Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1819/2025 01.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanında yerləşən 25 saylı mənzil üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı öz həyat yoldaşı X15 ilə birgə nikah dövründə əldə edilmiş ünvan 3, 15 nömrəli mənzili 1976-cı ildə almışlar və 7 nəfər ailə tərkibi ilə həmin mənzilə köçüb yaşayırlar (Bakı şəhəri İcra Hakimiyyətinin 036854 nömrəli, 02 fevral 1976 il tarixli order). İddiaçı oğlu X13 1997-ci ildə ailə quraraq üç nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və qız uşağı X9) həmin mənzildə yaşayırdılar. Beləliklə, ünvan 3 ünvanında 15 nömrəli mənzildə iki ailə 10 nəfər ailə tərkibi ilə birgə yaşayırdılar. Ailə tərkibi artması səbəbindən iddiaçının həyat yoldası X15 işlədiyi N.Nərimanov adına NQÇ-nin işçisi kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə Neft və X3 mənzil növbəsinə 1989-cu ildən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və həmkarlar komitəsinin birgə qərarı ilə (xx.xx.2000-ci il tarixli, 09 nömrəli protokol) növbəlik əsasında X11 İcraiyyə Komitəsinin 866 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamı ilə (033062 nömrəli, 12 sentyabr 2000-ci il tarixli order) X8 3 nəfər ailə tərkibinə (özü, həyat yoldaşı və nəvəsi Ağayeva Elvira) Bakı şəhəri, Nizami rayonu, 8 km. qəsəbəsi, T.Abbasov küşəsi, ev 43, iki otaqlı sahəsi 33,39 kv.m. olan 25 saylı mənzil verilmişdir. İddiaçı həyat yoldaşı ilə birlikdə həmin mənzilə köçüb yaşayaraq mənzilə 2000ci ildən sahiblik etməyə başlamışdırlar. 05 iyul 1999-cu il tarixdə iddiaçının oğlu Bayramov Racu 25 yaşında vəfat etmiş, onun ailəsi isə bu günə kimi həmin mənzildə yaşayır. ünvan 3 ünvanında 15 nömrəli mənzildə isə onların oğlu X5 və onların qızı Təranənin ailə tərkibi yaşamağa qalmışdılar. 2009-cü ildə 399 saylı, xx.xx.2009-cu il tarixli Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi, 28 evin, 15 saylı mənzil İddiaçı adına özəlləşdirilmişdir. Həmin mənzili İddiaçı adına özəlləşdirərkən iddiaçının ailə üzvləri tərəfindən razılıq ərizələri verilmışdır. 2003-cü ildə iddiaçının həyat yoldaşı X15 vəfat etmişdir. Həmin vaxtdan bu günə kimi İddiaçı faktiki 20 il ərzində tək yaşadığı və idarə etdiyi, ünvan 4 ünvanında yerləşən, 25 nömrəli mənzilin bütün kommunal xərclərini apararaq faktiki sahiblik göstərməklə və idarə etməklə həmin vaxtdan mirası qəbul edərək bütün vəzifələri bu günə kimi tək yerinə yetirir və təbii ki həmin mənzilə olan bütün hüquqlara özü tək malikdir. ünvan 5 ünvanında yerləşən 25 nömrəli mənzili öz adına keçirilməsi barədə iddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətə baxılaraq Nizami Rayon İcra Hakimiyyəti başçısının 07 sentyabr 2023-cü il tarixli 1-1/103 nömrəli sərəncamı ilə ünvan 7 ünvanında yerləşən 25 nömrəli mənzilin kirayə müqaviləsi 1 nəfər tərkibi ilə (özü) İddiaçı adına dəyişdirilmişdir. Buna əsaslanaraq, həmin mənzil üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə İddiaçı müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən iddiaçıya ünvanlanmış 03 may 2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi, 28 evin, 15 saylı mənzili İddiaçı adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alındığı müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümküm deyil. Yəni, 1976-ci ildə əldə edilmiş ünvan 3, 15 nömrəli mənzili 2009-cu ildə (Bakı şəhəri İcra Hakimiyyətinin 036854 nömrəli order) özəlləşdirməklə bu hüququndan artıq bir dəfə istifadə etdiyinə əsaslanaraq ona münasibətdə cavabdeh "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin müddəalarını tətbiq eib və həmin normaya istinadən iddiaçının müraciəti təmin etməmişdir. Cavabdeh ona istinad edir ki, "dövlət yaxud ictimai mənzil fondu” mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan iddiaçı tərəfindən yalnız bir dəfə istifadə edilə bilinər. Cavabdehin sözlərinə görə dövlət tərəfindən verilmiş mənzillərdən biri mülkiyyətə deyil, iddiaçıya istifadəsinə verilmişdir və başqa bir mənzili özəlləşdirilə bilməz. Məhkəmənin diqqətini ona cəlb etmək istəyir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanun dövlət və ya ictimai mənzil fondunun mənzillərinin özəlləşdirilməsi qaydalarını və şərtlərini müəyyən edir. ünvan 9 ünvanında yerləşən, 25 nömrəli mübahisəli ikinci mənzil isə "dövlət və ya ictimai mənzil fonduna" aid mənzili deyil, hüquqi şəxsin - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmaqla xüsusi mənzil fonduna aid mənzil olmuşdur. X21 Şirkətinin qərarı ilə (xx.xx.2000-ci il tarixli, 75 nömrəli protokol) sözügedən mənzilin iddiaçıya verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.1.-ci maddəsinə əsasən mənzil fondu - Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu - fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu - mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu - bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu - dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Göründüyü kimi, qanunvericilikdə mülkiyyət formasına görə mənzil fondu xüsusi mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fonduna bölünür. Mülkiyyət formasından asılı olaraq mənzil fondu - fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusundan ibarət xüsusi mənzil fondundan, mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət dövlət mənzil fondundan və mülkiyyət hüququ əsasında bələdiyyələrə məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət bələdiyyə mənzil fondundan ibarətdir. Bu mənada iddiaçıya ayrılmış mənzil istinad olunan norma baxımından hüquqi şəxsin – Dövlət Neft Şirkətinin xüsusi mənzil fondununa aid olan mənzildir. Belə olduğu halda, 1976-cı ildə əldə edilmiş və 2009-cu ildə özəlləşdirilmiş mənzilə istinad edib 1989-cu il tarixdən ailə tərkibinin artırılması ilə əlaqəli 2000-ci ildə Dövlət Neft Şirkətinin xüsusi mənzil fondununa aid, 24 il ərzində iddiaçının daimi istifadəsində olan və sahiblik etdiyi Bakı şəhəri, Nizami rayonu 8 km, T.Abbasov küç., ev 43, 25 saylı mənzili iddiaçının adına müvafiq qeydiyyatın aparılmasından imtina edilməsi əsassızdır. Cavabdeh ona istinad edir ki, ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilinər. Halbuki, 24 il ərzində Bakı şəhəri, Nizami rayonu 8 km, T. Abbasov küç., ev 43, 25 saylı mənzilin iddiaçının faktiki daimi istifadəsində və sahibliyində olması iddiaçının mülkiyyət hüququ yaranmış hal kimi qiymətləndirilməlidir. Belə olduğu halda cavabdehin imtina cavabı iddiaçının hüquqlarını kobudcasına pozur. Cavabdehin cavab məktubundan elə çıxır ki, 2000-ci ildə iddiaçıya verilmiş mənzil dövlət tərəfindən mülkiyyətə yox, istifadəsinə verilmişdir. Halbuki, X11 İcraiyyə Komitəsinin 866 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamı həmin mənzilin Bayramovlar ailəsinə istifadəyə verilməsi ilə bağlı ümumiyyətlə bir cümlə də, belə yoxdur. Sərəncamda konkret olaraq mənzilin verilməsi qeyd edilir. Cavabdeh qüvvədə olan Mənzil Məcəlləsinin hər hansı maddəsinə istinad etmədən, ümumi sözlərlə Mənzil Məcəlləsinə istinad edərək, həmin Məcəllədə dövlət və ya bələdiyyə fonduna aid olan mənzillərin mülkiyyətə deyil, istifadəyə verilməsi göstərmişdir. Cavabdehin belə bir formada iddiaçının müraciətə imtina verilməsi onu göstərir ki, sərəncamda həmin halın göstərmədiyi üçün, həmin mənzil iddiaçıya müvəqqəti istifadə üçün verilmiş mənzil kimi hesab edilə bilməz. Qeyd olunmalıdır ki, iddiaçıya dövlət tərəfindən verilmiş mənzilin istifadə məqsədilə verilməsi qeyri-mümkündür. Yuxarıda qeyd olunduğu kimi istifadə məqsədlərinə görə dövlət mənzil fonduna sosial təyinatlı mənzil fonduna və xüsusi təyinatlı mənzil fonduna bölünür. İddiaçıya verilən mənzilə hər hansı sosial kirayə müqaviləsi bağlanılmamışdır və sərəncamda bununla bağlı hər hansı qeyd yoxdur. Eləcə də, mənzilin həmin məqsədlərlə ayrıldığı hər hansı şəkildə rəsmiləşdirilməmişdir və bunun üzərindən mənzilin qeyd-şərtsiz onun mülkiyyətinə verilməsinə dair iddiaçıda qanuni gözləntilər yaranmışdır. Belə hallarda iddiaçının etimad hüququ da nəzərə alınmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir. Beləliklə,iddiaçıya verilən mənzil sosial təyinatlı mənzil fonduna aid olan mənzil deyil. Digər tərəfdən iddiaçıya verilən mənzil xüsusi təyinatlı mənzil fonduna da aid olan mənzil hesab edilə bilməz. Belə ki, AR Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Göründüyü kimi, qanunun bu tələbinə əsasən xüsusi təyinatlı mənzil fonduna aid olan mənzillərdə xüsusi təyinatlı yaşayış sahələri kimi kirayə müqaviləsi əsasında verilir. Nəzərə alsaq ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısının 866 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamında mübahisəli ikinci mənzil iddiaçıya sıf hüquqi şəxsin – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmaqla xüsusi mənzil fonduna aid mənzildir və həmin mənzil iddiaçının ailəsinə əvəzsiz olaraq mülkiyyətinə verilmişdir. Eyni zamanda, həmin Sərəncamın 3-сü bənbində göstərilir ki, köhnə mənzil (Bakı şəhəri,Yasamal rayonu, H.Hikmət küçəsi, ev 28, mənzil 15-də) X8 ailə tərkibi (qızı Təranə, nəvəsi Aslan, gəlini Sevinc, nəvəsi Ləman) qalmalıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Dənizdə Neft və X3 20-724 saylı, xx.xx.2000-ci il tarixli məktubuna əsasən ünvan 10 ünvanda yeni inşa edilmiş yaşayış evindən N.ünvan 11ır. Sözügedən mənzilin yerləşdiyi bina Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilmişdir. Yəni qeyd olunan sərəncamın məzmunundan da, sözügedən mənzilin iddiaçıya ayrıldığı dövrdə Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğu və dövlət mənzil fonduna aid olmadığı görünür. Bu səbəbdən "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, xüsusən həmin Qanunun 7-ci maddəsi sözügedən mənzillə bağlı hazırkı mübahisəyə münasibətdə tətbiq edilə bilməz. Belə ki, istinad olunan həmin normaya görə, əvəzsiz özəlləşdirmək hüququndan istifadəyə qoyulmuş (yalnız bir dəfə istifadə ilə bağlı) məhdudiyyət yalnız dövlət və yaxud ictimai mənzil fondu mənzillərinə münasibətdə nəzərdə tutulmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Dənizdə Neft və X3 20-724 saylı, xx.xx.2000-ci il tarixli məktubuna əsasən N.Nərimanov adına NQÇİ-nə ayrılmış, N.Nərimanov adına NQÇİ-nin rəhbərliyinin və Həmkarlar Komitəsinin birgə qərarına əsasən (protokol № 75-xx.xx.2000-ci il) iddiaçıya ayrılmış mənzilə hüquq təsdiqedici sənədin verilməsi üçün onun uçot qovluğunun Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Hesab edir ki, bu mənada həmin protokol qərarının təsdiq edilməsi barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 866 nömrəli sərəncamı - "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş akt anlamında qəbul olunmalıdır. Qaradağ rayon İcra Hakimiyyəti başçısının 866 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı yuxarıda göstərilən Qanunun tələblərinə əsasən iddiaçının ailəsinə verilmiş mənzilin iddiaçının adına dövlət qeydiyyatına alınması üçün əsas hesab olunduğu üçün cavabdeh həmin mənzili onun adına dövlət reyestrində qeydiyyata almaqdan imtina etməkdə qanunsuzluq etmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina qanunsuz hesab edilməli və cavabdehin üzərinə iddiaçıya ayrılmış mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı öhdəlik qoyulmalıdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********05 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi 28 saylı evin, 15 saylı mənzili qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alındığı müəyyən olunmuşdur. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalniz bir dəfə istifadə edilə bilər
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasınının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-16505/2024 **********05 nömrəli məktubla imtina edilmişdir.
8. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1-1/103 nömrəli, xx.xx.2023cü il tarixli “Bakı şəhəri Nizami rayonu, T.Abbasov küçəsi, 43 N-li evin 25 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” sərəncamına əsasən X1 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, 2016-cı iidən qeydiyyatda olduğu Bakı şəhəri Nizami rayonu, T.Abbasov küçəsi, 43 No-li evin 25 saylı mənzilinin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, mənzilin əvvəlki kirayəçisi Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 12 sentyabr 2000-ci il tarixli, 033062 №-li orderə əsasən ərizəçinin əri X15 olmuş və о, xx.xx.2003-cü il tarixdə vəfat etmişdir (ölüm haqqında şəhadətnamənin surəti işə əlavə edilmişdir). Keçmiş kirayəçinin arvadı İddiaçı hazırda həmin mənzildə 1 nəfər ailə tərkibi ilə (özü) yaşayır. Qeyd olunanlara əsasən, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 6.8-сi bəndini rəhbər tutaraq qərara alır: Bakı şəhəri Nizami rayonu, T.Abbasov küçəsi, 43 N-li evin 25 saylı mənzilinin kirayə müqaviləsi 1 nəfər ailə tərkibi ilə (özü) İddiaçı adına dəyişdirilsin və o, həmin mənzilin kirayəçisi hesab edilsin.
9. Qaradağ rayon X7 033062 nömrəli, 12 sentyabr 2000-ci il tarixli orderinə əsasən X10 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və nəvəsi Ağayeva Elvira) Bakı şəhəri, Nizami rayonu, 8 km. qəsəbəsi, T.Abbasov küçəsi, ev 43, iki otaqlı, sahəsi 33,39 kv.m olan 25 saylı mənzil verilmişdir. Orderin verilməsinə əsas Qaradağ rayon İcra Hakimiyyəti başçının xx.xx.2000-ci il tarixli, 866 nömrəli sərəncamı olmuşdur.
10. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-T-05610/2023 nömrəli məktubla təqdim edilmiş vət. X15 barəsində Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 866 saylı sərəncamının təsdiq edilmiş ksero surətinə əsasən N.Nərimanov adına NQÇİ-nin işçisi X16 7 nəfər ailə tərkibi ilə ünvan 3, mənzil 15-də yaşayır və qeydiyyatdadır. Mənzil növbəsində 1989-cu ildən dayanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə Neft və X2 hCO 20-724 saylı, 03 avqust 2000-ci il tarixli məktubuna əsasən ünvan 12 ünvanda yeni inşa edilmiş yaşayış evindən N.ünvan 11ır. N.Nərimanov adına NQÇİ-nin rəhbərliyinin və həmkarlar komitəsinin qərarı ilə (əmr №75-xx.xx.2000-ci il) növbəlik əsasında X8 3 nəfər ailə tərkibinə Bakı şəhəri, 8-ci mkr, T.Abbasov küçəsi, ev 43, iki otaqlı sahəsi 33.39 kv.m olan 25 saylı mənzil verilmişdir. Mənzil Komissiyasının təklifi nəzərə alınaraq X10 3 nəfər ailə tərkibnə Bakı şəhəri, 8 km qəsəbəsi, T.Abbasov küçəsi, ev 43, iki otaqlı, sahəsi 33.39 kv.m olan 25 saylı mənzil verilməsi haqqında N.Nərimanov adına NQÇİ-nin rəhbərliyini və həmkarlar komitəsinin birgə qərarı təsdiq edilmişdir.
11. 6 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “6736704 nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən ünvan 13 ünvanında xx.xx.1940-cı il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən qeydiyyatdaır. Qeydiyyatda başqa şəxslər yoxdur.
12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli, 14-2/2-1598/2025 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s nömrəli Sərəncamı ilə SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, eləcə də məktubda qeyd olunan ünvan 14 ünvanında yerləşən 25 saylı mənzil Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Mənzilə dair kirayə müqaviləsinin bağlanıbbağlanılmaması, əvvəllər və hazırda mənzilin kimin adına olması, mənzildə kimlərin qeydiyyatda olmasına dair SOCAR-da hər hansı məlumat aşkar olunmamışdır.
13. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departametni 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 05 may 2025-ci il tarixli, 3-52-13-13/2-104/2025 nömrəli məktubla bildirilmişdir ki, Qaradağ Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci tarixli, 866 saylı sərəncamı əsasında X10 3 nəfər ailə tərkibi olmaqla Nizami rayonu ərazisində yerləşən T.Abbasov küçəsi, ev 43, mənzil 25-də yaşayış sahəsi (33.39 m² olan) iki otaqlı mənzil verilmişdir. Həmçinin N.Nərimanov adına NQÇİ rəhbərliyinin həmkarlar komitəsinin birgə qərarı ilə xx.xx.2000-ci il tarixli, 033062 saylı order verilmişdir. Bina "SOCAR" tərəfindən inşa edilmiş və istismara verilmişdir. İlk balans saxlayan “SOCAR" şirkəti olmuşdur. 2011-ci il tarixindən "SOCAR"-ın balansında olan yaşayış binaları Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə təhvil verilmişdir. Bina 2011-ci ildən 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş, 2016-cı ildə isə hal-hazırkı vaxta qədər 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. X15 vəfat etmişdir. Yuxarıda qeyd edilən mənzildə hal-hazırda İddiaçı qeydiyyatadır və yaşayır. Mənzilin kirayəçisi İddiaçıdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır.
21. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.
22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. İşin hallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ünvan 43 ünvanında yerləşən 25 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir
25. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, sözügedən mənzil Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin N.Nərimanov adına NQÇİ-nin rəhbərliyinin və həmkarlar komitəsinin (protokol № 75-xx.xx.2000-ci il) qərarına əsasən X8 3 nəfər ailə tərkibində Bakı şəhəri, 8-ci mkr, T.Abbasov küçəsi, ev 43, iki otaqlı sahəsi 33.39 kv.m olan 25 saylı mənzil verilmişdir. Mənzil Komissiyasının tərkibi nəzərə alınaraq Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 866 saylı sərəncamı ilə Mənzil Komissiyasının təklifi nəzərə alınaraq X10 3 nəfər ailə tərkibnə Bakı şəhəri, 8 km qəsəbəsi, T.Abbasov küçəsi, ev 43, iki otaqlı, sahəsi 33.39 kv.m olan 25 saylı mənzil verilməsi haqqında N.Nərimanov adına NQÇİ-nin rəhbərliyini və həmkarlar komitəsinin birgə qərarı təsdiq edilmişdir. Bundan sonra həmin mənzilə dair Qaradağ rayon X14 tərəfindən 033062 nömrəli, 12 sentyabr 2000-ci il tarixli order verilmişdir. İddiaçının əri vəfat etdiyindən Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1-1/103 nömrəli, xx.xx.2023-cü il tarixli “Mənzilin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 43 N-li evin 25 saylı mənzilinin kirayə müqaviləsi 1 nəfər ailə tərkibi ilə (özü) İddiaçı adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir.
26. Cavabdeh inzibati orqan Bakı şəhəri İcra Hakimiyyətinin 036854 nömrəli, 02 fevral 1976 il tarixli orderi əsasında iddiaçının mərhum ərinə ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi 28 saylı evin, 15 saylı mənzilinin xx.xx.2010-cu il tarixdə iddiaçının adına özəlləşdirilməklə bu hüququndan artıq bir dəfə istifadə etdiyinə əsaslanaraq ona münasibətdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin müddəalarına istinadən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
27. Bununla bağlı məhkəmə xüsusilə qeyd edir ki, cavabdehin iddianın təmin olunmamasının hüquqi əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət və ya ictimai mənzil fondunun mənzillərinin özəlləşdirilməsi qaydalarını və şərtlərini müəyyən edir. Mübahisəli mənzil isə dövlət və ya ictimai mənzil fonduna aid mənzili deyil, hüquqi şəxsin – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmaqla xüsusi mənzil fonduna aid mənzil olmuşdur. X21 Şirkətinin xx.xx.2000-ci il tarixli, 75 nömrəli protokol qərarı ilə sözügedən mənzilin iddiaçının mərhum ərinə verilməsi qərara alınmışdır.
28. Bu qərarın 22-ci bəndində istinad olunan normaya görə, mülkiyyət formasından asılı olaraq mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusundan ibarət xüsusi mənzil fondundan, mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət dövlət mənzil fondundan və mülkiyyət hüququ əsasında bələdiyyələrə məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət bələdiyyə mənzil fondundan ibarətdir.
29. 32. Bu mənada iddiaçının mərhum ərinə ayrılmış mənzil istinad olunan norma baxımından hüquqi şəxsin – Dövlət Neft Şirkətinin xüsusi mənzil fondunun mənzili olaraq qəbul edilməlidir.
30. Məhkəmənin bu qənaəti həmçinin Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 05 may 2025-ci il tarixli, 3-52-13-13/2-104/2025 nömrəli məktubu ilə də, təsdiq olunur. Belə ki, sözügedən məktubdan göründüyü kimi, mübahisəli mənzilin yerləşdiyi bina Bina "SOCAR" tərəfindən inşa edilmiş və istismara verilmişdir. İlk balans saxlayan “SOCAR" şirkəti olmuşdur. 2011-ci il tarixindən "SOCAR"-ın balansında olan yaşayış binaları Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə təhvil verilmişdir. Bina 2011-ci ildən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş, 2016-cı ildə isə hal-hazırkı vaxta qədər 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Yəni qeyd olunan məktubun məzmunundan da, sözügedən mənzilin iddiaçıya ayrıldığı dövrdə Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğu və dövlət mənzil fonduna aid olmadığı görünür
31. Qeyd olunan səbəbdən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, xüsusən həmin Qanunun 7-ci maddəsi sözügedən mənzillə bağlı hazırkı mübahisəyə münasibətdə tətbiq edilə bilməz. Belə ki, istinad olunan həmin normaya görə, əvəzsiz özəlləşdirmək hüququndan istifadəyə qoyulmuş (yalnız bir dəfə istifadə ilə bağlı) məhdudiyyət yalnız dövlət və yaxud ictimai mənzil fondu mənzillərinə münasibətdə nəzərdə tutulmuşdur
32. Bundan əlavə, həmçinin nəzərə almaq lazımdır ki, mənzilin ayrıldığı zaman iddiaçı ilə mənzilə dair sosial kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmamış, eləcə də mənzilin həmin məqsədlərlə ayrıldığı hər hansı şəkildə rəsmiləşdirilməmişdir və bunun üzərindən mənzilin qeyd-şərtsiz onun mülkiyyətinə verilməsinə dair iddiaçıda qanuni gözləntilər yaranmışdır. Belə hallarda iddiaçının etimad hüququ da nəzərə alınmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, N.Nərimanov adına NQÇİ-nin rəhbərliyini və həmkarlar komitəsinin birgə xx.xx.2000-ci il tarixli, 75 nömrəli protokol qərarına əsasən, iddiaçıya ayrılmış mənzilə hüquq təsdiqedici sənəd Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı əsasında verilmişdir. Bu mənada həmin sərəncam hazırkı qərarın 23-cü bəndində istinad olunan normada (Qanunun 8.0.1- ci maddəsində) nəzərdə tutulmuş akt anlamında qəbul olunmalıdır
34. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin sərəncama bağlıdır və həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz.
35. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır.
36. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1233/2023 nömrəli, xx.xx.2023-cü il tarixli (üç ulduzlu) qərarında ifadə olunmuşdur.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
39. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, 8-ci mkr, T.Abbasov küçəsi, ev 43 ünvanında yerləşən 25 saylı mənzil üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva