Məhkəmə qərarları › İş №2-1(112)-1657/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1657/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1657/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019cu il tarixli **********405200 nömrəli vergilərin hesablanması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixdə onun tərəfindən vergi orqanına 2017-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş, lakin vergi orqanı kameral yoxlama ilə əsassız vergi hesablaması aparmışdır. Belə ki, fəaliyyət götərdiyi obyektə vergi orqanı 2016-cı ilin dekabr ayında xronometraj metodu ilə müşahidə keçirmiş və obyektə günlük dövriyyənin 618.5 manat olaraq müəyyən etmişdir. Xronometrajın nəticəsinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı ilin 4-cü üzrə 9277.56 manat, 2017-ci ilin 1-ci rübü üzrə 55665.35 manat, 2017-ci ilin 2-ci rübü üzrə 56283.86 manat və 2017-ci ilin 3-cü rübü üzrə 38347.27 manat dövriyyə müəyyən edilmişdir. Vergi orqanı Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən 2017-ci ilin sentyabr ayına ƏDV üzrə kameral vergi yoxlaması ilə 2453.05 manat vergi məbləği hesablamışdır.Lakin 2016-cı ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayına müəyyən olunan 12 aylıq dövriyyə 159574.04 manat olduğundan vergi orqanının ƏDV üzrə hesablaması əsassızdır.Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyənedilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. O, ƏDV ödəyicisi kimi qeydiyyata alınması üçün ərizə versə də, bunun mahiyyətinə fikir verməmişdir. Ona boş vərəqdə imzalatmışlar, bununla bağlı heç nə izah etməmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, vergi orqanının **********6021 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçıya məxsus “Fidan” market adlı obyektdə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən OVN/9 095698 saylı xx.xx.2016-cı il tarixli yekun akt tərtib edilmişdir. Həmin akta əsasən vergi ödəyicisinin orta günlük dövriyyəsi 618.50 manat müəyyən edilmişdir. Eyni zamanda, vergi ödəyicisi xx.xx.2017-ci il tarixli **********588700 nömrəli ərizə ilə xronometraj metodu İlə yeni müşahidənin aparılması barədə müraciət etmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentində müraciətə baxılaraq xx.xx.2017-ci il tarixli **********485600 nömrəli məktubla təqdim edilmiş xx.xx.2017-ci il tarixli müraciət məqbul hesab olunaraq, vergi orqanının istismarında olan proqram təminatına işlənilməklə nəzərə alındığı və xx.xx.2016-cı il tarixli müşahidənin nəticəsi xx.xx.2017-ci il tarixdən passivləşdirildiyi bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisinin 2017-ci ilin sentyabr ayı üçün rəsmiləşdirilmiş sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 16081,10 (618.50 x 26) manat dövriyyəsinin müəyyən edilməsinə baxmayaraq, həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinə əsasən 0,00 dövriyyənin göstərildiyi müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********151500 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və ətraflı izahat məktubu tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2017-ci ilin sentyabr ayı üçün əlavə dəyər vergisi üzrə 2453,05 manat (16081,10 /1.18x18%) əlavə vergi məbləği hesablanaraq xx.xx.2019-cu il tarixli **********405200 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuşdur ki, 09.2016-cı il tarixən 09.2017-ci ilədək 12 aylıq dövr üzrə vergi ödəyicisinin ümumi dövriyyəsi 159574.04 manat olmuş, bu isə özlüyündə ƏDV öhdəliyi yaratmadığından hesablama əsassız olmuşdur. Vergi ödəyicisi xx.xx.2017-ci il tarixdə ƏDV qeydiyyatına alınma ilə bağlı vergi organına müraciət edərək, xx.xx.2017-ci il tarixdən ƏDV məqsədləri üçün geydiyyata alınmasını xahiş etmişdir. Belə olan halda, vergi orqanı tərəfindən ƏDV hesablanması üçün vergi ödəvicisinin dövriyyəsinin ganunvericiliklə müəyyən edilmiş məbləği (200000.0 manat) keçməsi tələb olunmur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə sahibkar kimi qeydiyyatdan keçmişdir, qeydiyyat nömrəsi (VÖEN) **********. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Xronometraj metodu ilə müşahidə aparılması haqqında xx.xx.2016-cı il tarixli **********6021 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə (Fidan market) xx.xx.2016-cı il tarixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə xx.xx.2016-cı il tarixli yekun aktının (seriya OVN/9 № 095698) təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə (Fidan market) xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək xronometraj metodu ilə müşahidə aparılmış, yekun müşahidə nəticəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək orta günlük satış dövriyyəsinin 618,50 manat təşkil etməsi müəyyən edilmiş və Vergilər Məcəlləsinin 37.5-ci maddəsinə əsasən vergilərin bu müşahidənin nəticələrinə əsaslanaraq hesablanıb ödənilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan İddiaçı (VÖEN: **********) tərəfindən Bakı şəhəri X4 Departamentinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, xx.xx.2017-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirilmə xahiş edilmişdir. İş materiallarında olan İddiaçı (VÖEN: **********) tərəfindən Bakı şəhəri X4 Departamentinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, dövriyyənin aşağı düşməsi səbəbindən xronometraj metodu ilə yeni müşahidə aparılması xahiş edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********405200 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində İddiaçı (VÖEN: **********) 2453,05 manat vergi hesablanmışdır (bəyannamə və hesabat növü - Əlavə dəyər vergisi, bəyannamə və hesabat dövrü – sentyabr 2017). ƏDV bəyannaməsinə əsasən dövriyyə 0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (16081,1 manat) məbləğindən 16081,1 manat azdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqlarından biri də bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirməkdir; 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər; 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir; 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir; 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir (ƏDV üzrə). Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə (Fidan market) xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək xronometraj metodu ilə müşahidə aparılmış, yekun müşahidə nəticəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək orta günlük satış dövriyyəsinin 618,50 manat təşkil etməsi müəyyən edilmiş və Vergilər Məcəlləsinin 37.5-ci maddəsinə əsasən vergilərin bu müşahidənin nəticələrinə əsaslanaraq hesablanıb ödənilməsi tövsiyə olunmuşdur. İddiaçı Bakı şəhəri X4 Departamentinə xx.xx.2017-ci il tarixli ərizə il müraciət edərək xx.xx.2017ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı Bakı şəhəri X4 Departamentinə xx.xx.2017-ci il tarixli ərizə ilə müraciət edərək dövriyyənin aşağı düşməsi səbəbindən xronometraj metodu ilə yeni müşahidənin aparılmasını xahiş etmişdir. İddiaçının 2017-ci ilin sentyabr ayı üçün rəsmiləşdirilmiş sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 16081,10 manat dövriyyəsinin müəyyən edilməsinə baxmayaraq, həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinə əsasən 0,00 dövriyyənin göstərildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlaması ilə 2017-ci ilin sentyabr ayı üçün əlavə dəyər vergisi üzrə 2.453,05 manat əlavə vergi məbləği hesablanmış, bu barədə xx.xx.2019-cu il tarixli **********405200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən kameral vergi yoxlaması Vergi Məcəlləsinin tələblərinə uyğun keçirilmişdir və bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar