazırda fəaliyyət göstərməsi, fəaliyyət göstərmirsə, fəaliyyəti nə vaxtdan və hansı hüquqi əsasla dayandırılmışdır, "Barmek Azərbaycan Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hal-hazırda hesablarında pul vəsaitləri, mülkiyyətində və balansında daşınar və daşınmaz əmlaklar varmı, varsa, konkret olaraq harda hansı məbləğlərdir və harada hansı əmlaklardır, "xxxx" MMC-nin ABŞ dolları məbləğində Nizamnamə kapitalı halhazırda mövcuddurmu, "xxxx" MMC-nin təsisçiləri kimlərdir və hüquqi şəxs təsis olunarkən onların təsis payları nə qədər olmuşdur, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinə görə onun təsisçiləri MMC-nin öhdəliklərinə görə məsuliyyət daşıyırlarmı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis sənədlərinin və Nizamnaməsinin təsdiq olunmuş surətlərinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmənin 06 may 2021-ci il tarixli qərardadına əsasən iddia tələbinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hal-hazırda hüquqi şəxs kimi mövcudluğunu saxlaması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hal-hazırda fəaliyyət göstərib-göstərməməsi, 3.004.980 ABŞ dolları Nizamnamə kapitalının olub-olmaması barədə məlumatın verilməsinin cavabdehin üzərinə qoyulmasına dair hissəsəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qanunvericiliyin sadalanan normalarına əsasən iddia tələbinin digər qalan hissədə əsassız olduğunu qeyd edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.1-ci maddəsinə görə vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında; 30.2.5 vergi ödənişləri üzrə borclar; 30.2.5. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). 30.3-cü maddəsinə görə “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır; 30.5-ci maddəsinə görə Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 30.8 maddəsinə görə vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı müraciətində və iddia ərizəsində qeyd etdiyi hansı sualın cavablandırılması (sübut təqdim etməklə), kommersiya sirri təşkil etdiyindən hansı sualın cavablandırılmaması barədə məlumatın təqdim edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsindən sorğu əsasında tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəs tərəfindən iddiaçının müraciətinin cavablandırılması barədə 10 mart 2021-ci il tarixli **********134500 saylı məktub təqdim edilmişdir. Həmin məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 idarəsinə daxil olan Barmek Azərbaycan Elektrik X3 Cəmiyyətinin (VÖEN: **********) hal-hazırda hüquqi şəxs kimi mövcud olması, fəaliyyəti, daşınar və daşınmaz əmlakları, bank hesabları və hesaoiardakı pui vəsaitləri, nizamnamə kapitalı, təsisçiləri və onların payları barədə məlumatların, eləcə də təsis sənədlərinin və nizamnaməsinin təsdiq olunmuş surətinin təqdim edilməsinə dair İddiaçı iddia ərizəsi və müraciəti əlaqədar bildirilir ki, Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC-nin hal-hazırda hüquqi şəxs kimi mövcud olması, fəaliyyəti, nizamnamə kapitalı barədə məlumatlar kommersiya sirri olan məlumat təşkil etmədiyi üçün təqdim edilmişdir. Belə ki. İdarədə olan reyetsrə əsasən 11.12.2001 -ci ıl tarixdə dövlət qeydiyyatına alınmış Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC-nin nizamnamə kapitalı 3004980.00 ABŞ dolları təşkil edir. Həmçinin bildiririlir ki, uçot məlumatlarına əsasən Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC 12.12.2001-ci il tarixdə ********* nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi orqanında uçota alınmış və 15.07.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Hal-hazırda Cəmiyyətin fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktivdir. Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC-nin daşınar və daşınmaz əmlakları, bank hesabları və hesablardakı pul vəsaitləri Hüquqi şəxsin daşınar və daşınmaz əmlakları, bank hesabları və hesablardakı pul vəsaitləri barədə məlumatlar isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, vergi sirri hesab olunduğu üçün həmin Məcəllənin 30.6-cı maddəsində göstərilən hallar istisna olmaqla, bu məlumatların digər şəxslərə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. MMC-nin təsisçiləri və onların payları barədə məlumatların, eləcə də təsis sənədlərinin və nizamnaməsinin təsdiq olunmuş surətinin təqdim edilməsi ilə bağlı isə bildirilir ki, tələb olunan sənədlər özündə həmçinin kommersiya sirri olan məlumatlar təşkil edir. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1.2-ci maddəsinə əsasən kommersiya huquqı şəxslərin təsisçiləri (iştirakçıları) barədə məlumatlar kommersiya sirri hesab edilir. Həmin məlumatlar "Hüquqi X4 və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 15.9.7-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar həmin şəxslərin razılığı təqdim edildikdən sonra verilə bilər. Hazırkı münasibətlərdə mövcud vergi qanunvericiliyinin istinad olunan normalarının tələbi baxımından vergi orqanı tərəfindən iddiaçıya təqdim etdiyi məlumatlardan savayı digər tələb etdiyi məlumatların vergi sirri təşkil edən məlumatlara aid edildiyindən həmin məlumatların verilməsindən imtina edildiyi müəyyən edilmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC-nin daşınar və daşınmaz əmlakları, bank hesabları və hesablardakı pul vəsaitləri barədə məlumatlar Qanunvericiliyin tələbi baxımından vergi sirri hesab olunduğundan və həmin məlumatların digər şəxslərə verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından (Vergi Məcəlləsinin 30.6-cı maddəsində göstərilən hallar istisna olmaqla), o cümlədən MMC-nin təsisçiləri və onların payları barədə məlumatların, eləcə də Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC-nin Nizamnaməsinə görə onun təsisçiləri MMC-nin öhdəliklərinə görə məsuliyyət daşıyıb-daşımamaları barədə məlumatın və təsis sənədlərinin və nizamnaməsinin təsdiq olunmuş surətinin təqdim edilməsi ilə bağlı tələb olunan sənədlər özündə həmçinin kommersiya sirri olan məlumatlar təşkil etdiyindən, cavabdeh orqan tərəfindən haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi ilə Məlumatın kommersiya sirrinə aid edilməsinin meyarları öz əksini tapmışdır. 3.0.1. kommersiya dəyərinə malik olması (başqa şəxslərə məlum olmadığına görə fəaliyyət sahəsində üstünlük qazanmaq və mənfəət əldə etmək baxımından əhəmiyyətlidir, digər şəxslərə bütövlükdə, yaxud hissələrlə satıla, bağışlanıla, müqavilə əsasında, yaxud varislik qaydasında verilə bilər və s.); 3.0.2. məlumatın məxfiliyinin qorunması məqsədilə sahibi tərəfindən hüquqi, təşkilati, texniki və digər tədbirlərin həyata keçirilməsi; 3.0.3. bu məlumatların sərbəst əldə olunmasının qanuni əsaslarla məhdudlaşdırılması. Həmin Qanunun 4-cü maddəsinə əsasən kommersiya sirri hesab edilən məlumatlar: 4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.1. dövlət sirrini təşkil edən məlumatlar; 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla); 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar; 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə (mühasibat) hesabatlarında olan məlumatlar;....4.1.11. hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC barəsində tələb etdiyi məlumatlar vergi qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələblərinin pozulmasına gətirib çıxaracağı müəyyən edildiyindən, iddiaçının hazırki iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1529/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1529/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver