Məhkəmə qərarları › İş №2-1(112)-1612/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1612/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1612/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X12, Üçüncü şəxs X9, Üçüncü şəxsin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X28 X5 (üçüncü şəxslər X15 və digərləri) qarşı “hərracın nəticələrinin qanunsuz hesab edilməsi və yekun hərrac protokollarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, müəyyən etdi: İ İşin halları:

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

2. Qobu dəvəçilik üzrə kənd təsərrüfatı istehsalı müəssisəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2004-cü il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən “Çuxurağıl” qış otlaq sahəsində 8 hektar torpaq sahəsi mişardaşı istehsalı üçün uzun müddətə İddiaçı MMC-nin istifadəsinə vermişdir.

3. FHN/40-01188 qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli lisenziya əsasında İddiaçı MMC-yə 5 il müddətinə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasına icazə verilmişdir.

4. xx.xx.2013-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “Sahil” əhəngdaşı yatağında 8 ha torpaq sahəsində mişardaşı istehsalı üçün 5 il müddətinə 00765 nömrəli dağ- mədən ayırması aktı verilmişdir.

5. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixdə cavabdeh Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Qaradağ rayonu “Sahil” əhəngdaşı yatağında iddiaçının istifadəsində olan 8 (səkkiz) hektar torpaq sahəsindən 3.1 hektar sahənin üçüncü şəxslərə verilməsi (LOT 1)-1.0 və (LOT 2)-1.4, (LOT 3)-0.7 ha yatağa dair keçirilmiş yekun hərrac protokollarının və bunun əsasında verilmiş "dağ mədən ayırması" aktlarının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh X28 X4 “Sahil” əhəngdaşı yatağında 3.1 ha sahəsinin üçüncü şəxslərə verilməsi (LOT 1)-1.0, (LOT 2)-1.4 və (LOT 3)-0.7 ha yatağa dair) barədə keçirilmiş hərracın nəticələrinin qanunsuz hesab edilməsi və xx.xx.2022-ci il tarixli 03/07 nömrəli, xx.xx.2022-ci il tarixli 03/06 nömrəli və xx.xx.2022-ci il tarixli 03/05 nömrəli yekun hərrac protokollarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X20, X15 və X16 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması:

8. İddiaçı tələbi bununla əsaslandırmışdır ki: “İ.N.Ə." MMC 26 aprel 2004-cü il tarixdə Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 0104-P54-39946 nömrə ilə qeydiyyata alınmışdır. "İ.N.Ə” MMC "Fateh” kiçik müəssisəsinin bazasında yaradılmış və onun hüquqi varisidir. "Fateh” kiçik müəssisəsinə Abşeron Rayon XDS İcraiyyət Komitəsinin 25 noyabr 1991-ci il tarixli, 316 nömrəli qərarı ilə “Qobu” qoyunçuluq sovxozunun daş örtüyü sahəsi olan "Sahil” əhəngdaşı yatağından mişardaşı istehsal etmək məqsədi ilə 10 hektar torpaq sahəsi ayrılmışdır. "Dövlət mülkiyyətində saxlanılan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verilən təsərrüfatların siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1999-cü il tarixli, 74 nömrəli qərarından sonra dəvəçilik üzrə Abşeron rayon Qobu sovxozu "Qobu” dəvəçilik üzrə kənd təsərrüfatı istehsalı müəsissəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq təşkilatı forması dəyişdirilən "İ.N.Ə” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01 iyun 2004-cü il tarixdə yaranmış zərurət ilə əlaqədar icarə müqaviləsi bağlanmış, istifadə olunmamış 8 hektar torpaq sahəsi MMC-nin istifadəsinə uzun müddətə verilmişdir. "İ.N.Ə.” MMC-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 8 hektar torpaq sahəsinə dair yerin təkindən istifadəyə dair 01 avqust 2013-cü il tarixli, 00765 nömrəli "Dağ mədən ayırması” aktı və dövlət ekoloji ekspertiza rəyi verilmişdir. Lakin yaxın günlərdə müəyyən edilmişdir ki, cavabdeh “Sahil” əhəng daşı yatağında 04 may 2022-ci il tarixində hərrac təşkil etmiş, Cəmiyyətin icarəsində olan torpaqda (LOT 1) 1.0 və (LOT 2)-1.4 hektar sahə Ağəddin Məmmədova, (LOT 3)-0.7 hektar sahə isə Səməd Məhərrəmov adlı fərdi sahibkara torpaq sahəsində yerin təkindən istifadəyə icazə verilmişdir. Qeyd edilən hərraca dair yekun protokollar qəbul edilmiş və həmin protokol əsasında adı çəkilən fərdi sahibkarlara 22 may 2022-ci il tarixli “Dağ mədən ayırması" aktı verilmişdir. Agentliyin monitoring şöbəsinin mütəxəssisi tərəfindən iddiaçının müraciəti əsasında 01 iyul 2022-ci il tarixində “Sahil" əhəngdaşı yatağına baxış keçirilmiş və bu hal öz təsdiqini tapmışdır.”

9. Cavabdeh xx.xx.2022-ci il tarixli iddiaya dair yazılı etirazında iddia tələbinin mümkün sayılmamasını xahiş etmiş və və bildirmişdir ki: “Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 316 nömrəli sərəncamın məzmunundan aydın olur ki, “Fateh” kiçik müəssisəsinə ayrılmış 10 ha torpaq sahəsi Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 316 nömrəli sərəncamı ilə deyil, həmin komitənin xx.xx.1991-ci il, 194 nömrəli qərarı ilə ayrılmışdır. Həmçinin İddiaçı MMC-nin “Fateh” kiçik müəssisəsinin bazasında yaradılması, eyni zamanda hüquqi varisliyini təsdiq edə biləcək sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). İddia ərizəsinə əlavə olunan Abşeron rayon Qobu sovxozu “Qobu dəvəçilik üzrə kənd təsərrüfatı istehsalı müəssisəsi” ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 19 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə notarial qaydada təsdiq edilməmiş, icarə hüququna dair Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddia ərizəsində İddiaçı MMC-yə ETSN Dövlət Ekspertiza İdarəsi tərəfindən 8 ha torpaq sahəsinə dair yerin təkindən istifadəyə dair 01 avqust 2013-cü il tarixli, 00765 nömrəli “Dağ-mədən ayırması” aktı və dövlət ekoloji ekspertiza rəyinin verildiyi” qeyd olunmuş, lakin qeyd olunan aktın müddəti xx.xx.2018-ci il tarixdə bitmiş və uzadılmamışdır. Hazırda iddiaçı tərəfindən müvafiq icazə sənədi olmadan yataq ərazisində qanunsuz hasilat aparılır. Həmçinin “Yerin təki haqqında” Qanunun 13-cü maddəsinin 7-ci hissəsinə əsasən Qaradağ rayonunun inzibati ərazisində yerləşən “Sahil” əhəngdaşı və digər yataqların hərraca çıxarılması ilə bağlı müvafiq torpaq sahələrinin ayrılmasına Qaradağ Rayon İcra Hakimiyyəti ilə öncədən razılaşdırılmışdır. Eyni zamanda qeyd olunan torpaq sahəsinə dair İddiaçı MMC tərəfindən üzərində künc nöqtələrinin koordinatları olan müvafiq qaydada təsdiq olunmuş torpaq ayırma, Yerquruluşu və s. sənədi təqdim olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərə əsasən İddiaçı MMC-nin hərrac vasitəsi ilə Agentlik tərəfindən vətəndaşların qanuni istifadəsinə verilmiş yer təki sahəsinə və yatağın yerləşdiyi torpaq sahəsinə dair hüquqlarını təsdiq etmir. İddiaçının “istifadəsində” olan torpaq sahəsinin Yerquruluşu planı təqdim edilməlidir və torpaq sahəsinin hüdudları dəqiq müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçının bu tələb üzrə subyektiv hüququ yoxdur. İddiaçıda torpaq və yer təki sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədlər mövcud deyil, eyni zamanda Ağəddin Məmmədova və Səməd Məhərrəmova “Dağ-mədən ayırması” aktlarının verilməsi qanunamüvafiq qaydada həyata keçirilmişdir.”

10. Üçüncü şəxs X9 nümayəndəsi xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumatlara görə İddiaçı qanuni təmsilçisi X27 olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1561/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(009)-30/2021 saylı hökmü ilə X27 Azərbaycan Respublikası CMnin 306.2-ci maddəsi ilə 03 (üç) il müddətinə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrdə rəhbər və digər maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)-752/2021 nömrəli qərarı ilə məhkum X27 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Müharib Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(009)-30/2021 nömrəli hökmü dəyişdirilmiş, məhkum X24 Azərbaycan Respublikası CM- nin 306.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrdə rəhbər və digər maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hökm məhkum X22 barəsində qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 1561/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum X22 müdafiəçisi X21 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə mindiyindən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının elan olunduğu xx.xx.2021-ci il tarixdən X27 "xxxx" MMC-nin qanuni təmsilçisi (rəhbəri) səlahiyyətlərindən məhrum edilmişdir. Bununla da X22 həmin tarixdən sonra verdiyi etibarnamə etibarsız, əvvəl verdiyi etibarnamə isə hüquqi qüvvəsini itirmişdir. X22 veridyi etibarsız sayılan etibarnamə əsasında X17 verdiyi etibarnamə öz növbəsində etibarsız sayıldığından, həmin etibarnamə əsasında nümayəndə (vəkil) Vəkil1 hazırkı iş üzrə iddia ərizəsini və müvəqqəti xarakterli müdafiə barədə ərizəni iddiaçının adından imzalamaq səlahiyyəti olmamışdır. Bununla yanaşı, iddiaçının sübut qismində təqdim etdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin verdiyi 01 avqust 2013-cü il tarixli 00765 nömrəli “Dağ-mədən ayırması” aktının məzmununda qeyd edilənlərə görə iddiaçının adına dağ-mədən ayırması 5 (beş) il müddətinə verilmişdir. Deməli, iddiaçı üçün dağ-mədən ayırması aktı 01 avqust 2018-ci ildə hüquqi qüvvəsini itirmiş və ən azından həmin tarixdən etibarən iddiaçının aktda göstərilən hüdudlarda yerin təkindən istifadə etmək hüququ olmamışdır. İddiaçının sübut qismində iddia ərizəsinə əlavə etdiyi digər sənədlər isə etibarlılıq baxımından qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Hətta əvvəl keçirilmiş iqtisadi məhkəmə prosesində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-293/2016 saylı, 12 oktyabr 2016-cı il tarixli qərarından məlum olur ki, apellyasiya məhkəməsi tərəfindən işin araşdırılan hallarına görə “Çuxur-ağıl” adlanan ərazidə "xxxx" MMC-yə məxsus sahənin təyin edilməsi mümkün olmamışdır. Bu da onu göstərir ki, 00765 nömrəli aktla iddiaçıya verilmiş “dağ-mədən” ayırması qanunamüvafiq surətdə dövlət qeydiyyatına alınmamışdır. Bu məsələ cinayət mühakimə icraatının predmeti olduğundan həmin faktla bağlı xüsusi qərar çıxarılaraq müvafiq materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini məqsədəmüvafiqdir. İddia ərizəsində iddiaçı iddia tələblərini əsaslandıran hal kimi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 noyabr 1991-ci il tarixli, 316 nömrəli qərarı ilə “Fateh” kiçik müəssisəsinə Qobu qoyunçuluq sovxozunun daş örtüyü sahəsi olan “Sahil” əhəngdaşı yatağından mişar daşı istehsal etmək məqsədi ilə 10 hektar torpaq sahəsi ayrıldığını göstərsə də, XDS-nin istinad etdiyi qərarını və “Fateh” kiçik müəssisəsinin hüquqi varisi olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli rəsmi məlumatına əsasən xx.xx.2004-cü il tarixdə, 0104-P54-39946 nömrə ilə dövlət qeydiyyatına alınmış İddiaçın (VÖEN **********) qeydiyyat qovluğunda hər hansı hüquqi şəxsin bazasında yaradılması və onun hüquqi varisi olması barədə məlumat müəyyən edilməmişdir. Həmçinin bildirilmişdir ki, reyestrdə “Fateh” kiçik müəssisəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. Eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Topogeodeziya və X8 xx.xx.2003-cü il tarixli tərtib etdiyi xəritədə iddiaçının iddia etdiyi sahə boş göstərilməklə həmin sahənin hər hansı şəxsin adına ayırılması barədə qeyd mövcud olmamışdır. Bu da onu göstərir ki, iddiaçı tərəfindən məhkəməyə “Fateh” kiçik müəssisəsinin mövcudluğu və hüquq varisliyi haqqında yalan məlumatlar verilməklə saxta sənədlər təqdim edilmişdir. İddiaçının sübut qismində əlavə etdiyi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 316 nömrəli, 25 noyabr 1991-ci il tarixli sərəncamının surətindən görünür ki, həmin sərəncamla Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 194 nömrəli qərarı əsasında “Fateh” kiçik müəssisəsinə Qobu qoyunçuluq sovxozunun daş örtüyü sahəsindən 10 hektar torpaq sahəsinin seçilib sənədləşdirilməsi üçün komissya yaradılmışdır. İddia ərizəsinə əlavə edilən 09 oktyabr 1991-ci il tarixli aktın surətindən görünür ki, həmin komissiya 31 nömrəli “Çuxur-ağıl” adlanan qış otlağı sahəsinin bir hissəsini-10 hektarını mişar daşı istehsalı üçün kiçik müəssisəyə aşağıdakı şərtlərlə verilməsinə etiraz etməmişdir: Sifarişçi təşkilat tələb edilən torpaq sahəsini Azərbaycan SSR Nazirlər Sovetinin 28 noyabr 1979-cu il tarixli 468 nömrəli qərarına uyğun sənədləşdirsin və topaqdan istifadə etməmişdən əvvəl onun təsdiqinə Respublika Nazirlər Kabinetində nail olsun. Sifarişçi təşkilat torpaq sahəsinin yeraltı, yerüstü kommunikasiyalarını öyrənib əlaqədar təşkilatlardan müsbət rəylər alınmasını təmin etsin. Əvvala, aktda göstərilən şərtlərin icra edilməsini təsdiq edən sənədlər iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməmişdir. Digər tərəfdən Abşeron rayon XDS İcraiyyə Komitəsinin istinad olunan sərəncamının surətindən görünür ki, sərəncamın verilmə tarixinin yazıldığı hissədə “oktyabr” sözünün üzərində əlyazma üsulu ilə düzəliş edilərək “noyabr” edilmiş, eyni zamanda iddiaçı iddia ərizəsində həmin sözü “noyabr” kimi qeyd etmişdir. Belə olduğu halda, yəni Abşeron rayon XDS İcraiyyə Komitəsi müvafiq sərəncamı 25 noyabr 1991-ci il tarixdə verdiyi halda, həmin sərəncamla tərkibi təsdiq edilmiş komissiyanın sərəncamın verilməsindən 1 ay əvvəl - 09 oktyabr 1991-ci il tarixində torpaq sahəsinə baxış keçirərək sərəncamdan irəli gələn vəzifəsini icra etmək səlahiyyəti olmamışdır. İddiaçı tərəfindən iddia tələblərini təsdiq edən sənəd qismində Qobu dəvəçilik üzrə kənd təsərrüfatı müəssisəsi ilə "xxxx" MMC arasında bağlanmış 01 iyun 2004-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləni iddia ərizəsinə əlavə edilmişdir. Həmin müqaviləyə əsasən “Çuxur ağıl” qış otlaq sahəsinin 8 hektar hissəsi "xxxx" MMCnin icarəsinə verilmişdir. Hər şeydən əvvəl nəzərə alınmalıdır ki, qeyd edilən müqavilə mülki və torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır. Belə ki, icarəyə verilən torpaq sahəsi icarəyə verilərkən dövlət mülkiyyətində olduğu üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü bəndinə əsasən həmin torpaqlar üzrə icarəyəverən kimi müvafiq icra hakimiyyəti orqanları çıxış etdiyindən Qobu dəvəçilik üzrə kənd təsərrüfatı müəssisəsinin sözü gedən torpaq sahəsini icarəyə vermək hüququ olmamışdır. Sözü gedən müqavilədə qanunvriciliklə mühüm şərt hesab edilən icarə müddəti müəyyən edilmədiyi, qanunvericiliyə zidd olaraq icarə müddətsiz müəyyən edildiyi üçün müqavilə bağlanmış sayılmır. Bundan başqa, hətta sözü gedən müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş olsaydı belə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığı üçün iddiaçının müqavilədə göstərilən torpaq sahəsi üzərində hüququ yaranmamışdır. Bundan başqa, Abşeron XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 194 nömrəli qərarı ilə “Fateh” kiçik müəssisəinə 10 hektar torpaq sahəsinin ayrılması qərara alındığı halda 01 iyun 2004-cü il tarixli torpaq icarəsi müqaviləsi ilə iddiaçıya cəmi 8 hektar torpaq sahəsi verilmiş, lakin müqavilənin bağlanmasının hüquqi əsası kimi Abşeron XDS İcraiyyə Komitəsinin göstərilən qərarına istinad edilməmişdir. Bu da onu deməyə əsas verir ki, adı çəkilən sənədlər arasında heç bir hüquqi əlaqə olmamış və bütün bunlar da həmin sənədləşmə zamanı yol verilmiş saxtakarlıq hərəkətlərini bir daha təsdiq etmişdir.” 11.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 12.Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi

14. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

15. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

16. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

17. İddia tələbindən görünür ki, iddiaçı hazırda hərracın nəticələrinin qanunsuz hesab edilməsi və yekun hərrac protokollarının ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, həmin hərrac protokolları üçüncü şəxslər barədə əlverişli inzibati akt olduğundan həmin aktların ləğvinə dair iddia mübahisələndirmə haqqında iddia növünə aiddir (İPM, maddə 2.2.1). Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

18. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı).

19. Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçı həm ümumi, həm də xüsusi mümkünlük şərtlərin əməl etmişdir.

20. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, İPM-in 8.1.2-ci maddəsinə əsasən iddiaya baxmağa Bakı İnzibati Məhkəməsi səlahiyyətli olmuşdur.

21. İddiaçı hazırkı tələbi üzrə xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə və xx.xx.2013-cü il tarixli 00765 nömrəli dağ-mədən ayırması aktına istinad etmiş, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmuşdur.

22. İddiaçı xx.xx.2022-ci il tarixli iclas protokollarının mübahisələndirilməsi üçün xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

23. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

24. Mübahisələndirlən protokolların iddiaçıya təqdim olunması barədə işdə hər hansı bir sübut olmadığından məhkəmə hesab edir ki, iddiaçı həmin aktın mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir.

25. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Qaradağ Rayon İcra Hakimiyyətinin 3/108 nömrəli, xx.xx.2021-ci il və 2/59 nömrəli, xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, Yerin təkindən müvəqqəti istifadə məqsədi ilə Qaradağ ərazisində yerləşən “Karvansaray”, “Şahqaya”, “Qazanağ”, “Muxtar Plato”, “Qaradağ İ-İİ”, “Sahil” və "xxxx" əhəngdaşı yataqlarının və “Şıxlar”, “Kotal”, “Ələt” və “Xıdırlı-1” qum yataqlarının əlavə olunmuş koordinatlarla müsabiqə və ya hərraca çıxarılmasına İH etiraz etməmişdir.

26. 06/01 nömrəli xx.xx.2021-ci il tarixli yer təkinin istifadəyə verilməsi üzrə hərracın keçirilməsi üzrə ekspert komissiyasının yekun protokolundan görünür ki, hərraca çıxarılmış Qaradağ rayonunda, “Sahil” əhəngdaşı yatağında (Lot-1) 0,9 ha torpaq sahəsi üzrə hərracın qalibi X20 olmuşdur.

27. X28 X4 0040 nömrəli, xx.xx.2021-ci il tarixli “Dağ-mədən ayrılması” aktından görünür ki, Qaradağ rayonu, “Sahil” əhəngdaşı yatağında 0,9 ha torpaq sahəsi mişar daşı hasilatı üçün 5,5 il müddətinə X11 istifadəsinə verilmişdir.

28. İşdə olan 03/05 nömrəli xx.xx.2022-ci il tarixli yer təkinin istifadəyə verilməsi üzrə hərracın keçirilməsi üzrə ekspert komissiyasının yekun protokolundan görünür ki, Qaradağ rayonu, “Sahil” əhəngdaşı yatağında (Lot-1) 1 ha torpaq sahəsi üzrə hərracın qalibi X16 olmuşdur.

29. X28 X4 0094 nömrəli, xx.xx.2022-ci il tarixli “Dağ-mədən ayrılması” aktından görünür ki, Qaradağ rayonu, “Sahil” əhəngdaşı yatağında 0,1 ha torpaq sahəsi 3 il müddətinə X10 istifadəsinə verilmişdir.

30. İş materiallarından görünür ki, 03/07 nömrəli xx.xx.2022-ci il tarixli yer təkinin istifadəyə verilməsi üzrə hərracın keçirilməsi üzrə ekspert komissiyasinin yekun protokoluna əsasən Qaradağ rayonu, “Sahil” əhəngdaşı yatağında (Lot-3) 0,7 ha torpaq sahəsi və 03/06 nömrəli xx.xx.2022-ci il tarixli yer təkinin istifadəyə verilməsi üzrə hərracın keçirilməsi üzrə ekspert komissiyasinin yekun protokoluna əsasən Qaradağ rayonu, “Sahil” əhəngdaşı yatağında (Lot-2) 1,4 ha torpaq sahəsi üzrə hərracın qalibi X15 olmuşdur.

31. İşdə olan X28 X4 0093 nömrəli, xx.xx.2022-ci il tarixli “Dağ-mədən ayrılması” aktından görünür ki, Qaradağ rayonu, “Sahil” əhəngdaşı yatağında (Lot-2 və Lot-3 ) 2,1 ha torpaq sahəsi 4 il müddətinə X9 istifadəsinə verilmişdir.

32. İddiaçı hazırda mübahisəli ərazi ilə bağlı keçirilmiş hərracı mübahisələndirərək onun nəticələrinin ləğv edilməsini xahiş edir.

33. Məhkəmə qeyd edir ki, “Yerin təki haqqında” Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. İcazə yer təkinin geoloji öyrənilməsinə, ehtiyatları müvafiq qaydada təsdiq edilmiş faydalı qazıntı yataqlarının işlənilməsinə, dağ-mədən müəssisələri və onlarla bağlı emal sahələrinin tullantılarından istifadə olunmasına, yerin təkindən faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilməsinə, xüsusi mühafizə edilən geoloji obyektlərin yaradılmasına, mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanmasına və arxeoloji qazıntıların aparılmasına hüquq verir. İcazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır.

34. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə"yə əsasən: 2.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 materialların təhlili əsasında cari il və perspektiv üçün lisenziyalaşdırma və ya icazə obyektləri kimi maraq doğuran yer təki sahələrinin siyahısını hazırlayır. 2.2. Lisenziyalaşdırılacaq və ya icazə veriləcək obyektlərin siyahısında aşağıdakılar göstərilir: obyektin adı, onun geoloji cəhətdən öyrənilmə dərəcəsi, qiymətləndirməni (təsdiqi) həyata keçirən orqan və tarix də daxil olmaqla, qiymətləndirilmiş ehtiyatlar barədə məlumatlar, müsabiqənin və hərracın nəzərdə tutulan keçirilmə müddəti, yerin təkindən istifadənin növü, müsabiqənin və ya hərracın növü (açıq və yaxud qapalı). 3.1. Yer təkinin istifadəyə verilməsi üzrə keçirilən müsabiqə (hərrac) açıq və ya qapalı elan oluna bilər. 3.2. Açıq müsabiqə (hərrac) yer təki istifadəçilərinin sayı və kateqoriyası üzrə heç bir məhdudiyyət qoyulmadan keçirilir. 5.1. Keçiriləcək müsabiqə və hərraclar üzrə obyektiv qərar qəbul edilməsi məqsədilə ekspert (müsabiqə, hərrac) komissiyası formalaşdırılır. 5.2. Ekspert (müsabiqə) komissiyasının vəzifəsi müsabiqə iştirakçılarının təqdim etdikləri materialların müsabiqə şərtlərinə uyğunluğunu qiymətləndirməkdən və müsabiqənin qalibini və yaxud qaliblərini müəyyən etməkdən ibarətdir. 6.3. Komissiyanın iclası onun siyahı sayının yarısından çoxu iştirak etdikdə keçirilir və səlahiyyətli hesab olunur. Hər iclasın nəticəsi komissiyanın sədri və yaxud həmsədri tərəfindən imzalanan müvafiq protokolla rəsmiləşdirilir. 6.4. Keçirilmiş müsabiqənin (hərracın) nəticələri üzrə komissiyanın fəaliyyətinin yekun protokolu qəbul edilmiş qərarla razı olan bütün komissiya üzvləri tərəfindən imzalanır. Qərar, komissiya üzvlərinin siyahı sayının çoxu tərəfindən (50 faiz üstəgəl bir imza) imzalanarsa qəbul edilmiş hesab edilir. 7.1. Ekspert (müsabiqə, hərrac) komissiyası tərəfindən qəbul edilmiş qərar müsabiqə keçirən orqan tərəfindən təsdiq edilir. 7.2. Əgər elan olunmuş müsabiqənin şərtlərinə iki və yaxud çox yerin təkindən istifadə hüququna namizədlərin təqdim etdikləri materiallar cavab verirsə, onda qalibin müəyyən edilməsi haqqında qərar əlavə şərtlər üzrə, müsabiqənin (hərracın) keçirilməsi barədə qərar verən və onun şərtlərini təsdiq edən orqan tərəfindən qəbul edilir. Belə əlavə şərt kimi həmin iddiaçılar arasında hərracın keçirilməsi ola bilər. Materialları müsabiqənin şərtlərinə cavab verən yerin təkindən istifadə hüququna iddiaçılar yerin təkindən birgə istifadə etmək təklifini verə bilərlər. Onların təkliflərinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş "Yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə "Dağ-mədən ayırması" statusunun verilməsi Qaydaları"na əsasən: - 1.1. Faydalı qazıntıların çıxarılması, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismar edilməsi məqsədi ilə hüquqi və fiziki şəxslərin (bundan sonra yer təki istifadəçilərinin) xüsusi razılığa və ya icazyə əsasən istifadəsinə verilən yer təkinin hüdudları - " Dağ-mədən ayırması" statusu adlanır (bundan sonra "Dağ-mədən ayırması") və akt şəklində X28 X6 (qiymətli və əlvan (o cümlədən nəcib) metallara, qiymətli daş yataqlarına və təzahürlərinə münasibətdə yerin təki sahələrinin birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iştirakı ilə) tərəfindən verilir. - 1.5. Yer təki istifadəçilərinə "Dağ-mədən ayırması"nın verilməsi torpaq sahiblərinin razılığı alındıqdan sonra verilir.

36. Cavabdehin xx.xx.2022-ci il tarixli, 19/1363 nömrəli məktubundan görünür ki, "Sahil" əhəngdaşı yatağının müəyyən hissəsində dövlət geoloji ekspertiza işlərinin keçirilməsi və hərrac vasitəsilə verilməsi üçün Agentliyə xx.xx.2021-ci il tarixdə 2 müraciət daxil olmuşdur. Bundan sonra geoloji ekspertiza işlərinin yerinə yetirilməsi məqsədilə 5 oktyabr 2021-ci il və 19 oktyabr 2021-ci il tarixlərində müqavilələr bağlanmışdır. Ağaddin Məmmədovun sifarişinə əsasən 1 ha, Səməd Məhərrəmovun sifarişi əsasında isə 1.4 ha və 0.7 ha sahədə olmaqla ümumilikdə 3,1 ha sahədə kənar şirkət (ekspert) tərəfindən geoloji qiymətləndirmə işləri aparılmış və faydalı qazıntı ehtiyatları, həmçinin sahənin hüdudlarının müəyyənləşdirilməsinə dair hesabat Agentliyə təqdim edilmişdir. Ekspertizanın yekununda o da məlum olmuşdur ki, qeyd olunan sahənin müxtəlif ərazilərində əvvəllər üstaçma işləri aparılsa da, istismar işləri aparılmamışdır. “Yerin təki haqqında" Qanun 13-cü maddəsinə əsasən icazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə"nin 5.4-cü bəndinə əsasən, Ekspert (müsabiqə, hərrac) komissiyasının tərkibinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra hakimiyyəti orqanının, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri daxil edilirlər. Yuxarıda qeyd olunan normativ hüquqi aktların tələbləri nəzərə alınaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə müvafiq müraciət ünvanlanmışdır. Müraciətə cavab olaraq bildirilmişdir ki, “Sahil” əhəngdaşı yatağının qeyd olunan koordinatlarla müsabiqə və ya hərraca çıxarılmasına icra hakimiyyəti etiraz etməmiş və ekspert komissiyasının tərkibində iştirak etmək üçün nümayəndə təyin etmişdir. X19 9 mart 2022ci il tarixli iclasında “Sahil" əhəngdaşı yatağı 3.1 ha sahədə 3 lot üzrə hərraca çıxarılması barədə qərar qəbul edilmişdir. Agentliyin 10 mart 2022-ci il tarixli 19/301 nömrəli məktubu ilə 11 sahədə 14 Lot üzrə hərracın keçirilməsi üçün zəruri olan məlumatlar X13 PHŞ-ə göndərilmişdir. Agentliyin 11 mart 2022-ci il tarixli 077/Ü nömrəli Əmri ilə Ekspert Komissiyası yaradılmışdır. Qeyd olunan sahə üzrə hərracın 4 may 2022-ci il tarixində keçirilməsi barədə elan verilmişdir. Hərracda qalib olmuş şəxslərin müraciəti isə 2022-ci ilin 21 və 26 aprel tarixlərində daxil olmuşdur. Müraciətləri qəbul edilən şəxslərə Hərraca dəvət barədə məktublar göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada beh məbləğini ödəyən iddiaçıların hərracda iştirakı təmin edilmişdir. 4 may 2022-ci il tarixində X13 PHŞ tərəfindən həyata keçirilən hərracda “Sahil” əhəngdaşı sahəsi üzrə Lot-1 üzrə Ağaddin Məmmədov, Lot-2 və Lot-3 üzrə Səməd Məhərrəmov qalib olmuşdur. Bu barədə 4 may 2022- ci il tarixli 03/05, 03/06 və 03/07 nömrəli yer təkinin istifadəyə verilməsi üzrə hərracın keçirilməsi üzrə ekspert komissiyasının yekin protokolları tərtib edilmişdir. 20 may 2022-ci ildə hərrac qaliblərinə yerin təkindən istifadə məqsədilə 0093 və 0094 nömrəli “Dağ-mədən ayırması" aktları, həmçinin onlara həmin akt üzrə qoyulan tələblər barədə bildirişlər təqdim edilmişdir.

37. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

38. İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

39. Məhkəmə qeyd edir ki, işin halları ilə cavabdeh tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin normalarının, o cümlədən iddiaçının hüquqlarının pozulması müəyyən edilmir.

40. İddiaçı hazırda keçirilmiş həmin hərracı mübahisələndirərkən torpaq sahəsinin icarə müqaviləsi əsasında onun istifadəsində olduğuna, buna görə də onun razılığının alınmasının zəruri olmasına istinad edir.

41. Belə ki, iddiaçı tələbinin əsası kimi onunla Qobu dəvəçilik üzrə kənd təsərrüfatı istehsalı müəssisəsi arasında xx.xx.2004-cü il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləni təqdim edir, hansı ki, həmin müqaviləyə əsasən “Çuxurağıl” qış otlaq sahəsində 8 hektar torpaq sahəsi mişardaşı istehsalı üçün uzun müddətə İddiaçı MMC-nin istifadəsinə vermişdir.

42. Məhkəmə qeyd edir ki, “Torpaq icarəsi haqqında” Qanunun həmin müqavilənin bağlandığı dövrdə qüvvədə olan redaksiyasına əsasən: - Maddə 1. Torpaq icarəsi anlayışı Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. - Maddə 5. İcarəyə verilən dövlət torpaqları - Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: - dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; - yay və qış otlaqlarının torpaqları; - maddə 10. Torpaqların icarəyə verilməsinin ümumi qaydaları Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. - Dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. - Maddə 11. Torpaq icarəsi müqaviləsi - İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. - Maddə 12. Torpaq icarəsi müqaviləsinin dövlət qeydiyyatı - Torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Torpağa icarə hüququ həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Dövlət və bələdiyyə torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilir (bu maddəyə xx.xx.2006-cı il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən maddə aşağıdakı məzmunda yeni redaksiyada verilmişdir: “Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır."). - Maddə 18. Torpağın icarəyə vermək hüququ Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər.

43. Həmçinin Torpaq Məcəlləsinin həmin müqavilənin bağlandığı dövrdə qüvvədə olan redaksiyasına əsasən: - Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. - M a d d ə 6 5 . Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planının və təsvirinin hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir.

5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.

9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. - M a d d ə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir.

3. Torpaqdan (o cümlədən, icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir.

4. Dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir.

5. Torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınır -Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir.

2. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. - M a d d ə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - Maddə 78 Torpaq sahələrinin və onların üzərində hüquqların dövlət qeydiyyatının ümumi qaydaları

3. Torpaq sahəsinə dair əqdlərin dövlət qeydiyyatı həmin əqdlərin predmeti sayılan torpaq sahəsinin planı olduqda həyata keçirilir.

8. Torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. İstinad olunan normalardan görünür ki, torpaq sahəsinin icarəyə verilməsi üçün:

1. seçilmiş sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməli;

2. sahənin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilməli;

3. sahənin planı və təsviri hazırlanmalı;

4. sahənin sərhədləri yerə (naturaya) keçirilməli;

5. torpağın icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanmalıdır.

44. İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı icarə müqaviləsini təqdim etsə də, həmin torpaq sahəsinin sərhədlərini təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir.

45. Belə olan halda onun icarəsinə verilən “Çuxurağıl” qış otlaq sahəsindəki 8 hektar torpaq sahəsinin hazırda məhz üçüncü şəxslərə ayrılan 3 ha torpaq sahəsi ilə üstüstə düşməsi müəyyən olunmur.

46. Bundan başqa, işdən görünür ki, həmin icarə müqaviləsi istinad olunan normalara uyğun olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamışdır.

47. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin torpaq sahəsi üzərində hüququların dövlət qeydiyyatı aparılmamışdır.

48. Digər tərəfdən, işdə olan Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarının 7-ci hissəsinə əsasən Abşeron rayonundakı "xxxx" qoyunçuluq üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC, “S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatım istehsalı müəssisəsi” MMC, "xxxx" MMC və “Qobu” dəvəçilik üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC birləşdirilərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X23 İstehsalat Müəssisəsi” MMC yaradılmışdır. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli dəyişikliklər edilməsi barədə” NK-nın 2018-ci il 25 sentyabr tarixli, 414 nömrəli qərarının 1-ci hissəsinə görə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan məhdud məsuliyyətli cəmiyyətlər, eləcə də “X23 İstehsalat Müəssisəsi” MMC birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X14 və Emal Birliyi” MMC yaradılmışdır. “Çuxur ağıl” qış otlağına aid olmaqla “X14 və Emal Birliyi” MMC-nin istifadəsindədir. “X14 və Emal Birliyi” MMC-nin arxivində aparılmış araşdırma zamanı xx.xx.2004-cü ildə “Qobu” dəvəçilik üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC ilə İddiaçı MMC arasında “Çuxur ağıl” qış otlağından 8 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə və sözügedən müqavilə üzrə icarə haqqının ödənilməsinə dair sənədlər aşkar edilməmişdir.

49. Eyni zamanda “X14 və Emal Birliyi” MMC-nin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Çuxur-ağıl” qış otlaq sahəsi hazırda “X14 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron Regional İdarəsinin balansındadır. “X14 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci il 25 sentyabr tarixdə yaranmışdır. Qeyd edilən müqavilənin əsli Müəssisədə mövcud olmadığından Cəmiyyət yarandığı tarixdən bu günə qədər qeyd edilən müqavilə üzrə icarə haqqının ödənilməsinə dair hər hansı sənəd aşkar edilməmişdir.

50. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi Qobu dəvəçilik üzrə kənd təsərrüfatı istehsalı müəssisəsi arasında xx.xx.2004-cü il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə istinad etsə də, icarəyəverənin hüquqi varisi olan “X14 və Emal Birliyi” MMC həmin müqavilənin ümumiyyətlə Cəmiyyətdə mövcud olmadığını, habelə Cəmiyyətə icarə haqqı ödənilmədiyini bildirmişdir.

51. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2004-cü il tarixli müqaviləyə istinad edərək mübahisəli torpaq sahəsinin onun istifadəsində olmasına istinadən keçirilmiş hərracın nəticələrinin ləğvini tələb etməkdə haqlı olmamışdır.

52. Bundan başqa, xx.xx.1991-ci il tarixli aktdan görünür ki, Qobu qoyunçuluq sovxozuna uzun müddətli təhkim edilmiş 31 nömrəli “Çuxurağıl” qış otlaq sahəsində 10 hektar torpaq sahəsinin mişardaşı istehsalı üçün "Fateh” kiçik müəssisəsinə ayrılmasına o şərtlə etiraz edilməmişdir ki, sifarişçi təşkilat tələb edilən torpaq sahəsini Azərbaycan SSR Nazirlər Sovetinin 28 noyabr 1979-cu il tarixli 468 nömrəli qərarına uyğun sənədləşdirsin və topaqdan istifadə etməmişdən əvvəl onun təsdiqinə Respublika Nazirlər Kabinetində nail olsun. Sifarişçi təşkilat torpaq sahəsinin yeraltı, yerüstü kommunikasiyalarını öyrənib əlaqədar təşkilatlardan müsbət rəylər alınmasını təmin etsin.

53. İşdə olan Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 316 nömrəli sərəncamına əsasən Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 194 nömrəli qərarına əsasən “Fateh” kiçik müəssisəsinə Qobu qoyunçuluq sovxozunun daş örtüyü sahəsində 10 ha torpaq sahəsinin seçilib sənədləşdirilməsi üçün komissiya yaradılmışdır.

54. İddiaçı həmçinin Cəmiyyətin “Fateh” kiçik müəssisəsinin bazasında yaradıldığını bildirməklə həmin torpaq sahəsinin xx.xx.1991-ci il tarixdə “Fateh” kiçik müəssisəsinə ayrılmasına dair bu sərəncama istinad edərək torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Lakin işdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə 0104-P54-39946 nömrə ilə dövlət qeydiyyatına alınmış İddiaçı (VÖEN **********) qeydiyyat qovluğunda hər hansı hüquqi şəxsin bazasında yaradılması və onun hüquqi varisi olması barədə məlumat müəyyən edilməmişdir.

55. Məhkəmə iclasında iddiaçının nümayəndəsi FHN/40-01188 qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli lisenziya əsasında İddiaçı MMC-yə 5 il müddətinə verilmiş dağmədən işləri, dağ və buruq qazmalarının aparılmasına dair lisenziyanın “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 713 nömrəli xx.xx.2015-ci il tarixli Fərmanına əsasən müddətsiz hesab edildiyini bildirməklə ona verilmiş həmin lisenziyanın qüvvədə olduğunu göstərmişdir. Bununa bağlı məhkəmə qeyd edir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə icazə – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin (bundan sonra – hərəkət) yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkətdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 3 nömrəli Əlavənin 20-ci bəndinə əsasən yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi lisenziya deyil, icazəyə aid edilmişdir. İddiaçıya xx.xx.2013-cü il tarixdə verilmiş 00765 nömrəli dağ-mədən ayırması aktı ilə ona yerin təki sahəsində faydalı qazıntıların çıxarılması barədə 5 il müddətinə icazə verildiyindən və bu lisenziya deyil, icazə olduğundan iddiaçının Azərbaycan Respublikası Prezidentinin 713 nömrəli xx.xx.2015-ci il tarixli Fərmanına istinad etməsi əsassız olmuşdur.

56. Beləliklə, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinin istifadəçisi olması sübuta yetirilmədiyindən, cavabdehin üçüncü şəxslər barəsində qəbul etdiyi aktın onun hüquqlarını pozması müəyyən edilmir. Buna görə də onun üçüncü şəxslər barəsində qəbul edilən əlverişli inzibati aktı mübahisələndirməsinə dair hazırkı iddiası təmin edilə bilməz.

57. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar