Məhkəmə qərarları › İş №2-1(112)-1622/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1622/2025

12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1622/2025 12.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Cavabdeh qarşı “üzvlükdən xaric edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi “Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü ii tarixli qərarları əsasında Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vəkillər X4 müvafiq qərarı ilə X2 müraciəti əsasında Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Qeyd edilən intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyası tərəfindən vəkil Cavabdeh və vətəndaş X2 iştirakı ilə müvafiq araşdırma aparılmış, ərizəçinin və vəkilin izahatları alınmış, təqdim olunmuş sənədlər və digər sübutlar tədqiq edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, vəkil Cavabdeh 2023-cü ilin iyun ayında torpaq sahəsinə və üzərindəki tikiliyə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı Bakı İnzibati Məhkəməsində hüquqi yardımın göstərilməsi üçün ona müraciət edən ərizəçi X1 bu barədə onunla müvafiq müqavilə bağlamadan işin 2023-cü ilin sentyabr ayınadək onun xeyrinə həllini vəd edərək müqavilədənkənar qaydada 11000 manat məbləğində pul vəsaitini nağd şəkildə almış, lakin qeyd edilən müddət ərzində ərizəçinin müraciət eldiyi məsələ ilə bağlı əslində heç bir iş görməyərək ərizəçi işin vəziyyəti ilə maraqlandıqda hər dəfə ona guya işlərin qaydasında olması və tezliklə yekunlaşacağına, gah iş üzrə pretenziyanın göndərilməsi və imtina cavabı alınan kimi məhkəməyə müraciət olunacağına, gah artıq məhkəmə prosesinin təyin edilməsinə və bir neçə iclasa qərarın çıxarılacağına dair həqiqətə uyğun olmayan məlumatlar vermiş, işin hər hansı müsbət nəticəsinin olmamasından dolayı ərizəçinin narazılığından və şikayətindən sonra isə aldığı pul məbləğini 2024-cü ilin yanvar ayında ona geri qaytarmışdır. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh peşə fəaliyyətini həyata keçirərkən yalnız qanunun tələblərini rəhbər tutmalı və vəkil etikasına riayət etməli olduğu halda, buna əməl etməyərək, 2023-cü ilin iyun ayında torpaq sahəsinə və üzərindəki tikiliyə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı Bakı İnzibati Məhkəməsində hüquqi yardımın göstərilməsi üçün ona müraciət edən ərizəçi X1 bu barədə onunla müvafiq müqavilə bağlamadan işin 2023-cü ilin sentyabr aymadək onun xeyrinə həllini vəd edərək müqavilədənkənar qaydada 11000 manat məbləğində pul vəsaitini nağd şəkildə almaqla, lakin qeyd edilən müddət ərzində ərizəçinin müraciət etdiyi məsələ ilə bağlı əslində heç bir iş görməyərək, ərizəçi işin vəziyyəti də maraqlandıqda hər dəfə ona guya işlərin qaydasında olması və tezliklə yekunlaşacağına, gah iş üzrə pretenziyanın göndərilməsi və imtina cavabı alınan kimi məhkəməyə müraciət olunacağına, gah artıq məhkəmə prosesinin təyin edilməsinə və bir neçə iclasa qərarın çıxarılacağma dair həqiqətə uyğun olmayan yanlış məlumatlar verməklə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ. İİ və İİİ hissələrinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin. 19-cu maddəsinin İ və İİ hissələrinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-ci, 1.3-cü, 2.2-ci, 2.3-cü, 2.4-cü, 2.5-ci, 2.10-cu, 3.1-ci, 3.4-cü və 3.5-ci bəndlərinin Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə" Qaydaların 2.1-ci, 2.2-ci, 2.3-cü və 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətmişdir. Belə ki, “Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.5-ci bəndinə əsasən, vəkillərin davranışı “Vəkillər və vəkillik fəaliyyəti haqqında’’ Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir. İntizam araşdırmasının nəticəsinə dair Vəkillərin İntizam Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli rəy qəbul olunmuş və “Vəkillərin İntizam Komissiyası haqqında” Əsasnamənin 7.25 və 7.27-ci bəndlərinin tələblərinə əsasən müzakirə edilib müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X3 təqdim edilmişdir. Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2024-cü il tarixli qərarına əsasən, sözügedən intizam işinə baxılaraq yekdilliklə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınmaqla X2 müraciəti əsasında başlanılmış intizam icraatı üzrə peşə fəaliyyətini həyata keçirərkən müraciətdə qeyd olunan xüsusatlarla əlaqədar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1- maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18ci maddəsinin, 19-cu maddəsinin İ. İİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2, 1.3. 2.2, 2.3, 2.4, 2.5. 2.10-cu bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə" Qaydaların 2.1, 2.2. 2.3. 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətdiyinə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Nizamı oğlunun Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır.

4. Azərbaycan Respublikası Vəkillər X4 27 noyabr 2019-cu il tarixli 20 saylı iclas protokolundan çıxarışa əsasən Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 23,5 kv.metr olan qeyri-yaşayış sahəsində vəkil kabinetinin yaradılmasına icazə verilməsi qərara alınmışdır.

5. Vəkilin işin nəticəsi ilə bağlı təminat verməməsi barədə razılıq ərizəsi iş materiallarına əlavə edilmişdir.

6. 26.12.2023-cü il tarixli ərizəyə əsasən X5 bildirmişdir ki, 22 iyun tarixində torpaq məsələləri barədə razılıq ərizəsində verdiyi məbləği göstərilməklə hər iki tərəfdən imza çəkib razılığa gəlmişdirlər. Səbail Rayon Məhkəməsində çalışan Cavabdeh iş müsbət həll olunmadığı təqdirdə verdiyi 11 000 (on bir min manat) .məbləğində pul vəsaitini ona qaytarmağını söz vermişdir. İş prosesini bilə-bilə uzatmağı və sonradan vətəndaş verdiyi məbləği geri istədikdə ona yalan vədlərlə bir neçə dəfə yalan deyib, hətta bir neçə dəfə iş yerinə gətizdirib və orada yenidən pulu verə bilməyəcəyini deyib. Bu günə kimi vətəndaş pulunu ala bilməmişdir.

7. Azərbaycan Respublikası Vəkillər X4 27 dekabr 2023-cü il tarixli 21 saylı iclas protokolundan çıxarışa əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində X2 müraciəti əsasında inzitizam icraatı başlanılaraq araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi qərara alınmışdır.

8. X5 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli izahatda qeyd edilmişdir ki: “2023-cü ilin iyun ayında Lökbatan qəsəbəsində yerləşən mənə məxsus həyətyanı torpaq sahəsi və üzərində olan tikilinin dövlət reyestrində qeydə alınması ilə bağlı vəkil axtarırdım. Bu zaman mənim iş yoldaşım olan X10 mənə bildirdi ki, onun tanıdığı bir nəfər vəkil var və o, bu işdə mənə köməklik göstərə bilər. Onun vasitəsi ilə mən Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsində, Səbail rayon Məhkəməsinin arxa tərəfində yerləşən vəkil kabinetində işləyən vəkil X6 ilə görüşdüm. Ona qeyd edilən məsələ ilə bağlı məlumatları verdim. Bu görüşdə iş yoldaşım Cavid və qardaşım Xalıq da iştirak edirdilər. Vəkil Məhərrəməli Əhməd bizi dinlədikdən sonra bizi əmin etdi ki, o, bu işin öhdəsindən gələ biləsəkdir. Belə ki, O, mənə məxsus torpaq sahəsi və üzərində olan tikiliyə çıxarış alacaqdır. O, mənə 2023-cü ilin sentyabr ayının sonunadək bu məsələni həll edəcəyini bildirdi. Bu görüşdə vəkil Cavabdeh bu işin həll edilməsi üçün 11.000 (on bir min) manat məbləğində pul istədi. Və mən də onunla razılaşdım. Bununla bağlı biz aramızda vəkilin tərtib etdiyi "Razılıq Ərizəsi" adı altında bir sənəd imzaladıq və mən ertəsi gün yəni xx.xx.2023-cü il tarixdə vəkilin öz vatsap nömrəsindən mənə atmış olduğu bank kartına 11.000 manat pulu köçürdüm. Bundan sonra vəkildən işin gedişatı ilə daim maraqlanırdım. O, isə öz növbəsində mənə işlə bağlı müraciət edildiyini, Komitədən imtina cavabı alıb Məhkəməyə müraciət edəcəyini və qısa zaman ərzində işi yekunlaşdıracağını, daha sonralar isə işin artıq məhkəmə müstəvisində olduğunu və hətta bir proses keçirildiyini də bildirirdi. Aramızda olan razılığa əsasən mən sentyabr ayının sonuna qədər gözlədim və onun yalan sözlərinə inandım. Lakin 2023-cü ilin noyabr ayının ortalarında artıq mənə məlum oldu ki, vəkil Cavabdeh məni aldadıb və işimlə bağlı hər hansı hərəkət etməmişdir. Bu zaman mən ondan verdiyim 11.000 manat pulumu geri tələb etməyə başladım. Bundan sonra vəkil hər gün yalan vədlər verərək pulu qaytaracağını bildirirdi. Mən onun bu yalan vədlərinə dekabr ayının 25-nə kimi inandım və anladım ki, vəkil məni aldadaraq pulumu alıb və qaytarmaq istəmir. Belə olan təqdirdə mən Vəkillər Kollegiyasına müraciət etdim. Bildirmək istəyirəm ki, vəkil Cavabdeh bu günə qədər mənim pulumu qaytarmamış və yenə də yalan vədlər verməyə davam edir. Hətta onun dostu olan mənim iş yoldaşım Cavid mənə bildirdi ki, ondan şikayət etdiyim üçün pulu mənə qaytarmayacaqdır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, vəkil Cavabdeh ilə bağlı bütün yazışmaların surətini Sizə təqdim edə bilərəm. Sual: - Siz Cavabdeh ilə hər hansı müqavilə bağlamısınızmı, bağlamısınızsa harada və hansı məbləğdə müqavilə bağlamısız? Cavab: - Mən vəkil Cavabdeh ilə hər hansı müqavilə bağlamamışam və onun tərəfindən mənə belə bir təklif edilməmişdir. Yalnız Kollegiyaya təqdim etdiyim razılıq Ərizəsi adlı sənəd tərtib edilmiş və imzalanmışdır. Sual: - Siz Cavabdeh sizin hüquqi işlərinizi görmək üçün hər hansı etibarnamə vermisinizmi? Cavab: - Mən vəkil Cavabdeh hər hansı etibarnamə verməmişəm. Belə ki, o mənə bildirdi ki, ehtiyac olduqda özü mənə deyəcəkdir. Ancaq mənim şəxsiyyət vəsiqəmin surətini məndən götürdü. Başqa hər hansı sənəd məndən istəmədi və götürmədi. Sual: - İzahatınıza başqa əlavəniz varmı? Cavab: - İzahata başqa əlavəm yoxdur. İzahat mənə ucadan oxundu, mənim sözlərimlə doğru yazılıb, imzamla təsdiq edirəm.”

9. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli izahatda qeyd edilmişdir ki: “Belə ki, mən 2019-cu il tarixdən Vəkillər Kollegiyasının üzvü olaraq vəkillik fəaliyyəti ilə məşğul oluram. Fəaliyyətimi ilk gündən Bakı şəhəri 12 saylı vəkil bürosunda həyata keçirirəm. 2019-cu ildən də ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsində vəkil kabinetimdə fəaliyyət göstərirəm. Vət. Xalidə Mustafayeva 2023-cü ilin iyun ayının 22-də tanışım Cavid adlı şəxs vasitəsi ilə özünün Lökbatan qəsəbəsində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə dövlət reyestrindən çıxarışın alınması məqəsdi ilə Bakı İnzibati Məhkəməsində ona hüquqi yardım göstərilməsi üçün mənə müraciət etmişdir. Vət. Xalidə Mustafayeva ilə 22 iyun 2023-cü il tarixdə fəaliyyət göstərdiyim vəkil kabinetində görüşdük və işin müzakirəsini apardıq. Müzakirələr zamanı ilkin hüquq müəyyənedici sənədlərinin olmadığı müəyyən etdim və ona işin məhkəmə prespektivinin olmadığını bildirdim. Onun xahişi ilə işi tanıdığım başqa bir adam yönləndirdim. Həmin şəxs isə mübahisənin məhkəmədən kənar həllinə nail olacağını bildirdi. Əvvəllər də onun bu kimi işlərlə məşğul olduğunu, işlərin nailiyyətlə başa vurduğundan məlumatım var idi. Buna görə də mən Xalidə Mustafayevadan işin həlli ilə bağlı 11.000 (on bir min) manat ödəyəcəyini bildirdim. Xalidə Mustafayeva isə bu məbləğlə razılışdı. Və biz aramızda "Razılıq Ərizəsi" adlı bir sənəd tərtib etdik. Həmin sənədə əsasən mən ondan 11.000 (on bir min) manat pulun götürdüyümü əgər iş uğurlu alınmasa pulu tam şəkildə ona qaytaracağıma dair akt yazıb verdim. Mən ona bildirmişdim ki, həmin məsələ 4-5 ay ərzində həllini tapacaqdır. Xalidə xanımdan aldığım pulu isə işi həll edən adama verdim. Xalidə xanım bir neçə ay keçdikdən sonra işi dayandırmağımı və pulu ona geri qaytarmağı tələb etdi. Mən isə pulu verdiyim adamdan geri ala bilmədim. Bu səbəbdən də Xalidə xanımın verdiyi pulu ona geri qaytarmağım bir müddət gecikdi. Nəhayət 17 yanvar 2024cü il tarixdə pulu öz vəsaitim hesabına tanışım Cavidin vasitəsi ilə Xalidə xanıma geri qaytardım. Hazırda Xalidə xanım məndən şikayətçi olmadığını bildirir və bu barədə ərizəni Vəkillər Kollegiyasına 22 yanvar 2024-cü il tarixdə təqdim edəcəyini bildirmişdir. Belə ki işdən çıxa bilmədiyi üçün ərizəni gec təqdim edir. Yuxarıda qeyd etdiklərimə əlavə olaraq bildirirəm ki, vət. Xalidə Mustafayevanın izahatı ilə tanış oldum və qeyd edilənlərlə razı deyiləm. Belə ki, mən Xalidə xanıma hər hansı hüquqi yardım göstərməmişəm və buna görə də onunla aramızda hüquqi yardımla bağlı müqavilə bağlanmamışdır. Bu səbəbdən də ondan hər hansı etibarnamə götürməmişəm. Mən sadəcə tanışım Cavidin yaxını olduğu üçün və Xalidə xanımın təkidlə məndən kömək istədiyi üçün bir növ vasitəçi kimi ondan aldığım pul vəsaitini başqa bir şəxsə vermişəm. Həmin işdə hər hansı maddi marağım olmamışdır. Sadəcə məqsədim Xalidə xanıma kömək etmək olmuş və həmin pul məbləği də ona tərəfimdən geri qaytarılmışdır. Mən ona hər hansı halda işin məhkəmə müstəvisində həll edildiyini və məhkəmə prosesinin olması və keçirilməsi barədə məlumat verməmişəm. Sual: - Hazırda tərəfimdən Xalidə Mustafayevanın intizam komissiyasına izahat verərkən izahatına əlavə etdiyi telefon danışığı və səs yazılarından ibarət telefonun ekran qeydinin video və səs yazısı sizə göstərildi. Həmin video və səs yazılarında olan səslər sizə və Xalidə Mustafayevaya aiddirmi? Cavab: - Bəli həmin səs yazıları və danışıqlar mənimlə Xalidə Mustafayeva arasında aparılmışdır. Bununla bağlı demək istəyirəm ki, mənim pul verdiyim adam mənə nə deyirdisə mən də öz növbəmdə Xalidə xanıma çatdırırdım. Bu səbəbdən də əslində tərəfimdən məhkəməyə hər hansı müraciət olunmamışdır və mən hər hansı məhkəmə prosesində iştirak etməmişəm. Ümumiyyətlə tərəfimdən də hər hansı pretenziya və digər sənədlər tərtib edilməmişdir. Ümumiyyətlə bu məsələ ilə bağlı mən hər hansı hərəkətlər etməmişəm və iş ümumi olaraq mənim icraatımda olmamışdır. Sual: Səs yazısı və yazışmalarda sizin tərəfinizdən işin 2023-cü ilin sentyabr ayının sonuna qədər həll ediləcəyi barədə vəd etdiyniz görünür. Bununla bağlı nə deyə bilərsiniz? Cavab: - Pulu verdiyim və işi görən adam mənə bu cür dediyi üçün mən də Xalidə xanıma həmin vaxtda işin yekunlaşacağını bildirmişdim. Sual: - X9 işi ilə bağlı reallıqda hər hansı pretenziyanın və ya iddianın məhkəməyə verilib verilmədiyini, məhkəmə prosesinin olub olmadığını, olmuşdursa işin hansı hakimin icraatında olması barədə məlumat əldə etmişdinizmi? Cavab: - Mənə işin məhkəmənin icraatında olması barədə məlumat vermişdilər amma hansı hakimin icraatında olması yadımda qalmayıb. Belə ki, özüm şəxsən məhkəmədən maraqlanmamışdım. Sual: - İzahatınıza başqa əlavəniz varmı? Cavab: - İzahatıma başqa əlavəm yoxdur, izahatımı oxudum, mənim sözlərimlə doğru yazılmışdır, odur ki, izahatımın doğruluğunu imzamla təsdiq edirəm.”

10. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun 22 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş X5 ilə Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Cavabdeh arasında 22 iyun 2023-cü il tarixdən hal-hazıradək hüquqi yardım barədə hər hansı müqavilə bağlanılmamışdır.

11. 24.01.2024-cü il tarixli ərizəyə əsasən X5 bildirmişdir ki, vəkil Cavabdeh həyətyanı sahə üçün sənədlərinin həlli üçün ondan razılıq ərizəsi ilə 11000 manat məbləğində pul götürmüş və xeyli müddət keçdikdən sonra məsələnin həll olunmadığını görüb pulu geri qaytarmağını istəmişdir. Ona pulu qaytarmadığını istəmişdir. Cavabdeh ona 11000 manatı tam olaraq qaytarmışdır.

12. X2 müraciəti əsasında Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində başlanılmış intizam icraatı üzrə aparılmış araşdırmanın nəticəsində dair Vəkillərin İntizam Komissiyasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən: “Araşdırmanın nəticəsi Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki. Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh peşə fəaliyyətini həyata keçirərkən yalnız qanunun tələblərini rəhbər tutmalı və vəkil etikasına riayət etməli olduğu halda, buna əməl etməyərək, 2023-cü ilin iyıın ayında torpaq sahəsinə və üzərindəki tikiliyə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı Bakı İnzibati Məhkəməsində hüquqi yardımın göstərilməsi üçün ona müraciət edən ərizəçi X1 bu barədə onunla müvafiq müqavilə bağlamadan için 2023-cü ilin sentyabr ayınadək onun xeyrinə həllini vəd edərək müqavilədənkənar qaydada 1000 manat məbləğində pul vəsaitini nağd şəkildə almaqla, lakin qeyd edilən müddət ərzində ərizəçinin müraciət etdiyi məsələ ilə bağlı əslində heç bir iş görməyərək, ərizəçi işin vəziyyəti ilə maraqlandıqda hər dəfə ona guya işlərin qaydasında olması və tezliklə yekunlaşacağına, gah iş üzrə pretenziyanın göndərilməsi və imtina cavabı alınan kimi məhkəməyə müraciət olunacağına, gah artıq məhkəmə prosesinin təyin edilməsinə və bir neçə iclasa qərarın çıxarılıacağına dair həqiqətə uyğun olmayan yanlış məlumatlar verməklə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ, İİ və İİİ hissələrinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin 1 hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İ və İİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci, 1.3-cü, 2.2-ci, 2.3-cü, 2.4-cü, 2.5-ci, 2.10-cu, 3.1-ci. 3.4-cü və 3.5-ci bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2019-cıı il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1-ci, 2.2-ci, 2.3-cü və 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq. intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətmişdir. Belə ki, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, vəkillərin davranışı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir.”

13. Azərbaycan Respublikası Vəkillər X4 17 may 2024-cü il tarixli 08 saylı iclas protokolundan çıxarışa əsasən Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınması, peşə fəaliyyətini həyata keçirərkən yalnız qanunun tələblərini rəhbər tutmalı və vəkil etikasına riayət etməli olduğu halda, buna əməl etməyərək, 2023-cü ilin iyun ayında torpaq sahəsinə və üzərindəki tikiliyə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı Bakı inzibati Məhkəməsində hüquqi yardımın göstərilməsi üçün ona müraciət edən ərizəçi X1 bu barədə onunla müvafiq müqavilə bağlamadan işin 2023-cü ilin sentyabr ayınadək onun xeyrinə həllini vəd edərək müqavilədənkənar qaydada 11000 manat məbləğində pul vəsaitini nağd şəkildə almaqla, lakin qeyd edilən müddət ərzində ərizəçinin müraciət etdiyi məsələ ilə bağlı əslində heç bir iş görməyərək, ərizəçi işin vəziyyəti ilə maraqlandıqda hər dəfə ona guya işlərin qaydasında olması və tezliklə yekunlaşacağına, gah iş üzrə pretenziyanın göndərilməsi və imtina cavabı alınan kimi məhkəməyə müraciət olunacağına, gah artıq məhkəmə prosesinin təyin edilməsinə və bir neçə iclasa qərarın çıxarılıacağına dair həqiqətə uyğun olmayan yanlış məlumatlar verməklə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ, İİ və İİİ hissələrinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İ və İİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci, 1.3-cü, 2.2-ci, 2.3-cü, 2.4-cü, 2.5-ci, 2.10-cu, 3.1-ci, 3.4- cü və 3.5-ci bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1-ci, 2.2-ci, 2.3-cü və 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətdiyinə görə, Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilsin və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək vəkillik fəaliyyəti dayandırılması qərara alınmışdır.

14. Azərbaycan Respublikası Vəkillər X4 04 noyabr 2024-cü il tarixli 08 saylı iclas protokolundan çıxarışa əsasən Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınması və Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərmiş və hazırda fəaliyyəti dayandırılmış vəkil Cavabdeh tərəfindən peşə fəaliyyətini həyata keçirərkən, zərərçəkmiş şəxs kimi hüquqlarının müdafiəsi üçün ona müraciət etmiş X8 ilə hüquqi yardımın göstərilməsi haqqında 13.03 2024-cü il tarixli müqavilə bağlayıb, ondan müqavilədən kənar qaydada nağd şəkildə 10.000 manat pul vəsaitini alaraq, müqavilədə hüquqi yardım haqqı olaraq qeyd edilmiş həmin məbləğin fəaliyyət göstərdiyi Vəkil Bürosunun bank hesabına köçürmə yolu ilə ödənilməsini təmin etməməklə, müqaviləyə nömrə qoyulmayıb Büroda qeydiyyata alınmamaqla, müqavilədə vəkilə həvalə edilən tapşırığın mahiyyəti və tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan, təşkilat, hüquqi yardıma görə haqqın məbləği göstərilməməklə, müqavilə müraciət edən şəxs və vəkil tərəfindən imzalansa da, vəkil qurumu rəhbərinin imzası və möhürü ilə təsdiqlənməməklə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ, İİİ hissələrinin, 14-cü maddəsinin İ hissəsinin, 15-ci maddəsinin İİ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin. 18- ci maddəsinin və 19-cu maddəsinin İ, İİ hissələrinin, "Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 2.1, 2.2, 2.3, 2.4, 2.5 və 2.10-cu bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardımın göstərilməsi haqqında müqavilənin nümunəvi forması"nın Preambulasının, 1.2, 1.3, 2.1 və 4.5-ci bəndlərinin, Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə" Qaydaların 2.1, 2.2, 2.3, 3.1, 3.2 və 3.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə əsas ola biləcək əməlləri (hərəkətləri) törətdiyinə görə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin Vİİİ hissəsinə əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilsin və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək vəkillik fəaliyyəti dayandırılması qərara alınmışdır.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

II. İddianın növü və mümkünlüyü

17. İPM-in 2.2.5-ci maddəsinə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. İddia tələbi Azərbaycan Respublikası Vəkillər X4 xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları əsasında Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlıdır.

19. Məhkəmə qeyd edir ki, cavabdeh hazırkı iddia tələbi Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə vəkil arasında hüquq münasibətlərinin mövcud olmamasının müəyyən edilməsi ilə bağlıdır. Odur ki, iddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları İ. Vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. İİ. Vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. İİİ. Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İV. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Maddə 18. Vəkil etikası Vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Maddə 19. Vəkil tərəfindən göstərilən hüquqi yardım haqqının ödənilməsi İ. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.[61] İİ. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. İİİ. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Maddə 23. Vəkilin fəaliyyətinə xitam verilməsi İ. Vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. İİ. Vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.

21. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə: 2.2. Vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 3.1. Vəkil müqavilə əsasında və ya qanunla müəyyən olumuş qaydada dövlət hesabına hüquqi yardım göstərir. 3.4. Vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütamadi olaraq məlumatlandırmalıdır. 3.5. Vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Vəkil göstərdiyi hüquqi yardımın nəticəsi ilə əlaqədar vəd verməməlidir.

22. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı Vəkil Bürosunun 22 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş X5 ilə Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Cavabdeh arasında 22 iyun 2023-cü il tarixdən hal-hazıradək hüquqi yardım barədə hər hansı müqavilə bağlanılmamışdır.

23. Vəkilin işin nəticəsi ilə bağlı təminat verməməsi barədə razılıq ərizəsi iş materiallarına əlavə edilmişdir.

24. Cavabdeh izahatında bildirmişdir ki: “X7 2023-cü ilin iyun ayının 22-də tanışım Cavid adlı şəxs vasitəsi ilə özünün Lökbatan qəsəbəsində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə dövlət reyestrindən çıxarışın alınması məqəsdi ilə Bakı İnzibati Məhkəməsində ona hüquqi yardım göstərilməsi üçün mənə müraciət etmişdir. Vət. Xalidə Mustafayeva ilə 22 iyun 2023-cü il tarixdə fəaliyyət göstərdiyim vəkil kabinetində görüşdük və işin müzakirəsini apardıq. Müzakirələr zamanı ilkin hüquq müəyyənedici sənədlərinin olmadığı müəyyən etdim və ona işin məhkəmə prespektivinin olmadığını bildirdim. Onun xahişi ilə işi tanıdığım başqa bir adam yönləndirdim. Həmin şəxs isə mübahisənin məhkəmədən kənar həllinə nail olacağını bildirdi. Əvvəllər də onun bu kimi işlərlə məşğul olduğunu, işlərin nailiyyətlə başa vurduğundan məlumatım var idi. Buna görə də mən Xalidə Mustafayevadan işin həlli ilə bağlı 11.000 (on bir min) manat ödəyəcəyini bildirdim. Xalidə Mustafayeva isə bu məbləğlə razılaşdı və biz aramızda "Razılıq Ərizəsi" adlı bir sənəd tərtib etdik. Həmin sənədə əsasən mən ondan 11.000 (on bir min) manat pulun götürdüyümü əgər iş uğurlu alınmasa pulu tam şəkildə ona qaytaracağıma dair akt yazıb verdim. Mən ona bildirmişdim ki, həmin məsələ 4-5 ay ərzində həllini tapacaqdır. Xalidə xanımdan aldığım pulu isə işi həll edən adama verdim. Xalidə xanım bir neçə ay keçdikdən sonra işi dayandırmağımı və pulu ona geri qaytarmağı tələb etdi. Mən isə pulu verdiyim adamdan geri ala bilmədim. Bu səbəbdən də Xalidə xanımın verdiyi pulu ona geri qaytarmağım bir müddət gecikdi. Nəhayət 17 yanvar 2024-cü il tarixdə pulu öz vəsaitim hesabına tanışım Cavidin vasitəsi ilə Xalidə xanıma geri qaytardım. Hazırda Xalidə xanım məndən şikayətçi olmadığını bildirir və bu barədə ərizəni Vəkillər Kollegiyasına 22 yanvar 2024-cü il tarixdə təqdim edəcəyini bildirmişdir.”

25. Məhkəmə qeyd edir ki, Cavabdeh, iddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından olan vətəndaşa iddia tələbinin təmin ediləcəyini və ya əks halda ödənişin geri qaytarılacağını vəd edərək ondan 11 000 manat məbləğində pul aldığını öz izahatında təsdiqləmişdir.

26. Məhkəmə hesab edir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə, vətəndaş X5 ilə hüquqi yardımın göstərilməsi haqqında hər hansı rəsmi müqavilə bağlanmadan ödəniş alması iş materialları ilə təsdiqini tapır. Bu kimi hərəkətlər qanunla tənzimlənən hüquqi öhdəliklərin yerinə yetirilməməsi və şəffaflıq prinsiplərinin pozulmasına, vətəndaşın hüquqlarının lazımi səviyyədə qorunmamasına, hüquqi proseslərdə qeyri-müəyyənliyin yaranmasına və vəkillik institutunun etibarının azalmasına gətirib çıxara bilər.

27. Odur ki, iddia tələbi təmin edilməlidir, Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməlidir.

28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar