Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1605/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi Vəkil, cavabdeh Yasamal rayon Bələdiyyəsinin nümayəndəsi X17 iştirakı ilə, İddiaçı cavabdeh Yasamal rayon Bələdiyyəsinə qarşı “qəbirüstü tikilinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli, 522 №-li Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında", “Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin müddəalarını (şəxsi və ailə həyatına hörmət hüququ) rəhbər tutmaqla Bakı şəhəri, Yasamal rayonu, X29 13A ünvanında olan qəbiristanlığın 4-cü sektorunda yerləşən atası X8 (1943-2011) qəbir yerinin üstündə inşa edilmiş qəbirüstü tikilisinin əvvəlki vəziyyətinə qaytarılması; atası X8 (1943-2011) qəbir yerinin üstündə inşa edilmiş qəbirüstü tikili ilə onun solunda yerləşən mərhum X6 (1922- 1961) məxsus qəbirüstü tikili və sağında yerləşən mərhum X4 (1907- 1966) məxsus qəbirüstü tikili arasında məsafənin “Qəbiristanlıqların salınması və idarə olunması Qaydalan”nın 21.1. bəndinin müddəalarına uyğunlaşdırılması vəzifəsinin (öhdəliyi) Azərbaycan Respublikası Yasamal Rayon Bələdiyyəsinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, mərhum atası X18 16 mart 2011-ci il tarixində vəfat etmiş və Bakı şəhəri, Yasamal rayonu, X29 13A ünvanında yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Atasına məxsus qəbirin yeri qəbiristanlığın 4-cü sektor hissəsində yerləşir, sağ hissəsində atası X2 (1907-1966), sol hissəsində X5 (1922-1961), qabağında-qarşısında isə X9 (1939-1979) qəbirləri yer alır. Bildirmək istəyir ki, 03 dekabr 2020-ci il tarixinədək atası X7 qəbirindən solda X10 və daha 2 qəbir olmaqla ümumilikdə atası ilə birlikdə 4 qəbir yeri var idi (hazırda həmin sırada 5 qəbir yeri var). Artıq təsəvvür yarandığı üzrə, həmin ərazidə əvvəllər atasından əlavə üç qəbir yerləşdirilmiş və sonradan əlavə qəbir üçün, yəni dördüncü qəbir üçün yer ayrılmamış və nəzərdə tutulmamışdır. Orada 4-cü qəbir üçün yer olmamasına baxmayaraq, X19 məxsus yeni bir qəbiri iki köhnə qəbirüstü tikililəri aralayaraq arasında yerləşdirmişlər. Buna ərizəsinə əlavə etdiyi fotoşəkillərə baxdıqda da aydın görmək olur. Fotoşəkillərə baxdıqda aydın müşahidə olunur ki, qəbirüstü tikililər sağa-sola tərəf sürüşdürülmüş, X6 məxsus qəbirüstü tikili atasının qəbrinə tərəf, atasının qəbirüstü tikilisi isə X1 (mərhumun öz atasının) qəbrinə tərəf sürüşdürülmüşdür. Yəni atasının qəbir yeri (cəsədinin qalıqları deyil) yox, qəbirüstü tikilisi yerdəyişmələrə məruz qalmışdır. Eləcə də alasının qəbirindən solda 3 qəbirin üst hissəsinin (qəbir daşlarının yeri) yerləri dəyişdirilmişdir. Bunun üçün heç tikinti-texniki ekspertiza keçirilməsinə və ya mütəxəssisin rəyinin alınmasına belə ehtiyac yoxdur. Əyani gözlə belə görmək olur ki, qəbirüstü tikililər sağa- sola tərəf sürüşdürülmüşdür. Atasının qəbir daşları (qəbirüstü tikililər) isə sağa sürüşdürülmüşdür. X19 (31.03.1948- 03.12.2020) yeni qəbir yeri açmaqdan ötrü X11 qəbirüstü tikilisi sola, X5 qəbirüstü tikilisi isə sağa sürüşdürülərək hər ikinin ortasında X12 qəbri (qəbir yeri və qəbirüstü tikilisi) yerləşdirilmişdir. Ərizəyə əlavə olunan fotoşəkillərdən görünür ki, ən sonuncu 03.12.2020-ci il tarixdə X21 vəfat etmiş, təbii olaraq da ən sonuncu o dəfn olunmuşdur. İş materiallarına əlavə olunan fotoşəkillərdən müəyyən etmək olar ki, qəbir daşlarını qəbir yerinin üstünə yerləşdirən ustalar alamın qəbir daşlarını iki köhnə qəbir yeri və qəbirüstü tikilisi arasında bu cür yerləşdirə bilməzdi. Ərizəyə əlavə olunan sənədlərdən görünür ki. X5 və atasının atası X1 (1907-1966) qəbirüstü tikililəri ağ mərmərdən (ağ lay) olmaqla köhnə dizayndadır və daha əvvəllər inşa edilmişdir. Atasının qəbirüstü tikilisi qara mərmərdən olmaqla yeni dizayndadır. Yeni dizaynda qara mərmərdən olan atasına məxsus qəbirüstü tikilinin iki köhnə ağ mərmərdən ibarət olan qəbirüstü tikililərin arasında məsafə saxlanmadan inşa edilməsi praktiki və nəzəri olaraq mümkün deyil. Bunu istənilən bir tikinti mütəxəssisi təsdiq edə bilər. Məlum məsələdir ki, qəbirüstü tikililər qanunsuz olaraq yerdəyişmələrə məruz qalmış, onlardan biri də mənim atamın qəbirüstü tikilisidir. Qəbirlərin arasında yeni qəbir yerininin və qəbirüstü tikilinin yerləşdirilməsi tamamilə qanuna ziddir Bildirir ki, atası X8 qəbrinin sağındakı atası X3 (1907-1966) qəbrindən başqa həmin ərazidə dəfn olunmuş mərhum şəxslərin onlarla əlaqəsi yoxdur, qohum olmamışlar. Onlara aidiyyəti olmayan bir mərhumun (Rahilə Niyazova) qəbirüstü tikilisi atasının qəbirüstü tikilisinə bitişdirilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli. 522 №-li Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın 21.1-ci bəndinə əsasən dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. İddia ərizəsinə əlavə etdiyi 06 iyul 2021-ci il tarixli, 071/LBC saylı qiymətləndirmə rəyindən görünür ki, mərhum X8 (1943-2011) qəbirüstü tikilisi ilə onun atası mərhum X3 (1907-1966) qəbirüstü tikilisi arasındakı qısa məsafə 3,3 sm-dir (baş daşının ətəyindən ölçülən baş daşının ətəyinə qədər olan məsafə). “Qəbiristanlıqların salınması və idarə olunması Qaydalarf'ndan görünür ki, bu məsafə minimum 50 sm (0,5 metr) təşkil etməli idi. Həmin rəydə qeyd olunmuşdur ki. mərhum X8 (1943-2011) qəbirüstü tikilisi ilə onun atası mərhum X3 (1907-1966) qəbirüstü tikilisi arasındakı uzun məsafə 25 sm-dir. (iyirmi beş santimetr) təşkil edir (sinə daşından ölçülən sinə daşına qədər olan məsafə). “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”ndan görünür ki, bu məsafə minimum 50 santimetr (0,5 metr) təşkil etməli idi. Həmin rəydə qeyd olunmuşdur ki. mərhum X8 (1943-201 İ) qəbirüstü tikilisi ilə mərhum X5 (1922-1961) qəbirüstü tikilisi ilə arasındakı qısa məsafə 2,8 sm təşkil edir (baş daşının ətəyindən ölçülən baş daşının ətəyinə qədər olan məsafə). “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”ndan görünür ki, bu məsafə minimum 50 sm (0,5 m) təşkil etməli idi. Həmin rəydə qeyd olunmuşdur ki, mərhum X8 (1943-2011) qəbirüstü tikilisi ilə mərhum X5 (1922-1961) qəbirüstü tikilisi ilə arasındakı uzun məsafə 23 sm təşkil edir (sinə daşından ölçülən sinə daşına qədər olan məsafə). “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”ndan görünür ki, bu məsafə minimum 50 sm (0,5 metr) təşkil etməli idi. Həmin rəydən görünür ki, mərhum X12 (1948-2020) qəbirüstü tikilisi ilə mərhum X5 (1922-1961) qəbirüstü tikilisi arasındakı qısa məsafə 18 sm təşkil edir (baş daşının ətəyindən ölçülən baş daşının ətəyinə qədər olan məsafə). Həmin rəydən görünür ki, mərhum X12 (1948-2020) qəbirüstü tikilisi ilə mərhum X5 (1922-1961) qəbirüstü tikilisi arasındakı uzun məsafə 27,5 sm təşkil edir (sinə daşından ölçülən sinə daşına qədər olan məsafə). Həmin rəydən görünür ki, mərhum X8 (1943-2011) qəbirüstü tilikisi ilə onun qarşısındakı mərhum X13 qəbirüstü tikilisi arasındakı məsafə 83 sm təşkil edir (sinə daşının ayağından ölçülən baş daşının arxasına qədər olan məsafə). “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”ndan görünür ki, bu məsafə minimum 100 sm (1 m) təşkil elməli idi. Həmin rəydən görünür ki, mərhum X8 (1943-2011) qəbirüstü tikilisi üçün ayrılan sahə 1,44 kv.m. təşkil edir (sinə daşının eni 0,5 m, qəbirüstü tikilinin uzunluğu 1,6 metr (1,4 metr sinə daşı, 0,2 metr baş daşının qalınlığı), baş daşının ətəyinin uzunluğu 0,9 metr). “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”ndan görünür ki, hər bir qəbir üzrə minimum 5 kv.m. sahə ayrılmalıdır. Ərizəyə əlavə olunan fotoşəkillərdən də açıq-aşkar görünür ki, qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Həmin Qaydaların 21.2-ci bəndinə əsasən ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir. Həmin Qaydaların 22.2-ci maddəsinə əsasən dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1 metrdən və eni 0,6 metrdən artıq olmamaqla eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasmda cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır. Ərizəyə əlavə olunan sənədlərdən görünür ki, qəbirüstü tikililərin quraşdırılmasmda cərgə ilə sıralanmaya əməl olunmamışdır. Həmin Qaydaların 22.4. maddəsinə əsasən dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililərin və onların üzərindəki yazıların dəyişdirilməsinə qəbiristanlığın müdiriyyətinin razılığı ilə yol verilir və aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur: 22.4.1. qəbirüstü tikilinin və ya onun üzərindəki yazının dəyişdirilməsi səbəbləri göstərilməklə ərizə; 22.4.2. qəbirüstü tikilinin və ya onun üzərindəki yazının dəyişdirilməsinə dair ərizə ilə müraciət etmiş şəxsin şəxsiyyətini təsdiq edən sənəd, habelə qohumluq əlaqəsini və ya qanuni nümayəndə olmasını təsdiq edən sənəd; 22.4.3. qəbirüstü tikilinin və ya onun üzərindəki yazının dəyişdirilməsinə dair digər qohumların, qanuni nümayəndənin və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslərin razılıq ərizəsi. Qaydaların bu müddəlarından görünür ki, belə bir qanunsuzluğa şərait orqan qəbiristanlığın müdriyyəti ola bilərdi. Həmin Qaydaların 22.6. maddəsinə əsasən dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər dəfn olunmuş şəxsin qohumlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş vərəsəlik növbəliliyinə uyğun olaraq razılığı olduqda dəyişdirilir, belə razılıq əldə edilmədikdə, qəbirüstü tikililərin dəyişdirilməsinə yol verilmir. İş materiallarından açıq-aydın şəkildə görünür ki, atasına məxsus qəbirüstü tikili onun və başqa varislərinin icazəsi olmadan sağa tərəf sürüşdürülmüş, yeni qəbrə yer açılması üçün sağ və solunda olan qəbirlərə birləşdirilmişdir. Həmin Qaydaların 1.1. maddəsinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Konstitusiyasının. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında", “Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmışdır, qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir. Həmin Qaydaların 2.1.3. maddəsinə əsasən qəbir yeri dedikdə- ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının) və ya kremasiya olunmuş meyitin külü saxlanılan urnanın qəbiristanlıqda dəfn edilməsi üçün qazılmış yer başa düşülür. Həmin Qaydaların 2.1.16. maddəsinə əsasən qəbirüstü tikililər dedikdə- dinlərə uyğun olaraq məzarların üstündə quraşdırılmış qəbirüstü daşlar və dayaqlar başa düşülür. Həmin Qayadaların 12.1. bəndinə əsasən qəbiristanlıqlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qaydalara və nizamnamələrinə uyğun olaraq idarə olunurlar. Həmin Qaydaların 12.2. bəndinə əsasən qəbiristanlıqların normal fəaliyyətinin təşkil edilməsi məqsədi ilə bələdiyyə: 12.2.1. qəbiristanlığın ştat cədvəlini və xərclər smetasını təsdiq edir; 12.2.2. qəbiristanlığın müdiriyyətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və işdən azad edir; 12.2.3. qəbiristanlığın qorunması, saxlanılması və abadlaşdırılması ilə bağlı işlərin görülməsini təmin edir; 12.2.4. mövcud qəbiristanlıqların ərazisinin genişləndirilməsinə və yeni qəbiristanlığın salınmasına dair bu Qaydaların ll-ci hissəsinə və torpaq qanunvericiliyinə uyğun olaraq təkliflər verir: 12.2.5. əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin dəfn mərasimlərinin təşkilinə yardım göstərir. Həmin Qaydaların 13.1. maddəsinə əsasən qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. Həmin Qaydaların 13.2. maddəsinə əsasən qəbiristanlığın idarə olunması ilə bağlı qəbiristanlıq müdiriyyətinin vəzifələrinə aşağıdakılar aid edilir: 13.2.1. qəbiristanlıqların qorunması üzrə: 1. qəbiristanlıqların əmlakının inventarlaşdırılması və siyahı üzrə qorunmasını təmin etmək; 2. qəbiristanlığın ərazisindəki bina və qurğuların, yolların, meydançaların və qəbiristanlığın hasarının saxlanılmasını və təmirini təşkil etmək; 3. qəbiristanlığın ərazisindəki qəbir yerlərinin, piyada səkilərinin və yolların (cığırların) səliqəli saxlanılmasını, qışda qardan təmizlənməsini, həmçinin buz bağlamış hərəkət hissələrinə qum səpilməsini təşkil etmək; 4. qəbiristanlıqlarda yaşıllıqların mühafizəsini və onlara qulluq edilməsini ləmin etmək; 5. qəbiristanlığın ərazisində səyyar ticarətlə və dilənçiliklə məşğul olmağa, kimsəsiz şəxslərin gecələməsinə, sərxoş vəziyyətdə olan şəxslərin və ev heyvanlarının qəbiristanlığın ərazisinə daxil olmasına, habelə qəbiristanlığın ərazisindən otlaq sahəsi kimi istifadə edilməsinə yol verməmək; 6. dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərlə bağlanılmış müqavilə əsasında qəbir yerlərinə və qəbirüstü tikililərə ödənişli əsaslarla qulluq edilməsini təmin etmək; 7. qəbiristanlığın sanitariya- gigiyena normalarına uyğun saxlanılmasını, o cümlədən qəbiristanlığın ərazisinin mütəmadi təmizlənməsini və zibillərin daşınmasını təşkil etmək; 13.2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçiləri işə qəbul və işdən azad etmək; 13.2.3. qəbiristanlıqlarda qəbirlərin sıralan ması ardıcıllığına riayət etməklə, qəbir yerini ayırmaq və dəfn işlərinin təşkili ilə əlaqədar xidmətlərin göstərilməsini təmin etmək; 13.2.4. qəbiristanlıqda dəfnlərin dəqiq qeydiyyatının aparılması məqsədi ilə məlumatların kağız daşıyıcılarda toplanılmasmı və həmin məlumatların dəfnlərin vahid dövlət reyestrində yerləşdirilməsini təmin etmək; 13.2.5. qəbiristanlıqda boş yerlərin sayında dəyişiklik olduğu halda, son dəfn tarixi göstərilməklə, qəbiristanlığın giriş qapısının elan lövhəsində bu barədə məlumatın yenilənməsini təmin etmək; 13.2.6. qəbiristanlığın mövcud vəziyyəti, o cümlədən boş və tutulmuş qəbir yerləri barədə məlumatları rübdə 1 (bir) dəfədən az olmamaq şərtilə bələdiyyəyə təqdim etmək; 13.2.7. ölmüş şəxsin dini mənsubiyyəti və milli adət və ənənələr nəzərə alınmaqla, dəfn mərasiminin keçirilməsi üçün hazırlıq işlərini, o cümlədən ölmüş şəxsin qohumlarına, qanuni nümayəndələrinə və ya onları dəfn edəcək digər şəxslərə tabutun verilməsini, qəbir yerinin qazılmasını, ölmüş şəxsin soyadı, adı, atasının adını, doğum və ölüm tarixlərini bildirən müvəqqəti lövhənin quraşdırılmasını təmin etmək; 13.2.8. qəbiristanlıqda bu Qaydalarla müəyyən edilmiş iş rejiminə və ziyarət vaxtına əməl olunmasını təmin etmək; 13.2.9. qəbiristanlıqda kargüzarlıq işinin aparılmasını təmin etmək. Həmin Qaydaların 17.5. maddəsinə əsasən qəbir yerindən yalnız dəfn olunmuş şəxsin Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər. Həmin Qaydaların 17.6. maddəsinə əsasən qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra və ya bu Qaydaların 25.2.2-25.2.4-cü yarımbəndlərində müəyyən edilən hallarda qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə yol verilir. Ərizəsinə əlavə etdiyimiz fotoşəkillərdən görünür ki, bizim vəfat etmiş şəxsimizə aid qəbir yerindən kənar şəxslər tərəfindən istifadə edilməsə də və vəfat etmiş mərhum şəxsimizə qarşı böyük hörmətsizlik olunaraq qəbir yerinin üstündə yerləşən qəbirüstü tikili sağa sürüşdürülmüşdür. Həmin qaydaların 14.1.5. maddəsinə əsasən qəbir ziyarətçilərinin qəbiristanlığın müdiriyyətindən qəbir yerinə qulluq göstərilməsini tələb etmək hüququ vardır. Həmin Qaydaların 18.1. maddsəinə əsasən qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə (bu Qaydaların 18.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) yol verilmir. Həmin Qaydaların 18.2. maddəsinə əsasən qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Həmin qaydaların 25.2. maddəsinə əsasən ölmüş şəxsin prosessual ekshumasiyasına ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu ilə yol verilir. Həmin qaydaların 26.1. maddəsinə əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarət əsasnamələrinə uyğun olaraq aidiyyəti dövlət orqanları və müvafiq bələdiyyələr tərəfindən həyata keçirilir. Həmin qaydaların 26.2. maddəsinə əsasən bu Qaydaların tələblərinə riayət olunmasına ictimai nəzarət fiziki şəxslər, dini icmalar və vətəndaş cəmiyyəti təsisatları tərəfindən həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır. Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516-1. Maddəsinə əsasən qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə yəni. 516-1.1. Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə - vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 516-1.2. Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 516-1.3. Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Qəbiristanlığa olan 16 mart 2021 -ci il tarixli ziyarətimizdə isə məlum olmuşdur ki. iki qəbirin arasında yerləşən 2 kv. m məsafəyə yeni cəsəd dəfn olunmuş, yeni qəbirüstü tikili inşa edilmişdir. Yeni qəbir yerinin eni İ metr, uzunluğu isə 2 metrdir. Qevd etdiyi üzrə 2 kv.m sahəni ehtiva edən arakeçmə məsafəsində bu ölçüdə yeni qəbirüstü tikili inşa edilə bilməz. Yeni qəbirüstü tikilinin isə atası X8 qəbirüstü tikilisinin təxminən 40 sm məsafədə sağa sürüşdürülməsi, yəni yerinin dəyişdirilməsi nəticəsində inşa edilib. Qəbiristanlığın müdriyyətinə 16 mart 2021-ci il tarixində bu barədə etdiyi müraciətin nəticəsi olaraq ona qəbirüstü tikilinin yerinin heç bir vəchlə dəyişdirilməyəcəyini və atasının qəbirüstü tikilisinin əvvəlki vəziyyətinə bərpa olunmayacağını bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 20-ci maddənin 7-ci bəndinə əsasən, dəfn zamanı qəbiristanlıqlarda qəbirlərin sıralanması ardıcıllığına riayət edilməlidir. Qəbirlərarası sahələrdə, qəbiristanlığın daxilindəki yollarda və cığırlarda, o cümlədən yaşıllıq ərazilərində dəfnlərə yol verilmir. Azərbaycan Respublikasının “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 20-ci maddənin 5-ci bəndinə əsasən, nəzərdə tutulmuş tələblərə əməl edilmədən özbaşına dəfnlərə yol verilmir. Yuxarıda qeyd etdiyim üzrə, baş verən hallar özbaşına dəfndir, Qaydalar ilə müəyyən olunan tələblərə əməl olunmadan həyata keçirilmişdir, bu səbəbdən qanuni məsuliyyətə səbəb olur. Bildirir ki, atasının qəbrinə vurduğu ziyana görə ona dəymiş mənəvi ziyanı ağlabatan məbləğdə qiymətləndirib həmin pulu cavabdeh orqandan tələb edə bilərdim. Lakin o, bu kompensasiya tələbindən də imtina edir.
3. İddiaçının müraciətinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən bildirilmişdir ki, "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarının 2-ci hissəsinin icrası ilə əlaqədar Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin tabeliyində olan, Yasamal rayonu ərazisində yerləşən 1-ci Dağüstü qəbiristanlığı 01.08.2019-cu il tarixli təhvil-qəbul aktına əsasən Yasamal bələdiyyəsinə təhvil verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin yerdə 03.12.2020-ci il tarixdə Yasamal bələdiyyəsi tərəfindən dəfn aparılmışdır.
4. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bildirilmişdir ki, qeyd edilən məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-cı il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na əsasən yerli ozünüidarəeımə orqanları tərəfindən tənzimlənir. Belə ki, qaldırdığı məsələ Dövlət Komitəsinin səlahiyyətləri xaricindədir.
5. İddiaçının müraciətinə cavab olaraq Yasamal Rayon Bələdiyyəsi tərəfindən bildirilmişdir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlığın 4-cü sektorunda yerləşən hasara alınmış ərazidə Yasamal Bələdiyyəsinin əməkdaşları və vətəndaş İddiaçı tərəfindən baxış keçirilən zamanı məlum oldu ki, İddiaçı qeyd etdikləri öz təsdiqini tapmamışdır.
6. İddiaçının müraciətinə cavab olaraq Yasamal Rayon Bələdiyyəsi tərəfindən təkrarən bildirilmişdir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlığın 4-cü sektorunda atası X16 məxsus qəbir daşının sökülərək yerinin dəyişdirilməsi və dəfn qaydalarının pozulması faktı Yasamal Bələdiyyəsinin əməkdaşları tərəfindən araşdırılmış və məlum olmuşdur ki, orda heç bir qəbir yeri sökülüb yerindən tərpənməmişdir. Əvvəldən orda dəfn olunmuş qəbir yerləri olduğu kimi qalır. Əraziyə baxış keçirilməsi zamanı o dəvət olunub və birlikdə orada heç bir qanunsuz fakt aşkar edilməmişdir. Odur ki, araşdırmadan narazılıq varsa, məhkəmə-tibb ekspertizasına müraciət etmək tövsiyə edilmişdir.
7. İddiaçının müvafiq qurumlara çoxsaylı müraciətlərinə cavab olaraq aidiyyəti məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir.
8. Hazırki iş üzrə məhkəmənin 17.07.2021-ci il tarixli qərardadı ilə Yasamal rayon icra hakimiyyəti hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Hazırki iş üzrə məhkəmənin 23.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - mərhum X14 (1943-2011) məxsus qəbirüstü tikilinin yerinin sürüşdürülməsi (sağa və ya sola) müəyyən olunurmu? - mərhum X14 (1943-2011) məxsus qəbirüstü tikili ilə onun solunda (mərhum X6 (1922- 1961) məxsus) və sağında (mərhum X4 (1907-1966) məxsus) yerləşən qəbirüstü tikililər arasındakı məsafə nə qədərdir? Ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
10. Ekspert tərəfindən məhkəməyə daxil olmuş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda bildirilmişdir ki, qəbirüstü tikilinin yerinin sürüşdürülübsürüşdürülməməsinin müəyyən olunması xüsusi bilik tələb olunmadığı səbəbindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və 3-cü maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
11. Məhkəmə tərəfindən həmin qərardadın icrası təkrar olaraq Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, ekspert tərəfindən məhkəməyə daxil olmuş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda bildirilmişdir ki, tədqiq olunan qəbirüstü tikilinin ilkin vəziyyətdə planlı yerdəyişməsinə dair layihə sənədi və ya plan-sxem olmadığından həmçinin qəbirüstü tikililər arasındakı məsafə mövcud tikinti normalarında nəzərdə tutulmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
12. Məhkəmənin 10.12.2021-ci il tarixli qərardadı ilə iddianın ərizəsi əsasında iddianın “qəbirüstü tikilinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.
13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.
14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlığın 4-cü sektorunda atası X16 məxsus qəbir daşının sökülərək yerinin dəyişdirilməsi və dəfn qaydalarının pozulması faktı Yasamal Bələdiyyəsinin əməkdaşları tərəfindən araşdırılmış və məlum olmuşdur ki, orda heç bir qəbir yeri sökülüb yerindən tərpənməmişdir. Əvvəldən orda dəfn olunmuş qəbir yerləri olduğu kimi qalır.
15. Tərəflərin iştirakı ilə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlığın 4-cü sektorunda mübahisəli qəbir yerlərinin video çəkilişinə baxış keçirilmiş və disk iş materiallarına əlavə edilmişdir.
II. İddianın növü və mümkünlüyü
16. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası mərhum X15r.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 2ci hissəsinə: yerli icra hakimiyyəti orqanlarının bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 (üç) ay müddətində təhvil verilməsini təmin etsinlər.
18. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən bildirilmişdir ki, "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarının 2-ci hissəsinin icrası ilə əlaqədar Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin tabeliyində olan, Yasamal rayonu ərazisində yerləşən 1-ci Dağüstü qəbiristanlığı 01.08.2019-cu il tarixli təhvil-qəbul aktına əsasən Yasamal bələdiyyəsinə təhvil verilmişdir.
19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır.
21. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən: 13.2. Qəbiristanlığın idarə olunması ilə bağlı qəbiristanlıq müdiriyyətinin vəzifələrinə aşağıdakılar aid edilir: 13.2.3. qəbiristanlıqlarda qəbirlərin sıralanması ardıcıllığına riayət etməklə, qəbir yerini ayırmaq və dəfn işlərinin təşkili ilə əlaqədar xidmətlərin göstərilməsini təmin etmək; 21.1. Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. 21.2. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir. 21.3. Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir.
23. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
24. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir.
25. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
26. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
27. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü maddəsi tətbiq oluna bilər.
28. Məhkəmə iddiada qaldırılan məsələnin həssas məsələ olduğunu və X34 Konvensiyanın 8-ci maddəsinə əsasən “ailə həyatı” məfhumu ilə əhatə olunduğunu nəzərə alır.
29. Bununla belə, iddiaçının təqdim etdiyi qiymətləndirmə hesabatı qəbirüstü tikililər arasındakı məsafənin ölçülərini göstərməklə qəbirüstü tikililələrin sürüşdürüldüyünü etibarlı şəkildə sübut etmir.
30. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlərdən (fotoşəkillər və disk iş materiallarına əlavə olunmuşdur) qəbirüstü tikililərin əsaslı şübhə yaratmadan sürüşdürüldüyünü müəyyən etmir.
31. Məhkəmə qeyd edir ki, İddiaçı iddiasının əsası kimi mərhum atası X8 Yasamal rayonu ərazisində yerləşən 1-ci Dağüstü qəbiristanlığında yerləşən qəbir yerinin sürüşdürüldüyünü bildirsə də, məhkəmə icraatında bu hal hər hansı tutarlı sübutla təsdiqlənməmişdir. Təqdim edilmiş fotoşəkillər isə yaxın ərazidə olan qəbir yerlərinə münasibətdə dəyişikliyi əks etdirməməklə yanaşı, həm də mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə olan halda, təqdim edilmiş sübutlar məcmusunda məhkəmə iddianı əsaslı hesab etmir.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva