Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1631/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı X3 nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “maliyyə sanksiyalarının ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 15.03.2021-ci il tarixli FA-07 əmrlə yaradılmış komissiyanın 09.06.2021-ci il tarixli qərarı ilə tətbiq olunan, 11.06.2021-ci il tarixli göstərişlə tələb olunan 2.818,77 manat, 25.06.2021-ci il tarixli qərarla tətbiq olunan, 29.06.2021 tarixli göstərişlə tələb olunan 5.637,55 manat maliyyə sanksiyasiyalarının ləğv olunması (geri çağırılması), Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 15.03.2021-ci il tarixli FA-07 əmrlə yaradılmış komissiyanın barələrində apardığı araşdırmaya xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə sasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 15.03.2021-ci il tarixli FA-07 əmrlə yaradılmış komissiyanın 09.06.2021-ci il və 25.06.2021-ci il tarixli qərarların ləğv olunması, hüquqi nəticələri olmayan kimi qiymətləndirilməsi, Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 15.03.2021-ci il tarixli FA-07 əmrlə yaradılmış komissiyanın 09.06.2021 tarixli qərarı ilə tətbiq olunan, 11.06.2021-ci il tarixli göstərişlə tələb olunan 2.818,77 manat, 25.06.2021-ci il tarixli qərarla tətbiq olunan, 29.06.2021-ci il tarixli göstərişlə tələb olunan 5.637,55 manat maliyyə sanksiyalarnın ləğv olunması (geri çağırılması), Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 15.03.2021-ci il tarixli FA-07 əmrlə yaradılmış komissiyanın barələrində apardığı araşdırmaya xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 15.03.2021 tarixli FA-07 əmrlə yaradılmış komissiyanın 09.06.2021-ci il və 25.06.2021-ci il tarixli qərarlarının ləğv olunması, hüquqi nəticələri olmayan kimi qiymətləndirilməsi, Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 15.03.2021 tarixli FA- 07 əmrlə yaradılmış komissiyanın 09.06.2021 tarixli qərarı ilə tətbiq olunan, 11.06.2021 tarixli göstərişlə tələb olunan 2 818,77 manat, 25.06.2021 tarixli qərarla tətbiq olunan, 29.06.2021 tarixli göstərişlə tələb olunan 5 637,55 manat maliyyə sanksiyasiyalarının ləğv olunması (geri çağırılması) və Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 15.03.2021 tarixli FA-07 əmrlə yaradılmış komissiyanın barəsində aparılmış araşdırmaya xitam verilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. İddiaçı iddia ərizəsində (və ona əlavələrdə) göstərmişdir ki, Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra qurum) 09.06.2021-ci il tarixli qərarla tələb olunan sənədləri təqdim etmədiyinə görə maliyyə sanksiyası tətbiq etmiş və tələb etdiyi sənədləri sadalamışdır. 11.06.2021-ci il tarixli göstəriş ilə tətbiq olunmuş 2.818,77 manat maliyyə sanksiyasının ödənilməsi və qərarda sadalanan sənədlərin 3 gün ərzində təqdim edilməsi tələb olunmuşdur. 25.06.2021-ci il tarixli qərarla qurum 11.06.2021-ci il tarixli göstəriş (çıxış nömrəsi: G00059, 14.06.2021-ci il) yerinə yetirmədiyi üçün 5.637,55 manat maliyyə sanksiyası tətbiq etmiş və 29.06.2021-ci il tarixli göstəriş ilə bu məbləğin göstərilən hesaba köçürülməsini tələb etmişdir. 09.06.2021-ci il tarixli qərar 16.06.2021-ci il tarixində, 11.06.2021-ci il tarixli göstəriş 17.06.2021-ci il tarixində, 25.06.2021-ci il tarixli qərar 30.06.2021-ci il tarixində, 29.06.2021-ci il tarixli göstəriş 05.07.2021-ci il tarixində ünvanına daxil olmuşdur. Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra qurum) "xxxx" MMC-nin onlara olan müraciəti əsasında barəsində iş qaldırmışlar. Bundan sonra araşdırmalar üçün müxtəlif tarixlərdə iclaslar keçirilmiş, iclaslarda təmsilçisi iştirak etmiş, iş qaldırılması üçün qanuni əsasların olmadığı, qəbul edilən qərarlar üçün qurumun səlahiyyətli olmadığı, tələb etdikləri sənədlərin mücərrəd olduğu, icrası üçün dəqiqləşdirilməli olduqları barədə dəfələrlə həm şifahi, həm yazılı müraciətlər olunmuş, mövqelərinin hər bi məqamı müvafiq qanunvericilik aktları ilə birlikdə təqdim olunmuşdur. Qərarlarda tələblər iclaslardakı çıxışlarından, müraciətlərindən sonra dəfələrlə dəyişdirilmiş, qurum tərəfindən faktiki olaraq yanlışlığı qəbul edilmiş, lakin buna baxmayaraq onlara maliyyə sanksiyası tətbiq olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin ünvan 1 ünvanında fəaliyyət göstərən mağaza tərəfindən “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X9 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 16.09.2020-ci il tarixli 305 №li müraciəti (daxiloma qeydiyyatı: 17.09.2020, 5/1626) daxil olmuşdur. Müraciətdə “CROCODİLE” adlı mağazada “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X9 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanından qeyri-qanuni istifadə edilməklə həmin əmtəə nişanlı malların satıldığı bildirilmişdir. "xxxx" MMC 327 №li 09.12.2020-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/2425, 16.12.2020-ci il) ilə “PAUL & SHARK” beynəlxalq əmtəə nişanın sahibi olan “DAMA S.P.A” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədləri Xidmətə təqdim etmişdir. Eyni zamanda "xxxx" MMC-nin 330 nömrəli 29.12.2020-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/2511, 30.12.2020-ci il) ilə “HUGO BOSS” beynəlxalq əmtəə nişanının sahibi “HUGO BOSS X9 GmbH & Co. KG” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədlər təqdim edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar “CROCODİLE” adlı mağazanın sahibi X2 Xidmətin 28.12.2020-ci il tarixli AİBNDX-05/01-5/2080 nömrəli məktubu ilə “PAUL & SHARK” və 08.01.2021-ci il tarixli AİBNDX-05/01-5/33 nömrəli məktubu ilə isə “HUGO BOSS” əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi xahiş olunmuşdur. X6 tərəfindən daxil olmuş məktublarla (daxiloma qeydiyyatları: 5/74, 13.01.2021-ci il və 5/125, 19.01.2021-ci il) bir sıra məlumatlar təqdim edilsə də, tələb olunmuş sənəd və məlumatlar tam təqdim edilməmişdir. "xxxx" MMC-nin 005 nömrəli 21.01.2021-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/155, 22.01.2021-ci il) ilə ünvan 2 ünvanında yerləşən “CROCODİLE” adlı mağazanın “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanı adı altında mənşəyi bəlli olmayan malların satışının həyata keçirildiyinin davam etdirildiyi bildirilmişdir. Məktubla təqdim edilən kassa nəzarət çekində sözü gedən ünvanda fiziki şəxs X3 (VÖEN: **********) fəaliyyət göstərdiyi qeyd edilmişdir. "xxxx" MMC 18.02.2021-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/526, 22.02.2021-ci il) ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor on-line məlumat bazasında “HUGO BOSS” beynəlxalq əmtəə nişanından istifadə hüququnu 754225 saylı Şəhadətnamə ilə 08.02.2031-ci ilə qədər artırıldığını təsdiq edən sənədlərin surətini təqdim emişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla X3 fəaliyyətinə dair antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləi üzrə iş qaldırılmış, işə baxılması 07.04.2021-ci il tarixinə təyin edilərək, müvafiq qərarla mahiyyəti üzrə araşdırma aparılması üçün zəruri olan bir sıra sənəd və məlumatların təqdim edilməsi tələb edilmişdir. X6 lazımı sənədləri təqdim etməmiş və bu səbəbdən Dövlət Xidmətinin 09.06.2021-ci il tarixli Qərarı ilə barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin həmin qərarın məcburi icrasını təmin etmək məqsədilə fiziki şəxsə 11.06.2021-ci il tarixli Göstəriş verilmişdir. Lakin Göstəriş icra edilməyərək, tələb olunan sənədlər müəyyən olunmuş müddətdə Xidmətə təqdim olunmamışdır. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı X3 nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə (ona edilmiş dəyişikliklərə) uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə oğlu məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarından görünür ki: "xxxx" MMC 16.09.2020-ci il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən “CROCODİLE” mağazasının “PAUL & SHARK” və “HUGO BOSS” brendlərinin əmtəə nişanlarını qanunsuz olaraq vitrin şüşəsinə əlavə etdiyini, halbuki həmin brendlərin əmtəə nişanlarının aşağıda göstərilən Əqli Mülkiyyət Agentliyinin verdiyi bildirişlərə və WİPO qeydiyyatına əsasən (WİPO qeydiyyat nömrələri -496286 saylı “PAUL & SHARK yachtinq”; 754225 saylı “HUGO BOSS”) Azərbaycan Respublikasında qorunduğunu və müvafiq müqavilələr əsasında onların rəsmi idxal və təmsil etmək hüququ ilə "xxxx" MMC-yə məxsus olduğunu bildirərək, “CROCODİLE” mağazasının vitrin şüşələrində yuxarıda göstərilən brendin əmtəə nişanlarının yığışdırılması üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 28.12.2020-ci il tarixli AİBNDX-05/01-5/2080 №li və 08.01.2021-ci il tarixli AİBNDX-05/01-5/33 №li məktublarla “CROCODİLE” adlı mağazanın sahibi X4 müraciət olunaraq, müvafiq olaraq “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi xahiş olunmuşdur. X6 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış məktublarla (daxiloma qeydiyyatları: 5/74, 13.01.2021-ci il və 5/125, 19.01.2021-ci il) bir sıra məlumatlar təqdim edilsə də, tələb olunmuş sənəd və məlumatlar tam şəkildə Xidmətə təqdim edilməmişdir. "xxxx" MMC yenidən 005 nömrəli 21.01.2021-ci il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən “CROCODİLE” adlı mağazanın “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanı adı altında mənşəyi bəlli olmayan malların satışının həyata keçirildiyinin davam etdirildiyini bildirmişdir. Məktuba əlavə edilmiş kassa nəzarət çekində sözü gedən ünvanda fiziki şəxs X3 (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin 18.02.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmuş Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor on-line məlumat bazasında “HUGO BOSS” beynəlxalq əmtəə nişanından istifadə hüququnun 754225 saylı Şəhadətnamə ilə 08.02.2031-ci ilə qədər artırıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” 15 mart 2021-ci il tarixli qərarı ilə qeydiyyat ünvanı AZ 1010, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 60 olan fiziki şəxs X6 (VÖEN: **********) barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” 09 iyun 2021-ci il tarixli qərarı ilə Xidmət tərəfindən tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə qeydiyyat ünvanı AZ 1010, ünvan 5 ünvanı isə AZ 1095, Bakı şəhəri, Səbail rayonu, Rəzul Rza küçəsi, ev 7/9 olan fiziki şəxs X4 (VÖEN: **********) “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinin beşinci abzasına əsasən 2021-ci ilin mart-may ayı ərzində əldə etdiyi 56.375,48 manat gəlirin 5 faizi miqdarında, yəni 2.818,77 manat maliyyə sansksiyası tətbiq edilməsi, qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” 11 iyun 2021-ci il tarixli Göstərişi ilə qeydiyyat ünvanı AZ 1010, ünvan 5 ünvanı isə AZ 1095, Bakı şəhəri, Səbail rayonu, Rəzul Rza küçəsi, ev 7/9 olan fiziki şəxs X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 15.03.2021-ci il tarixli FA-07 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının 09 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində tətbiq edilmiş 2818,77 manat məbləğində maliyyə sanksiyasının 30 (otuz) gündən gec olmayaraq, təqdim olunmuş hesaba köçürülməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi və işə baxılmasının dayandırılması haqqında” 25 iyun 2021-ci il tarixli qərarı ilə Xidmət tərəfindən verilmiş icrası məcburi olan 11.06.2021-ci il tarixli Göstərişi (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) yerinə yetirmədiyi üçün qeydiyyat ünvanı AZ 1010, ünvan 5 ünvanı isə AZ 1095, Bakı şəhəri, Səbail rayonu, Rəzul Rza küçəsi, ev 7/9 olan fiziki şəxs X4 (VÖEN: **********) “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzasına əsasən 2021-ci ilin mart-may ayı ərzində əldə etdiyi 56.375,48 manat gəlirin 10 faizi miqdarında, yəni 5637,55 manat maliyyə sansksiyası tətbiq edilməsi, qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” 29 iyun 2021-ci il tarixli Göstərişi ilə qeydiyyat ünvanı AZ 1010, ünvan 5 ünvanı isə AZ 1095, Bakı şəhəri, Səbail rayonu, Rəzul Rza küçəsi, ev 7/9 olan fiziki şəxs X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 15.03.2021-ci il tarixli FA-07 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının 25 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində tətbiq edilmiş 5637,55 manat məbləğində maliyyə sanksiyasının 30 (otuz) gündən gec olmayaraq, təqdim olunmuş hesaba köçürülməsi tələb olunmuşdur. Məhkəmə bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bununla əlaqədar məhkəmə qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiiyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Həmin Qaydaların: - 1.1-ci bəndinə görə Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. - 2.1-ci bəndinə görə Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. - 2.2-ci bəndinə görə Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. - 2.3-cü bəndinə görə Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. 2.4-cü bəndinə görə Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. 2.10-cu bəndinə əsasən Komissiyanın iclasında tərəflər, həmçinin Antiinhisar orqanının qərarı ilə işdə iştirak edən şəxslər dinlənilir. 2.12-ci bəndinə əsasən Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. 2.16-cı bəndinə əsasən Komissiyanın qərarına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş on günün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir. “Antinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun: - 3-cü maddəsinə görə İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. - 16.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. Beləliklə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, antiinhisar orqanı daxil olmuş müraciətlər, məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya antiinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatları tələb etmək hüququna malikdir. Komissiya işə baxılmanın nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanının müvafiq orqanlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən tələb etdiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanladığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərdə tutulmuş müvafiq nəticələrə səbəb olur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 25-ci maddəsinə sasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Həmin Qanunun: - 11-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər. - 12-ci maddəsinin 1-ci bəndinə görə bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində; bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyaları tətbiq edilir. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları. Mübahisələndirilən qərarlardan görünür ki, "xxxx" MMC-nin iddiaçının fəaliyyət göstərdiyi “CROCODİLE” adlı mağazada “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X9 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından qanunsuz istifadə edilməsi barədə müraciəti ilə əlaqədar, cavabdeh inzibati orqan tərəfindən “CROCODİLE” adlı mağazanın sahibi X2 adları çəkilən əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi tələb edilmiş, lakin X6 tərəfindən müvafiq sənədlər Xidmətə təqdim olunmadığından, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq onun barəsində maliyyə sanksiyaları tətbiq edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktlar, yəni cavabdeh inzibati orqanın qəbul etdiyi hər iki qərar həm formal-hüquqi baxımdan, həm maddi-hüquqi baxımdan qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmin inzibati aktlar qanunda əksini tapan şərtlərə uyğun gəlir, həmin qərarlar səlahiyyətli orqan tərəfindən qəbul edilərkən icraat və forma ilə bağlı bütün müddəalara riayət olunmuş, mübahisələndirilən qərarlar qüvvədə olan hüquqa uyğun olmuş, inzibati orqan tərəfindən əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtlərinə əməl olunmuşdur. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1631/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1631/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver