Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16365/2023 26.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “X15” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “kameral vergi yoxlamasının nəticələrinin ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı “X15” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixdə aparılmış kameral vergi yoxlamasının nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, “X15” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023cü il tarixdə təqdim edilmiş 2022-ci il üzrə dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi ilə əlaqədar Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən xx.xx.2023-cü il tarixli, **********419700 nömrəli məktub olmuşdur. Həmin məktubda araşdırma zamanı 2022-ci il ərzində məktuba əlavə edilmiş vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı qeyd edilmişdir və müvafiq cədvəl əlavə edilmişdir. Həmin cədvəldə qeyd edilmiş əməliyyatların cəmi 2 836 510.58 manat təşkil etmişdir. Həmçinin, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə istinad edilərək, əmtəəsiz əməliyyat dedikdə, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların nəzərdə tutulduğu Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən isə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyi qeyd edilmişdir. Bank tərəfindən müraciətə Dövlət Vergi Xidmətininə Milli Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********504600 nömrəli məktubla cavab verilmişdir və 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində (adları siyahıda qeyd olunan vergi ödəyiciləri ilə aparılan əməliyyatlar üzrə) gəlirin əldə edilməsi üzrə çəkilən xərclər 244 734,33 (iki yüz qırx dörd min yeddi yüz otuz dörd manat, otuz üç qəpik) manat təşkil etdiyi bildirilmişdir. Bundan əlavə, 2 591 776,25 (iki milyon beş yüz doxsan bir min yeddi yüz yetmiş altı manat, iyirmi beş qəpik) manat məbləğ vəsait 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əksini tapmadığı qeyd edilmişdir. Daha sonra İnternet Vergi İdarəsindən əldə edilmiş kameral mənfəət vergisi bəyannaməsinin məlumatlarına diqqət yetirərkən məlum olmuşdur ki, vergi orqanı mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində “Digər xərclər” sətrində olan rəqəmlərə müdaxilə edərək xərc məbləğini azaltmış və nəticədə 2022-ci il üçün 244 734.33 manat mənfəət məbləği keçmiş illərin zərər məbləğləri ilə kompensasiya edilmişdir. Bu səbəbdən Bank tərəfindən xx.xx.2023-cü il tarixli **********751600 nömrəli məktubla şəxsi hesab vərəqəsində 2022-ci ilin mənfəət vergisi ilə əlaqədar kameral vergi yoxlaması ilə bağlı 12 sentyabr 2023-cü il tarixli qeydin, “İnternet Vergi İdarəsi” altsistemində 2022-ci ilin mənfəət vergisinə aid kameral vergi yoxlamasına məruz qalmış bəyannamənin mövcud olması, həmçinin, vergi orqanı tərəfindən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar təqdim olunmaması əsas götürülərək, 2022-ci ilin mənfəət vergisi ilə əlaqədar kameral vergi yoxlaması üzrə vergi orqanı tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın surətinin Banka təqdim edilməsi xahiş edilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, **********964300 nömrəli məktubla Bankın xx.xx.2023cü il tarixdə aparılmış kameral vergi yoxlaması zamanı Bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********504600 nömrəli açıqlama məktubu nəzərə alınmaqla riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə əlavə hesablanmış 244 734.33 manat mənfəət məbləği keçmiş illərin zərər məbləğləri ilə kompensasiya edildiyindən əlavə öhdəlik yaranmadığı bildirilmiş və kameral qərar təqdim edilməmişdir. Bank tərəfindən 2022-ci ildə mal, iş və xidmətlərin alındığı 7 vergi ödəyicisi sonradan vergi orqanı tərəfindən riskli vergi ödəyicisi sayılaraq riskli vergi ödəyicilərinin reyestrinə daxil edilmişdir. Bu səbəbdən sözügedən şəxslərə bağlanılmış müqavilə üzrə ödənişlərin edilməsi zamanı onların riskli vergi ödəyicisi olmaları barədə məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunmamışdır. Nəticə etibarilə, Bank mal, iş və xidmət əldə edən və/və ya əməliyyatlar aparan zaman, ödəniş edən zaman, malın və ya xidmətin təhvil alınmasına dair təhvil-təslim aktları imzalandığı zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri hesab edilmirdi və onların gələcəkdə riskli vergi ödəyicisi olacağı barədə Bank məlumatlı ola bilməzdi. Bu hallar iddia ərizəsinə əlavə edilmiş Cədvəl № 1-dən də aydın olur. Daha sonrakı tarixlərdə, cədvəldə qeyd edilmiş müəssisələr tərəfindən aparılmış digər əməliyyatların riskli hesab edilərək sonuncunun riskli vergi ödəyicilərinin siyahısına salınması isə Bank ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da riskli hesab edərək, Bank tərəfindən edilmiş ödənişləri xərc kimi nəzərə almaqdan imtina etmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Bundan əlavə, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil. (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli qərarı). Sözügedən şəxslər barədə qeyd edilən faktlar vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri çərçivəsində vergi orqanının malik olduğu inzibati-texniki resursların istifadəsi nəticəsində aşkarlanmışdır. Lakin Bank vergi ödəyicisi olaraq, vergi orqanının malik olduğu inzibati-texniki resurslara malik deyildir və bu səbəbdən qeyd olunan məlumatlara elektron qaydada çıxış imkanı mövcud deyildir, həmçinin, həmin məlumatlar vergi ödəyicilərinə aid olan vergi sirri olduğu üçün vergi orqanından əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, qanunvericilikdə bankların mal, iş və xidmətlərin alınması zamanı sözügedən məlumatları əldə etməsi öhdəliyi mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicisinin vəzifələri sırasında belə bir vəzifə müəyyən edilməmişdir. Bank tərəfindən xx.xx.2023-cü il tarixli, **********853800 nömrəli məktubla Dövlət Vergi Xidmətinə ünvanlanmış məktubla digər vergi ödəyicisi barəsində işçi sayı, illik dövriyyəsi, əmlakının və anbarının olub-olmaması barədə məlumat istənilmiş, lakin Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, **********393000 nömrəli məktubla Vergi Məcəlləsinin 30.2-ci maddəsinə istinad edilərək sözügedən məlumatların verilməsindən imtina edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “X15” ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılmışdır. Araşdırma zamanı 2022-ci il ərzində "xxxx" MMC (VÖEN **********), "xxxx" (VÖEN **********), "xxxx" (VÖEN **********) "xxxx" (və çeşidinin, malları təqdim edən şəxslərin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd edilənlər ilə əlaqədar “X15” ASC-yə xx.xx.2023-cü il tarixli **********419700 nömrəli "2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" məktub göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubunda 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində (adları siyahıda qeyd olunan vergi ödəyiciləri ilə aparılan əməliyyatlar üzrə) gəlirin əldə edilməsi üzrə çəkilən xərclərin 244 734,33 (iki yüz qırx dörd min yeddi yüz otuz dörd manat, otuz üç qəpik) manat təşkil etdiyi, 2 591 776,25 (iki milyon beş yüz doxsan bir min yeddi yüz yetmiş altı manat, iyirmi beş qəpik) manat məbləğində vəsaitin 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əksini tapmadığı, eyni zamanda, Bank tərəfindən 2022-ci ildə mal, iş və xidmətlərin alındığı sözügedən vergi ödəyiciləri sonradan vergi orqanı tərəfindən riskli vergi ödəyicisi sayılaraq riskli vergi ödəyicilərinin reyestrinə daxil edildiyi, eyni zamanda, xx.xx.2023-cü il tarixli **********751600 nömrəli məktubla cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində 2022-ci ilin mənfəət vergisi ilə əlaqədar kameral vergi yoxlaması ilə bağlı 12 sentyabr 2023-cü il tarixli qeyd mövcud olduğu halda, 2022-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisinə aid kameral vergi barədə qərarın iddiaçıya təqdim olunmadığı bildirilmişdir. Təqdim edilmiş sənədlərin vergi orqanının uçot-baza məlumatları ilə üzləşdirilməsi zamanı iddiaçının təqdim etdiyi 2022-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisi hesabatında riskli vergi ödəyiciləri hesab edilən “X15” ASC tərəfindən 2022-ci il ərzində PORT-QREYZER MMCdən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 110 000,0 manat, "xxxx"dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 160,00 manat, "xxxx"-dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 99700,00 manat, "xxxx"-dən əldə edilmiş eliktron qaimə-fakturalar üzrə ümumi dəyəri 220,00 manat, X2 əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 30915,08 manat, X9 əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 2702,75 manat və X6 əldə edilmiş elektron qaiməfakturalar üzrə ümumi dəyəri 1036,50 manat mallar alınması müəyyən edilmişdir. Qeyd edilən vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə- fakturalar üzrə alınmış malların həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı səbəbindən kənarlaşma yaranmışdır. Bu səbəbdən də "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X5, X17, X12 Bakı şəhəri X16 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********159600 nömrəli, xx.xx.2023-Ci il tarixli **********654200 nömrəli, xx.xx.2023- cü il tarixli **********452700 nömrəli, xx.xx.2023-cü il tarixli **********345200 nömrəli, xx.xx.2023-cü il tarixli **********334200 nömrəli, xx.xx.2023-cü İl tarixli **********120300 nömrəli qərarlarına, "xxxx" MMC isə Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********421400 nömrəli qərarına əsasən “X15” ASC-yə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satılmış mallar (görülmüş işlər və göstərilmiş xidmətlər) da daxil olmaqla aparılmış əməliyyatlara görə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Nəticədə, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 109-cu maddələrinə əsasən “X15” ASC tərəfindən təqdim edilmiş 2022-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 244 734.33 manat mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərəri məbləği azaldılmışdır. İddiaçı iddia tələbinin əsası kimi alqı-satqı və xidmət göstərilməsi qanunvericiliyə uyğun olaraq malların (işlərin, xidmətlərin) alışını təsdiq edən alqı-satqı müqavilələri, elektron qaimələr əsasında alındığı) rəsmiləşdirdiyini, eyni zamanda, yuxarıda qeyd edilən əməliyyat aparan zaman Dövlət Vergi Xidmətinin e-taxes.gov.az rəsmi internet saytında satıcı müəssisələrin riskli vergi ödəyicisi siyahısında olmadığı, yəni, əməliyyatların adı gedən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilməsi ilə əsaslandırmışdır. İddia ərizəsinin “əməliyyatların adı gedən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilməsi haqqında” qeyd edilənlərlə əlaqədar olaraq bildiririk ki, həmin vergi ödəyicilərin əmtəəsiz əməliyyat apararaq, riskli vergi ödəyicisi hesab edilməsinə dair müvafiq qərar qəbul edənədək belə fəaliyyətlə məşğul olmuşdur. Belə ki, hər üç vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqda qərarlar mübahisələnirilməmiş və bu günə qədər hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur. İddiaçının şəxsi hesab vərəqəsində 2022-ci ilin mənfəət vergisi ilə əlaqədar kameral vergi yoxlaması ilə bağlı 12 sentyabr 2023-cü il tarixli qeyd mövcud olduğu halda, 2022-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisinə aid kameral vergi barədə qərarın iddiaçıya təqdim olunmadığı haqqında qeyd edilənlərlə əlaqədar olaraq bildiririk ki, xx.xx.2023-cü il tarixdə aparılmış kameral vergi yoxlaması zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********504600 nömrəli açıqlama məktubu nəzərə alınmaqla riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaiməfakturalar üzrə əlavə hesablanmış 244 734.33 manat mənfəət məbləği keçmiş illərin zərər məbləğləri ilə kompensasiya edildiyindən əlavə öhdəlik yaranmamışdır.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********120300 nömrəli qərarına əsasən vergi ödəyicisi X13 (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********452700 nömrəli qərarına əsasən vergi ödəyicisi “Səma Qrafik" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********654200 nömrəli qərarına əsasən vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********345200 nömrəli qərarına əsasən vergi ödəyicisi X5 (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********421400 nömrəli qərarına əsasən vergi ödəyicisi “RUBEZH-V" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********334200 nömrəli qərarına əsasən vergi ödəyicisi X17 (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********334200 nömrəli qərarına əsasən vergi ödəyicisi “PORT-QREYZER" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. İddia tələbi borcun silinməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına aiddir.
14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
16. Mübahisənin yaranmasının səbəbi 2022-ci il ərzində "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), X5 (VÖEN **********), X17 (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və X12 (VÖEN **********) ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına gətirib çıxarmışdır.
17. Dövlət Vergi Xidməti tərəfindən X7 riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023cü il tarixli **********120300 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********452700 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********654200 nömrəli, X4 riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********345200 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********421400 nömrəli, X14 riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********334200 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********159600 nömrəli qərarlar qəbul edilmişdir.
18. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.
19. Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X5, X17, "xxxx" MMC və X12 riskli əməliyyat apardığı tarix aralıqlarında məhz iddiaçı “X15” Açıq Səhmdar Cəmiyyətinə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.
20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
22. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. 23.Qanunvericilik “əmtəəsiz əməliyyat”a Məcəllədə anlayış versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” anlayışına Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 24.Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. 25.Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. 26.Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 27.Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. 28.Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. 29.Lakin, burada vacib şərt ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Bu zaman, məsuliyyət tədbirinin tətbiqi üçün alıcının barəsində də mütləq riskli vergi ödəyicisi hesab olunmaya dair qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Həlledici olan əməliyyatın özünün əmtəəsiz olduğunun sübuta yetirilməsidir. Bunun üçün əməliyyatın həqiqətən əmtəəsiz olduğu, eləcə də tərəflərin (satıcının və alıcının) bu barədə əvvəlcədən öz iradələrinə uyğun hərəkət etdikləri halı müəyyən olunmalıdır. Başqa sözlə, əmtəəsiz əməliyyat hər iki tərəfin birgə iradəsi və iştirakçılığı ilə baş tutmalıdır. 30.Bu mənada, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.
31. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi, yəni əmtəəsiz əməliyyatın mövcudluğu halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi alıcıya münasibətdə əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Yalnız əməliyyatın özünün əmtəəsiz olduğu sübut edilərsə, bu halın mövcudluğuna istinadla alıcıya münasibətdə məsuliyyət tədbiri tətbiq oluna bilər. 32.Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. 33.Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. 34.Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. 35.Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. 36.Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 37.“Əmtəəsiz əməliyyat”la bağlı yuxarıda qeyd olunanlar Məcəllənin 175.11-ci maddəsinin tətbiqi zamanı da nəzərə alınmalıdır. 38.Riskli əməliyyatlarla bağlı isə aşağıdakılar qeyd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 39.Qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, Meyarların 3-cü bəndində qeyd edilən hallar malların satıcısı ilə bağlı 175.11-ci maddənin tətbiqini labüd edir. 40.Lakin malların alıcısına münasibətdə riskli əməliyyata görə 175.11-ci maddənin tətbiqi isə o halda mümkün olardı ki, Meyarların 3-cü bəndinə qeyd olunan halların əvvəlcədən malların alıcısı olan vergi ödəyicisi tərəfindən araşdırılmalı olması ilə bağlı qanunvericilikdə öhdəlik müəyyən edilmiş olsun. 41.Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. 42.Belə olan halda, məhkəmə hesab edir ki, satıcı tərəfindən riskli əməliyyatın aparılması malların alıcısı üçün əlavə vergi öhdəliyi yaratmamalıdır.
43. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X5, X17, "xxxx" MMC və X7 riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X5, X17, "xxxx" MMC və X12) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı “X15” Açıq Səhmdar Cəmiyyəti ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olmuşdur.
44. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-828/2022 nömrəli qərarına uyğundur. Həmin qərara əsasən müəyyən edilir ki: -“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə əsasən, “Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyat olmuşdur. Yalnız şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı qanunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır. -Hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablamışdır. Halbuki bununla bağlı cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində həmin inzibati aktı qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan həmin inzibati aktı əsaslandırmalı idi. Baxılan mübahisədə cavabdeh tərəfindən qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması vergi qanunvericiliyinin tələblərinə və yuxarıda istinad edilən qərardaddakı hüquqi mövqeyə ziddir.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış kameral vergi yoxlamasının nəticələri ləğv edilməlidir.
46. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış kameral vergi yoxlamasının nəticələri ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva